Xəbərçi

Odindən xəbərçi

Asif Ata
Maliyyə Nazirliyi 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrini yayımlayıb.

Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin gəlirləri 16720.1 mln manat və yaxud əvvəlki ilə nisbətən 3996.7 mln manat az (19.3% az) , xərcləri 19906.5 mln manat və ya əvvəlki ilə nisbətən 6004.4 mln manat az (23.2% az) nəzərdə tutulmuşdur.
2016-cı ilin dövlət büdcəsində 3.2 mlrd manat büdcə kəsri gözlənilir.
Asif Ata
Düşən neft qiymətlərinin iqtisadiyyatını yaxşıca sarsıtdığı Venesuelada, pul vahidi Venesuela Bolivarı çox zəifləyib.
Bir Venesuela vətəndaşının, iki Venesuela Bolivarını piroq yeyərkən salfet kimi istifadə olunduğunu göstərən fotoşəkili internetdə rekord sayda baxılıb.
Fotoşəkili çəkən venesuelalı haqsız deyil. Bir Bolivar, ölkənin rəsmi olmayan valyuta bazarında bir Amerikan sentindən çox aşağı qiymətə satılır.
Dollar və bolivarın mübadilə edildiyi rəsmi olmayan valyuta məzənnəsi, son bir il ərzində 700% artıb. Bir il əvvəl bir dollar 82 bolivar idisə, indi haradasa 676 dollara qarşılıqdır.

Düşən neft qiymətləri ölkənin vəziyyətini iqtisadi baxımdan çətinləşdirir. Brookings İnstitutunun məlumatlarına görə, Venesuela əsas ehtiyaclarının 70%-ini idxal edir. Keçən il inflyasiyanın 68 faiz yüksəlməsi, salfet, şəkər, süd və un kimi əsas istehlak mallarının əldə edilməsində çətinlik yaradır.
İlin əvvəlində Trinidad və Tobaqo respublikası Venesuelaya neft qarşılığında salfet satmağı təklif etmişdi.
Venesuelanın Oktyabr ayında ödəməsi lazım olan 5 milyard dollarlıq borcunu necə həyata keçirəcəyi isə bilinmir.
Asif Ata
Bəşəriyyətə məlum olan bütün neft, qaz və digər yanacaq növlərinin yandırılması Antarktida materikinin buz qatının əriməsinə və dəniz səviyyəsinin 60 metr qalxmasına səbəb olacaq. 

Bu haqda “Science Advances” jurnalında məqalə çap olunub. ABŞ-ın Stenford şəhərində yerləşən Karneqi institutunun alimi Ken Kaldeyra deyib ki, bəşəriyyət bundan sonra yanacaq üçün yer qatından faydalı qazıntı çıxara bilməz. Əvvəlki tək atmosferə karbon tullantıları atılacaqsa, yaxın gələcəkdə 1 milyarda yaxın insan su altında qalacaq. 
Kaldeyra və yoldaşları müəyyən ediblər ki, nəinki bütün yanacaq ehtiyatlarının, planetdə olan ehtiyatların 8-10%-nin yandırılması kifayətdir ki, Antarktidanın qərb və şərqindəki buz qatları ərisin. Bu isə dəniz səviyyəsinin onlarla metr qalxması deməkdir. 
Alimlərin yaratdığı kompüter modeli qarşıdakı 10 min ildə insan fəaliyyəti nəticəsində Antarktidanın necə dəyişməsinin modelini yaradıblar.

Qlobal istiləşmə nəticəsində dəniz səviyyəsi bu əsrdə ən azı 3 metr qalxacaq. Bu il dekabrda qlobal istiləşmə ilə bağlı Parisdə keçiriləcək konfransda siyasətçilər razılığa gələ bilməsə, planetin ümumi temperaturunun daha 2 dərəcə qalxma təhlükəsi realdır. / avropa.info
Asif Ata
Dünya bazarlarında baş vermiş iflas nəticəsində dünyanın varlı adamları bir həftə ərzində 182 milyard dollar itiriblər.  "Bloomberg" agentliyi tərəfindən aparılan araşdırmaya görə, dünyanın 400 varlısının varidatı 6,3% azalıb. 

