Brainmaker

Members
  • Content count

    39
  • Joined

  • Last visited

Community Reputation

46 Excellent

About Brainmaker

  • Rank
    Advanced Member

Recent Profile Visitors

796 profile views
  1. 207 il öncə, bu gün Avraam Linkoln dünyaya gəlib.Bəs onu fərqli və yaddaqalıcı edən nədir? Yaşadıqları. 1832-ci il: işdən çıxarıldı və ABŞ Konqresinə seçilə bilmədi 1833-cü il: iflas etdi 1834-cü il: Konqresə seçilməyi bacardı 1836-cı il: nevroloji problemlər yaşamağa başladı 1838-ci il: Konqres liderliyi seçkilərində məğlub oldu 1843-cü il: Konqresə namizədliyi belə qəbul edilmədi 1846-cı il: yenidən Konqresə seçildi 1848-ci il: yenidən namizədliyi qəbul edilmədi 1854-cü il: Senata üzv seçilmədi 1856-cı il: Prezident köməkçisi vəzifəsinə seçilə bilmədi 1858-ci il: Senata təkrardan namizədlik irəli sürməsi bir nəticə vermədi 1861-ci il: ABŞ prezidenti seçildi və tam dörd il sonra - 1865-ci il: öldürüldü. 15 aprel 1865-ci ildə "Our American Cousin" tamaşasına baxan Linkoln həmin teatrın aktyoru Con Uilks Butt tərəfindən qətlə yetirildi. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti oldu. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca “Sic semper tyrannis!” (tərcümədə: “Tiranların taleyi belədir”- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi. ABŞ-da məhz Linkolnun dövründə - 1863-cü ildə quldarlıq rəsmi olaraq ləğv edilib.
  2. Dünyanın bir nöqtəsindən digər nöqtəsinə 4 saatda uçmaq mümkündürmü? Bu, hal-hazırda imkansız kimi görünsə də,Reaction Engines şirkəti bunu reallaşdırmağı düşünür. "Skylon" adı verilməsi planlaşdırılan təyyarə, 2019-cu ildə test uçuşuna çıxacaq. Pəncərəsiz təyyarənin 1.1 milyard dollara başa gəlməsi gözlənilir.Bu texnologiya Dünya üzərindəki məsafə anlayışını aradan qaldıracaq. Səsdən beş qat daha sürətli Business İnsider saytının xəbərinə görə, təyyarə eyni zamanda kosmik cihaz kimi də işləniləcək.Təyyarəni hazırlayan komandanın baş mühəndisi Alan Bold, istifadə edilən yüksək soyutmaya malik təyyarənin çox yüksək sürətə çatacağını deyir. Təyyarənin texnologiyasını qısaca "daha çox güc, daha çox sürət" deyə izah edən Bond, səs sürətinin beş qatına çıxacaqlarını iddia edir. Təyyarədən keçən il məşhur Telegraph qəzetində də bəhs edilmişdi. Qəzet, təyyarəni "zamanının çox irəlisində bir texnologiya" adlandırmışdı.
  3. Dünyanın ən gözəl 10 əyləncə parkı

    Serverə yükləyərəm. Mənim üçün nə fərqi,ha link əlavə elədim, ha add elədim.
  4. Dünyanın ən gözəl 10 əyləncə parkı

