SEO

Sign in to follow this  
Followers 0
  • entries
    4
  • comments
    0
  • views
    1465

About this blog

SEO (Search Engine Optimization) axtarış sistemlərində optimizasiya olub, saytların axtarış sistemlərinə optimizasiyasını, monitoring və analizini, veb saytların axtarış sistemlərində reytingini, axtarış sistem alqoritmini, saytın sıralanma və digər faktorlarını araşdırılmasıdır. SEO-nun əsas məqsədi mövcud sayta maksimum istifadəçi cəlb etmək üçün müxtəlif həllər axtarmaqdır və tətbiq etməkdir.

Entries in this blog

Asif Ata

Wordpress üçün ən çox istifadə olunan və bir nömrəli plugin (plagin) Yoast SEO hesab olunur. Ümumilikdə, yüklənmə sayı 1 milyonu keçən bu plagini bir çox developerlər də istifadə edir.

seo-by-yoast.png.f2ce30e62bed3f907a9f01d

1. Əsas keywords'lər, yəni açar sözlər meta descritionda (meta tanıtım və yaxud qısa təsvir) da olmalıdır.

2. İstifadə olunan keywords (açar söz və yaxud teqlər (tag)) yazının başlığında (title) istifadə olunmasına diqqət edir. Əgər açar sözü şəkilçi ilə əlavə edirsinizsə, o zaman başlıqda da eyni şəkilçili sözdən və yaxud söz birləşməsindən istifadə edilməsi məqsədəuyğun hesab edilir.

3. Əlavə etdiyiniz şəkilin adı başlıq və yaxud açar sözə uyğun olmalıdır. Bu Yoast SEO plagini üçün vacib meyar hesab edilir.

4. Açar sözün sıxlığı yazıda çox olmalıdır. Yəni ən azı 0.5%-i keçməlidir və yaxud 2-3 dəfə istifadə edilsin. Google və digər axtarış botlarını aldatmaq saytın reputasiyasına ziyan gətirə bilər. Buna görə yalançı açar sözlər yazmaq düzgün deyil. Yəni bacardığınız qədər açar sözləri yazının içindən çıxardın və bu açar sözlər yazıda tam dolğun izah edilsin.

5. Əlavə etdiyiniz yazının içində ən azı bir daxili və yaxud xarici link (keçid) olsun. Həmçinin bu keçid uyğun mövzuya olmalıdır. 

6. Yazının başlığı 40-70 simvol arasında dəyişməlidir. 40-dan az və yaxud 70-dən çox məqsədəuyğun hesab edilmir.

7. Yazının sub-başlığında, yəni ilk abzas və yaxud giriş cümlələrində açar sözlərdən istifadə edilməsi SEO üçün əsas meyar hesab edilir. Google botları üçün yazı daha cəlbedici görsənir.

8. Hər hansı yazı yazarkən çalışın ki, əlavə etdiyiniz yazıda ən azı 300 söz olsun. 300 sözdən az olan yazı materialı Google üçün dolğun bir məlumat kimi görsənmir. Bu səbəbdən axtarış sistemində materialı sonrakı sıralara atır. Məsələn, bu yazıda təxminən 330 söz istifadə edilib.

9. Google botları yazının ilk paraqrafında və yaxud sonrakı əsas hissələrində H1 və H2 teqlərindən istifadəyə diqqət edir. Bir növ bu teqlər botlar üçün ikinci və üçüncü yazı başlığı kimi dəyərləndirilir. Birinci dərəcəli başlıq isə elə yazının başlığı hesab olunur.

10. Yazınız maksimum oxunaqlı olmalıdır. Çətin cümlələrdən uzaq qaçmağı tövsiyə edir. Google üçün əsas meyar yazının oxunaqlı olmaslıdır, yəni readability əsas hesab olunur.

11. Yazının url-da (linkində) əlavə etdiyiniz açar sözün istifadə edilməsi SEO Yoast üçün əsas meyar hesab edilir (seo blogumu oxu).

