Sign in to follow this  
Followers 0

Avropa oyunları və həbsdə günahsız, şərlənib yatan insanlar


Taleh
  • 20%

Hər şey çox bəsitdir:
Ortada 2 fakt var, Avropa oyunları və həbsdə günahsız, şərlənib yatan insanlar.
Hakimiyyət bu ümummili oyunları əhəmiyyətli bir hadisə adlandırır və fəxr hesab edir.
Mən isə günahsız insanların həbsdə yatmasını ümumili problem adlandırıram və xəcələt hesab edirəm.
Hakimiyyət bu ümummili hadisə hesab etdiyi oyunlar naminə kompromisə getmədi, günahsız insanları həbsdən buraxmadı.Hələ üstəlik özünə oxşayanları yığıb, həbsdəkiləri bir daha cinayətkar adlandırdı.
İndi kimsə mənə deyirsə ki, sən bu "ümummilli" hadisə naminə kompromisə get, qürrələn, mən həmin adamı , vətənin faciəsinə biganə, ya siyasi cəhətdən məlumatsız, ya da hakimiyyətpərəst hesab edirəm.
Niyə hakimiyyət özünün səhv mövqeyindən çəkilmir, amma mən özümün haqlı mövqeyimdən, imtina etməliyəm?
Hansı daha vacibdir oyunlar, yoxsa günahsız insanların həbsdə qalması, cinayətkar adlandırılması? Hər kəs özü üçün cavab versin bu suala. İnanıram ki, vicdan düzgün cavaba asanlıqla yönləndirə bilər.
Mən ölkədə daha da böyük repressiyalar üçün, daha da böyük həbslər üçün vasitə ola biləcək, avtoritar rejimi gücləndirəcək, buna görə də ölkədə qanunsuzluğun artmasına, korrupsiyanın daha da tüğyan etməsinə, növbəti seçki saxtakarlığına yol açacaq oyunlardan qürrələnə bilmərəm.
Bu mənim həm biliklərimin, həm də vicdanımın səsinin əleyhinə getməyim olar.
Bir daha təkrar edirəm, qürrələnənlər, ya yuxarıda sadaladığım məsələlərə biganə olanlar, ya bunu başa düşməyənlər, ya da hakimiyyəti açıq və yaxud gizli dəstəkləyənlərdir. Burada başqa variant yoxdur.
Bu hakimiyyət islahat yolu tumaqdan imtina edib, israrla ölkənin hamısını "könüllüyə" döndərib, Şimali Koreya tipli irsi diktatura qurmaq istəyir. Mən bununla razılaşa bilmərəm və heç vaxt da razılaşmayacağam.

Altay Göyüşov


1
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now