    Hər dəfə PC-ya yükləyib ordan əlavə etmək zaman alar deyə düşündüyüm qısa yoldu bu.Reklam kimi nəzərdə tutursansa,problem yoxdu. Daha belə etmərəm.
  5. Universal Studiyası, Orlanda - ABŞ Universal Studiyasının Orlandoda yerləşən parkında dünyaca məşhur filmlərin pərdə arxasını görə bilərsiniz.Harry Potterin dünyasını kəşf edə bilər,alış-veriş və yemək yerlərini görə bilər,əyləncə şoularını izləyə bilərsiniz. Efteling - Hollandiya Hollandiyanın ən böyük əyləncə parkı olan Efteling, səyahət,pəri bölümləri də daxil olmaqla toplam 4 bölümdən ibarətdir.Ailəvi şəkildə gedə biləcəyiniz əyləncəli bir yerdir.Parkın digər bölümləri arasında Rollar Couster,pərili evlər,sehrli xalçalar kimi fərqli əyləncə seçimləri də var. Everland,Yongin - Koreya Everland Avropa macərası, Zootopia, Amerika macərası, Sehrli ölkə və Dünya nümayişi adlı 5 fərqli bölümdən ibarətdir.Bölmələr nəinki uşaqlar,həmçinin yeniyetmələrin də yaşına görə hazırlanmışdır. Canada's Wonderland - Kanada Canada's Wonderland Dünyanın ən uzun roller coasterinə malik parkdır.Park 8 hissədən ibarətdir.Bunlardan biri də su idmanları üçün ayrılmış Splashworks-dur.Uşaqların sevimli qəhrəmanları Scooby Doo və Dora kimi məşhur qəhrəmanlar da parkda var. Port Adventura - İspaniya İspaniyada yerləşən Port Adventura macərasevərlərin zövq alacağı bir parkdır.Park, Meksika,Polineziya,Çin və başqa temalarla zəngin bölümlərdən ibarətdir.Su parkı sevərlər üçün Aqua Park da hazırlanmışdır. Blackpool Pleasure Beach - İngiltərə Blackpool Pleasure Beach İngiltərənin ən çox ziyarət edilən əyləncə parklarından biridir.Bir ailənin hər bir üzvü üçün uyğun olan parkda buz dansı şousu,roller coaster kimi seçimlərdən əlavə, qaranlıqda macəra dolu qatarda səyahət etmək istəyənlər üçün "Valhalla" da mövcuddur. Disneyland - Paris Qurulduğu 1992 ilindən bəri,böyükdən kiçiyə istənilən ölkədən adamların gəldiyi park Dünyacaməşhur parklardan biridir.Disneylandın içində fərqli temalarla parklarla yanaşı,otellər də fəaliyyət göstərməkdədir.Disney personajlarının,animasiya filmlərinin pərdə arxalarının görülə bildiyi və daha bir çox alternativ əyləncə vasitələrinin olduğu parkda zamanın necə keçdiyini hiss etmək olmur. Europa park - Almaniya Park, Almaniya və Fransa adlı iki temadan ibarətdir.Toplam 12 roller coaster və qapalı oyun sahəsindən ibarətdir.Parkla əlaqədar ən maraqlı fakt budur ki,burada nə az nə çox,tam 70 bar və restoran var. Gröna Lund - İsveç İsveçdə yerləşən Gröna Lundda uşaqlar üçün müxtəlif atraksionlar,böyüklər üçün isə sevgi tuneli mövcuddur. Beto Carrero World Beto Carrero World, Latın Amerikasının ən böyük əyləncə parkıdır.Əyləncəli atraksionlar ilə yanaşı,zooparkı da var.Bundan əlavə uşaqlar üçün Quldur adası, Fantasyland, Alman kəndi kimi fərqli bölümlər də var.
  6. 30 iyunda gün 1 saniyә uzanacaq

