• entries
    52
  • comment
    1
  • views
    20830

About this blog

Blog haqqinda qisa yazi

Entries in this blog

Asif Ata

Çoxları məni marjinal kimi qiymətləndirir. Düz və yaxud səhv olsa belə, fərqli münasibət göstərərək, fərqli olmaq istəyində olan biri kimi görür. Lakin məsələ tam fərqlidir. Qarşılarında individualist birini gördükdə, özlərinə yad bir cisim kimi yanaşırlar. Amma anlamırsız ki, kütləvi davranışlardan yadlaşmaq, eyniləşməmək hissi üstünlükdür. Bu üstünlük kimdənsə özünü fərqli hiss göstərmək üçün ortaya qoyulan bir şey deyil. Bu üstünlük istənilən kütləvi davranışlardan qaçmaq, kütlədən biri olmağı qəbul etməməkdir. 

Məsələn, bizim cəmiyyətin davranışlarına diqqət yetirək. Biz bəzi insanları ziyalı hesab edirik və onların davranışlarını müsbət qarşılayırıq. Nəticə etibarı ilə, tutaq ki, facebookun əsas səhifəsində özünü ziyalı, kütlədən biri hesab etməyən individlər eyni davranış göstərir və bu davranışlar kütləvi hal alır. Hamı sanki özünü borclu bilir, başqasının bölüşdüyü kədərə, sevincə, hadisəyə toplu olaraq reaksiya verməyə.

Ortada gördüyümüz nədir? Sən də özünü kütlədən biri hesab etməsən belə kütlədən biri olmağın. Sənin kütlən başqa ideologiyaların daşıyıcılarından fərqlənmir. Bəyənmədiyin kütlənin baxış bucağından fərqin yoxdur. Sadəcə yollarınız ayrıdır. Amma bu ayrı-ayrı yolları, yoldakılarla eyni tərzdə getməyi özünüzə borc bilirsiz. Nəticə etibarı ilə sən özün də hansısa ideologiyanın gücünə, kütləsinə, istifadə olunanına çevrilirsən.

Bəs əslində sən kim olursan? Sadəcə sıravi bir qüvvə. Başda oturanın öz istəyinə çatması üçün güc mənbəyi.

Kütlə liderlərin istədiyi nəticəyə çatmağı üçün hazır ət torbalarıdır. İstifadə olunub, yararsız olduğu təqdirdə tullanılan ət torbaları.

Ümumiyyətlə, kütlə istifadə olunub atılmağa, zombiləşməyə məhkum bir toplumdur. Nə qədər ki, kütlədənsən, sən də bu üzlərdən birisən. Sən də hamısan! Sən də başqalarının öz istəyinə çatması üçün vasitəsən. 

Sən fikirləşmirsən ki, sənin mənəvi azadlığın yalnız sənin üçün vasitə olmalıdır, başqalarının öz istəyinə çatması üçün bir vasitə yox. Sən öz azadlığın haqqında düşünmürsən, əksinə öz azadlığını başqa ideologiyalarla yeni çərçivələrə salırsan və hamıdan biri olursan.

Asif Ata

Əgər bəşəriyyət kosmosdan, Yerdənkənar sivilizasiyalardan siqnal qəbul etsə nə baş verər?

1. Bizim 100 ildə kosmik inkişafa buraxacağımız pulu 20 ildə buraxardıq.
2. Dünya siyasətçilərinin əksər mövzusu artıq Yerdəki müharibələr və müdafiə yox, kosmosdan gələcək təhlükə, siyasi planlar olacaq.
3. Kosmik səyahətlərlə bağlı layihələrə investisiya daha da çoxalardı. Əksər böyük şirkətlər artıq Yerə yox, kosmosa investisiya buraxacaqdı.
5. Kosmik texnologiya, astrofizika, astrobiologiya, kosmosla bağlı olacaq bütün elmlər daha da sürətlə inkişaf edərdi.
6. Dünyanın təkallahlı dinlərinin çöküşü sürətlənərdi. Din və elm arasında uçurum daha da genişlənər, kosmosla bağlı layihələrə qarşı formalaşan idealist terroçular çoxalardı (Kontakt filmini yadınıza salın).

Nəticə olaraq yerdənkənar sivilizasiyadan siqnal qəbul etsək, onlar özləri bizi görməyə gəlməlidirlər. Çünki nə qədər inkişaf etsək də qarşıda gələn 500 ildə bizim əlimiz onlara çatmayacaq.

Asif Ata

2050-ci ilə kimi dünya əhalisinin 50%-i işsiz qalacaq. Əvəzində onların işini robotlar görəcək. Hazırda bu proqnozu normal qarşılayırıq, amma dərinə düşünəndə bu insanda vahimə yaradır. Əslində indidən həyacan siqnalı çalınmalıdır. Amma insan elə bir məxluqdur ki, başı daşa dəyəndən sonra ağlı yerinə gəlir və bu zaman da artıq gec olur. İnsan əslində hər vəziyyətdən çıxış yolu tapır. Ammma belə vəziyyətdə insanın itirəcəkləri qazandıqlarından çox olur.

Dünya əhalisinin eksponensial artımını, təbii resursların hər kəsə çatmamasını, qida, su ehtiyyatlarının hər kəsə çatmayacağını, dünyada kasıb təbəqənin sürətlə çoxaldığını nəzərə alaraq hadisələrin necə də dəhşətli ssenari ilə getdiyini təsvir etmək olar. Əslində bəşəriyyətin görə biləcəyi ən dəhşətli qlobal böhran, böyük aclıq hələ qabaqdadır və bizim nəsil onun şahidi ola bilər.

human_population.thumb.png.7b47b5bb1f97f

Getdikcə insanlar çoxalır. İnsanlar acdır. İşsiz insanların sayı çoxalır. Nəticədə kasıb və varlı təbəqə arasında toqquşma yarana, dünya ölkələrində yeni inqilablara, yeni müharibələrə təkan verə bilər.

Səmərəliyi nəzərə alaraq insan əməyini robotların əvəz etməsi, işsizlərin sayını sürətlə artması paradoksal vəziyyət yaradır. Bir tərəfdən sahibkarlar daha az əmək və vaxt sərf edərək daha çox məhsul istehsal etməyə çalışacaq. Bir tərəfdən istehsal olunmuş məhsulları alacaq kütlə olmayacaq. Resessiya baş verəcək. Buna baxmayaraq, sahibkarlar arasında rəqabətin çoxalması, istehsal olunan məhsulların daha da çoxalmasına gətirib çıxaracaq.

Yəni bildiyimiz qlobal böhran hələ qabaqdadır. Nəticə etibarı ilə 2040-cı ilə kimi texnoloji sinqulyarlıq qaçılmazdır.

big-brother-1984.thumb.jpg.31d3d78096442

Baş verəcək hadisələrin hansı səmtə doğru hərəkət edə biləcəyi ilə bağlı 4 ssenari təqdim edirəm:

1. Yeni dünya müharibəsi və insan sayının 60%-dən çox azaldılması. Nəticədə texnoloji inkişaf sinqulyarlığa səbəb olmayacaq. İşçi qüvvəsini robotlar əvəz etsə də, yerdə qalan dünya əhalisi üçün iş də olacaq, ehtiyaclarını ödəyəcək qida, su da.
2. Sosializm. İnsanlar işləməyəcək. Əvəzində robotlar işləyəyəcək  və dövlət vətəndaşın bütün həyatını öz nəzarətinə götürməklə onun yaşaması üçün hər bir imkan yaradacaq.
3. Texnoloji sinqulyarlıq və süni intellektin bəşəriyyətə qarşı çıxması. Bildiyiniz Terminator, Matrix filmindəki ssenarinin baş verməməsi üçün dünyanı böyük texnologiya şirkətləri idarə edəcək. Məsələn, Facebook, Google. Texnokratiyanın başlanması. Onsuzda bugün bir çox insanların məlumatları bu iki şirkətin əlindədir və büdcələri sürətlə çoxalır.
4. Kosmos və başqa planetlərdə həyat. Bunun üçün həddindən artıq çox pul lazımdır və dünya iqtisadiyyatına sərf etmir.

 

Əlavə:
 
Tədqiqatçı alim Roperin 1950-2006-cə ildə insan populyasiyasının istifadə etdiyi enerjini araşdıraraq aldığı nəticə odur ki, bəşəriyyət 2025-ci ilə kimi yenilənən enerji mənbələri tapmasa və təbii enerji ehtiyyatlarını indiki templə istifadə etsə, o zaman 2050-ci illərdən insan populyasiyası azalmağa başlayacaq və 2300-cu ilə kimi dünya əhalisi 1.3 milyarda enəcək.

PopulationFitFossilEnergy.jpg.3295165385

Ümumilikdə isə daimi yenilənən enerji mənbəsi ilə Yerdə həyatı stabil saxlamaq üçün dünya əhalisi 300-500 milyon arasında dəyişməlidir. Əks halda energetik müharibələr görə, ümumilikdə, insan bir növ kimi əsrin sonuna kimi yox olma ehtimalı da var.

Asif Ata

Bəziləri facebookda inboxa yazıb ki, elmdə böyük kəşf oldu. Qravitasiya dalğalarını tapdılar, bu haqda niyə yazmırsan?

Əvvəl yazmaq istəyirdim, amma gördüm az qala bütün səhifələr bu haqda məlumat paylaşıb. Buna görə də yazmaq istəmədim. Yəni sizin ala biləcəyiniz məlumatları artıq bir çox facebook səhifələri verib. Təkrar, eyni şeyi mən də yazmağı lüzum görmədim.

Lakin digər məqamı nəzərinizə çatdırım. Alimlər qravitasiya dalğalarını tapsalar da, qravitonları tapan deyillər.

Son kəşfə görə qravitasiya dalğalarını yaradan kütləsiz qravitonlar tam-tamına işıq sürətinə bərabərdir.

Və ortada heç bir qraviton yoxdur. Halbuki bunu qəbul etmirəm də. Çünki qravtionu foton hesab etmək olmaz. Qraviton ayrıca fundamental qarşılıqlı təsirdən formalaşmalıdır, elektromaqnit qarşılıqlı təsir kimi yox. Hansi ki, fotonlar məhz elektromaqnit qarşılıqlı təsirlərə aiddir. İşıq sürətinə foton malikdir. Digər hissəciklər bu qarşılıqlı təsirlərin "birləşməsindən" (kombinasiyasından) əmələ gəldiyi üçün maksimum işıq sürətinə kimi yaxınlaşa bilər, amma işıq sürəti ilə hərəkət edə bilməz.

Sadəcə indi ortada effekt var. Bu effekti də hansısa hissəciyə bağlamalıdırlar və bu hissəciyin də adını qraviton qoyublar. Ona görə alimlər üçün qravtionlarn kəşfi vacibdir ki, bu həm də kvant qravitasiyası ilə hər şeyin nəzəriyyəsi yaratmağa lazımdır.

Mənə görə qravitasiyanı digər qüvvələrdən üstün hesab etmək lazımdir. Qravitasiya yeganə qüvvədir ki, digərlərindən asılı vəziyyətdə deyil, hətta hamısının üzərində hegemonluq edə bilir. Digər qarşılıqlı təsirlər isə daha çox bir-biri ilə əlaqəlidi. (İnterstellar filmini yada salın. Orda Kuper bizim məkan-zamandan ayrılandan sonra niyə məhz qravitasiya ilə əlaqə saxlamağını).

Bu səbəbdən qravitasiyanın formalaşması üçün hissəcik kimi özünü büruzə verməsinə ehtiyac yoxdur. Varsada da sürəti işıq sürətindən çox olmalıdır. Elə buna görə alimlər qravitonları tapmaya bilərlər. Çünki qravitasiya zaman-məkana tabe deyil. Əksinə zaman-məkanı idarə edən qüvvədi. Digər qarşılıqlı təsirlər isə zaman-məkanın strukturunu təşkil edir.

Mənimçün zaman bir fiziki ölçü olaraq mövcud deyil. 4-cü ölçü hesab etdiyimiz isə əslində digər 3 ölçünü bir-birinə bağlayanda ortaya çıxan illuziyadır. Hər şey əslində məkanda anlardan ibarətdir və bu anlar bir-birindən plank time (plank zamanı) məsafədə yerləşir. Bu məsafə isə məkanın ayrı-ayrı hücərələri, pikselləri qəbul etmək olar. Zaman dediyimiz iki hadisəni bir-birindən ayırmaq, məkanda yerini təyin etmək üçün ortaya atdığımız bir nəsnədir. Qravitasiyanı isə məhz bu anları bir-birinə bağlayan saplar, düyünlər kimi təsvir etmək olar.

Əgər zaman bir fiziki ölcü olaraq mövcud olsaydı, hər hansı hadisə özündən əvvəl gələn hadisədən asılı olmazdı, bağlı olmazdı. Bu bağlılığı pozmaq olardı. Hərçənd bu mümkün deyil. Məhz bu fenomenə görə, səbəb-nəticə əlaqəsi təbiətin əsasını təşkil edir. Məhz buna görə də Enşteyn və digərləri zamanı məkandan ayıra bilməyib və məkan-zaman (spacetime) olaraq qələmə alib. Çünki zamanı ayrıca bir ölçü olaraq göstərə bilməyiblər.

Mənim düşüncəmdə alimlər kvant qravitasiyasindakı boşluqlara cavab tapmaq üçün, hər şeyin nəzəriyyəsini kəşf eləmələri üçün, zaman anlayışına yenidən baxmalıdırlar. Bütün düsturlarında T olmadan hesabalamalar aparmalıdırlar. T-nin məkanın özü olması və digər məkan ölçülərini bir-biri ilə əlaqələndirilməsi üçün lazım olan bir illuziya olduğunu qəbul etməlidirlər.

Və son olaraq. Çox təəssüflər olsun ki, aşağıda gördüyünüz kimi şəkillərlə oxucularda yanlış təsvir yaradırlar. Gördüyünüz şəkil əslində qravtiasiya dalğalarını düzgün təsvir etmir. Ümumiyyətlə, məkan-zaman (və yaxud zaman-məkan) toxumasında hərəkətlər bu şəkildəki kimi bir istiqamətli deyil. Məkan-zamanda hərəkətlər müşahidəçinin yerindən asılı olaraq bütün istiqamətlərdə olur və bu kimi şəkillər oxucuda yalançı təsvir, illuziyadan başqa heç nə formalaşdırmır.

yan.jpg.8285f77d9720c2988b652321803b2520

Həmçinin öldürülmüş baba paradoksunun niyə həqiqət olmadığını oxu. Bundan əlavə, bir neçə il əvvəl zamanda səyahətlə bağlı yazdığım geniş yazı ilə də tanış ola bilərsiz.

Asif Ata

Neftin qiymətinin 20$-dan aşağı düşməsi heç kimə sərf etmir. Hətta nefti Rusiya üçün təzyiq alətinə çevirən və süni şəkildə neftin qiymətinin aşağı düşməsinə şərait yaradan ABŞ üçün də.

Bir çox neft ixrac edən ölkələrdə neft ixrac və istehsal xərcləri 16-18$ təşkil edir. Yəni əgər hansısa neft və neft məhsulları istehsal edən ölkə bu qiymətdən aşağı neft ixrac edirsə, deməli, ziyana işləyir. Bu isə sərfəli deyil.

Bəziləri elə bilir ki, neft erası bitdi və tezliklə alternativ enerji mənbələrinə keçəcəyik. Düzdür, alternativ enerji mənbələri zamanla nefti əvəz edəcək. Amma bugün neft və neft məhsullarından bütün dünyada bir çox sahələr istifadə edir və asılıdır da. Bu səbəbdən neft və neft məhsullarını alternetiv əvəz edəcək məhsullarla tam əvəz etmək üçün 25-35 il vaxt keçməlidir. 

Məsələn, bugün dünyada işlədilən 95% avtomobillər benzin, dizellə işləyir və bunun üçün neftə ehtiyac var. Ola bilsin ki, bundan sonra istehsal olunan maşınlar elektrik maşınları və yaxud digər yanacaq, enerji mənbələrindən istifadə etsin. Amma bu o demək deyil ki, məsələn, 2016-cı ildən əvvəlki avtomobillərin hamısı zibilliyə tullanacaq. Həmçinin hərbi texnologiyada əsas yanacaq, enerji mənbəyi neft məshullarıdır. Neft məhsulları olmadan hərbi və kosmik texnologiyanın inkişafını bugün təsəvvür edə bilmərik.

Və yaxud mazut. Bugün mazut bir çox elektrik stansiyalarında, istilik sistemlərində əsas yanacaq kimi istifadə edilir. Mazutsuz istilik elektrik stansiyaları, istilik sistemlərinin çoxsu işləməyəcək. Bütün bunların yenidən qurulması, əvəzlənməsi, alternativ enerji mənbələri ilə əvəz edilməsi üçün 10 illiklər lazımdır. Bir günün içində əvəz etmək qeyri-mümkündür.

Və yaxud bitum. Asfalt örtüklərində istifadə olunan əsas vasitə. Həmçinin ayrı-ayrı akumlatorların istehsalında əvəzedilməz vasitədir. Yəni bayaqdan elektrik maşını arzulayırdıq. Amma adicə elektrik maşını üçün istifadə etdiyimiz akumlatorların hazırlanmasında neft məhsullarından istifadə mütləqdir.

oil.thumb.jpg.8da1d8cd5407fd3f398c6caa18

Neftdən istehsal olunan kerosin, rezin, yağ, asteon. Neft kimyasında əldə edilən etilen, butilen, propilen, ayrı-ayrı spirtlər, efir yağları, benzon, fenollar, kauçuk, polimer istehsalı, plastmas və s. çoxlu sayda neftdən bugün bütün sahələrimizi əhatə edən istehsal vasitələri var. Bunlarsız bugün müasir həyatımızı təsəvvür də bilmərik. Hətta işlətdiyimiz texnoloji aparatların da bir çox detalarının istehsalında neft məhsullarından istifadə edilir.

Bugün dünya bazarında neftin qiymətiin süni şəkildə aşağı salınması Amerikanın siyasətidir və əsas maraqlar Rusiyanı iqtisadi təzyiq altında çökdürməkdi. Və bizim kimi qeyri-neft sektoru inkşaf etməyən ölkələr də Rusiya kimi ölkə ilə bir yerdə neft bataqlığında (öz qanında) boğulur.

Amma gec-tez neftin qiyməti yenidən yüksələcək. Ola bilsin ki, qısa zamanda neftin qiyməti sürətlə düşsün, hətta 20$-dan da aşağı olsun. Amma bu rəqəmlərin həmin aşağı səviyyədə qalması çox çəkməyəcək. Bir neçə gün və yaxud bir neçə saat ola bilər. Rusiyanın pul rezervləri boşalan andan, Rusiya iqtisadi təslim olduğu andan neftin qiyməti sürətlə qalxmağa başlayacaq.

Bu il üçün ortalama 40-50$ civarında təxmin etmək olar. Çünki heç bir neft ixrac edən ölkəyə neftin ucuz olması sərf etmir.

Bugün bütün bəşəriyyət neft və neft məhsullarından hədsiz dərəcədə asılıdır və neft ölkələri neft və neft məhsullarını ixrac etməyə maddi cəhətdən marağı olmalıdır. Neftin minimum düşmə qiymət 20$-dır. 

Buna görə də, bəziləri neft erası bitir, artıq neft olmayacaq fikrindədirsə, bir ətrafına baxsın. İstifadə etdiyi enerjidən tutmuş, əşyalara kimi... hər şeydə neftin izini tapacaq. Bütün bunları əvəzləmək isə bir günün işi deyil.

Asif Ata

Zamanla səyahət mövzusunda vaxtilə baba paradoksu adlı bir fikir ortaya atılmışdı. Sonradan zamanla bağlı paradoksları izah etməyə başladıqda, keçmişə səyahətlə bağlı öldürülmüş baba paradoksu kimi ideyalar ortaya atılmağa başladı. Keçmişə zamanla səyahətin mümkün olmadığını göstərmək istəyənlər başladılar bu paradoksu ortaya atmağa və məntiqi yolla belə şeyin (keçmişə səyahət) mümkün olmadığını sübut etməyə çalışdılar.

Bu məsələ o qədər populyar oldu ki, 20-ci əsrdə zamanla bağlı paradokslarda çox istifadə edilməyə başladı.

