Sign in to follow this  
Followers 0

Sıfırdan başla - dərs 3


Ragnarök

1.I i [ai] hərfı iki cür oxunur:
a)   I i hərfı vurğulu açıq hecada əlifbadakı kimi [ai] oxunur,
məsələn:
I        [ai]     mən (şəxs əvəzliyi)
time     [taim] vaxt
nice    [nais]   qəşəng
fine      [fain] qəşəng
pine   [pain] şam ağacı
life      [laif]   həyat
ice      [ais]    buz
b)  I i hərfi vurğulu qapah hecada kimi oxunur, məsələn:
in  [in]     -da, -də (içində)
it    [it]     o, (şəxs əvəzliyi, orta cins)
is (to be) [iz]    -dır, -dir,-dur, -dür

 

2. Y у [wai] hərfi 3 cür oxunur:
a) Y hərfi sözlərin əvvəlində [j] kimi oxunur və bu səs Azərbaycan dili (у) səsinə oxşayır, məsələn: 
ye       [je]      hə, bəli
yes       [jes]    bəli  
yet       [jet]    hələ, hələ də
b)  Y hərfi təkhecalı sözlərin sonunda [ai] kimi oxunur:
my      [mai]   mənim
by       [bai]    -la,-lə, ilə, tərəfindən
c)   Y hərfi iki və daha artıq hecalı sözlərin sonunda kimi oxunur:
tidy      [taıdı]      səliqəli, yığcam 
lady     ['leidı]      xanım 
lazy     ['leizı]      tənbəl 
family ['faemılı]    ailə

 

3.  - ay hərf birləşməsi [ei] kimi oxunur, məsələn:
may      [mei]      olar
day      [deı]       gün 
pay      [pei]       ödəmək

 

4.   К к [kei] hərfı [к] kimi oxunur. Bu səs Azerbaycan dilindəki "kassa" sözündəki (к) kimi tələffüz olunur, məsələn:
take      [teik]      götürmək, qəbul etmək 
make    [meık]     etmək, düzəltmək

 

5.  H h hərfı yalnız [h] kimi oxunur, məsələn:
hat [hæt] şlyapa, (Azərbaycan dilində Həsən, hökm, səhər sözlərindəki [h] kimi tələffüz olunur).

 

6.   ch hərfbirləşmesi iki cür oxunur:
chick     [tʃık]      cücə, uşaq
bench    [bentʃ]    skamya, kürsü
child      ['tʃaild]   uşaq, körpə

Əsasən yunan mənşəli sözlərdə -ch hərfbirləşməsi [k] kimi oxunur, məsələn:
ache       [eık]       ağrı, əziyyət 
character ['karıktə] xarakter, xüsusiyyət 
chemistry ['kemıstrı] kimya 
orchestra [orkestrə]  orkestr
[tʃ] və [к] səslərinin hər ikisi Azərbaycan dili səs sistemində də vardır.

Qeyd: - ld hərfbirləşməsi qarştsında i hərfi [ai] kimi
child     [tʃaild]    uşaq 
mild     [maild]    mülayim 
wild      [waild]    vəhşi

 

7.  -ck hərfbirləşməsi [к] kimi oxunur:
black     [blsek]     qara (rəng)
back      [bk]      arxa, kürək (insanın və s.) sack      [saek]      kisə, torba, çuval

 

8.  sh hərfbirləşməsi [ʃ] kimi oxunur;

9.  P p hərfi bir cür, [p] kimi oxunur.

 

Mənbə: xaricidil.net

Edited by Asif Ata


0
Sign in to follow this  
Followers 0


User Feedback


Oyş :x İxtisasımla bağlı bir şey görəndə bir miqdar həyəcanlanıram həmişə. :D

0

Share this comment


Link to comment
Share on other sites
Just now, Fağida said:

Oyş :x İxtisasımla bağlı bir şey görəndə bir miqdar həyəcanlanıram həmişə. :D

Şap şap şap. :ph34r: Sən də nəsə bilirsənsə, paylaşa bilərsən.

0

Share this comment


Link to comment
Share on other sites


Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now