Asif Ata

Administrators
  • Content count

    2010
  • Joined

  • Last visited

Everything posted by Asif Ata

  1. 1 unsiya neçə qramdır?

    Unsiya (lat. uncia) - kütlə ölçülməsi üçün istifadə olunun bir neçə ölçü vahididir. Unsiya digər bir vahidin 12-də bir hissəsinə bərabərdir. Termin öz başlanğıcını qədim Romadan götürür, həmin vaxtlar unsiya pul vahidi olan librin 12-də bir hissəsini bildirirdi. O, orta əsrlərdə Avropada əsas çəki vahidlərindən biri olub. Bu gün isə qiymətli metallar ticarətində -troy unsiyası, həmçinin funt ölçü sisteminin tətbiq edildiyi ölkələrdə (məsələn ABŞ) çəki vahidi kimi istifadə olunur. Bir averdüpua unsiyası 28,35 qramdır. únsiya : is. [lat.] Bir sıra ölkələrdə müxtəlif(28, 35 qramadək) çəki vahidi1881-ci ilədək işlənmiş köhnə italyan,ispan, Meksika, Argentina, Boliviya qızıl,Mərakeş gümüş pulu (sikkəsi).
  2. Eskalatorlarda rezin sürahi pilləkanlardan daha tez hərəkət edir. Bunun səbəbi sərnişinlərin əlini daim dartaraq onların eskalatorda yuxuya getməsinin qarşısının alımaqdır. Pilləkən sırasını izləyən fırça isə heç də ayaqqabı təmizləmək üçün deyil. Bu əslində məhdudlaşdırıcı hissədir. Donunuzun, şalvarınızın pilləkana ilişməməsi üçündür. Fırça şəklində olması isə siz ona toxunanda xışıltı salaraq sizi xəbərdar etməsi ilə əlaqədardır.
  3. 1. Bədəninizə dar gələn paltar geyməyin. 2. Dərmanla yaşamaqdan qaçının. 3. Görüşlərinizi əvvəldən seçin. 4. Yaddaşınıza güvənməyin, mütləq yazın. 5. Vasitənizi, pozulmadan xidmətə aparıb baxım etdirin. 6. Hər kilidin ehtiyat açarını etdirin və müəyyən yerlərdə saxlayın. 7. Daha tez-tez "xeyr" deyin. 8. Yapacaklarınızı prioritet sırasına soxun. 9. Zamanınızı israf etməyin. 10. Axşam yeməklərini sadələşdirin. 11. Pessimist insanlardan uzaq durun. 12. Əhəmiyyətli evrakı birdən çox fotokopisini çektirin. 13. Evdə işləməyən nə varsa təmir etdirin. 14. Etməkdən xoşlamadığınız işlər üçün kömək istəyin. 15. Ehtiyaclarınızı əvvəldən təyin edin. 16. Bir dəfədə edilməsi çətin böyük işləri, kiçik parçalara ayırın. 17. Ətrafı yığın, dağınıqlıqdan xilas olun. 18. Gülümsəyin. 19. Körpələri gıdıklayın. 20. Dost bir pişiyi və ya iti oxşayın. 21. Özünüzü, bütün sualların cavabını bilməklə öhdəçilikli hiss etməyin. Bəzi şeyləri də bilməyin. 22. Qarşılaşdığınız insanlara, onların xoşuna gedəcək bir şey söyləyin. 23. Yağış yağmasını istəyin; yağınca yağışda gəzin. 24. Arada bir hamama-saunaya gedin. 25. Öz özünüzə, harada köhnə günlər, hər şey daha gözəl idi deməkdən imtina edin. 26. Verdiyiniz qərarın nə mənanı verdiyini yaxşı düşünün. 27. Özünüzə güvənin. 28. Nüktedan olun. 29. Sizi xoşbəxt edəcək bir şey etməyi sabaha buraxmayın. 30. Heç tanımadığınız insanlara da mərhaba dəyin. 