Təkcə avqustun 21-də milyarderlərin var-dövləti 76 milyard dollar azalıb. Bu, ABŞ-ın aparıcı biznes indeksləri "Standard & Poor’s 500 Index" və "Dow Jones"un son 4 il üzrə ən yüksək azalması hesabına baş verib. 
Neft ucuzlaşması 1986-cı ildən bu yana "ən uzun müddətli" ucuzlaşma olub və bu ucuzlaşma davam etməkdədir.
Energetika sektorunda çalışan iş adamlarının kapitalı toplam 15,2 mlrd dollar azalıb. Honkonq birjasında baş verən geriləmə və yuanın dəyər itirməsi nəticəsində Çinin 26 ən varlı vətəndaşı 18,8 mlrd dollar itirib. 
ABŞ-da ən çox azalma “Apple”in səhmləri ilə bağlı qeydə alınıb. Şirkətin ümumi kapitalı 158 milyard dollar aşağı düşüb. Şirkətin ümumi kapitallaşması hazırda 618 milyard dollara bərabərdir. Yalnız avqustun 21-də “Apple”in bir səhmi 6,72 dollar, yaxud 6% ucuzlaşıb. 2015-ci ilin əvvəlində “Apple”in bir səhmi 134,5 dollara satılırdı. Beləliklə, ucuzlaşma 20% təşkil edib. / anspress.com
Asif Ata
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı Kremldə Putini devirmək üçün plan hazırlandığı barədə sensasion məqalə dərc edib.
“SSRİ-nin dağılmasından dörddə bir əsr sonra kremlenoloqlar Vladimir Putinin hədsiz yüksək reytinqinə baxmayaraq havadan çevriliş iyinin gəldiyini hiss edirlər.
Bəzilərinin “Politbüro 2.0” da adlandırdığı Kreml elitası hazırda Putinin vəziyyəti daha da korlamadan hakimiyyətdən uzaqlaşdırılmasının lazım olduğuna dair qərar verir”-məqalədə deyilir.