    Bәhs edilәn gündә 2015 -ci ilә 1 saniyә әlavә olunacaq.International Earth Rotation Service (IERS) tərəfindən edilәn açıqlamada bu hadisәnin hәyatımıza ciddi bir tәsirinin olmayacağı bildirilir. Bәs niyә bir ilә bir saniyә artırılmasına ehtiyac duyulur? Sualın cavabı Dünyanın dönmә sürәti ilә aydınlaşdırıla bilәr.Dünyanın fırlanma sürәti hәr keçәn gün daha da yavaşıyır.Bu yavaşlama saniyәnin iki mindә biri qәdәrdir,yәni normal olaraq hәm hiss etmәyәcәyimiz,hәm dә o qәdәr dә güclü tәsiri olmayacaq qәdәr kiçikdir.Amma әgәr saatlar düzәldilmәsә,illәr әrzindә toplanan zaman fәrqlәri әhәmiyyәtli problemlәrә sәbәb ola bilәr.1972-ci ilәn bәri müәyyәn aralıqlarla saatlara 1 saniyә әlavә edilir. Ən son dәyişiklik 30 iyun 2012-ci ildә edilmişdi.Kiçik bir ehtimal olsa da,30 İyun 2015-ci ildә bəzi texnoloji alətlərdə və internetdə kiçik hәcmli problemlər yaşana bilər.Bir çox firma,xüsusilə də internet firmaları bu tarixdə yaşanacaq saat dəyişikliyi üçün indidən işlər etməyə başlayıb.Məsələn Google,30 İyun günü serverlәrinә milisaniyәlәr ölçüsündə əlavələr edərək bu dəyişiklikdən təsirlənməmək istəyir. Mәnbә: Elm Qurdu
  7. Cənubi Koreyalı bir xəbər saytına görə Galaxy S6, 2 Mart tarixində keçiriləcək bir unpacked tədbirində tanıdılacaq. Samsungun Project Zero adı altında hazırladığı və tamamilə fərqli bir dizayn təqdim edəcəyi Galaxy S6, yəqin ki, Qualcomm'un son model prosessoru Snapdragon 810 və ya Exynos Octa 7 ilə gələcək. Həmçinin Quad HD ekran, 16 və ya 20 megapiksel kamera gözlənilən xüsusiyyətlər arasında yer alır. Bunların yanında kənarlardan qövsvari ekrana sahib Galaxy S6 Edge də Galaxy S6-ya yoldaşlıq edəcək. Galaxy S6'nın texniki xüsusiyyətləri; -% 50 daha yüksək performans vəd edən (yəqin ki, Galaxy Note 4-də istifadə edilən Exynos 5433'ə görə) 14nm istehsal prosesinə sahib 64-bit səkkiz nüvəli Exynos prosessor. - 5.1inç böyüklüyündə düym başına 577ppi dəyər verən Quad HD keyfiyyətli Super AMOLED ekran - F / 1.8 diafraqma aralıq və optik görünüş sabitləmə texnologiyasına sahib 20MP arxa kamera, Zamanlı HDR dəstəyi, 5MP ön kamera - 32/64 / 128GB daxili yaddaş - 2.550mAh tutumlu batareya - Daxili kabelsiz şarj xüsusiyyəti - Sürətli enerji doldurulması : 10 dəqiqə şarj etməklə 4 saatlıq istifadə - Metal və şüşə korpus - Gorilla Glass 4 - Cat 6 LTE Texniki xüsusiyyətlər siyahısında Galaxy S6'nın RAM səviyyəsi vurğulanmayıb.Ortaya çıxan son xəbərlər Galaxy S6'da 4GB RAM istifadə edildiyini göstərir.
  8. Russia 2045 - ölümsüzlük proyekti

