Sign in to follow this  
Followers 0

Dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə 10 milyon adam ölür


Asif Ata

Dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə 10 milyon adam ölür.

Avropa.info publika.az-a istinadən bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının həkimləri məlumat yayıb.

Həkimlərin sözlərinə görə, insanlar antibiotikləri adi dərman preparatları kimi həkim təyin etmədən qəbul edirlər. Antibiotiklərin dozasının artırılması ölümə səbəb ola bilər.

Bunu nəzərə alaraq, Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşları ana südündən yeni antibiotik hazırlayıblar. Bu preparat başqa dərmanların təsirinə davamlıdır.

Alimlər ana südündə olan zülalın orqanizmin hüceyrələrinə ziyan vurmadan xəstəlik törədən bakteriya və viruslara dərhal hücum etməyi bacardığını aşkar ediblər. Ana südü hətta bağırsaq çöpünü və sarı stafilokokku məhv edir.


0
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now