Blogs

Our community blogs

  1. Aydın Musazade
    Latest Entry

    Raşmor dağı ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyefdüzəldilib. Barelyefdə ABŞ-ın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing.Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ - $5000 ayırmışdı.
    Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-ın milli irsi sayılır

    Corc Vaşinqton (ing.George Washington; 22 fevral1732, Brics-Krik, Virciniya - 14 dekabr1799, Maunt-Vernon, ABŞ) — ABŞ nın dövlət xadimi. ABŞİstiqlal müharibəsizamanı Kontinental Ordunun baş komandanı, ABŞ-ın ilk prezidenti (1789-1797).
    Həyatı 
    1753-1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik etmişdir.1759-cu ildə polkovnik rütbəsində istefaya çıxmış, 1759-1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olmuşdur. 1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlanmışdır. ABŞ-ın 1790-cı ildə əsası qoyulan yeni paytaxtının salınması üçün Potomak çayı sahilindəki yeri Vaşinqton seçmişdir. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonradansa Vaşinqton adlandırıldı.
    Maraqlı faktlar
    Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri soldan birincidir.
    O, Seçicilər kollegiyasında səslərin 100%-ni qazanmış yeganə ABŞ prezidentidir.
    Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır.
    Corc Vaşiqton öz bağında marixuana yetişdirirmiş.
    Massonluğun ABŞ-dakı qurucularından hesab olunur.

    Tomas Cefferson (ing.Thomas Jefferson; 13 aprel1743, Şeduell, Virciniya, Britaniya Amerikası - 4 iyul1826, Şarlotsvill, Virciniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 2-ci vitse-prezidenti (1797-1801) və 3-cü prezidenti (1801-1809), ilk Dövlət katibi (1789-1793). ABŞ İstiqlal Bəyannaməsinin əsas müəllifi. Onun prezidentliyi dövründə ABŞFransadanLuiziana torpaqlarını satın alaraq öz ərazisini əhəmiyyətli dərəcədə genişləndirmişdir.
    Maraqlı faktlar
    Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri soldan ikincidir.
    1976-cı ildə ABŞ-ın 200 illiyi şərəfinə buraxılmış 2 dollarlıq əskinasların üzərində Tomas Cefferson təsvir olunmuşdur. Əskinasın arxa tərəfində isə ABŞ İstiqlal Bəyannaməsinin qəbul olunma səhnəsini görmək olar.
    Tomas Ceffersonun “İstiqlaliyyət bəyannaməsi”ni yazdığı evdə hazırda qamburqer satılır.

    Teodor Ruzvelt (ing.Theodore Roosevelt; 27 oktyabr1858, Nyu-York, ABŞ — 6 yanvar1919, Oyster Bey, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901-1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-ın 32-ci prezidentiFranklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur.
    Maraqlı faktlar
    Raşmor dağında təsvirləri həkk olunmuş 4 ABŞ prezidenti arasında Teodor Ruzveltin də təsviri var. Bunun əsas səbəbi kimi onun Panama kanalının çəkilməsindəki böyük rolunu göstərirlər.
    Teodor Ruzvelt avtomobildən istifadə etmiş ilk ABŞ prezidentidir.

    Avraam Linkolin (ing.Abraham Lincoln; 12 fevral1809, Kentukki, ABŞ – 15 aprel1865, Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861-1865). ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-da quldarlığın ləğvini təmin etmişdir.
    1832-ci ildə ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi. 1834-cü ildə bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatındanKonqresin Nümayəndələr Palatasına üzv seçilmişdi.
    1855 və 1858-ci illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir.
    Onun 1861-ci ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-ın tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-ın qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca “Sic semper tyrannis!” (tərcümədə: “Tiranların taleyi belədir”- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi.
    Maraqlı faktlar
    Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biridir. Onun təsviri sağdan birincidir.
    Avraam Linkoln ABŞ prezidentləri arasında ən hündür boylu prezidentdir (193 sm). Ən alçaq boylu isə Ceyms Medison (162 sm) olmuşdur.
    Rəy sorğularına əsasən Avraam Linkoln ABŞ tarixinin ən yaxşı prezidentlərindən biri hesab olunur, halbuki, hakimiyyəti dövründə çoxsaylı tənqidlərə məruz qalmışdı.
    1860-cı ilin oktyabrında Vestfilddən olan 11 yaşlı qız Qreys Bedellu Avraam Linkolna məktub yazaraq saqqal buraxmağı məsləhət bilmiş və o buna əməl etmişdir.
    "Linkoln" filmi ABŞ rejissoru Stiven Spilberq tərəfindən dahi ABŞ prezidenti Avraam Linkolnun həyatından bəhs edən bioqrafik janrda çəkilmiş filmdir. Linkolnu canlandıran Deniel Dey-Lüis əksər tənqidçilərin rəyinə əsasən ilin ən yaxşı aktyoru seçilmişdir.

    • 0
      entries
    • 0
      comments
    • 191
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 181
      views

    No blog entries yet

  2. No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 188
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 182
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 184
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 161
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 198
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 157
      views

    No blog entries yet

  3. No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 173
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 175
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 206
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 204
      views

    No blog entries yet

  4. No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 204
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 148
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 142
      views

    No blog entries yet

  5. No blog entries yet

  6. No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 136
      views

    No blog entries yet

    • 0
      entries
    • 0
      comments
    • 130
      views

    No blog entries yet

  7. No blog entries yet

  8. No blog entries yet

  • Blog Statistics

    209
    Total Blogs
    259
    Total Entries