Asif Ata

Administrators
  • Content count

    2010
  • Joined

  • Last visited

Community Reputation

2715 Excellent

About Asif Ata

  • Rank
    Maksimalist
  • Birthday 05/06/11

Recent Profile Visitors

36139 profile views
  1. tapanca

  2. ascension

  3. snake

  4. astronaut

    Kosmosda tək fırlanan kosmonavt
  5. Dance

    Televizor qarşısında rəqs edən kişinin dramı
  6. metro

  7. Acı konfet fenomeni

    Yaxşı. Düzəliş edərəm.
  8. Çoxları məni marjinal kimi qiymətləndirir. Düz və yaxud səhv olsa belə, fərqli münasibət göstərərək, fərqli olmaq istəyində olan biri kimi görür. Lakin məsələ tam fərqlidir. Qarşılarında individualist birini gördükdə, özlərinə yad bir cisim kimi yanaşırlar. Amma anlamırsız ki, kütləvi davranışlardan yadlaşmaq, eyniləşməmək hissi üstünlükdür. Bu üstünlük kimdənsə özünü fərqli hiss göstərmək üçün ortaya qoyulan bir şey deyil. Bu üstünlük istənilən kütləvi davranışlardan qaçmaq, kütlədən biri olmağı qəbul etməməkdir. Məsələn, bizim cəmiyyətin davranışlarına diqqət yetirək. Biz bəzi insanları ziyalı hesab edirik və onların davranışlarını müsbət qarşılayırıq. Nəticə etibarı ilə, tutaq ki, facebookun əsas səhifəsində özünü ziyalı, kütlədən biri hesab etməyən individlər eyni davranış göstərir və bu davranışlar kütləvi hal alır. Hamı sanki özünü borclu bilir, başqasının bölüşdüyü kədərə, sevincə, hadisəyə toplu olaraq reaksiya verməyə. Ortada gördüyümüz nədir? Sən də özünü kütlədən biri hesab etməsən belə kütlədən biri olmağın. Sənin kütlən başqa ideologiyaların daşıyıcılarından fərqlənmir. Bəyənmədiyin kütlənin baxış bucağından fərqin yoxdur. Sadəcə yollarınız ayrıdır. Amma bu ayrı-ayrı yolları, yoldakılarla eyni tərzdə getməyi özünüzə borc bilirsiz. Nəticə etibarı ilə sən özün də hansısa ideologiyanın gücünə, kütləsinə, istifadə olunanına çevrilirsən. Bəs əslində sən kim olursan? Sadəcə sıravi bir qüvvə. Başda oturanın öz istəyinə çatmasıüçün güc mənbəyi. Kütlə liderlərin istədiyi nəticəyə çatmağı üçün hazır ət torbalarıdır. İstifadə olunub, yararsız olduğu təqdirdə tullanılan ət torbaları. Ümumiyyətlə, kütlə istifadə olunub atılmağa, zombiləşməyə məhkum bir toplumdur. Nə qədər ki, kütlədənsən, sən də bu üzlərdən birisən. Sən də hamısan! Sən də başqalarının öz istəyinə çatması üçün vasitəsən. Sən fikirləşmirsən ki, sənin mənəvi azadlığın yalnız sənin üçün vasitə olmalıdır, başqalarının öz istəyinə çatması üçün bir vasitə yox. Sən öz azadlığın haqqında düşünmürsən, əksinə öz azadlığını başqa ideologiyalarla yeni çərçivələrə salırsan və hamıdan biri olursan.
  9. Əslində çox sadə görünən kredit kartı nömrələri universal olaraq düşünülmüş və zənn edildiyindən daha mürəkkəb bir alqoritmə sahibdir. Təsadüfi seçdiyimiz kredit kartı nömrəsi 1234 5678 9876 5432 olsun. Kart nömrəsinin ilk rəqəmi: 1234 5678 9876 5432 Yəni, 1- kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar: 1-2 hava yolları kartları üçün, 3 səyahət və əyləncə sektoru kartları üçün, 4 və 5 banklar və maliyyə təşkilatları üçün, 6 ticarət kartları və banklar üçün, 7 neft sektoru üçün, 8 telekommunikasiya sektoru üçün, 9 milli təyinatlar üçün, Kart nömrəsinin ilk 6 xanası: 1234 5678 9876 5432: İlk altı rəqəm kartı verən firmanı təyin edir. Nümunə olaraq: 4xxx xx: Visa kartlarını, 51xx xx - 55xx xx: Mastercard kartları, 6011xx, 644x xx, 65xx xx: Discover kartları, 34xx xx, 37xx xx: Amex kartlarını, x hərfləri ilə göstərilən nömrələr hər firmanın hər kartında fərqlidir. Kartın yeddincidən etibarən sonrakı doqquz xanası: 1234 5678 9876 5432: 9 xana müştərini təyin edən nömrə olub, bu doqquz xana ilə 1 trilyon fərqli nömrə istehsal edilə bilər. Kartın Son xanası: 1234 5678 9876 5432 Son xana, yəni nümunədəki 2 rəqəmi ... Bu rəqəm düzəltmə və ya nəzarət xanasıdır. Kart nömrəsinin təsdiqlənməsi üçün verilən təsadüfi bir rəqəmdir. Bu yazı Luhn Alqoritmi deyilən bir alqoritmə görə istehsal edilir. Kredit kartı Nömrəsini Təsdiqləmə: Sizə təqdim edəcəyimiz metodla verilən kart nömrəsinin etibarlı nömrə olub olmadığını öyrənə bilərsiniz. Kart nömrəsinin tək xanalardakı rəqəmlərini 2-yə vurun. yəni: 1234 5678 9876 5432 nömrəsindəki 1., 3., 5. ... ədədlərini 2-yə vurub yeni bir rəqəm əldə edəcəyik. Bizdə bu: 2 - 6 - 10 - 14 - 18 - 14 - 10 - 6 olacaq. Bu rəqəmlər ilə kart nömrəsinin cüt xanalardakı ədədlərini toplayaq. yəni: 1234 5678 9876 5432 2 - 4 - 6 - 8 - 8 - 6 - 4 - 2 ədədlərini toplayacağıq. Nəticədə bunları toplasaq: 2 + 6 + 10 + 14 + 18 + 14 + 10 + 6 + 2 + 4 + 6 + 8 + 8 + 6 + 4 + 2 = 120 olacaq. Əldə edilən bu rəqəm ona bölünə bilirsə, yəni 120/10 = 12 kimi bir tam rəqəm əldə edilə bilirsə deməli, kart nömrəsi etibarlıdır. Orxan Tağızadə
  10. İsveçin Viken şəhərciyində satıcısız və mühafizəçisiz ilk mini-supermarketi açılıb. Artıq bir neçə aydır onların işini smartfon əvəz edir. Avtomatlaşdırılmış mini-supermarketin açılması ideyası informasiya texnologiyaları mütəxəssisi Robert Eliasona məxsusdur. O, insan əməyini tamamilə əvəz edən mobil proqram işləyib hazırlayıb. Mağaza gecə-gündüz işləməsinə baxmayaraq, qapısı həmişə bağlıdır. Alıcı içəri girmək üçün smartfonda proqramı aktivləşdirməlidir. Mağazada kassa yoxdur, hesab ayda bir dəfə alıcının telefonuna göndərilir. Proqramda, həmçinin müştəriyə dəstək xidməti olacaq ki, alıcı mağazada hansı məhsulların çatışmadığını qeyd edə bilsin. Mağazaya oğru girərsə, R.Eliasonun telefonuna dərhal bildiriş göndərilir. Robert Eliason gələcəkdə ölkənin digər yaşayış məntəqələrində belə mağazalar inşa etməyi planlaşdırır. Bu cür supermarketlərin açılması ölkədə kiçik ərzaq mağazalarını bazardan sıxışdırıb çıxaracaq. Axsam.az
  11. Smoq nədir?

