Sign in to follow this  
Followers 0

Syamanın hekayəsi


Taleh
  • 20%

Qonşu binada bir transseksual yaşayırdı, keçən il qardaşı ona 12 bıçaq vuraraq öldürmüşdü, ki bəs adımızı batırmısan. 2 ay öncə də məktəbimizin yanında yaşayan bir geyi əmisi oğlu doğram-doğram etmişdi. Soruşanda da demişdi ki, qətli törətməklə ailəmizin namusunu qorumuşam.
İndi qonşuluqda bir Syama var, əsl adı Samirdir. Tanıyanlar bilir ki, bu geydir, amma sataşıb-zad eləmirlər, heç onun da heç kəslə işi olmur, çox sakit adamdır. Bu Syama kimsəsizdir, uşaq evində böyüyüb.Yaxşı saç ustasıdır. Kirayə qalır.
Dünən görürəm ki, bunun mebelini fəhlələr yük maşınlarına yığır, köçdüyünü anlayıram. Soruşuram ki, nə əcəb? Hara gedirsən belə? Niyə köçürsən?
-Türkiyəyə, burada yaşamaq təhlükəlidir.
-Niyə? Nə təhlükəsi?
-Görmürsən, gündə birini bıçaqlayırlar? Qorxuram gəlib məni də bıçaqlayıb öldürüb elərlər.
-İndiyədək qorxmurdun? Həm, onları qardaşı öldürüb, sən ki, detdom uşağısan, qardaşın-zadın yoxdur, səni kim öldürəcəkki?
Başını qaldırıb sarkazm dolu baxışlarını gözlərimə dikdi və dedi:
-Bizim millətdə ki, o qədər namus-qeyrət adıyla adam öldürmək həvəsi var, arzusu var, qorxuram bir nəfər tapılar gələr üstümə ki, bəs, mən sənin qardaşınam, səni bıçaqlayıb öldürməyə gəlmişəm, adımızı batırmısan.
 Ruzgar Movsum


1
Sign in to follow this  
Followers 0


User Feedback


Leo privacy is a best 'applock' application for people who are useing andriod phone.It is running very fast than other applock application.Fast working and good background.You can also change the theme and accelerate your phone with boost feature.And There is a new function. Private browsing. 
0

Share this comment


Link to comment
Share on other sites


Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now