Blogs

Our community blogs

  1. Çoxları məni marjinal kimi qiymətləndirir. Düz və yaxud səhv olsa belə, fərqli münasibət göstərərək, fərqli olmaq istəyində olan biri kimi görür. Lakin məsələ tam fərqlidir. Qarşılarında individualist birini gördükdə, özlərinə yad bir cisim kimi yanaşırlar. Amma anlamırsız ki, kütləvi davranışlardan yadlaşmaq, eyniləşməmək hissi üstünlükdür. Bu üstünlük kimdənsə özünü fərqli hiss göstərmək üçün ortaya qoyulan bir şey deyil. Bu üstünlük istənilən kütləvi davranışlardan qaçmaq, kütlədən biri olmağı qəbul etməməkdir. 

    Məsələn, bizim cəmiyyətin davranışlarına diqqət yetirək. Biz bəzi insanları ziyalı hesab edirik və onların davranışlarını müsbət qarşılayırıq. Nəticə etibarı ilə, tutaq ki, facebookun əsas səhifəsində özünü ziyalı, kütlədən biri hesab etməyən individlər eyni davranış göstərir və bu davranışlar kütləvi hal alır. Hamı sanki özünü borclu bilir, başqasının bölüşdüyü kədərə, sevincə, hadisəyə toplu olaraq reaksiya verməyə.

    Ortada gördüyümüz nədir? Sən də özünü kütlədən biri hesab etməsən belə kütlədən biri olmağın. Sənin kütlən başqa ideologiyaların daşıyıcılarından fərqlənmir. Bəyənmədiyin kütlənin baxış bucağından fərqin yoxdur. Sadəcə yollarınız ayrıdır. Amma bu ayrı-ayrı yolları, yoldakılarla eyni tərzdə getməyi özünüzə borc bilirsiz. Nəticə etibarı ilə sən özün də hansısa ideologiyanın gücünə, kütləsinə, istifadə olunanına çevrilirsən.

    Bəs əslində sən kim olursan? Sadəcə sıravi bir qüvvə. Başda oturanın öz istəyinə çatması üçün güc mənbəyi.

    Kütlə liderlərin istədiyi nəticəyə çatmağı üçün hazır ət torbalarıdır. İstifadə olunub, yararsız olduğu təqdirdə tullanılan ət torbaları.

    Ümumiyyətlə, kütlə istifadə olunub atılmağa, zombiləşməyə məhkum bir toplumdur. Nə qədər ki, kütlədənsən, sən də bu üzlərdən birisən. Sən də hamısan! Sən də başqalarının öz istəyinə çatması üçün vasitəsən. 

    Sən fikirləşmirsən ki, sənin mənəvi azadlığın yalnız sənin üçün vasitə olmalıdır, başqalarının öz istəyinə çatması üçün bir vasitə yox. Sən öz azadlığın haqqında düşünmürsən, əksinə öz azadlığını başqa ideologiyalarla yeni çərçivələrə salırsan və hamıdan biri olursan.

  2. 549915_457172.thumb.jpg.4457c8102f3c48aa

    Psixologiyada «Verter effekti» deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin «Gənc Verterin iztirabları» adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür.Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir (Analoji hal 2000-ci ildə Murat Kəkilli adlı bir tanınmayan türk müğənnisinin ifa etdiyi «Bu axşam ölürəm» adlı mahnısı ilə əlaqədar da baş verdiyi, yəqin, çoxlarının yadındadır. Mahnının təsiriylə özünəqəsd halı bir epidemiya kimi Türkiyə ilə Azərbaycanda yayıldı və iş o yerə gəlib çatdı ki, hər iki ölkənin radiostansiyaları intiharların qarşısını almaq üçün, mahnını efirə verməkdən birdəfəlik imtina etdilər).
    Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
    Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun «qrup təzyiqi» effektinin təsiri göz qabağındadır.
    Filipps intihar hadisəsi ictimailəşdirilmiş şəxslə  onun ardınca intihar etmiş şəxslərin situasiyaları arasındakı bənzərlikləri araşdırmışdır (intihar hadisəsi işıqlandırılmış şəxs yaşlı olduqda yaşlı insanlar arasındakı intihar hadisələrinin sayı artırdı; müəyyən sosial çevrəyə aid olduqda və ya müəyyən ixtisasa sahib olduqda isə həmin sferalarda intiharların sayı artırdı). Bundan başqa, Filipps intihar hadisəsi işıqlandırılmış şəxs və onun ardınca intihar etmiş şəxslərin intihar üsulları arasındakı bənzərlikləri də araşdırmışdır. İntiharı imitasiya reaksiyası, həmçinin özünə güvənməyən və bir çox şeydə digərlərindən nümunə götürməyə adət etmiş insanlara xasdır, ələlxüsus da canına qıymış insanların həyatları onlara öz həyatlarını xatırladırsa. Bu cür insanlar ümidlərini itirdikdə, problemlərinə digər həll yolu tapa bilmədikdə çox vaxt kiminsə intihar xəbərini özləri üçün işarət kimi qəbul edir və bir çox şeydə özlərinə bənzəyən insanın etdiyini təkrar edirlər.

    Avstriyada XX əsrin 80-ci illərində metroda intihar hadisələrinin sayı həddindən artıq çoxaldıqda, 1987-ci ildə Vyana Krizis Mərkəzi və Vyana metropoliteninin əməkdaşları birgə xüsusi eksperiment apardılar: onlar "relslər üzərində ölüm" hadisələrini işıqlandırmamağı, ən azından "şişirib" sensasiyaya çevirməməyi və bu cür hadisələrə minimum diqqət yetirməyi qərara aldılar. Artıq 1 aydan sonra metrodakı intihar hadisələrinin sayı təxminən 3 dəfə azaldı. O vaxtdan Avstriya mətbuatında bu cür faciəvi hadisələrin işıqlandırılması qadağandır.

    Devid Filipps həmçinin, Merilin Monronun ölümündən sonrakı intihar dalğasını da Verter effekti ilə izah etmişdir.

  3. Aydın Musazade
    Latest Entry

    Raşmor dağı ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyefdüzəldilib. Barelyefdə ABŞ-ın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing.Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ - $5000 ayırmışdı.
    Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-ın milli irsi sayılır

    Corc Vaşinqton (ing.George Washington; 22 fevral1732, Brics-Krik, Virciniya - 14 dekabr1799, Maunt-Vernon, ABŞ) — ABŞ nın dövlət xadimi. ABŞİstiqlal müharibəsizamanı Kontinental Ordunun baş komandanı, ABŞ-ın ilk prezidenti (1789-1797).
    Həyatı 
    1753-1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik etmişdir.1759-cu ildə polkovnik rütbəsində istefaya çıxmış, 1759-1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olmuşdur. 1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlanmışdır. ABŞ-ın 1790-cı ildə əsası qoyulan yeni paytaxtının salınması üçün Potomak çayı sahilindəki yeri Vaşinqton seçmişdir. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonradansa Vaşinqton adlandırıldı.
    Maraqlı faktlar
    Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri soldan birincidir.
    O, Seçicilər kollegiyasında səslərin 100%-ni qazanmış yeganə ABŞ prezidentidir.
    Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır.
    Corc Vaşiqton öz bağında marixuana yetişdirirmiş.
    Massonluğun ABŞ-dakı qurucularından hesab olunur.

