Ülvi

Members
  • Content count

    14
  • Joined

  • Last visited

Community Reputation

1 Neutral

About Ülvi

  • Rank
    Member
  • Birthday 04/10/92

Recent Profile Visitors

677 profile views
  1. Dizayna 40 nümunə

    1) Kainatı meydana gətirən partlama bir az daha şiddətli olsaydı, kainatdakı bütün materiya dağılardı; əgər partlama bir az daha yavaş olsaydı, bütün maddə dərhal bağlanacaqdı. Hər iki vəziyyətdə də nə qalaktikalar, nə ulduzlar, nə dünyamız, nə də canlılar meydana gələcəkdi. Partlamanın qalaktikaları, ulduzları, planetimiz və canlıları meydana gətirəcək şəkildə olmasının ehtimalı havaya atılan bir karandaşın iti ucu üstündə dayanması qədər belə deyil. 2) Big Bang-in partlama anında əgər daha çox maddə olsaydı, kainat dərhal bağlanacaqdı. Əgər partlama anında maddə daha az olsaydı, partlama qalaktikaları meydana gətirmədən maddəni dağıda bilərdi. Aydın olur ki, Big Bang həm şiddəti, həm maddə nisbəti, həm də bunların bir-birinə görə təşkil edilməsilə şüurlu bir dizaynın məhsuludur. 3) Big Bang-in başlanğıcının çox yüksək istilikdə olması sayəsində atomaltı dünyadakı meydana gəlmələr reallaşmışdır. Beləcə, qalaktikalardan canlılara qədər olan müddət (dövr) meydana gəlmişdir. 4) Kainatın başlanğıcındakı homogen quruluş da qalaktikaların meydana gəlməsinin bir şərtidir. Başlanğıc homogenliyindəki kiçik bir azalma qalaktikaların meydana gəlməsinə icazə verməyəcək və bütün maddənin qara dəliklərə çevrilməsinə səbəb olacaqdı. Onda da biz mövcud ola bilməyəcəkdik. 5) Kainatda entropiya daim artmaqdadır. Bu isə kainatdakı başlanğıc anında çox aşağı entropiyalı bir başlanğıcın olmalı olduğunu göstərir. Bu ehtimalın reallaşması qeyrimümkündür. Rojer Penros aşağı entropiyalı bu başlanğıcın reallaşma ehtimalını 1010*123 olaraq hesablamışdır. 6) Big Bang-dən sonra ortaya çıxan protonlar və anti-protonlar bir-birini yox edir. Canlılığın meydana gələ bilməsi üçün proton sayı anti-protonlardan çox olmalı idi və elə də olmuşdur. 7) Eynilə neytronlar və anti-neytronlar da bir-birini yox edirlər. Canlılığın meydana gələ bilməsi üçün neytron sayı anti-neytronlardan çox olmalı idi və elə də olmuşdur. 8) Elektronlar və pozitronlar da bir-birini yox edir. Canlılığın meydana gələ bilməsi üçün elektron sayı pozitronlardan çox olmalı idi və elə də olmuşdur. 9) Kvarklar və anti-kvarklar da bir-birini yox edir. Halbuki həyatın varlığı kvarkların daha çox olmasından asılıdır və kvarklar anti-kvarklardan daha çox olmuşdur. 10) Kainatda canlılığın meydana gələ bilməsi üçün proton, neytron və elektronların öz anti-maddələrindən daha çox olmaların labüd olması ilə yanaşı, bir-birlərinə görə təyin olunmuş nisbətlərdə yaradılmış olmaları da mütləqdir. Bu da həyatın bir şərtidir. 11) Kainatda həyatın meydana gələ bilməsi üçün proton, neytron və elektronların kütlələri də mövcud şəkildə olmalıdır. Bu hissəciklərin mövcud kütlələri fərqli olsaydı, həyat üçün lazımlı atomlar meydana gələ bilməyəcəkdi. 12) Protonlar və elektronlar çox fərqli kütlələrinin müqabilində elektrik yükləri ilə bir-birlərini tarazlaşdırırlar. Əgər bu tarazlıq təmin edilməsəydi, həyat üçün lazımlı atomlar meydana gələ bilməyəcəkdi. Elektronun elektrik yükü bir az fərqli olsaydı, ulduzlar meydana gələ bilməyəcəkdi. 13) Əgər kainatdakı neytrino miqdarı daha az olsaydı, qalaktikalar meydana gələ bilməyəcəkdi.Əgər neytrino miqdarı daha çox olsaydı, qalaktikalar çox sıx olacaqdı. Hər iki vəziyyət də həyatın meydana gəlməsinə bir maneədir. 14) Güclü nüvə qüvvəsi nüvədəki proton və neytronları bir yerdə tutur. Bu qüvvət bir az daha zəif olsaydı, hidrogen xaricində heç bir atom yaranmayacaq, bu səbəbdən də canlılıq meydana gələ bilməyəcəkdi. 15) Zəif nüvə qüvvəsi bir az daha güclü olsaydı, Big Bang-də həddindən artıq hidrogen heliuma çevriləcəkdi. Əgər bu qüvvə bir az daha zəif olsaydı, bu, ulduzlardakı ağır elementlərin formalaşmasına mənfi təsir göstərəcək və həyat meydana gələ bilməyəcəkdi. 16) Elektromaqnetik qüvvə daha şiddətli olsaydı, kimyəvi əlaqələrin meydana gəlməsində problem yaranmış olacaqdı. Əgər daha zəif olsaydı, yenə kimyəvi əlaqələrin meydana gəlməsində problem yaranacaq və həyat üçün mütləq lazımlı olan karbon və oksigen atomları kifayət etməyəcəkdi. 17) Cazibə qüvvəsi daha qüvvətli olsaydı, bütün ulduzlar bu qüvvənin gücünə müqavimət göstərə bilmədən qara dəliklərə çevriləcəkdi. Əgər daha zəif olsaydı, ağır elementləri meydana gətirəcək ulduzlar meydana gələ bilməyəcəkdi. Hər iki vəziyyətdə də həyat meydana gələ bilməyəcəkdi. 18) Zəif nüvə qüvvəsi, güclü nüvə qüvvəsi, elektromaqnetik qüvvə və cazibə qüvvəsi müəyyən kritik dəyərlər nəzərə alınaraq yaradılmalı olduqları kimi, bir-birlərinə görə uyğun nisbətlərdə də yaradılmalıdırlar. Bu həm qalaktikaların və ulduzların, həm də bütün canlıların mövcud ola bilməsi üçün vacib olan çox həssas bir tarazlıqdır. 19) Həyatın meydana gələ bilməsi üçün ulduzlararası məsafə müəyyən bir ölçüdə olmalıdır. Əgər ulduzlar birbirlərinə daha yaxın olsaydı, cazibə qüvvəsinin çoxluğu planetlərin orbitlərini pozacaqdı. Əgər ulduzlar bir-birlərinə daha uzaq olsaydı, supernovalar tərəfindən kainata saçılan ağır atomlar çox geniş bir sahəyə yayılacaq və həyat üçün lazımlı atomlar yetərli səviyyədə ola bilməyəcəkdi. 20) Həyat üçün lazımlı atomlardan ən əhəmiyyətli element karbon və oksigendir. Bu atomlardan karbonun oksigen atomunun enerji səviyyəsinə olan nisbəti daha yüksək olsaydı, həyat üçün lazımlı oksigen çatışmayacaqdı. Əgər mövcud nisbət daha aşağı səviyyədə olsaydı, canlılıq üçün lazım olan karbon istənilən sayda olmayacaqdı. 21) Həyat üçün böyük əhəmiyyəti olan karbon və oksigen atomları bir-birlərinin enerji səviyyələrinə bağlı olduqları kimi, helium atomunun enerji səviyyəsinə də bağlıdırlar. Heliumun enerji səviyyəsi yüksək olsaydı, həyat üçünn lazımlı karbon və oksigen miqdarı yetərsiz olacaqdı, əgər heliumun enerji səviyyəsi aşağı olsaydı, yenə həyat üçün lazımlı olan karbon və oksigen miqdarı kifayət etməyəcəkdi. 22) Supernova partlayışlarının uzaqlığı, yaxınlığı və sıxlıq dərəcəsi də həyat üçün olduqca əhəmiyyətlidir. Məsələn, bu partlayışlar çox yaxın olsaydı, meydana gələcək radiasiya həyatı yox edə bilərdi. Əgər bu partlayışlar çox uzaq olsaydı, canlılıq üçün lazımlı ağır atomlar yetərli səviyyədə olmayacaqdı. 23) Yerdə həyatın meydana gələ bilməsi üçün qalaktikamız müəyyən nisbətdə maddəyə sahib olmalıdır. Əgər maddə nisbəti çox olsaydı, Günəşin orbiti dəyişəcəkdi. Əgər daha az maddə olsaydı, Günəşimiz kimi uzun zaman yaşayacaq bir ulduzun var olması mümkün olmayacaqdı. Həmçinin, qalaktikamızın böyüklüyü, forması və başqa qalaktikalara uzaqlığı da canlılığın meydana gəlməsi üçün çox əhəmiyyətlidir. 24) Yupiter planetinin böyüklüyü və məsafəsi də Yerdə həyatı mümkün edən şərtlərdən biridir. Əgər Yupiter bu andakı yerində və böyüklüyündə olmasaydı,Yer meteor yağışlarından bu qədər qorunmuş olmazdı. Eləcə də, mövcud orbitimiz də dəyişərdi. Bu iki vəziyyət də həyat üçün nizamlanmış çox xüsusi şərtləri pozmuş olardı. 25) Yer Günəşə daha uzaq olsaydı, həyata imkan tanımayan bir soyuq və buzlaqlarla qarşı-qarşıya qalardıq. Əgər Günəşə daha yaxın olsaydıq, Yer üzündəki su buxarlaşar və həyatın formalaşması mümkün olmazdı. 26) Yerin cazibə qüvvəsi daha çox olsaydı, amonyak və metan nisbətinin artması kimi vəziyyətlər yer üzünün həyata əlverişli bir mühit olmasına mane olardı. Əgər Yerin cazibəsi daha az olsaydı, atmosfer çox su itirər və həyat üçün əlverişli mühit qalmazdı. 27) Yerin ətrafındakı maqnetik sahə də çox xüsusi olaraq nizamlanmışdır. Əgər bu maqnetik sahə daha güclü olsaydı, Günəşdən gələn canlılıq üçün faydalı şüaların da qarşısını ala bilərdi. Əgər bu maqnetik sahə daha zəif olsaydı, Günəşdən gələn zərərli şüalar həyatın meydana gəlməsinə imkan verməzdi. 28) Yer üzünden əks etdirilən işıq ilə Yer səthinə çarpan işıq da müəyyən bir nisbətdə olmalıdır. Əgər bu nisbət daha böyük olsaydı, Yer səthi buzlaqlarla örtülərdi. Əgər bu nisbət daha kiçik olsaydı, istixana təsirilə həddindən artıq isinən Yer səthi həyat üçün əlverişsiz olardı. 29) Həyat üçün yer qabığının qalınlığı da əhəmiyyətlidir. Yer qabığı daha qalın olsaydı, atmosferdən yer qabığına edilən oksigen transferilə oksigen tarazlığı pozulardı. Yer qabığı daha incə olsaydı, yer qabığının hər yerindən daim vulkanlar püskürərdi. Bu isə həm iqlimi dəyişdirər, həm də həyatı məhv edərdi. 30) Atmosferdeki oksigen miqdarı da həyat üçün kritik bir dəyərdə yaradılmışdır. Bu dəyər əgər yüksək olsaydı, Yerdə aramsız yanğınlar baş verərdi. Bu dəyər əgər alçaq olsaydı, tənəffüs etmək qeyri-mümkün olardı. 31) Atmosferdeki karbon 4 oksid nisbəti də həyatı mümkün edəcək bir dəyərdə yaradılmışdır. Karbon 4 oksid daha çox olsaydı, istixana təsiri meydana gələcəkdi. Əgər daha az olsaydı, bitkilərin fotosintez etməsi mümkün olmayacaqdı. 32) Dünyamızdakı ozon miqdarı da çox kritik bir dəyərdə yaradılmışdır. Əgər bu dəyər daha yüksək olsaydı, səth istiliyi çox aşağı düşərdi. Əgər bu dəyər daha aşağı olsaydı həm səth istiliyi çox yüksələr, həm də həyatı yox edəcək şəkildə ultrabənövşəyi şüalar artardı. 33) Həyat üçün atmosfer təzyiqi də müəyyən bir dəyərdə olmalıdır. Əgər atmosfer təzyiqi daha aşağı olsaydı, buxarlaşan su miqdarı artacaq və bu, istixana təsiri meydana gətirəcək, atmosferdəki su buxarı azalacaq və dünya səhralaşacaqdı. 34) Atmosferdeki havanın tənəffüs edilə bilməsi üçün hava müəyyən bir təzyiqdə, axıcılıqda və sıxlıqda olmalıdır. Atmosferin sıxlığında və axıcılığındakı kiçik bir dəyişiklik nəfəs almağımızın qeyri-mümkün olmasına səbəb ola bilərdi. 35) Həyat üçün çox vacib şərt olan karbon atomunun ulduzların daxilində meydana gəlməsi çox kritik dəyərlər altında yaranmaqdadır. Bunun üçün iki helium atomu birləşib 0.000000000000001 saniyə kimi qısa bir müddət berilium atomuna çevrilməli və üçüncü bir heliumun əlavə olunması nəticəsində karbon atomu meydana gəlməlidir. Bəhs edilən atomların enerji səviyyələrindəki kiçik bir fərqlilik karbon atomunun və canlılığın meydana gəlməsini qeyri-mümkün edərdi. 36) Bütün canlılar karbon atomunun digər elementlərlə reaksiyaya girməsi sayəsində mövcud olmuşdurlar. Karbon həyat üçün lazımlı olan birləşmələri ancaq dar bir istilik müddətində reallaşdıra bilər. Bu istilik müddəti isə Yerin istiliyi ilə tam uyğundur. Halbuki kainatda ulduzların içindəki milyardlarla dərəcə istidən mütləq sıfır olan -273 dərəcəyə qədər geniş bir aralıq mövcuddur. 37) Karbon atomunun meydana gətirdiyi kovalent əlaqələr kimi zəif əlaqələr də ancaq müəyyən bir istilik müddətində reallaşa bilərlər. Bu istilik müddəti isə Yerdə mövcud olan istilik müddəti ilə tam uyğundur. Zəif əlaqələr reallaşmasa, heç bir canlı mövcud olmazdı. 38) Həyat üçün bütün şərtləri yerinə yetirən Yer kürəsinin yaradılma zamanı da həyata tam uyğun olaraq seçilmişdir. Yer əgər daha əvvəl yaradılsaydı, həyat üçün labüd olan ağır atomlar (karbon, oksigen kimi) kifayət qədər olmayacaqdı. Əgər Yerin yaradılışı daha sonraya qalsaydı, Günəş sistemimizi meydana gətirəcək sıxlıqda xam maddə qalmamış olacaqdı. 39) Həyatın mümkün ola bilməsinin şərtlərindən biri də suyun müəyyən bir səth gərginliyinə sahib olmasıdır. Bitkilərin suyu torpaqdan və ən üst nöqtələrinə qədər çatdıra bilmələri bu gərginliyin hazırlanmış olması sayəsindədir. Bu gərginlik daha fərqli olsaydı, nə bitkilərdən, nə də digər canlıların varlığından danışa bilməzdik. 40) Suyun reaksiya qabiliyyəti də həyatın digər şərtlərindən biridir. Su nə bəzi turşular kimi parçalayıcı xüsusiyyətlər göstərir, nə də arqon kimi heç bir reaksiyaya girmədən dayanır. Suyun axıcılıq dəyəri, suyun qatı halının maye halından daha yüngül olması da Yer üzündəki həyata böyük tövhə verir.
