Sign in to follow this  
Followers 0

Beyindən beyinə ünsiyyət


Ella LaVin
  • 20%

Washington Universiteti Öyrənmə və Beyin Elmləri İnstitutu araşdırmaçıları, internet üzərindən bir-birləriylə sual cavab oyunu oynayan iştirakçıların beyinləriylə bir-birlərinə siqnal göndərərək ünsiyyət qurmağı bacardığını açıqladı.
Araşdırmanı idarə edən Dos. Dr. Andrea Stocco, indiyə qədər insanlar üzərində edilən ən əhatəli beyindən beyinə ünsiyyət təcrübəsində iki fərdin vizual təcrübələrini bir-birlərinə köçürdüyünü ifadə etdi.

Təcrübə, bir-birindən təxminən 2 kilometr uzaqlıqdakı iki ayrı laboratoriyada qurulan qaranlıq otaqlarda 10 könüllünün iştirakı ilə edildi. Ikili 5 qrupa ayrılan könüllülər, internet üzərindən 20 mərhələli bir sual cavab oyunu oynadı. Könüllülərin, hər bir mərhələdəki obyektləri bir-birlərinə suallar soruşaraq tapması lazım idi.

Oyun əsnasında iştirakçılar, beyindəki elektrik fəaliyyətləri yazan elektroensefalografi maşınına (EEG) bağlandı və başlarına vizual korteks bölgəsinin üzərinə maqnetik bir xalqa gələcək şəkildə başlıq keçirildi. Bir iştirakçıya kompüter ekranında bir obyektin rəsmi göstərilərkən digər laboratoriyadakı iştirakçının ekranına da şəkillərlə əlaqədar suallar əks etdirildi və bu sualları "mouse" a vuraraq digərinə göndərməsi istəndi.

"İndiyə qədər görmədiyimiz bir şeydi"

Tədqiqatçılardan Chantel Prat, "İştirakçılar, beyinləriylə gördükləri bir şeyi şərh edib, bir-birlərinə beyinləriylə siqnal göndərərək ünsiyyət qurdular. Bu, indiyə qədər heç görmədiyimiz bir şeydi" dedi.İlk iştirakçı, sualları monitorda meydana çıxan və yanıb-sönən iki LED işıqdan birinə diqqətlə "bəli" ya da " xeyr "olaraq cavab verməyə çalışdı. Təcrübə əsnasında iştirakçılar, bir-birlərinə beyinləriylə siqnal göndərərək obyektləri yüzdə 72 düzgünlük nisbətiylə təxmin etdi.

Araşdırma, "PLoS ONE" jurnalında nümayiş olundu.

1133551_620x410.jpg


3
Sign in to follow this  
Followers 0


User Feedback


I love it,Leo privacy has a lot of other features, I can put privacy lock on any other stuff on my phone. And it has all the functions of clean master and more! I can hide images and add themes to the applock function. Would surely recommend this to my friends.I like a new function. Private browsing. 

yes'> 

0

Share this comment


Link to comment
Share on other sites


Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now