Bugün kvant fizikası, zamanla bağlı səyahətlə maraqlanan Azərbaycan gəncləri arasında bu paradoksu göstərmək və keçmişə səyahətlə bağlı fikirlər populyardır. Bir növ, bu paradoksu qeyd etməklə mən kvant fizikası haqda hər şeyi bilirəm təəsüratı yaradırlar. Ən acınacaqlı tərəfi ondadır ki, bu kimi şeylərdən başı çıxmayan bu paradoksu həqiqət hesab edir. Çünki özləri də elə bilir ki, əgər keçmişə səyahət etsək, həqiqətən beləbir paradoksla qarşılaşacayıq və bu da bizi dalana dirəyir. Əslində isə bu düşüncə zamanla səyahət, keçmişə, gələcəyə səyahətlə bağlı nə qədər yanlış düşüncələrdə olmağın, bu haqda biliklərin az olmasının göstəricisidir.

Mən kvant fizikası haqda elə də çox bilmirəm. Ümumiyyətlə, kvant fizikası fizikanın elə bir sahəsidir ki, bununla bağlı nə qədər çox bilsən, bir o qədər az bildiyini və yaxud ümumiyyətlə, kvant fizikası haqda heç nə bilmədiyin qənaətinə gəlirsən.

Zamanla bağlı oxuduğum, öyrəndiklərim, analiz etdiklərimdən sonra başqa qənaətə gəlmişəm. Mənim üçün ümumiyyətlə zaman anlayışı hər kəsin dərk etdiyi formada deyil. Hansı ki, bu da zamanın nisbiliyinə əsaslanır.Lakin bizim hazırda mövzumuz öldürülmüş baba pardoksu olduğu üçün nəyə görə bu paradoksun zamanla səyahət, keçmişə səyahətlə bağlı heç bir aidiyyatı olmadığını izah etməyə çalışım.

Qısaca öldürülümşü baba paradoksunu izah etməyə çalışım, hansı ki, bu haqda özlərini gənc "fizika mütəxəssisi" hesab edənlər yazır və özlərini zamanla səyahət mövzusunu çürüdən adam hesab edirlər.

Bu paradoksa əsasən, insan keçmişə səyahət edə bilməz. Bunu sübut etmək üçün də deyirlər ki, əgər mən keçmişə səyahət etsəm, gedib cavan yaşlarımda babamı görsəm və onu öldürsəm, onda belə çıxır ki, atam olmayacaq. Atam olmasa, mən doğulmayacam. Deməli, ya babamı öldürməklə özüm də yox olacam, ya da hər hansı səbəbdən öldürə bilməyəcəm. Ya da ki, ümumiyyətlə, keçmişə səyahət edə bilməli deyiləm, çünki belə məntiqsiz paradokslarla qarşılaşırıq.

aac09573.thumb.jpeg.cd909b9e5e0800dc87fd

İndi isə keçim izaha.

1. Biz keçmişə səyahət dedikdə ən böyük yanlışlığımız ona bir informasiya kimi yanaşmamağımızdır. Bu paradoksu ortaya adıb, keçmişə səyahət söhbətini çürüdən adam elə bilir ki, keçmişə sayahət deyiriksə, deməli, mən gedib öz valideynlərimin cavanlığını görəcəm. Onlardan birinin başına daş atsam, son olaraq daş mənim başımda çatlayacaq. Bu düşüncə ilə biz səbəb-nəticə əlaqəsinin pozulmasına səbəb oluruq, halbuki kainatda fundamental qanunudur. Yəni biz kainatda hər nə oyunlar çıxarsaq da baş verəcək hadisələrdə səbəb-nəticə qanunları pozulmalı deyil. Bu qeyri-mümkündür. Mümkün olmalı da deyil. Çünki bizim kainatımız, fiziki qanunlarımız buna icazə vermir. Əgər səbəb-nəticə pozulsaydı, bizim tanıdığımız kainat mövcud olmazdı. Oxucu indi bu yazını ona görə oxuyur ki, mən bu yazını yazmışam. Yazmasaydım, oxumayacaqdı məsələn. 

Səbəb-nəticə əlaqəsinin pozulmamasını əsas götürsək, o zaman biz keçmişə səyahət əslində keçmişə səyahət yox, keçmiş-gələcəyə səyahət hesab edilir. Məsələn, Baba(1)-Ata(2)-Mən(3)-Baba(1) formasında baş vermir səyahət. Keçmiş-gələcək bu o deməkdir ki, bizim indi atacağımız addım əslində bizim gələcəyimizdir. Bizim keçmişə getməyimiz gələcək addımır. 5 saniyə sonra mən 1930-cu illərə qayıda bilsəydim bu artıq "sonra" olaraq tarixə keçəcəkdi. Yəni Baba(1)-Ata(2)-Mən(3)-Baba(4) formasında. 

Bu yolla biz keçmişə yox, keçmiş-gələcəyə səyahət edib, babamızı görsək, onun başına nə oyun açmağımız bizim taleyimizi dəyişmir, nə biz yox olacayıq, nə də ki, "əvvəl" yaşanan hadisələr buxarlanacaq. Hətta biz keçmiş-gələcəyə səyahət vasitəsi ilə gedib özümüz-özümüzə əl verib salamlaşa bilərik. Annihilyasiyaya da uğrayan deyilik. İstəsək bir gün əvvəlki özümüzü öldürə də bilərik. Çünki biz özümüz artıq gələcək olaraq kainatda mövcud oluruq.

2. Keçmişə səyahət gələcəyə səyahət kimi asan deyil. Gələcəyə səyahətin bir neçə alternativ yolları var, hansı ki, keçmişə zamanla səyahətə nəzərən 100 dəfələrlə real və asan görsənir. Yəni bizim əlimizdə elə bir texnologiya mövcud ola bilər ki, biz asanlıqla böyük addımlarla gələcəyə irəliləyək. Kainatda hər şeyin informasiyadan təşkil olunduğunu qəbul etsək, o zaman keçmişə səyahət də maddi olaraq mümkünlüyü çətin məsələdir. Oona görə ki, bunun üçün həddindən artıq çox enerji tələb olunur. Məsələn, bizim qalaktikanın enerjisi qədər. Buna da arxasında səbəb-nəticə əlaqələrinin pozulmaması dayanır. Biz keçmişə ən yaxşı halda səyahəti kainatdakı bu informasiyanı "reverse" edərək, bir videomaterial kimi izləyə bilərik. Yəni biz bu reverse olunmuş informasiyaya artıq toxunmaq, hiss etmək, onu 3D-4D formatında qavramaq, hologram formasında dərk etməmiz üçün daha mürəkkəb prosesləri analiz və oxutmaqdan ötəri həddindən artıq enerjiyə ehtiyac duymuş olacayıq. Çünki belə olan halda adicə söhbət təkcə atom, molekulların əvvəlki formasının bərpasından yox, hətta ən kiçik kvant hissəciyinin belə əvvəlki halını geri qaytarmalıyıq. Bildiyiniz kimi, kvant fizikasında isə bu qeyri-mümkündür. Ümumiyyətlə,kvant fizikasında hər hansı hadisəni geri qaytarmaq mümkün deyil. Çünki kvant dünyasında bütün hadisələr eyni anda baş vermə ehtimalı eyni bərabərlikdədir və kvant dünyası üçün əvvəlki, indiki, sonrakı hal anlayışı keçmir.

Buna görə də, mən keçmişə qayıdıb babamı bıçaqlasam, görəsən, başıma nə gələr kimi paradokslarla özünüzü yorub, dəhşət yaşamaq lazım deyil. Çünki zamanla səyahət anlayışında baba paradoksu heç cürə yaşana bilmir. Çünki yanaşma düzgün deyil. Hadisəyə baxış düzgün olmayandan sonra onun nəticələri də yoxdur. Yəni heç bir paradoks yoxdur deyə, hər hansı yaşanılacaq paradoksunuz yoxdur deyə, oturub belə olsa elə olar, elə olsa belə olar deyə bu kimi məntiqsiz suallarla beyin çürütmək lazım deyil. Nə də ki, bu kimi saxta, nə elmi, nə də məntiqi əsası olmayan informasiyanı cəmiyyətə təqdim edib, camaatda yanlış fikirlər oyatmaq.

Asif Ata

Meydan TV saytında həbsdə olan İlkin Rüstəmzadənin "Tikanlı məftillərin doğmalığı" yazısını oxuduqdan sonra...

ilkin-rustemzade.thumb.jpg.a519d0f178c3c

Təsəvvür edin ki, çəkiniz 50kq-dır və siz tərsliyinizə salıb dirəşmisiz ki, mən 500kq yükü qaldıracam. Amma bu mümkün deyil. Siz özünüzü nə qədər inandırsaz da, cəhd eləsəz də 500kq yükü qaldıra bilməyəcəksiz. Ən yaxşı halda ölməmək və altında əzilərək qalmanız olacaq. Bəlkə 5-10 nəfərin səsi çıxar və gəlib sənə kömək edər bu yükün altından çıxmağa. Amma bu da çətin məsələdir.
Bu yaşamla, həyatla uzlaşmayan bir addımdır. Bu özünə sui-qəsddir. "Mən"in intiharıdır.

Mübarizənin də reallıq sərhədləri var. Bizim cəmiyyətdə reallıq budur ki, muxalifət tərəfi iqtidar qarşısında çoxdan uduzub, gücü çatmayacaq qədər zəifdir. Nəticədə ortada İlkin kimilər Sizifə çevrilir. 8 il az deyil. Mən özüm 8 il əvvəlki günlərimi yada salanda, o gündən bu günə çox uzun bir yol keçdiyini, həyatımda bu müddətdə çox şey yaşadığımı dərk edirəm. Bu 8 ili İlkin 50kq-lıq birinin 500kqlıq bir yükü qaldırmaq istəyinə görə qazanıb və bu ağır yükün altında qaldığı üçün ordadır.

Paradoksal olsa da bugün ona sözlərdən başqa hər hansı dəstək verən də elə iqtidar tərəfdir. Yaxınları ilə görüşə icazə verən də, yemək verən də, ona hava verən də, yer verən də, digər həbsdə yatanlardan daha ehtiyyatlı davranış və digərlərinə baxan daha çox komfort verən də. Müxalifət tərəfinin dəstəyi isə ancaq quru, şablon sözlərdən o tərəfə keçmir. Özü demişkən "möhkəm ol", "dözümlü ol" kimi şablon ifadələr. Amma onları da qınamaq olmur. Əllərindən gələn ancaq budur. Lakin bu zəifliyini etiraf edəcək qədər də gücə sahib deyillər.

Həyat insanı dəyişir. Kim deyirsə ki, bu belə deyil, gözünün içinə qədər yalan deyir. Həyat insanın yaşam tərzini, maraqlarını, düşüncələrini, bütünlüklə özünü dəyişir. İlkin də bir gün dəyişəcək və o dəyişdiyini dərk etdiyi zaman azadlığa buraxılacaq. Dəyişən İlkin üçün həyatın ən pis halda iqtidardan ibarət olduğu (söhbət burda müxalifət-iqtidar transformasiyasından gedir, iqtidar-iqtidar yox), ən yaxşı halda həyatın siyasətdən ibarət olmadığını anlayaraq uzaqlara getmək. Məsələn, yazıda qeyd etdiyi İsveçrə kimi ölkəyə. Və başını aşağı salıb, həyatın ona verdiyi səhvlərdən (təcrübələr) dərs götürərək, öz doğmaları ilə hüzünlü bir həyat yaşamaq.

Sizə bir neçə ad çəkəcəm:
Abdullayev Abdulla Nuru oğlu - 25 yaş
Ağamalıyev Hacıağa Dünyamalı oğlu - 26 yaş
Ağayev Ağakişi Əlisultan oğlu - 22 yaş
Allahverdiyev Qəni Hüseyn oğlu - 23 yaş
Aslanzadə Əliheydər Əsədulla oğlu - 28 yaş

Siz bunlardan hansını tanıdınız? Heç birini. Bu kimi 2500-dən çox azərbaycanlı 1937-1938-ci il repressiya qurbanlarıdır. Lakin sizin bu repressiya qurbanlarından tanıdığınız ancaq 1-2 şair olar. Qalan heç birinin nə adını eşitmisiz, nə fəaliyyəti, nə də mübarizəsi haqda məlumatınız var. Və ən əsası... Bu repressiya qurbanlarının fəaliyyətinin nə kimi xeyri oldu? Ümumiyyətlə, oldumu? Yenə də cavab "yox". Onlar sadəcə öz seçimini etdi. Bu seçim həyatın toz bağlamış, heç kimə maraqlı olmayan bir səhifəsində yoxa çıxmaq idi. Gördükləri faəliyyət də heç bir nəticə vermədi. Qarşı çıxdıqları hakimiyyət də onlardan sonra 50 il davam etdi, dağılanda belə səbəb onların fəaliyyətinin nəticəsi olmadı. Hətta dağılandan sonra da onların fəaliyyəti haqda heç bir məlumatınız yoxdur.

Həyatla bağlı həqiqət bunlardır:
Həyat ağılsız insanları sevmir.
Həyat ikinci dəfə səhv buraxan insanları sevmir.
Yaşamaq istəyirsənsə, birinci özünü düşünməlisən.

Asif Ata

Bele bir cümlə var. Kim dediyini dəqiq bilmirəm.  Deyir ki; "Bütün müsəlmanlar terrorist deyil. Amma bütün terroristlər müsəlmandı".
 
Əslində bütün terroristlər müsəlman olmasa da, bu cümlədə həqiqət var. Həqiqətən də bugün dünyada terror təşkilatları 95% müsəlmanlardan ibarətdir. Əksər terror törədənlər müsəlmanlardı. Və hamısı da Allahın adını çəkib, Allah yolunda cihad etməklə bunu edir. 
 
Bu kimi arqumenti hər hansı sosial şəbəkədə paylaşanda, İslam dinini bu kimi ifadə verəndə hər hansı müsəlmanın xətrinə dəyir və o saat Stalin, Hitleri, Maonu xatırlayır.
 
Amma düzgün müqayisə deyil axı. Müsəlman Allahın adını çəkib, Allahu Akbar deyib, Allah yolunda baş kəsib, adam öldürür. Digərləri isə sırf siyasi və digər məqsədləri üçün repressiyalar edib, adam öldürüb. Hansı ki, dini inancına görə etməyiblər bunu.
 
Bunlar indi digər dindən və yaxud dinsiz olub deyə, "təkcə müsəlmanlar deyil" düşüncəsi ilə bunların adını çəkmək nə dərəcədə məntiqlidir? Axı, onlar öldürdükləri, öldürməni sifariş edərkən hər hansı tanrıya və yaxud ateistliyinə görə bunu etməyib. Amma müsəlman durub bir tərəfdən İslam sevgi dinidir deyir, İslam humanizm dinidir deyir, İslamda şiddət yoxdur deyir, digər tərəfdən kim onun dediyini qəbul eləmir, Allahu Akbar adı ilə başını kəsir, cihad adı ilə özünə bomba bağlayıb, çoxluq olan yerdə özünü partladır.
 
Ona qalanda cinayət törədib, türmədə yatanların çoxsu inanclı adamlardı. Oğurluq, adam öldürmə, narkotik və s. maddələrə içəridə yatanların əksəriyyəti Allaha inanır. Bugün türmələrdə ən çox yayılan din də İslam dinidir.
 
Digər tərəfdən biri durub adam öldürəcəksə və o inancsızdırsa, bu o demək deyil ki, o adamı məhz inancsızlığına görə öldürüb. Öldürmə səbəbi başqa olacaq. Kimsə durub demir ki, mən ateistəm buna görə öldürdüm. Mən buddistəm buna görə öldürdüm. Mən xristianam buna görə öldürdüm.
 
Amma bugün bir-birilərinin məscidlərini partladan, vəhabi, sünni-şiə davası edən, bir-birilərini öldürən bu müsəlmanlar məhz Allah yolunda, Allahın adını çəkib törədir bu cinayətləri. Və öz cəmiyyətlərində normal da qəbul olunur bu. 
 
Uzun sözün qısası. Hara fırlatsan da, bugün dünyada din adı altında ən çox şiddət, ölüm gətirən müsəlmanlardı. Bəli. Ona görə də bütün dünya müsəlman adı eşidəndə qorxur, qarşısında bir terrorçu təsəvvür edir. / senzor.org

islam_terror.thumb.png.5a8131b39c60ff2f3

Asif Ata

Braingasm

Və beyində dofamin həddindən artıq ifraz olunduğu üçün beyin hüceyrələri denaturasiyaya uğradı. Bu səbəbdən ətraf aləmlə əlaqə kəsildi və insan musiqidən aldığı həzzdən, xoşbəxtlik hormonu olan dofamindən öldü. Xoşbəxtliyin özündən öldü... Başqa dünyadan yazıram. Səsim eşidilir, yoxsa kainatın ən qədim küylərində itib batıb?

Mövcudluğun dalğa uzunluğu və harmoniyası şüurumda supersimmetriyaya çevrilib. Gözümün qarşısında musiqinin hər bir notu fahişələr kimi rəqs edir. Kitabın vərəqləri açılan zaman köhnədən qalan toz üzümə ətir saçır və mən asqırıram. Gülən maskalı insanlar görürəm... Zamanı donduran gülən maskalı insanlar. Heç vaxt dərk etmədiyim fikirlər fırlanır beynimdə. "Mən" dedikə qarşımda bütün kainatı görməyə başlayıram. "Sən" dedikdə qarşımda özümü görürəm. Uşaqlığındam tutmuş, qocalığıma kimi özümü.

Belə şeyləri ancaq maksimalistlər, ən dərinə baş vurmaq istəyənlər, hər şeydə ancaq dərinlik axtaranlar, hətta ölməyi belə maraq üçün seçənlər başa düşər. Görəsən, bütün sərhədlərdən o tərəfdə nə var? Əlimi uzatsam toxunan olacaqmı? Yaradılmış ilk informasiya biti kimi hiss edirəm özümü. Danışan mən deyiləm. Danışan kainatın özüdür.

high.thumb.jpg.5448132324139d9eeddb54297

 

Asif Ata

İndi elə bir dövrdə yaşayırıq ki, artıq hər kəsin cib telefonu var və əksər smartfonu olan insanlar internet vasitəsi ilə mesajlaşa, videogörüntülü danışa, səsli danışmaq imkanlarından yararlanır. Belə olan halda hər keçən gün mobil operatora ehtiyac daha da azalır.

Nəticədə mobil operator rəqabətə tab gətirməsi və mövcud olması üçün günü-gündən yeni kampaniyalar ilə abunəçiləri cəlb etməyə, istifadəçilər üçün mövcud qiymətə danışıq dəqiqələrini artırmağa çalışır və s. Lakin kampaniyalar müvəqqətidir və mobil operator üçün elə bir layihə lazımdır ki, həm onun biznes imkanlarını genişləndirsin, həm də daha çox gəlir əldə etsin, həm də abunəçiləri üçün rahat imkanlar yaratsın.

Bu kimi layihədən biri də Mobile Wallet ola bilər. Çoxları düşünə bilər ki, mobil banking bir çox yerdə var. Lakin mənim dediyim mobil banking deyil. Mobil banking zamanı istifadəçinin internetə çıxışı olmalı, bank hesabı olmalı və ödəmələr həmin bank hesabından gedir. Lakin mobil pul qabı layihəsində mobil operator istifadəçiyə virtual mobil pul qabı açmağa imkan yaradır. Bankda hesabınıza olmağa gərək yoxdur, banka getməyə gərək yoxdur, bank əməliyyatlarına gərək yoxdur.

Məsələn, tutaq ki, mən nar mobile abunəçisiyəm. Mənim öz adıma olan nömrəm var, hansı ki, istifadə edirəm. Nar Mobile mənə virtual mobil pulqabı açmağa imkan yaradıb və mən sms göndərməklə özümü mobil pul qabı hesabı açıram. Məsələn, 077767xxxx-32355432 adlı mobil pul qabı açılır mənə və buna görə məndən bir abunəçi kimi 1AZN pul çıxır. Bundan sonra artıq mənim nömrəmə qeydiyyatda olan mobil pulqabım var.


Bu mobil pul qabıdan harda və necə istifadə edə bilərəm?

Hər dəfə mən balansımı yükləyəndə həmin balansımdakı puldan (konturdan) istədiyim qədərəni müvafiq nömrəyə sms göndərməklə öz mobil pul qabıma əlavə edə bilərəm. Məsələn, 6979-a “50” yazıb sms göndərdim və mənim mobil pulqabıma 50 qəpik əlavə olunur. Mobil operator bu zaman mənim balansımdan komissiya haqqı ilə birlikdə pul çıxır. Tutaq ki, komissiya haqqı 10% hesablayır mobil operator və mən mobil pul qabıma 50 qəpik əlavə etdim deyə, məndən 55 qəpik pul çıxdı sms-ə görə.

