Sign in to follow this  
Followers 0

Qarabağı sülh yolu ilə necə qaytarmaq olar ?!


Taleh
  • 20%

Yəqinki sizdə düşünmüsünüzki Azərbaycan hakimiyyəti niyə Avropa birliyi ilə assosasizya sazişi imzalamır və ya yəqinki düşünmüsünüzkü niyə tam şəkildə Rusiyaya meyl etmir. İş orasındadırkı Azərbaycanın xarici siyasəti Qarabağ məsələsinin girovuna çevrilib. Hakimiyyət Avropa Birliyi tərəfindən üzərinə öhdəliklər götürdüyünə görə Rusiyayla tam şəkildə portnyorluq edə bilmir,həmçinin Rusiya tərəfinin Qarabağı məsələsində problem yaradacağından ehtiyat edərək tam şəkildə Avropayla da yaxınlaşa bilmir.Yəni Rusiyanın çaldığı müsiqi ilə oynayır. Ancaq bizmkilər anlamalıdıkı əgər münaqişənin sülh yolu ilə həll edilmsəni istəyirlərsə Rusiya, Dağlıq Qarabağ ərzisizində yaşayan ermənilərin oradan çıxarılmasına razı olmayacaq. Azərbaycan hökuməti də Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul edə biləcəyini rəsmi görüşlərdə dilinə gətirib, onların bütün hüquq və azadlıqlarının təmin olunacağını vurğulayıb. Bu, o deməkdir ki, Azərbaycan hökuməti rəsmi səviyyədə Dağlıq Qarabağda olan erməniləri Azərbaycanın vətəndaşları kimi qəbul edir. Amma daxili siyasətdə, Azərbaycan hökuməti xalqı irqçi ruhda tərbiyə etməkdədir.Misal üçün mən burda Ermənilərə normal münasibət bildirəcəyim bir status paylaşsam o saat bunu əks effektini hiss edəcəm. Nəzər alsaq ki, Dağlıq Qarabağda yaşayan erməniləri tamamilə oradan qovmaq imkanını Azərbaycana heç kim tanımayacaq, o zaman biz o insanlar üçün cəlbedici olmağa çalışmalı və bu milli əsaslı düşmənçilik təbliğatından əl çəkməliyik.

İkincisi,biz ölkəmizdə yartmış olduğumuz üstün həyat şəraiti ilə Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətini çəkə bilməliyik, amma Azərbaycan müstəqillik əldə etdikdən bəri irəliləməkdən daha çox geriyə gedib. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. 
Müstəqillik tariximizdən bu günə kimi Azərbaycanda keçirilən seçkilərin heç biri şəffaf və ədalətli olmayıb.Təhsil olaraq isə bizim dünyaya çıxara biləcəyimiz bir universitetimiz yoxdur. 9 millyonluq bir ölkədə kitab dükanlarının sayı barmaqla sayılacaq qədərdirsə, bu günə kimi normal bir film çəkə bilməmişiksə, “mass kultura” adına ortaya çıxan müğənni Üzeyir Mehdizadədirsə, o toplumun hər hansısa bir digər xarici toplum üçün cəlbedicilik əmsalı sıfıra bərabərdir. Məsələ heç də onda deyil ki, indi qapıları açıb Dağlıq Qarabağ ermənilərini ölkəyə buraxmalıyıq. Məsələnin önəmli tərəfi, cəlbedici olmağımızdadır. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin bizim ölkəyə can atmasına nail olmalıyıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin mədəni olaraq üz tutmaq istədiyi məkana çevrilməliyik. Qarabağda yaşayan erməni inanmalıdır ki, Ermənistandan fərqli olaraq Azərbaycanda insanların hüquqlarını qoruyan və ədaləti təmin edən, müstəqil məhkmə sistemi var. O görməlidir ki, Azərbaycanda ölkəni seçkili qaydada idarə edən demokraik əsaslı icra sistemi var. O, Azərbaycanda təhsil almaqla iş imkanlarının artdığını, Azərbaycanda yaşayanların sosial-rifah durumunun yaxşılaşdığını görməli və yaxşı mənada demoralizə olunmalıdır. İndiki vəziyyətdə isə əgər orta statistik azərbaycanlı öz ölkəsində yaşamaq istəmirsə, Dağlıq Qarabağda yaşayan erməni nə üçün Azərbaycanda yaşamaq istəsin ki?!
Yəni Azərbaycan hakimiyyəti rəsmi görüşlərdə səsləndirdiyi kimi, münaqişəni sülh yolu ilə həll etmək istəyirsə ilk əvvəl yuxarıda sadalanan problemləri həll etməlidir. Yox, əgər müharibə yolunu seçmək istəyirlərsə, korrupsiyaya uğrayan, qeyri-döyüş şəraitində onlarla əsgər itirən orduda islahatlar keçirtməli və strateji tərəfdaşları olan Türkiyə ilə münasibətləri gücləndirməlidirlər.

P.S Status Emin Aslan-ın yazısına müəyyən əlavələr etməklə hazırlandı .


1
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now