Sign in to follow this  
Followers 0

Neft bu il 50 dollara qalxacaq


Asif Ata

Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

P.Andurandın fikrincə, ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq. P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, yanvarın 20-də “Layt” markalı neftin bir bareli 26,19 dollaradək ucuzlaşmışdı. Son bir neşə gün ərzində isə neft sürətlə bahalaşaraq 32 dolları keçib.  // fins.az


0
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now