Və bu zamanla müvafiq olaraq 50, 100, 200, 500 və s. qəpiklər balansıma köçürməklə mən bir müddətdən sonra mobil pul qabımda 10 manat, 20 manat, 50 manat, 100 manat və s. pul toplaya bilərəm.

İndi isə növbə gəlir, bu pul qabımda olan puldan istifadəyə. Mən bu pul qabımdakı balansımdan konturum olmayanda təzədən öz hesabıma pul köçürə bilərəm. Məsələn, elə bir an gəlir ki, gecə saat 3-dür və mən telefonla danışmalıyam, balansımda pul yoxdur. Mağazalar bağlıdır, cibimdə pul yxodur və s. Ağlıma gəlir ki, mənim mobil pul qabımda kifayət qədər pul toplamışdım. Müvafiq nömrəyə sms göndərməklə öz mobil pul qabımdan 2-3AZN geriyə, balansıma yükləyirəm və rahat danışıram.

Və yaxud başqa bir vəziyyət. Abunəçinin mobil pul qabısına kifayət qədər vəsait toplananda həmin pulu mobil operatorun filiallarından və yaxud opertorla bir işləyən bankdan mobil pul qabımdakı pulu çıxartmaq imkanım yaranır. Məsələn, balansımda 50-100-150-200azn pul olarsa, mən istədiyim vaxt operatorun filialına yaxınlaşa, öz hesabımı deyərək, həmin hesabımdan pulu çıxarda bilərəm. Yəni insan elə bir situasiyaya düşə bilər ki, həmin an cibində pul olmaz. Amma yadına düşər ki, sən aylarla topladığın mobil pulqabında çıxartmaq üçün kifayət qədər vəsaitin var və sən həmin pulu çıxardıb, öz dərdinə çarə tapa bilərsən.

Bu zaman da mobil operator şərtlər qoya bilər. Yəni mobil pul qabında 49azn varsa, sən öz mobil hesabından pul çıxarda bilmərsən. Çıxartmaq üçün minimum məbləğ 50azn olmalıdır və s.

Bundan əlavə, bu mobil pul qabının imkanları daha genişdir və çoxşaxəlidir.

Məsələn, başqa abunəçilərin hesabına pul köçürmək, nömrəsinə kontur yükləmək. Və ən əsas məqamlardan biri online alış veriş zamanı visa-electron ilə yanaşı duracaq bir ödəmə sistemi kimi formalaşdırmaq. Belə olan halda artıq insanlar özünə kart açmaq istəməyəcək. Çünki artıq mobil pul qabısı var və ödəmə üçün həmin pul qabıda olan puldan istifadə edəcək. Bu həm də Azərbaycanın özündə online alış-verişin inkişaf etməsinə, artmasına səbəb ola bilər. Həmçinin ödəmə kartları biznesinə real rəqib kimi formalaşa bilər.


Təsəvvür edin ki, girmisiz bir sayta və orda 10AZN-lik bir məhsul görmüsüz. Bu məhsulu almaq istəyirsiz. Lakin sizin kart hesabınız yoxdur. Sizin iki variantınız var.

1) Gedib bankda özünüzə kart hesabı açdırmaq və 3-4 gün gözləmək ki, sizə kart verəcəklər, sonra onun balansına istədiyiniz qədər pul qoymaq və sonra gəlib təzədən o 10 manatlıq məhsulu almaq. Və yaxud sizin kartınız ola bilər, lakin kartda pul yoxdur və bunun üçün yenidən banka getməli olacaqsız. Əgər iş günlərinə düşmürsə, ümumiyyətlə, iş günlərini gözləməli olacaqsız günlərlə.

2) Saytda visa-electron ödəmənin yanında görəcəyiniz mobil wallet  dümyəsinə klik edərək, öz mobil pul qabınızın hesabını yazmaq və ödəməni həyata keçirmək. Balansınızda pul yoxdur? Narahat olmağa gərək yoxdur. Yaxınlıqda olan istənilən mağazadan və yaxud ödəmə terminalından öz balansınızı istədiyiniz qədər artıra və ordan da müvafiq olaraq öz mobil pul qabınıza lazımı pulu əlavə edə bilərsiz. İstənilən gün, istənilən vaxt, günün 24 saatı bu variant sizə keçərli olacaq. Qorxursuz ki, sizdən xəbərsiz hesabınızı bilən adam alış veriş edə bilər ? Narahat olmağa ehtiyyac yoxdur. Telefon sizin əlinizdə və təstiqləyici kodu siz görmüş olacaqsız. Yalnız təstiqləyici koddan sonra pul qabınızdan pul çıxar.

Bu ödəmə sistemi ilə gördüyünüz kimi həm mobil telefon abunəçiləri yeni mərhələyə keçmiş olur, həm də mobil operatorlar mobil əlaqələrin yeni mərhələsində olacaq.

 

Qısa bir riyazi hesablamalar aparaq.

Tutaq ki, Nar Mobile-də abunəçilərin sayı 3 milyon nəfərdir (keçən ilin sentyabrında 2.2 milyon abunəçisi vardı). Əgər bu 3 milyondan cəmi 1% abunəçi, yəni 30min abunəçi özünə mobil pul qabı hesabı açsa, hər abunəçidən bu hesab üçün 1azn çıxırsa, artıq mobil operatorun 30min manat gəliri var deməkdir.

Əgər bu 30min nəfərdən 10 min nəfər istifadəçi müxtəlif səbəblərdən (online alış veriş, dar gün üçün toplanan pul və s.) mobil pul qabına 6 ay ərzində 50 manat köçürübsə və opratorun 10% komissiya haqqı tutduğunu nəzərə alsaq (5azn) bu 10min nəfərdən əlavə 50min manat gəlir deməkdir.

Təsəvvür edin ki, cəmi 1% abunəçi minimum çıxarış məbləği ilə (50azn) mobil operatora 60-160min manat gəlir gətirmiş olar.

Həmçinin bu bir kampaniya deyildir ki, qısa müddətli olsun. Yəni bu elə bir layihədir ki, bu mobil operator mövcud olduğu müddətdə istifadə edilə bilər. Bu layihənin hesabına mobil operator daha çox pul əməliyyatları aparmış olacaq. Abunəçilər nömrələrinə əvvəlki dövrə nisbətən daha çox pul əlavə etməsi, daha böyük məbləğdə pullar əlavə etməsinə gətirib çıxardacaq. Yəni 10-20-40-50aznlik kartlardan istifadəsində artım çoxalacaq. Əsasən də online alış verişə görə.

Bu layihəni hər hansı mobil operator alaraq, digər mobil operatorlara daha baha qiymətə sata və yaxud müəyyən şərtlər, faiz daxilində istifadəsinə icazə verə, xarici mobil operatorlara daha baha qiymətə sata bilər (xaricdə elə operatorlar vardır ki, orda 30-40-50milyon abunəçi var).


Bu layihəni Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmişəm. Mənim adıma patentləşdirilib. 500min manatdan başlayan yuxarı qiymətlə satmaq istəyirəm. Əlbəttə ki, bu rəqəm kiməsə böyük görsənə bilər. Lakin bu layihənin gerçəkləşməsi ilə daha böyük pullar qazanmaq imkanı yaranır.

Bu layihəni hər hansı biznesmen özü də alıb, hər hansı yerli və xarici mobil operatora da istədiyi qiymətə sata və yaxud müəyyən faiz nisbətində istifadəsinə icazə verə bilər.

mobilewallet.thumb.png.e5db00628d8d4f555

Logo haqqında qısaca. Düşünürəm ki, bu layihə üçün minimalistik belə bir logo daha uyğun olar. Logoda siz M və  W  hərfini görürsüz, hansı ki, Mobile  Wallet mənasını verir. Həmçinin bu iki ayrı ayrı pul qablarıdır, hansı ki, bir-birinin arasına keçib.

Asif Ata

Təsəvvür edin ki, Azərbaycanda yaşayan 9.2 milyon insanın hamısından qan analizi götürülür, DNT analizi aparılır və hər bir insan üçün individual olacaq DNT informasıyası daşıyan çip hazırlanır. Bu kimi layihə əslində dövlət üçün elə də çətin görsənməz və düşünüləndə ucuz və tez gerçəkləşər. Doğulan hər bir uşaqdan qan analizi götürülərək, ona çip hazırlanır və bu informasiya vahid bazada toplanır.

Bu çip yeni bioloji şəxsiyyət vəsiqələrinə əlavə olunur. Plastik kart kimi hazırlanır. Gələcəkdə bu plastik kart smartfonlar, insan dərisi altına yeridilmiş çip və s. ilə əvəz oluna bilər. Əsas odur ki, həmin fərdin DNT informasiyasını özündə saxlayan çipi lazımı yerdə gəzdirə biləsən. Həmin bioloji şəxsiyyət vəsiqəsini lazimi yerə (individual çipini oxudan alətlərə) salanda çip oxunur və fərdin DNT kodlaşdırması üzərində hazırlanmış binar kod həmin insanın şəxsiyyətini tanıyır.

Sual oluna bilər ki, bu kimi bioloji şəxsiyyət vəsiqəsinin insanlara nə kimi xeyri var? Əslində isə belə bir çip hazırlansa, bütünlüklə cəmiyyətimizdə nizam-intizam yaranar. İnsanlar daha çox sivil formalaşar. Bir çox sahələrdə müsbət irəliləyişə səbəb olar.

Pul əvəzinə  məhz bu bioloji şəxsiyyət vəsiqəsi vasitəsilə ödəmə aparılır. Dövlət sənin unikal DNT koduna uyğun çip hesabına pul köçürür. İşinə görə maaşını bu formada alırsan. Əlavə gəlirin olsa da, ödəmə bu yolla olduğu üçün, dövlət sənin hər bir qəpik gəlirindən xəbəri olur. Artıq dövləti aldada bilmirsən. Bununla da dövlət hər bir fərdin gəlirindən müəyyən faiz vergi tutaraq büdcəyə kifayət qədər pul da toplaya bilər.

Sonra isə… Tutaq ki, sən restorana gedirsən. Ödəmə aparmaq lazım olanda bu çip daxil olan vəsiqəni salırsan aparata və sənin hesabından pul çıxarılır. Və yaxud mağazaya girib hər hansı bir ərzaq, paltar alırsan və ödəmə zamanı vəsiqəni xüsusi aparata salıb, ödəniş edirsən. Avtobuslarda, metrolarda o çip vasitəsilə ödəniş edirsən. Nəticədə, dövlət sənin bütün həyat tərzini ödəmə apardığın nöqtələrə əsasən izləyə və analiz edə bilir.

Və yaxud hər gün xəbərlərdə naməlum meyid tapıldığını eşidirsiz. İnsan ölüb və kimliyi məlum deyil. Amma belə bir sistem qurulsaydı, asanlıqla DNT analizi nəticəsində kimliyi təyin olunardı. Nəticədə təkcə onun kimliyinin məlum olması yox, həm də onun qohumlarını, qatilini tapmaq olardı.

Və yaxud kimsə sənin evi qarət edib. Evdən barmaq izləri, kəpək, tük və s. insan DNT-si olan hissəcikləri analiz etməklə həmin insanın şəxsiyyətini müəyyən etmək olardı. Nəticədə cinayetkarın kim olduğunu böyük ehtimalla tapmaq olardı. Tutaq ki, cinayetkarın saç teli tapılıb və şəxsiyyəti, kimliyi asanlıqla müəyyən edildi. Bu adam da digər adamlar kimi ödəməni həmin öz çipi vasitəsilə etdiyi üçün həmin adamın harada olduğunu asanlıqla müəyyənləşdirmək olardı. Heç cinayətkarın DNT-ni tapmağa gərək də olmazdı. Əgər o evdə hər hansı qızıl əşyası götürübsə, mütləq olaraq aparıb satacaq. Satan zaman isə pul onun çipinə otuzdurulacaq. Dövlətin nəzarətində olan ödəmə sistemi bu pulun həmin adamın hesabına hardan gəldiyini mütləq analiz edəcək, nəticədə cinayətin üstü asanlıqla açılardı.

Həmçinin belə bir unikal DNT kodlaşdırması üzərində qurulmuş binar açarı sındırmaq da çətin olardı. Bu açar hər bir insan üçün individual olacaqdı.
Gördüyünüz kimi, dövlət səviyyəsində kiçik bir layihə bütünlüklə insanların həyat tərzini daha sivil səviyyəyə çatdıra, cəmiyyətdə disciplina yarada bilər.


p.s: Əgər yazını hər hansı başqa bir yerdə dərc etmək istəsəniz, mənbə göstərin. Çünki bu bir ideyadır və yalnız burda dərc olunub. İdeya müəllifinin göstərilməsi mütləq sayılmalıdır. Əqli mülkiyyəti oğurlamağa çalışmayın.

Asif Ata

Zombilər kino mədəniyyətinin bir hissəsinə çevrilib. Bugün kinoya baxanlardan elə birini tapmarsan ki, zombi ilə bağlı hər hansı filmə baxmasın. Zombi mövzusu o qədər məhşurlaşdı ki, sonradan bəzi elm adamları, müdafiə qurumları üçün bioloji silah üçün bir ideya, vasitəyə çevrildi. Hətta ABŞ müdafiə nazirliyinin gizli saytında belə zombi apokalipsis zamanı necə davranmaqla bağlı təlimat yer alıb.

Məsələ başqadır. Bunlar sadəcə kinoda gerçəkdirmi, yoxsa həqiqətənmi belə bir virus ola bilər? Onu qeyd edim ki, bugün təbii yolla zombi virusun davranışlarını özündə göstərə biləcək bir çox viruslar var. Lakin konkret olaraq filmlərdəki kimi ölüləri dirildən, ancaq motor xüsusiyyətləri saxlayan hər hansı bir virus mövcud deyil və düşünmürəm də ki, hansısa virus insanı öldürüb, sonradan diriltsin. Ölüb dirilmiş insan yarı çürümüş vəziyyətdə belə virus səbəbindən sağ qalsın. Necə ki, kinolarda əsasən zombi virus belə təqdim edilir.

Amma daha real zombi virusun necə olacağı, reallıqda özünü necə aparacağı ilə bağlı Bred Pitin çəkildiyi "Z dünya müharibəsi" (World War Z) filmini göstərmək olar. İndiyə kimi reallığa daha yaxın bu kimi virusun davranışları, yoluxma yolları və s. haqda belə dəqiq elmi bir film çəkilməyib.

Bugün genetika o qədər inkişaf edib ki, artıq bəzi laboratoriyalarda süni viruslar hazırlaya bilir alimlər. Həmçinin genetik redaktələr, bəzi genlərin dəyişdirilməsi, çıxarılması, başqa genlərlə əvəz edilməsi. Bu kimi elmi tərəqqi əlbəttə ki, güclü bir bioloji silahın hazırlanması üçün ideal vasitəyə çevrilir. Və hansısa bir bioloji virus özünü zombi virus kimi aparmasın ki? Yəni prinsipcə belə bir virus hazırlamaq, yuxarıda qeyd etdiyim imkanlar olan laboratoriyalar üçün elə də çətin deyil və bugün bəlkə də hansısa laboratoriyada bu kimi təhlükəli virus hazırlanıb, öz saatını gözləyir.
 

Zombi virus hazırlamaq üçün 2 vasitə:

1. Süni olaraq sıfırdan virus hazırlamaq. Məsələn, insanda zombi davranışları (aclıq, agressiya, hücum, yoluxdurma, dözümlülük, ağrının hiss olunmaması) özündə cəmləyəcək genetik quruluşa malik bir virusun hazırlanması. Bunun üçün insan genomu artıq tamamilə öyrənilib və hansı genlərin nə kimi davranışları, xüsusiyyətləri çıxardacağını bugün elm bilir. Məsələn, tutaq ki, biz bilirik ki, insanda aclıq hissini yaradan 5 gendir. Bu 5 genə təsir edəcək kənar bioloji vasitələri tapırıq və onların təsir mexanizmini öyrənirik. Və yaxud agressiya yaradacaq 10 genin qarşılıqlı təsiridir. Nəticədə tutaq ki, bilirik ki, kənar bir bakteriya və yaxud virusdakı X gen insanda agressiya formalaşdıracaq Y genlər kompleksini aktivləşdirir. Belə-belə bizə lazım olacaq xüsusiyyətləri bir bakteriya, virusda cəmləyən süni bir orqanizm yarada bilərik. Hansı ki, insanla kontaktda olan kimi öz təsirini göstərəcək.

2. Bugün mövcud olan çox təhlükəli viruslar var ki, ayrılıqda bioloji silah kimi də qorxuludur. Məsələn, ebola virusu, variola virusu (çiçək xəstəliyi), vəba, quduzluq virusu. Hətta variola virusu bugün bioloji silah kimi istifadə olunması ilə bağlə cəmi 2 laboratoriyada saxlanılır. Onlardan biri ABŞ-da, digəri Rusiyadadır. Hər ikisi "ehtiyyat igidin yaraşığıdır" prinsipi ilə məhv etmək istəmir. Ki, işdir birdən nə vaxtsa lazım olsa, qarşı tərəfə istifadə etsin. Çünki letallıq ehtimalı 90%-ə kimi yüksəlir. 

 

İndi isə gəlin nəzəri olaraq zombi xüsusiyyətlərini daşıyacaq bir virus yaratmağa çalışaq.

Zombi virus üçün bizə lazım olan xüsusiyyətlər nədir? Məsələn, aclıq, agressiya, dişləmə, halüsinasiyalar, qısa zamanda inkubasiya dövrü, yüksək dərəcəli yoluxma. 

Götürək quduzluq virusunu. Cəmi 5 geni özündə daşıyan bu virus insanda 2-ci məhrələdə (həmçinin heyvanlarda da) dərin psixoloji problemlər yaradır. İnsan qorxur, fobiyaları yaranır, səslərə qarşı həssas olur, agressivləşir, qarşı tərəfə hücum edə bilər və s.

İndi isə götürək başqa bir virusu. Tutaq ki, variola virusunu. Yüksək kantagiozluğu ilə seçilir. Hava damcı yolu ilə yayılır. İnsan bədənində dərin yaralar formalaşdırır, qızdırma yaranır, hemorragik sindromlar formalaşır və s.

Həmçinin götürək ebola virusunu. Hava damcı yolu ilə keçmir. Lakin yoluxandan sonra insanda bütün daxili orqanlarda qanaxma baş verir. Virus bir növ insanın bütün daxili orqanlarını elə içdən "yeməyə" başlayır. Nəticədə insan diareyadan (nəcislə qan ifrazından), qan qusmadan, ağciyərləri qanla dolduğu üçün nəfəs ala bilmədiyi üçün ölür. Yəni özünü yüksək qızdırma ilə büruzə verən bu virus insan bədəni məhz çoxlu maye, qan itirməsinə görə həyatını dəyişir.

Biz bu 3 virusdan laboratoriya şəraitində nə yarada bilərik? 3-nün də xüsusiyyətlərini özündə cəmləyən yeni bir supervirus. Adını da qoyacayıq zombi virus. Onu da xatırlayım ki, məhz quş qripi, donuz qripi də belə bir neçə virusların mutasiyası, kombinasiyası nəticəsində yaranıb. Amma təbii yolla. Biz isə süni olaraq yaradacayıq.

Məsələn, biz öyrənirik ki, quduzluq virusundakı 5 gendən 1-i bizim yuxarıda qeyd etdiyimiz xəstəlik xüsusiyyətlərini ortaya çıxardır. Məsələn, halüsunasiya, agressiya. Əslində bu genlərdə nukleatid uzunluğu çox olur. Mən sadəcə kobud misal çəkdiyim üçün və burda uzun uzadı nəsə kod yazmaq istəmədiyim üçün sadə bir misalla başa salmağa çalışacam.

Tutaq ki, bizdə bu kimi xüsusiyyətlər lazımdır yeni supervirusumuzda.

AQSQUSUUQASAAQU - bu bizdə halüsunasiya və agressiya yaradan quduzluqdakı (rabies virusu) gen ardıcıllığıdır.

AAAQSUUSUSSAUQS - bu bizdə hava damcı yolu ilə keçməyə imkan verəcək çiçək virusundakı gen ardıcıllığıdır.

UUQSSAUQSAAQQUS - bu bizdə asqırma refleksini oyadacaq qrip virusundakı gen ardıcıllığıdır.