Asif Ata

SEO - axtarış sistemlərində optimizasiya olub, bugün hər hansı saytın nə qədər qabağa getməsində əsas meyar hesab edilir. Yəni sayt SEO tərəfdən nə qədər çox inkişaf etsə, sayta bir o qədər çox istifadəçi cəlb etmək deməkdir.

Hər il SEO strategiyası dəyişir. Buna səbəb axtarış motorları alqoritmində baş verən dəyişmələrdir. Və bu dəyişikliklər daha çox intellektualluğa doğru dəyişir, təkmilləşir, bir növ təkamül keçirir. 5 il əvvəlki SEO ilə, bugünkü SEO arasında çox fərq var və bugünkü SEO daha intellektual əlaqələr qurmağa kömək edir.

Hər il olduğu kimi qarşıda gələn 2016-cı il üçün SEO strategiyası qurmaq lazımdır. Bununla bağlı bir neçə məsləhət verərdim. Ki, saytı olanlar buna diqqət etsin, bununla bağlı daha çox çalışsın. Əmin olun ki, bu kimi meyarlara diqqət etmək saytınıza daha çox istifadəçi gətirəcək.

1. Sosial şəbəkələrlə əlaqə. Artıq sosial şəbəkələrdə sizin saytınız haqda nə qədər çox danışılması, paylaşılması, bəyənilməsi SEO-nun bir hissəsinə çevrilib və sizin saytınızın reytinqində böyük dəyərə sahibdir. Bizim ölkə üçün daha çox cəlbedici olanlar facebook, twitter hesab olunur.

2. Hər zaman olduğu kimi unikal kontent, kifayət qədər dolğun məlumat. Və çalışmaq lazımdır kı, yazdığınız məlumat individual olsun, internetdə olmasın, özünüzünkü olsun.

3. Saytın mütləq olaraq mobil versiyası. Saytın responsiv adaptiv dizaynda olması. Artıq 90% smartfonlar gün ərzində cəmi bir dəfə də olsa Google-də axtarış aparır. Artıq 95% saytların 60-65% traffiki saytın mobil versiyasından gəlir. Bu o deməkdir ki, istifadəçilər daha çox smartfon, planşetlə daxil olurlar və bu faiz artımı, tendensiya günü-gündən daha çox özünü göstərir.

4. Gün ərzində sayta 100 zəif və tutarlı olmayan məqalə qoymaq əvəzinə, cəmi 5 dolğun məqalə əlavə et. Bu sənin saytının dəyərini daha çox artırmış olacaq.

5. Deep linklər əlavə etmək. Bu o deməkdir ki, hardansa yazı götürürsünüzsə və yaxud həmin oxuduğunuz material üzərində məqalə yazırsınızsa, həmin məqaləyə keçid verin. Həmin saytın bir başa ana səhifəsinə yox. Məhz həmin yazı olan link. Hansı ki, istifadəçi klik edəndə bir başa həmin məqaləyə daxil olacaq. Çox təəssüf ki, bizim AzNet-də olan əksər saytlar mənbə qoymağa can çəkir. Ən yaxşı halda sadəcə saytın adını yazır və yaxud saytın əsas səhifəsinə link əlavə edir.

6. Açar sözlər strategiyası demək olar ki, ölmək üzərədir. Lakin bugün açar sözlərdən istifadə edərkən açar sözləri hər hansı insanın axtaracağı formada əlavə etməyiniz daha məqsədə uyğundur. Çünki artıq axtarış sistemi robotları daha çox intellektual axtarışa diqqət yetirir.

7. Artıq https linkləri Google tərəfindən saytın nə qədər dəyərli olmasının göstəricisi kimi qəbul edilib. Qısa zamanda saytı olanlar https protokoluna keçməyi məqsədəuyğundur.

Asif Ata

www.odin.az saytina girən istifadəçilərin 67%-i mobil versiyasına daxil olur. Yəni smartfon, planşet vasitəsi ilə.