    Tomas Cefferson (ing.Thomas Jefferson; 13 aprel1743, Şeduell, Virciniya, Britaniya Amerikası - 4 iyul1826, Şarlotsvill, Virciniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 2-ci vitse-prezidenti (1797-1801) və 3-cü prezidenti (1801-1809), ilk Dövlət katibi (1789-1793). ABŞ İstiqlal Bəyannaməsinin əsas müəllifi. Onun prezidentliyi dövründə ABŞFransadanLuiziana torpaqlarını satın alaraq öz ərazisini əhəmiyyətli dərəcədə genişləndirmişdir.
    Maraqlı faktlar
    Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri soldan ikincidir.
    1976-cı ildə ABŞ-ın 200 illiyi şərəfinə buraxılmış 2 dollarlıq əskinasların üzərində Tomas Cefferson təsvir olunmuşdur. Əskinasın arxa tərəfində isə ABŞ İstiqlal Bəyannaməsinin qəbul olunma səhnəsini görmək olar.
    Tomas Ceffersonun “İstiqlaliyyət bəyannaməsi”ni yazdığı evdə hazırda qamburqer satılır.

    Teodor Ruzvelt (ing.Theodore Roosevelt; 27 oktyabr1858, Nyu-York, ABŞ — 6 yanvar1919, Oyster Bey, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901-1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-ın 32-ci prezidentiFranklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur.
    Maraqlı faktlar
    Raşmor dağında təsvirləri həkk olunmuş 4 ABŞ prezidenti arasında Teodor Ruzveltin də təsviri var. Bunun əsas səbəbi kimi onun Panama kanalının çəkilməsindəki böyük rolunu göstərirlər.
    Teodor Ruzvelt avtomobildən istifadə etmiş ilk ABŞ prezidentidir.

    Avraam Linkolin (ing.Abraham Lincoln; 12 fevral1809, Kentukki, ABŞ – 15 aprel1865, Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861-1865). ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-da quldarlığın ləğvini təmin etmişdir.
    1832-ci ildə ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi. 1834-cü ildə bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatındanKonqresin Nümayəndələr Palatasına üzv seçilmişdi.
    1855 və 1858-ci illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir.
    Onun 1861-ci ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-ın tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-ın qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca “Sic semper tyrannis!” (tərcümədə: “Tiranların taleyi belədir”- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi.
    Maraqlı faktlar
    Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri sağdan birincidir.
    Avraam Linkoln ABŞ prezidentləri arasında ən hündür boylu prezidentdir (193 sm). Ən alçaq boylu isə Ceyms Medison (162 sm) olmuşdur.
    Rəy sorğularına əsasən Avraam Linkoln ABŞ tarixinin ən yaxşı prezidentlərindən biri hesab olunur, halbuki, hakimiyyəti dövründə çoxsaylı tənqidlərə məruz qalmışdı.
    1860-cı ilin oktyabrında Vestfilddən olan 11 yaşlı qız Qreys Bedellu Avraam Linkolna məktub yazaraq saqqal buraxmağı məsləhət bilmiş və o buna əməl etmişdir.
    "Linkoln" filmi ABŞ rejissoru Stiven Spilberq tərəfindən dahi ABŞ prezidenti Avraam Linkolnun həyatından bəhs edən bioqrafik janrda çəkilmiş filmdir. Linkolnu canlandıran Deniel Dey-Lüis əksər tənqidçilərin rəyinə əsasən ilin ən yaxşı aktyoru seçilmişdir.

  4. BookNigger

    • 2
      entries
    • 4
      comments
    • 1890
      views

    Recent Entries

    Asif Ata
    Latest Entry

    By Asif Ata,

    1994-cü il - Saat 18:30 radələri

    5 yaşlı Stiv öz evlərinin yanında topla oynayır. Bu zaman evin yanında əsas yolda maşın toqquşmasının səsi gəlir və göydən bir çanta fırlanaraq Stivgilin həyətindəki güllərin altına düşür. Stiv vurduğu topun arxasında qaçır və topu götürmək istəyəndə güllərin dibində çantaya rast gəlir. Əyilərəl çantanı götürür və güllərin arasından yola baxır.

    Sürücü maşından düşərək isterik vəziyyətdə əllərin başına qoyaraq yerdə qan içində uzanmış kişiyə yaxınlaşır. “Bilmədən oldu! Axı niyə qarşıma çıxırsan? Niyə məni zibilə saldın? deyə qorxu içində özü-özü ilə danışdır. Qəzadan təxminən 5 dəqiqə sonra qonşular nə baş verdiyini anlamaq üçün evlərindən bayıra çıxır və yolun ortasında qan içində uzanmış bir kişiyə rast gəlirlər. Bir müddət sonra qəza yerində kiçik bir kütlə yığışıb sürücünü sakitləşdirməyə və ölmüş kişinin ətrafında toplanırlar. Sürücü gözüyaşlı və qorxu içində “Bilərəkdən vurmadım. Ani olaraq hardansa qabağıma çıxdı… Günahkar mən deyiləm!” deyərək ətrafındakı insanlara özünü doğrultmağa çalışırdı.

    Stiv isə bir əlində çanta, bir əlində top güllərin dibində yerdə qan içində uzanmış eynəkli kişiyə baxırdı. Sanki qəza yerində həyatını itirmiş kişinin gözləri məhz Stivə baxırdı.

    Bu an Stivin anası evdən qaça-qaça çıxaraq, “Stiiivv” deyə qışqırır və arxadan uşağını qucaqlayır. Yolun kənarında qəza olduğunu, yerdə qan içində uzanmış bir ölünü görərək qeyri-iradi Stivin gözlərini yumur və saçlarından öpür. “Baxma, sonra qorxacaqsan” deyərək tələsik evə doğru aparır.

    Stiiiv, bu çanta kimindir? – anası təəccüblə Stivə baxır.

    Stiv əlindəki qəhvəyi dəri çantaya baxıb, “mənim” deyə anasının üzünə gülümsəyir.

    – Yalan deymə! Ver mənə görüm! Hardan tapdın? Düzünü de… – anası oğlunun əlindən çantanı götürüb, ona göz gəzdirir.

    – Bizim həyətdə idi… Güllərin dibində… Topu götürəndə gördüm.

    Anası çantaya göz gəzdirəndə maqnit bağlayıcısının altında böyük hərflərə dəriyə həkk olunmuş “Sevgilərlə, Stiv üçün” yazısını görür. Çaşqınlıq vəziyyətində olan anası ətrafa baxaraq heç kimin olmadığına əmin olur və uşağı qapıdan içəri salır.

    Oğlunun yanağından bir cimdik ataraq – “Üstündə adın yazılıb. Qoy sənin olsun” deyir və çantanı Stivə uzadaraq yataq otağına qalxmasını tələb edir.

    Bir neçə dəqiqə sonra hadisə yerinə təcili yardım maşını və polis gəlir. Stivin anası qorxmuş və dəhşət bürümüz halda baş verənləri pəncərədən izləyirdi.