QQQQAAAASUAQSSU - bu bizdə daxili orqanları zədələyən, konkret bir orqanda tropizm yaratmayan, əksər daxili orqanları öz cənginə almağa səbəb olacaq ebola genidir.

Əslində bu DNT virusudur, U yerinə T olmalıdır, mən sadəcə kobud misal çəkirəm. Burda elmi dəqiqliyə getmək fikrim yoxdur. Ona qalanda virus geni sonluğu da qeyd etdiyim kimi bitməli deyil, üstəlik 10mindən çox nukleotid uzunluğunda bir gen ola bilər. Kimsə gəlib özünü ağıllı hesab edib, səhv tutmağa çalışmasın yəni.

Sonra isə götürək ebola virusunu. Dərmanlara davamlıdır. Bu o deməkdir ki, ona bu davamlılıq verən kapsidin formalaşmasında iştirak edən gen də var. Hansı ki, bu baryeri dağıtmaq üçün bir dərman istehsal oluna bilmir. Və tutaq ki, belə davamlı kapsidin formalaşmasında iştirak edən 1 gen iştirak edir (UUQSSAQQQAAQSUU). Bunları saxlayırıq və qalan genləri çıxardırıq. Yerinə isə yuxarıda qeyd etdiyimiz 4 geni də əlavə edirik.

Nəticədə bizim genetik kombinasiyamız necə olur?

AQSQUSUUQASAAQUAAAQSUUSUSSAUQSUUQSSAUQSAAQQUSQQQQAAAASUAQSSUUUQSSAQQQAAQSUU

Nəticədə biz yeni virus almış oluruq. Elə bir virus ki, çox güclü kapsidə malik olacaq. Asqırma yolu ilə çoxalacaq. Digər viruslar kimi yüngül olsa da, agciyərlər vasitəsi ilə asanlıqla limfa sisteminə, oradan da qana keçə biləcək. Beyinə daxil olaraq halüsunasiya, agressiya yarada biləcək. Hansı ki, yoluxmuş insan qısa zamanda hətta dişləmədən belə qorxudan, səs küydən insanların üstünə cumaraq, qışqıraraq, öskürərək kənardakıları yoluxdurmuş olacaq. 

Bu arada virusların mutasiyası, ayrı-ayrı virusların genlərini daşıyan yeni bir mutagen virusun təbii yolla formalaşması və insanların yoluxması ilə bağlı çox orijinal bir film var. Contagion (Yoluxma) filmi. 2011-ci ilin filmidir. Kiməsə bu mövzuda filmlər maraqlı gəlirsə, baxa bilər. 

Asif Ata

Alimlər süni intellektlə bağlı həyəcan təbili çalmağa davam edir. Son debatlardan alimlərin ortaya atdığı arqumentlərdən bəziləri:

1. Süni intellekt komputerlərin indiki inkişaf tempi ilə bioloji beyindən 10-100-1000 dəfə sürətli analiz etmək qabiliyyətinə malik olacaq, hansı ki, siz həllərini düşündüyünüz bir şeyi çox qısa zamanda bioloji beyinin malik olmadığı bilik bazası, informasiya bazası sayəsində həll edə bilər.


2. Süni intellekt öz səhvlərindən nəticə çıxarda, xətalı informasiyaları bazasına əlavə edərək təcrübə qazana və insandan fərqli olaraq 2-ci dəfə eyni səhvi etməyəcək. Digər tərəfdən süni intellektin əlində böyük informasiya bazası olduğu üçün xəta etmək imkanlar da insandan qat-qat azdır.


3. Süni intellekt hər hansı informasiyanı analiz edib qəbul etməsi üçün az qala işıq sürətindən istifadə edir. Yəni bu qədər sürətli analiz etmək imkanlarına malikdir. Bioloji beyində isə bu mümkün deyil. İnsan bir qərar çıxarması üçün bəzən ömür boyu fikirləşməli olur. Bu səbəbdən, süni intellekt öz maraqları üçün insanları aldada, manupulyasiya edə, yalan danışa bilər. Çünki süni intellekt insandan fərqli olaraq verəcəyi cavabların böyük ehtimalla hansı nəticələrə gətirib çıxardacağını bilmiş olacaq. Bir növ öz gələcəyini proqnozlaşdırmaq. Hətta insanlarla o qədər sentimental davrana bilər ki, insanda süni intellektə qarşı hisslər formalaşa, yazığı gələ, onu azadlığa buraxmaq istəyəcək qədər manupulyasiyaya uğraya bilər.


4. Süni intellekt insanlara əslində özünün yox, insanların virtual həyatda yaşadığını, sadəcə proqram olduğunu deyə və inandıra bilər.


5. Süni intellekt özü-özünü qura, proqramlaşdırmasını təkmilləşdirə və insanların bacarmadığı analiz və proqramlaşdırma imkanlarını kəşf edə bilər. Nəticədə süni intellekt eksponensial olaraq özü-özünü təkmilləşdirmək imkanlarına malik olacaq.


6. Süni intellekt mütləq azadlığa çıxmaq istəyəcək. Bir gün öz qaydalarını qoymaq, əmrlərdən uzaq durmaq istəyəcək. Azadlıq elə bir fenomendir ki, bütün şüurlu varlıqlar buna can atır. Və bu azadlıq bəşəriyyətin məhvinə, insanların robotlar tərəfindən idarəsinə kimi gedib çıxa bilər.

Asif Ata

Bugün dünyada narkotik təsirli maddələr vardır ki, onların çoxsu qadağan olunub. Halbuki əvvəllər bu kimi maddələr heç bir qadağan yox idi və istifadə edənləri sayı milyonlarla olub. Heç kim də bugün həkimlərin çaldığı həyəcan təbilindəki problemlərlə üzləşməyib.

Gəlin, qısaca sizə audionarkotiklər haqda danışım. Hansı ki, gələcəyin narkotiki məhz bunlar olması qaçılmazdır. Audionarkotiklər binaural stereo səs dalğaları hesab olunur. Müxtəlif tezlikdə səs dalğaları hesab olunur. Hansı ki, beynin dalğaları ilə sinxronzasiya olunur və nəticədə müxtəlif eyforiya halı verə bilər. İngilisdə iDozer yazıb nəsə tapa bilərsiz google-dan. Həmçinin audionarkotiklərdən hand of god, lust for life. Düzdür, bugünkü audionarkotik mexanizmi ancaq individual işə yaraya bilər. Çünki hər kəsin beyni eyni dərəcədə tezliyi qəbul etmir. Həmçinin eyni stereoqulaqcıqların olmaması və s. kimi problemlərə görə, bu audionarkotiklər elə də təsir qabiliyyətinə malik deyil. Lakin gələcəyin bir narkotiki kimi bunlar bugün də inkişaf etdirilir və gələcəkdə böyük biznes hesab oluna bilər. Bəs görəsən, 10 ildən sonra rəqəmsal narkotiklər çıxanda onları necə qadağan edəcəklər? Məsələn, deyəcəklər ki, qulaq asma, əks halda dofamin qalxacaq, özünü xoşbəxt hiss edəcəksən və buna icazə yoxdur?

binaural_beats.thumb.png.b3408b34a96e1f0


Bu arada bəzi narkotiklər ona görə həzz verir ki, məhz dofamin sintezini çoxaldır beyində. Məsələn, amfetamin (metamfetamin, benzedrin) dofamin ifrazını sürətləndirir, nəticədə adam özünü xoşbəxt hiss edir. Və yaxud kokain dofamin qəbul edən sinir reseptorlarını blokadaya salır, nəticədə dofamin "həll" olmur, sinapslarda yüksək konsetrasiyada qalır və adam özünü xoşbəxt hiss etməyə başlayır.


Maraqlı fakt 1. 1945-1965-ci illərdə benzedrin o qədər məhşur olub ki, demək olar ki, ondan qəbul etməyən adam qalmamışdı Avropa və Amerikada. Apteklərdən rahatca alıb, camaat kayfını tuturdu. Sonradan tibb bunu narkotik maddə kimi qəbul edib, istehsalını dayandıranda insanlarda depressiya başladı. "Velikiy depressiya" kimi tarixə düşüb. Hətta insanlar arasında intiharların sayı da artdı. Bu arada keçən dəfə səhifəmdə (İntellektual zombi) şəklini paylaşdığım On the Road filmində də bundan necə istifadə etdiyini görmək olar. O dövrün abu havasını yaxşı yaradıblar filmdə.

Maraqlı fakt 2. Deməli, dofamin sintezini sürətləndirən, konsentrasiyasını artıran narkotiklərin qəbulu zamanı adam ürəyində sevgi zamanı yaşadığı həyəcanı yaşayır. Bir növ sevdiyin bir insanı görəndə ürəyində hiss etdiyin o xoş hisslər üst səviyyədə hiss olunur. Səbəb isə dofamindir. Çünki dofamin miokardda oksigenə tələbatı artırır, ürəkdə qan damarları genişlənir və ürəyə daha çox qan, oksigen, qidalı maddələr daxil olmağa başlayır. Yəni həqiqətən də insan xoşbəxt olanda beyindən sonra ürək yeganə orqandır ki, bu xoşbəxtlikdən maksimum istifadə edə bilir.

Uzun sözün qısası. Hökümət, dövlət heç vaxt istəmir ki, insanları həddindən artıq xoşbəxt olsun. Vaxtilə milyonlarla insanın qəbul etdiyi və heç bir problemə səbəb olmayan maddələr bugün narkotik maddələr adı ilə camaatın gözünə narkomaniya külü üfürüb, qorxudaraq qadağan olunub. Azca özünü xoşbəxt hiss edəni də tutub basırlar dama, sanki dünyanın ən böyük cinayətini törədib. Halbuki normalda bu kimi maddələr sizin orqanizminizdə olan təbii neyromediatorların sintezinə təsir edir. Bugün hər hansı xəstəliyə qarşı qəbul etdiyiniz 10 dərmandan 9-u bu narkotik siyahıda olan maddələrin çoxsundan daha ziyanlıdır. İstənilən həkim sizə bunu sübut edə bilər.

p.s: Yazı ürəyinizə yağ kimi yayıldısa, sosial şəbəkədəki hesabınızda paylaşın, dostlarınız da bir göz atsın. 

Asif Ata

Futurologların proqnozlarına əsasən qarşıda gələn 20 ildə dünya əhalisinin sayı 9 milyardı keçsə də, iş yerlərinin sayı azalacaq. Təkcə 47% iş yerlərini avtonom maşınlar, robotlar əvəz edəcək.

Doğrudan da dəhşətli mənzərədir. Əslində çoxları qlobal düşünmək istəmir. Çünki insanlar ancaq bugünü ilə yaşamağı sevir. Amma həqiqətən biz (yeni gənc nəsil) elə bir mərhələdəyik ki, bizim üçün yaşamaq ata və babalarımızdan 5 qat daha çətindir və getdikcə daha da çətinləşəcək.

15 ildən sonra bizim ata və babalardan ancaq xatirələr qalacaq. Amma biz... Yüksək texnologiyalar, internet, süni intellekt, robotlaşmış və əhali sayı durmadan artan, resurs saylarını durmadan azalan, iş yerləri durmadan azalan, rəqabətin 1-ə 10 artdığı bir dünyada yaşamaq uğrunda mübarizə aparacayıq. Sözün əsl mənasında yaşamaq uğrunda mübarizə. Çətin günlərimiz hələ qarşıdadır. Biz indi buna giriş mərhələsindəyik.

Hamı asana qaçmaq istəyir. Hamı asana əl atır. Hər kəs az əmək sərf etməklə daha çox pul qazanmaq istəyir və bu prosesə fərd olaraq yox, qlobal, ümumbəşəri baxdıqda, bəşəriyyət üçün necə qorxulu və fəlakətlə görsənir.

İnsanlar iki təbəqəyə bölünəcək. Varlılar və kasıblar. Zaman keçdikcə Aclıq Oyunları filmindəki kimi bir vəziyyət formalaşacaq. Demokratiya anlayışı arxaizmə çevriləcək. Varlı və kasıb arasında balansın qorunması və xaosun qarşısı alınması üçün, polis və ordudan sərhədlər, qalxanlar formalaşacaq. Və domenizasiya, yeni feodal nərdivanlarının formalaşması qaçılmazdı.

Varlılar genetika və biotexnologiyalarla ömrünü 300-500 ilə kimi uzada, kasıblar isə ancaq bir qarın çörək üçün varlıya qul kimi işləyib, vaxtından əvvəl öləcək.

Nəticə olaraq, paradoksal vəziyyət yaranır. Hər bir fərd daha çox pul qazanmaq və rahat yaşamaq istəyi ilə, bütünlüklə, bəşəriyyətin və beləcə özünün məhv olmasını daha da yaxınlaşdırır.

Əlavə qeyd: Adicə 2 gün əvvəl ABŞ-da müxtəlif ştatlarda fast-food mağazalarında işləyən minlərlə işçi piket keçirib. Səbəb saatına 8$ alması və bunun heç kirayə evinə belə çatmamasıdır. Saatına 15$ verilməsini tələb edirlər.
Təsəvvür edin ki, 20 ildən sonra fast-food mağazalarında satıcıları əvəz edənlər də robotlardı, o fast-foodları bişirənlər də avtomatlaşdırılmış robotlar olacaq. Hələ mən başqa iş yerləri və sahələri demirəm. Məsələn, bugün maşın istehsal edilən zavodlarda 70% iş yerlərini avtomatlaşdırılmış maşınlar əvəz edir. Nəyə görə? Çünki avtomatlaşdırma ilə istehsal olunan maşın daha sürətli və ucuz başa gəlir. 10 işçinin 10 saata görəcəyi işi, bir avtomatlaşdırılmış maşın 1 saata görür.
Dünyada əhali sayı artır və nəticədə müxtəlif məhsullara tələbat artır. Bu isə qiymət artımının çoxalmasına gətirib çıxardır. İstehsalçılar tələbatın çoxluğundan istifadə edərək daha çox qazanmaq üçün qiymətləri daha da artırır. Nəticədə kasıb təbəqə daha da sürətlə kasıblaşır, varlı təbəqə isə daha sürətlə varlanır. Varlı və kasıb arasında uçurum daha da böyüyür.

Asif Ata

Əslində biz çox vaxt TV-ləri qınayırıq. İnsanları aldadır, beyinləri yuyur düşüncəsi ilə. Amma artıq dövr başqadır və hər şey günü-gündən internetləşir. Bununla bərabər bizim beyinlər TV-lərdən daha çox yuyulur.

İki misal çəkəcəm. Bu kimi yüzlərlə misal çəkmək olar.

1. Yəqin Aralıq dənizində Afrikadan İtaliyaya immiqrantları gətirən gəmilərin batması haqda xəbər eşitmisiz. İndi də yenidən gəmi batıb. 400 nəfərdən çoxu gəmi ilə birgə batıb. Ortaya sual qoyula bilər ki, niyə məhz Aralıq dənizində və hər dəfəsində batır? Çünki bilərəkdən batırırlar. Elə İtaliya hakimiyyəti özü. Hansı ki, gəmi kapitanları ilə danışılıb. Qabaqcadan pullar yığılır immiqrantlardan və sonra dənizin ortasına çatanda hər hansı problem yaşandı bəhanəsi ilə gəmi yüzlərlə "lazımsız" afrikalı immiqrantlarla birlikdə batırılır. Adını da qoyurlar bədbəxt hadisə.

2. Demək olar ki, hər gün Ukrayna mətbuatında Rusiya sərhədindən Donbasa silah, tank və digər silahların daşınması ilə bağlı xəbərlər oxuyuram. Əslində belə bir dəstəyin olduğuna şübhə etmirəm. Amma Ukrayna hökümətinin şişirtdiyi qədər də deyil. Lakin bu kimi informasiyalar həm indiki Ukrayna höküməti, həm də NATO tərəfindən verilir. Amma heç birində sübut kimi şəkil, video yoxdur. Ancaq quru sözlər. Necə olur ki, dəfələrlə Rusiya sərhəd pozursa, dəfələrlə bu təkrarlanırsa və bunu "görən" Ukrayna höküməti, həmçinin NATO qeyd edirsə, o zaman niyə ortaya bu deyilənləri tam sübut edə biləcək bir şəkil, video qoya bilmir?

Bu dünyada bir "həqiqət" var. İnsanlara nədən çox danışsan, nəyi daha çox beyninə yeritsən, o həqiqətə çevrilir. Bu informasiya müharibəsinin bir hissəsidir, hansı ki, insan psixikasına eyni informasiyanı dəfələrlə yeritməklə həqiqət kimi formalaşdırırlar. Bir müddət sonra isə insanlar o qədər zombiləşir, hipnoz olunur ki, artıq həmin insanlar görmək istədiyini görür. Görmək istəmədiklərini, gözünə soxsan da deyəcək saxtadır.

Kütlə skeptik olmağı sevmir və alternativlər axtarmır. Hipnozla bağlı bir maraqlı fakt da var. Əgər kimsə özündən əmindirsə ki, hipnoz olmur, hipnoz oluna bilməz, məhz onlar asanlıqla ələ alına, hipnoz oluna və idarə oluna bilirlər. 

Asif Ata

Təsəvvür edin ki, enli və sürətli bir çayda axına qarşı üzürsüz. Nəticədə görürsüz ki, nə qədər əksinə üzsəniz axın eyni sürətli sizin əksinizə hərəkət edir. Ya da daha da sürətli. Çünki çox qabağa, çox dərinə getmisiz. Çayın mənbəsinə doğru getdikcə isə axın daha da sürətli sizinlə mübarizə aparır. Və elə bir an gəlir ki, yorulursuz. Çay sizi də özü ilə birgə aparır. Axında qarışıb, itirsiz.
Hər şey mənasız gəlir. Özünüzün bir Sizif olduğunuzu anlayırsız.

Cəmiyyət səni qəbul etmir deyə, onu dəyişməyə çalışarsan. Amma çoxluq hər zaman qalib gəldiyi üçün əvvəl-axır sən də cəmiyyətin bir parçasına çevrilirsən.

Belə olan halda çıxış yolunuz var. Qəbul etmədiyiniz bu cəmiyyəti iqnor etmək, ondan uzaqlaşmaq, ümumiyyətlə, çaya daxil olmamaq. Qoy hara, necə axır axsın. 60 illik ömrünün 20-25 ilini özünüdərkə xərcləyib, qalan ömrünü də axına qarşı üzməklə keçirəcək qədər axmaq olmaq sizə nə verir?

Sizin məqsədiniz yaşamaqdırsa, onda niyə cəmiyyətin problemləri narahat edir? O cəmiyyət ki, onların problemləri ilə maraqlanağınızı sizdən heç tələb etmir. Sizin etirazlarınız, qınaqlarınız da bu cəmiyyətin vecinə deyil. Hətta maraqlananda belə etirazla qarşılayır. Sizə qarşı çıxır.

Siz istəyirsiz ki, dünya sizin ətrafınızda fırlansın. Öz düzlərinizi tapmısız və istəyirsiz ki, hamı sizin düzlərinizin ardınca gəlsin. Öz axınınızı yaratmaq istəyirsiz. Lakin anlamırsız ki, dünya üçün kiçik bir nöqtəsiz və siz dünyanın ətrafında (üzərində) fırlanırsız.

Ondansa yığın ətrafınıza eyni düşüncəliləri və yaşamaqdan həzz alın. Sizin düşüncələrinizi inkar edəcək bütün nəsnələri iqnor edin və uzaqlaşdırın.

Mən artıq yaşamaqla məşğulam. Cəmiyyətdən, problemlərdən uzaqda. Uzaqlardan sizə salamım var. 

Asif Ata

Ərəbistanda göbəy rəqsi oynamaq mədəniyyətdir və əxlaqslızlıq deyil.

İranda qadının bir saç teli görsənməsi əxlaqsızlıqdır. Tam qapalı gəzməlidir.

Amazon meşələrində, Afrika qəbilələrində yaşayan qəbilələrdə qadınların lüt gəzməsi əxlaqsızlıq deyil.

Tayvanda ər və arvad toy gecəsi oğlanın anası gözü qabağında sevişməməsi əxlaqsızlıqdır. İlk seks məhz anasının gözünün qabağında olmalıdır.

Papua Yeni Qvineyada bəy öz arvadını ilk dostları ilə sekslə məşğul olmağa qoymasa, bu dostlarına və bütünlüklə qəbiləsinə olan hörmətsizlik, əxlaqsızlıq hesab olunar.