31. Köhnə bir yoldaşlarınızla qarşılaşınca ona möhkəmcə bir sarılın. 32. Hava açıqdırsa, gecə ulduzları seyr edin. 33. Bir mahnını fitlə çalmağı öyrənin. 34. Arada bir şeir oxuyun. 35. Özünüzə bir dəstə çiçək alın. Bir çiçək iyləyin. 36. Kömək istəməkdən çəkinməyin; ala bilməsəniz kədərlənməyin. 37. Görünüşünüzə diqqət nümayişin. 38. Hər şeyi qərarında edin; ifrata qaçmayın. 39. Harada lazımdırsa, orada mütləq lazımlı təhlükəsizlik tədbirini alın. 40. Daim daha yaxşısını etməyə çalışın, amma mükemmeliyetçi olmayın. 41. Şəkil və heykəl sərgilərinə gəzin. 42. Ayaqqabınızı boyat. 43. Bərbərə gedin. 44. Öz özünüzə bir mahnı zümzümə. 45. Yaxşı bir musiqi dinləyicisi olun. 46. Öz özünüzə Yetmək öyrənin. 47. Hər gün bir az idman edin; hər fürsətdə yeriyin . 48. Dünyanın ən qabiliyyətli insanı olmadığınızı qəbul edin lazımdırsa əlimdən ancaq bu qədər gəlir deyin. 49. Yeni moda bir neçə mahnıların sözlərini əzbərləyin. 50. İşə erkən gedin. 51. İşə hər gün eyni yoldan getməyin. 52. Amirinizden icazə alıb bəzən işdən erkən çıxın. 53. Çöllərdə dolaşın. 54. Matça gedib söyləyin. 55. Başqaları diləmək, siz onlara yaxşı günlər diləyin. 56. Təşəkkür edin. 57. Avtomobilinizə gözəl qoxu yayan bir alət qoyun. 58. Evdə öz özünüzə yemək bişirin, gözəl bir süfrə qurun, sonra da nuşla yeyin. 59. Başqalarını adam etməkdən imtina edin. 60. Sevərkən qarşılıq gözləməyin. 61. Kinoda film seyr edərkən partlamış qarğıdalı atışdırın. 62. Bir ağac, olmazsa bir çiçək tikin. 63. Şişmanlamayın. 64. Xatirə dəftəri tutun. 65. Çirkli bir yeri təmizləyin. 66. Kağızdan bir təyyarə edib uçurun. 67. Bir dərnəyə və ya daxma daxil edin, yoldaş əldə edin, yığıncaqlara qatılın .. 68. Mütləq kifayət qədər istirahət edin və yatın. 69. Az danışın, çox dinləyin. 70. İş yoldaşlarınıza və dostlarınıza iltifatı əsirgəməyin. 71. Bir günə ediləcək çox şey tıkıştırmayın. 72. Yavaş-yavaş yaşayın; daha önünüzdə yaşanacaq çox gözəl günlər var. 73. Stressli davranmaq, doğuşdan gələn deyil, sonradan qazanılan pis bir xasiyyətdir; bunu unutmayın 74.Dostlarınıza, yoldaşlarınıza və yaxınlarınıza qarşı xoşgörüş içində olun … 75. Son söz: hirs, kədəri və dərdləri özünüzə zövq tutmayın.
  4. Psixologiya tarixinin qara səhifələrində yer alan və nəticədə bərpa olunmayacaq travmalara və intiharlara yol açan təcrübələr heç bir əxlaqi və hüquqi qaydalarla uyğunlaşmayacaq formada reallaşdırılmışdır. Heyvanların və insanların həyatına səbəb olan bu təcrübələr və “bu qədər də olmaz” kimi ifadə olunan nəticələrə səbəb olmuşdur. David Reimer Təcrübəsi: Psixoloq John Money`in “cinsi kimlik anadangəlmə deyil, mühit tərəfindən formalaşır” iddiası 1966-cı ildə David adında bir uşağın həyatına səbəb olub. 8 aylıq olarkən aparılan sünnət nəticəsində penisini itirən Davidin ailəsinə