  2. Müasir dünyada İslamafobların (istər dinsizlər istər digər dinlərin nümayəndələri) dezinformasiyanın nəticəsində və ya İslama qarşı olan nifrətlərindən dolayı “İslam terror dinidi”, “İslam dinc qeyri-müsəlmanları öldürün deyir” tipli əsassız ittihamlar yönəldirlər. ”Cihad” qavramını çox zaman dinc qeyri-müsəlmanların öldürülməsinə səbəb ola bilən “müqəddəs savaş” mənasında qərb mənbələri qeyd edir. Halbuki Cihad sözünün əsas mənalaırndan biridə cəhd etməkdir. İnsanın öz nəfsinə qarşı mübarizəsidə cihad sayılır. Qurani Kərimdəki müharibə əmri ancaq, müsəlmanların camaatına və ya dövlətinə qarşı edilən bir hücum, yaxud onun təhlükəsizliyini açıq şəkildə və tərəddüdə yer buraxmayacaq şəkildə təhlükəyə salan bir təhdidin mövcudluğu halında keçərlidir. Heç bir ayədə müsəlmanlara qarşı savaş açmayan DİNC QEYRI-MÜSƏLMANLARIN ÖLDÜRÜLMƏSI BARƏSINDƏ AYƏ YOXDU. İslamafoblar öz iddiaları üçün müdafiə xarakterli tipli savaşlar üçün gələn ayələrin əvvəlinə, sonuna və Quranın ümumi bütünlüyü və surə bütünlüyü çərçivəsində dəyərləndirmədən, ayəni sahib olduğu bağlamdan çıxararaq istədikləri öz mənanı verib “Baxın İslam qeyri-müsəlmanları öldür” deyib hay-həşir salırlar. İstənilən bir mətndə olan bir cümlənin əvvəlinə, sonuna və ümumi mətn çərcivəsində dəyərləndirmədən çıxartsaq, o ayəyə istənilən mənanı vermək mümkündür. Məsələn Teistlər Einşteinin “dinsiz elm topal, elmsiz din kordur” sözünü Einşteinin bir dini olduğuna dəlil gətirdikdə, qarşı tərəf o dəqiqə “Einşteinin bütün sözlərinə baxmadan onun teistik bir dinə inandığını demək yanlışdı. Einşteinin nəzərdə tutduğu din, Teizmin dediyi din deyil, daha çox kosmik-panteistik bir dindi” deyirlər. Bu onun göstəricisidi ki, bir cümləni, daxil olduğu ümumi mətnə bağlı olaraq dəyərləndirmədikdə, cümləni çıxardıb mətndən kənar müstəqil olaraq dəyərləndirikdə təkcə quran yox istənilən mətndə “xəta” yaranır. Lakin İslamafob-ateistlər məsələ Einşteinə gəldikdə o dəqiqə “ümumi mətnə görə dəyərləndirmə” metoduna keçirlər. Quran barəsində isə “tək bir cümləyə” əsasən dəyərləndirmə metodundan istifadə edirlər. Çünki əksi sərf etmir . Üstəlik qarşı tərəfin bu inanılmaz “mətn anlama” metodu ilə getdikdə nəinki Quranın dinc qeyri-müsəlmanları öldürdüyünü, hətta Namaz qılmağı “günah” gördüyüdə çıxır. “Vay namaz qılanların halına”. Maun surəsi 4-cü ayə Bəli, bu metoda əsasən Maun surəsində Namaz qılmaq pis əməl hesab olunur. İndi isə keçək məlum ayələrin izahına; İDDIA EDILƏN AYƏ 1: TÖVBƏ SURƏSI 5-CI AYƏ Ayənin tərcüməsi: “Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” İddia: “Allah bu ayədə haram aylardan sonra kafirləri yəni müsəlman olmayanları harda gördünüz öldürün deyir. Qeyri-müsəlmanları sırf dinlərinə görə öldürməyi əmr edən kitab Allah sözü ola bilməz” Cavab: Sözügedən ayəni 2 yöndən təhlil edək. a) Quranın özü nöqteyi nəzərdən Ayənin surə bütünlüyünə baxdıqda o dəqiqə, ayənin mənası məlum olur. Tövbə surəsi 1-ci ayə (Bu, )Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır. Ayədən məlum olur ki, Müşriklərlə Müsəlmanlar arasında bir sülh müqaviləsi bağlanıb. Tövbə surəsi 4-cü ayə yəni İddia edilən Tövbə surəsi 5-ci ayədən öncəki ayə “Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.” Bu ayədən isə məlum olur ki, Müşriklərdən bəziləri müqaviləni pozub. Sülh Müqaviləsin pozmaq, müharibə elan etmək deməkdir. Yəni Müqaviləni pozanlar, savaş elan ediblər. Lakin bəzi müşriklər isə müqavilənin gərəyini yerinə yetirib. Ayə buna görə onlara toxunulmaması əmrini verib. YƏNI İDDIA EDILƏN AYƏ MÜQAVILƏNI POZUB MÜSƏLMANLARA QARŞI SAVAŞ ELANI VERƏN MÜŞRIKLƏRLƏ BAĞLIDI. MÜHARIBƏ MÜDAFİƏ XARAKTERLIDI. Qeyd: Tövbə surəsi 12-ci ayənin də izahı, 5-ci ayə ilə eynidi. Çünki bir-birinin davamıdı. b) Tarix nöqteyi nəzərdən Tarixi mənbələr və qədim təfsirlər (İbn Kesir və s.) Ayədə keçən müqavilənin Hüdeybiyyə müqaviləsi olduğunu vurğulayır. Hüdeybiyyə müqaviləsinin şərtləri: 1- Müsəlmanlarla müşriklər on il müddətinə savaşmayacaqlar, bir birlərinə hücum etmiyəcəklər. 2- Müsəlmanlar bu Kəbəni ziyarətdən imtina edərək geri dönəcəklər, ancaq gələcək il ümrə edəcəklər, müşriklərin boşaldıcağı Məkkədə 3 gün qalacaqlar və yanlarına yol qılınclarından başqa silah daşımayacaqlar. 3-Məkkədən birisi müsəlman olaraq Mədinəyə sığındığı zaman geri qaytarılacaq, lakin Mədinədən Məkkəyə sığınanlar qaytarılmayacaq. 4-Ərəb qəbilələri istədikləri tərəflər müqavilə bağlamaqda sərbəst olacaqlar. http://www.enfal.de/itarih21.htm Müqavilənin ilk maddəsinə görə Müsəlmanlarla, Müşriklər arasında 10 illik sülh olacaq və heç bir tərəf bir digər tərəfə hücum etməyəcəkdir. Müşriklər tərəfindən sülh müqaviləsi olan Hüdeybiyyə müqaviləsinin pozulması müharibə elanı deməkdir. Bu vəziyyətdə müsəlmanların üstünə düşən bu təhlükəyə qarşı müdafiə olunmaqdır. Etiraz: “Ayə haram aylar çıxınca deyir hücum et deyir. Müharibə zamanı özünümüdafiə qəsd edilsə haram aylar çıxınca deməzdi.” Etiraza Cavab: Ayədə keçən haram aylar Həcc ziyarəti müddətinində daxil olduğu 4 aydır. Haram aylarda Ərəblər qəbilələri arasında Hz İbrahimdən bu yana olan görüşə görə müharibə etmək qadağan idi. İslam öncəsi ərəb qəbilələri öz aralarında olan daxili müharibələri bu aylarda müvəqqəti olaraq dayandırırdı. Təbəri Bəqərə surəsi 217-ci ayənin təfsirində qeyd edir: “Cahiliyyə dövründə bu 4 aya hörmət edilirdi. Birisi, öz atasının qatilini görsə belə ona toxunmazdı və bu aylarda müharibə olmazdı” . Həmdəki bu ayə cahiliyyə ərəbləri arasındada həcc ayı olduğu üçün müharibədən çəkinməyə üstünlük verirdilər. Ənfal surəsi 35-ci ayə Cahiliyyə ərəblərinində Kəbəni ziyarət edib ibadət etdiklərini bildirir. “Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir” Ərəblər arasında Hz İbrahimdən qalan bu faydalı ənəni İslamda sonrada təsdiq etmişdi. Beləki bu 4 ayda döyüşçülərin düşünmə fürsəti taparaq döyüşü sonlandırması, barış və hüzura dəvət etmək, həcc ibadətini yerinə yetirmə imkanı və ticarətə işarə etmək imkanı yaranırdı. Zaman zaman bu ənənə pozulsa belə hər kəs bu qaydaya əməl etməyə çalışırdı. Ona görə ayədə müharibənin “haram aylardan” sonra olacağını bildirirdi. Əlbəttə qarşı tərəf bu qaydaya riaəyət etməyib tez hücuma keçsə, cavabda veriləcəkdi. Lakin hər iki tərəf bu qaydaya riayət etdiyi təqdirdə müharibənin haram ay daxilində olma ehtimalı yoxdu. Qısaca: Haram aylarda döyüşməmək bir növ “beynəlxalq qayda” idi. Və bu qaydanı qəbul edən həm müsəlmanlar həmdə müşriklər qaydaya riaəyət etməli idilər. Nəticə: Tövbə surəsi 5-inci ayə həm qurani cəhətdən, həmdə ki, tarix nöqteyi nəzərdən sülh müqaviləsini pozaraq, müsəlmanlara müharibə elan edən Məkkəli müşrikləri nəzərdə tutur. 2) İDDIA EDILƏN AYƏ 2: TÖVBƏ SURƏSI 29-CU AYƏ Məlum ayə: “(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Peyğəmbərinin haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun. “ a) Quran nöqteyi nəzərən Quran nöqteyi nəzərdən qeyri müsəlmanlarla müharibə üçün qarşı tərəfin savaş elan etmələri şərt qoyulur. “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz.“ Bəqərə 190 "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!" Mumtəhinə 8 "Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!" Mumtəhinə 9 "Dində məcburiyyət (zorakılıq) yoxdur". Bəqərə 256 "(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. " İsra 107 Və s. Əhli kitabla (yəhudi, xristian) savaş qaydalarını nizamlayan Tövbə surəsi 29-cu ayənin, surənin başlarında (tövbə1-6) keçən müşriklərlə savaş məntiqinin əhli kitab səviyyəsində bir əksi olduğu görünür. Çünki surənin başlarında və bağlı olan digər ayələrdə göstərildiyi kimi quranın savaş məntiqi müdafiə xarakterlidi. b) Tarixi nöqteyi nəzərdən Bütün təfsircilər bu ayənin “Təbük” savaşı üzərinə gəldiyini iddia edir. Məsələn məşhur təfsirçi Təbəri (9-10-cu əsrlər) bu barədə belə qeyd edir: “Müfəssirlər, bu ayənin, Rəsulullahın, Bizanslarla savaşmasını əmretmek üzərinə endiyini və bu ayənin enməsindən sonra Rəsulullah, Bizanslılara qarşı Təbük savaşını etdiyini söyləmişlərdir” İndi isə Təbük savaşının səbəblərinə baxaq. 10-cu əsrdə yaşamış təfsirci Əbu l Leys Əl Səmərqəndi məlum ayənin təfsirini edərkən Təbük savaşı barədə aşağıdakıları qeyd edir: “Bu ayənin nüzul səbəbi budur: Peyğəmbərimiz (s.a.s) iman edənlərə Təbük hərbinə çıxmalarını demişdi. Təbük, Mədinə ilə Şam arasında bir yerin adıdır. Bizanslılar Ərəb yarımadasını işğal etməyi düşünürdülər. Və bu işi Suriyada yaşyan Qassanilərə buraxmışdılar. Hicrətin 9-uncu ilində Qassanilər Bizans Kralı Herakliusa Peyğəmbərin öldüyünü, Hicazda böyük bir qıtlıq başladığını və xalqın üsyan etdiyini bildirərək yardım istəmişdilər. Heraklius onlara 40 min nəfərlik bir ordu göndərmişdi. O gün üçün bu çox böyük bir ordudur. Peyğəmbərimiz vəziyyətdən xəbərdar olur, Bizanslıların belə bir hazırlıq içində olduğunu öyrənir, dərhal ümumi səfərbərlik elan edir” Təbük savaşının səbəbi üçün bu yazınıda oxuya bilərsiz: http://www.enfal.de/itarih27.htm Ayənin nüzul səbəbindən müəyyən olur ki, ayə müsəlman dövlətinə hücum edən Bizanslılara qarşı vuruşma əmrini nəzərdə tutur. Nəticə: Tövbə surəsi 29-cu ayə həm Quranın bütünlüyü çərçivəsində həmdə qədim təfsirlərdə bizə gələn məlumatlar əsasında yəni tarix nöqteyi nəzərdən dinc qeyri müsəlmanların öldürülməsini deyil, əksinə müsəlman torpaqlarına hücum edən xristian qoşunlarına qarşı müdafiəni buyurur. 3) İDDİA EDİLƏN AYƏ 3: TÖVBƏ SUƏSİ 73-CÜ AYƏ Məlum Ayə: “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran!” Cavab: Bu ayədə əvvəl izah etdiyimiz tövbə surəsi 29-cu ayə ilə bağlıdı. Ayə müsəlman torpaqlarına hücum xristian qoşunları və daxili düşmən münafiqlər barədədi. Tarixi Mənbələrdə də bu ayənin Təbük müharibəsi zamanı baş verən hadisələr zamanı endiyi bildirən rəvayətlar var. Məsələ İbn Kəsir öz təfsirində Süddidən belə nəql edir: “Rəvayətə görə Allah Rəsulu Təbük müharibəsində ikən yürüyüş sırasında gecələrdən birində münafiqlərdən bir qrup Hz Peyğəmbərə suiqəsd etməyə niyyət etmişlərdi. 10-dan artıq idilər. Dəhhaq, bu ayənin onlar haqqında nazil olduğunu deyir. Bu, Hafiz Əbu Bəkr Əl-Beyhəqi-nin "Dəlailün-Nübuvvə" adlı kitabında rəvayət elədiyi hədisdə açıqca görülür.” 4) İDDİA EDİLƏN AYƏ 3: NİSA SURƏSİ 74-CÜ AYƏ Məlum Ayə: “Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.” Cavab: Bu şübhə də digərləri kimi, çox bəsit şübhədi. Sonrakı ayəyə yəni Nisa surəsi 75-ci ayəyə diqqət etməmiz məsələni izah edir. Nisa surəsi 75-ci ayə: “(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” NƏTİCƏ: Ayədən məlum olur ki, Allah müsəlmanları zülm görən müsəlmanları xilas etmək üçün vuruşmağı buyurur. Burdada “dinc qeyri-müsəlmanları öldür” deyə bir şey yoxdu. Zalıma qarşı vuruşub, yardım istəyən dinc insanları qurtarma var. 5) İDDİA EDİLƏN AYƏ 4: NİSA SURƏSİ 91-Cİ AYƏ Məlum Ayə: “Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.” Cavab: Bu ayədə də “dinc qeyri-müsəlmanların öldürülməsi deyə bir şey yoxdu. Ayə onlarla savaşmağı yalnız “Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr” şərtinə bağlayıb. Fəxrəddin Razi (12-ci əsr) öz təfsirinə məlum ayənin təfsiri barədə belə qeyd edir: ""Alimlərin çoxu," Bu ifadə, onlar bizimlə savaşmaz, sülh bağlamaq istəsələr və bizə əziyyət etməkdən əllərini çəkərlərsə, bizim onlarla nə savaşmamızın, nə də onları öldürməmizin icazəli olmayacağına dəlalət edər" demişlər. Bu ayənin bənzəri də, "Allah sizi, sizinlə din mövzusuna savaşmamış olanlara yaxşılıq etməyi qadağan etməz" ( Mumtəhinə 8), "Sizinlə savaşanlarla, Allah yolunda sizdə savaşın" (Bəqərə 190) ayələridir Beləcə savaş əmri, bizimlə savaşmayanlara deyil, savaşanlara aid edilmiş olur."" NƏTİCƏ: AYƏ MÜDAFİƏ ƏMRİNİ NƏZƏRDƏ TUTUR. 6) İDDİA EDİLƏN AYƏ 6: MUHAMMƏD SURƏSİ 4-CÜ AYƏ Məlum Ayə: “İnkar edənlərlə qarşılaşdığınızda boyunlarını vurun. Sonunda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında azad edin. Müharibə vəziyyəti ortadan qalxıncaya qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdinnən qurtarardı; ancaq O sizi beləcə birbiriniclə sınamaqdadır. Allah yolunda öldürülünlərə gəlincə, onların etdikləri boşa çıxmayacaqdır.” Cavab: Ayədə “dinc qeyri müsəlmanları öldür” deyə bir ifadə yoxdu. Ayə davamında “Müharibə vəziyyəti ortadan qalxıncaya qədər” deyə bir şərt qoyur. Yəni bu ayə müharibə zamanı düşmən gücə qarşı savaşmaqdan bəhs edir. Etiraz: “”Deyək ki, müharibə zamanını nəzərdə tutur. Lakin ayədə “boyunlarını vurun” deyir. Bəs bu necə? “ Etiraza Cavab: Burada qəribə bir şey yoxdu. Ayənin mahiyyətini anlamamaqda irəli gələn bir yanlışlıqdı. Quranın endiyi vaxtlarda müharibələr qılıncla edildiyi üçün savaş zamanı düşmən gücü məhv etməyin yeganə yolu qılıncdan istifadə etmək lazımdır. Yəni ayədə “boyunları vurun” ifadəsi müharibələrdə qılıncın düşmən gücünü məhv eləmək üçün tətbiq edilməsindən dolayı yaranan bir haldı. Ayənin mahiyyəti isə savaş zamanı düşmən gücü məhv eləməkdi. Bu keçmişdə qılıncla idisə, indiki dövrdə odlu silahla, gələcəkdə isə ola bilsin hər hansı lazer silahla (misal üçün) olsun . Forma zamana uyğun dəyişilə bilər lakin mahiyyət eyni olaraq qalır. 7) İDDİA EDİLƏN AYƏ 7: BƏQƏRƏ SURƏSİ 191-Cİ AYƏ Məlum Ayə: “Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!” Cavab: Ayənin öncəsinə və sonrasına baxaraq, ayənin müdafiə müharibəsini nəzərdə tutduğunu görmək olar. Bəqərə surəsi 191-ci ayədən: --1 ayə əvvəlki 190-cu ayə: “SIZINLƏ VURUŞANLARLA SIZ DƏ ALLAH YOLUNDA VURUŞUN, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” --1 ayə sonrakı 192-ci ayə:” Əgər onlar vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!” İddia edilən 191-ci ayədə “öldürün” kəliməsindən sonrakı cümlələr: --Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! --Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. NƏTİCƏ: AYƏ MÜDAFİƏ MÜHARİBƏSİNİ NƏZƏRDƏ TUTUR. Qeyd: Ayələrin tarix nöqteyi nəzərdən təhlilini, Quranın quranla təfsirini “fırlamaq olaraq” qəbul edən İslamafoblar üçündü. Əslində tarixi nöqteyi nəzərdən təhlilə ehtiyac yoxdu. İddia edilən ayələrə Ayənin öncəsi əvvəli, surə bütünlüyü, quran bütünlüyü nöqteyi nəzərdən yanaşdıqda, ayənin İslamafobların dediyi mənada olmadığı aydın olur. ____________________________________________________ İstifadə olunan mənbələr: -Ebu Cafer Muhammed b. Cerir et-Taberi, Taberi Tefsiri, Hisar Yayınevi -Fahruddin Er-Râzi, Tefsir-i Kebir Mefâtihu’l-Gayb, Akçağ Yayınları -Ebu’l-Leys Semerkandi, Tefsiru’l Kur’an, Sezgin Naşriyat ve Ciltevi -İmam Kurtubi, el-Camiu li-Ahkâmi’l-Kur’an, Buruc Yayınları - İbn Hazm, Cevâmiu’s-Sire, Çıra Yayınları -İbn Kesir Tefsiri Çeviren : PROF.DR.BEKİR KARLIĞA - PROF.DR. BEDRİDDİN ÇETİNER, Çağrı Yayınları -İmam Zehebi, Tarihu’l-İslam, Cantaş Yayınları
