Xəbərçi

Odindən xəbərçi

Asif Ata
Çin hökuməti 2020-ci ildə əhalinin gözlənilən sayı haqda proqnozlarını verib.
Ölkə.az xəbər verir ki, Çin Xalq Respublikasının dövlət şurasının rəhbəri Li Keçyan 13-cü beşilliyin (2016-2020) planında ölkə əhalisinin sayının 1,42 milyard nəfər göstərildiyini bildirilib.
Bu haqda hesabatla çıxış edən Keçyan bildirib ki, hökumət əhali artımının məhdudlaşdırılması siyasətini davam etdirəcək. Onun sözlərinə görə, artıq çinli ailələr iki uşaq doğa biləcəklər.
Xatırladırıq ki, əvvəllər Çində hər ailəyə bir uşaq dünyaya gətirməyə icazə verilirdi. Sonradan ölkə əhalisinin sürətlə qocalmağa başlamasından sonra bu norma artırılaraq iki uşağa qədər yüksəldildi.
Asif Ata
Dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə 10 milyon adam ölür.
Avropa.info publika.az-a istinadən bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının həkimləri məlumat yayıb.
Həkimlərin sözlərinə görə, insanlar antibiotikləri adi dərman preparatları kimi həkim təyin etmədən qəbul edirlər. Antibiotiklərin dozasının artırılması ölümə səbəb ola bilər.
Bunu nəzərə alaraq, Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşları ana südündən yeni antibiotik hazırlayıblar. Bu preparat başqa dərmanların təsirinə davamlıdır.
Alimlər ana südündə olan zülalın orqanizmin hüceyrələrinə ziyan vurmadan xəstəlik törədən bakteriya və viruslara dərhal hücum etməyi bacardığını aşkar ediblər. Ana südü hətta bağırsaq çöpünü və sarı stafilokokku məhv edir.
Asif Ata
Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

P.Andurandın fikrincə, ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq. P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, yanvarın 20-də “Layt” markalı neftin bir bareli 26,19 dollaradək ucuzlaşmışdı. Son bir neşə gün ərzində isə neft sürətlə bahalaşaraq 32 dolları keçib.  // fins.az
Asif Ata
Dünyanın ən böyük neft ixractçısılarından olan Birləşmiş Ərəb Əmirlikləri xaricə neft satmayacağını açıqlayıb.
"Yaxında son dəfə olaraq neft ixrac edəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin neftdən sonrakı iqtisadiyyatını müzakirə etmək üzrə qarşıdakı həftələrdə yerli idarəetmə və iqtisadiyyat mütəxəssisləri də daxil olmaqla geniş tərkibli qapalı iclas keçirməyə qərar verdik. Həmçinin, gələcək nəsillərə dayanaqlı iqtisadiyyat qoyub getmək üçün, geniş əhatəli bir milli proqram hazırlayacayıq."
Əl Məktum BƏƏ-nin iqtisadiyyatının neftdən aslı olmadığını da diqqətə çatdırıb.
"Bu gün milli iqtisadiyyatımızın 70 faizi neftdən aslı deyil. İqtisadiyyatımızda neftdən aslı olan sahələri də, bazardakı dəyişikliklərlə bağlı nəzərdən keçirəcəyik." deyə əl Məktum bildirib.