Sign in to follow this  
Followers 0

Sıfırdan başla - dərs 5


Ragnarök

1. Z z hərfı [z] oxunur.
[z] səsi Azərbaycan dilndəki (z) səsinə oxşayır. Sözün sonunda nisbətən qüvvətli tələffüz olunur, məsələn:
zoo     [zu:]   heyvanxana

2. Qq [kju:] hərfı tək işlənmir.
Həmişə qu hərfbirləşməsi şəklində yazılır və [kw] kimi oxunur, məsələn:
quite     [kwait]     tamamilə, bütünlüklə
quiet     [kwaiət]   sakit, səssiz
quick    [kwik]      cəld, tez, çevik

3.  Jj [dʒei] hərfı həmişə [dʒ] kimi oxunur;

4. Ww ['dablju:] hərfi [w] kimi oxunur:
Azərbaycan dilində belə səs yoxdur. [w] səsinin tələffüzündə dodaqlar bir änlığa gərginləşir, onlar arasında dar bir növ əmələ gəlməklə irəli uzamr. Dilin arxa hissəsi isə yumşaq damağa doğru uzanır. Bu səsin tələffuzünü dodaq-diş samiti olan [v] ilə qanşdınnaq olmaz. [w] səsi qoşadodaq, dilarxası, novlu sonor səsdir.

5.  Xx [eks] hərfı iki cür oxunur:
[ks] kimi (sözün sonunda və vurğulu hecadan sönra): fix, mix, six, next, text, fox, box, toxic, proximity, next, wax, tax
[gz] kimi (vurğulu hecada, saitdən əvvəl): exist, exit, exact, example, examine

6. Sait hərfbirləşməsi.
Oy [ou], [wai] hərfbirləşməsi [ɔɪ] diftonqu kimi oxunur. Azərbaycan dilində bu səsi ou səslərinin birləşməsi ilə müqayisə etmək olar. Oy hərfbirləşməsi bir qayda olaraq sözlərin sonunda işlənir, məsələn: 
a joy     [dʒɔɪ]     sevinc,    
ahoy     ['əhɔɪ]   ey! (nida) 
a boy    [ə'bɔɪ]   oğlan,     

7. Sait ve samit hərfbirləşmələri.
-or [ou] və [a:] hərfbirləşməsi üç cür oxunur:

1)   vurğulu vəziyyətdə [o:] oxunur, məsələn:
for [fo:]  üçün, görə
or  [о:]   və ya, və yaxud da
a horse    [ə'ho:s]     at (heyvan) 

Qeyd: oor [ou, ou a:] hərfbirləşməsi də [o:] kimi oxunur, məsələn:
a door    [ədo:]     qapı
a floor    [ə'flo:]    döşəmə, mərtəbə

2) -or hərfbirləşməsi vurğusuz vəziyyətdə (adətən sözlərin sonunda) [ə] oxunur, məsələn:
a doctor   [ə'doktə]  həkim
a rector    [ə'rektə]   rektor
a sailor     [ə'seilə]    dənizçi

3) -or hərfbirləşməsi w hərfındən sonra [ə:] kimi oxunur, məs: 
a work    [ə'wə:k]   iş, məşğuliyyət 
a worker [ə'wə: kə] işçi, fəhlə 
a word    [ə'wə.d]   söz, kəlmə

Mənbə: xaricidil.net

Edited by Asif Ata


0
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now