Xəbərçi

Odindən xəbərçi

Asif Ata
Dünyanın ən zəngin adamları birjalarda indekslərin aşağı düşməsi səbəbindən cəmi bir həftəyə 182 milyard dollar itiriblər. “Bloomberg”ə bildirir ki, dünyanın 400-ə yaxın varlı adamının sərvəti bu müddət ərzində 6,3 faiz azalıb.

ABŞ-da ən sürətlə “Apple” şirkətinin səhmləri ucuzlaşıb. Şirkət 158 milyard dollarlıq kapitallaşmadan məhrum olub.
Təkcə avqustun 21-də “Bloomberg Billionaires İndex” reytinqində yer alan milyarderlərin sərvəti 76 milyard dollar azalıb. Bu, ABŞ-ın əsas birja indekslərinin son 4 il ərzində ən ciddi ölçüdə aşağı düşməsi nəticəsində baş verib.
Milyarderlər bir həftəyə 182 milyard dollar itirsələr də bu, onların sərvəti fonunda cüzi görünür.
Agentlik qeyd edir ki, ən çox itirən “Berkshire Hathaway” şirkətinin əsas səhmdarı olan Uorren Baffet itirib. O, 3,6 milyard dollar “kasıblayıb”.
U.Baffet planetin ən zəngin adamları siyahısında 64 milyard dollarla üçüncü idi. Lakin biznesi əsasən energetika sektoru ilə bağlı olan milyarderin kapitalı neftin kəskin ucuzlaşması nəticəsində son dövrlər 15,2 milyard dollar azalıb.
Honkonq birjasında indekslərin aşağı düşməsi və Çin yuanının devalvasiyası nəticəsində Çinin 26 ən zəngin adamı bir həftədə 18,8 milayrd dollar itirib. / avropa.info
Asif Ata
Əgər insanlıq yaxın vaxtlarda öz qida vərdişlərini dəyişməsə, varlıq kimi həm özünü, həm bütün planetin ekosistemini məhv edəcək. Bu haqda BMT-nin Kənd təsərrüfatı və Ərzaq Agentliyinin hesabatına əsasən Polşanın “Rzeczpospolita” qəzeti yazır.
Hesabata əsasən XXI əsrin ortalarında planet əhalisinin ətə olan tələbatı iki dəfə artacaq və ildə 463 milyon tona çatacaq.
Məsələn, 1980-ci ildə orta statistik çinli ildə cəmi 14 kiloqram ət yeyirdisə, indi bu rəqəm 60 kiloqrama çatıb. İnkişaf etmiş ölkələrin sakinləri isə daha çox - ildə 80 kiloqram ət yeyir.
Süd və süd məhsullarının istehlakı da analoji sürətlə artıb.
Bütün bu məhsulları əldə etmək üçün heyvandarlıq isə planetə həddən artıq baha baş gəlir. Planetin içməli su ehtiyatının 8 faizi bu sahəyə gedir, atmosferə isə heyvandarlıqdan cəmi karbon qazının 18 faizi və metanın 37 faizi atılır. Bu, insanların və avtomobillərin payına düşən karbon qazından çoxdur.
Başqa sözlə, əsas zülal mənbəyi olan ətin istehsalı rentabelli deyil. Quş ətindən bir qida kalorisi əldə etmək üçün üç bitki kalorisi sərf etmək lazım gəlir. Donuz ətindən bir qida kalorisi əldə etmək üçün 7, mal ətindən əldə etmək üçün isə 10 bitki kalorisi tələb olunur.
Beləliklə, planetdə yetişdirilən taxılın 37 faizi heyvanların yemlənməsinə gedir.
Okeanlarda da vəziyyət yaxşı deyil. Artıq okeanlardan ehtiyat və tükənməz ərzaq mənbəyi kimi istifadə etmək mümkün olmur. Balıqçı gəmilərinin sayı okeanların regenerasiya imkanlarını üç dəfə qabaqlayır. Əgər insanlar indiki templə balıq tutmaqda davam etsələr, 2050-ci ildə balıq növlərinin əksəri tükənəcək.
Süni göllər və dəniz fermaları isə problemin həlli deyil. Çünki  1 kiloqram losos balığı yetişdirmək üçün 3 kiloqram sardina lazımdır. 1 kiloqram tunes balığı yetişdirmək üçün isə 14 kiloqram balıq tələb oluna bilər.
Ona görə də BMT xəbərdarlıq edir ki, insanlar başqa qida növləri tapmalıdır. Belə davam etsə, onlar yeməyə quş əti, mal və donuz əti, habelə balıq tapmayacaqlar. Planetin quru hissəsində yeməyə ancaq həşəratlar, dəniz və okeanlarda isə meduza və planktonlar qalacaq.
Meduzalar isə insanları aclıqdan xilas etmək üçün əla vasitə ola bilər. Çünki onların sayı dəniz və okeanlarda hədsiz çoxdur. İnsanlar isə bu eybəcər məxluqların əllərindən beziblər. Meduzalar hər yerdədir - çimərliklərdə, dənizlərdə.
Meduzalar isə balıqlarla və onların kürüləri ilə qidalanır. Əgər onlar olmasa, balıqlar da sürətlə çoxalacaq. Yox, meduzaları tükətməsən, onlar balıqları daha sürətlə bitirəcəklər, bu isə ekosistem üçün fəlakət olacaq.
Ona görə də BMT məsləhət görür ki, insanlar balıq yeməkdənsə indidən meduzalarla qidalanmağa üstünlük versinlər. Üstəlik bu, dietoloqların çox işinə yarayacaq. Meduzalarda 95 faiz su, cəmi 5 faiz zülaldır. Eyni zamanda onların dadı da yoxdur. Bu səbəbdən onu müxtəlif reseptlərə bişirmək olar. / virtualaz.org