psixoloq tərəfindən təlqin olunaraq Davidin cinsiyyətinin dəyişdirilməsi təmin olunur. Ailənin razılığı ilə cərrahi əməliyyat vasitəsilə vagina və hormon verilən və adı dəyişdirilən Brendaya 14 yaşında vəziyyət açıqlanır. İntiharla nəticələnən bu tədqiqat da psixoloji təcrübələrin uğursuzlar siyahısında yer aldı. Üçüncü Dalğa Təcrübəsi: Psixoloq Milgramın təsirinin açıqlıqla müşahidə olunduğu “üçüncü dalğa” təcrübəsi 1967-ci ildə həyata keçirilir. Faşizmin demokratik cəmiyyətlərdəki təsirinin hansı ölçüdə ola biləcəyinin araşdırıldığı prosesdə təcrübi vasitə olaraq məktəb şagirdləri seçildi. Möhtərəmliyi yüksək süni sistemə daxil edilən şagirdlərin son dərəcə sürətli öyrəndikləri, sinif yoldaşlarına qarşı alçaldıcı və xor görən davranışları müəyyən edildi. Vəziyyətin daha da ağırlaşdığı müşahidə edilir və nəticədə təcrübənin dördüncü günün araşdırma sona çatdırılır. Standford Həbsxana Təcrübəsi: İnsanların sosial rollara adaptasiyasını yoxlamaq məqsədiylə 1971-ci ildə universitet tələbələrindən ibarət bir qrupu araşdırma mühiti olaraq hazırlanmış həbsxanaya yerləşdirilir. Bir qisim məhkum, digərləri qardiyan olur. Təcrübənin nəticəsində qardiyan rolundakı tələbələr soyuqqanlı qardiyana məhkum rolundakı tələbələr özgüvənlərini itirərək qorxağa çevrilirlər. Həbsxanada yaşanan vəhşət artdıqda təcrübəyə son verilir. Çarəsizlik Quyusu Təcrübəsi: Sevgi həyatımızın ən əhəmiyyətli hissəsidir, lakin psixoloq Harry Harlowdakı kimi obsessiv vəziyyətə gəlmədiyi müddətdə. 1970-ci illərdə psixoloqumuz sevginin həyatımızdakı əhəmiyyətini ölçmək məqsədiylə meymunlar üzərində əxlaqi və hüquqi olmayan təcrübə keçirir. Xarici mühitdən tamamilə ayrılmış, özünün “çarəsizlik quyusu” adını verdiyi qurğulardan ibarət olan bir sahə yaradır. İçinə qoyduğu meymunlar bir müddət sonra dəli olaraq özlərini aclıqla ölümə tərk edirlər. düşüncə.az
  5. Hər gün ziyarət etdiyiniz bu sosial şəbəkənin haqqınızda nələr bildiyini bəs siz bilirdinizmi? 1. Hansı saytlara daxil olduğunuzu Facebook uzantılarından istifadə etdiyiniz üçün (“like” , “recommend” , “via Facebook”) sayt sizin hansı saytlara daha çox daxil olduğunuzu yaxşı bilir. Buna uyğun olaraq, məsələn, xəbər saytlarına daxil olursunuzsa xəbər səhifələri, video izləyirsinizsə video paylaşımları və s. daha çox göstərəcək. 2. Nəyi bəyəndiyinizi Bir çox insan artıq Facebook’un hər şəxsə uyğun məlumatları saxladığına inanır. Birini şəklə etiketlədiyinizdə Facebook sizin bu insanla əlaqədar olduğunuzu bilir və sima tanıma sistemi olduğu üçün digər şəkilləri də axtarıb paralellər yaradır. 