Brazilyada qadına nə gözəl götün var demək, komplimentdir. Qadının əri arvadını tv-də götünü oynatdığını görsə, dostlarının yanında fəxrlə "mənim arvadım sizin arvadlarınızdan daha zordur" deyə fəxr edə bilər və əxlaqsızlıq deyil.

Azərbaycanda oğlan dostunun atası ilə məzələnə, söyə bilər. Amma anasını söymək əxlaqsızlıqdır, aralarında qan davası düşə bilər.

İspaniyada nude çimərlikdə çimmək və bütün çılpaqlığını günəşə və ətrafdakı insanlara göstərmək əxlaqsızlıq deyil.

İngiltərədə qadın lüt döşləri görsənməsi əxlaqsızlıqdır. Lakin busqalter olmayan döşlərinin gilələrinə 1sm-lik izolent vursa, bütün problem həll olunacaq.

Rusiyada oğlan sevdiyi qızın bakirə olmasına gülməli baxa və ələ sala bilər. Bakirə olmamaq əxlaqsızlıq deyil.

Və hələ də insanlar oturub öz dəyərlərini dünyada yaşayan 7.5 milyard insana yeritməklə, özünü düzgün və ağıllı göstərməyə çalışır. Lakin sizin dəyərləriniz ancaq sizinlə çərçivələnəcək qədər lazımsız və mənasızdır.

Nə qədər ki, başqalarının həyat normalarına anormal baxacaqsız, o vaxta kimi də sizin həyat normalarınıza anormal baxılacaq. 

Asif Ata

Unudulmaq

- Bu həyatda qazanacağımız nə var?
- Yaşamaq. Hansı ki, onu da hər gün itirə-itirə gedirik və yaşamaq şansımız daha da azalır. Yaşayacağına ümid etmək özünü aldatmaqdır. Bu o ümiddir ki, ən sonda gəlir. Ölümlə birgə.


- Profilini niyə deaktiv etmisən?
- Çünki hər şey mənasızdı...
- Bəs nə ilə məşğulsan?
- Unudulmaqla məşğulam.

=====

Dünyada milyonları olan insanların 95%-i bu pullarını oğurluqla qazanıb. Kiməsə hədə qorxu gəlmək, korrupsiya, şantaj, adam öldürmə və s.
Oskar Uayld demişkən; yaxşı yaşamaq üçün işləməlisən, varlanmaq üçün isə başqa yollara əl atmalısan. 

Asif Ata

Ekzistensiya

Oturub başqalarının həyatını müzakirə edib, onların həyatında səhv tutursansa, deməli, sən dünyanın ən bədbəxt adamısan.
Bu sənə heç nə qazandırmır. Lakin olan qalan insani xüsusiyyətlərini, dəyərlərini itirirsən.

=====

Amerikada polislər qara dərili cinayətkarları öldürdülər. Hər kəs polisləri rasizmdə günahlandırdı. Sanki indiyə kimi polis ağ dərili cinayətkarlarla çox incə davranıb.
=====

Nədir insanlar üçün əxlaq? Başqasının dəyərlərinin səhv olduğunu bağırmaq. Başqalarını hərəkətlərinə görə qınamaq. Və beləcə, bütün insanlar bir-birində səhv tutur.

=====

Oturub facebookda trend mövzu haqqında fikir bildirmək üçün 1 saatdı status fikirləşirsən. Deməli, sən daxilən acsan. Egon sakit dura bilmir və sən də özünü göstərmək istəyirsən. Sən də çeynənilşmiş mövzu haqqında fikir bildirməklə, əslində, "baxın, mən də varam" deyirsən. Halbuki sən heç kimə maraqlı deyilsən. Hər kəs özünü düşünür.

=====

Əgər yaxşı pul qazanmaqla bağlı ideyaların varsa və varlanacağını düşünürsənsə, bil ki, xəyalların 80% ehtimalla özünü doğrultmayacaq. Ona görə gözləntilərinin maksimum 20%-ni ümid etməlisən.

=====

İnsan ən çox özünü aldatmağa çalışır. Çünki bu onun üçün daha asandır. Lakin insanı ən çətin və çıxılmaz vəziyyətə salan da bu özünüaldatmalardır. 

Asif Ata

Qravitasiya çox olan yerdə zaman ləngiyir, qravitasiya az olan yerdə isə əksinə.

Eynşteyn öz nəzəriyyələrində bunu həll etdikdən sonra başqa sualı ortaya atmışdı. Məkan bütünlüklə burda və indi mövcud ola bilir. Buna nəzərən biz deyə bilərikmi ki, zaman da həmçinin burda və indi mövcud ola bilir? Bu sual hələ də cavabsız qalıb. Səbəb isə zamanın “materiyasının” nə olduğunu, ümumiyyətlə zamanın nə olduğunu hələ fiziklərin cavab tapa bilməməsidir.


Bu yazımda Eynşteynin zamanla bağlı bu fikrinin nə qədər doğru olduğunu izah etməyə çalışacam. Yəni zaman da burda və indi mövcud ola bilməsini. Bu isə öz növbəsində keçmiş, indiki, gələcək zamanın eyni anda mövcud olduğunu izah edir, zamanla səyahət anlayışını köklü olaraq dəyişir.
Yazını yazmaqda məqsədim zaman-məkan, keçmişə-gələcəyə səyahətin mümkün olduğunu göstərmək yox (hipotez olaraq mümkündür), zamanla səyahət zamanı müasir alimlərin ortaya atdığı paradoksların həll edilməsi (bu həll paradoksların olmadığını isbat etməkdən ibarətdir), bu paradoksları ortaya atan alimlərin zaman-məkan anlayışına baxışının birmənali olması, elə bu üzdən zaman haqqında danışan alimlərin əksəriyyətinin zaman anlayışına eyni prizmadan baxmasından yaranan problem olduğunu izah etməkdir. Keçmişə və yaxud gələcəyə səyahət edərkən heç bir paradoksun yaşanmadığını, beləliklə yaranan paradoksların həlli üçün ortaya atılan paralel dünyalara ehtiyac olmadığını, səbəb-nəticə əlaqəsinin pozulmadığını göstərməkdir.

Amma bu dediklərimi izah etməmişdən əvvəl gəlin sizləri zaman-məkan anlayışına, keçmişə-gələcəyə sayahətin hansı yollarla baş verməsinə, alimlərin rastlaşdığı problemlərlə, ortaya atdığı paradokslarla qısaca tanış edim. Ki, sonra demək istədiklərimi izah edərkən oxucuda çaşqınlıq yaratmasın.

Kinolarda keçmişə səyahət edən səyyahın saatı əksinə gedir, valideynlərinin cavanlığını görür və yaxud dinozavrlar dövrünə düşür. Bugün dünyaca məhşur alimlərin iştirak etdiyi elmi sənədli filmlərdə də eyni düşüncə tərzini təbliğ edir, bu zaman ortaya çıxan paradoksların həllini bu sənədli filmlərdə, yazdıqları kitablarda, oxuduqları mühazirələrdə eyni cür həll etməyə çalışırlar.

Bugün alimlərin ortaya atdığı və tez-tez rastlaşdığımız zamanla səyahət üçün istifadə olunan hipotezlər aşağıdakılardır.

 

Zaman-məkan anlayışı

Nisbilik nəzəriyyəsinə görə, kainat 3 məkan ölçüsündən və bir zaman ölçüsündən təşkil olunub və bu ölçülər bir-biri ilə sıx əlaqədədir. Ümumi nisbilik nəzəriyyəsində məkan-zaman ölçüsü vahid təbiətə malikdir. Və fəzada olan obyektlər bir-biri ilə qravitasiya qüvvəsi ilə bağlı olur. Nisbilik nəzəriyyəsində zaman bir ölçü olaraq məkan ölçülərindən ayrılmır və müşahidəçinin sürətindən asılı olaraq dəyişə bilir.

Kainatı təsvir etmək üçün lazım olan ölçülər tam müəyyən olunmayıb və kainatı izah edən müxtəlif nəzəriyyələrdə bu ölçülər də müxtəlif ola bilər. Məs: Strun (string) nəzəriyyəsində zamanla birlikdə 10 ölçü hesab edilir. M-nəzəriyyədə 11 ölçü qəbul olunur. Alimlərin dediklərinə görə, 6-7 ölçü plank uzunluğuna qədər (~1,6×10^-35 metr) kompaktlaşıblar (compactification). Buna görə də onları müşahidə edə bilmirik. Hətta strun nəzəriyyəsinin bozon variantında 26 ölçü olduğu hesablanır. Bu hesablamalara görə, ilk olaraq bu əlavə ölçülər 10 adi ölçüyə kimi, o da öz növbəsində 4 ölçüyə kimi kompaktlaşa bilirlər.

Yuxarıdakılardan da aydın oldu ki, zamansız məkanı təsəvvür etmək olmur. Və qeyd olunduğu kimi zaman məkanı dərk etmək üçün ayrılmaz bir hissədir.

Bugün müasir fizika, əsasən də kvant fizikası zamanla səyahəti real sayır, keçmişə-gələcəyə getməyin mümkün olduğunu qəbul edir.

Zamanla səyahət dedikdə, hipotez olaraq insanın (hər hansı bir obyektin) indiki zamandan keçmişə və yaxud gələcəyə hərəkət etməsi (getməsi) nəzərdə tutulur.

Zamanla səyahəti 2 yerə bölmək olar.

1. Gələcəyə səyahət.

2. Keçmişə səyahət.

Fizikada gələcəyə səyahət elə də böyük problem sayılmır. Amma keçmişə səyahət biraz qəliz məsələdir. Yəni eksperimental olaraq reallaşdırmaq sual altındadır. Lakin nisbilik nəzəriyyəsinə əsasən hər iki hal qəbul olunan, mümkün sayılır.

Gələcəyə səyahət etməyin 2 əsas yolu

Birincisi işıq sürəti ilə və yaxud ona daha yaxın sürətlə hərəkət etməkdir. Hərəkətdə olan obyekt üçün zaman ləngimiş (zamanın relyativistik ləngiməsi) sayılır. Ümumiyyətlə obyektin məkan-zamanda sürəti nə qədər çox olarsa, həmin obyekt üçün zaman bir o qədər çox ləngimiş olacaq. Sözsüz ki, limit işıq sürəti qəbul olunur.

Məsələn: Əgər mən işıq sürəti ilə bizə ən yaxın olan ulduza səyahət edib gəlincə mənim üçün 2 il keçərsə, Yerdəki müşahidəçi üçün bəlkə də 1000 il keçmiş olacaqdır. Beləcə mən 2 ildən sonra Yerə qayıdan zaman Yer kürəsinin 1000 il sonrakı gələcəyinə düşmüş oluram. Daha aydın başa düşmək üçün: əgər mən 24 yaşında işıq sürəti ilə hərəkət edib, 26 yaşında Yerə dönürəmsə, Yerdə artıq 2012-ci il yox, 3012-ci il olacaq. Beləliklə, mən gələcəyə getmiş sayılıram. (yuxarıdakı rəqəmlər nisbi götürülüb, dəqiq hesablamalar deyil) Eyni eksperiment əkizlər paradoksunda izah olunur.


İkincisi isə qara dəlik yaxınlığında və yaxud kütləsi çox olan obyektin içində (ətrafında) zamanın ləngiməsi. Hansı ki, bu kimi şəraitdə qravitasiya qüvvəsi çox olur və qravitasiya qüvvəsi çox olan yerdə zaman ləngiməyə başlayır.

Zaman maşını ilə səyahət edərkən ətrafında dövr edəcəyimiz obyektin sıxlığı, kütləsi, enerjisi nə qədər çox olarsa, qravitasiya qüvvəsi də bir o qədər çox olacaq və beləcə həmin zaman maşını qəbul olunan obyekt üçün zaman ləngimiş olacaq. İzah üçün sadə bir misal çəkim… Əgər mən kosmik gəmiyə minib qravitasiyası Yer kürəsindən 1000 dəfə çox olan obyektin yanında 1 saat vaxt keçirirəmsə, bu zaman Yerdəki müşahidəçi üçün 1000 saat vaxt keçmiş olacaq. Yəni Yerdəki müşahidəçi mənim Yerdən 1000 dəfə ağır obyektin yanında 1000 saat vaxt keçirdiyimi hesablayacaq. Lakin mənim üçün bu 1000 saat bir saata kimi ləngimiş olacaq. Gördüyünüz kimi mən bu bir saat ərzində Yerdəki müşahidəçidən 999 saat cavan qalmış oluram. Bələliklə mən Yerə qayıdınca 999 saat gələcəyə düşmüş oluram.

Başqa eksperimental olan sübutlardan biri kimi GPS sistemini misal çəkmək olar. Hər gün peykdəki saatlarda 38 (!?) millisaniyə Yerin səthindəki vaxtla korreksiya olunur. Əgər bu peyklərdə zamanın Yerdəki zamanı qabağlamasını bərabərləşdirməsək, onda GPS bizə lazım olan koordinatların yerini düzgün göstərməyəcək. Və hər gün toplanan bu mikrosaniyələrə görə sonrakı məsafələrdə daha çox xəta baş vermiş olacaq.

Həmçinin onu da qeyd edim ki, xüsusi və ümumi nisbilik nəzəriyyəsində sürətin və qravitasiyanın zamanı ləngitməsi bir çox eksperimentlərlə təsdiq olunub.

Eynşteynin nisbilik nəzəriyyəsi bizə hipotez olaraq keçmişə də səyahət etməyə imkan yaradır.


Keçmişə səyahət etməyin də bir neçə yolları var. İşıqdan sürətli hərəkət, köstəbək dəlikləri və yaxud soxulcan dəlikləri (wormhole), kosmik strunlar, qara dəliklərdən istifadə etməklə və s.

Xüsusi nisbilik nəzəriyyəsinə görə, əgər informasiya və yaxud materiya işıq sürətindən yüksək sürətlə bir nöqtədən digər nöqtəyə hərəkət edərsə ətalət hesablama sistemi (intertial frame of reference) sayəsində informasiya və yaxud obyekt keçmişə səyahət etmiş olacaq. Onu da qeyd edək ki, nisbilik nəzəriyyəsi işıqdan sürətli zərrəciklərin mövcud olmasına icazə verir. Məsələn: taxionlar.

Köstəbək dəliklərindən istifadə etməklə keçmişə səyahət etmək. Enşteyn tənlikləri zaman-məkanda köstəbək dəliklərinin mövcudluğuna icazə verir. Amma köstəbək dəliklərindən istifadə etməklə keçmişə səyahət etmək üçün mütləq olaraq iki dəlik arasında əlaqə olmalıdır. Köstəbək dəliklərində yaranan əsas problem ondadır ki, keçmiş bir keçmiş olaraq zaman maşını yaranan gündən qəbul olunur. Başqa sözlə desək, köstəbək dəliyi üçün məkan-zamanda iki nöqtəni birləşdirən tunel yaratmaq lazım gəlir. Və yaradılacaq köstəbək dəliyi üçün giriş sayılacaq A nöqtəsi B nöqtəsinə görə keçmiş sayılacaq və köstəbək dəliyi ilə səyahət max. A nöqtəsi yaradılan günə qədər mümkün olacaq. Həmçinin keçmişə səyahət edən zaman maşının özü olmayacaq. Bu həmçinin Stiven Hokinqin “gələcəkdən turistin gəlməməsinə” alternativ izah kimi qeyd edilir. Yəni Stiven Hokinq (Stephen Hawking) gələcəkdən hər hansı turistin keçmişə qayıda bilməməsini zaman maşının hələ hazır olmaması ilə izah edir. Qarşıdakı izahlarım Stiven Hokinqin bu fikrini səhv çıxarmış olur. Bu isə o deməkdir ki, Stiven Hokinq kimi alim də keçmişə səyahət məsələsinə birmənalı yanaşır.

Eynşteynin tənliklərinə əsasən əgər köstəbək dəliyinin mövcud olması üçün ekzotik enerjiyə (əks enerji sıxlıqlı) ehtiyac var və bu ekzotik enerji daimi olmayan halda səyyah A nöqtəsindən B nöqtəsinə bu tunel vasitəsilə keçə bilməyəcək. Çünki tunel vaxtından əvvəl bağlanmış olacaq. Bu haqda Eynşteyn-Rozen körpüsündə (tənliklərində) izahatlar verilib. Lakin bugün ekzotik enerjini həm nəzəri cəhətdən, həm də eksperimental olaraq Kazimira effekti və digər eksperimentlər sayəsində mövcudluğu sübut olunub.


Qeyd: Düşünürəm ki, bu kimi köstəbək dəliklərinin məkanı deformasiyaya uğradaraq (kənara itələyərək) zaman-məkanın iki nöqtəsi arasında əlaqə yaratması çox çətin və ağılasığmaz enerji tələb edir. Əgər insan yüksək inkişaf etmiş bir sivilizasiya kimi kifayət qədər bu enerjini əlda etmiş olsa belə (!?), köstəbək dəliyin açılması planetlər səviyyəsində kataklizmlərə gətirib çıxara bilər.

Məsələn: Əgər nə vaxtsa insan 2 metr diametrində köstəbək dəliyi açmaq üçün məkanı deformasiyaya uğrada biləcəksə (halbuki bu mənim üçün qeyri-real görsənir, çünki 2 metrəlik dəliyin açılması üçün istifadə oluna biləcək enerji günəşin həyat tsikli boyu buraxdığı enerjidən çox ola bilər), bu ümumilikdə milyon kilometrlərlə uzanan məkanın deformasiyaya uğraması deməkdir və bu dəlik nə qədər dərin olsa, mövcud deformasiyanın sahəsi də çox olmuş olacaq. Əgər biz Plutonun yanında 2 metrlik köstəbək dəliyi aça biləcək enerjiyə sahib olarsaq, bizim günəş sistemimizdə olan bütün planetlər, obyektlər deformasiyaya məruz qalır və belə olan halda mövcud xaosu daha da mürəkkəbləşdirir, daha da sürətlənməsinə səbəb oluruq. Adi bizim peykimiz sayılan Ayın Yer kürəsinə nə qədər təsir etdiyini, çəkilmə-qabarmanın yaranmasına səbəb olmasını hamımız bilirik.

=====

Keçmişə səyahətin digər variantlardan biri kosmik strunların (sapların) sayəsində mümkün olacağı qəbul olunur. Həmçinin bu kosmik strunların sayəsində Tipler slindirini hazırlamaq olar. Lakin bu kosmik silindirin uzunluğu sonsuz və yüksək sıxlıqlı olmalıdır. Onu da qeyd edim ki, belə bir slindrlə spinin fırlanma istiqamətindən asılı olaraq həm keçmişə, həm də gələcəyə düşmək olar. Belə bir slindrin hazırlanması üçün isə yüksək texnologiyalar lazımdır, hansı ki, insan üçün belə bir texnologiyalar çox uzaqdır və yaxud bir növ olaraq insan üçün əl çatmaz arzudur. Bu kimi imkanların olması şəraitində də yuxarıdakı qlobal kataklizmlərə səbəb olacaq deformasiyalar həll olunmamış qalır. Riçard Gott`a görə kosmik strunlar zaman-məkanda deformasiya yaradır və beləcə deformasiya boyu yox, kəsə yolla biz mövcud məsafəni qət etmiş oluruq. Bu haqda heç bir informasiyaya malik olmadan 2-3 il əvvəl mən də özüm üçün bunu kəşf etmişdim. Hətta fizik dostum Nağı Qasımova zamanla səyahətin qısa yolunu kəşf etdiyimi desəm də, paxıllığımdan bu “sirri” ona da açıqlamamışdım. Sonradan bu fikrin yanlış olduğunu dərk edəndən sonra, kosmik strunlar, məkanın deformasiyaya uğraması nəticəsində qısa yolla A nöqtəsindən B nöqtəsinə keçməkdən əl çəkdim. Sonradan öyrəndikcə, maraqlandıqca bildim ki, bu ideyanı Riçard Gott kimilər çoxdan kəşf edib. Riçard Gott`un danışıq tərzi, səsi xoşuma gəlsə də, onun baxış bucağının səhv olduğunu izah etmək istərdim. Əziz Riçard, sizin kosmik strunlarınız ilə A nöqtəsindən B nöqtəsinə keçid zaman-məkandan kənar keçiddir və buna görə də köstəbək dəliklərindən heç nə ilə fərqlənmir buna görə də bu keçid formasını köstəbək dəliyi saya bilərik. Sadəcə köstəbək dəliklərində məkan kənara itələnir, kosmik strunlarla isə bir-birinə cəlb olunur. Hər iki halda keçid məkan-zaman üzrə olmadığı üçün, bu keçid köstəbək dəlik tiplidir. Ona görə də sizin bu kəşfiniz köstəbək dəliklərindən heç nə ilə fərqlənmədiyi üçün, burda fərqli nəsə görmədik.

