Sign in to follow this  
Followers 0

Sıfırdan başla - dərs 4


Ragnarök

1. O o [ou] hərfı, əsasən iki cür oxunur:

a) О hərfi vurğulu açıq hecada [ou] kimi oxunur, məsələn:
no       [nou]     xeyr, yox
note     [nout]    qeyd, qeyd etmək
a rose [ə'rouz] qızılgül
go       [gou]     getmək
so       [sou]      beləliklə, belə ki.

[ou] ikitərkibli səsdir (diftonqdur). İngilis [ou] səsi Azərbayean (o) və (u) səslərinin birləşməsi ilə müqayisə edilə bilər.

b) Vurğulu qapalı hecada о hərfi [o] kimi oxunur. [о] səsi Azərbaycan dili (о) səsinin qısa və yarımçıq tələffiizünə oxşayır.

Azərbaycan dilində on sözündəki (o) səsi ingilis dili [о] səsinə oxşayır, məsələn:
on      [on]       üstündə (nəyinsə) 
hot     [hot]       isti (hava, su) 
dot     [dot]       nöqtə (işarə) 
not      [not]       yox (inkar hissəciyi) 
fond    [fond]     zərif, sevən 
pot      [pot]      gülqabı, dibçək

 

2.  Qoşa oo hərfləri iki cur oxunur:

a)  OO hərfbirləşməsi adətən [u:] kimi oxunur, məsələn:
too     [tu:]    həmçinin       
room [ru:m] otaq
food   [fu:d]   yemək, ərzaq 
goose [gu:z] qaz (quş)
spoon [spurn]  qaşıq                       
fool   [fu:l]   ağılsız, axmaq

b)  oo hərfbirləşməsi d,k,t hərflərinin qarşısında gələrsə qısa kimi oxunur, məsələn:
good   [gud]       yaxşı
look   [luk]    baxmaq
book   [buk]       kitab
foot   [fut]    ayaq
hook   [huk]      qarmaq
goods [gudz] mal-dövlət, əmlak

 

3. U u [ju:] hərfi iki cür oxunur:

a)  u [ju:] hərfi vurğulu açıq və şərti açıq hecalarda [ju:] kimi oxunur. [ju:] səsi Azərbaycan dilində (yuu) səs birləşməsi ilə müqayisə edilə bilər, məsələn:
due     [dju:]   lazımi, vaxtında, hesabına
mute   [mju:t]    lal, səssiz student ['stjuıdənt] tələbə

b)  u [ju:] hərfı vurğulu qapalı hecada [ʌ] kimi oxunur. [ʌ] səsini tələffdz etmək üçün ağız boşluğu açıhr, dilin orta hissəsi yuxarıya qalxır və dodaqlar adi vəziyyət alır. Bu vəziyyətdə sanki Azərbaycan dilindəki (a) səsinin qısa variantı tələffüz olunur,
 

4. Rr [a:] hərfi bir cür oxunur: [r] kimi.
red [red] qırmızı
read   [ri:d] oxumaq
rose   [rouz]   qızıl gül
arrest [ə'rest] həbs (etmək)

 

5. th [ti:, eıtʃ] hərfbirləşməsi iki cür oxunur:

a) cingiltili [ð] səsi kimi.
[ð] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [d] və [z] səsləri ilə qarışdırmaq olmaz. [ð] səsinin tələfffizü zamam dilin ucu dişlərin ara-sında olur və güclü nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn:

b) kar   [Ө] səsi.
[Ө] səsi Azərbaycan dilində yoxdur. Bu səsi səsi ilə qanşdırmaq olmaz.[Ө] səsinin tələffüzündə dilin ucu dişlərin arasında durur və zoif nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn:

Sait və samit hərfbirləşmələri:

1. er [i:, a:] hərfbirləşməsi iki cür oxunur:
a) üzərinə vurğu düşdükdə (vurğulu halda) [ə:] kimi oxunur. [ə:] səsi Azərbaycan dilindəki (ö) səsindən tam şəkildə fərqlənir.

Azərbaycan dili (ö) səsindən fərqli olaraq ingilis dilində [ə:] səsi toləffüz olunarkən dodaqlar yanlara dartılır, ağız boşluğu azca açılır, məsələn:
person   ['pərsn]   şəxs, adam
fern       [fə:n]     ayıdöşəyi, qıjı (bitki)
her       [hə:]      onun (qadm cinsi) 

b) er vurğusuz vəziyyətdə neytral [ə] kimi oxunur və əsasən sözlərin sonunda işlədilir, məsələn:  
a sister   ['sıstə]   bacı 
larder    [la:də]   anbar

2. ar hərfbirləşməsi bir cür oxunur: [a:] [a:] səsi Azərbaycan dilindəki (a) səsinin uzun tələffüz olunan variantına oxşayır. Təqribən Azərbaycan dilindəki saat, maarif, sait sözlərindəki (a) səsinə uyğun gəlir,məsəlen: 
a car    [ə'ka:]     minik maşmı
far   [fa:]   uzaq, kənar

Sait hərfbirləşmələri:
1) ey [i:, waı] hərfbirləşməsi [ei] kimi oxunur, məsələn:
hey       [hei]      nida (çağınş)
they      [öeı]      onlar (şəxs əvəzliyi) 
grey      [grei]     boz (rəng)

2)  ou hərfbirləşməsi adətən [u:] kimi oxunur, məsələn:
you     [ju:]    sən- siz (şəxs əvezliyi)
group   [gru:p]    qrup, dəstə, bölmə

 

Mənbə: xaricidil.net

Edited by Asif Ata


0
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now