  3. Təsadüf varmı?

    “Mən filankəsi təsadüfən gördüm, onunla təsadüfən rastlaşdım”, “təsadüfən əlimdən düşdü”, “dünya təsadüflərlə doludur” kimi cümlələr sanki nitqimizin və söhbətlərimizin ayrılmaz hissəsinə çevrilib. Fərqinə varmadan bu ifadədən yerli-yersiz istifadə edirik. Ancaq onun həqiqi mənasını bir çox hallarda anlamırıq. Təsadüf nədir? Bir hadisənin təsadüfən baş verməsi yaxud təsadüfi proseslər dedikdə əslində nə nəzərdə tutulur? Təsadüf – hadisələrin məqsədsiz və səbəbsiz şəkildə cərəyan etdiyini təsvir etmək üçün işlədilən anlayışdır. Əgər ortada hər hansı bir səbəb və məqsəd varsa, onda təsadüfə yer yoxdur.“Təsadüf” sözünün mənası “özü-özünə meydana gələn, hansısa bir səbəbdən asılı olmayan” deməkdir. Yəni təsadüfi adlandırdığımız bir olay guya hansısa səbəbdən baş vermir, özü-özünün səbəbi kimi meydana çıxır. Beləliklə, təsadüf dedikdə bir şeyin səbəbsiz meydana gəlməsini başa düşürük. Bəs səbəb nədir? Aristotelə görə səbəb dörtdür: 1) Maddi səbəb; 2) Formalaşdıran səbəb; 3)Aktiv səbəb; 4) Məqsəd (bir şeyin qarşısına sırf bir məqsəd qoyaraq hərəkəti).Qeyd olunan ilk 3 səbəbsiz bir şey və ya hadisə meydana gələ bilməz. Bunu heç bir materialist belə qəbul etmir. Elmdə bu müzakirə absurddur. Təsadüfün digər mənası da hadisənin məqsədsiz yaranmasıdır. Bu mənada kainatda təsadüf varmı? Təsadüf mütləqdir yoxsa nisbi? Filosof Mürtəza Mütəhhəri bu məsələyə belə şərh verir: “Hər bir səbəb hətta şüursuz olsa belə, bir hədəfə doğru hərəkət edir. Əgər hər biri bir hədəfə doğru hərəkət edən iki səbəblər silsiləsi olsa, mümkündür ki, onlar müəyyən bir nöqtədə bir-biri ilə kəsişsin və bu zaman bir hadisə baş versin. Bu hadisəyə təsadüf deyirik. Məsələn, bir nəfər harasa getmək üçün yolu keçmək istəyir və bu zaman bir avtomobil də harasa getmək üçün hərəkət edir; Bir birlərinə diqqət etmirlər, təsadüfən müəyyən anda, yolun müəyyən nöqtəsinə çatırlar və qəza baş verir. Kainatda da bu cür təsadüf mövcuddur. Bu mənada təsadüfün baş verməsi şüphəsizdir. Geniş və əhatəli baxışa görə isə aləmdə təsadüf yoxdur. Avtomobil qəzasını təsadüf hesab edirik. Qəza sürücünün və yolu keçənin hədəfi baxımından təsadüfdür. Yəni heç birinin hədəfində bu qəza yox idi, amma aləmin ümumi nizamı baxımından bunlar təsadüf deyil. Əgər insan daha dəqiq düşünsə, görər ki, aləmin ümumi nizamı nəzərindən bu qəza da hədəfin və planın bir hissəsini təşkil edir. Bu hadisəni “Təsadüf” bilmək bizim məlumatsızlığımızdan irəli gəlir. Bir şeyi bilmədikdə deyirik ki, təsadüfdür. Belə bir misal çəkək: A adlı bir insan su üçün quyu qazır və buradan xəzinə tapır. Bu halda onun “Mən su üçün quyu qazırdım, təsadüfən xəzinə tapdım” deməsi düzgündür. Ancaq başqa birisi məsələn B adlı başqa bir insan orda həmin yerdə qızıl olduğunu bilir. Və bilir ki, kimsə oranı qazsa xəzinəni tapar. Bu halda B nin nöqteyi-nəzərindən baxdıqda bu hadisənin baş verməsi təsadüf deyil. Ancaq A adlı insanın nöqteyi-nəzərindən bu təsadüfdür” Filosofun yuxarıda çəkdiyi avtomobil qəzası məsələsinə də diqqət etsək, bu qəza sürücü və piyadanın nöqteyi-nəzərindən təsadüfdür. Ancaq hər şeyi bilən Allah üçün təsadüf deyildir. Çünki o bilir ki, piyada məhz bu vaxt, burdan, bu sürətlə keçsə, digər avtomobil onu vuracaq. Deməli biz ümumi mənada qəbul etməliyik ki, təsadüf mütləq yox, nisbidir. Biz hadisələrə bizim elmimiz və məlumatsızlığımız üzündən təsadüf deyirik. Bu tarixdən də məlumdur. 4-5 əsr bundan əvvəl Aristotelin materialist nəzəriyyəsinin təsiri altında olan Avropada elmdə “təsadüf” ifadəsi hadisənin daha böyük hissəsini əhatə edirdi. Buna misal o dövrdə abiyogenez üçün “sübutları” göstərə bilərik. Bu gün elmdə təsadüf ifadəsi hadisənin çox kiçik hissəsini əhatə etdiyi halda, 4-5 əsr əvvəl abiyogenezə sübut üçün Nil çayı daşan zaman və ya taxıl anbarında “birdən-birə” meydana gələn siçovulu sübut göstərirdilər. “Taxıldan, çirkabdan təsadüfən siçovul meydana gəldi.” Buna səbəb elm hadisəni öyrənərkən o hadisəni tamamilə araşdıra bilməməsinə görədir. Kainatın inkişafını öyrənərkən yaranan boşuqlara “təsadüf” ifadəsindən istifadə olunur. Sadəcə son 4-5 əsri araşdırsaz təsadüf ifadəsinin nə qədər kiçildiyini görəcəksiniz. Son nəticə olaraq bizə məlum olur ki, təsadüf kainatda mütləq yox nisbidir. Kainatda nəhəng bir sistemin fəaliyyətdə olduğunu bilirik. Onu da bilirik ki, bu sistemdə kiçik bir dəyişiklik bütövlükdə sistemin dağılmasına səbəb ola bilər. Ayı Yerin ətrafında, Yeri Günəş sistemində saxlayan da, planetlər arasındakı tarazlığı qoruyan da məhz bu sistemdir. Bu sistem sayəsində biz nə soyuqdan donuruq, nə də istidən bişirik. Qısacası, kainatdakı hadisələrin hamısı müəyyən bir nizam-intizam əsasında baş verir. Yəni burada təsadüflərə qətiyyən yer yoxdur. “Mən onunla təsadüfən rastlaşdım” cümləsinə baxaq. Məsələn, fərz edək ki, sən çörək almaq üçün mağazaya gedirsən. Orada uzun müddət görmədiyin bir tanışınla rastlaşırsan. Söhbət zamanı məlum olur ki, o, xəstəxanaya gedirmiş və xəstəxana da sənin gedəcəyin mağazanın yaxınlığında yerləşir. İndi məsələni bir qədər də incələyək. Sənin çörək almağın zərurətdir. Əgər almasan, ac qalacaqsan. Tanışının da xəstəxanaya getməsi zərurətdir. Getməsə, ağrıları artacaq. Yəni ortada zərurətlər var və bu zərurətlər səbəblərin meydana çıxması üçün zəmin hazırlayır. Zərurətlərdən isə təsadüflər doğa bilməz. Belə bir fikir də səsləndirilə bilər ki, niyə məhz o xəstəxana və ya mağaza seçilib? Təbii ki, sənin o mağazanı, tanışının isə o xəstəxananı seçməyini zəruri edən səbəblər var. Ola bilər ki, mağaza sənin evinin yaxınlığındadır və ya o mağaza daha ucuzdur. Həmin xəstəxanada isə təcrübəli həkim və ya xidmətlərin qiyməti sərfəli ola bilər. Bunlar hamısı əslində seçimləri zəruri edən səbəblərdir. Buna bənzər nümunələri artırmaq da mümkündür. Ola bilər ki, hansısa olayı zəruri edən səbəb(lər)i ilk baxışdan görməyək və ya anlamayaq. Ancaq bu, o demək deyil ki, həmin səbəblər yoxdur. Bizim bilmədiyimiz və ya görmədiyimiz o qədər səbəblər var ki! Kainatda təsadüflərə yer yoxdur. Hər şey (bizim bildiyimiz və ya bilmədiyimiz, gördüyümüz və ya görmədiyimiz, duyduğumuz və ya duymadığımız) plan daxilində baş verir. İslamda belə bir gerçək var: Allahın (c.c.) icazəsi olmadan bir yarpaq belə budağından qopmaz. Bu gerçəyi anlamayanlar küləyin “təsadüfən” əsdiyini, o yarpağın da “təsadüfən” düşdüyünü zənn edirlər. Halbuki kainat yaradılmazdan əvvəl hansı yarpağın hansı budaqda cücərəcəyi, nə zaman yerə düşəcəyi bəlli idi. Bu dərəcədə planlaşdırılmış bir olaya təsadüf adını vermək nə qədər də ədalətsizlikdir? Baxmaq fərqlidir, görmək fərqli. Görə bilməyənlər hadisələri “təsadüflərə” bağlayırlar. Olayın dərinliyinə baxmaq şərtdir. Zahiri əlamətlərə görə qiymət vermək insanları bir çox hallarda aldadır və yanlış nəticələrin çıxmasına səbəb olur. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır. Bəzən “təsadüf” sözünü ona görə işlədirik ki, hadisələrin əsl mahiyyətini əks etdirən kəlməni bilmirik. “Təvafüq” kəlməsi əslində belə məqamlarda tam yerinə düşür. Bu, “nizamlanmış şəkildə bir-birinə rast gəlmək” mənasına gəlir. Qısacası, həyatda təsadüflər yox, təvafüqlər var. Bütün hadisələrin səbəbi yaxud səbəbləri vardır. Məsələn, istifadə etdiyimiz adi bir qələmdən tutumuş ən yüksək texnologiyaya sahib əşyalara, fotoaparatlara, telefonlara, avtomobillərə, təyyarələrə və s. qədər hamısının bir səbəbi, bir məqsədi vardır. İnsanlar düzəltdikləri bütün bu əşyaları hansısa bir səbəbə və məqsədə bağlı olaraq edərlər, yoxsa ki, kor-koranə, öz-özünə və təsadüfi olaraq etməzlər. Məsələn, fotoaparatı təşkil edən hissələr yaxud onları təşkil edən şüursuz və cansız molekullar milyard illər ərzində heç vaxt öz-özünə, kortəbii şəkildə birləşib, məqsədli şəkildə qərar verib, plan cızıb, dizayn edib hətta adi bir aşağı texnologiyalı fotoaparatı belə istehsal edə bilməzlər. Buna inanan adamın ancaq və ancaq əqli problemi ola bilər. Əgər həmin cansız və şüursuz molekullar adi bir cansız fotoaparatı düzəltmə qüdrətinə sahib deyllərsə, bəs onda canlı və şüurlu varlıq olan insanı yaxud onun yüksək texnologiyalı gözünü necə istehsal etməyi bacardıalr? Əslində əksəriyyət ateistlər də bu həqiqəti çox gözəl bilirlər, amma təkəbbürləri üzündən bunu etiraf etmək istəmirlər. Ona görə də “uydurma təsadüf nəzəriyyələrini” elm adı altında insanlara sırımağa çalışırlar. Təsadüf nədir? Təsadüf – ateistik təkamül fərziyyəsini izah etməyə çalışarkən ateistlərin sığındığı son pənah yeridir. Təsadüf – ateistlərin elm adı altında manipulyasiya etdikləri “elmi faktdır.” Təsadüf deyə bir şey əslinde yoxdur. Çünki təsadüfü qəbul etmək eyni zamanda bütün səbəbləri inkar etməkdir. Təsadüfü qəbul etmək hadisə və proseslərin səbəbsiz, məqsədsiz və kor-təbii olaraq baş verdiyinə inanmaqdır. Eynilə ateistlərin cansız maddələrin təsadüfən, öz-özünə canlanması fərziyyəsinə (abiogenez) inandıqları kimi. Yaxud bütün kainatın Yaradan olmadan təsadüfən, məqsədsiz şəkildə, kor-təbii olaraq bir nöqtənin partlamasından (Big bang) əmələ gəldiyinə inanmaqdır. Lakin bildiyimiz kimi kainatda baş veren bütün hadisələr müəyyən səbəb-nəticə əlaqələrinə sahibdirlər. Bizə bəzən təsadüf kimi görünən hadisə və proseslər adətən silsile səbəblər zəncirinə malik olurlar. Sebebler zencirinin sonundan evveline doğru hereket etsek, zencirin ilk halqasında ən başlanğıc (ilkin) sebeble qarşılaşacağıq. Demek ki, bütün sebeblerin kəsişdiyi ilkin sebeb tesadüf anlayışını tamamən aradan qaldıracaq. Məsələn, bəzi ateistlər təsadüf anlayışını müdafie etmek üçün deyirler ki, “senin Azərbaycanda anadan olmağın bir tesadüfdür”. Tipik dar ölçülü ateist zehniyyeti. Halbuki, bunu deyen şexs düşünmür ki, bir insanın Azerbaycanda doğulmağı tesadüfe yox, səbəblər zəncirinə (ana-atasının milli mənsubiyyəti, daha uzağa getsək ulu babasının Azərbaycanda məskunlaşma məqsəd və səbəbləri və s.) bağlıdır. Təsadüfən nəyinsə sadədən mürəkkəbə doğru yarana yaxud təkamül edə biləcəyinin mümkün olmamasını ən sadə və hər kəs üçün başa düşülən bir misalla izah etməyə çalışaq. Hamının bildiyi adi bir çörəyi bişirmək üçün bəzi təbii inqrediyentlər tələb olunur: buğda, su, yağ, yumurta, istilik. Bu maddələrin hamısı təbiətdə mövcuddur. Lakin çöreyin meydana çıxması üçün tekce bunların mövcudluğu bes elemir.Çünki arada bir çox prosesler ardıcıl şekilde ve merhele-merhele deqiq icra olunmalıdır. Buğda yığılmalı, qurudulmalı, temizlenmeli, üyüdülmeli, elenmeli, un halında geldikden sonra müeyyen nisbetde suyla qarışdırılmalı, …… ve s. prosesler merhelelerle deqiq şekilde heyata keçirilmelidir. Çöreyin bişirilmesi üçün teleb olunan bütün lazımi maddeleri yan-yana düzüb getsek ve milyon iller sonra qayıtsaq, hemin yerde hazır bişmiş çörek tapa bilerikmi? Elbette ki, yox. Sual olunur ki, hetta cansız madde ve besit quruluşa sahib olan çörek bele milyon iller erzinde merhelelerle sadeden mürekkebe doğru tesadüfen tekamül keçirib öz-özüne yarana bilmirse, bes onda qat-qat daha mürekkeb ve kompleks quruluşa malik olan bir hüceyre yaxud diger canlı varlıqlarda bu tekamül kor-tebii formada nece baş vere bilerdi? Bir şeyin barəsində heç bir təsəvvür olmadan, əvvəlcədən planlaşdırılmadan, gözlənilmədən və heç bir kənar təsir olmadan meydana çıxmasına təsadüfən əmələ gəlmə deyilir. Bu tərifdən anladığımız kimi, varlığın təsadüf nəticəsində meydana çıx- masını qəbul etmək, bəri başdan qanun-qaydanın, plan-proqramın, nizam- intizamın varlığını rədd etmək deməkdir. Çünki bu iki məfhum bir-birinə tam ziddir; əgər qanun və qanunauyğunluq vardırsa, təsadüf yoxdur, yox, əgər təsadüf vardırsa, o zaman da qanun, nizam-intizam, plan-proqram yoxdur. Halbuki, hər birimiz kainatda riyazi, kimyəvi, fiziki, bioloji və bir sıra başqa qanunların var olduğunu nəinki bilirik, hətta onları orta məktəbdən başlayaraq sistemli şəkildə öyrənirik. Bu qanunları kəşf edənlərin adlarını bilirik, bu qanunlara adlar veririk və s. İndi ki, qanun, qayda, nizam, intizam vardır, demək təsadüf yoxdur. Təsadüflər bəzən real, doğru görünərək adamı aldada bilər. Məsələn, birisi lövhədə yazılmış “Ana” sözünü göstərib iddia edər ki, onu heç kəs yazmayıb, hərflər təsadüfən ard-arda düzülmış və bu sözü əmələ gətirmişlər. Bəlkə bu sözü deyənə inanan tapılar, lakin bu dəfə həmin adam “Anam gəldi” cümləsini göstərib yenə də “Bu cümlə təsadüfən, hərflərin ard-arda düzülməsi nəticəsində əmələ gəlmişdir”,-desə, ya o adamı dəli zənn edər, ya da sizi ələ saldığını düşünərək əsəbiləşərsiniz. Bir də qarşımızdakı bu kitabı, yaxud hər hansı başqa hekayə, roman, şer kitabını təsəvvür edin. Kim hərflərin, sözlərin təsadüf nəticəsində birləşməsi ilə kitabın meydana gəldiyini ağlına gətirər? Çünki hekayənin, povestin, romanın, poemanın, kitabın öz-özünə əmələ gəlməsi üçün gərək ya onu təşkil edən hərflərin şüuru, ağlı, üstəlik də güclü iste’dad və qabiliyyəti olsun ki, onlar bir-birləri ilə sözləşib, razılığa gəlib bir mə’na ifadə edəcək şəkildə birləşsinlər, süjet qursunlar. Yaxud da kağız özü ağıllı və iste’dadlı olmalıdır ki, hərfləri bu cür, mə’na ifadə edəcək şəklində öz izərində düzsün, sonra da onları bitmiş bir fikir ifadə edən cümlələr şəklinə sal- sın, daha sonra isə onları bir süjet xətti üzrə sıralasın. İndi düşünün! Əgər bir söz belə təsadüfən, öz-özünə yazıla bilmirsə, o zaman hər zərrəsi pozulmaz, minlərlə ayrı-ayrı qanunlardan, nizam və intizamdan xəbər verən bu kainatın, ondakı milyonlarla canlı-cansız varlıqların təsadüfən əmələ gəlməsindən danışmaq nə qədər məntiqli olar? Bəlkə inadcıl oxucu, yaxud ağlı gözlərinə enmiş maddəçi yuxarıdakı məntiqlə razılaşmadı. Elə isə, nəzərlərimizi bizi əhatə edən aləmə çevirək və məktəbdə öyrəndiyimiz, həyatda rast gəldiyimiz ən sadə həqiqətlərə baxaq. VARLIĞI TƏŞKİL EDƏN “KƏRPİCLƏR”. Kainatda – yerdə və göydə nə vardırsa, hamısı molekullar, atomlar adlanan çox kiçik zərrəciklərdən əmələ gəlmişlər. Əgər siz Mendeleyevin Elementlərin dövri cədvəlinə baxsanız, orada kainatda mövcud olan bütün elementlərin sırasını görəcəksiniz. Kainatda oksigen, hidrogen, azot, karbon, fosfor, kalsium, dəmir, civə və s. kimi bizə tanış olan kimyəvi elementlər mövcuddur və onların hər birinin özünəməxsus quruluşu vardır. Qarşınızdakı kitabda sözlər, cümlələr, mətnlər cəmi 32 hərfin bir-birlərinə müxtəlif şəkildə birləşməsindən əmələ gəldikləri kimi, kainatda mövcud olan hər şey bu elementlərin, onları təşkil edən molekulların bir-birlərinə müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişlər. Onlara elmi ədəbiyyatda varlığı əmələ gətirən kərpiclər də deyirlər. Məsələn, bizim ən yaxından tanıdığımız və hər gün işlətdiyimiz su və xörək duzunu götürək. Su iki hdrogen və bir oksigen atomlarının birləşməsindən əmələ gəlmişdir. Kimyaçılar onun quruluşunu (H2O) şəklində göstərirlər. Xörək duzu isə 1 natrium və 1 xlor atomlarının (ionlarının) birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi formulu (NaCl) şəklində ifadə edilir. “KƏRPİCLƏRİN” YERİNİ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ? Bilirik ki, maddələri təşkil edən molekulların tərkibi o qədər sərt və ciddi quruluşa malikdir ki, onların tərkibinə azacıq müdaxilə edilərsə, həmin maddə dönüb başqa şeyə çevrilər. Məsələn, suyun quruluşuna azacıq müdaxilə edib daha bir Oksigen atomu da əlavə edilsə, o, şəfalı su olmaqdan çıxıb zəhərə – Hidrogen Peroksidə (H2O2) çevrilər. Bu maddə qadınlara yaxşı tanışdır, onlar saçlarıni boyamaq üçün “Pereks” dedikləri bu maddədən istifadə edirlər. Amma indiyədək heç belə bir təsadüfə rast gəlinməyib ki, şəfalı su təsadüfən dönüb “Pereks” – hidrogen peroksid olsun və insanı zəhərləsin. İNSANI TƏŞKİL EDƏN “KƏRPİCLƏR” – HÜCEYRƏLƏR. Bir də canlı aləmə baxaq. Ondakı ən mükəmməl varlıq insandır. Bütün canlılar kimi insan da ən kiçicik canlı hissəciklərin–hüceyrələrin birləşməsindən ibarətdir. Bizim əllərimiz, ayaqlarımız, dərimiz, gözlərimiz, qulaqlarımız, beynimiz, ürəyimiz, bağırsaqlarımız, ciyərlərimiz, qan damarlarımız, sümüklərimiz gözlə görünməyən canlı kərpiclərdən“ – hüceyrələrin birləşmələrindən ibarətdir. Protein birləşməsindən ibarət bu hüceyrələr də kainatdakı materiallardan -oksigendən, karbondan, azotdan, fosfordan, kalsiumdan, dəmirdən və s. ibarətdir. İnsan orqanizmində orta hesabla 60 trilyon hüceyrə, hər hüceyrədə isə 1 milyona yaxın protein vardır.Hər proteində orta hesabla 8 min amin turşusu birləşməsi vardır.Hər belə amin turşusu birləşməsinin də 5 elementdən ibarət olduğunu nəzərə alsaq, bir protein 40 min müxtəlif atomların birləşməsindən ibarətdir.Buatomlar o qədər kiçik zərrəciklərdən ibarətdir ki, onlardan 10 milyonunu bir-birinin yanına düzsən, uzunluqları 1 mm belə olmaz. Belə mürəkkəb bir quruluşa malik canlı varlığın təsadüfən, yaxud öz-özünə meydana çıxmasını ehtimal etmək olarmı? Bu sualın cavabını riyaziyyatçılar verirlər. ELM TƏSADÜFÜ RƏDD EDİR Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür? Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Onlar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperimentə müraciət etmiş və bu nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-dək (1,2,3,4,5,6,7,8,9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi ehtimalını hesablamışlar. Bilirsiniz, ortaya necə bir hesab çıxmışdır? Mə’lum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi e’timalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini -11 və 12-ni də əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı daha 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq, həmin ehtimal 1/100 milyard x 100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir. İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ardarda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin təsadüfən əmələ gəlməsindən danışmaq olarmı? Həmin qaydada hesablamalara görə bir protein molekulunun təsadüfən əmələ gələ bilməsi üçün 1/10^160 ehtimal lazımdır. Bu ehtimalın həyata keçməsi üçün isə 1 bölünsün 10 rəqəminin arxasına 160 sıfır qoyduqdan sonra alınan rəqəm qədər il lazımdır ki, tək bir proteinin yaranmasına ümid bəslənə bilsin. Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər. ATOMLARI HƏRƏKƏT ETDİRƏN QÜVVƏ NƏDİR? Müasir mikroskoplarla canlıların ən kiçik parçası və canlı orqanizminin bir zərrəsi olan hüceyrəni tədqiq edərkən heyrətamizliklərlə qarşılaşırıq. İlk nəzərimizə çarpan fərq insan vücudunu təşkil edən hüceyrələrlə heyvanların və bitkilərin hüceyrələrini təşkil edən maddənin quruluşu olacaqdır. Məsələn, insan bədənindəki bir hüceyrənin hemoglobilininin sayi 69 mindirsə, heyvan hüceyrəsindeki hemoqlobinin sayi 40.mindir. Bu say heç bir zaman dəyişməz. Bunların düzülüşü isə qarşı-qarşıya, zəncirvarı və bir-birinə uyğundur.Buzəncirin halqalarının hər hansı birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlı həyatdan məhrum olacaqdır. Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdarda və fərqli çeşiddədir. Birində dəmir, o birində fosfor, başqa birisində isə magnezium olmaqla yanaşı onların miqdarları da fərqlıdır. Bu dəyişməzlik, qanunauyğunluq və nizam bizə: “Zərrələri hərəkət etdirən, atomlara yol göstərən, bunları şəkilləndirib, nizama salaraq insanı, heyvanı, bitkini və bütün əşyanı özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı yaradıb yaşadan Allahdır,” deyir. Bu həqiqətlə rastlaşan Hegel və Buxner kimi Qərbin bəzi kimya alimləri inadlarından dönməyib bu dəfə “Protoplazma nəzəriyyəsi” adlanan bir fikir irəli sürdülər. Onlar bu qənaətə gəlmişdilər: “Madam, yer üzündəki atomlar insanı var etməyə, yaratmağa qadir deyildir, o zaman ilk canlı da başqa bir planetdə meydana gəlmiş, sonra kosmik fırtınalar nəticəsində həyat rüşeyimləri halındakı protoplazmalar dünyamıza enmiş və həyata mənşə olmuşlar. Sonra sitoplazma, sonra hüceyrə, daha sonra canlılar meydana gəlmişdir.” Bu fikirlə ilk tanış olan kimi ağla bu sual gəlir: elədirsə, onda o biri planet və ondakı həyat rüşeyimi haradan meydana gəlmişdir? AMERİKA ASTRONAVTININ QEYDLƏRİ Amerika astronavtı Con Qlin yazırdı: “Kosmik” Tədqiqatlar İnstitutunda işlədiyim vaxtlar idi. Bir gün əlimə balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri haqqında idi. Kitabda fəzanın möhtəşəmliyindən bəhs edən iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək lazım gəlirdi. Yəqin siz də yaxşı bilirsiniz ki, işıq saniyədə 300 min kilometr məsafə qət edir. Bu isə bir saniyədə yer ətrafını yeddi dəfə fırlanmaq deməkdir. Bu hesabla bir işıq zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon kilometrin milyon mislinə bərabərdir. Bizim yaşadığımız qalaktikanın diametri isə təqribən 30.000 işıq ilidir. Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha böyükdür – 200 milyon işıq ili. İndi Günəş sisteminin nə böyüklükdə olduğunu özünüz düşünün. Üstəlik, məsələ təkcə ulduz və planetlər arasındakı məsafə ilə bitmir və kainatda bizim qalaktikamızdan başqa milyonlarla başqa qalaktikalar da vardır. Digər tərəfdən, təkcə teleskopla gördüklərimizə baxıb kainatın ölçüsünü hesablamaq istəsək, ən azı 2 milyard işıq ili kimi bir rəqəmlə qarşılaşacağıq. İndi isə bizə məlum olan ən kiçik zərrəciklərdən birinin, yəni atomun quruluşuna nəzər salaq. Görürük ki, atomların da quruluşu Günəş sistemininki ilə eynidir. Kainatda hansı qanunlar işləyirsə, insanın var olmasında da eyni qanunlar işləyir. Bütün bunlar isə onu göstərir ki, insanı təşkil edən atomlar da Günəş sistemi kimi eyni Qüdrətin əsəridir. Digər tərəfdən, fəzada bu qədər cismin özbaşına, həm də heç bir səbəbsiz-filansız hərəkət etməsinə inanmaq qeyri mümkündür və mən buna inanmıram da… Çünki qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın böyüklüyü, istərsə də bu möhtəşəm nizam mənə Allahın varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir adamın bu Böyük Qüdrətin varlığını inkar edəcəyini heç cür ağlıma gətirə bilmirəm. İndi də yuxarıdakı sürətlərlə bizim peykimizin, yəni Merkurinin sürətini müəyyən edək. Merkuri planetinin öz orbitinə daxil olması üçün saatda min km. sürət lazımdır. Yerin sürəti ilə (160 min km/saat) bu, böyük sürətdir. Lakin bütün hallarda fəzadakı sürətlərlə, yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti ilə müqayisədə çox astadır.İndi özünüz düşünün, bütün bunlara təsadüf demək nə qədər doğrudur? Üstəlik, mən kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə gətirməkdən utanıram.” Mənbə:https://dinisuallar.wordpress.com
  4. Sosial şəbəkələrdə ateistlərin irəli sürdükləri saxta iddialardan biri guya müsəlmanların xeyriyyə fəaliyyəti ilə məşğul olmamalarıdır. Halbuki ICM araşdırma mərkəzi tərəfindən Britaniyada aparılmış sorğunun nəticələrinə əsasən müsəlmanlar digər insanlara nisbətən xeyriyyəçilik üçün daha çox pul verirlər. 4036 nəfər arasında aparılan sorğunun nəticələrinə görə 2012-ci ildə xeyriyyəçilik məqsədilə xərclənmiş adambaşına düşən orta illik məbləğ belədir: – Müsəlmanlar 567 $ – Yəhudilər 412 $ – Protestantlar 308 $ – Katoliklər 272 $ – Ateistlər 177 $ 2012-ci ildə Amerikanın Pew Research Center elmi-tədqiqat və araşdırmalar mərkəzinin 39 müxtəlif ölkədə 38 000 müsəlman arasında apardığı sorğunun nəticələrinə görə müsəlmanların 77 faizi xeyriyyəçiliklə məşğul olurlar. Dünyanın aparıcı onlayn xeyriyyə platformalarından biri olanJustGiving.com-danalınan məlumatlara əsasən müsəlmanlar zəkat vermək üçün onlayn vasitələrdən get-gedə daha çox istifadə edirlər və istifadəçi müsəlmanların sayı son iki ildə 70 faiz artmışdır.JustGiving.com-unbaş icraçı direktoru deyir ki, “bizim rəqəmlər göstərir ki, Britaniyadakı müsəlman cəmiyyətlər onlayn xeyriyyəçilikdə ön sırada olmaqla Zəkat bağışlamalarını artırırlar.” Təkcə ABŞ-da yerləşən bəzi müsəlman xeyriyyə təşkilatları: Al-Ehsan Charitable Relief Organization Care International Help the Needy Health Resource Center for Palestine, Inc Jerrahi Order of America Albanian Islamic Cultural Center – Kosova Relief HOPE International Relief and Development Agency Algerian Relief Foundation American Bosnia-Herzegovina Relief Fund Al-Nasr International Badr for Relief and Developement American Red Crescent, Inc. The Bosnia Relief Fund, USA Inc. Charitable Society for Social Welfare (CCSW) Chechen-Ingush Society of America (CISA) – Chechen Relief Consultative Committee of Indian Muslims (CCIM) Fund for Afghan Relief and Development (under ICNA) Bosnian-American Cultural Association Gulf Medical Relief Fund, Inc. HOPE International Relief and Development Agency IKRE Fund (NY Branch) International Relief Association (IRA) International Relief Organization Islamic African Relief Agency – USA (IARA-USA) Islamic-American Zakat Foundation Islamic Call Organization və s. və ilaxır. Bu ABŞ-dakı müsəlman xeyriyyə təşkilatlarinin tam siyahısi deyil. Siyahını uzatmaq da olar.Hələ başqa ölkələrdə fəaliyyət göstərən digər müsəlman xeyriyyə təşkilatlarını da siyahıya əlavə etmək olar. Nəhayət Qurani Kərimdə xeyriyyəçilik fəaliyyəti ilə bağlı Allah Təala (c.c) buyurur: – Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir! (Bəqərə, 254) – Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir! (Bəqərə, 267) – Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə surəsi, 177-ci ayə). Mənbələr: http://www.nbcnews.com/news/world/muslims-give-more-charity-others-uk-poll-says-v19611201 http://www.pewforum.org/2012/08/09/the-worlds-muslims-unity-and-diversity-2-religious-commitment/ ESAM (Ekonomik ve Sosyal Araşdırmalar Merkezi) http://www.esam.org.tr/icerik.aspx?icerik=AltKat37 http://www.freerepublic.com/focus/f-news/1321951/posts
  5. Xristian missionerlər Məkkənin dördüncü əsrdən öncə mövcud olmadığını iddia etməyi çox sevirlər. Lakin bizim bu azərbaycanlı Qaraqanın və onun tayfasının iddiasına görə isə Məkkə ümumiyyətlə daha sonrakı vaxtlarda da mövcud olmamışdır. Guya Məkkə və oradakı Kəbə daha sonrakı zamanda müsəlmanların uydurmasıdır. Bu iddianın nə qədər gülünc olduğu, nə qədər absurd olduğu hər bir tarixçiyə məlumdur. Bu barədə müsəlman tarixi qaynaqlarında, İslamdan öncəki cahiliyyə şerlərində kifayət qədər məlumat vardır. Lakin gəlin görək qeyri-müsəlman tarixi mənbələr bu barədə nə deyir? Bunun üçün mən müsəlman alimlərinin sözlərinə yox, elə qərbli tarixçi akademiklərin sözlərinə müraciət edəcəm. Diodorus Siculus yunan tarixçisi olub və miladdan öncə birinci əsrdə yaşayıb. Onun yazdığı tarix kitabı “Bibliotheca Historica” adı ilə tanınır. Diodorus qərbli akademiklər yanında Kəbəni öz kitabında zikr edən ilk tarixçi kimi tanınır. Andrew Crichton özünün “The History of Arabia, ancient and modern” kitabında deyir: “From the celebrity of the place, a vast concourse of pilgrims flocked to it from all quarters. Such was the commencement of the city and the superstitions fame of Mecca, the very name of which implies a place of great resort. Whatever credit may be due to these traditions, the antiquity of the Kaaba is unquestionable; for its origin ascends far beyond the beginning of the Christian era. A passage in Diodorus has an obvious reference to it, who speaks of a famous temple among the people he calls Bizomenians, revered as most sacred by all Arabians.” “Yerin şöhrətindən çox geniş həcilər toplusu hər tərəfdən bura toplaşardı. Şəhərin başlanğıcı və adının özünün həmin yerin böyük sığınacaq yeri olduğunu ifadə edən Məkkənin fövqəl-təbii şanının əvvəli belə olmuşdu. Bu adətlərin nəticəsi olaraq hansı etimadların olmasından asılı olmayaraq Kəbənin qədimliyi şübhə götürməyən məsələdir, çünki onun mənşəyi xristian tarixinin başlanğıcından çox öncəyə gedib çatır. Diodorus kitabından bir hissədə aşkar şəkildə ondan danışılır, belə ki, (Diodorus) bizomenyanlar adlandırdığı bir xalq arasında məşhur bir məbəd haqqında danışır və bu məbəd bütün ərəblər tərəfindən ən müqəddəs olaraq təzim olunur.” Digər bir tarixçi yunan-roma mənşəli Claudius Ptolemy olub, biz onu Ptolomey olaraq tanıyırıq. Ptolemey 90-cı ildə Misirin Ptolemey Hermi şəhərində anadan olmuş, 168-ci ildə İsgəndəriyyədə vəfat etmişdir. O, İslamdan əsrlər öncə Məkkənin adını kitabında qeyd edir, lakin onun adını “Makoraba” olaraq zikr edir. Cyril Glassé yazdığı “The New Encyclopedia of Islam” adlı kitabında deyir: “Mecca (Makkah al-Mukarramah, lit ‘Mecca the blessed’). For thousands of years Mecca has been a spiritual center. Ptolemy, the second century Greek geographer, mentioned Mecca, calling it ‘Makoraba’. Some have interpreted this to mean temple (from Maqribah in south Arabian) but it may also mean ‘Mecca of the Arabs’.” “Məkkə (Məkkə əl-Mukərramə, həqiqi mənada bərəkətli qılınmış Məkkə deməkdir). Məkkə minlərlə il ruhani mərkəz olub. Ptolomey, ikinci əsr yunan coğrafiya alimi Məkkəni zikr etmiş, onu “Makoraba” adlandırmışdır. Bəziləri bunu məbəd anlamına gələn cənubi ərəblərin dilindəki “Məqribə” sözü olaraq yozublar, lakin bu, həm də “Ərəblərin Məkkəsi” mənasını da verə bilər.” Bunu həmçinin rus akademiki, Leninqradın Yaxın Şərq universitetinin tarix professoru İlya Pavloviç Petruşovski də (1898-1977) “İranda İslam” adlı kitabında deyir. Mogens Herman Hansen şəhər dövlətləri mədəniyyəti haqqında yazdığı “A Comparative Study of Thirty City-state Cultures: An Investigation” adlı kitabında deyir: “Ptolemy in Geographies refers to Mecca as Macoraba.” “Ptolomey “Geographies” kitabında Məkkəyə “Macoraba” adı ilə müraciət edir.” Hətta İslam tənqidçisi kimi tanınmış xristian tarixçisi Charles Augustus Goodrich İslam haqqında yazdığı tənqidi kitabında Kəbənin tarixinin xristianlıqdan qədim olduğunu və Diodorus’un kitabında Kəbəni zikr etdiyini etiraf edir. Burada təqdim etdiyimiz qərb akademiklərin, tarix professorlarının yazdıqları elmi işlərdəndir, Qaraqan kimi reperin yazdığı kitabdan deyildir. Mənbə:https://dinisuallar.wordpress.com