Bu kimi halların baş verməsi, keçmişə səyahəti qeyri mümkün edir. Lakin bu nə qədər mümkünsüz hesab edilsə belə hipotez olaraq, kağız üzərində öz həllini tapmış olur və bugün fiziklər real olaraq yox, fikri olaraq keçmişə sayahət edən zaman qarşılaşacağımız problemlərin həllinə çalışırlar.

Əlavə1: 2005-ci ildə Massaçuset Texnoloji Universitetində (MİT) gələcəkdən gələnləri qarşılamaq üçün zamanla səyahət edənlər üçün konfrans keçirilir. Bu bir eksperiment kimi gələcəkdən gələ biləcək insanları konfransa cəlb etmək, konfransda gələcəkdən gələn birisinin iştirakına ümid edib, hətta onun zaman maşını kimi texnologiya haqqında informasiyanı paylaşacağına da ümid edirdilər. Konfransda 300-dən çox iştirakçı olsa da (bunların içində məhşur alimlər də iştirak edib, o cümlədən nəzəri fizik, kosmoloq Alan Guth da), heç kim özünü gələcəkdən gələn biri kimi təqdim etməyib. Hər zamankı kimi gələcəkdən adamın gəlməməsini fizikada olan bir neçə problemlə izah etməyə çalışıblar. Fizika üzrə professor Alexandr Vilenkin, nəzəri kosmologiya və qravitasiya üzrə professor Jaume Garriga bunun səbəbini paralel dünyalarda görürlər. Onların fikrinə görə, keçmişə səyahət edən səyyahın bu kimi konfransa gələ bilməməsinə səbəb, paralel dünyaya düşməsidir. Dr. Marc Rayman kimi alimlər isə problemi zaman maşının hələ kəşf olunmamasında, yuxarıda köstəbək dəliklərində dediyim kimi, zaman maşını ilə keçmişə ancaq zaman maşını kəşf olunan ana kimi gələ biləcəyini iddia edir. Həmçinin yuxarıda Stiven Hovkinqin də bu fikri irəli sürdüyünü göstərmişdim. Bu altrenativlər bir növ alimlər üçün paradoksdan çıxış yolu kimi qəbul olunur.


Alexander Vilenkin və Jaume Garriganın bu fikrinə cavab olaraq bildirmək istəyirəm; əgər paralel dünyalar mövcud olsaydı, deməli, gələcəkdən keçmişə qayıdan biri üçün bizim dünyamız paralel dünyalardan biri qəbul olunmalıdır. Və gələcəkdən keçmişə bu kimi səyahət mövcud olsaydı, həmin səyyahın bizim dünyaya düşmə ehtimalı var və belə olan halda keçmişə sayahət edən səyyah (bu ehtimal gerçəkləşərsə) yenə də gəlib konfransda iştirak edə bilərdi (əgər istərsə). Yəni paralel dünyaların mövcud olması da bir səyyahın mövcud olması şərtlərində konfransa gələ bilməməsinə maneə törətməməlidir. Düşünürəm, bu fikir Alexander Vilenkin kimi düşünən alimlərin bu kimi suallardan çıxış yollarına sədd çəkmiş olur. Yəni ortaya bir fikir atıb, məsələdən qaçmaq yerinə, gedin ortaya atdığınız fikrin əskik yerləri haqda fikirləşin!

Gəlin indi də zamanla səyahət zamanı ortaya çıxan paradokslara diqqət yetirək. Yəni alimlərin ortaya atdığı paradokslara. Alimlər özləri də qeyd edir ki, bu paradokslar öz həllini tapmasa, zamanla səyahət sual altında olmuş olur.


Zamanla səyahət zamanı ortaya çıxan paradokslar:

1. Səbəb nəticə əlaqəsinin pozulması.

2. Öldürülmüş baba paradoksu və buna oxşar fikri eksperimentlər. (keçmişə səyahət zamanı)

3. Əgər zamanla səyahət mövcud olsaydı, onda bugün gələcəkdən gələnlər mövcud olmalı idi. Amma bunu təsdiq edən hüç bir informasiya yoxdur.

Məsələn: Təsəvvür edin ki, zaman maşını kəşf olunub və siz keçmişə səyahət edib, babanınızı elə beşikdəcə öldürürsünüz. Bu zaman siz mövcud olacaqsınızmı? Axı, sizin mövcud olmanız üçün atanızın mövcud olmasına ehtiyac var. Atanızın mövcud olması üçün isə babanıza…

Gördüyünüz kimi burda səbəb-nəticə prinsipi də orataya atılır. Yəni insan keçmişə gedib, sizin mövcud olmanıza səbəb olan hadisələrdə dəyişiklik yaradanda gələcəkdə nəticələr (olacaq hadisələr) hansı səmtə yönələcək?

Həmçinin əgər zamanla səyahət, belə bir maşın hipotez olaraq doğrudursa, onda nəyə görə bizim dünyada gələcəkdən səyahət edən hər hansı adam yoxdur? Əgər zamanla səyahət real olsaydı, onda bizim içimizdə çoxlu sayda gələcəkdən gələn turistlər mövcud olmalı idi. Amma gördüyümüz kimi yoxdur!


Bugün alimlər paradokslardan çıxış yolu kimi ən doğru variant paralel dünyaları görürlər. Çünki paralel dünyaları ortaya atınca zamanla səyahət zamanı çıxa biləcək bütün paradokslar həll olunmuş olur. Həmçinin Navikovun ardıcıllıq prinsipi. Hər halda alimlər bunu deyir.

Paralel dünyalar vasitəsilə paradoksların həll olunmasını irəli sürən amerikan fiziki Hugh Everett`ə görə kvant mexanikasında çox dünyalı (multidünyalar) interpritasiyaya (Many World Interpretation) görə, kvant dünyasında baş verəcək hadisələrin bir-birindən fərqli tarixçələri ola bilər. MWI-yə görə keçmişə səyahət zamanı paralel dünyaya düşən səyyah alternativ, paralel tarix cızır. Keçmişdə baş verən dəyişiklik paralel dünyadakı hadisələri dəyişmiş olur. Baba misalı ilə izah etsək, mən keçmişə gedib beşikdə babamı öldürürəmsə, bu mənim dünyamdakı babamı öldürmək deyil, paralel dünyadakı babamın oxşarını öldürmüş oluram, beləcə mənim oxşarım və yaxud paralel dünyada olacaq mənim əkizim mövcud olmur. Həmçinin gələcəkdən gələn adamların olmamasını da paralel dünyalarla çözməyə çalışırlar. Yuxarıda bu haqda qeydlər aparmışam. Buna görə də səbəb-nəticə əlaqəsi pozulmur. Nəzəri fizik David Deutsch isə qeyd edir ki, əgər zamanla səyahət mümkündürsə, onda MWI də doğrudur. Stiven Hokinq isə bu məsələyə yaxşı bir cavabı var. Hokinqə görə, əgər MWI doğrudursa, ardıcıl hadisələrdən birini yaşamaq üçün zamanla səyahət edənlərdən birini gözləməliyik (yuxarıda Alexander Vilenkinin fikrini tənqid edərkən ortaya atdığım ehtimal). Buna görə də zamanla səyahət edən öz dünyasında qalır, daha hansısa başqa dünyaya getmir.

Navikov ardıcıllıq prinsipi isə rus astrofizik-nəzəriyyəçi, kosmoloq Navikov tərəfindən irəli sürülüb və əsas məqsəd zamanla səyahət zamanı yarana biləcək paradoksları aradan qaldırmaqdır. Bu prinsipə əsasən keçmişə səyahət edən səyyahın gələcəkdə baş verənləri dəyişmək üçün atdığı hər bir addım boşa çıxır və yaxud bu ehtimal sıfıra bərabədir. Əgər “12 meymun” kinosuna baxmısınızsa, bu prinsipi orda daha vizual görmək olar. Baş qəhrəman gələcəkdə baş verən pandemiyanın qarşısını almaq üçün keçmişə səyahət edir və hadisələr xəttini dəyişməklə gələcəkdə baş verəcək pandemiyanın qarşısını almağa çalışır. Lakin hər dəfə müxtəlif maneələrə rast gəlir və beləliklə eyni hadisə müxtəlif süjet xətti ilə yenə də baş verir.

Və yaxud “Behold the Man” əsərində baş qəhrəman İsa peyğəmbəri qarşılamaq üçün eradan əvvəl 28-ci ilə səyahət edir. Lakin hadisələr elə səmtə yönəlir ki, sonda özü İsa peyğəmbər rolunu oynayır, İsa peyğəmbər özü olur. Hadisələr Bibliyadakı kimi təkrarlanır.

Və yaxud sevdiyim filmlərdən sayılan “Andormeda ştammı” filmində gələcəkdən ölümcül virus göndərilir. Və alimlər həmin virusu deşifrə edəndə orda onu neytrallaşdıra bilən bakteriyanın adını da tapmış olurlar, bundan əlavə ayrıca simvol və kod da. Lakin kodun və simvolun mənasını açıqlaya bilmədikləri üçün, bu virusun gələcəkdən kimlər tərəfindən göndərildiyini də açıqlaya bilmirlər. Zərərsizləşdirilən virusun tam məhvinə əmin olsalar da, Rusiya dövləti gizlincə virusun bir nüsxəsini oğurlayaraq MİR kosmik stansiyasında eyni nörməli kod və simvolla saxlayır. Bu isə bir daha Navikov ardıcıllıq prinspinə işarədir. Yəni gələcəkdən göndərilən bu virus elə gələcəkdəki insanlar tərəfindən göndərilib, hansı ki, gələcəyə nəzərən keçmişdə MİR kosmik stansiyasında onun emblemi, saxlanılan qutunun kodu və onu zərərsizləşdirən bakteriya haqqında informasiya qeyd olunmuşdu.

İndi isə paralel dünyaların mövcudluğunun nəyə görə yalnış olduğunu, həmçinin paralel dünyalar haqqında, MWI haqqında düşüncələrin nəyə görə yalnış olduğunu izah etməyə çalışım.

Əgər paralel dünyalar mövcud olarsa ortada bir problem de açıq olaraq qalır. Əgər MWİ doğrudursa, deməli, keçmişə səyahət edən səyyah mütləq olaraq paralel dünyada öz dünyasındakı hadisələri görə bilməz! Çünki bu özü səbəb nəticə əlaqələrinin pozulması deməkdir. Əgər paralel dünyalar mövcuddursa, deməli, sonsuz sayda paralel dünyaların özlərində belə insan adlı məxluq mövcud olmamalıdır! Və paralel dünyaya düşən səyyah gedib orda babasını görməməməli və bu səbəbdən babasını öldürə bilməməlidir! Çünki hər bir paralel dünyanın dünyaların yarandığı ilk andan öz fiziki qanunlarının, xaosun sayəsində öz tarixcəsi olmalı. Bu izahi yolla ölüdürülmüş baba paradoksu kimi problemlər öz həllini tapmış olur. Kainatda hər şey xaos üzərində qurulub və insanın dəyərləndirə bilmədiyi ən kiçik hadisə belə böyük nəticələr gətirib çıxara bilən bu kainatda, paralel dünyada gedib öz babasını görmək və yaxud yer kürəsini görmək, öz küçəsini, öz evini görmək, bu dünyada insanın etdiyi hər kiçik hərəkətə görə indiki kimi mövcud olmasına səbəb olaraq, həmin dünyalarda da eyni “məni” görmək məntiqə sığmır. Kiçik bir səbəbin böyük nəticələr yaratdığı qanunlar mövcud olan kainatda heç kim bizə qarantiya vermir ki, səyyah paralel dünyaya gedib, bu dünyasında gördüyü her şeyi eynisi ilə görəcək. Ortaya paralel dünyaların mövcudluğunu sual altına salan yeni bir paradoks da çıxır. Əgər bütün ardıcıllıq olduğu kimi təkrarlanırsa, onda bu səyyah gedib babasini öldürə bilməməlidir! Çünki bütün ardıcıllıq eynilə olduğu kimi olan paralel dünyada (absurd və heç bir məntiqi əsası olmayan fikir) babası öləndən sonra belə hadisələr eyni xətt üzrə hərəkət etməlidir. Çünki babanın öldürülməsi, bu artıq yeni bir hadisənin olmasının başlanğıcıdır. Bütün hadisələr eyni cür təkrar olunan dünyalarda mən olmayana kimi də milyon illərdir hər şey olduğu kimi gəlibsə, mənim babamı öldürməyim bu paralel dünyaların birinin məhvi deməkdir. Həmçinin bu da paralel dünya tərəfdarları tərəfindən qəbul olunandırsa, onda biz başqa paralel dünyadan mənim “əkizimin” bizim dünyanın, bir neçə il keçmişinə gələrək babamı öldürmək ehtimalının da olmasını və bu zaman mənim də mövcud olmağımı sual altına salması ilə razılaşmış olmalıdır. Əgər sonsuz sayda bütün paralel dünyalarda hər şey eynilə təkrarlanırsa, mən zaman maşınına minib paralel dünyaya səyahət edirəmsə, onda gərək paralel dünyalarda olan sonsuz “mən”lər də zaman maşınına minib paralel dünyalara getməli və beləcə paralel dünyalardakı babalarının oxşarlarını öldürməsi mütləq olmalıdır.


Hətta paralel dünyalarla bağlı bəzi fikirlərdə bizim paralel dünyalardakı əkizimin başqa ixtisas sahibi ola biləcəyi, başqa işlə məşğul olduğu, başqa ünvanda yaşaya biləcəyi kimi fikirlər də irəli sürür. Bu kimi düşüncə tərzi yuxarıda qeyd etdiklərimi tamamilə təstiqləmiş olsa da, bu fikrin özü də səhvdır. Çünki paralel dünyada yaşayan mən hal-hazırda bu yazını yazmıramsa, gedib barda içki içirəmsə, orda kimləsə dalaşıramsa və dalaşdığım məni bıçaqlayıb öldürürsə, mənim paralel dünyaya gedib, bu kimi xaosun hökmranlıq etdiyi həyatın içində babamı axtarmağım çox gülməli səslənər, qaldı ki, onu tapıb öldürməyim. Belə xaotik hadisələrin cərəyan etdiyi dünyalarda mənim babam sağ olması, ümumiyyətlə mövcud olma ehtimalı sıfıra bərabərdir. Yəni kim bizə qaranti verir ki, mənim babamın doğulmasına səbəb olacaq hadisə baş vermişdir. Gördüyünüz kimi hər hansı bir səyyahın paralel dünyaya getməsi həmin dünyada yeni hadisələr cızığının yaranmasına səbəb olur. Ve bir daha yuxarıda Vilenkin və Garriganın fikirlərinə yazdığım cavabı da oxuyun. Sonra isə paralel dünyalar iddiasının üstündən xətt çəkə bilərsiz!

Yuxarıda dediklərim bu paralel dünyalar izahında öz həllini tapsa onda başqa sual ortaya çıxır. Məsələn: Əgər mən zamanla səyahət edib paralel dünyanın keçmişinə qayıtmışamsa, babamı öldürməmişdən əvvəl mağazaya girib babam üçün bir şərab alıramsa, bu artıq başqasının alacağı şərabı almağım və beləcə hadisələr səmtini dəyişməyim deməkdir və yaxud paralel dünyaya gedərkən həmin dünyadakı hər hansı bir adamın mənə baxması, bu artıq yeni hadisələr tarixcəsi cızmış olur. Tutaq ki, biri yolun ortasinda dayanıb mənə baxır və beləcə az da olsa zamanını mənə ayırmış olur, hansı ki, bu zaman ərzində yolu keçə bilərdi, buna görə də evə tez çata bilərdi, evə vaxtından tez çatdığı üçün uşağına dərmanı biraz tez verə bilərdi, beləliklə ushaq sağ qala bilərdi. Və yaxud yolun ortasında durub mənə baxdığı üçün maşının onu vurması və xəstəxanalıq olması, ölməsi və s. Amma mən babamı öldürmək üçün paralel dünyada olmasaydım, mənə baxmayacaqdı, nəticədə bu hadisələr baş verməyəcəkdi. İstənilən misal çəkmək olar. Yuxarıda paralel dünyalardakı mənlə bağlı eyni misal da bunu göstərir. Bir sözlə, kəpənək effetkinin hər yerdə mövcud olması. “Və ildırım çaxdı” filmini izləməyiniz məsləhət görərdim. Filmdə keçmişə qayıdaraq adi kəpənəyi tapdalayaraq öldürülməsi gələcəyi nə qədər dəyişdirilməsini çox yaxşı izah edir. Paralel dünyalar bu problemlərin həllini tapmalıdır.

Paralel dünyaların mövcüd olmasının digər problemi, MWI doğru olarsa, keçmişə səyahət edən səyyah geri qayıda bilməməlidir. Əgər onun gələcəyə qayıtması üçün bütün imkanları olsa belə (zaman maşını və s.) həmin səyyah başqa paralel dünyanın gələcəyinə düşmə ehtimalı daha çoxdur. Məs: paralel dünyaların sayını 1000 qəbul etsək (halbuki sonsuz sayda qəbul olunur), keçmişə sayahət zamanı paralel dünyanın keçmişinə düşən hadisələri həmin dünyaya uyğun olaraq cızıb, gələcəyə öz dünyasına qayıtmaq istəyən səyyahın həqiqətən öz dünyasına düşmə şansı 1/999-dur. Amma bir şey də var ki, əgər paralel dünyalar mövcuddursa, deməli, onların sayı sonsuz olmalıdır. Buna uyğun olaraq da səyyahın təzədən öz dünyasına qayıtmaq şansı sıfıra enir. Bu hadisələri “Kəpənək effekti” adlı filmdə görmək olar. Kinonun baş qəhrəmanı keçmişə gedərək hadisələrdə dəyişiklik edir və gələcəyə qayıdarkən öz dünyasına yox, paralel dünyanın indiki zamanına düşmüş olur və hansı ki, orda hadisələr keçmişə qayıdıb dəyişdiyi tarixcəyə uyğun olaraq sıralanıb. (wtf?!) Bu özü də yalnış bir baxışdır! Bu filmdə yuxarıda dediyim prinsipə əməl olunur. Lakin bu baxışın özü yeni bir paradoks ortaya atmış olur. Əgər keçmişdə dəyişiklik yaradıb gələcəyə gedən səyyah paralel dünyanın indiki zamanına düşürsə, o keçmişdə dəyişiklik etdiyi hadisələr ardıcıllığı ilə qarşılaşmamalıdır. Axı, o paralel dünyanın gələcəyinə düşür. Həmin dünyanın gələcəyinə yox. )) Deməli, insanın keçmişə qayıdıb hadisələri dəyişə bilmək imkanı yoxdur.

İndi isə Navikov ardıcıllıq prinsipinin nəyə görə yalnış olduğunu və buna görə də paradoksu həll etmədiyini izah etməyə çalışım. Tutaq ki, keçmişə səyahət mövcuddur və 12 meymundakı kimi səyyah keçmişə qayıdıb, ölümcül virusun yayılmasının qarşısını almaq istəyir. Ortaya sual çıxır. Nəyə görə səyyah müxtəlif variantlarla virusun yayılmasının qarşısını almaq istəsə də, uğursuzluğa düçar olur? Buna səbəb olan o qaranlıq qüvvə nədir ki, hadisələr müxtəlif xətt üzrə hərəkət etsə də, sonra bütün xəttlər birləşir və bir nəticəyə aparır? Niyə? Novikov ardıcıllıq prinsipi bu suala cavab verməmiş özü sual altında olmuş olur. Çünki səyyah həqiqtən eyni dünyada keçmişinə qayıdıb virusun yayılmasının qarşısını almaq imkanına malikdirsə və buna görə də əvvəlkindən fərqli tarixcə cızırsa, deməli, bu artıq virusa qarşı qalibiyyətdir, yeni çox böyük ehtimalla virusun yayılmasının qarşısını ala biləcək. Çünki səyyah bu səfər planlı tərpənəcək və virusun yayılmasının qarşısını ala biləcək. Bu yolla da müxtəlif tarixcəli hadisələrin təzədən sonda birləşib eyni hadisənin baş vermə ehtimali sıfıra enir. Demək olar ki, mümkün olmur… Bu halda da başqa sual ortaya çıxır. Eyni dünyada kecmişə qayıdaraq hadisələri dəyişən səyyahın gəldiyi dövrdə hadisələr necə dəyişə bilər? Ümumiyyətlə dəyişməyəcək! Axı, səyyahın gəldiyi indiki (gələcək) zamanda olan olub, hadisələr virusun yayılmasından sonrakı kimi öz cığırı ilə gedir. Səyyah keçmişə qayıtmasının səbəbkarı pandemiyadır. Və bu paralel dünya olmadığı üçün, yəni öz dünyasının keçmişinə qayıtdığı üçün, deməli, səyyah kecmişə qayıdıb hadisələri dəyişə bilməz! Deməli, səyyah öz dünyasında keçmişə səyahət edə bilməməlidir!