Ümumiyyətlə, dünyada bu tendensiya artmaqda davam edir və Google özü də SEO məsələsində saytın mobil versiyasının olmasına daha çox diqqət yetirir. Hətta bunun üçün ayrıca səhifədə yaradıb ki, sayt istifadəçiləri öz saytının nə qədər mobile frirendly olduğunu öyrənə bilsin.

Bir çox böyük şirkətlər də hər hansı proqram formasında app yaratmaq əvəzinə saytının mobil versiyasını təkmilləşdirməyi daha üstün tutur.

Bu düşüncənin formalaşmasında da böyük şirkətlərin rolu var. Çalışırlar ki, veb saytlar app texnlogiyasından uzaqlaşsınlar. Birinci səbəb odur ki, əgər hər şey app-a keçsə, o zaman zamanla browser-lər bir işə yaramayacaq. Digər tərəfdən isə yaddaş həcmi və açılacaq saytlar, onlar üçün ayrıca ikonka və s. problemləri. Məsələn, təsəvvür edin ki, gün ərzində 50 sayta daxil olmusuz mobil telefonunuz ilə. Sizdən gedən ancaq mb traffikdir. Və bir də təsəvvür edin ki, brovseriniz yoxdur, əvəzində 50 app yükləmisiz smartfonunuza. Bu appların içində itib batırsız, hansı harda olduğunu tapmaq üçün 50 app-a göz gəzdirməli olursuz. Digər tərəfdən bunların yüklənməsi və yenilənməsi üçün hər dəfə gedən mb traffik, yaddaş həcmində tutduğu yer və s.

Bu səbəbdən saytlarınız üçün app yaratmağa tələsməyin. Əksinə olaraq saytın mobil versiyasına daha çox göz gəzdirin. Saytın mobil versiyada daha oxunaqlı olması, həmçinin kobud barmaq sindromu (yazıya, linkə, ikonkaya basanda yanaşı duran başqa əməliyyat işə düşməsi) yaşanmasın deyə yazıların, ikonkaların biraz aralı yerləşməsi vacibdir.

Son zamanlar apardığım araşdırmalardan sonra bu saytın da mobil versiyasına daha çox diqqət yetirməyi planlaşdırmışam və gələcək prespektivləri də saytımızın mobil versiyasında görürəm.

Asif Ata

Bu yazıda sizə bütün dünya və ayrıca Azərbaycan zonasında insanların internetdə daha çox nəilə maraqlandığını öyrənməkdir. Ümid edirəm, sizə də maraqlı gələr.

Başlayaq bütün dünya üzrə trend mövzular, axtarış sistemində insanların maraqlarından.

Bütün dünya üzrə son 10 ildə insanların googleda ən çox maraqlandığı mövzular Ebola, ALS, BMW-GMC-Honda şirkətləri, transgender, Yunanıstan böhranı, Harvard University, Rice University, selfie kimi mövzular təşkil edib.

Məsələn, ebola ilə bağlı daha çox Liberiya ölkəsində axtarış verilib. Ebola ilə bağlı daha çox axtarılan mövzular onun simptomları, qorunma yolları, ebola virusu haqqında informasiya, ebola haqqında xəbərlər üstünlük təşkil edir.

Dünya əhalisinin ən çox maraqlanığı universitetlər göründüyü kimi Harvard və Rice Universitetidir. Bu universitetlərlə bağlı maraqlananlar ilk növbədə ABŞ əhalisinin özüdür. Sonrakı yerləri isə Cənubi Koreya, Sinqapur, Çin, Hindistan, Tayvan, Kanada kimi ölkələr tutur. Lakin maraqlı olan bir məqam var ki, 2005-ci ildə bu tərəfə Harvard Universiteti ilə maraqlananların sayı hər il azalır və 2015-ci il ilə müqayisədə 2015-ci ildə bu universitet ilə bağlı axtarışlar 2 dəfədən çox azalıb.