Virtualaz.org saytı xəbər verir ki, “Forbes”in məqaləsində nüfuzlu “Kommersant” nəşrinin əsasını qoyan şəxsin tezliklə Rusiyada köklü dəyişikliklərin olacağıı təxmin etdiyini , hansısa vəsaitləri olan rusiyalılara uşaqlarını da özləri ilə götürüb ölkəni təxminən bir aylığa tərk etməyi məsləhət gördüyünü yazır.
Jurnal yazır ki, Putinin siyasətinin uğursuzluqları hər gün daha aydın görünür. Heç kim inkar etmir ki, Rusiyada kleptokratik dövlət var və onun liderləri milli sərvətlərin böyük hissəsini oğurlayıblar. Lakin indi Rusiya həm də beynəlxalq normaları və hüququ tapdalayan üzdəniraq dövlətə çevrilib. Bu dövlət rəsmən yalan danışmaqdan usanmır və beynəlxalq məhkəmələr qarşısında böyük borcları yaranıb. Putinin Kremlinin sərgilədiyi dünyagörüş digər dünya liderlərində həyacan siqnalı doğurur.
Putinin iqtisadi siyasəti fəlakətdir. Diversifikasiya barədə bütün vədlərə baxmayaraq Rusiya neftin dünya bazarlarındakı qiymətindən asılı olan xammal iqtisadiyyatına malik ölkədir.
Neftin kəskin ucuzlaşması və onunla eyni vaxtda tətbiq olunan ərzaq embarqosu nəticəsində Rusiya artıq altıncı kvartaldır ki, iqtisadi tənəzzül içərisindədir. Əhalinin həyat səviyyəsi aşağı düşür, baxmayaraq ki, Putin stabillik və çiçəklənmə vəd edir. İnvestisiyaların yoxluğu Rusiya iqtisadiyyatının gələcəyini daha da ağırlaşdırır. Və ancaq Putinin bürokratik aparatı sağ-salamatdır. Ehtiyat fondlar tezliklə tükənəcək. Qara gün üçün artıq heç nə qalmayıb və Putinin bəyanatlarına artıq onun dostları da inanmır.
Rus xalqı bütün bunların əvəzində nə aldı? Krımı aldı. Hansı ki, rusiyalıların əksəriyyəti onun onsuz da Rusiya “anaya” aid olduğunu düşünürdü. Putinin silahla hədələməsi hamının diqqətini cəlb etdi və qorxu yaratdı. Onun Rusiyaya superdövlət imicini qaytarmaq planları SSRİ-nin dağılmasından narazı qalanlarda müsbət reaksiya doğurur. Rusiyalıların bir çoxu Putin təbliğatının asan ovuna çevrildi.
Lakin xalqdan fərqli olaraq “Politbüro 2.0” başa düşür ki, əslində Rusiya iqtisadiyyatı nə vəziyyətdədir. Neftin qiyməti qalxmayana qədər Rusiya iqtisadiyyatı tənəzzüldə qalacaq. Buna isə illər gedəcək.
Borc içində üzən Rusiya şirkətləri kredit götürə bilmir, Çin isə ona kömək etmir və etmək istəmir. Kremlin ərzaq idxalına qadağa qoyması ona gətirib çıxardı ki, inflyasiya 15 faizi keçdi.
“Politbüro 2.0” Putinin xarici siyasətində də yaxşı heç nə tapmır. Rusiya Krımı bir güllə də atmadan ilhaq etdi, ancaq bu ölkəyə on milyardlarla dollara başa gəldi və hazırda Krım korrupsiya bataqlığındadır.
Ukraynanın şərqindəki separatçıları dəstəkləməklə Kreml rusiyameylli separatçıların mövqelərini möhkəmləndirdi, ancaq Ukraynanın siyasətinə içəridən təsir etmək imkanlarını da əldən verdi. Hazırda Ukrayna ordusu möhkəmlənib və separatçıların əvvəlki mövqelərini saxlaya biləcəkləri şübhə doğurur.
Əgər Putin Mariupolu almaqla Krıma quru dəhlizi açmağa qərar versə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunacaq, banklar SWIFT beynəlxalq ödəmə sistemindən kənarlaşdırılacaq. Bu isə Rusiyadan maliyyə transaksiyalarının tam dayanmasına gətirib çıxaracaq. Və Putinin kleptokratik rejimi sayəsində varlananların hamısı müflis olacaq.
Məqalədə deyilir ki, Putin hakimiyyətinin sonunun yaxınlaşdığını çoxları düşünür, lakin bunun nə vaxt baş verəcəyi qaranlıq qalır. Seçilmiş prezident olaraq Putin ya postundan gedəcək, ya da fizik mövcudluğunu dayandıracaq. Bir sıra əlamətlər təxmin etməyə əsas verir ki, Putinin yaxın müttəfiqlərinə hücumu artıq başlayıb.
“Forbes” buna misal kimi Putinin mətbuat katibinin 650 min dollarlıq saat gəzdirməsinə və 500 min dollara yaxta kirayələyib istirahətə getməsinə dair faktların ortaya çıxmasını göstərir.
İkincisi, Putinin yaxın ətrafına daxil olan, Qərb sanksiyalarının hədəfindəki Vladimir Yakunin istefaya gedib və senator olmağa qərar verib. “Forbes”in rus versiyasının mənbələri deyir ki, əgər Yakunin doğrudan da istefa veribsə deməli son günlər Kremldə çox ciddi hadisələr olub.
Nəhayət, Putinin uşaqlıq dostu, biznesmen Gennadi Timçenko yarırəsmi “Vedomosti” qəzetinin kəskin tənqid hədəfinə çevrilib.
Qəzet yazır ki, Qərbin sanksiyaları nəticəsində təcrid olunmuş Timçenko Cenevrə gölü sahilindəki villasına gedə bilmir və Moskva ətrafında Xruşşovun “daça”sında məskunlaşıb. Həmçinin qəzet onun şübhəli işgüzar partnyorları barədə bəhs edir. Sanksiyalara qədər Timçenko “Gunvor” neft treyderinin səhmlərinin yarısına nəzarət edirdi və şaiyələrə görə bu şirkət Putinin əsas gəlir mənbəyidir.
Məqalədə deyilir ki, Putinin keçmiş şəxsi mühafizəçisi və daxili qoşunların komandanı Viktor Zolotov xüsusi xidmət orqanlarına yaxın nəşrin kəskin tənqidinə məruz qalıb. Onun əmlakının, mənzillərinin, torpaq sahələrinin uzun siyahısı açıqlanıb. Zolotovun əmlakının dəyəri azı 1 milyard dollardır.
“Zolotovu ifşa edənlər bu mesajı verirlər ki, əgər bir vaxtlar Putini mühafizə edən adamın 1 milyardı varsa görün onun mühafizə etdiyinin özünün nə qədər pulu var”-məqalədə deyilir.
Bəziləri hesab edir ki, Putin köhnə dostlarına marağını itirib və bu səbəbdən onlardan yaxa qurtarmaq istəyir. Lakin bu, qətiyyən ağlabatan deyil. Putin heç vaxt hakimiyyətini riskə atıb yaxın dostlarını güdaza verməzdi. Ona görə də hazırda hakimiyyət uğrunda hansısa mübarizə gedir və bu mübarizənin hədəfi Putin özüdür. Hücum taktikası isə klassikdir: əvvəlcə bossun yaxın tərəfdaşlarını sıradan çıxarmaq lazımdır.
Hərçənd bəziləri hesab edir ki, “Politbüro 2.0”-dan çıxan istənilən yeni rəhbər Putindən yaxşı olmayacaq. Ancaq rusiyalı analitik Andrey Piontkovski başqa fikirdədir. O hesab edir ki, Rusiya elitası Qərbə “hər şeyin yaxın həftələrdə həll olunacağına dair” siqnal göndərir.
“Bizdə yalan həyəcan siqnalları əvvəllər də olub. Ola bilsin bu da onlardan biridir, ancaq ən azından biz Putin hakimiyyətinin sonuna aparan yolu nəzərdən keçirə bilərik. Qeyd etmək lazımdır ki, Putin Mixail Qorbaçova qarşı qiyamın ildönümünü Krımda qeyd etdi. Nəzərdən qaçırmaq lazım deyil ki, o, Krıma hökumətinin dörd əsas üzvünü aparmışdı. Hansı ki, bunlar çox güman ki, Putinin varisini seçəcəklər. Yadda saxlayın: dostlarını yaxında saxla, düşmənlərini isə onlardan da yaxında...”- deyə “Forbes” məqaləni yekunlaşdırır. / anspress.com