  6. İslam dininin ərəblərə və dünyaya verdiyi töhfələr haqqında qısa məlumat İslamdan əvvəlki cahiliyyə dönəmində ərəblər iki qismə ayrılırdı: bədəvi (köçəri) və hadari (oturaq) ərəblər. Çöldə yaşayan qəbilələr arasında otlaqlar və su qaynaqları üzündən davamlı savaşlar olurdu. Qan davaları və cinayətlər əksik olmazdı. Nadir hallarda da olsa haram aylarda da savaş olurdu. Sosial həyatda qadına dəyər verilməzdi. Oğlan uşaqları ilə fəxr edirdilər. Kişilərə miras verildiyi halda qadınların miras hüququ yox idi. Bəzi qəbilələr qız uşaqlarını uğursuz qəbul edər və diri-diri basdırardılar. İslam dini gəldikdən sonra bu cür vəhşi adətlər qadağan olundu və ərəb cəmiyyəti hər tərəfli inkişaf edib çiçəkləndi. Ərəblərin Avropaya gətirdiyi rəqəmlərin ənənəvi dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; hazırda bir çox ölkələrdə istifadə edilir. Proqramlaşdırma dilləri üçün önəmli olanalqoritm783–850-ci illərdəXarəzmdə (indikiÖzbəkistandaşəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar.1Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül Müxtəsər fi Hesabil Cəbri Müqabələ”nin (“Cəbr və Müqayisə Hesabları”) müəllifidir. Əsər bu cümlə ilə başlayır: «Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun». Orijinalı Oksford Universitetində saxlanılan bu kitabda dünyada ilk dəfə olaraq onluq say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə yollarını göstərmişdir. Bundan başqa, sözügedən kitabında daha əvvəl məlum olmayan bir çox yeni terminlər istifadə edilmişdir: kvadratın kök dərəcəsi, tək, tək say kimi. Bundan əlavə İslam mədəniyyətinin elm sahəsində dünyaya verdiyi töhfələrdən sadəcə bəziləri: Andromeda qalaktikası İslam İntibah dövrünün alimi, astronom və riyaziyyatçı dindar Abd-al-Rahman Al Sufi tərəfindən 964-cü ildə kəşf edilmişdir. Atomun daxilində böyük enerji ehtiyatı olduğunu, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə malik olduğunu ilk dəfə söyləyən “kimyanın atası” ləqəbliCabir ibn Həyyan(bununla da atom bombası fikrinin banisi) olmuşdur. Cabir əsrlərlə bundan əvvəl qurduğu xüsusi laboratoriyada apardığı tədqiqatlar nəticəsində bir çox kimyəvi turşuları kəşf etmişdir. 12 əsrin əvvəlində ilk kağız fabrikini təsis edən Abbasi vəziri (nazir) İbn Fəzl olmuşdur. Daha çox ədəbiyyat və kəlam sahəsində tanınan Cahiz, eyni zamanda zoologiya və antropologiyanın da əsasını qoyanlardan sayılır. Cəbr elminin təməlini qoymuşXarəzmiilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, “əl-Cəbr vəl-Müqabilə” adlı ilk cəbr kitabını yazmışdır. (Kitabın adındakı “Əl-Cəbr” sözü qərblilər tərəfində təhrif olunaraq “Alqebra” şəklinə düşmüşdür.) Mədd-Cəzir hadisəsini ilk dəfə kəşf edən, Avropalıların Albumasar adı ilə tanıdığı məşhur astronomƏbu Mə’şər. (Cəfər ibn Məhəmməd əl-Bəlxidir). Qərbdə Alxindus və Alxandrinus adı ilə məşhur olan ilk İslam filosofu əl-Kindi. Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən Frenk İmparatoru “Şarlman”a hədiyyə olaraq 12 qapaqlı bir saatın göndərilməsi. (Həmin saat qərb aləmində saatların əsasını qoydu) Astronom Məhəmməd ibn Musa. Abbasi xəlifələrindən “Mə’mun” dövründə Mosul vilayətində Musa qardaşlar elmi təcrübə ilə dünyanın kürəvi olduğunu sübut etmiş və onun çevrəsinin uzunluğunun 39 milyon 759 min 600 metr olduğunu göstərmişlər. Differensial hesab Nyutondan əvvəl böyük İslam riyaziyyatçısı və mexanikaçısı Sabit ibn Qürra tərəfindən kəşf edilmişdir. Həndəsi cəbrdən də ilk dəfə istifadə edən şəxs Dekart (1596-1650) deyil, Sabit ibn Qürra olmuşdur. (O, müsəlmanların Evklidi hesab edilir.) Həkimliyi qədər böyük kimyagər olmuş filosof Ər-Razi sulfit turşusunu, saf spirti kəşf etmişdir. Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesablayan, dünyanın ən məşhur 20 astronomundan biri qəbul edilən, hazırladığı “Sabi cədvəlləri” adlı astronomik cədvəllər Kopernik (1473-1543) dövrünə qədər Avropada əsas mənbə hesab edilən, öz dövrünün ən böyük astronomiyaçı və riyaziyyatçısı Əl-Bəttani olmuşdur. (Latınlar tərəfindən ona Albategnius, Albatenius deyilir.) Şərq və qərblilər tərəfindən tanınan İslam tibb elmində İbn Sinadan sonra ikinci loğman sayılan Zəkəriyyə ər-Razi çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır. (O, Latınlar tərəfindən Rhazes adı ilə çağrılır) Dünyada məşhur ilk islam riyaziyyatçısı və cəbr elminin də atasıMusa Havarizmi Rayt qardaşlarından 1000 il əvvəl (880-ci il) ilk uçan cihazı kəşf edib, uçmağı gerçəkləşdirən; mexanika, ədəbiyyat, astronomiya və musiqi sahələrində tanınmış Əndəluslu böyük islam alimiİbn Firnas.O, quş tükü və qumaş parçadan istifadə etməklə hazırladığı təyyarədə uzun müddət havada qaldı və süzərək yerə endi. (Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər). Astronomiya sahəsindəki əsərləri Avropada 700 il ərzində dərs vəsaiti kimi tədris edilmişFərqani, eyni zamanda günəşdəki ləkələri də kəşf etmiş və Ekliptika müstəvisi meylinin əyrilərinin qiymətini düzgün hesablamış ilk alimdir. Cəbr elmində kvadrat tənliklərin bütün nümunələrinin həlli təməlini qoyan İslam alimlərindənİbn Türk.(Əbülfəz Əbdülhəmid İbn Vasidir). Əhməd ibn Musa“Qəribə sistemlər” adlı əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli cihazın planını vermişdir. Tangens, kotengens, kosinus anlayışını triqonometriyaya və ümumiyyyətlə elmə gətirən riyaziyyatçıƏbül-Vəfaolmuşdur. Əndəlusda (İspaniya) kağız fabrikininin qurulması. Optika elminin qurucusu, fotoapparatın kəşfinə səbəb olan əsasların banisi böyük fizikİbn Heysəm.“Görüntülər” kitabı ilə R. Bekon (1214-1294), Keplar (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm aləmində əsas əsər sayıldı. İşığın sferik güzgülərdə əks olunması mexanizmi də onun adı ilə “Əl-Xazin problemi” (İbn Heysəmin Avropadakı adı) adlandırılır. 9 əsr əvvəl ilk torna dəzgahınıİbn Kərakəqurmuşdur. Böyük Türk-İslam filosofofu və elm adamı olanFərabisəsin ilk dəfə fiziki izahını vermişdir. (O, Latınlar tərəfindən Alpharabius adı ilə tanınır.) Avropaya riyaziyyatı öyrədən Misirli İslam alimiƏbu Kamil.( O, Riyaziyyatçılar arasında İbn Əsləm əl-Hasibi adı ilə çağrılır) Əsərləri Avropa universitetlərində 600 il əsas kitab olaraq oxudulan dahi həkim, filosof, fizikaçı, astronom və geologiyanın qurucusu olanİbn Sina.(qərblilər tərəfindən Avisenna adı ilə məşhur olmuşdur). İbn Nədim, “əl-Fihrist = Elmlərin kataloqu” adlı əsərini nəşr etdirmişdir. 1000 il əvvəl kanser (xərçəng) əməliyyatı aparan müsəlman cərrah və günümüz üçün də öz aktuallığını qoruyub-saxlayan ilk müfəssəl tibb ensiklopediyasını (Kitabül-məliki) tərtib edənƏli ibn Abbasolmuşdur. Yer planetinin həm öz oxu ətrafında fırlandığı, həm də Günəşin ətrafında dolandığını ilk dəfə sübuta yetirən, yer kürəsi səthinin sahəsini hesablayan və elmin müxtəlif sahələrində əsərlər yazan böyük dahiBiruni(Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni) olmuşdur. Yenə O, 18 növ maddənin xüsusi çəkisini hesablamış, suyun qatılığını tapmışdır. Biruni indiki Amerikanın yerində torpaq olduğunu Avropadan əsrlərlə öncə xəbər vermişdir. Qərb dünyasına müalicə üsullarını öyrədən İslam alimiƏli ibn Rizvanibn Əli ibn Cafər əl-Misri. 1000 il əvvəl miniatürlü coğrafiya kitabı yazan İlk müsəlman coğrafiya alimiİstəxri. (Əbu İshaq İbrahim ibn Muhamməd əl Farisi əl-İstəxridir). Müxtəlif elm sahələrinə aid 52 kitabdan ibarət bir ensiklopediya yazmış böyük alimİxvanüs-Səfa. İlk dəfə göz xəstəlikləri haqqında kitab yazan müsəlman tibb alimi, orta əsrin ən məşhur göz həkimlərindən olanƏli ibn İsa.(İslam dünyasında “Kəhhal”, Avropada isə “Holy Jezu” adı ilə məşhur olmuşdur). İlk dəfə katarakt əməliyyatını gerçəkləşdirən, XI əsrin ən tanınmış və orijinal göz həkimlərindən biri sayılanƏmmar Qalileydən əvvəl saatın sarğacını ilk kəşf edən, dəyərli müsəlman riyaziyyatçı, astronomiyaçı olan və Triqonometriyadakı dəyişən formulları kəşf edənİbn Yunus.(Elm dünyasında İbn Yunus, Avropada isə Aben Jonis adı ilə tanınır. Qədim Yunanlar hesab edirdilər ki, gözlər işıq buraxır və onun sayəsində görürük. Əslində isə bilirik ki, işıq gözə daxil olur. İşığın gözə daxil olduğunu ilk kəşf edən 10-cu əsrdə yaşamış İslam İntibah Dövrünün alimi, riyaziyyatçı, astronom və fizik İbn əl-Haytəm idi. Bununla da o, görmə haqqında Platon və Evklid nəzəriyyələrinin doğru olmadığını praktik cəhətdən sübut edərək, görmə haqqında ilkdoğru nəzəriyyənin banisi olmuşdur. Alim fizika elmini fəlsəfi cərəyandan çıxararaq təcrübi elmə daxil etmiş, “optikanın atası” kimi məhşur olmuşdur. O kamera-obskuranı icad etmişdir və bu icadın adı ərəbcə “QAMARA” idi (mənası “qranlıq və ya təcrid olunmuş otaq”). Bunula da müasir foto-kameraların yaradılmasında həlledici rol oynamışdır.İbn Əl-Haytəmin optika haqqında yazdığı “Kitab əl-Mənazir” kitabı XII əsrdə “Opticae thesaurus“ (Optika gövhəri) adı altında latın dilinə tərcümə edilmişdir və bu kitab Qərbdə optikanın inkşafında mühüm rol oynamışdır.Bəli, islam aləminin elmə əhəmiyyət verdiyi şanlı zamanları da olub. O vaxt Nobel mükafatı olsaydı yəqin əksər Nobelçilər müsəlman alimləri olacaqdır. Müəllif Sigrid Hunke ömrünü İslam mədəniyyətini araşdırmağa həsr etmiş bir insandır. Hunke qərbin İslami elmə olan kompleksini bu sözləriylə açıqlayır: “Qərbin saysız dəyərlər borclandığı İslam mədəniyyətindən söz açaraq həqiqətin ortaya çıxarılma zamanının gəldiyinə inanırıq. Qərb tarix, elm, fikir, sənət əsərlərində Yunan və Roma dövrləri uzun-uzun izah edilərkən sonrakı min il sanki heç yaşanmamış kimi dərhal yeni çağa keçərlər. Müsəlmanların tam yeddi yüz il boyunca mədəniyyət işığını daşıdıqlarını, yunanlardan iki qat daha çox insanlığı işıqlandırmış olduqlarını ağızlarına belə almazlar. Qərblilərə görə Müsəlmanların rolları yalnız ilk çağ yunan elm xəzinələrini qərbə köçürməkdən ibarətdir. Buradakı əsl məqsəd İslam mədəniyyətinin Avropaya müəllimlik edən böyük müvəffəqiyyətlərini unutdurmaq və onları təhqir etməkdir.” (Sigrid Hunke, “Avropanın Üzərinə Doğan İslam Günəşi” kitabı, səh 14) Robert Briffault İnsanlığın Gelişimi (The Making of Humanity) adlı kitabında şunları yazmıştır: “Günümüz biliminin Arap bilimine olan borcu şaşırtıcı keşifler ya da devrim mahiyetindeki teorilerden ibaret değildir; bilim Arap kültürüne bundan çok daha fazlasını; varlığını borçludur. Antik çağlarda dünya, bizim gördüğümüz şekliyle, bilim öncesi bir konumdaydı. Yunanlıların astronomi ve matematiği hiçbir zaman tam olarak Yunan kültürünün iklimine alışmamış ithal bilim dallarıydı. Yunanlılar sistemleştirdi, genelleştirdi ve teori haline getirdiler ancak sabırlı araştırma yolları, pozitif bilgilerin birikimi, bilim metotlarının protokolleri, detaylı ve uzun gözlemler, deneysel sorgulama gibi kavramlar Yunan mizacına tamamen yabancı kavramlardı.[…] Yeni bir sorgulama ruhunun, yeni araştırma metodlarının, deney, gözlem, ölçüm metodlarının, matematiğin Yunanlılar tarafından bilinmeyen bir biçimde gelişmesinin bir sonucu olarak Avrupa’da bizim bilim dediğimiz şey ortaya çıkmıştır. Bu ruh ve bu metodlar Batı Dünyası’na Araplar tarafından sokulmuştur.” Mənbələr 1. İslam tarihi, dərslik, 2010. Ekrem ÖZBAY, Eyüp KOÇ və s., səh 22 2. İslam Mədəniyyəti. Bakı 2003. A.Heydəroğlu 3. Robert Briffault (1928). The Making of Humanity, p. 191. G. Allen & Unwin Ltd
  7. Bəli 1400 il bundan əvvəl bütün dünyanın yarım vəhşi halında yaşadığı bir vaxtda İslam dini öz yaranışı ilə elmin yollarını işıqlandırdı. Hələ İslamın ilk günlərindən İslam Peyğəmbəri (s)müharibələrdə əsir alınmış savadlı şəxsləri müsəlmanlara yazıb-oxumağı öyrətmək müqabilində azad edir. Belə ki, hələ 8-ci əsrdə Bağdad şəhərində “Beytül-hikmət” adlanan elm mərkəzi artıq mövcud idi və dünyanın bir çox yerlərindən orada çalışır, hər dildən kitabları tərcümə edərək müsəlmanların ixtiyarına verirdilər. Xəlifənin göstərişi ilə dünyanın bir çox yerlərinə xüsusi adamlar göndərilmişdi ki, elmi kitabları tapıb burada cəm eləsinlər. Doktor Qustav Loben yazır ki, kitab və kitabxanaların Avropa xalqları arasında heç bir dəyəri olmadığı bir dövrdə “Beytül-hikmət” elm mərkəzində 4 milyon kitab, Qahirənin “Səltənət” kitabxanasında 1 milyon, Şamdakı kitabxanada 3 milyon kitab mövcud idi. 8-ci əsrin əvvəllərində Əndəlus adı ilə məşhur olan müsəlman İspaniyasında ildə 80 min kitab hazırlanırdı. Mustənsiriyyə şəhərində 800-cü ildə 300 tələbəsi və 16 ustadı olan universitet fəaliyyət göstərir ki, burada hər bir tələbə pulsuz yemək, yatmaq və təqaüd ilə təmin olunurdularlar. 12-ci əsr alim Bencamin Tuvel yazır ki, mən təkcə İskəndəriyyə şəhərində 20 elmi laboratoriyaya rast gəldim. həmin dövrdə Bağdadda, Qahirədə, Dəməşqdə, mosulda və s. Müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, laboratoriyalar, kitabxana və rəsədxanalar mövcud idi, halbuki Avropada ilk rəsədxana 400 il sonra, yəni 16-cı əsrdə Parisdə qurulmuşdur. Qustav Loben öz məlumatlarında buyurur ki, müsəlmanlar bütün dünyada elm, maarif və mədəniyyətin yaranmasında zəhmət çəkmişlər. Belə ki, onların Avropalılara bəxş etdiyi elmi məlumatları nəzərə alsaq, müsəlmanların həqiqətən bir neçə əsr müddətində qərblilərə müəllimlik etdiklərini anlamaq çətin deyildir. Doktor Maks Mirhof yazır ki, hələ 8-ci ərdə müsəlmanlar təbiət emlərində elə bir zirvəyə yüksəlmişdilər ki, onların elmi nailiyyətləri bu gündə insanları heyran edir. Belə ki, orta əsrlərdə qeyri müsəlman alimlər tərəfindən İbn Sina, Cabir ibn Həyyan, Zəkəriyyə Razinin tibb kitabları latıncaya tərcümə olunardı. Tək İbn Sinanın “Qanun” kitabı Avropada 15-ci əsrdə 16 dəfə, 16-cı əsrdə 20 dəfə çap olunmuşdur. Alim qeyd edir ki, mənim fikrimcə, gələcəkdə dünya alimləri İslam elmlərinə daha artıq əhəmiyyət verərək bu qiymətli xəzinələri öyrənməyə çalışacaqlar. Doktor Vildorant yazır ki, ən məşhur və qabaqcıl müsəlman təbibi Zəkəriyyə Razinin 12-ci əsrdə 200-dən artıq elmi kitabı var idi ki,onların çoxu tibbə aid idi. Onun “Çiçək”, “Qızılca” adlı kitabları bu gündə qiymətli əsər sayılır. Alimin “Əl Havil-Kəbir” kitabı 20 cilddən ibarət idi ki, onun bir cildi yalnız göz xəstəliklərinə aid idi. Zəkəriyyə Razinin kitabları 12-16-cı əsrlərdə 40 dilə tərcümə edilmişdir. 