Sign in to follow this  
Followers 0

Tanrıya yalvarmağın mənası var, ya yox


Taleh
  • 20%

Roma filosofu Maksimus Tirius deyir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız əldə edər. Layiq deyilsə, duaları etsə belə heç nə almaz. Heç olmasa ona görə ki, layiq olmayana nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. Dua etmək heçdə istədiyin şeyə layiq olmaq demək deyil. Layiq olan təvazökar olar, yalvarmaqla heç kəsə əziyyət verməz. Əziyyət verən və həyasızlıq edən layiq olmayandır. Ona görə də dua etməyən layiq olan adam dua edən layiq olmayandan yaxşıdır.
Daha sonra Maksimus Platona istinad edərək yazmışdır ki, tanrılar insanlara tale yazmışdırlarsa, onda onlara dua etməyin mənası yoxdur. Çünki insan istəyi ilə tale dəyişməz. Hər şey Ümumi və Fərdidən ibarətdir. İnsan da kainatın tamlığında bir hissəcikdir. Tanrı isə taleyi Ümumi üçün yazıbsa, fərd olan ayrəca insanın duasını təmin etməz. Çünki fərdə görə o tamlığı pozmaz. Tanrı hər fərdin istədiyini təmin etsə, onda tamlıq pozular. Bir yerdə zəlzələdirsə, onun sakinlərinin duaları ilə ona son qoyulmaz, çünki o zəlzələ kainat tamlığının bir hissəsidir.
Əlbəttə taledən başqa təsadüf də var. Ancaq təsadüfün düzəni və düşüncəsi yoxdur. Çünki öz ehtiraslarını təmin etmək üçün hökmdarlıq edən kralın düşünülmüş siyasəti yoxdursa, hər şey hərcmərclikdədirsə, onda ondan nəyi diləmək olar? Beləliklə təsadüf olsa belə, tanrılara dua etməyin mənası yoxdur.
Dualar etməkdənsə insan öz işini möhkəm tutmalı, bacarıqlı olmalı, öz üzərində işləməlidir ki, istədiyinə layiq olsun. Bu olarsa, onda duasız da istənilən şeyi əldə edə bilər.
Sokrat və Platon kimi filosoflar tanrılara ona görə müraciət etmirdilər ki, özləri üçün nəsə əldə etsinlər. Onların istəyi yalnız ərdəmli ruh, sakit həyat və ləyaqətli ölüm idi. 

Aydın Tağıyev


2
Sign in to follow this  
Followers 0


User Feedback


Leo privacy is very good, it let you to lock your apps&videos and hide images.  it also got great themes which makes my device to look very cool and different. Recommand all to use this app!And There is a new function. Private browsing. 
0

Share this comment


Link to comment
Share on other sites


Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now