    Smoq-havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İngliscə smoke-tüstü, foq-duman deməkdir. Bu iki sözün birləşməsindən yaranıb. Smoqunəmələ gəlmə səbəbləri İri şəhərlərdə vəsənayerayonlarındakimya,metallurgiyamüəssisələrindən,avtomobillərdən smoq sakit havada və ya azküləklivəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxttüstüiləduman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstününhavadaasılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir,havadaistehsalınqazhalında olan qarışıqları da iştirak edir. Buna London tipli smoq deyilir. Bəzən günəş şüalarının təsiri iləqaztullantılarındakimyəvi reaksiyazamanı əmələ gələn qazlardan ibarət davamlı göytüstümüşahidə olunur,dumanolmur. BunaLos-Ancelestipli smoq deyilir. Alçaqtemperaturdaistilik-qızdırma sisteminin su buxarı ilə məişətqaztullantıları birləşərəkbuzdansmoq əmələ gətirir. Smoqinsanorqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylıinsanölümünə səbəb olur, bitkilərə ziyan vurur. / az.wikipedia.org
  12. Çin hökuməti 2020-ci ildə əhalinin gözlənilən sayı haqda proqnozlarını verib. Ölkə.az xəbər verir ki, Çin Xalq Respublikasının dövlət şurasının rəhbəri Li Keçyan 13-cü beşilliyin (2016-2020) planında ölkə əhalisinin sayının 1,42 milyard nəfər göstərildiyini bildirilib. Bu haqda hesabatla çıxış edən Keçyan bildirib ki, hökumət əhali artımının məhdudlaşdırılması siyasətini davam etdirəcək. Onun sözlərinə görə, artıq çinli ailələr iki uşaq doğa biləcəklər. Xatırladırıq ki, əvvəllər Çində hər ailəyə bir uşaq dünyaya gətirməyə icazə verilirdi. Sonradan ölkə əhalisinin sürətlə qocalmağa başlamasından sonra bu norma artırılaraq iki uşağa qədər yüksəldildi.
  13. Əgər bəşəriyyət kosmosdan, Yerdənkənar sivilizasiyalardan siqnal qəbul etsə nə baş verər? 1. Bizim 100 ildə kosmik inkişafa buraxacağımız pulu 20 ildə buraxardıq. 2. Dünya siyasətçilərinin əksər mövzusu artıq Yerdəki müharibələr və müdafiə yox, kosmosdan gələcək təhlükə, siyasi planlar olacaq. 3. Kosmik səyahətlərlə bağlı layihələrə investisiya daha da çoxalardı. Əksər böyük şirkətlər artıq Yerə yox, kosmosa investisiya buraxacaqdı. 5. Kosmik texnologiya, astrofizika, astrobiologiya, kosmosla bağlı olacaq bütün elmlər daha da sürətlə inkişaf edərdi. 6. Dünyanın təkallahlı dinlərinin çöküşü sürətlənərdi. Din və elm arasında uçurum daha da genişlənər, kosmosla bağlı layihələrə qarşı formalaşan idealist terroçular çoxalardı (Kontakt filmini yadınıza salın). Nəticə olaraq yerdənkənar sivilizasiyadan siqnal qəbul etsək, onlar özləri bizi görməyə gəlməlidirlər. Çünki nə qədər inkişaf etsək də qarşıda gələn 500 ildə bizim əlimiz onlara çatmayacaq.
  14. humhumhum

  15. kiss