     

    28 il sonra

    Nobel mükafatı təqdimetmə mərasimi

    Aparıcı: – Bugün fizika üzrə nobel mükafatını yenidən Stiv Makkenliyə təqdim edirik. Artıq o ikinci dəfə nobel mükafatını qazanır.

    Aparıcı Stivi səhnəyə dəvət edərək davam edir: – Stiv yeganə alimdir ki, iki dəfə nobel mükafatı qazanıb. Özü də Nobel mükafatı alan ən cavan namizədlərimizdən biridir. Belə bir beyin, belə bir şəxsiyyət bütün bəşəriyyət üçün kəşflər edib. Gəlin, bu gözəl insanı salamlayaq.

    Stiv səhnəyə çıxaraq, aparıcıya təşəkkür edir və mikrofon qarşısında üzünü qonaqlara tutub davam edir:
    – Mən çox şadam ki, mənim fizika üzrə kəşflərim bugün öz təstiqini tapır və cəmiyyətə, bütünlüklə bəşəriyyətə öz xeyrini verir. İnanıram ki, bizlər gələcəyi yaxşı istiqamətdə dəyişə biləcəyik. Burda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm və söz verirəm, bundan sonra daha böyük kəşflərim olacaq. Dayanmaq yoxdur! Elm uğrunda son nəfəsə kimi vuruşmaq var!

     

    2 gün sonra - Gecə 02:15

    Stiv öz evində soyuducudan şərab götürüb qədəhə süzür və əlində qədəhlə həyətindəki hovuzun yanına gedir. Hovuzun qabağındakı stulda oturaraq, mavi işıqlı suya baxır. Biraz fikrə daldıqdan sonra, stulun yanında söykədiyi çantanı qucağına qaldırır və düyməsini açaraq, içindən müxtəlif əlyazmalar çıxardır. Onları oxumağa, həllə etməyə başlayır.

    Bu an evinin yanında kolluqdan bir qoca kişi əlində silahla Stivə tərəf yaxınlaşaraq, üstünə qışqırmağa başlayır.

    – Sən mənim bütün kəşflərimi oğurlamısan! Lənətə gəlmiş, Stiv! Bütün bu kəşflər mənim idi! Amma sən öz adına çıxarmısan!

    Stiv bir anlığa qorxaraq geri çəkilir və stuldan yerə yıxılaraq otluqda arxa-arxaya hərəkət edir. Qoca kişinin üzünə baxaraq:
    – Siz kimsiz? Mənim evimdə, həyətimdə nə işiniz var?! Mən sizi tanımıram! Nə oğurluğu?! Polisə şikayət edəcəm! Silahı yerə at!!!

    Bu an qoca Stivin üstünə cumaraq sinəsindən yapışır və silahla təhdid edərək ayağa qaldırır. Silahı sinəsinə dirəyən qoca Stivin üzünə baxaraq davam edir:
    – Kəs səsini, əclaf! Sən mənim həyatımı alt-üst elədin! Bütün etdiyin kəşflər, qazandıqların, bütün bunlar hamısı mənim olmalı idi! Sənin yox! Sən mənim əməyimdən, biliyimdən istifadə edərək ən yüksək zirvələrə qalxdın!

    Stiv qorxudan əllərini yuxarı qaldırır və həyacanlı vəziyyətdə qocanı sakitləşdirməyə çalışır: – Yanılırsız! Mən sizi tanımıram. Bütün bu bilikləri də oxuyaraq əldə etmişəm. Kəşfləri də. Mən sizi tanımıram. Buna əmin olun… Xahiş edirəm, sakitləşin və silahı yerə atın. Mən qorxudursuz!

    Qoca kişi daha da özündən çıxır və isterik vəziyyətdə Stivin üstünə qışqıraraq: – Ağ yalandır! Ağ yalaaaan! Gözünün içinə qədər yalan deyirsən, oğraaaaş!

    Qoca yerə səpələnmiş əlyazmaları göstərərək: – Bütün bunlar! Bunlar mənim əlyazmalarımdır! Məniiimmm! Sən mənim ömrüm boyu gördüyüm bütün işləri öz adına keçirmisən! Mənim əlyazmalarımla kəşf eləmisən bu poxları! Başqasının biliklərini oğurlayaraq! Məəən əlyazmalarımın dalınca gəlmişəəəm!

    Stiv gah qoca kişinin üzünə baxır, gah da yerdəki əlyazmalara. Sonra isə həyacanlı vəziyyətdə davam edir:
    – Yooox! Yox! Bu əlyazmalar məndə çoxdan var! Uşaq vaxtımdan! Mən sizdən heç nə oğurlamamışam!

    Bir anlığa fikrə dalıb, mövcud vəziyyəti anlamağa çalışan Stiv sözünə davam edir: – Dayan! Deyəsən, anladım! O, sizsiz! Mən uşaq vaxtı həyətimizdə topla oynayanda qəza baş vermişdi. Yerdə qan içində yıxılmış, maşın vuran adam sizsiz! Xatırlayıram indi! O sizsiz! Həəəə həəə. Həmin adam!

    Qoca təəccüblü vəziyyətdə Stivin üzünə baxaraq: – Mənlə məzələnirsən, oğraş?! Boş-boş danışma! Belə şey ola bilməz! Mən burdayam! Qarşında! Belə şey heç vaxt ola bilməz! – deyərək, silahı Stivin sinəsinə dayayır.

    Stiv qocanın üzünə baxır: – Yox! Xatırlayıram! Eyni eynək! Eyni saqqal! Saç düzümü! Hətta eyni ağ pencək! Siz idiz! Axı, bu necə ola bilər?! Demək olar ki, 30 il keçib üstündən. Sizi yolda maşın vurmuşdu və həlak olmuşduz. Həə! Düz tapdız! Əlyazmalar mənim deyil! Sizindir. Amma mən oğurlamamışam! Çox güman, qəza zamanı maşına dəydiyinizdən əlinizdəki çanta bizim həyətdəki güllərin dibinə düşüb. Amma məni daha çox təccübləndirən sizin indi əlyazmaları tələb etməyiniz deyil! Məni daha çox təccübləndirən, şoka salan, 30 ildən sonra qarşımda eyni adamı dəyişmədən, eyni geyimdə görməyimdir!

    Heç nə anlamayan qoca Stivə baxaraq: – Bu ola bilməz! Məni yoldan çıxarma! Cəfəngiyyat danışırsan!

    – Yox! Siz həlak olduz! Mən çatanı götürüb, evə daxil oldum! Məhz bu əlyazmalar oldu məni fizikaya yönləndirən, bu fənni sevdirən, fizika təhsili almağıma səbəb olan! Həəə!!! Mənim bütün bu naliyyətlərim bu əlyazmalara görə oldu! Razıyaaam sizləəə! Amma indi əsas olan bu deyil. Mənə izah edin, bu 30 ildə dəyişmədən necə qalmısız, öləndən sonra necə dirilmisiz və niyə mən oğurladığımı düşünürsüz?!

    Qoca əlindəki silahının arxa hissəsini öz başına vuraraq düşüyü anlaşılmaz vəziyyətə məntiqli bir cavab tapmağa çalışırdı: – Suuus! Belə şey mümkün deyil! Məni çaşdırırsaaan sadəcəəə!