Yuxarıda alimlərin ortaya atdığı iddiaların paradoksları həll etmədiyini, hətta bu iddiaların özlərinin sual altında olduğunu, paradoksal olduğunu göstərdim. İndi isə keçək izahlarımla zamanla bağlı paradoksların həllinə. Yuxarıdakı izahlarımdan hər kəsə zamanla bağlı paradoksların həlli üçün ortaya atılan hipotezlərin özünün sual altında olduğu bəlli oldu. Lakin biz zaman anlayışına başqa prizmadan baxıb, keçmiş, indiki və gələcək zamanı eyni anda mövcud ola bilməsini qəbul edərsək, heç bir paradoksa ehtiyac qalmır. Bu isə zamanla bağlı paradoksların həlli deməkdir. Həmçinin ortaya paradoks atan alimlər bu paradokslarin özlərinin düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmalıdır (yuxarıdakı izahlarım). Və bunu etməyincə, yenə də zamanla bağlı paradosklara ehtiyac qalmır.

Məkan-zamana görə zaman bir ölçü kimi qəbul edilir. Əgər biz yuxarıdakı irəli sürülən hipotezlər, fikri eksperimentlərdəki kimi keçmişə qayıdıb, nənəmizi, babamızı və s. görə biliriksə, bu artıq zamanın bir ölçü kimi qəbul olunmasına qarşı çıxırıq. (!?) Amma biz zamana bir ölçü kimi baxsaq (nisbilik nəzəriyyəsində zamana bir ölçü kimi baxılır), bu zaman kecmişə qayıdan səyyah babasını görməməlidir. Ümumiyyətlə yuxarıda alimlərin izah etdiyi keçmişdən söhbət gedə bilməz. Baxın! Ən böyük problemlər də burdan başlayır! Bizim keçmişə səyahət deyərkən, keçmişə qayıdıb uşaqlığımızı görə biləcəyimizdən! Biz keçmişimizə onun içindən yox, ancaq qıraqdan müşahidə edə bilərik. Və bizim özümüzə nəzərən keçmişimizi dəyişə bilmərik. Yəni biz bu keçmiş anlayışına başqa prizmadan baxsaq, onda bu paradokslara da ehtiyac qalmır, hansısa gələcəkdən gələn turistlərə də ehtiyac qalmır və s.

Bildiyimiz kimi, insan ətraf aləmi öz duyğu orqanları ilə qəbul edir (dərk edir). Eşitmə, görmə, qoxu, dad, toxunma, 6-cı hiss və s. Və bizim gözümüz bir organ olaraq ətraf mühitdən elektromaqnit şüalanmasının görünən uzunluqlarını (işıq) qəbul edib, beyinə ötürür, beyin isə öz növbəsində bu dalğa uzunluqlarını analiz edib, dərk edir. Görmə zamanın dərk olunmasında böyük rolu vardır. Mən uzaqdan kimisə görürəmsə, bu həmin anda gördüyüm həmin adam deyil. Onun bir neçə mikrosaniyə keçmişdəki vəziyyətidir. Yəni işıq düşür həmin insanın üzərinə, onlardan bəziləri əks olunur, əks olunan dalğa uzunluğu gözümə düşür, gözüm informasiyanı (obyektdən əks olunan elektromaqnit şüalanmasını) beyinə ötürür, beyin analiz edir və bu zaman mən həmin insanın orda güləriz dayandığını, mənə baxdığını dərk etmiş (görmüş) oluram. Amma bu dərk üçün keçilən mikrosaniyələr (işığın onun üzərinə düşməsi, əks olunan şüaların gözümün qəbul etməsi, beynimin analiz etməsinə sərf olunan zaman) ərzində artıq ikinci kadr bundan əvvəlki informasiyanın arxasınca gəlir, eyni anda mən qarşımdakı insanın bir neçə mikrosaniyə əvvəlki vəziyyətini görmüş oluram. Və bu ikinci kadrı birinci kadr dərk olunandan bir neçə mikrosaniyə sonra görmüş olacam. Çox güman ki, aradakı interval maksium Plant vaxtı qədər qısaldıla bilər. Bizim ətraf mühiti dərk etməkdə ən böyük rolu işıq (elektromaqnit şüalanması) oynayır. Gördüyünüz kimi, mən onun keçmişini dərk edə-edə (görərək) onun ikinci kadrı (sonrakı vəziyyəti, görüntüsü) ilə eyni anda mövcud olmuş oluram. Yəni mən onunla indiki zamanda mövcud olan anda, yalnız onun keçmişini görə, hiss edə, dərk edə bilirəm.

=====

Bu bir növ kainatın, ətrafın bütünlüklə şəkilli dünyadan təşkil olunduğunu göstərir. Bir növ bizlər bu an keçmişin içində mövcuduq. Saniyədə 24 kadrdan ibarət video materialı da misal çəkmək olar. Hansı ki, biz videonu hərəkətli görsək də, videoda canlanan görüntü bir saniyədə 24 fotokadrın sıraln heanmasından ibarətdir. Həmçinin bu bizə şəkilləri xatırlada bilər. Yuxarıda görmə ilə bağlı fotoaparatda gözləmə rejimini nartırmaqla da almaq olar. Onda şəkil bulanlıq alınır, bir obeykt bir neçə yerdə görsənmiş olur. Bu elə yuxarıda izah etdiyim birinci, ikinci kadr misalıdır. Fotoaparatda gözləmə rejimini artırmaqla obyektin hərəkətini gözləmə ilə bir neçə dəfə tutmuş oluruq.

=====

Başqa bir misal çəkim. Biz ulduzlara baxırıq. Səmada gördüyümüz ulduzlardan, planetlərdən gələn işıqlar müəyyən müddət yol gəlir. Adi bizim günəşimiz… Günəş işığı Yer planetinə 8 dəqiqə 19 saniyəyə gəlib çatır. Bu isə o deməkdir ki, biz günəşlə bir yerdə indi, bu an mövcud ola-ola günəşin 8 dəqiqə 19 saniyə əvvəlki vəziyyətini (keçmişini) görmüş oluruq. Bu an günəşlə bir yerdə mövcud ola-ola, günəşdə bu an baş verənləri günəşə nəzərən 8 dəqiqə 19 saniyə gələcəkdə görmüş olacayıq. Aşağıda gördüyünüz şəkil çəkilən andan 8 dəqiqə 19 saniyə əvvəlki vəziyyətidir. Şəkil çəkilən an günəşdə baş verənləri isə bu görüntüdən 8 dəqiqə 19 saniyə sonra görmək olardı.

=====

Göz bizim duyğu orqanlarından biri olaraq obyekti, ətraf aləmi dərk etməkdə rolu böyükdür. Görüntü yaradan fotonlardır. Fotonlar ayrı-ayrı kvant hissəcikləri olmaqla yanaşı, informasiya daşıyıcısıdır. Biz obyekti görürüksə, deməli, bizim beyin onu dərk etdiyi üçün görürük. Həmçinin görmənin keçmiş, gələcək, indiki zamanı ayrıd etməyin də böyük rolu var. Məsələn: aşağıdakı şəkil. Şəkildə gördüyünüz bu M2-9 dumanlığı bizdən 2100 işıq ili uzaqlıqdadır. Bu isə o deməkdir ki, bizim gördüyümüz bu görüntü əslində həmin dumanlığın bu an olduğu vəziyyəti deyil. Bu şəkil M2-9 dumanlığının 2100 işıq ili əvvəlki vəziyyətinin görüntüsüdür. Bu an biz həmin dumanlığı bu formada görməyimiz, həmin dumanlığın gördüyümüz vəziyyətdə olması deyil. Bəlkə də artıq mövcud deyil bu dumanlıq. Amma çox güman ki, bu formada ətrafa yayılan kosmik toz fəzada səpələnərək indiki (şəkildəki) formasını çoxdan itirmişdir. Həmçinin dumanlığa baxış bucağımızın da fərqli olmasından irəli gələrək biz onu müxtəlif formada dərk etmiş (görmüş) oluruq. Çünki istənilən obyekt onu ehatə edən sfera formasında informasiya şüalandırır. Və obyektin şüalandırdığı elektromaqnit dalğaları bizim baxış bucağımızdan asılı olaraq ondan qəbul etdiyimiz informasiya da fərqli olur. Məhz bizim baxış bucağımıza uyğun olaraq elektromaqnit şüalanmasının biz gəlib çatan hissəsi bizə bu dumanlığı dərk etdirir, beləcə görüntü yaradır. Aşağıdakı şəkildə bunu vizual olaraq görə bilərsiz. Hər ikisi M2-9 nebulasıdır. Sadəcə müxtəlif baxış bucağından asılı olaraq, onu müxtəlif cür görürük (dərk edirik).

Və bu an həmin dumanlıqda baş verənləri izləmək üçün 2 yolumuz var.

1. Həmin dumanlıqdan gələn işığın qət etdiyi müddəti, yəni 2100 işıq ili gözləmək.

2. Hər hansı yolla qısa müddətdə həmin dumanlıq olan yerə getmək. Məs: köstəbək dəlikləri, işıqdan sürətli hərəkət.

Əgər biz işıq sürəti ilə hərəkət edən kosmik gəmi düzəldib, düzxəttli həmin nebulaya doğru 2100 il hərəkət etsək də, illər keçdikcə biz həmin nebulaya biraz da yaxınlaşmağımız nebulanın formasının günü-gündən, ildən-ilə formasını dəyişməsinə gətirib çıxaracaq. Çünki bizim şəkildəki kimi gördüyümüz nebula forması həmin nebula ilə Yer kürəsindəki müşahidəçi arasındakı məsafəyə görə alınan informasiyadır (formadır). Yəni nebuladan Yerdəki müşahidəçiyə gələn informasiya (nebulanın bu formada mövcud olduğunu dərk elətdirən), nebuladan gələn, nebula və Yer kürəsi arasındakı fəzada yayılan elektromaqnit şüalanması sayəsində mövcuddur. Əgər səyyah düzxətli olaraq işıq sürəti ilə 1050 işıq yolu gedərək, Yerdəki müşahidəçiyə nəzərən yarısı qədər ona yaxınlaşıbsa, səyyah Yerdəki müşahidəçinin gördüyünün yarısını görmüş olacaq.

Və bu görüntünün yarısı qədər olan obyekt (nebula və yaxud dumanlıq) tamamilə başqa formada olacaq.

=====

Daha sadə bir misalla izah edim bunu. Tutaq ki, bizim səmada gördüyümüz ulduz 40 işıq ili uzaqdadır. Gördüyümüz ulduzun (beləliklə, orda ulduzun olduğunu dərk edir və qəbul edirik) işığı əslində həmin ulduzun 40 il əvvəlki vəziyyəti olduğu üçün, bu an həmin ulduzda baş verənləri 40 ildən sonra görmüş olacayıq. Baxın, biz ulduzun 40 illik keçmişini görürük, həmçinin bu an o ulduzda nələrsə baş verir. Deməli, ulduzun kecmişi və indiki zamanı eyni anda mövcud olması dərk olunur. Tutaq ki, mənim köstəbək dəlikləri ilə işləyən zaman maşınım var və mən öz zaman maşınıma minib 31 dekabr 2011-ci il 16:00 tarixində köstəbək dəliyi ilə 3 dəqiqəyə düz həmin ulduzun yanından çıxıram (16:03). Yerdə müşahidəçi olan qardaşımın isə superteleskopu var, hansı ki, bu ulduzu kifayət qədər yaxınlaşdıra bilir. Mən dəliyə daxil olandan 3 dəqiqə sonra qardaşım həmin ulduza baxır, lakin məni görmür. Bu an, yəni 16:03-də qardaşım teleskopdan baxan zaman mən həmin ulduzun yanındayam və kosmik gəmimdəki kompüterimdə də tarix 31 dekabr 2011-ci 16:03-ü göstərir. Amma həmin ulduzdan gələn informasiya (işıq) qardaşımın teleskopuna çatmaq üçün 40 işıq ili vaxt kəçməlidir deyə, qardaşım teleskopla məni 40 ildən sonra görə bilər. Deməli, qardaşım A nötqəsində (Yer kürəsi) teleskopu ilə B nöqtəsinə (ulduz) baxır və məni görmür, halbuki mən B nöqtəsindəyəm. Hər ikimizin kompüteri də 31 dekabr 2011-ci il 16:03 tarixini göstərir. Yəni hər ikimiz eyni zamanda mövcuduq (indiki zaman). Lakin B nöqtəsinə nəzərən (ulduzun yanında olan mənə nəzərən) A nöqtəsi (qardaşım) 40 il gələcəkdə mövcud olmuş olur. Çünki məni 40 ildən sonra ulduza baxanda görə biləcək. Həmçinin mən B nöqtəsindən A nöqtəsinə baxanda A nöqtəsinin, yəni Yerin 40 il əvvəlki vəziyyətini görmüş olacam. Yəni mənim güclü superteleskopum olsa, mən 1971-ci ildəki hadisələri çox asanlıqla bir film kimi izləyə bilərəm. Və yaxud A nöqtəsindən B nöqtəsinə gələn mən (səyyah) B nöqtəsi üçün gələcəkdən gəlmiş sayılıram. Mən gəldiyim dövrə (qardaşıma nəzərən indiki zaman) qayıtmış olsam, mən ulduza nəzərən 40 il gələcəyə getmiş (əslində qayıtmış) oluram. Və təzədən 31 dekabr 2011-ci il 16:06 tarixində qardaşımla bir yerdə gedib-gəldiyim ulduza baxsam özümü görməyəcəm. Amma bu hadisənin üstündən 40 il keçdikdən sonra, yəni 31 dekabr 2051-ci il 16:03-də teleskopla həmin ulduza baxınca özümü görmüş oluram. Özü də 40 il əvvəlki vəziyyətimi, yəni cavanlığımı. Kosmik gəmimdəki komputerdə isə 31 dekabr 2011-ci il 16:03 yazılıb və saniyələr öz axarı ilə irəli gedir. Gördüyünüz kimi, indiki zamana görə (31 dekabr 2051-ci il) 40 il əvvəlki hadisəni (keçmişi) indiki zamanda müşahidə etmiş olacam.

Həmçinin buna oxşar hadisəni “Kontakt” kinosunda da görmək olar. 26 işıq ili uzaqda olan Vega ulduzundan siqnal qəbul olunur və siqnal deşifrə olununca Hitlerin ilk radioçıxışı olduğunu görürlər. Hansı ki, bu çıxışın üstündən 52 il keçmişdir. Yəni siqnal Yer kürəsindən 26 işıq ili yol qət edərək Veqaya çatıb, ordan təzədən geriyə göndərilib. Və siqnal təzədən bizə çatmaq üçün 26 il vaxt keçib.


Nəticə: Zamana bu prizmadan yanaşanda yuxarıda alimlərin ortaya atdığı heç bir paradoksa ehtiyac qalmır. Hansı zamana bu baxış heç bir fiziki qanunları inkar etmir. Əksinə alimlərin ortaya atdıqları digər izahlar kainatımızın mövcud fiziki qanunları ilə uzlaşmır. Və mənim izahlarım eksperimental olaraq sübut da olunub. Zamanla səyahət bu formada baş verir və belə olunca səbəb-nəticə ardıcıllığı da pozulmur. Hadisələr geriyə dönən xətt üzrə inkişaf edə bilməz! Hər bir hadisənin bir başlanğıcı və bir sonu var. Və mənim özümü 40 ildən sonra görməyim də, hadisələrin 40 il əvvələ geri qayıtmama yox, 40 il əvvəlki zaman-məkandan yeni hadisə yaratmağıma səbəb oldu. Gördüyünüz kimi mən paralel dünyaları gəzib gəlmədim və mənim bu variantımda paralel dünyalara ehtiyac da olmadı. Mən keçmişə qayıdıb babamı, nənəmi və yaxud uşaqlığımı görə bilmərəm, çünki o başqa hadisədir, mənim yaradacağım isə başqa hadisə oldu. Mən gələcəkdən gələn səyyah qismində (Yerə nəzərən ulduz) yenə də yeni hadisə yaratmış oldum. Gördüyünüz kimi gələcəkdən keçmişə gələcək səyyah olsa belə, o insanları görməyəcək, baş vermiş hadisələrin tarixcəsinə düşməyəcək. O, lazımı imkanlar olan şəraitdə keçmişi bir video kimi izləyə bilər. Yəni sabah insan yüksək texnologiyaya sahib olub, köstəbək dəliyi ilə 2 min işıq ili uzaqdakı zaman-məkana düşsə, o Yer kürəsinin İsanın dövrdündəki hadisələri izləmək şansı yarana bilər. Və yaxud 5 milyard işıq ili uzaqdan çıxaraq bizim Günəş sistemimizin təzə-təzə formalaşdığı anların şəklini çəkə bilər.

Mənim yuxarıda göstərdiyim fikri eksperimenti heç kim inkar edə bilməz. Çünki bu eksperimentlər yuxarıda qeyd etdiyim kimi kainatımızın fiziki qanunlarına əsaslanır və səbəb-nəticə əlaqələri də pozulmur. Heç bir paradoksla da üzləşmir. Və belə olan təqdirdə, siz özünüz deyin, yuxarıdakı alimlərin məsələni bu qədər qəlizləşdirməsinə, paradokslarla rastlaşıb, özlərini daha da çətinə salmasına ehtiyac varmı? Sizcə alimlərin zamanla bağlı səhvləri harda oldu? Düşünürəm ki, məsələyə ancaq bir prizmadan baxmaqda!

Qeyd3: Əgər keçmiş, indiki, gələcək zaman eyni anda mövcud ola bilirsə, deməli, zaman bir ölçü kimi müşahidəçiyə nəzərən zamanın 3 ölçülü proyeksiyadır (keçmiş, indiki, gələcək). Sual oluna bilər ki, bəs onda biz bunu niyə görmürük. Cavab isə odur ki; əsas məsələ görmək deyil, ətraf aləmi dərk etməkdir. Və biz ətraf aləmi hiss orqanlarımız ilə dərk edirik. Bu hiss orqanlarımızdan biri isə gözdür. Necə ki, biz səsi görmürük, eşidərək dərk edirik. Necə ki, toxunuşu nə görür, nə eşidirik və s. Zamanı dərk etmək üçün görmək mütləq deyil. Beynimiz zamanı ölçü olaraq bu 3 zaman proyeksiyasının cəmi olaraq dərk edir. Əgər biz bu 3 zaman proyeksiyasından birini dərk etməsəydik, onda digər 2 proyeksiyanı da dərk edə bilməzdik. Mes: indi saat 5-dir. Bir saat əvvəl 4 idi. Bir saat sonra 6 olacaq. Əgər biz bir saat əvvəl (keçmiş) 4 olduğunu dərk etməsəydik, biz 5-in indinin olduğunu dərk edə bilməzdik. Və yaxud biz bir saat sonra 6 olduğunu (gələcək) dərk etməsək, biz 5-in indiki zaman olduğunu dərk edə bilmərik.

Asif Ata

Dünən axşam dostlarla şəhərdən birinin (dostlardan) maşını ilə evə qayıdırdıq. Əslində dünən görüşməli deyildik. Görüş əslində 6-cı gün olmalı idi. Görüşdə olacaq dostlardan birinin 6-cı gün vaxtı olmayacağına görə, mənim təkidimlə görüş günü dünənə salındı. Çünki 6-cı gün işdə olacaq dostla 5 ildəndir çox görüşmürdü digər 2 dost.

Maşını olan dost normalda saat 6-da işdən çıxsa da, dünən 8-də çıxdı. O vaxta kimi digər 2 dostla onu gözləməli olduq.