3. Haraya getdiyinizi Getdiyiniz yerləri “check in” etdiyiniz. oxuduğunuz, işlədiyiniz məkanları qeyd etdiyiniz halda Facebook bunu qeyd edir, bu məkanlara yaxın yerlərin reklamlarını daha çox göstərəcək. “McDonalds”da olarkən tez-tez “check in” etmisinizmi? Deməli, Facebook’a fastfood-da çox olduğunuzu, fastfood yeməklərini sevdiyiniz mesajını verdiniz. 4. Münasibətlər Facebook böyük bir list yaradaraq dostlarınızı valideynlər, sinif yoldaşları, qrup yoldaşları, iş yoldaşları, yaxın dostlar və sevgili kimi kateqoriyalara bölür. Facebook həmçinin axtardığınız dostunuzu nə qədər çox və ya az, tez-tez ya da gec olaraq axtardığınızı da bilir. Facebook Messengerdə də bunu bilir. 5. Maraq dairəniz Facebook, istifadəçiləri sevdikləri musiqi, film, kitabları qiymətləndirməyi və bəyənməyi təklif edir. Maraq dairənizə uyğun bir filmi bəyənsəniz onunla eyni kateqoriyada olan başqa filmi də Facebook sizə təklif edəcək. Eyni zamanda siyasi baxışınıza uyğun bir partiyanı axtarıb bəyənsəniz həmin baxışa uyğun daha çox səhifə təklifləri görəcəksiniz. Artıq Facebook’a siyasi görüşünüzlə bağlı mesajı vermisiniz deməkdir bu. Mənbə: typical-economist
  6. 1. Amazon hər saniyədə 158 məhsul satır. 2. Volkswagen həm də Bentley, Bugatti, Lamborghini, Audi, Ducati и Porsche-nin sahibidir. 3. 1997-ci ildə Yahoo Google-u 1 mln. dollara almaqdan imtina etmişdi. Google-un indiki qiyməti 250 mlrd. dollardır. 4. Pop mahnıların 92%-i seks haqqındadır. 5. "face", "book", "wall" və "like" sözləri Facebook-da ticarət markası kimi qeydiyyata düşüb. 6. Lego şirkəti Yer kürəsindəki hər insana 50 detal hazırlayıb. 7. "Gangnam Style" Youtube-da 1 mlrd. baxışı olmuş yeganə videodur. Bu, dünya əhalisinin 1/6-i deməkdir. 8. Britaniyalı saç ustaları öküz spermasını saç kondisioneri kimi istifadə edirlər. 9. McDonald's 2010-cu ildə 155 nəfər işçini artıq qalmış yeməkləri evsizlərə verdiklərinə görə işdən çıxarıb. 10. Stiv Cobs "Oyuncaqların tarixçəsi" cizgi filminin icraçı prodüsseri olub. 11. Facebook-da təxminən 25 milyon hesab artıq vəfat etmiş insanlarındır. 12. Finlandiyada sürət həddini aşmaya görə təyin olunan cərimə sürücünün illik gəlirinə əsasən təyin olunur. Ən çox ödənilmiş cərimə 200,000 dollar olub. 13. Bu il xristianların "Şükran Günü" pornoya ən az baxılan gün kimi qeydə düşüb. 14. Louis Vuitton satılmayan məhsullarını outlet-ə çıxarmır. Şirkət bu məhsulları sadəcə yandırır. 15. Fender gitara markasını yaratmış Leo Fender gitarada ifa etməyi bacarmırdı. 16. Orta statistik işçi Bazar Ertəsi günləri yalnız 3.5 saat məhsuldardır. 17. Qara Cümə (Black Friday) günü xərclənən pulların hesabına dünyada bütün ac uşaqları 2 il qida ilə təmin etmək olardı. 18. Bill Gates saniyədə 250 dollar qazanır. 19. Con Rokfeller dünyanın hazırkı ən varlı adamından 4-5 dəfə daha zəngin idi. 20. Bəşər tarixində ən çox satılan məhsul Kubik Rubikdir. 2-ci yerdə isə iPhone.
  7. tapanca