    Stiv qoca fikrini tamamlamamış davam edir: – Zaman maşını? Siz zaman maşını kəşf eləmisiz? Həəə?! Bu qədər fizika haqqında bilən, bu kimi əlyazmaları olan adam, bu beyin sahibi zaman maşını yaratsa, heç təəccüblənməzdim! Həm də bu baş verənlərin başqa izahı yoxdur! Başa düşürsən?! Yoxduuur!

    – Nə zaman maşını?! Yox! Bu ola bilməz! Mənim zaman maşınım yoxdur və özü də ki, keçmişə səyahət mümkün deyil! Heç vaxt zaman maşını haqda düşünməmişəm də!

    – Axı, bu necə ola bilər bəs?! Başqa məntiqi açıqlaması yoxdur bunun!

    Qoca Stivi arxaya itələyərək silahı ona tuşlayır: – Var, əclaf! Bunun məntiqi açıqlaması odur ki, sən yenə də yalan danışırsan! Mümkün olmayan bir nağıl danışırsan mənə burda! Ondansa kəs səsini! Sən mənim əlyazmalarımı oğurlamısan! Düz, 10 il əvvəl! Mənim evimdən! Və bugün mənim biliklərimdən istifadə edərək özünə karyerə qurmusan, ad qazanmısan!

    Qoca göz yaşlarını silərək, silahı daha da Stivin sinəsinə sıxır. – Lənətə gələsən, Stiv! Sən bütün arzularımı, istəklərimi, bütünlüklə, həyatımı alt-üst elədin! – qoca kişi ətrafı göstərərək söhbətinə davam edir: – Bütün bunlar mənim olmalı idi! Sənin yox! Məniiim!

    Stiv vəziyyətin daha da mürəkkəbləşdiyini görərək qocanı sakitləşdirməyə çalışır: – Xahiş edirəm, sakitləşin. Məsələni həll edə bilərik. Əlyazmaları götürün. Lazımdırsa, mən də bütün bu kəşflərin sahibi siz olduğunu etiraf etməyə hazıram. Bircə sakitləşin.

    – Kəs səsini! Məsələni indi özüm həll edəcəəəm! Demirsən ki, keçmişində məni görmüsən və bu əlyazmalar mənim idi? Əgər mən hər hansı üsulla keçmişə qayıtmışamsa, o zaman mən indi səni öldürsəm və hər şey təkrarlansa, sən uşaq yaşında mövcud olmayacaqsan! Budur məsələnin həlli! Başa düşdüüün sən?! 

    Stiv əllərini qabağa verərək: – Yooox! Yanılırsan! Sən başa düşmürsən. Sən orda olmuşdun və qəzada ölmüşdün. Amma indi burda da varsan. Məni öldürməklə də uşaq yaşlı Stiv ölməyəcək! Birdəfəlik anlaaa bunu!

    – Suuus! Zamanda belə paradokslar olmur! Absurddur!

    – Ona qalanda indi burda olmağın da absurddur! Amma indi burdas…!

    Qoca Stivin üzünə nifrətlə baxaraq, silahdan atəş açır. Güllə ürəyinin üstüdən dəyir və Stiv hovuza yıxılır. Stivin gözləri bir nöqtəyə, kişiyə zillənmişdi və xırıltılı nəfəsi ilə – sən yanılmısan – deyərək, hovuzdakı suyun dərinliklərinə batır. Mavi hovuz getdikcə al qana boyanır.

    Bir anlığa özünü itirmiş qoca tələsik vəziyyətdə yerdəki əlyazmaları bir yerə yığır və hadisə yerindən qaçmağa çalışır. Bir iki addım sonra ayağı çantaya dəyir və çantanı qaldıraraq, əlyazmaları onun içinə salır. Çantanı bağlamaq istəyədə üzərindəki yazı diqqətini çəkir. “Sevgilərlə, Stiv üçün”. Bu yazını görüncə qoca gülümsəyir və özü-özünə: – Görürsən, Stiv! Bu çanta mənim deyil! Heç vaxt da belə çantam olmayıb. Sənin çantandı! Sən hər zaman absurd və saxta olmusan! Danışdığın nağıllar kimi!

    Qoca qaçaraq kolların arasıdan yola çıxır. Biraz getmişdi ki, qulağına qısa qapanma səsi gəlir. Üzünü arxaya çevirəndə yol kənarındakı elektrik dirəyinin naqillərində qısa qapanma baş verdiyini görür. Naqillər qırılaraq üstünə düşür. Yerə yıxılan qoca elektrik vurmasın deyə naqillərdən azad olmağa çalışır. Bu zaman ildırım elektrik dirəklərindən birinə dəyir və ildırımdan gələn yüksək gərginlik qocanın ayağına ilişən naqil boyunca ona çatır. Qoca çanta ilə bir yerdə ani olaraq yoxa çıxır.

  5. Wordpress üçün ən çox istifadə olunan və bir nömrəli plugin (plagin) Yoast SEO hesab olunur. Ümumilikdə, yüklənmə sayı 1 milyonu keçən bu plagini bir çox developerlər də istifadə edir.

    seo-by-yoast.png.f2ce30e62bed3f907a9f01d

    1. Əsas keywords'lər, yəni açar sözlər meta descritionda (meta tanıtım və yaxud qısa təsvir) da olmalıdır.

    2. İstifadə olunan keywords (açar söz və yaxud teqlər (tag)) yazının başlığında (title) istifadə olunmasına diqqət edir. Əgər açar sözü şəkilçi ilə əlavə edirsinizsə, o zaman başlıqda da eyni şəkilçili sözdən və yaxud söz birləşməsindən istifadə edilməsi məqsədəuyğun hesab edilir.

    3. Əlavə etdiyiniz şəkilin adı başlıq və yaxud açar sözə uyğun olmalıdır. Bu Yoast SEO plagini üçün vacib meyar hesab edilir.

    4. Açar sözün sıxlığı yazıda çox olmalıdır. Yəni ən azı 0.5%-i keçməlidir və yaxud 2-3 dəfə istifadə edilsin. Google və digər axtarış botlarını aldatmaq saytın reputasiyasına ziyan gətirə bilər. Buna görə yalançı açar sözlər yazmaq düzgün deyil. Yəni bacardığınız qədər açar sözləri yazının içindən çıxardın və bu açar sözlər yazıda tam dolğun izah edilsin.

    5. Əlavə etdiyiniz yazının içində ən azı bir daxili və yaxud xarici link (keçid) olsun. Həmçinin bu keçid uyğun mövzuya olmalıdır. 

    6. Yazının başlığı 40-70 simvol arasında dəyişməlidir. 40-dan az və yaxud 70-dən çox məqsədəuyğun hesab edilmir.

    7. Yazının sub-başlığında, yəni ilk abzas və yaxud giriş cümlələrində açar sözlərdən istifadə edilməsi SEO üçün əsas meyar hesab edilir. Google botları üçün yazı daha cəlbedici görsənir.

