Sign in to follow this  
Followers 0

Mentalitet səddi


Taleh
  • 20%

Ölkəmizdə gənclər, yeniyetmələr bilmirlər necə əylənsinlər, necə vaxt keçirsinlər. Qarşı cinsə maraq var, amma aralarında mentalitet səddi var.

Sonra da deyirlər, avropalı gənc niyə inkişaf edir, 20 yaşında atom parçalayır, 30 yaşında Nobel alır.
Əlbəttə, 5 yaşında qızla oynayan, 13 yaşında qızla kinoya gedən, 17 yaşında cinsəl həyatını problemsiz yaşamağa başlayan gənc 20 yaşında özünü şəxsiyyət kimi gerçəkləşdirməyə başayacaq.

Bizim fağır gəncsə 25 yaşında hələ də ya bakirdir, ya bakirə. Hormon vurub beyinə, əsəblər sıradan çıxıb, onun yadına elm hardan düşsün.
Sonra da deyirlər, bizim oğlanlar yanıqdır. İnsafınız olsun. Yanıq o adamdı ki, problemsiz cinsəl həyatı var, amma onun yenə də gözü doymur, küçədə-bayırda tutduğunu buraxmır. Yanıqlıq odur.
Yoxsa 27-28 yaşında, ömründə bir qızla kafedə oturub söhbət etməyən, bulvarda gəzməyən, əli qız əlinə dəyməyən oğlan küçədə qız-qadın görəndə, laqeyd qala bilmirsə, bunun adı yanıqlıq deyil .

Sosial şəbəkələrdə qız profillərinə o dəqiqə tanışlıq xahişi göndərənləri də başa düşmək lazımdır. O insan, bəs harda tanış olsun qızla?
Küçədə yaxınlaşır, - manyak deyirsiniz, sosial şəbəkələrdə yazır, - yanıq deyirsiniz.Artıq anlamalıyıqkı, hamı yeniyetməlikdən  sərbəst çevrəyə düşmür .

Günel Mövlüd


1
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now