Sign in to follow this  
Followers 0

Sıfırdan başla - dərs 8


Ragnarök

1.  О о hərfı -ld hərfbirləşməsinin qarşısında [ou] oxunur:
fold  [fould]   qat, lay, qatlamaq
old   [ould]    qoca, köhnə, qədim 
cold [kould]  soyuq /hava/

2.  I i hərfı -nd, -ld hərfbirləşmələrinin qarşısuıda [ai] oxunur:
find    [faind]   tapmaq, aşkar etmək
child  [tfaid]    uşaq, körpə
kind   [kaind]  nəzakətli, mülayim
istisna: wind  [wind]  külək

3.  -ow [ou] hərfbirləşməsi [au] oxunur, məsələn:
crowd   [kraud]     camaat, kütlə
how      [hau]        necə, nə cür 
now      [nau]        indi, hal-hazırda
cow      [kau]        inək

-ow hərfbirləşməsi çoxhecalı sözlərin tərkibində, xüsusən də sonunda vurğusuz halda [ou] oxunur: 
window  ['wındou]  pəncərə 
yellow    ['jelou]      sarı (rəng)

-ow [ou] (təkhecalı və birinci hecası vurğulu olan ikihecalı sözlərin sonunda): grow, blow, low, narrow, yellow, window, 
- ow (sözün ortasında, əsasən -n, -1, b-dən əvvəl): [au] oxunur town, howl, crown, brown: 
- ow söz kökünün sonunda və eyni kökdən düzəldilən sözlərdə [au] охунур: now, how, allow, allowing:

Müqayisə edin:
now  [nau]
yellow  ['jelou]
how  [hau]
window  ['wındou]
down  [daun]
down hill  ['daun hil]
Qeyd: - ow hərfbirləşməsinin düzgün oxunuşunu müəyyənləşdirmək üçün lüğətə müraciət etmək məsləhətdir:

4. oa [ou] (əsasən sözün ortasmda, bəzən də əvvəlində): goat, coat, soap, oak, oaf, float, goal, foam, throat, woad

5. ai [ei] (sonu samitlə bitən sözlərin əvvəlində, ortasmda): aim, aid, ail, faint, vainly, explain, main, saint, paint, plain, wait, waist

6. ay [ei] (söz kökündə, vurğulu hecada): day, play, say, may, pay, gray, spray, tray, ray, rayon, sway, lay, holiday, pray, bay

7. oi [oi] (sözün əvvəlində və ortasında): oil, boil, join, toil, coin:

8. oy [oı] (əsasən sözün kökündə): boy, toy, Roy, employ, envoy:

9.  ou [au] (qapah hecada, sözün əvvəlində və ortasında): out, loud, cloud, shout, round, stout, mount, pound, found, proud. İstisna: young, country, cousin

10. -ere hərfbirləşməsi here [hiə] sözündə olduğu kimi [iə] oxunuşundan başqa müstəsna hallarda olaraq [ɛə] kimi də oxuna bilir, məsələn:
therefore   ['ðɛəfɔː]   buna (ona) görə də
where        [wɛə]       hara, haraya, harada

 

Mənbə: xaricidil.net

Edited by Asif Ata


0
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now