    8. Hər hansı yazı yazarkən çalışın ki, əlavə etdiyiniz yazıda ən azı 300 söz olsun. 300 sözdən az olan yazı materialı Google üçün dolğun bir məlumat kimi görsənmir. Bu səbəbdən axtarış sistemində materialı sonrakı sıralara atır. Məsələn, bu yazıda təxminən 330 söz istifadə edilib.

    9. Google botları yazının ilk paraqrafında və yaxud sonrakı əsas hissələrində H1 və H2 teqlərindən istifadəyə diqqət edir. Bir növ bu teqlər botlar üçün ikinci və üçüncü yazı başlığı kimi dəyərləndirilir. Birinci dərəcəli başlıq isə elə yazının başlığı hesab olunur.

    10. Yazınız maksimum oxunaqlı olmalıdır. Çətin cümlələrdən uzaq qaçmağı tövsiyə edir. Google üçün əsas meyar yazının oxunaqlı olmaslıdır, yəni readability əsas hesab olunur.

    11. Yazının url-da (linkində) əlavə etdiyiniz açar sözün istifadə edilməsi SEO Yoast üçün əsas meyar hesab edilir (seo blogumu oxu).

  6. 1) Kainatı meydana gətirən partlama bir az daha şiddətli olsaydı, kainatdakı bütün materiya dağılardı; əgər partlama bir az daha yavaş olsaydı, bütün maddə dərhal bağlanacaqdı. Hər iki vəziyyətdə də nə qalaktikalar, nə ulduzlar, nə dünyamız, nə də canlılar meydana gələcəkdi. Partlamanın qalaktikaları, ulduzları, planetimiz və canlıları meydana gətirəcək şəkildə olmasının ehtimalı havaya atılan bir karandaşın iti ucu üstündə dayanması qədər belə deyil.

    2) Big Bang-in partlama anında əgər daha çox maddə olsaydı, kainat dərhal bağlanacaqdı. Əgər partlama anında maddə daha az olsaydı, partlama qalaktikaları meydana gətirmədən maddəni dağıda bilərdi. Aydın olur ki, Big Bang həm şiddəti, həm maddə nisbəti, həm də bunların bir-birinə görə təşkil edilməsilə şüurlu bir dizaynın məhsuludur.

    3) Big Bang-in başlanğıcının çox yüksək istilikdə olması sayəsində atomaltı dünyadakı meydana gəlmələr reallaşmışdır. Beləcə, qalaktikalardan canlılara qədər olan müddət (dövr) meydana gəlmişdir.

    4) Kainatın başlanğıcındakı homogen quruluş da qalaktikaların meydana gəlməsinin bir şərtidir. Başlanğıc homogenliyindəki kiçik bir azalma qalaktikaların meydana gəlməsinə icazə verməyəcək və bütün maddənin qara dəliklərə çevrilməsinə səbəb olacaqdı. Onda da biz mövcud ola bilməyəcəkdik.

    5) Kainatda entropiya daim artmaqdadır. Bu isə kainatdakı başlanğıc anında çox aşağı entropiyalı bir başlanğıcın olmalı olduğunu göstərir. Bu ehtimalın reallaşması qeyrimümkündür. Rojer Penros aşağı entropiyalı bu başlanğıcın reallaşma ehtimalını 1010*123 olaraq hesablamışdır.

    6) Big Bang-dən sonra ortaya çıxan protonlar və anti-protonlar bir-birini yox edir. Canlılığın meydana gələ bilməsi üçün proton sayı anti-protonlardan çox olmalı idi və elə də olmuşdur.

    7) Eynilə neytronlar və anti-neytronlar da bir-birini yox edirlər. Canlılığın meydana gələ bilməsi üçün neytron sayı anti-neytronlardan çox olmalı idi və elə də olmuşdur.

    8) Elektronlar və pozitronlar da bir-birini yox edir. Canlılığın meydana gələ bilməsi üçün elektron sayı pozitronlardan çox olmalı idi və elə də olmuşdur.

    9) Kvarklar və anti-kvarklar da bir-birini yox edir. Halbuki həyatın varlığı kvarkların daha çox olmasından asılıdır və kvarklar anti-kvarklardan daha çox olmuşdur.

    10) Kainatda canlılığın meydana gələ bilməsi üçün proton, neytron və elektronların öz anti-maddələrindən daha çox olmaların labüd olması ilə yanaşı, bir-birlərinə görə təyin olunmuş nisbətlərdə yaradılmış olmaları da mütləqdir. Bu da həyatın bir şərtidir.

    11) Kainatda həyatın meydana gələ bilməsi üçün proton, neytron və elektronların kütlələri də mövcud şəkildə olmalıdır. Bu hissəciklərin mövcud kütlələri fərqli olsaydı, həyat üçün lazımlı atomlar meydana gələ bilməyəcəkdi.

    12) Protonlar və elektronlar çox fərqli kütlələrinin müqabilində elektrik yükləri ilə bir-birlərini tarazlaşdırırlar. Əgər bu tarazlıq təmin edilməsəydi, həyat üçün lazımlı atomlar meydana gələ bilməyəcəkdi. Elektronun elektrik yükü bir az fərqli olsaydı, ulduzlar meydana gələ bilməyəcəkdi.

    13) Əgər kainatdakı neytrino miqdarı daha az olsaydı, qalaktikalar meydana gələ bilməyəcəkdi.Əgər neytrino miqdarı daha çox olsaydı, qalaktikalar çox sıx olacaqdı. Hər iki vəziyyət də həyatın meydana gəlməsinə bir maneədir.

    14) Güclü nüvə qüvvəsi nüvədəki proton və neytronları bir yerdə tutur. Bu qüvvət bir az daha zəif olsaydı, hidrogen xaricində heç bir atom yaranmayacaq, bu səbəbdən də canlılıq meydana gələ bilməyəcəkdi.

    15) Zəif nüvə qüvvəsi bir az daha güclü olsaydı, Big Bang-də həddindən artıq hidrogen heliuma çevriləcəkdi. Əgər bu qüvvə bir az daha zəif olsaydı, bu, ulduzlardakı ağır elementlərin formalaşmasına mənfi təsir göstərəcək və həyat meydana gələ bilməyəcəkdi.

    16) Elektromaqnetik qüvvə daha şiddətli olsaydı, kimyəvi əlaqələrin meydana gəlməsində problem yaranmış olacaqdı. Əgər daha zəif olsaydı, yenə kimyəvi əlaqələrin meydana gəlməsində problem yaranacaq və həyat üçün mütləq lazımlı olan karbon və oksigen atomları kifayət etməyəcəkdi.

    17) Cazibə qüvvəsi daha qüvvətli olsaydı, bütün ulduzlar bu qüvvənin gücünə müqavimət göstərə bilmədən qara dəliklərə çevriləcəkdi. Əgər daha zəif olsaydı, ağır elementləri meydana gətirəcək ulduzlar meydana gələ bilməyəcəkdi. Hər iki vəziyyətdə də həyat meydana gələ bilməyəcəkdi.