ALS (amiotrofik lateral skleroz) xəstəliyi ilə maraqlananlar elə də çox olmasa da, qısa müddətdə verilən axtarışlara görə, özünə ən çox maraqlanan mövzular arasında yer edə bilib. ALS ilə bağlı partlayış dolu axtarış  2014-cü ilin avqust ayını əhatə edir. Yəqin yadınızdadır, bir ara məşhurlardan tutmuş, adi insanlara kimi hər kəs başına soyuq su töküb ALS xəstələrinə dəstək olduğu ilə bağlı video roliklər hazırlayırdı. İndi isə həmin mövzu ölmək üzrədir. ALS-la daha çox Almaniya, Hollandiya və Avstriya əhalisi maraqlanıb.

İnsanları ən çox maraqlandıran maşın markaları GMC, BMW və Hondadır. Lakin axtarış və maraqlara görə Honda BMW şirkətini ötür. Buna baxmayaraq trend son 10 ildə stabil olaraq qalıb. GMC ilə daha çox amerikan, kanadalılar və Səudiyyə Ərəbistan vətəndaşları maraqlanır. BMW ilə Almaniya özü və Cənubi Afrika, Honda isə daha çox malaziyalıların, indoneziyalıların və amerikanların diqqətini çəkir.

Selfie bir trend mövzu olaraq 2013-cü ildən populyarlaşmağa başladı. Lakin qısa zamanda virus kimi yayılaraq, ən çox axtarılan sözlər və maraqlar sırasında yer alıb. Selfie ilə maraqlananların çoxsu Bruney, Filippin, Avstraliya əhalisidir.

Dünya əhalisinin ən çox maraqlandığı mövzulardan biri də transgender bərabərliyidir. Transgendrin nə olduğu, qadın transgenderlər, transgender əməliyyatları ilə daha çox məlumat axtaranlar ABŞ, Nigeriya, Kanada, Avstraliya, Hollandiya əhalisidir.

Yunanısta böhranı, Yunanıstanın avrozonadan çıxmaq istəyi ilə bağlı mövzular qısa müddətdə dünyada trend mövzuya çevrilmişdi. Lakin bu mövzu da demək olar ki, ölmək üzərədir. 

Son 10 ildə dünyada ən çox axtarılan sözlər (informasiya) facebook, youtube, google, hotmail, yahoo kimi mövzulardır. 2015-ci il üçün isə əlavə olaraq xəbərlər (news) və free kimi sözlər də daxildir. Görünür, 2015-ci ildə insanlar daha çox internetdən xəbər axtarışı, xəbər oxumağa meylli olub. Həmçinin pulsuz yükləmələrə.

İndi isə keçək Azərbaycana. Azərbaycan internet məkanında ən çox nə ilə maraqlanırlar?

Son 10 ildə azərbaycanlıların ən çox maraqlandığı mövzular sırasında mp3, youtube, video, odnaklassiniki, boxca, oyunlar kimi mövzular yer alır. Bundan əlavə, kurtlar vadisi, oyunlar yüklə, şəkillər kimi maraqlar da üstünlük təşkil edir. Son bir ildə (2015-ci il) insanların maraqlarına iliski durumu karisik, gunesin kizlari, tatli kucuk yalancilar, kirgin cicekler, cilek kokusu, kiralik ask, sungurler, paramparca, whatsapp, instagram, baku 2015 kimi mövzular daxildir. Lakin ən çox axtarılan göründüyü kimi türk seriallarıdır. Azərbaycanlıların son 3 ay ərzində olan maraqları sırasında bu türk serialları ilk 10-da yer alır. Başqa sözlə desək, 2015-ci ilin azərbaycanlısı axtarışdan daha çox adı çəkilən türk seriallarını izləmək üçün istifadə edib.

Son bir ayın tredinə Azerbaycan üzrə periscope, qurban bayramı, kurtlar vadisi pusu da daxil olub. İndiyə kimi çoxsunun tanımadığı periscope proqramı ilə bağlı facebookda yayılan videodan sonra azərbaycanlılar kütləvi şəkildə periscope proqramını yükləmək üçün axtarış sistemlərinə üz tutublar. Və bu artım 450% təşkil edir.

 

Sign in to follow this  
Followers 0