11-ci əsr İslam aləminin ən məşhur cərrahı Əbul Həsən Əndəlaş öz kəşf etdiyi alətlərlə cərrahiyə əməliyyatları apardığı bir dövrdə Avropada cərrahiyə haqqında heç məlumat belə yox idi. 11-ci əsrlər boyunca bu alimin kitabları dəfələrlə dünyanın bir çox dillərinə tərcümə olunub. Doktor Qustav Loben yazır ki, müsəlman alim təbibləri əczaçılıq (dərman düzəltmə) elmində elə yüksək səviyyəyə çatmışdılar ki, bu gün uzun əsrlər keçdikdən sonra avropalılar müsəlmanların 8-10-cu əsrlərdə xüsusi üsullarla düzəltdikləri kimyəvi dərman tərkibinin yeni üsul adı ilə dünya elminə tanıtdırırlar. Doktor Corc Zeydan buyurur ki, alimlər əczaçılıq elmində apardıqları tədqiqatlar nəticəsində etiraf etməli oldular ki, bu elmin əsasını müsəlman alimlər qoymuşlar. Alim yazır ki, 8-9-cu əsrlərdə müsəlman ölkələrinin bir çoxunda geniş xəstəxanalar mövcud idi. Tək Bağdad şəhərində 4 xəstəxana fəaliyyət göstərirdi. Onlardan Əzdi xəstəxanasında tibbin başqa-başqa sahələrində çalışan 24 həkim fəaliyət göstərirdi. Və bu vaxt Bağdad şəhərində 60 aptek var idi. Maraqlıdır ki, həmin dövrdə yəni 8-9-cu əsrlərdə qərb aləmində aptek və xəstəxana anlayışı belə yox idi.İmam Cəfər Sadiq (ə)-ın şagirdi olmuş Cabir ibn Həyyan haqqında Maks Mirhof yazır ki,Cabirin 100 cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu böyükdür. Hələ 8-ci əsrdə Cabir atomun ətrafında fırlanan elektronlar haqqında məlumat verir. Doktor Vill Dorant yazır ki, “kimya”nın elm kimi formalaşması məhz müsəlman alimlərin təşəbbüslərinə bağlıdır, çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışdır. Doktor Qustav Loben yazır ki, Abbasi xəlifəsi Harun Ər-Rəşidin dövründə icad olunan ilk saat xəlifə tərəfindən Fransa kralına hədiyyə göndərilmişdi. Vaxtı göstərən bu qəribə alət hər saat tamam olduqda zəng vururdu: Fransa kralı və əyanlar bundan heyran qalmışdılar. Alim qeyd edir ki, ilk dəfə pambıqdan kağız alan da müsəlmanlar olmuşdur. “Eskorial” kitabxanasındakı 1009-cu ilə aid kitab bunu təsdiqedirdi.Alimyazır ki, həmin dövrdə müsəlmanlar elə yüksək kefiyyətli kağız alırdılar ki, hətta indi də beləsinə rast gəlmək çətindir. Baron Duu isə başqa bir sahədə müsəlman alimlərin nailiyyətlərindən söz açaraq yazır: “Müsəlman alimlərin müxtəlif elmlərdə böyük müvəffəqiyət qazanaraq Cəbr elmini dəqiq elm səviyyəsinə qaldırdılar, onlar təhlili həndəsənin əsasını qoydular. Şübhə yox ki, səthi ucbucaqlar və triqonometriyanı onlar kəşf etdilər”.Qustov Loben yazır ki, müsəlmanlar coğrafiya elmində də misilsiz idilər. Və bu işdə onlara astronomiyanı yaxından bilməkləri kömək edirdi. Maks Mirhof yazır-Müsəlmanların elmi potensialı get-gedə aşkar olur. Son illərin elmi potensialı kəşfləri İslam tarixinə və mədəniyyətinə işıq salmışdır. Lakin bunlar hələ kifayət qədər həmin mədəniyyəti dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm mədəniyyətinin misilsiz nümunələrini öyrənib onlardan daha çox istifadə edəcəklər. Müsəlman alimlərinin kəşfləri orta əsrlərdə Avropalıları qaranlıq gecədə parlayan ay kimi işıqlandırmışdı və həmin nuru biz indi də hiss etməkdəyik. İngilis alimi Cember yazır: “Etiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ənənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Əgər 711-ci ildə Tariq ibn Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər biz indiki vəziyyətimizə heç bir vaxt nail ola bilməzdik. Müsəlman alimləri orta əsrlərdə bir çox qədim və yeni elmlərdən mühüm məlumatlar əldə etmişlər-Mexanika, Dinamika, Hidravlika, kimya və ümymi fizika sahələrində, Astronomiya, əxlaq və fəlsəfə elmərindən 8-10-cu əsrlərdə İslam univeristetlərində tədris olunurdu. Maraqlıdır ki, 8-ci əsrdən başlayaraq müsəlman şəhərlərində gözəl memarlıq əsərləri olan hamamlar tikilirdi ki, bundan 700 il sonra da Avropalılara hamam sözü heç nə anlaşmırdı. Türk alimlərindən biri yazır ki, bu gün dünyada gedən cərəyanlara baxıb təssüflə deyirəm, ey kaş, müsəlmanlar Qurandan ayrı düşməyəydilər. Nə qədər ki, müsəlman Quranla bir idi, Quran onu elmlə qidalandırırdı, dünya sirlərini açmağa yönəldirdi. Bəli, həqiqətdə elm dünyasında parlayan müsəlman alimləri öz ilhamlarını Qurandan, Peyğəmbər (s) və məsum imamlardan alırdılar, çünki onlar idi müsəlmanları elmli olmağa çağıran. Bu gün isə özünü on günlük zəhmətə salıb heç olmasa Quranın tərcüməsini belə oxumaq istəməyən, Peyğəmbər (s) və məsumların qızıldan qiymətli kəlamlarını gözdən keçirmək istəməyən bəzi “ziyalılarımız” dinin insanları elmdən yzaqlaşdırdığını söyləyirlər. Həqiqətdə isə İslam dini yalnız ondan xəbəri olmayanlar üçün cahillər dinidir, çünki xəbərsiz-məlumatsız insan cahildir,dində onun üçün cəhalətdən başqa bir şey ola bilməz. Məşhur Lev Tolstoy buyururdu: -hər şeyi anlamaq istəyirsinizsə, quranı oxuyun,Puşkin isə-suallarınıza cavab tapa bilmirsinizsə, Qurana müraciət edin, çünki Quran açıqlayan və yol göstərən bir nurdur,-deyir Təəccüblüdür Əgər biz dinimizi tanımırıqsa, nə üçün ona töhmət vururuq. Yada salaq elm şəhərinin qapısı olan həzrət Əli (ə) ki, buyururdu: Vay olsun sizin o gününüzə ki, sizin olandan başqaları istifadə edəcək və bunun sizinki olduğundan xəbəriniz belə olmayacaq. Mən sözümü Fransız alimi Qustav Lobenin dedikləri ilə tamamlamaq istəyirəm: Əgər dünyadan İslam mədəniyyətini götürsəniz, dünyanın mədəniyətsiz olduğunu görərsiniz. O kəslər ki, xurafatları din hesab edib özləri və övladları üçün həqiqi İslam dinini öyrənməyi ar bilirlər, tarixin və alimlərin dediklərini də bir düşünsünlər. Mənbə:https://dinisuallar.wordpress.com
  8. Ümumilikdə dinə və xüsusilikdə Allah inancına etiraz edənlərin çox zaman istifadə etdikləri bir arqument vardır. Bu arqument yunan filosofu Epikür’ün tezi kimi tanınır. Bu arqument belə səslənir: 1. Əgər hər şeyə qadir, hər şeyi bilən və mərhəmətli Allah mövcuddursa şər mövcud olmamalıdır. 2. Dünyada şər mövcuddur. 3. Deməli hər şeyə qadir, hər şeyi bilən və mərhəmətli Allah mövcud deyildir. Epikür’ün bu arqumenti günümüzdə ateistlər, deistlər, kommunistlər, aqnostiklər və başqaları tərəfindən çox istifadə olunur. Lakin bu arqumentin bir çox cavabı vardır. Mən bu cavablardan ən əsas cavabı burada qeyd edəcəm. Bu arqumenti gətirənlərə belə bir sual vermək lazımdır. Siz dünyada şərin mövcud olduğunu hardan bilirsiz? Sizin şərin mövcud olduğunu söyləməyiniz üçün şərin nə olduğunu müəyyən etməyiniz lazımdır. Siz nəyin haqlı, nəyin haqsız olduğunu haradan öyrəndiniz? Bir insan düz xəttin nə olması haqqında bir anlayışa sahib olmadığı təqdirdə hər hansı bir xəttə əyri xətt deyə bilməz. Bu dünyada baş verənlərin şər olduğunu müəyyən etmək üçün götürdüyünüz ölçü nədir? Siz harda bilirsiz ki, bir insanın başqa insanı öldürməsi şərdir, yəni doğru deyildir. Siz hardan bilirsiz ki, acından ölən uşağa kömək etməmək şərdir, doğru deyildir? Bu məsələdə dayandığınız əxlaqi ölçü nədir? Buna iki cavab vermək mümkündür: 1. Dayandığımız əxlaqi ölçü öz ağlımızdır, öz düşüncələrimizdir, cəmiyyətin bizdə formalaşdırdığı mənəvi dəyərlərdir, başqa sözlə desək “subyektiv fikirlərimizdir”. 2. Dayandığımız əxlaqi ölçü bütün kainatda keçərli olan universal, obyektiv əxlaqi dəyərlərdir. Birinci cavabı versələr o zaman deyərik ki, sizin özünüzün subyektiv fikriniz və sizin doğru saydığınız mənəvi dəyər digər insanlar üçün ölçü ola bilməz, o, sadəcə sizin özünüzün fikri ola bilər. Ona görə də siz cəmiyyət tərəfindən beyninizdə formalaşmış mənəvi dəyərlərə əsaslanaraq başqa insanlara etiraz edə bilməzsiz, o zaman dünyada şərin mövcud olduğunu söyləməyiniz sadəcə subyektiv bir fikir olacaq və həqiqəti təmsil etməyəcək, çünki mütləq həqiqət sizin fikrinizdən asılı deyildir. İkinci cavabı versələr deyəcəyik ki, bu, sizin öz əleyhinizə dəlildir, çünki Adil, Rəhimli, Qadir, Alim olan Allaha inanmırsızsa o zaman universal, obyektiv əxlaqi dəyərlər mövcud ola bilməz. Çünki bütün kainat üçün doğru olan bir ölçü kainatdan üstün olan, ondan kənar olan və onu yaxşı bilən bir Üstün Qanun Verici tərəfindən yaradıla bilər, insan şüuru belə bir universal, obyektiv, əxlaqi dəyəri yarada bilməz, əks təqdirdə ziddiyyət olur. Sadə dildə belə izah edə bilərik: misal üçün biz bir insanın digər insanın canını almasını və ya malını zorla almasını doğru saymırıq və bizdən “nə üçün doğru deyildir?” soruşsalar bunu məntiqi ölçülər ilə izah edə bilmərik. Bu zaman mütləq bütün insanlar, nəinki bütün insanlar, hətta bütün kainat üçün keçərli olan ümumi universal obyektiv mənəvi ölçüyə istinad edək və deyək ki, haqsız yerə insanı öldürmək, haqsız yerə başqa birinin malını almaq bu universal obyektiv dəyərlərə ziddir. Deməli bu universal, obyektiv dəyərlər insanlardan və bütün kainatdan üstündür və nəticə budur ki, bütün dəyərlərdə, qanunlarda olduğu kimi bu dəyərləri, qanunları da mütləq o dəyərlərdən və qanunlardan ali olan bir Varlıq, bir Qanun Verici Varlıq yaratmalıdır. Yaratmaqdan başqa həm də bu dəyərlərin bir təsirinin olduğunu düşünməliyik, yəni müəyyən bir şeyi etdikdə buna görə cəzalanacağımıza inanmalıyıq. Əgər bu ikinci cavab ilə razıdırlarsa o zaman mütləq insanlar arasında qanun qoyan Allahın mövcudluğunu qəbul etməlidirlər. Bunu qəbul etsələr artıq ateist, aqnostik və ya deist olmaqları mümkün deyildir. Əgər bunu qəbul etməzlərsə, lakin subyektiv mənəvi dəyərlər ilə kifayətlənərlərsə o zaman onları belə bir reallıq qarşısında buraxmalıyıq. Əgər sabah bir oğru sizin malınızı oğurlasa, bir qatil sizin arvadınızı ələ keçirmək üçün sizi öldürsə, bir kişi qızınızdan xoşlandığı üçün qızınızı zorlasa onun etdiklərinin yalnış olduğunu deyə bilməzsiz, çünki ola bilsin ki, o, öz subyektiv dəyərlərinə görə etdiyini doğru hesab edir. Nəhayət biz bu arqumetin üzərində durduğu masanı onlara tərəf çevirib onlara qarşı belə bir arqument gətiririk: [1] Əgər Allah mövcud deyilsə o zaman universal, obyektiv mənəvi dəyərlər mövcud deyildir [2] Universal, obyektiv mənəvi dəyərlər mövcuddur [3] Deməli Allah mövcuddur. Üstəlik ikinci müqəddimənin doğruluğunu təsdiq edən tərəf budur ki, dünyada bəşəriyyətin böyük əksəriyyətinin həqiqətən də üzərində razılaşdıqları mənəvi dəyərlər mövcuddur. Bu mənəvi dəyərlərin haradan ortaya çıxmasında fərqli fikirlərə sahib ola bilərik. Misal üçün kiməsə görə bu mənəvi dəyərlər yalnız və yalnız tarix boyu insanların yetişməsində rol oynamış dini dəyərlər vasitəsilə günümüzə gəlib çıxıb və bizim cəmiyyətlərimizi idarə edən qanun sisteminə inteqrə edilib. Yaxud da deyə bilərik ki, bizdə şüur altında bu mənəvi dəyərlər mövcuddur, sadəcə olaraq ictimaiyyətin tələbi ilə bunlar ya üzə çıxır, ya da basdırılır. Hər bir halda bu, özlüyündə onu göstərir ki, universal, obyektiv mənəvi dəyərlər mövcuddur. Axırda onu da qeyd edim ki, Epikürün qarşıya qoyduğu arqumentə qarşı digər əks-arqumentlər də vardır, lakin bu arqumentlər daha çox dini təbiətli arqumentlərdir. Mənbə:https://dinisuallar.wordpress.com
  9. Ateistlərin adətən irəli sürdükləri qəribə bir argument var: “Dünyada 4000 Tanrı (ilah) var, hər dinin mənsubu öz ilahını qəbul edir və digər 3999-nu rədd edir, biz ateistlər isə sadəcə sizdən 1 tanrı artıq inkar edirik. (Yəni müsəlmanlar 3999 Tanrını inkar edir, biz ateistlər isə 4000 tanrını)”. Bu ateistlərdə bir alışqanlıqdır ki, onlar həmişə mövzu Yaradana gəldikdə elmi yöndən Yaradanın varlığını inkar edə bilmədikləri üçün dünyada var olan saxta tanrıların sayının çoxluğunu bir arqument kimi ortaya atırlar. Bununla da öz aləmlərində guya Yaradanın yoxluğunu “sübut” etmiş olurlar. Əslində bu iddia heç bir elmi-məntiqi mühakiməyə və ya hər hansı ciddi elmi dəlilə əsaslanmır. Bu sadəcə Yaradanın varlığını inkar etmək uğrunda ateistlərin sırf emosional düşüncəsindən başqa heç nə deyil. Ateist düşüncəyə görə çoxlu sayda ilahlar varsa, deməli heç bir ilah yoxdur. Bu düşüncə tamamən səhvdir. Çünki çoxlu yalanlar bir həqiqəti dəyişmədiyi kimi çoxlu saxta ilahların olması da həqiqi bir İlahın olmadığına əsla dəlil sayıla bilməz. Əslində mövzu bir Tanrı artıq inkar etmək qədər sadədir mi? Yəni ateistlər 1 tanrı artıq inkar edərək sanki məntiqli bir şeymi edirlər? Əlbəttə ki, yox.Vəziyyət tam olaraq belədir: Ortada bir kitab təsəvvür edin. Kitabın içində çox dəyərli bilgilər və məlumatlar var, həmçinin kitabın üzərindəki bəzəklərlə çox gözəl sənət əsəri olmuşdur. Lakin kitabın üstündə Yazarın adı yazılmamışdır. Kitabın ətrafında isə 4000 nəfər təsəvvür edin və həmin 4000 nəfər kitabın müəllifini axtarır və hər biri “Kitabın yazarı O yazıçıdır, yox kitabın yazarı bu yazıçıdır” deyərək hər biri kitaba fərqli müəlliflər təyin edərək bir-birinin təxminlərini inkar edir. Lakin ateistlər neyləyir bilirsiniz mi? Ateistlər ümumiyyətlə bu kitabın bir yazarı olmadığını deyir. Ateistlər həmin kitabdakı məlumatların sahibi olmadığını və kitabı heç kimin yazmadığını iddia edirlər! Yəni ki, bu kitab mürəkkəbin təsadüfən kağız üzərinə tökülməsi və sonra kağızların təsadüfən üst-üstə yığılıb cildlənməsi nəticəsində öz-özünə meydana çıxıb. Deməli, burda məsələ 1 tanrı artıq inkar etmək deyil. Məsələ ümumiyətlə Yaradanı, yəni kainatdakı bilginin, məlumat və sənət əsərinin sahibini tamamən inkar etmək və bunları kor-təbii, şüursuz təbiət qüvvələrinə aid etməkdir. Yuxarıda qeyd etdiyimiz misala uyğun olaraq çıxaracağımız nəticə budur: Əgər bir kitab olsa və hər kəs özünün həmin kitabın müəllifi olduğunu iddia etsə, bu kitabın heç bir müəllifi olmadığı mənasına gəlməz. Kitab varsa, Katib də vardır. Həqiqi Katibi tapmaq isə insan düşüncəsinə həvalə edilib. Quran isə bununla bağlı bizə bunları deyir: (21 – ENBİYÂ) الأنبياء / 22- Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
