Xəbərçi

Odindən xəbərçi

Asif Ata
Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova "Trend"ə bildirib ki, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib.
Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Terminlər müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir.
S.Sadıqova əlavə edib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib.

Yeni terminlərin bir neçəsini oxuculara təqdim edirik:
AYFON – Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu.
AYPƏD – İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.
BİOPSİYA – Xəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi.
CAKUZİ – Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna.
CEKPOT – Lotereyada böyük məbləğli uduş.
ÇAT - İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.
ÇAT SEANS – İnternet şəbəkəsində qarşılıqlı dialoqun əsas forması.
ÇİLƏYİCİ HOVUZ – Su dövranlı basqılı boru kəmərləri sistemi ilə təchiz olunmuş açıq çən.
ÇİP – 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.
ÇİP SÜRƏTİ – Geniş skeptrli sistemdə siqnalların verilmə sürəti. Takt tezliyi giriş siqnalın tezliyindən dəfələrlə çoxdur.
ÇİPS – Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri.
ÇİZBURQER – İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı dairəvi kökə.
DATA KART – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.
DAYCEST – Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə edilməmiş məlumatlar birgə ötürülür.
DEBET - Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.
DEBET NOT – Bu və ya digər səbəblərə görə ödənilməli olan, sonuncu müəyyənləşdirilmiş məbləğin debet hesabına yazılması barədə bir tərəfin o biri tərəfə göndərdiyi bildiriş.
DEBET KARTI – Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul silinməsini həyata keçirən mikroprosessor kartoçka.
DEBİTOR – Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.
DEBİTOR BORCLARI – 1. Debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən müəssisəyə çatacaq borcun məbləğidir. Debitor borcu iqtisadi fəaliyyətin normal prosesi və ya maliyyə, yaxud ödəmə intizamının pozulması ilə əlaqədar ola bilər. Debitor borcu xammal və materialların alınması üçün dövriyyə vəsaiti çatışmazlığında vaxtsız ödəmə hallarında, müəssisə dayanarkən işçilərə əmək haqqının verilməsində müəssisənin dövriyyəsindən vəsaitin ayrılmasını əks etdirir. 2. Şirkətin gəlirlərinin ümumi məbləğinin qeyri-müəyyənliyi nəticəsində, hələlik üçüncü şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış gəlirləridir.
DEBURS – Qaytarıla bilməyən ticarət və digər xərclər.
DEVALVASİYA - Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.
DƏRƏCƏ PROFİLİ – Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı, təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiy-yətlərini, tədris olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir. Cəmiyyətin və konkret fənn sahəsinin birgə ehtiyaclarının, o cümlədən sözügedən təhsil proqramının təsis edilməsi üçün tələb olunan maliyyə və kadr resurslarının təhlili prosesinin nəticəsində yeni dərəcə profili təsis edilə bilər.
DİCEY – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı.
DİSKRESİON SİFARİŞ – Qeydiyyatdan keçmiş nümayəndəyə və ya digər broker firmasına qiymətli kağızların seçilməsi, qiymətli kağızların miqdarı və həmçinin alqı-satqı haq-qında müştəri adından xüsusi qərarlar qəbul edilməsinə səlahiyyət verən sifarişdir.
DİSKRESYA SİYASƏTİ – Qanunverici və icraedici orqanın qərarında daha çox dəyişən iqtisadi vəziyyətə nəzərdə tutulan çevik siyasətdir.
DİSKRETLƏŞDİRMƏ – Fasiləsiz analoq siqnallarının diskret impulslar ardıcllığına çevrilməsi prosesi.
DİSKRET İSTEHSAL – Məhsulların fasilələrdə istehsal edildiyi metoddur. Məsələn, avtomobillərin, kompüterlərin və s-nin istehsalı.
DİSKRET KƏMİYYƏTLƏR – Müxtəlif qiymətli tapşırıqlara verilmiş fasiləsiz ölçülərin əksi olan kəmiyyətlər. İqtisadiyyatda üstünlük təşkil edən diskret anlayışlardan, göstəricilərdən istifadə edilir. Onlar qeydə alınır, ölçülür, müəyyən vaxt və müxtəlif anlarda hesablanır (saat, gün, həftə, ay, rüb, il, bir neçə il).
Asif Ata
İseçvrənin UBS bankının hesablamasına görə ən yaxşı maaşları İsveçrəinin Sürix və Cenevrə şəhərlərində verirlər. Üçüncü yerdə Lüksemburq gəlir.
Bu hesablamaya görə dünyada ən az məvacib verən şəhərlər Nayrobi, Cakarta və Kiyevdir. Bu şəhərlərdə Sürix maaşının yalnız 5 fazini alırlar.
Nyu York, Mayami, Kopenhagen, Sidney, Oslo, Los Anceles, Çikaqo, Monreal, Stokholm və London sonrakı yerləri tuturlar.
Bu hesabatda yüksək maaşların müqabilində xərclərin də haqq-hesabı aparılıb.
Bu mənada Nyu York dünyada üçüncü bahalı şəhərdir. Ondan əvvəl ən yüksək maaşları verən Sürix və Cenevrə gəlirlər.
Çikaqo 10, Los Anceles və Mayami 16-17-ci yerdədir.
 