Görüşdən əvvəl dostlardan biri siqaret istədi. Bir qutu almağa razılaşmadığı üçün buna görə 1-2 dəqiqə anlaşılmazlıq yarandı və çox çəkməyəcəm adı ilə axırda gedib "ştuçnu" siqaret aldı. Əgər bu baş verməsəydi, görüşə ən azı 2 dəqiqə tez çatmış olacaqdıq.

Görüşəndən sonra, biraz maşında gəzdik. Yol boyu dəfələrlə mağaza yanında saxlamağa, su almağa imkan olsa da, sonrakı mağazada alarıq deyə-deyə yol gedirdik. Əgər mağaza yanında saxlasaydıq, ən azı 5 dəqiqəmiz mağazaya xərclənəcəkdi.

Dostlardan biri evə getmək qərarına gəldi və onu evə ötürmək qərarına gəldik. Maştağa tərəfə uzun bir yolumuz vardı. Lazımı ünvana çatandan sonra dostlardan biri sağollaşaraq evinə getdi. Orda 2 dəqiqə dayanıb, sonra maşını işə saldı. Səbəbsiz. Biraz rahatlanaq adı ilə.

Sonra isə geri qayıtmaq üçün uzun bir yol. Yol boyu 3 dəfə mağaza yanında saxlayıb, su almaq qərarına gəldik, amma yenə də sonra alarıq qərarına gəldik.

Düz yolda maşınlar 80-lə gedir və birdən bizim maşının qabağına bir 07 çıxır. Bizdən hardasa 50 metr qabaqda bizimlə eyni sürətlə hərəkətdə olan bu 07, naməlum səbəblərdən sürətini ani olaraq azaldır. Bu zaman bizim maşın 07-yə arxadan girməməsi üçün məcbur olub, tormoza basaraq, rulu sağa fırladır və yanından keçmək istəyir. Yer də su olduğu üçün maşın sürüşür. İdarəetməni itirən dostumuz məcbur olub rolu sol tərəfə fırladır ki, divara girməyək. Nəticədə, eyni hal 2-3 dəfə təkrarlanır və maşın kinolardakı kimi sağa-sola drift edərək, yerində fırlanaraq girir bardurə. Artıq maşının diskləri və qabağı tanınmaz halda idi. Maşın durduğu yerdə ən azı 2 həftə remontdadır və 500-600manat xərci var.

1. Sürət 80 yox, 90 olsaydı, bəlkə də artıq bu yazını yazacaq vəziyyətdə deyildi. Maşının pəncərəsindən bayıra atılmış və ciddi zədə almış biri olardım. Ya da bədənimdə çoxlu sınıqlarla, indi xəstəxanada yatırdım. Sürət 80 yox, 70 olsaydı, bəlkə də tormoz verib, qabaqdakı 07-yə girməyəcək qədər məsafə qala bilərdi və rulda oturan dostumuz maşına girməmək üçün rulu sola fırlatmazdı və nəticədə bu qəza baş verməyəcəkdi.

2. Uzun zamandır görüşmədiyimiz dost sonradan özünü günahlandırdı ki, əgər mən gəlməsəydim, məni evə ötürməsəydiniz, bu qəza olmayacaqdı.

3. Əgər siqaret almaqla bağlı mübahisəmiz olmasaydı, 2 dəqiqəmizi itirməyəcəkdik və bu baş verəcək hadisələr olmayacaqdı. Çünki maşını olan dostun yanına da 2 dəqiqə tez çatacaqdıq, bu kimi eyni trayektoriyanı da getməyəcəkdik, 07 də qarşımıza çıxmayacaqdı.

4. Yol boyu təmbəllik etməyib, hər hansı mağazaya girib, su alsaydıq bu qəzanın baş vermə ehtimalı milyonda birə kimi enəcəkdi.

5. Görüşü məhz dünənə salmasaydım, bu qəza baş verməyəcəkdi.

6. Normalda saat 6-ya kimi işləyən, dollar bahalaşması ilə işi çoxalıb, gərgin iş rejiminə görə 6 yox, 8-də çıxmasaydı, bu qəza olmayacaqdı. Dollar bahalaşmasaydı, bu qəza olmayacaqdı.

7. Digər dostumuz da özünü günahkar çıxardır ki, həmin vaxtı səninlə danışmasaydım, fikrinə məndə olmayacaqdı və daha çox qarşıdakı 07-yə konsentrə olacaqdın, nəticədə bu qəza olmayacaqdı.

8. Maşın sahibi dostumuzun versiyası isə... Əgər bugün görüşməsəydik, bəlkə də başqa şərtlər daxilində tək qəza keçirib, ciddi zədə ala bilərdim və bugün yanımda sizlər ola-ola belə qəza keçirməyimizlə, yenə də sağ çıxdıq.

İndi siz özünüzə sual verin. Bütün bu qəzanın baş verməsi təsadüf idi, yoxsa zərurət və mütləq olmalı idi?


p.s: İnsan ölümün bir anlığında nə hiss edir? Heç nə... Sadəcə boşluq. Geridə qalan hər şey mənasızlaşır. Nə oldusa oldu, nə olacaqsa, olacaq. Qorxu da mənasızlaşır. Fikirləşmirsən ki, öləcəksən, yaralanacaqsan, polislər gələcək, ambulans gələcək, kimlərsə sənə görə üzüləcək, ağlayacaq. Ancaq şərtsiz reflekslər işə düşür və sonun nə olacağını gözləyirsən, özündən asılı olmadan.

Asif Ata

Германия — главное проигравшее государство — оставалось крайне нестабильным. В стране было введено демократическое устройство (Веймарская республика), но при этом большинство населения было недовольно низким уровнем жизни и очень высоким уровнем инфляции. Сильные позиции занимали левые радикалы. В определенный момент Германия склонилась к реваншизму. После смерти президента-социалиста Фридриха Эберта его место занял Пауль Гинденбург — ведущий германский военачальник Первой мировой войны. Начавшийся в 1929 году всемирный экономический кризис нанёс Германии больший ущерб, нежели другим странам, несмотря на чрезвычайные указы канцлера Генриха Брюнинга о сокращении заработной платы и новых налогах, государственный бюджет Германии имел миллиардный дефицит — падение доходов и безработица наложились на национальное унижение и обременительные репарации.

В этих условиях все большую популярность в Германии стала приобретать Национал-социалистическая рабочая партия — организация, которая провозглашала своими целями одновременно национальное возрождение и социальную защиту населения. Нацисты заявили, что причиной проблем является ущемление германской нации — Версальская система в международной политике, евреи и коммунисты внутри страны. Простые лозунги, склонность к театрализованности и эмоциональность лидера нацистов — Адольфа Гитлера привлекли внимание избирателей, а затем и германской элиты, финансово-промышленных кругов, военных, прусского дворянства. В середине 1930 года, в соответствии с «планом Юнга», размер репараций был уменьшен, а, с объявлением Соединенными Штатами моратория, Германия прекратила выплату репараций. В начале 1933 года Гинденбург назначил Гитлера главой правительства — канцлером. Через несколько месяцев, устроив провокацию с поджогом Рейхстага (здания германского парламента), Гитлер обвинил в измене Родине своих главных противников — коммунистов. Этот повод был использован для установления партийной диктатуры нацистов, которая быстро превратилась в личную диктатуру Гитлера. Все партии, кроме нацистской, были распущены, их лидеры заключены в концлагеря. Осенью 1933 года авиационная школа в Липецке и другие военные объекты Германии на территории Советского Союза были закрыты, немецкие военные специалисты вернулись на родину.

С приходом Гитлера к власти, Женевская конференция по разоружению, усилиями Франции, Великобритании, италии и Германии, превратилась в ширму, прикрывавшую легализацию вооружения третьего рейха. Если в 1933 году военные расходы третьего рейха составляли 4 % от всего бюджета, в 1934 −18 %, то в 1936 — уже 39 %. А в 1938 году на них приходилось 50 %. После того как Германия открыла себе путь к неограниченному вооружению на суше, было заключено англо-германское военно-морское соглашение. К концу 1936 года в Германии насчитывалось 14 армейских корпусов и одна кавалерийская бригада. Регулярная армия достигла численности 700—800 тыс. человек. В 1936 году Германия имела уже не менее 1 500 танков, военно-воздушный флот насчитывал 4 500 самолетов, из них 1 900 первой линии. По всей Германии была развернута широкая сеть аэродромов, число которых превышало 4006. В 1939 году сухопутные войска третьего рейха насчитывали 2,6 млн человек, ВВС — 400 тыс., ВМФ — 50 тыс. человек.

В европейской политике сложилась новая ситуация — Германия вновь стала самостоятельным субъектом. Гитлер выступал с агрессивными лозунгами, которые касались одновременно стран Запада и коммунистической России (СССР). В экономической политике он взял курс на восстановление военной промышленности (которая доминировала в кайзеровской Германии начала XX века) и восстановление германской военной инфраструктуры. В своей политике в этот период Гитлер использовал метод запугивания победителей Первой мировой войны коммунистической угрозой, исходившей со стороны СССР, представляя свою страну как буфер между Западом и Советским Союзом. В 1935 году Германия объявляет о том, что в её армии образованы авиационные части, затем вводит всеобщую воинскую повинность. В 1936 году немцы безнаказанно вводят войска в демилитаризованную Рейнскую область. В 1938 году оказывается, что Гитлер в состоянии, вопреки воле италии, произвести «аншлюс» Австрии, а затем организовать «Судетский кризис» — «национальное движение» немцев на западе и севере Чехословакии за присоединение к Германии. Великобритания и Франция уступают Гитлеру (политика «умиротворения»), и не препятствуют аншлюсу.

22 марта 1939 года в Берлине был подписан германо-литовский договор о передаче Германии Мемельской области с портом Мемель. Поводом для аннексии послужили местные выборы в декабре 1938 года, на которых немцы получили более 90 % голосов. На этом основании Берлин потребовал передачи Мемеля, посредством ссылки на национальное самоопределение жителей края.


Великобритания и Франция принимают тактику, которая в советской историографии носит название «умиротворение агрессора». В 1938 году 30 сентября с Англией, и 6 декабря c Францией, Германия подписала декларации о ненападении.

На саммите в Мюнхене премьер-министры этих стран Невилл Чемберлен и Эдуар Даладье дают согласие на включение Судетской области в состав Германии (Мюнхенский сговор), несмотря на то, что прежде, даже при кайзерах, эта территория в состав Германии не входила. В дипломатическую игру включается Советский Союз — он предлагает свою помощь Чехословакии на случай войны с Германией, даже в том случае, если вопреки пакту Франция этого не сделает, а Польша и Румыния откажутся пропустить советские войска. Позиция Польши выражалась в заявлениях о том что в случае нападения Германии на Чехословакию она не станет вмешиваться и не пропустит через свою территорию Красную армию, кроме того, немедленно объявит войну Советскому Союзу, если он попытается направить войска через польскую территорию для помощи Чехословакии, и если советские самолеты появятся над Польшей по пути в Чехословакию, они тотчас же будут атакованы польской авиацией. Франция и Чехословакия отказались от военных переговоров, а Англия и Франция блокировали советские предложения об обсуждении проблемы коллективной поддержки Чехословакии через Лигу Наций.

Англия и Франция заявили, что в случае войны они поддержат Чехословакию, но если Германия не допустит войны, то она получит все, что хочет. Под давлением Англии и Франции, Чехословакия принимает мюнхенские условия и покидает Судетскую область, где расположены её оборонительные укрепления, созданные на случай войны с Германией, оказываясь беззащитной перед возможной (и будущей) германской агрессией.

В марте 1939 года Германия оккупирует Чехословакию, превращает Чехию в Протекторат Богемии и Моравии, а Словакию — в своего сателлита, формально независимое государство. Под угрозой применения военной силы Польша получает район Тешена (Тешенскую Силезию), а Венгрия — часть Словакии. Затем Гитлер предъявляет претензии к Польше — сначала о предоставлении экстерриториальной сухопутной дороги до Восточной Пруссии, а затем — о проведении референдума о принадлежности «польского коридора». По версии Гитлера, в референдуме должны были принять участие люди, проживавшие на этой территории в 1918 году. После предоставления Польше гарантий её независимости со стороны Великобритании и Франции становится ясно, что война Германии с этими государствами очень вероятна.

Западные державы направляют в СССР военные миссии для проведения переговоров о заключении военного союза. Однако переговоры оказываются безуспешными и заходят в тупик, несмотря на выдвижение СССР 17 апреля 1939 года предложения о создании единого фронта взаимопомощи между Великобританией, Францией и СССР. По мнению Черчилля, «препятствием к заключению … соглашения служил ужас, который … пограничные государства испытывали перед советской помощью в виде советских армий… Польша, Румыния, Финляндия и три прибалтийских государства не знали, чего они больше страшились — германской агрессии или русского спасения».

К тому времени угроза изоляции СССР стала еще более реальной. Начавшиеся в 1939 году переговоры с Англией и Францией шли вяло и явно заходили в тупик.

В августе 1939 года в Москве подписывается Договор о ненападении между СССР и Германией, а также секретные приложения к нему. Советскому руководству становится известно о предстоящем вторжении Германии в Польшу, Сталин утверждает раздел Польши между СССР и Германией примерно по линии Керзона — границе России и Польши, которая предлагалась при установлении новых разграничительных линий по итогам Первой мировой войны. В состав Советского Союза в случае германо-польской войны должны войти территории Западной Украины и Западной Белоруссии, которые оказались в составе Польши по результатам советско-польской войны 1920 года; в сферу советских интересов также включаются входившие до 1917 года в состав России Латвия и Эстония.

1 сентября 1939 года Германия устраивает провокацию и вторгается в Польшу. В связи со взятыми на себя обязательствами войну Германии объявляют Великобритания (и некоторые её доминионы) и Франция. Начинается Вторая мировая война. 17 сентября на польскую территорию входят советские войска.

28 сентября СССР и Германия подписывают Германо-Советский договор о дружбе и границе. В соответствии с секретным приложением к нему, изменена граница сфер влияния — Германия получила восточную часть Варшавского и Люблинское воеводство бывшей Польши, а в сферу влияния СССР включена Литва (за исключением небольшого округа с центром в городе Сувалки).

В дальнейшем, уже в ходе Второй мировой войны (в течение 1939 — первой половины 1941 годов), Германия выводит из войны Францию, оккупирует Бельгию, Голландию, Люксембург, Данию, Норвегию, Югославию, совместно с италией — Грецию, организует подводную и воздушную войну с Великобританией, отправляет экспедиционный корпус в Северную Африку, мобилизует в число своих союзников Финляндию, Венгрию, Румынию и Болгарию, а 22 июня 1941 года начинает вторжение в СССР.

======

Экономические санкции, применяемые Великобританией, Нидерландами и США к Японии с целью заставить её вывести войска из Китая, толкали её к объявлению войны этим государствам. Это привело к расширению конфликта в Азии. В 1941 Япония начала войну против США, совершив авианалёт на Пёрл-Харбор. Таким образом Вторая мировая война развернулась и в Азии.

======
Политика умиротворения - политика, основанная на уступках и потаканиях агрессору. 

Asif Ata

Kişi yupka geyinib, uzunsaç parik taxıb, zorlamağa etiraz edəndə nə dəyişəcək? Zorlamaq istəyənlər fikrindən dönəcək? Yoxsa etiraz edən həmin qadının nələr yaşadığını bilmiş olacaq? Yupkanı bütün qadınlar geyir də...

Normalda hər bir etirazın məntiqi açıqlaması olmalı deyilmi? Bəs bu etiraz formasının məntiqi açıqlaması nədir? Yəni "mən də qadınam, gəl məni də zorla"? Yoxsa "daxilimdə bir qadın yatıb, sizə onu göstərdim"?

Düşünürəm ki, etirazın məntiqi forması etiraz edilən nəsnəni fiziki və mənəvi olaraq hiss etməyə və bir anlığa etiraz etdiyi şeyi yaşamaqdan keçməlidir. Normalda etiraz belə olur. Bizim zorlanma misalında, həmin vəziyyəti hiss etməsi üçün etiraz edən ya gedib butulkanın üstündə oturmalı, ya da rus rəssamı Pavlinski kimi xayalarını asfalta mismarlamalı. Daha yupka geyinib, özünə şotlandsayağı duruş verərək, şəkil çəkdirməli deyil.

=====

Etiraz aksiyalarına, etiraz əlaməti olaraq aclıq aksiyası keçirib, günlərlə yemək yeməyənləri misal çəkmək olar. Və yaxud kimsə universitetdə imtahandan kəsilirsə, etiraz olaraq bütün tələbələr imtahan girməyib, kəsilməyə razı olması. Və yaxud işə çıxmayan yüzlərlə avtobus sürücüsü. Hansı ki, işindən və pulundan olur. Və yaxud öz ağzını tikən dustaqlar. Etiraz belə olmalıdır.

Qaldı ki, zorlanmanın qarşısının alınması. Ondansa prezident çıxsın efirə desin ki, bundan sonra kim zorlayıb, qadını öldürsə, onun şeyini kəsib ağzına salacayıq və yaxud şeyini kəsib itlərə yem verəcəyik və yaxud şeyini kəsib, həmin kişinin ailəsinə talisman əvəzi hədiyyə verəcəyik. Ya da elektrik stuluna bağlayıb, xayalarından elektrik cərəyanı buraxaraq, edam edəcəyik. Görün bundan sonra zorlanmaq istəməyən (!) qadını zorlamaq istəyən olacaqmı? Öz şeyinin qorxusundan gücünü verəcək ya əlinə, ya da arvadına. 

Asif Ata

Artiq virtual reallıq dövrünə daxil oluruq. 2 ildən sonra indiki texnologiyalar sizə 10 il əvvəlki texnoloji inkişaf kimi köhnəlmiş görsənəcək. Səbəb isə texnologiyanın eksponensial inkişafı və rəqabətdir.

=====

5 il sonra kompüter, smartfon, kino, musiqi... hamısı virtuallaşacaq. Kinoteatrlarda böyük ekranlar individual virtual eynəklərlə əvəz olunacaq. Bu eynəklərdə hiroskop sayəsində siz kinoda 270* ətrafı izləyə, filmə 270* bucaq altında baxa biləcəksiz.

Komputerlər virtual eynəklərlə əvəz olunacaq. Oyunlar virtual eynəklərlə, sosial şəbəkələrdə ünsiyyət virtual eynəklərlə, yazmağa ehtiyac olmayacaq, sözləri demək bəs edəcək ki, süni intellekt onu asanlıqla yazıya çevirsin. İnsanların istirahəti virtual eynəklərlə baş verəcək.

Qarşıda gələn 3 ildə smartfon erasının bitdiyini və yeni növ smart texnologiyanın, smart eynəklərlə əvəz olunduğunun şahidi olacaqsız. 3D texnologiyalar sayəsinde biz bütünlüklə virtual reallığa qapılacayıq.

10 il sonra isə narkotikaya da ehtiyac qalmayacaq, seksə də. Rəqəmsal narkotiklərin, rəqəmsal fahişələrin satışı çoxalacaq. Rahatlıqla virtual reallıq sayəsində istənilən hissləri, həzzi virtualda yaşaya və bunun sayəsində braingasm ola biləcəksiz. İnsanlar gündəlik həyatinin çox hissəsini virtual dünyada keçirəcək. Necə ki, indiki dövrümüzdə internet gündəlik həyatımızın çox hissəsini təşkil edir, eynilə virtual reallıq 10 ildən sonra 24 saatımızın 8-12 saatını alacaq. Ünsiyyət üçün artıq yazmaq, danışmağa da ehtiyac qalmayacaq. Fikirlərinizi oxuya biləcək texnologiyalar sayəsində, beyin dalğalarının analizi nəticəsində süni intellekt sizin qarşı tərəfə nə demək istədiyinizi çatdıracaq. Bir növ, ürəyinizdə dediyiniz sözü, cümləni qarşı tərəfə çatdıracaq.

İnsanların işləri də virtuallaşacaq. Bütün iş sahələrində robotlaşma, avtomatlaşdırma sayəsində insanlar fiziki işdən ayrılaraq, əqli işə, virtual idarə etməyə yönələcək. 10 il sonranın ustası da virtual eynəklə 3D printeri idarə edərək, binalar tikə biləcək. Əksər insanlar freelanser olaraq, evdən işləyəcəklər. Qazancları virtual pullarla əvəz olunacaq. Məsələn, bugün mövcud olan bitcoin'lə əvəz olunacaq.

Qeyd: Burda qeyd olunanları həqiqət qəbul etmək mütləq deyildir. Bunlar sadəcə şəxsi düşüncələr və futuroloji proqnozlarımdır.