Xəbərçi

Odindən xəbərçi

Asif Ata
Turizm şirkətlərindən  daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.
Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbul reysinin avabiletlərinin qiyməti 90 manat olması ilə bağlı göstəriş yer alıb.

Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.
Xatırladaq ki, Prezident İlham Əliyevin hökumətin iyulun 13-dəki iclasında deyib ki, Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.
Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.
İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir.
“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” – deyə prezident sual edib.
İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib. / banker.az
Asif Ata
Avropa Parlemanetində gedən müzakirələr zamanı polşalı deputatı Yanuş Korvin-Mikkenin (Janusz Korvin-Mikke) çıxışında Hitlersayağı salamlama formasından istifadə etməsi siyasi qalmaqala gətirib çıxarıb.
Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki, polşalı deputatın bu hərəkəti Parlamentdə böyük gərginliyə səbəb olub.

Sağçı-ekstremist partiyanın nümayəndəsi olan deputat sağ təmayüllü partiyanın hüquqları ilə bağlı qısa məruzəsinə Hitlerisayağı salamla başlayıb. 
Deputat Avropa İttifaqında qatar biletlərilə bağlı çıxışının sonunda digər deputatlara vahid, bir və yekdil olmağın zamanı yetişdiyini bildirib. Yekunda isə o, “Vahid Reyx, vahid Xalq, vahid Bilet” ifadəsi işlədərək, hər kəsi neonasizmə səsləyib.
Qeyd edək ki, 72 yaşlı polşalı deputat siyasi baxışlarına görə sağçıdır. O, hətta yəhudilərin Polşada gettolara toplanmasını tələb edir. Ukrayna münaqişəsinin yaranmasında isə birbaşa ABŞ-ı günahlandırır. / Azvision.az
Asif Ata
Bir müddət öncə "Əl-Qaidə" terror təşkilatının lideri Usamə Ben Ladenin kitabxanasının ABŞ kəşfiyyatı tərəfindən aşkar olunması nəticəsində onun hansı kitablarla maraqlandığı məlum olub.
Sən demə Ben Laden daha çox 11 sentyabr terror aktı ilə bağlı Qərb yazıçılarının əsərlərini oxuyurmuş. Onun kitab rəfində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Maykl Şoerin "İmperiya təkəbbürlüyü: niyə Qərb terrorla müharibədə uduzur" əsəri yer alıb. Bu kitabda Ben Laden islam tarixinin son 150 ildə ən ümidverici şəxsi kimi qələmə verilib.

Bundan əlavə, "Əl-Qaidə" lideri Maykl Çossudovskinin "Amerikanın terrora qarşı müharibəsi", "Ərəb əlyazmasının emalatxanası", "Sağlam qidalanmaya dair bələdçi", Bob Vudvordun "Obama müharibələri", Pol Kennedinin "Böyük məmləkətlərin yüksəliş və enişi", Robert Hopkins Millerin "ABŞ və Vyetnam 1787-1941", Frits Sprinqmeyerin "İllüminatlar ailəsi", Yustas Mullinsin "Federal rezerv sisteminin sirləri" kimi kitablar da Ben Ladenin oxuduqları sırasında olub.
Əfsanəvi lider həm də öz müəllimi Əbdul Azzamanın "Müsəlman torpaqlarının müdafiəsi" və "Karvana qoşulun" kimi cihadyönümlü kitabları mütaliyə edirmiş.
Xatırladaq ki, Ben Laden ilk dəfə 2004-cü ilin oktyabr ayında videogörüntü vasitəsilə 11 sentyabr hadisələri üçün məsüliyyəti öz üzərinə götürdü. Bin Laden uzun müddət Əfqanıstan - Pakistan sərhədində gizlənərək axtarışlardan yayınmağa müvəffəq olurdu. Bu şəxs dünyanın 1 nömrəli terrorçusu sayılsa da əslində o, çox komfortlu həyat sürərək sülh şəraitində böyümüşdü. / milli-xeber.az
Asif Ata
Avropa Birliyi Krımın Rusiya tərkibinə daxil olmasını tanıya bilər. Əgər yarımadada ATƏT-in nəzarəti altında yeni referendum keçiriləcəksə.
Bu açıqlama ilə adının çəkilməsini istəməyən ATƏT rəsmisi çıxış edib. Daha əvvəl ATƏT-in baş katibi Lamberto Zanyer demişdi ki, 2014-cü ildə Krımda referendum keçiriləndə seçkiləri izləmək üçün ATƏT-ə dəvət göndərilmişdi. Lakin o zamanki şərtlər təşkilatın qaydalarına uyğun gəlmirdi.

Xatırladaq ki, 2014-cü ilin martında Rusiya əsgərlərinin nəzarəti altında Krımda keçirilən referendumda əhali Rusiyanın tərkibinə daxil olmaq qərarı vermişdi. Ukrayna bu qərarı tanımasa da, Rusiya hökuməti hər şeyin beynəlxalq normalarına uyğun gəldiyini iddia edir. / avropa.info
Asif Ata
ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bzejinski Rusiya prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə edib və Kreml rəhbərinin təhlükəli cəhətlərindən danışıb. 
Onun sözlərinə görə, Rusiya prezidenti “oyunçudu” və var-dövlətin toplanmasında maraqlıdır. 

"Spiegel" nəşrinə müsahibəsində Bzejinski Putinin var-dövlət toplamaq marağını təhlükəli cəhət kimi göstərir. 
“Düşünürəm ki, Putinlə Hitlerin bəzi ümumi cəhətləri var, ancaq fərqləri də var. Hitler heç vaxt çoxlu pula sahib olmaqda maraqlı olmayıb. Putin isə varlamaqda çox maraqlıdır”, - deyə Bzejinski bildirib. 
Rusiya prezidentinin intellekti barədə danışan Bzejinski qeyd edib ki, Putinin “instinktiv hiyləgərdir”. / azadliq.info