    18) Zəif nüvə qüvvəsi, güclü nüvə qüvvəsi, elektromaqnetik qüvvə və cazibə qüvvəsi müəyyən kritik dəyərlər nəzərə alınaraq yaradılmalı olduqları kimi, bir-birlərinə görə uyğun nisbətlərdə də yaradılmalıdırlar. Bu həm qalaktikaların və ulduzların, həm də bütün canlıların mövcud ola bilməsi üçün vacib olan çox həssas bir tarazlıqdır.

    19) Həyatın meydana gələ bilməsi üçün ulduzlararası məsafə müəyyən bir ölçüdə olmalıdır. Əgər ulduzlar birbirlərinə daha yaxın olsaydı, cazibə qüvvəsinin çoxluğu planetlərin orbitlərini pozacaqdı. Əgər ulduzlar bir-birlərinə daha uzaq olsaydı, supernovalar tərəfindən kainata saçılan ağır atomlar çox geniş bir sahəyə yayılacaq və həyat üçün lazımlı atomlar yetərli səviyyədə ola bilməyəcəkdi.

    20) Həyat üçün lazımlı atomlardan ən əhəmiyyətli element karbon və oksigendir. Bu atomlardan karbonun oksigen atomunun enerji səviyyəsinə olan nisbəti daha yüksək olsaydı, həyat üçün lazımlı oksigen çatışmayacaqdı. Əgər mövcud nisbət daha aşağı səviyyədə olsaydı, canlılıq üçün lazım olan karbon istənilən sayda olmayacaqdı.

    21) Həyat üçün böyük əhəmiyyəti olan karbon və oksigen atomları bir-birlərinin enerji səviyyələrinə bağlı olduqları kimi, helium atomunun enerji səviyyəsinə də bağlıdırlar. Heliumun enerji səviyyəsi yüksək olsaydı, həyat üçünn lazımlı karbon və oksigen miqdarı yetərsiz olacaqdı, əgər heliumun enerji səviyyəsi aşağı olsaydı, yenə həyat üçün lazımlı olan karbon və oksigen miqdarı kifayət etməyəcəkdi.

    22) Supernova partlayışlarının uzaqlığı, yaxınlığı və sıxlıq dərəcəsi də həyat üçün olduqca əhəmiyyətlidir. Məsələn, bu partlayışlar çox yaxın olsaydı, meydana gələcək radiasiya həyatı yox edə bilərdi. Əgər bu partlayışlar çox uzaq olsaydı, canlılıq üçün lazımlı ağır atomlar yetərli səviyyədə olmayacaqdı.

    23) Yerdə həyatın meydana gələ bilməsi üçün qalaktikamız müəyyən nisbətdə maddəyə sahib olmalıdır. Əgər maddə nisbəti çox olsaydı, Günəşin orbiti dəyişəcəkdi. Əgər daha az maddə olsaydı, Günəşimiz kimi uzun zaman yaşayacaq bir ulduzun var olması mümkün olmayacaqdı. Həmçinin, qalaktikamızın böyüklüyü, forması və başqa qalaktikalara uzaqlığı da canlılığın meydana gəlməsi üçün çox əhəmiyyətlidir.

    24) Yupiter planetinin böyüklüyü və məsafəsi də Yerdə həyatı mümkün edən şərtlərdən biridir. Əgər Yupiter bu andakı yerində və böyüklüyündə olmasaydı,Yer meteor yağışlarından bu qədər qorunmuş olmazdı. Eləcə də, mövcud orbitimiz də dəyişərdi. Bu iki vəziyyət də həyat üçün nizamlanmış çox xüsusi şərtləri pozmuş olardı.

    25) Yer Günəşə daha uzaq olsaydı, həyata imkan tanımayan bir soyuq və buzlaqlarla qarşı-qarşıya qalardıq. Əgər Günəşə daha yaxın olsaydıq, Yer üzündəki su buxarlaşar və həyatın formalaşması mümkün olmazdı.

    26) Yerin cazibə qüvvəsi daha çox olsaydı, amonyak və metan nisbətinin artması kimi vəziyyətlər yer üzünün həyata əlverişli bir mühit olmasına mane olardı. Əgər Yerin cazibəsi daha az olsaydı, atmosfer çox su itirər və həyat üçün əlverişli mühit qalmazdı.

    27) Yerin ətrafındakı maqnetik sahə də çox xüsusi olaraq nizamlanmışdır. Əgər bu maqnetik sahə daha güclü olsaydı, Günəşdən gələn canlılıq üçün faydalı şüaların da qarşısını ala bilərdi. Əgər bu maqnetik sahə daha zəif olsaydı, Günəşdən gələn zərərli şüalar həyatın meydana gəlməsinə imkan verməzdi.

    28) Yer üzünden əks etdirilən işıq ilə Yer səthinə çarpan işıq da müəyyən bir nisbətdə olmalıdır. Əgər bu nisbət daha böyük olsaydı, Yer səthi buzlaqlarla örtülərdi. Əgər bu nisbət daha kiçik olsaydı, istixana təsirilə həddindən artıq isinən Yer səthi həyat üçün əlverişsiz olardı.

    29) Həyat üçün yer qabığının qalınlığı da əhəmiyyətlidir. Yer qabığı daha qalın olsaydı, atmosferdən yer qabığına edilən oksigen transferilə oksigen tarazlığı pozulardı. Yer qabığı daha incə olsaydı, yer qabığının hər yerindən daim vulkanlar püskürərdi. Bu isə həm iqlimi dəyişdirər, həm də həyatı məhv edərdi.

    30) Atmosferdeki oksigen miqdarı da həyat üçün kritik bir dəyərdə yaradılmışdır. Bu dəyər əgər yüksək olsaydı, Yerdə aramsız yanğınlar baş verərdi. Bu dəyər əgər alçaq olsaydı, tənəffüs etmək qeyri-mümkün olardı.

    31) Atmosferdeki karbon 4 oksid nisbəti də həyatı mümkün edəcək bir dəyərdə yaradılmışdır. Karbon 4 oksid daha çox olsaydı, istixana təsiri meydana gələcəkdi. Əgər daha az olsaydı, bitkilərin fotosintez etməsi mümkün olmayacaqdı.

    32) Dünyamızdakı ozon miqdarı da çox kritik bir dəyərdə yaradılmışdır. Əgər bu dəyər daha yüksək olsaydı, səth istiliyi çox aşağı düşərdi. Əgər bu dəyər daha aşağı olsaydı həm səth istiliyi çox yüksələr, həm də həyatı yox edəcək şəkildə ultrabənövşəyi şüalar artardı.

    33) Həyat üçün atmosfer təzyiqi də müəyyən bir dəyərdə olmalıdır. Əgər atmosfer təzyiqi daha aşağı olsaydı, buxarlaşan su miqdarı artacaq və bu, istixana təsiri meydana gətirəcək, atmosferdəki su buxarı azalacaq və dünya səhralaşacaqdı.

    34) Atmosferdeki havanın tənəffüs edilə bilməsi üçün hava müəyyən bir təzyiqdə, axıcılıqda və sıxlıqda olmalıdır. Atmosferin sıxlığında və axıcılığındakı kiçik bir dəyişiklik nəfəs almağımızın qeyri-mümkün olmasına səbəb ola bilərdi.

