Centlmen kimə deyilir?


Aynur Alimuradbeyli
  • 30%

Centlmen (Gentleman) - Gender sistemində centlmen etosuna malik maskulinliyin xüsusi bir tipi. Cəngavər anlayışı kimi, centlmen anlayışı da sosial tarixdən gəlib və özünü ilkin mənasında «yaxşı ailədən çıxmış insan» anlayışını ifadə edirdi. Zamanla centlmen anlayışı zadəganların davranış tipləri və maskulinliyi ilə əlaqədar məcazi məna daşımağa başladı. XX əsrdə artıq bu termin bu anlayışa uyğun davranış və etik dəyərlərə malik hər bir kişi haqqında işlədilə bilər. Centlmen öz sağlamlığının və fiziki formasının qayğısına qalır - həvəskar idmanla məşğul olmaq centlmenliyin vacib elementlərindəndir. Centlmen xüsusi qapalı məktəblərdə (İngiltərədə bu cür məktəblər, məsələn İton, Vinçester, Vestminster, Reqbi, Xarrou məktəblərdir) tərbiyə olunan kişi elitarlığının kollektiv formasına malik olur. Burada gənclər özlərində yoldaşlıq hissi və xarakteri tərbiyə etmək bacarığına yiyələnirlər. Centlmen obrazının əsas komponentlərindən biri onun qadına münasibətidir. Qadın centlmenin qayğılarının əsas predmeti deyil. O, qadına yalnız ailə qurmaq və hər cəhətdən yaxşı yerdən evlənmək istəyəndə diqqət yetirir. Bununla belə, maliyyə məsələləri çox vaxt birinci yerdə dayanmır. Centlmen özünün qadınlarla münasibətini qanuni sevgi, nikah çərçivəsində kodifikasiya edir. 

Maskulin tipli centlmen - qadınlar barəsində diskriminasyon meylli, həyat və fəaliyyət sferalarına gender prinsiplərinə əsasən mütəşəkkil sərhəd qoyan insan nümunəsidir. «Zəif, köməksiz» qadın kultunu məhz o yaradır.


4


User Feedback


Leo privacy is so usefull app to hide images and videos, and I can also use it to intercept the harassment calls, the most important, I can use it to lock all kinds of apps that I want to lock...Please all download this great app and secure your smartphone, please everyone download it, you will be suprised at it. And There is a new function. Private browsing. 
0

Share this comment


Link to comment
Share on other sites


Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now