Asif Ata
BMT-nin demoqrafik bölməsinin direktoru Con Uilmot 10 avqust tarixində Sietldə keçirilmiş statistiklər konfransında bu barədə məlumat verib.
2050-ci ilə planetin əhalisinin sayı 7.3 milyardan 9.7 milyarda, 2100-cü ilə isə 11,2 milyardadək artacaq. 

BMT ekspertlərinin fikrincə, planetin əhalisinin artımı yalnız Afrikada Saharadan cənubda yerləşən ölkələrdə doğuşun sayının azalması nəticəsində dayanacaq. Hələ ki hadisələrin belə inkişaf ehtimalı 23 faiz civarında qiymətləndirilir.
2100-cü ilə Afrikada yaşayan əhalinin sayının 1.2-dən 3,4-5,6 milyardadək artacağı gözlənilir.
Asiya planetin ən sıx məskunlaşmış regionu olaraq qalacaq. Belə ki, XXI əsrin ortalarında bu regionda yaşayan əhalinin sayı 5,3 milyarda yaxınlaşacaq, amma sonra 4,9 milyardadək azalacaq. / anspress.com
Asif Ata
Rusiya NATO-ya Gürcüstan və Ukrayana da daxil olmaqla Şərqə doğru genişləməklə bağlı növbəti xəbərdarlığını edib.   

Bu haqda “Life Nyus”a danışan Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko belə bir oyunun bütün Avropa üçün ağır geosiyasi nəticələrə gətirib çıxaracağını söyləyib. Onun sözlərinə görə, Brüssel və digər Avropa ölkələri yarana biləcək təhlükənin fərqinədədirlər:  
 “NATO-ya üzvlük Ukrayna xalqını ikiyə böləcək və beynəlxalq gərginliyi daha da artıracaq. Rusiya Qərblə yaşadığı gərginlik üzündən bu həftə sonu dəniz doktrinasını yeniləyib. Rus donanmasının Krımdakı varlığının genişləndirilməsi hazırda əsas hədəf seçilib. Dekabrdan bu yana edilən bütün xəbərdarlıqlara rəğmən NATO Baltik dənizində və Şərqi Avropada 5 min əsgər, tank və ağır silahları yerləşdirmək barədə qərar verib. Bu cür təhlükəli oyun bütün Avropa üçün ağır nəticələrə gətirib çıxara bilər”. / avropa.info
Asif Ata
Hazırda Çin şirkətlərinin borcu 16,1 trilyon dollara bərabərdir.
"Standard&Poor's" agentliyi yaxın beş ildə bu borcun 28,8 trilyon dollara qalxacağını düşünür.
Agentliyin ekspertlərinin fikrincə, bu, ölkə ümumi daxili məhsulunun (ÜDM) 160%-inə bərabərdir və ABŞ-ın analoji göstəricisindən iki dəfə yüksəkdir.
Ekspertlər ehtimal edirlər ki, bu qədər yüksək borcun əsas səbəbi Pekinin iqtisadi artım tempinin sabitləşməsi üzrə indi həyata keçirdiyi siyasətlə bağlıdır.
"Uzun illər Çin məmurları iqtisadiyyatın real sektoruna kapital axınının artırılması üzrə tədbirlər görürlər. Hazırda qiymət səviyyəsi durmadan aşağı düşür, gəlirin artım tempi azalır. Belə şəriatdə Çin şirkətləri borclarını ödəməkdə çətinlik çəkirlər. Bu, Çin iqtisadiyyatının sərt tənəzzülünə səbəb ola bilər", - deyə İsveçrənin "UBS" bankının Çindəki filialının aparıcı iqtisadçısı Van Tao bildirib.

2014-cü ilin yekununa görə, Çinin ÜDM-i 10 trilyon dollar ətrafında olub. O, ÜDM-i 17 trilyon dolları ötən ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatının sahibidir. / avropa.info