    35) Həyat üçün çox vacib şərt olan karbon atomunun ulduzların daxilində meydana gəlməsi çox kritik dəyərlər altında yaranmaqdadır. Bunun üçün iki helium atomu birləşib 0.000000000000001 saniyə kimi qısa bir müddət berilium atomuna çevrilməli və üçüncü bir heliumun əlavə olunması nəticəsində karbon atomu meydana gəlməlidir. Bəhs edilən
    atomların enerji səviyyələrindəki kiçik bir fərqlilik karbon atomunun və canlılığın meydana gəlməsini qeyri-mümkün edərdi.

    36) Bütün canlılar karbon atomunun digər elementlərlə reaksiyaya girməsi sayəsində mövcud olmuşdurlar. Karbon həyat üçün lazımlı olan birləşmələri ancaq dar bir istilik müddətində reallaşdıra bilər. Bu istilik müddəti isə Yerin istiliyi ilə tam uyğundur. Halbuki kainatda ulduzların içindəki milyardlarla dərəcə istidən mütləq sıfır olan -273 dərəcəyə qədər geniş bir aralıq mövcuddur.

    37) Karbon atomunun meydana gətirdiyi kovalent əlaqələr kimi zəif əlaqələr də ancaq müəyyən bir istilik müddətində reallaşa bilərlər. Bu istilik müddəti isə Yerdə mövcud olan istilik müddəti ilə tam uyğundur. Zəif əlaqələr reallaşmasa, heç bir canlı mövcud olmazdı.

    38) Həyat üçün bütün şərtləri yerinə yetirən Yer kürəsinin yaradılma zamanı da həyata tam uyğun olaraq seçilmişdir. Yer əgər daha əvvəl yaradılsaydı, həyat üçün labüd olan ağır atomlar (karbon, oksigen kimi) kifayət qədər olmayacaqdı. Əgər Yerin yaradılışı daha sonraya qalsaydı, Günəş sistemimizi meydana gətirəcək sıxlıqda xam maddə qalmamış olacaqdı.

    39) Həyatın mümkün ola bilməsinin şərtlərindən biri də suyun müəyyən bir səth gərginliyinə sahib olmasıdır. Bitkilərin suyu torpaqdan və ən üst nöqtələrinə qədər çatdıra bilmələri bu gərginliyin hazırlanmış olması sayəsindədir. Bu gərginlik daha fərqli olsaydı, nə bitkilərdən, nə də digər canlıların varlığından danışa bilməzdik.

    40) Suyun reaksiya qabiliyyəti də həyatın digər şərtlərindən biridir. Su nə bəzi turşular kimi parçalayıcı xüsusiyyətlər göstərir, nə də arqon kimi heç bir reaksiyaya girmədən dayanır. Suyun axıcılıq dəyəri, suyun qatı halının maye halından daha yüngül olması da Yer üzündəki həyata böyük tövhə verir.
     

  7. Wanting to keep lil' ballers looking fresh in the summer, New Air Jordans 2019 has released the Air Jordan 1 Mid GS "Phantom/Igloo/Purple Rise" in Girls sizes. this pair features a phantom beige upper with a light blue Swoosh on the lateral side and a pink Swoosh on the medial side. Mis-matching details on the tongue patch ensures that whatever laces you chose they'll provide a whimsical look, and a tonal debossed ball and wings logo on the lateral side of the collar completes the shoe's look.
    Air Jordan 1 GS Mid Phantom/Igloo Shoe offers the classic design of the original Air Jordan 1—a leather upper, With summer weather in full swing, pastel-colored kicks are all the rage, and a new Jordan 1 Mid that boasts an interesting take on tonal summer pastels has arrived. Entitled the "Phantom," the new girls' grade school sneaker features a light tan base and white midsole/tan outsole. Contrast arrives via light ice blue swooshes on the left foot and soft pink swooshes on the right foot.
    New adidas Shoes by Alexander Wang brings the New York designer's urban, sporty aesthetic to the iconic German brand's apparel and footwear. Oversized shapes, provocative graphics, and minimalist designs characterize this downtown-chic take on athletic wear. Adidas Originals by Alexander Wang redefines authentic adidas sportswear by embracing imperfections and the raw aesthetic of the manufacturing process. Inspired by archival adidas soccer boots, these suede shoes are detailed with industrial factory-inspired graphics and finished with Boost cushioning.

    • 0
      entries
    • 0
      comments
    • 43
      views

    No blog entries yet

  8. No blog entries yet

  9. Air Jordan 12 first released in 1997. Michael Jordan wore the Air Jordan 12 as he and the Bulls won their 5th NBA Championship making these just another part of the history of Michael Jordan. Dressed in a Black, Dark Grey, and Rush Pink color scheme. This Air Jordan 12 features a Black nubuck upper with a shiny textured leather overlay. Dark Grey detailing appear on the tongue, while having Push Pink accents throughout the shoe. The Pre-School Girls' Jordan 12 Retro (PS) Shoe combines premium leathers and a durable rubber outsole for comfort and style.
    2019 Jordan will be releasing a brand new Air Jordan 12 colorway as part of their grade school lineup for the fall season. The Air Jordan 12 is wrapped in ribbed leather that is stitched to resemble the Japanese army flag that inspired the design. Also The Air Jordan 12 got started with a woman's fashion shoe from the 19th century called "Nisshoki". The Nike Air Jordan 12 is the first Air Jordan 12 equipped with a Zoom Air Unit, modified herringbone pattern for improved traction and a more improved carbon fiber shank plate. Nike Air Jordan 12 was the first shoes have no trace of the Swoosh or any Nike logo on it.
    New Air Jordans 2019 is steadily releasing iconic original colorways that fans know and love, as well as exciting new colorways. If you're tired of missing out on releases you didn't know about or don't have the time to scroll through cluttered lists, you're in luck. This version of the Air Jordan 4 features an Olive nubuck upper with Black detailing throughout. They also come with mismatched Black and White midsoles atop an Olive rubber outsole. Both Nike Air branding and the "Cactus Jack" logo appears on the heels.

  10. Following a White/Black release, Nike Shoes will be expanding their Air Max 90 Premium "Air Max" Pack with two more color options. One pair comes dressed in Bright Crimson/Black, and the other in Black/White. Both are constructed with a patent leather upper covered with all-over Air Max branding. Nike's signature branding returns on the heel, tongue, and both the lateral and medial sides.
    This Nike Air Max 95 is a clear nod to the iconic ACG Mowabb. But the highlight of the shoe is its outsole, which has a unique graphic similar to the latest "Safari" Nike Air Max 95 we recently shared. So it's possible that Nike could be releasing an upcoming "Keep Rippin Stop Slippin" Pack to pay homage to the 2008 Air Max 1 release.
    New Air Jordans 2019, As a follow up to the VaporMax 95 "Neon" colorway, Nike will be once again paying homage to another original Air Max 95, the "Slate" iteration. Dressed in a White, New Green, French Blue, Lake Blue, and Obsidian color scheme. This Nike Air VaporMax 95 is highlighted with its shades of Blue in the gradient pattern offset with a White upper. A full-length clear Blue VaporMax sole unit completes the design.

    • 0
      entries
    • 0
      comments
    • 29
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 35
      views

    No blog entries yet

  11. The Nike LeBron 15 Low will be dropping in a couple of new colorways this weekend as we bring you official images of the Light Bone/Dark Stucco pair LeBron Shoes.