    Belə bir şey də var. İstəsəniz baxın. Bilmək olmaz. İllər öncə insanlar orqan nəqlinə dəlilik kimi baxırdılar. Son illərdə texnologiya da inanılmaz sürətdə inkişaf edib. Düzdü, müharibələr insanlığa zərbələr endirir, ibtidailəşdirir. Ancaq bir yandan da fikirləşirəm ki, soyuq müharibə olmasaydı, Aya heç gedilməzdi. Bir az qarışıq məsələdi, texnologiyanın sürətli inkişafı üçün ya rəqabət lazımdı, ya da ilham verə biləcək hər hansısa bir şey.
  9. 2045 proyekti,2011-ci ildə; sinir interfeysləri, robotlar, süni orqanlar və sistemləri araşdırmaq üçün rus elm adamları ilə birlikdə rus iş adamı Dmitry Itskov-un başçılığı ilə qurulmuşdur. Qurumun rəsmi saytında məqsədləri belə ifadə olunur: "İnsan şəxsiyyətini bioloji olmayan daşıyıcılara köçürmək, ömrü uzatmaq və ölümsüzlüyü tapmaq. Xüsusilə Dünyanın böyük elm adamlarıyla davamlı təmas halında olmağa çalışırıq." Ölümsüzlük proyektinin iş planı: və ya türkçə tərcüməsi: Gələcəyə yönəlik addımlar 2045 proyektinin yol xəritəsində kiber ölümsüzlüyü tapmaq vardır. Təşkilatın məqsədi 2015-2020-ci illər arasında "beyin idarəli kompüter" ilə idarə edilə bilən avatar çıxarmaq, 2020-2025 illəri arasında "avtonom həyat dəstəkli" bir robota beyin nəql etmək, 2030-2035 illəri arasında insan beyninin kompüter modelini çıxarıb insan şüurunu süni daşıyıcılara köçürmək və 2045 -ci ildə isə adi orqanlara sahib olan "insanlar" üçün yeni bir era başlatmaqdır. Avatar proyekti İnsan ömrünü uzatmanın prioriteti olaraq süni bədən istehsalına və inkişaf etmiş beyinli bir kompüter sistemi istehsalına üstünlük verirlər. Bioloji tərəfdən, insan beyninə ev sahibliyi edəcək və beynin funksiyalarını yerinə yetirmək imkanı olacaq bir "avatar bədən" istehsalını planlamaqdadırlar. Layihənin bir sonrakı məqsədi isə; içinə şəxsiyyət və şüur kimi insanı insan edən faktorların ötürülə biləcəyi bir süni beyin istehsal etməkdir. Təşkilatın "A, B, C, D" olaraq təsnif edilən 4 avatar layihəsi var. Layihə müvəffəqiyyətli olarsa, bu avatar versiyalarının təşkilat tərəfindən satışa təqdim edilməsi düşünülür. Təşkilat ən ucuz avatar olan Avatar A-nın qiymətini saytında 3.000.000 $ olaraq elan etmişdir. Həmçinin, müştərilərə avatar seçimi və bir anket tətbiqi nəticəsində form dolduraraq avatar sifarişi vermə imkanı təqdim olunur. Avatar A İnsanın ağlından keçən bütün məlumatların uzaqdan göndərilib sağlam bir şəkildə təkrar beyinə yerləşdirilməsini təmin edəcək uzaqdan idarəli süni bədən.2020-ci ilə qədər tamamlanması gözlənilir. Avatar B Ölən bir insan beyninin orqan nəqlinə bənzər bir şəkildə nəql ediləcəyi süni bədən.Təşkilata görə, Avatar B; nəql ediləcək beyini özündə daşıyacaq, beyni canlı tutacaq və ətraf ilə qarşılıqlı təsirdə olacaq. 2025-ci ilə qədər tamamlanması gözlənilir. Avatar C Ölən bir insan beyninin, şəxsiyyətinin, zehninin və şüurunun köçürüldüyü süni bədən. Təşkilata görə ilk müvəffəqiyyətli zehin köçürülməsi 2035-ci ildə reallaşacaq. Avatar D Hologram (üç ölçülü görüntü yarada bilmək üçün lazımi məlumatları özündə daşıyan şəkil) formasında süni bədən - 2045 proyektinin son məqsədidir. Elm adamlarına görə hologram avatara sahib insanlar əsla xəstəliyə tutulmayacaqlar. Avatar D-nin günümüzdəki texnologiya ilə yaradılması mümkün deyil. 2045 İnitiative - Proyektin rəsmi saytı
  10. Sözü tapın

    Zәrhәl?
  11. Dünya müharibəyə hazırlaşır

    Bu müharibə baş verərsə,Çin Rusiyanın müttəfiqinə çevriləcək. Fikrimcə,yeni super güc elə Çin olacaq. Bu böyük ehtimalla yaxın 50 ildə baş verəcək.
  12. goo.gl-dan yaxşıdı,üstünlükləri də çoxdu.