  8. ascension

  9. snake

  10. Dance

    Televizor qarşısında rəqs edən kişinin dramı
  11. astronaut

    Kosmosda tək fırlanan kosmonavt
  12. metro

  13. Acı konfet fenomeni

    Yaxşı. Düzəliş edərəm.
  14. Çoxları məni marjinal kimi qiymətləndirir. Düz və yaxud səhv olsa belə, fərqli münasibət göstərərək, fərqli olmaq istəyində olan biri kimi görür. Lakin məsələ tam fərqlidir. Qarşılarında individualist birini gördükdə, özlərinə yad bir cisim kimi yanaşırlar. Amma anlamırsız ki, kütləvi davranışlardan yadlaşmaq, eyniləşməmək hissi üstünlükdür. Bu üstünlük kimdənsə özünü fərqli hiss göstərmək üçün ortaya qoyulan bir şey deyil. Bu üstünlük istənilən kütləvi davranışlardan qaçmaq, kütlədən biri olmağı qəbul etməməkdir. Məsələn, bizim cəmiyyətin davranışlarına diqqət yetirək. Biz bəzi insanları ziyalı hesab edirik və onların davranışlarını müsbət qarşılayırıq. Nəticə etibarı ilə, tutaq ki, facebookun əsas səhifəsində özünü ziyalı, kütlədən biri hesab etməyən individlər eyni davranış göstərir və bu davranışlar kütləvi hal alır. Hamı sanki özünü borclu bilir, başqasının bölüşdüyü kədərə, sevincə, hadisəyə toplu olaraq reaksiya verməyə. Ortada gördüyümüz nədir? Sən də özünü kütlədən biri hesab etməsən belə kütlədən biri olmağın. Sənin kütlən başqa ideologiyaların daşıyıcılarından fərqlənmir. Bəyənmədiyin kütlənin baxış bucağından fərqin yoxdur. Sadəcə yollarınız ayrıdır. Amma bu ayrı-ayrı yolları, yoldakılarla eyni tərzdə getməyi özünüzə borc bilirsiz. Nəticə etibarı ilə sən özün də hansısa ideologiyanın gücünə, kütləsinə, istifadə olunanına çevrilirsən. Bəs əslində sən kim olursan? Sadəcə sıravi bir qüvvə. Başda oturanın öz istəyinə çatmasıüçün güc mənbəyi. Kütlə liderlərin istədiyi nəticəyə çatmağı üçün hazır ət torbalarıdır. İstifadə olunub, yararsız olduğu təqdirdə tullanılan ət torbaları. Ümumiyyətlə, kütlə istifadə olunub atılmağa, zombiləşməyə məhkum bir toplumdur. Nə qədər ki, kütlədənsən, sən də bu üzlərdən birisən. Sən də hamısan! Sən də başqalarının öz istəyinə çatması üçün vasitəsən. Sən fikirləşmirsən ki, sənin mənəvi azadlığın yalnız sənin üçün vasitə olmalıdır, başqalarının öz istəyinə çatması üçün bir vasitə yox. Sən öz azadlığın haqqında düşünmürsən, əksinə öz azadlığını başqa ideologiyalarla yeni çərçivələrə salırsan və hamıdan biri olursan.