Neft çıxan yerlərdə bahalıq olur?
Bakı, o cümlədən Tbilisi və Yerevan “yüksək maaşlar” reytinqində yoxdur.
Lakin Bakı ABŞ-ın Mercer şirkətinin “yaşamaq üçün ən bahalı şəhərlər” reytinqində yer alıb.
Bu reytinq ötən iyunda tərtib olunub və Azərbaycan paytaxtı həmin cədvəldə 33-cü yerdədir.
Üstəlik bahalığına görə Bakı Moskvanı, Almatını, Daşkənd, Riqa və Tallinni xeyli geridə qoyub.Müqayisə üçün Tbilisi bu reytinqdə 198, Yerevan 192-ci yerdədir.
207 şəhər arasında “ən bahalı şəhər” titulu neftlə zəngin Anqolanın paytaxtı Luandaya qismət olub. / avropa.info
Asif Ata
Foreign Policy yazır ki, Pentaqon rəsmi olaraq Rusiyaya qarşı strategiyasında dəyişiklik etmək qərarına gəlib.

Pentaqon gələcəklə bağlı planlara həmişə baxıb. Lakin bu planlar üzərində iş gedəndə bu və yaxud digər hadisələrin nə qədər böyük ehtimalla baş verməsi prioritet hesab edilirdi və buna uyğun olaraq planlar reallaşdırılıdı.

Rusiyanın son davranışlarından sonra Pentaqon Rusiya ilə hücüm etmə təhlükəsində hansı addım atacaqları ilə strategiya qurmağa başlayıblar. Bu hücumlara kiberhücumlardan tutmuş, nüvə silahlarından istifadə də daxildir.

Pentaqon rəsmisi xəbər verir ki, məqsəd Rusiyanın agressiyası zamanı cavab planı hazır etməkdir.

20 avqustda isə Pentaqon rəhbəri Eşton Katçer öz çıxışında qeyd etmişdi ki, Rusiya öz nüvə arsenalının çoxluğuna görə ABŞ üçün təhlükədir və Rusiyanın davranışlarını dəqiq anlamaq olmur. Buna görə də, bütün alternativ variantlara baxmalıyıq.

Pentaqon Rusiya ilə bağlı B planları qurması, belə bir qərarı 1991-ci ildən bəri, soyuq müharibə bitəndən bu tərəfə ilk dəfə verir.
Aynur Alimuradbeyli
Polşanın Qliviç şəhərində vampir qəbirləri tapılıb. 
Məzarların XVII-XVIII əsrlərə aid olduğu ehtimal olunur. Arxeoloqlar ümumilikdə 42 insanın sümüklərini aşkar ediblər.Alimlər bir neçə məzarın vampirlərə aid olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, skeletlərin bir neçəsinin düzülüşü arxeoloqların diqqətini xüsusi olaraq cəlb edib. Məsələ ondadır ki, sümüklərdən bir neçəsi başsızdır. Həmin skeletlərin kəllə sümükləri onların ayaq sümükləri arasındadır. Arxeoloqlar müəyyənləşdiriblər ki, başları ayaqlarının arasında dəfn edilmiş həmin şəxslər vampir olublar. Qədim dövrlərdə hesab edirdilər ki, əgər vampirlər başı kəsilərək dəfn edilsə, onlar bir daha həyata dönə bilməzlər.Yeri gəlmişkən, arxeoloqlar orta əsrlərdə yaşamış vampirlərin sümüklərini planetimizin digər yerlərində də aşkar ediblər. Belə ki, ötən il Bolqarıstanda da vampir skeletləri aşkarlanmışdı. Onlar xüsusi dəmir qəfəsdə dəfn edilmişdilər. Görünür, vampirlərin dirilərək yenidən həyata qayıtmaları inancı qədim dövrlərdə daha güclü imiş.

Asif Ata
Pentaqon generalı Frenk Qorents jurnalistlərə müsahibəsində Rusiya hərbi qüdrətdə ABŞ-la bərabər səviyyəyə çatdığını etiraf edib.
Onun sözlərinə görə, Rusiyada aparılan hərbi modernləşmə  öz təsirini göstərib. Rusların təyyarələrinin raket sistemindən yaxşı mühafizə olunması bizdə narahatlıq yaradır. Ruslar kəmiyyətlə yanaşı keyfiyyəti də artırıblar. 

Qorentsə görə, mövcud vəziyyətdə ABŞ ordusu hərbi hazırlığını artırmaq məcburiyyətindədir:
“Tamamilə aydındır ki, biz “soyuq müharibə” dövründə etdiyimiz şeylərə qayıdıb yenidən məşq etməliyik”.
=======
Times qəzeti isə dünyanın addım-addım böyük müharibəyə hazırlaşdığı haqda yazıb. Məqaləyə görə, Rusiyanın Suriyada yeni eniş zolağı inşa etməsi körfəz ölkələrinin də silah tədarük etməsi ilə nəticələnib. Rusiya həmçinin Suriyaya silah və canlı qüvvə toplayır.
“Times”-ın ABŞ rəsmilərinə istinadən verdiyi xəbərdə Rusiyanın bölgəyə zirehli texnikalarla yanaşı çoxlu sayda SA-22 zenit raket qurğusu da yerləşdirdiyi bildirilir. 
Ekspertlərin fikrincə bölgədəki ən böyük risk NATO qüvvələri ilə Rusiyanın qarşı-qarşıya gəlməsi olacaq.