    Essentially covered in an olive/grey-like upper throughout the BattleKnit upper, this low top version of the LeBron 15 also comes with tonal detailing on the laces, ankle, the pull tabs on the tongue and heel, and the Swoosh logos on the medial and lateral sides of the LeBron 15 Shoes. Down below the shoe is finished off with a white midsole and a gum rubber outsole.

    You’ll be able to grab this Nike LeBron 15 Low at select Nike Basketball LeBron 16 retailers beginning March 31st for $150.

    Lebron James Shoes:LeBron 16,LeBron 15,LeBron 14,LeBron 13,LeBron Soldier 12,LeBron Soldier 11
    LeBron James Jerseys:LeBron James Lakers Jerseys,LeBron James Lakers Jersey For Sale

  12. Air Jordan Shoes will be celebrating Will Smith's 50th birthday with a special edition Air Jordan 5 NRG "Fresh Prince" release. Dressed in a White, Grape Ice, Black, and New Emerald color scheme. This Air Jordan 5 looks exactly like the OG Grapes, but with some added detailing. It includes "West Philadelphia" text underneath the tongue, Nike Air branding on the heels, no laces (sealed lace holes) – as a nod to the way Will Smith wore them, and Fresh Prince inspired insoles.
    2019 Jordan will continue to expand their Air Jordan 1 lineup with yet another new colorway as part of their "Black Toe" lineup. Dressed in a Pine Green, Sail and Black color scheme. This Air Jordan 1 features Pine Green on the toe box, tongue label, heel and rubber outsole. Black covers the tongue, laces, Wings logo, Nike Swoosh and overlay on the toe. Finishing off the design is White on the mid-section as well as on the midsole.
    This adidas Ultra Boost comes in a clean aesthetic, featuring a White Primeknit upper with Reflective detailing in its woven construction. adidas Originals will not only be bringing back the "Black Reflective" Ultra Boost 2.0, but they'll also retro the "White Reflective" Ultra Boost 2.0 as well. this Ultra Boost 2.0 combines a white and grey gradient Primeknit upper with 3M reflective accents, a white boost midsole, and white continental rubber outsole.

  13. New Air Jordans 2019, Dominic Chambrone better known as The Shoe Surgeon, has linked up with Nike to celebrate LeBron James becoming the youngest to score 30,000 career points. To celebrate this honor, TSS created the most expensive Nike LeBron 15 ever – in totals adds up to a value of over $100,000. This one-of-one creation features handcrafted genuine crocodile skin, finished in 24 karat Gold and elevated with authentic, solid-Gold details – Riri zippers with custom zipper pulls, heel clips, lace loops and diamond-adorned shoelace aglets. As an extra gift, the shoes are accompanied by a specially-made, diamond cut, authentic Gold necklace – featuring a custom-made lion head pendant hanging from a Franco Gold chain – a congratulatory gift only fit for the King himself.
    The Nike LeBron 15 is LeBron James' fifteenth signature basketball shoe. It was designed by Jason Petrie and features sock-like construction with a mix of new Flyknit upper with a cushioning unit that combines Max Air and Zoom Air. The shoe introduces a next-generation Flyknit construction that provides the ultimate locked-in feel, strategic stretch, and durability. The goal is to provide the perfect amount of lockdown so that LeBron can truly fly on the court. The midsole features a full articulated cushioning system that combines Max Air and Zoom Air units for cushioned comfort that allows for LeBron's explosive style of play.
    2019 Jordan will be adding to their recent Tinker Hatfield series with an upcoming Tinker Air Jordan 6 release later this fall. Dressed in a White, Infrared 23, Neutral Grey, White, and Sail color scheme. This Air Jordan 6 features a White leather upper with Grey underlays. Darker tones with Infrared accents atop an icy outsole completes the design.

  14. 2019 Jordan is poised to run through the entire spectrum of "Black Toe" Air Jordan 1 colorways, and the results have been stellar thus far. Next up, a possible purple variation being pegged for a fall launch. Taking on a Bred Toe color blocking, this Air Jordan 1 High is highlighted by a vibrant Court Purple which can be seen on the toe box, ankle, heel, tongue tag, and the rubber outsole. The rest of the leather upper has been done in black and white with finishing details being black Swoosh logos, white Nike Air on the tongue, and a white midsole.
    The Air Jordan 1 Retro High OG Court Purple will be one of the next colorways of the silhouette releasing soon. Jordan Brand's increased emphasis toward the Air Jordan 1 Retro High OG this year has been well documented. From the highly acclaimed Bred Toe colorway, to the recently releases collaboration designed by Nigel Sylvester, the sneaker that helped start it all has not disappointed over the last number of months. Dressed in a Court Purple, Sail and Black color scheme. This Air Jordan 1 features Court Purple on the heel, Nike Air tongue label, toe box and rubber outsole. White covers the side panels and midsole, along with Black overlays, tongues and laces.
    New Air Jordans 2019 will be releasing a new Jordan Why Not Zer0.1 Low colorway that comes in everyone's favorite all-Red look. On Twitter, they announced that they will be restocking the "Homage to Home" Air Jordan 1, "Michigan" Air Jordan 12, and the "Win Like 96" Air Jordan 11. Dressed in a University Red and Black color scheme. This Jordan Why Not Zer0.1 features a Red leather and textile upper highlighted with Black branding throughout. A solid Red rubber sole and "Why Not?" on the inner tongues completes the design.

    • 0
      entries
    • 0
      comments
    • 26
      views

    No blog entries yet

  15. New Air Jordans 2019 will soon be officially unveiling the Air Jordan 33, but before they do, here is a photoshop look of possibly what to expect from the anticipated basketball shoe? Following the theme of how the Air Jordan 31 and Air Jordan 32 were inspired by the Air Jordan 1 and Air Jordan 2, respectively. The Air Jordan 33 will be inspired by the Air Jordan 3. This photoshop rendition of the shoe uses the Air Jordan 3 Flyknit as the base. You'll also notice the classic elephant print on the midsole and heel atop an almost full-length Max Air sole unit.
    Air Jordan Shoes has teased its announcement of the Air Jordan 33, the next shoe in Michael Jordan's signature line. It is likely that Jordan Brand athlete Russell Westbrook will wear the upcoming Air Jordan 33 on court during the 2018-19 NBA season. In the photo is white elastic band with a red and black tab displaying the word 'PULL.' A tag reading 'PULL TO LOCKDOWN' that resembles the detail commonly seen on flight jackets also hangs from the band.
    adidas Originals will continue to bring back the adidas Ultra Boost, and next up is an upcoming "Shock Mint" women's exclusive colorway. Dressed in a Shock Mint, Ice Mint, and Tech Green color scheme. This adidas Ultra Boost features a tones of Mint Green on its Primeknit upper with a matching cage overlay. A dark shade of Green covers the heel counter atop a White Boost midsole and Black rubber outsole.

    • 0
      entries
    • 0
      comments
    • 33
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 24
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 23
      views

    No blog entries yet

  • Blog Statistics

    249
    Total Blogs
    287
    Total Entries