  15. Əslində çox sadə görünən kredit kartı nömrələri universal olaraq düşünülmüş və zənn edildiyindən daha mürəkkəb bir alqoritmə sahibdir. Təsadüfi seçdiyimiz kredit kartı nömrəsi 1234 5678 9876 5432 olsun. Kart nömrəsinin ilk rəqəmi: 1234 5678 9876 5432 Yəni, 1- kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar: 1-2 hava yolları kartları üçün, 3 səyahət və əyləncə sektoru kartları üçün, 4 və 5 banklar və maliyyə təşkilatları üçün, 6 ticarət kartları və banklar üçün, 7 neft sektoru üçün, 8 telekommunikasiya sektoru üçün, 9 milli təyinatlar üçün, Kart nömrəsinin ilk 6 xanası: 1234 5678 9876 5432: İlk altı rəqəm kartı verən firmanı təyin edir. Nümunə olaraq: 4xxx xx: Visa kartlarını, 51xx xx - 55xx xx: Mastercard kartları, 6011xx, 644x xx, 65xx xx: Discover kartları, 34xx xx, 37xx xx: Amex kartlarını, x hərfləri ilə göstərilən nömrələr hər firmanın hər kartında fərqlidir. Kartın yeddincidən etibarən sonrakı doqquz xanası: 1234 5678 9876 5432: 9 xana müştərini təyin edən nömrə olub, bu doqquz xana ilə 1 trilyon fərqli nömrə istehsal edilə bilər. Kartın Son xanası: 1234 5678 9876 5432 Son xana, yəni nümunədəki 2 rəqəmi ... Bu rəqəm düzəltmə və ya nəzarət xanasıdır. Kart nömrəsinin təsdiqlənməsi üçün verilən təsadüfi bir rəqəmdir. Bu yazı Luhn Alqoritmi deyilən bir alqoritmə görə istehsal edilir. Kredit kartı Nömrəsini Təsdiqləmə: Sizə təqdim edəcəyimiz metodla verilən kart nömrəsinin etibarlı nömrə olub olmadığını öyrənə bilərsiniz. Kart nömrəsinin tək xanalardakı rəqəmlərini 2-yə vurun. yəni: 1234 5678 9876 5432 nömrəsindəki 1., 3., 5. ... ədədlərini 2-yə vurub yeni bir rəqəm əldə edəcəyik. Bizdə bu: 2 - 6 - 10 - 14 - 18 - 14 - 10 - 6 olacaq. Bu rəqəmlər ilə kart nömrəsinin cüt xanalardakı ədədlərini toplayaq. yəni: 1234 5678 9876 5432 2 - 4 - 6 - 8 - 8 - 6 - 4 - 2 ədədlərini toplayacağıq. Nəticədə bunları toplasaq: 2 + 6 + 10 + 14 + 18 + 14 + 10 + 6 + 2 + 4 + 6 + 8 + 8 + 6 + 4 + 2 = 120 olacaq. Əldə edilən bu rəqəm ona bölünə bilirsə, yəni 120/10 = 12 kimi bir tam rəqəm əldə edilə bilirsə deməli, kart nömrəsi etibarlıdır. Orxan Tağızadə
  16. İsveçin Viken şəhərciyində satıcısız və mühafizəçisiz ilk mini-supermarketi açılıb. Artıq bir neçə aydır onların işini smartfon əvəz edir. Avtomatlaşdırılmış mini-supermarketin açılması ideyası informasiya texnologiyaları mütəxəssisi Robert Eliasona məxsusdur. O, insan əməyini tamamilə əvəz edən mobil proqram işləyib hazırlayıb. Mağaza gecə-gündüz işləməsinə baxmayaraq, qapısı həmişə bağlıdır. Alıcı içəri girmək üçün smartfonda proqramı aktivləşdirməlidir. Mağazada kassa yoxdur, hesab ayda bir dəfə alıcının telefonuna göndərilir. Proqramda, həmçinin müştəriyə dəstək xidməti olacaq ki, alıcı mağazada hansı məhsulların çatışmadığını qeyd edə bilsin. Mağazaya oğru girərsə, R.Eliasonun telefonuna dərhal bildiriş göndərilir. Robert Eliason gələcəkdə ölkənin digər yaşayış məntəqələrində belə mağazalar inşa etməyi planlaşdırır. Bu cür supermarketlərin açılması ölkədə kiçik ərzaq mağazalarını bazardan sıxışdırıb çıxaracaq. Axsam.az
  17. Smoq nədir?

