Xəbərçi

Odindən xəbərçi

Asif Ata
Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-iyun aylarında 5,3 faiz aşağı düşüb. 
Bu barədə “Global Stats” statistika mərkəzi məlumat verir.

“Facebook”un Azərbaycan bazarında iyunun sonuna olan payı 83 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 77,1 faiz çoxdur.
2015-ci il ilk 6 ayının nəticələrinə görə, Azərbaycanda sosial şəbəkələr arasında ikinci yerdə olan “Twitter” auditoriyasında 70,1 faiz artım qeydə alınıb. 2015-ci il iyulun 1-nə bu şəbəkənin ölkə bazarında payı 9,58 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5 dəfə çoxdur.
1,93 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (1,83 faiz), “Google+” (1,54 faiz), “Vkontakte” (1,01 daiz), “StumbleUpon” (0,49 faiz) və b. gəlir. /trend.az
Aynur Alimuradbeyli
Nobel mükafatı almış məşhur alman fiziki Albert Eynşteynin məktubları  hərraca çıxarılıb.
Hərracda A.Eynşteyn tərəfindən qələmə alınan 27 məktub satılıb.
Tanınmış fizikin 1945-ci ildə oğullarından birinə yazdığı nisbilik nəzəriyyəsi və atom bombaları arasındakı əlaqəni izah edən məktubu 62 min 500 dollara satıldı. Alimin hərraca çıxarılan 27 məktubu ümumilikdə 420 min dollar satılıb.
Qeyd edək ki,  Alman fiziki A.Eynşteyn 1879-cu ildə anadan olub.  Elmə bir çox yeniliklər gətirən alim 1921-ci ildə nəzəri fizikaya töhfəsi və fotoelektrik təsir hadisəsini izah etməsinə görə Nobel Fizika Mükafatına layiq görülüb.

Asif Ata
ABŞ və Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu dünyanın ən dinc ölkələrinin siyahısını açıqlayıb. 
Avropa.info xəbər verir ki, institutunun hər il yayımladığı Qlobal Sülh İndeksinə görə İslandiya və Danimarka dünyanın ən dinc iki ölkəsi olmağı davam edir.
Hesabatda paytaxt Kopenhagendə 14-15 fevral tarixlərində baş verən iki terror aktına baxmayaraq Danimarkanın yerinin dəyişmədiyi diqqətdən kənarda qalmayıb. 

Sülh, dinclik, ticarət, mədəniyyət, iqtisadiyyat və siyasət kimi faktorları nəzərə almaqla aparılan araşdırmada həmçinin ölkələrin özlərində ya da olduqları bölgələrdəki döyüş vəziyyətləri və ölkələrin döyüşlərə iştirakları da əhəmiyyətli rol oynayır.
Araşdırmada “Charlie Hebdo” və ondan sonra baş vermiş hücumların Fransadakı dinclik nisbətini qismən azaltdığı müşahidə olunur. 
Yunanıstanın iqtisadi çətinliklərə baxmayaraq 22 pillə yuxarı çıxdığı da maraqlı məqamlardan biridir. Araşdırmaların aparıldığı 162 ölkənin 81-də sülh artdığı halda 78-də isə sülhün azaldığı müşahidə olunur. 
Ən dinc 20 ölkənin 15-i Avropada yerləşir. Hesabatda Türkiyə Avropa ölkələri arasında 36-cı və son sırada yer aldığı halda dünyadakı 162 ölkədən ancaq 135-cisi ola bilib. 
 
Dünyanın ən dinc ölkələrinin siyahısı belədir:
1. İslandiya
2. Danimarka
3. Avstriya
4. Yeni Zelandiya
5. İsveçrə
6. Finlandiya
7. Kanada
8. Yaponiya
9. Avstraliya
10. Çexiya 
Asif Ata
Prezident İlham Əliyev dünən (19 iyun, 2015-ci il) xarici ölkələrə səfərlə bağlı sərəncam imzalayıb. 
Sərəncamda bildirilir ki, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Millət vəkili Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərəncamda nəzərdə tutulan müqavilələrin bundan sonra imzalanması nəzərdə tutulur: “Hazırda heç bir ölkə ilə belə bir müqavilə bağlanmayıb. Bu dəyişiklik ilk olaraq MDB ölkələrinə tətbiq ediləcək. Ondan sonra hansı ölkələrlə ikitərəfli saziş imzalanarsa, onlara da şamil olunacaq”. 
Deputat qeyd edib ki, ilk variantda viza tələbi olmayan ölkələr nəzərdən keçiriləcək: “Amma viza tələbi olan ölkələrlə də analoji müqavilə imzalana bilər. Türkiyə ilə aramızda viza tələbi var, əgər ikitərəfli müqavilə bağlanarsa, bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq”.
Asif Ata
Qərb Moldovanın separatçı Dnestryanı bölgəsində potensial münaqişənin qarşısını almalıdır. Burada Rusiya-Ukrayna münaqişəsinə oxşar vəziyyət yarana bilər." Bunu Vladimir Frolov adlı müəllif «The Moscow Times» qəzetində yazıb.
Məqalədə deyilir ki, mayın 21-də Ukrayna parlamenti Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına səs verib. Bununla 1995-ci il sazişi qüvvəsini itirib. Bu saziş Rusiyaya Ukrayna ərazisindən Dnestryanıdakı qüvvələrinə çıxış üçün tranzit hüququ verirdi. Eyni zamanda Moldova Rusiya hərbçilərinin Kişinyov aeroportu ilə gediş-gəlişi qaydalarını sərtləşdirib.

Yazıda vurğulanır: "Rusiya hərbi təyyarələrinin Ukrayna üzərindən uçuşuna qadağa qoyulması Moskvaya tammiqyaslı hərbi reaksiya üçün əsas verə bilər. Dumanın sədr müavini Sergei Seleznyak deyib ki, Dnestryanı bölgədə Rusiya qüvvələrinə hücum Ukrayna ilə müharibə və «Rusiyanın Kiyev üzərinə yürüşü» anlamına gəlir."
Müəllifin fikrincə, Rusiyanın Dnestryanı bölgədəki qüvvəsi hücum əməliyyatları üçün böyük deyil, Krımdan Odessaya hücum isə indiki halda Rusiya ordusunun imkanı xaricindədir. Sonrakı məqsəd separatçı nəzarətini genişləndirmək ola bilər. Rusiya onları suveren dövlətlər kimi tanıya, özü üçün Ukraynaya qarşı böyük bufer zona qazana bilər. Bunun qarşısını almaq naminə Qərb Moldova ilə işləməli, Dnestryanı bölgədəki Rusiya qüvvələrinin Kişinyov aeroportu vasitəsilə təchizatına icazə verilməlidir. Qüvvələrin artırılmamasına ATƏT missiyası nəzarət etməlidir. Ancaq tezliklə işə başlamaq lazımdır. / AnsPress