    Smoq-havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İngliscə smoke-tüstü, foq-duman deməkdir. Bu iki sözün birləşməsindən yaranıb. Smoqunəmələ gəlmə səbəbləri İri şəhərlərdə vəsənayerayonlarındakimya,metallurgiyamüəssisələrindən,avtomobillərdən smoq sakit havada və ya azküləklivəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxttüstüiləduman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstününhavadaasılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir,havadaistehsalınqazhalında olan qarışıqları da iştirak edir. Buna London tipli smoq deyilir. Bəzən günəş şüalarının təsiri iləqaztullantılarındakimyəvi reaksiyazamanı əmələ gələn qazlardan ibarət davamlı göytüstümüşahidə olunur,dumanolmur. BunaLos-Ancelestipli smoq deyilir. Alçaqtemperaturdaistilik-qızdırma sisteminin su buxarı ilə məişətqaztullantıları birləşərəkbuzdansmoq əmələ gətirir. Smoqinsanorqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylıinsanölümünə səbəb olur, bitkilərə ziyan vurur. / az.wikipedia.org
  18. Çin hökuməti 2020-ci ildə əhalinin gözlənilən sayı haqda proqnozlarını verib. Ölkə.az xəbər verir ki, Çin Xalq Respublikasının dövlət şurasının rəhbəri Li Keçyan 13-cü beşilliyin (2016-2020) planında ölkə əhalisinin sayının 1,42 milyard nəfər göstərildiyini bildirilib. Bu haqda hesabatla çıxış edən Keçyan bildirib ki, hökumət əhali artımının məhdudlaşdırılması siyasətini davam etdirəcək. Onun sözlərinə görə, artıq çinli ailələr iki uşaq doğa biləcəklər. Xatırladırıq ki, əvvəllər Çində hər ailəyə bir uşaq dünyaya gətirməyə icazə verilirdi. Sonradan ölkə əhalisinin sürətlə qocalmağa başlamasından sonra bu norma artırılaraq iki uşağa qədər yüksəldildi.
  19. Əgər bəşəriyyət kosmosdan, Yerdənkənar sivilizasiyalardan siqnal qəbul etsə nə baş verər? 1. Bizim 100 ildə kosmik inkişafa buraxacağımız pulu 20 ildə buraxardıq. 2. Dünya siyasətçilərinin əksər mövzusu artıq Yerdəki müharibələr və müdafiə yox, kosmosdan gələcək təhlükə, siyasi planlar olacaq. 3. Kosmik səyahətlərlə bağlı layihələrə investisiya daha da çoxalardı. Əksər böyük şirkətlər artıq Yerə yox, kosmosa investisiya buraxacaqdı. 5. Kosmik texnologiya, astrofizika, astrobiologiya, kosmosla bağlı olacaq bütün elmlər daha da sürətlə inkişaf edərdi. 6. Dünyanın təkallahlı dinlərinin çöküşü sürətlənərdi. Din və elm arasında uçurum daha da genişlənər, kosmosla bağlı layihələrə qarşı formalaşan idealist terroçular çoxalardı (Kontakt filmini yadınıza salın). Nəticə olaraq yerdənkənar sivilizasiyadan siqnal qəbul etsək, onlar özləri bizi görməyə gəlməlidirlər. Çünki nə qədər inkişaf etsək də qarşıda gələn 500 ildə bizim əlimiz onlara çatmayacaq.
  20. humhumhum

  21. kiss

  22. Prava imtahanından yenə də kəsildim. Lənətə gələsən Con! :|

  23. Maraqlı bir serial çıxıb. Stiven Kinqin 11/22/63 əsərinə eyni adlı serialdı. Çox maraqlı sujet xətti var. Hələki cəmi 2 seriyası işıq üzü görüb. Amma birinci seriya 1 saat 20 dəqiqə davam edir. Bir növ kino kimi. 

  24. Özümə ingiliscə blog yaradıram. Amerikanlıların auditoriyasına çıxış üçün. Görək, bir xeyri olacaqsa. ¬¬

  25. 2050-ci ilə kimi dünya əhalisinin 50%-i işsiz qalacaq. Əvəzində onların işini robotlar görəcək. Hazırda bu proqnozu normal qarşılayırıq, amma dərinə düşünəndə bu insanda vahimə yaradır. Əslində indidən həyacan siqnalı çalınmalıdır. Amma insan elə bir məxluqdur ki, başı daşa dəyəndən sonra ağlı yerinə gəlir və bu zaman da artıq gec olur. İnsan əslində hər vəziyyətdən çıxış yolu tapır. Ammma belə vəziyyətdə insanınitirəcəkləri qazandıqlarından çox olur. Dünya əhalisinin eksponensial artımını, təbii resursların hər kəsə çatmamasını, qida, su ehtiyyatlarının hər kəsə çatmayacağını, dünyada kasıb təbəqənin sürətlə çoxaldığını nəzərə alaraq hadisələrin necə də dəhşətli ssenari ilə getdiyini təsvir etmək olar. Əslində bəşəriyyətin görə biləcəyi ən dəhşətli qlobal böhran, böyük aclıq hələ qabaqdadır və bizim nəsil onun şahidi ola bilər. Getdikcə insanlar çoxalır. İnsanlar acdır. İşsiz insanların sayı çoxalır. Nəticədə kasıb və varlı təbəqə arasında toqquşma yarana, dünya ölkələrində yeni inqilablara, yeni müharibələrə təkan verə bilər. Səmərəliyi nəzərə alaraq insan əməyinirobotların əvəz etməsi, işsizlərin sayını sürətlə artması paradoksal vəziyyət yaradır. Bir tərəfdən sahibkarlar daha az əmək və vaxt sərf edərək daha çox məhsul istehsal etməyə çalışacaq. Bir tərəfdən istehsal olunmuş məhsulları alacaq kütlə olmayacaq. Resessiya baş verəcək. Buna baxmayaraq, sahibkarlar arasında rəqabətin çoxalması, istehsal olunan məhsulların daha da çoxalmasına gətirib çıxaracaq. Yəni bildiyimiz qlobal böhran hələ qabaqdadır. Nəticə etibarı ilə 2040-cı ilə kimi texnoloji sinqulyarlıq qaçılmazdır. Baş verəcək hadisələrinhansı səmtə doğru hərəkət edə biləcəyi ilə bağlı 4 ssenari təqdim edirəm: 1. Yeni dünya müharibəsi və insan sayının 60%-dən çox azaldılması. Nəticədə texnoloji inkişaf sinqulyarlığa səbəb olmayacaq. İşçi qüvvəsini robotlar əvəz etsə də, yerdə qalan dünya əhalisi üçün iş də olacaq, ehtiyaclarını ödəyəcək qida, su da. 2. Sosializm. İnsanlar işləməyəcək. Əvəzində robotlar işləyəyəcək və dövlət vətəndaşın bütün həyatınıöz nəzarətinə götürməklə onun yaşaması üçün hər bir imkan yaradacaq. 3. Texnoloji sinqulyarlıq və süni intellektin bəşəriyyətə qarşı çıxması. Bildiyiniz Terminator, Matrix filmindəkissenarinin baş verməməsi üçün dünyanı böyük texnologiya şirkətləri idarə edəcək. Məsələn, Facebook, Google.Texnokratiyanın başlanması. Onsuzda bugün bir çox insanların məlumatları bu iki şirkətin əlindədir və büdcələri sürətlə çoxalır. 4. Kosmos və başqa planetlərdə həyat. Bunun üçün həddindən artıq çox pul lazımdır və dünya iqtisadiyyatına sərf etmir. Əlavə: Tədqiqatçı alim Roperin1950-2006-cə ildə insan populyasiyasının istifadə etdiyi enerjini araşdıraraq aldığı nəticə odur ki, bəşəriyyət 2025-ci ilə kimi yenilənən enerji mənbələri tapmasa və təbii enerji ehtiyyatlarını indiki templə istifadə etsə, o zaman 2050-ci illərdən insan populyasiyası azalmağa başlayacaq və 2300-cu ilə kimi dünya əhalisi 1.3 milyarda enəcək. Ümumilikdə isə daimi yenilənən enerji mənbəsi ilə Yerdə həyatı stabil saxlamaq üçün dünya əhalisi 300-500 milyon arasında dəyişməlidir. Əks halda energetik müharibələr görə, ümumilikdə, insan bir növ kimi əsrin sonuna kimi yox olma ehtimalı da var.