  10. Ateistlərin İslam dinini gözdən salmaq üçün ortaya atdıqları növbəti əsassız iddialardan biri də budur ki, guya qədim Misirdəki İsgəndəriyyə kitabxanası müsəlmanlar tərəfindən məhv edilib. Əvvəla qeyd edək ki, İskəndəriyyə kitabxanası eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Misirin İsgəndəriyyə şəhərində Ptolemaios sülaləsi tərəfindən qurulmuş olan antik kitabxanadır. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası dövrünün ən böyük kitabxanası sayılırdı. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Kitabxananın necə yandırılması haqqında müxtəlif görüşlər irəli sürülmüşdür. Bunlardan birincisi odur ki, İsgəndəriyyə kitabxanası eradan əvvəl 48-ci ildə vətəndaş müharibəsi vaxtı Roma imperatoru Yuli Sezarın əmri ilə yandırılmışdır. Qədim tarixçilərPlutarch,Aulus Gellius,Ammianus MarcellinusvəOrosiustərəfindən verilən məlumatlara görə eradan əvvəl 48-ci ildə İsgəndəriyyə şəhərinin mühasirəsi zamanı kitabxana Sezarın qoşunları tərəfindən yandırılmışdır.1 Eramızın 1-ci əsrinin sonunda tarixçiPlutarchtərəfindən yazılmış və Sezarın həyatından bəhs edən bioqrafiyada İsgəndəriyyə kitabxanasının Sezar tərəfindən məhv edilməsi barədə belə deyilir: “Düşmən onun dənizlə əlaqəsini kəsmək istədikdə, o bu təhlükəni sovuşdurmaq üçün öz gəmilərinə od vurdu. Alov limanı yandırdıqdan sonra yayılmağa davam etdi və böyük kitabxananı məhv etdi.”2 Eramızın 2-ci əsrində Romalı tarixçiAulus Gellius“Attik gecələri” adlı kitabında yazmışdı ki, mühasirədən sonra Sezarın bəzi əsgərləri tərəfindən od vurulması nəticəsində kitabxana səhvən yandırılmışdı.3 Digər bir görüşə görə İsgəndəriyyə kitabxanası antik paqan məbədlərinin dağıdılması zamanı xristianlar tərəfindən yandırılmışdır. İmperator I. Theodosius göstərişi ilə eramızın 391-ci ilində paqanizm Roma imperiyasında qeyri-leqal elan olundu və İsgəndəriyyə patriarxı Theophilus tərəfindən İsgəndəriyyə şəhərindəki paqan məbədlər bağlandı.4 Roma imperiyasının Misir valisi Theophilos İsgəndəriyyədə Misirin köhnə din mənsublarına aid Osiris məbədinin yeri olan sahəni kilsə inşa edilməsi üçün 391-ci ildə xristianlara verdi. Burda tikiləcək kilsənin təməli qazılarkən üzərində köhnə dinə aid yazılar olan bir daş tapıldı. Xristianlar buna istehza etməyə başlayınca bu hadisə şəhərdə yaşayan xeyli sayda bütpərəstin qəzəbinə səbəb oldu və tərəflər arasında böyük iğtişaşa yol açdı. Nəticədə, şəhərdə xristian və bütpərəstlər arasında qanlı toqquşma baş verdi, insanlar qılncdan keçirildi və İsgəndəriyyə kitabxanasının olduğu bölgə yerlə bir edildi. Roma imperatoru I. Theodosius valiyə başqa böyük şəhərlərə nisbətən köhnə dinin İsgəndəriyyədə hələ də niyə bu qədər canlı olaraq davam etdiyini soruşduğunda vali cavab olaraq İsgəndəriyyə kitabxanasının qədim bütpərəstlik mədəniyyətini davam etdirən kitablara sahib olduğunu dedi. Bundan sonra imperator bütün kitabların yox edilməsini əmrini verdi və kitabxanadakı bütün əsərlər yığılaraq yandırıldı. Başqa görüşə görə isə bu kitabxana İsgəndəriyyə şəhərinin müsəlmanlar tərəfindən alınmasından sonra ikinci xəlifə Ömər bin Xəttabın (r.a) əmriylə Misir fatehi Amr İbnül-Astərəfindən yandırılmışdır. Lakin İsgəndəriyyə kitabxanasının müsəlmanlar tərəfindən məhv edilməsi hekayəsi Alfred J. Butler, Victor Chauvin, Paul Casanova,Gustave Le Bon5və Eugenio Griffin6kimi qərbli elm adamları tərəfindən rədd edilmişdir. Bundan başqa şərq məsələləri üzrə ixtisaslaşmış ingilis-amerikan tarixçiBernard Lewisə görə kitabxananın guya müsəlmanlar tərəfindən yandırılması versiyası yanlışdır və bu versiya orta əsrlərdə Səlahəddin Əyyubi tərəfindən gücləndirilmişdi. Buna səbəb olaraq B.Lewis göstərir ki, Səlahəddin Əyyubi Qahirədə Fatimi xəlifələrinə aid olan İsmaili mətnlərinin aradan qaldırılmasına qərar vermişdi və düşünürdü ki, bu işi həyata keçirməkdə xəlifə Ömərin dövründə kitabxananın məhv edilməsi haqqında hekayə ona kömək edə bilərdi.7 Qeyd edək ki, Kelly Trumble8and Roy MacLeod9kimi digər xarici araşdırmaçı-tarixçilər də İsgəndəriyyə kitabxanasının müsəlmanlar tərəfindən məhv edildiyi hekayəsini rədd edirlər. Mənbələr: Pollard, Justin, and Reid, Howard. 2006.The Rise and Fall of Alexandria, Birthplace of the Modern World. Plutarch,Life of Caesar, Written 75 A.C.E., Translated by John Dryden Aulus Gellius. Attic Nightsbook 7 chapter 17 Gibbon 1776–1789,ch. 28 The civilisation of Arabs, Book no III, 1884, reedition of 1980, page 468 Staff Report: “What happened to the great Library of Alexandria?The Straight Dope, 6 December 2005 “The Vanished Library by Bernard Lewis”.nybooks.com. Trumble & MacIntyre Marshall 2003, p.51.“Today most scholars have discredited the story of the story of the destruction of the Library by the Muslims.” MacLeod 2004, p.71.“The story first appears 500 years after the Arab conquest of Alexandria. John the Grammarian appears to be John Philoponus, who must have been dead by the time of the conquest. It see ms, as shown above, that both of the Alexandrian libraries were destroyed by the end of the fourth century, and there is no mention of any library surviving at Alexandria in the Christian literature of the centuries following that date. It is also suspicious that Omar is recorded to have made the same remark about books found by the Arab during their conquest of Iran.” Mənbə:https://dinisuallar.wordpress.com
  11. Kainatdakı həssas ayarlar(fine tuning)

    XX əsrin sonlarına doğru elm aləmində işlədilməyə başlayan həssas əyarlar (fine tuning) ifadəsi kainatın təsadüflər yığını olmadığını, əksinə, hər detalda insanın həyatına xidmət edən dizayn və nizam olduğunu göstərdi. Kainatdakı bir çox xüsusiyyət kainatın həyat üçün xüsusi dizayn olunduğunu göstərir. Fizik alimKarl Gibersonbu həqiqəti belə ifadə edir: “Son 40 ildir ki, fizika və kosmologiyadakı irəliləyişlər elmi lüğətə dizayn sözünü geri qaytardı. 1960-cı illərin əvvəlində fiziklər insan həyatı üçün “həssaslıqla nizamlanmış” kainatın örtüyünü açdılar. Həyatın kainatdakı labüd və qüsursuz müvazinətə malik amillərlə bağlı olduğunu kəşf etdilər.” (K. Giberson, “The Anthropic Principle”, Journal of Interdisciplinary Studies, 9-cu cild, 1997, səh. 63-90, Steven Yates’den cevap, səh. 91-104) Arizona Universitetinin professoru, kosmologiya, kvant nəzəriyyəsi və astrobiologiya sahəsində ixtisaslaşmış məşhur ingilis fizikPaul Daviesbelə deyir: “Əgər bir az fərqli ölçülər seçilsəydi, kainat daha fərqli yer olacaqdı və böyük ehtimalla, onu görmək üçün biz burada olmayacaqdıq…İnsan kosmologiyanı tədqiq etdikcə bu ağlasığmazlıq getdikcə daha artır. Kainatın başlanğıcı haqqındakı bu kəşflər kainatın heyranedici həssaslıqla nizamlandığını göstərir.” (The Accidental Universe, 1982, ön söz.) Toronto universitetindən Kanadalı astrofizikDr.HughRoss “Dizayn və İnsani Prinsip” başlıqlı bir məqaləsini belə bitirir: “Ağıllı və üstün bir Yaradıcı kainatı var etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı kainatı dizayn etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı Dünya planetini dizayn etmiş olmalıdır. Və yenə ağıllı və üstün bir Yaradıcı həyatı hazırlamış olmalıdır.” (Hugh Ross, “Design and the Anthropic Principle”, Reasons To Believe, CA, 1988) İndi özü bir Yaradıcıya inanmayan astrofizik Martin Rees’in “Sadəcə altı rəqəm” (Just six numbers) kitabına baxaq. Astrofizik Rees “Just six numbers” adlı kitabında kainatda həyatı təmin edəcək altı önəmli rəqəmin olduğunu ifadə edir. Bu rəqəmləri bir yemək reseptindəki vəsaitlər olaraq da düşünə bilərik. Əgər bir vəsait əskik və ya bir az fərqli olsa istədiyimiz konsistensiyada bir yeməyi olurşturmamız mümkün olmaz. Eyni şəkildə, əgər bu rəqəmlərdə kiçik bir dəyişiklik olsaydı kainatda həyatın meydana gəlməsi qeyri-mümkün olardı. Bu nümunələrin mövcud olan bütün incə nizam nümunələri olmadığını ifadə etməkdə fayda var. Bu kitabın yazarı bir yaradıcıya inanmadığı üçün yəni obyektiv olması üçün bu nümunələrin üçü üzərində dayanacağıq. 1. ω- omeqa. Bu omeqa simvolu kainatdakı maddə miqdarını təmsil edir. Omeqa tam olaraq birə bərabərdir. Astrofizik REES bu dəyərin Big Bangdan dərhal sonra bir saniyə içində birdən bir az fərqli olsaydı həyatın meydana gəlməyəcəyini söyləyir. Əgər omeqa birdən bir az daha böyük olsaydı kainat uzun zaman əvvəl çökərdi və həyat meydana gələ bilməzdi. Əgər omeqa birdən bir az daha kiçik olsaydı qalaktikalar belə meydana gələ bilməzdi. Omeqanın həyatın çıxmasını təmin edən dəyəri 10^15 kimi bir incə nizamdır. Yəni Omeqaın təsadüfən bu dəyərdə olma ehtimalı 1/10^15 -dir (1 / 1.000.000.000.000.000). 2.Elektromaqnetik qüvvətin nizamı ilə cazibə qüvvətinin nizamı bir-biriylə müəyyən bir nisbətdədir. Bu nisbət ” N ” olaraq ifadəedilir.Bunisbət 10^36 kimi bir incə nizamdadır. Yəni N’nin təsadüfən bu dəyəri alma ehtimalı 1/10^36 dır. (1/1.000.000.000.000.000.000.000.000.000.000.000.000). Əgər söz mövzusu nizam bir az daha kiçik olsaydı qarışqadan böyük heç bir canlı meydana gələ bilməzdi. Bu nizamın bu dəyərdə olması insanların meydana gəlməsi üçün son dərəcə əhəmiyyətlidir. 3. λ (lambda). Lambda Kainatın sürətlənərək genişlənməsini təmin edən kosmik sabit olaraq bilinir və dəyəri 0,7-dir.Kosmik sabit elm dünyasının ən təəccüblü kəşflərindənbiridir.Sonməlumatlara görə kosmik sabit incə nizamı tam olaraq 10^-122 dir. Bu ağıllara durğunluq verən nizamın təsadüfən meydana gəlmə ehtimalı isə aşağıdakı kimidir: 1/10^122 dir. (1/100.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000). İngilis astrofizik prof.Corc F. Elliskainatımızdakı həssas ölçüdən belə bəhs edir: “(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif etmək çox çətindir.”(F. Bertola, U. Curi, The Anthropic Principle: Laws and Environments, Cambridge University Press, 1993, səh. 30). Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir məqam var. Kainatın möhtəşəm böyüklüyü! Dünyada tanınmış astrofizikçi professorCorc Qrinşteynbu heyrətamiz böyüklüklə bağlı “The Symbiotic Universe” adlı kitabında belə yazır: “Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq məsafədən baxdıqda qalaktikamızın görünüşü də indikiylə eyni olardı. Gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada çox sayıda ulduz görünərdi. Amma üzr istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim var olmağımızın vacib şərtidir.” (George Greenstein, The Symbiotic Universe. s. 21) Big Bangin partlayış sürəti Kainatın əmələgəlmə anı olan Big Bang-də qurulan tarazlıqlar kainatın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərən dəlillərdən biridir. Fizika professoruPol Deyvisinfikrincə, Big Bangin ardınca baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir faiz (1/1018) fərqli olsaydı, kainat meydana gəlməzdi. (Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh. 184) Stefan Houkinqdə “Zamanın qısa tarixi” adlı əsərində kainatın genişlənmə sürətindəki bu qeyri-adi müvazinəti belə qəbul edir: “Kainatın genişlənmə sürəti o qədər kritik nöqtədədir ki, əgər Big Bangdən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir daha az olsaydı, kainat indiki vəziyyətinə çatmadan içinə çökərdi.” (Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London, 1988, səh. 121-125.) Yer-Ay ikili planet sistemi Günəş sisteminin tarazlığının qorunmasında mühüm amildir Yer-Ay sistemi olmadıqda Yupiterin nəhəng kütləsi Merkuri, Venera kimi daxili planetlərdə böyük qeyri-sabitliyə səbəb olardı. Bu da müəyyən müddət sonraMerkuri və Venera planetlərinin orbitlərini bir-birinə həddindən artıq yaxınlaşdırar, belə bir yaxınlaşma isə Merkurinin sistemdən kənara atılması, Veneranın da orbitinin dəyişməsi ilə nəticələnərdi. Günəş sisteminin kompyuter simulyasiyasını quran elm adamları sistemdə milyardlarla il davam edən müvazinət və sabitliyin ancaq bu planetlərin ideal kütlə və mövqeləri sayəsində mümkün olduğunu, bu müvazinətdə ən kiçik dəyişikliyin belə Günəş sisteminin, eləcə də bəşəriyyətin məhv olmasına səbəb olacağını bildiriblər. 1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc edilən son astronomik tədqiqatların biri haqqındakı yazıda Günəş sistemindəki bu qeyri-adi müvazinət “əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin təmin edilməsi üçün bir növ ilk dizayna ehtiyac olduğunu göstərir” ifadəsilə vurğulanır. (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-Moon System and the Dynamical Stability of the Inner Solar System. The Astronomical Journal 116: səh. 2055-2057) Günəş sisteminin quruluşu insan həyatı üçün qeyri-adi dərəcədə xüsusi yaradılışla nizamlanmışdır. Yerin fəzada fırlanma sürəti Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl uyğunluq içində onlar üçün müəyyən edilmiş orbitlərində hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dövr edirlər. Hətta bəzən içində 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin içindən keçib gedirlər. Lakin bu zaman kainatdakı böyük nizamı pozan hər hansı toqquşma baş vermir. Kainatdakı sürət anlayışı Yer kürəsinə uyğun ölçülərlə müqayisədə ağlasığmaz ölçüdədir. Milyard, trilyon tonlarla çəkisi olan ulduzlar, planetlər və ancaq riyaziyyatçıların anladığı dəyərlərə malik qalaktikalar və qalaktika topaları kosmosda qeyri-adi sürətlə hərəkət edirlər. Məsələn, Yer saatda 1670 km sürətlə öz oxu ətrafında fırlanır. Ən sürətli güllənin saatda 1800 km sürətə malik olduğunu düşünsək, Yerin nəhəng ölçüsünə baxmayaraq, sürətinin nə qədər böyük olduğu məlum olur. Yerin Günəş ətrafındakı sürəti isə güllənin sürətindən 60 dəfə çoxdur: saatda 108.000 km (bu sürətdə nəqliyyat növü icad edilsəydi, Yerin ətrafını 22 dəqiqədə dolanardı). Bu ölçülər sadəcə Yer kürəsinə aiddir. Günəş sistemi isə daha maraqlıdır. Bu sistemin sürəti məntiq hüdudlarını aşır. Kainatdakı sistemlər böyüdükcə sürət artır. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km-dir. İçində təqribən 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti isə saatda 950.000 km-dir. Şübhəsiz, bu cür mürəkkəb və sürətli sistemin içində nəhəng qəzaların baş vermə ehtimalı çoxdur. Ancaq bu baş vermir və biz təhlükəsiz şəkildə həyatımıza davam edirik. Çünki kainatdakı hər şey Allah`ın qoyduğu qüsursuz nizama əsasən işləyir. Elə bu səbəbdən, ayədə bildirildiyi kimi, bütün bu sistemin içində heç bir ziddiyyət yoxdur. Sistemdəki digər planetlər Yerin təhlükəsizliyi və orbiti üçün mühüm əhəmiyyət kəsb edir. Yupiterin mövqeyi buna misaldır. Günəş sisteminin ən böyük planeti olan Yupiter, əslində, Yerin müvazinətini təmin edir. Astrofizik hesablamalar Yupiterin orbitinin Günəş sistemindəki Yer kimi digər planetlərin orbitlərinin sabitliyini qoruduğunu üzə çıxarmışdır. Digər bir çox ulduz sistemində də Yupiterə bənzər planetlər var. Ancaq onlar aid olduqları sistemin sabitliyini və ya sistemlərindəki digər planetləri qorumurlar. Vaşinqton Universitetindənprof. Piter D. Uorddeyir: “Bu gün müşahidə olunan bütün yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir və belə olmalıdır, əks təqdirdə, ya qaranlıq kosmosa, ya da Günəşinizə doğru sovrulardınız”. (Peter D. Ward and Donald Brownlee, “Rare Earth: Why Complex Life is Uncommon in the Universe”) Yupiter baxımından digər mühüm cəhət də budur: Yupiter olmasaydı, çoxlu sayda quyruqlu ulduz toqquşmalarına görə yer üzündə həyat olmazdı. Lakin Yupiter nəhəng kütləsinin əmələ gətirdiyi maqnetik sahə sayəsində Günəş sisteminə daxil olan meteorit və kometaların orbitlərini çaşdıraraq Yerə istiqamət götürmələrinin qarşısını alır. Beləliklə, Yer üçün qalxan funksiyası yerinə yetirən nəhəng maqnetik qoruyucu çətir əmələ gətirir. Yupiterin Yeri qoruyan ikinci funksiyasınıplanetoloq Corc Vetherill“Yupiter nə qədər əhəmiyyətlidir” adlı məqalədə belə açıqlayır: “Yupiterin yerində əgər bu böyüklükdə bir planet olmasaydı, Yer planetlərarası boşluqda hərəkət edən meteoritlər və kometaların min dəfə artıq hədəfinə çevrilərdi… Əgər Yupiter indiki yerində olmasaydı, hal-hazırda biz də Günəş sisteminin mənşəyini tədqiq etmək üçün mövcud olmazdıq”. (G.W. Wetherill, “How Special is Jupiter?”, Nature, vol. 373, 1995, səh. 470) Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var. Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. Bunun əksi də mümkün ola bilərdi. Əgər planetlər daha sürətlə fırlansaydılar, bu dəfə də Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar. Halbuki, çox həssas müvazinət qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir. Kainatdakı həssas tarazlıq və nizamı ən açıq müşahidə etdiyimiz sahələrdən biri də Yer kürəsinin yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyüklü-kiçikli planetlərin bənzərsiz nizamı sistemin 4 milyard ildən artıq müddət ərzində sabit quruluşunu qorumuşdur. Yerin forması iqlimlərə təsir edir. Yer kürə formasında olduğuna görə, ekvatorla qütblər arasında qalan sahələr il ərzində fərqli miqdarda günəş enerjisi alırlar. Məlum olduğu kimi, ekvator xəttindəki sahələr ən çox günəş enerjisi alır, qütblərə doğru getdikcə enerjinin miqdarı azalır. Bu şəkildə, ekvatordan qütblərə doğru atmosfer kütlələrinin isinmə ölçüləri də fərqlidir. Ekvator və tropiklər arasında qalan bölgələr il boyu daha çox enerji alaraq çox isinir, beləcə, isti tropik qurşaq meydana gəlir. Oğlaq və xərçəng tropikləri ilə qütb dairəsi arasında qalan sahələr isə daha az enerji topladıqlarına görə az isinirlər və mülayim qurşaq adlanırlar. Qütb dairəsində yerləşən hissələrə isə günəş şüaları digər qurşaqlara nisbətən daha maili düşdüyünə görə böyük sahəni isitməli olur, enerji azlığına görə qütb iqlimi meydana gəlir. Əgər Yer bu formada olmasaydı, bu qədər iqlim qurşaqları və hər qurşağa xas canlılar və insanların həyat tərzi olmazdı. İnsanların qidasından sığınacaqlarına qədər hər şeydə iqlimin təsirini görmək mümkündür. Yerlə Günəş arasındakı məsafə uyğun temperatur üçün xüsusi yaradılmışdır. Yerlə Günəş arasındakı məsafə Yerin öz oxu ətrafındakı dövretmə sürəti, oxunun mailliyi, yer üzünün landşaftı kimi bir-birindən asılı olmayan bir çox amil planetin həyat üçün əlverişli isinməsini və temperaturun planetin səthində mütənasib paylanmasını təmin edir. Yerlə Günəş arasındakı məsafənin xüsusi amil olduğunu qəbul etmək istəməyənlər belə bir məntiq qururlar: “Kainatda Günəşdən daha böyük və ya kiçik ulduzlar var. Onların da öz planet sistemləri ola bilər. Bu ulduzlar əgər Günəşdən daha böyükdürsə, onda həyat üçün ideal planet Yerlə Günəş arasındakı məsafədən daha uzaqda olar. Məsələn, bir qırmızı nəhəngin ətrafında Plutonun məsafəsində dövr edən planet bizim Yer kürəmiz kimi mülayim atmosferə malik olar. Belə bir planet həyat üçün Yer qədər uyğun olardı”. Bu iddia çox mühüm cəhətə görə əsassızdır: müxtəlif kütlələrə malik ulduzların fərqli şüalar yaydığı nəzərə alınmır. Ulduzların yaydığı şüaların hansı dalğa uzunluğunda olacağını müəyyən edən amil bu ulduzların kütləsi və kütlələri ilə birbaşa əlaqədar olan səth temperaturlarıdır. Məsələn, Günəşin yaxın ultrabənövşəyi, görünən işıq və yaxın infraqırmızı şüalar yaymasının səbəbi 60.000 ºC-yə yaxın səth temperaturudur. Əgər Günəşin kütləsi bir az çox olsaydı, səth temperaturu daha yüksək olardı. Onda Günəşin yaydığı şüaların enerji səviyyəsi artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları daha çox yayardı. Bu isə göstərir ki, həyata imkan verən şüaları yayan ulduzlar mütləq bizim Günəşimizin kütləsində olmalıdır. Bu ulduzların bir planetdə həyatı dəstəkləməsi üçün isə planet məhz hal-hazırda Günəşlə Yer arasındakı məsafə qədər uzaqlıqda olmalıdır. Başqa sözlə, bir qırmızı və ya mavi nəhəngin, yaxud da kütləsi Günəşdən fərqli olan müəyyən bir ulduzun ətrafında dövr edən hər hansı bir planet həyat üçün əlverişli ola bilməz. Həyatı dəstəkləyən yeganə enerji mənbəyi Günəş kimi ulduzdur. Həyat üçün uyğun yeganə planet məsafəsi isə Yer-Günəş məsafəsidir. Yer kürəsinin səthindəki temperatur həssas ölçüdədir. Amerikalı geoloqlarFrank Press və Reymond Siverdə Yer kürəsinin səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Onların bildirdiyinə görə, həyat çox məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperatur ölçülərinin təqribən 1%-ini təşkil edir. Yerin temperaturu isə məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə çatan günəş enerjisindəki 10%-lik azalma Yer üzünün metrlərlə qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsinə səbəb olar. Enerjinin bir az artması isə bütün canlıların qovrularaq ölməsi ilə nəticələnər. Dünyanın ideal olan temperaturunun planet içində sabit formada paylaması da son dərəcə əhəmiyyətlidir. Necə ki, bu sabitliyin təmin edilməsi üçün çox xüsusi olan bəzi tədbirlər alınmışdır. Məsələn, Yer kürəsinin xəyali oxunun orbit müstəvisinə 23° 27′ -lik meyilliyi qütblərlə ekvator arasındakı atmosferin formalaşmasında əngəl yarada biləcək həddindən artıq temperaturun qarşısını alır. Əgər bu meyillilik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi daha çox artar və yaşamağa imkan yaradan atmosferin mövcud olması qeyri-mümkün olardı. Hər şey müəyyən ölçüdə və mükəmməl şəkildə Allah tərəfindən yaradılmşdır. Yer kürəsi məhz lazımi ölçüdədir. Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib. Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlarPress və SiverYerin bu uyğunluğu haqqında belə məlumat verirlər: “Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) Mənbə:https://dinisuallar.wordpress.com
  12. 1.Avropada törədilimiş terror statistikası. Məlumdur ki, qərbdə, o cümlədən Avropada məqsədli təbliğatla nail olunmuş bir “dini terror” qorxusu əsməkdədir. İnkarçılar, o cümlədən ateistlər, deistlər, aqnostiklər və s. “dinlər aradan qalxmalıdır” bağıraraq dünyadakı fəlakətlərin, o cümlədən terror aktlarının səbəbkarı kimi dinləri görürlər. İslamofoblar bu kampaniyadan sui-istifadə edərək tək hədəf kimi islama qarşı haqsız və qərəzli böhtanlarla hücumlar edirlər.Amma 5 il ərzində Avropada törədilmiş terror aktlarının statistikasına nəzər yetirdikdə tam fərqli mənzərə ilə rastlaşırıq. Son 5 ildə Avropada bir çox terror aktı törədilmişdir. Bunların 2%-dən də azı dini motivlidir (bura islam adından çıxış edən, lakin Qurana uyğun olmayan davranış sərgiləyən avropalıların “islamist” adladırdıqları terroristlər də daxildir) payına düşür. 2013-cü ildə Avropa Birliyində 152 terrakt törədilmişdir. Bunlardan 2-si dini motivlidir. 2012-ci ildə Avropa Birliyində 219 terrakt törədilmişdir. Bunlardan 6-sı dini motivlidir. 2011-ci ildə Avropa Birliyində 174 terrakt törədilmişdir. Bunlardan heç biri dini motivli deyil. 2010-cu ildə Avropa Birliyində 249 terrakt törədilmişdir. Bunlardan 3-ü dini motivlidir. 2009-cu ildə Avropa Birliyində 294 terrakt törədilmişdir. Bunlardan 1-i dini motivlidir. Avropa Birliyində törədilmiş terror hücumlarının böyük əksəriyyəti separatist təşkilatlar tərəfindən törədilib. Belə ki, 2013-cü ildəki 152 terror aktından 84-ü separatistlərə aiddir. Bu isə 55%-dən də artıq bir göstəricidir. 2012-ci ildə isə bu göstərici nə az, nə çox bütün terror aktlarının 76%-dir. Məsələn, Fransada hal-hazırda milliyətçi Korsika Milli Azadlıq Cəbhəsi fəaliyyət göstərir. 2013-cü ilin dekabrında sözügedən təşkilatın üzvləri Fransanın iki şəhərində polisi raket atəşinə məruz qoymuşlar. Daha geniş məlumat əldə etmək istəyən aşağıdakı mənbəyə müraciət edə bilər:http://thinkprogress.org/world/2015/01/08/3609796/isl.. 2."Dinlər müharibələrə səbəb olur" iddiasına cavab. Ateistlər düşünürlər ki, dinlər müharibələrə səbəb olur. Dinlər olmasa idi, yer üzündə əmin-amanlıq olardı. Amma ateistlər yanılırlar. Amerikalı tarixçilər Alan Akselrod və Çarlz Filips tərəfindən hazırlanmış olan “Müharibələr Ensiklopediyası” kitabında dünya tarixi boyunca baş vermiş əsas müharibələrin ətraflı siyahısı verilmişdir. Həmin siyahıya ümumi olaraq 1763 müharibə daxil edilmişdir. Maraqlıdır ki, bu müharibələrdən sadəcə 7 faizi (123 müharibə) dini müharibə kimi xarakterizə edilmişdir. Digər 93 faizi (1640 müharibə) isə sekyular (dünyəvi) xarakterli müharibələrdir.1 Digər amerikalı professor Vilyam Kavano özünün “Dini Zorakılıq Mifi” (2009) adlı kitabında “dini müharibələr” terminini “Qərb dixotomiyası” adlandıraraq qeyd edir ki, dini müharibələr kimi xarakterizə olunan bütün müharibələr əslində sekyular (iqtisadi yaxud siyasi) şaxələnmələrə malikdirlər.2 Mənbələr: 1. Axelrod, Alan & Phillips, Charles Encyclopedia of Wars, Facts on File, November 2004, ISBN 978-0-8160-2851-1. Deem, Richard. Are Most Wars the Result of Religious Belief?, March 28, 2008 2. The Myth of Religious Violence: Secular Ideology and the Roots of Modern Conflict, W. Cavanaugh, Oxford University Press, 2009. ISBN 978-0-19-538504-5 3.İŞİD kimə qulluq edir? ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snouden “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşması ilə bağlı ilginc məlumatlar açıqlayıb. Snouden bildirib ki, İraq və Suriyada müxtəlif cinayətlər törədən “İŞİD” qruplaşması ABŞ, İngiltərə və İsrail kəşfiyyat xidmətlərinin birgə məhsuludur. Amerikalı kəşfiyyatçı əlavə edib ki, “İŞİD”çilərin himayəsində məqsəd İsrail rejiminin təhlükəsizliyini təmin etməkdir: “İsraili qorumaq üçün yeganə üsul Orta Şərqdəki silahlı qruplaşmaları nəzarətdə saxlamaqdır. Bundan əlavə İslama qarşı yeni düşmənlər yaratmaq da planın tərkib hissəsinə daxildir. İsrail təhlükəsizlik xidməti (Mossad) İŞİD-in lideri Əbu Bəkr Əl-Bağdadiyə bir il ərzində hərbi, dini və dil kursları keçib. Mənbələr http://www.globalresearch.ca/isis-leader-abu-bakr-al-baghdadi-trained-by-israeli-mossad-nsa-documents-reveal/5391593 http://moroccantimes.com/2014/07/nsa-documents-reveal-isis-leaderabu-bakr-al-baghdadi-trained-israeli-mossad/ http://beforeitsnews.com/alternative/2014/07/edward-snowden-reveals-isis-leader-abu-bakr-al-baghdadi-trained-by-israeli-mossad-video-2993768.html http://www.liveleak.com/view?i=76b_1406255768 http://somdailynews.com/snowden-confirms-that-al-baghdadi-was-trained-by-mossad/ http://www.veteranstoday.com/2014/06/20/the-u-s-trained-terrorist-group-isis-in-2012/ http://www.anadoluhaber.org/2014/07/snowden-isid-abd-ve-israilin-urunu/ http://bizimyol.info/?xeber=28242 http://teleqraf.com/news/14745 http://bugun.az/?page=news&category=18&id=17603 http://faktxeber.com/ab-medias–d-in-lideri-l-badadinin-sl-ad-imon-elliotdur—foto_h448567.html 4.İslamda terror yoxdur. Adətən, ateistlər İslamı və müsəlmanları terrorizmdə ittiham edirlər. Misal kimi bəzi terrorçu təşkilatları göstərirlər. Lakin gündəlik medyanı izlədikdə məlum olur ki, əslində Taliban, Əl-qaidə, Boko haram, İŞİD kimi terrorçu təşkilatlarınəlindən ən çox əziyyət çəkən və öldürülən elə Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada, Nigeriyada yaşayan yerli müsəlman əhalidir, ateistlər deyil. Məsələn, BBC-nin məlumatına görə son günlərdə Nigeriyada Boko haram tərəfindən oğurlanan 276 qız tələbənin arasında xeyli sayda müsəlman qızlar da var. Bu ilin aprel ayında isə Boko haram təşkilatı Yobe məscidinə hücum edərək 20-ə yaxın müsəlmanı öldürmüşdü (http://dailypost.ng/2014/04/06/20-feared-killed-boko-haram-attacks-mosque-yobe/). Bundan başqa Boko haram təşkilatı 2013-cü ilin avqustunda Nigeriyanın şimal-şərqində məscidə hücum edərək 44 nəfər müsəlmanı öldürmüşdü. (http://www.bbc.com/news/world-africa-23676872). Eyni sözləri İraq və Suriyada hakimiyyət uğrunda gedən siyasi müharibədə yüzlərlə günahsız müsəlmanları qətlə yetirən İŞİD yaxud Bəşər Əsədin tərəfdarları haqqında da demək olar. Quranda buyrulur: “Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz.” (Nisa, 92). İndi necə demək olar ki, hər gün günahsız müsəlmanları qətl edən bu terrorçu təşkilatlar müsəlman təşkilatıdır? Ümumiyyətlə, İslamda terror anlayışı yoxdur. Belə terrorçu təşkilatlar sadəcə öz siyasi məqsədləri üçün din adından istifadə edirlər. Digər tərəfdən, məsələn, Əl-qaidəni yaradan Amerikanın özü olub. Bu təşkilat Sovet İttifaqına qarşı Amerikanın bir projesi olub və Amerika dövləti tərəfindən maliyyələşdirilib. Mənbə:https://dinisuallar.wordpress.com
  13. Çox vaxt ateistlər İslamın məcburiyyətlə və qılınc gücü ilə yayıldığını deyirlər. Məcburiyyətlə dini yaymaq nədir? Məsələn, qılınc ya da digər silahla kimisə kəlmeyi-şəhadət gətirməyə məcbur etmək. Həmin insan da ölüm qorxusundan İslamı qəbul edir. İslam dini baxımından zorla iman etməyin heç bir mənası yoxdur. Çünki Quranda Bəqərə surəsi 256-ci ayədə Allah Təala (c.c) buyurur ki, “Dində məcburiyyət yoxdur”. Tarixi faktlara baxaq. 1400 ilə yaxın müsəlmanların hakimiyyəti altında olan Misirdə hazırda təqribən 11-13 milyon arasında xristian əhali var (http://en.wikipedia.org/wiki/Christianity_in_Egypt). Əgər müsəlmanlar onlara qılınc gücünə, zorla İslamı qəbul etdirsə idilər, indiyədək Misirdə nəinki 11-13 milyon, heç bir nəfər də qeyri-müsəlman yaxud xristian qalmazdı. Müsəlmanlar İspaniyanı 800 ilə yaxın (711-1492) idarə etdilər. Əgər ispanlara qarşı hər hansı qılınc gücünə məcburiyyət olmadan, hətta sadəcə iqtisadi sanksiyalar tətbiq edilsə idi, 800 il ərzində İspaniyada bir nəfər də olsun qeyri-müsəlman yaxud xristian qalmazdı. Hətta müsəlman İspaniyası bəzən müsəlmanlar, xristianlar və yəhudilər arasında dini və etnik dözümlülük və dinlərarası harmoniyanın qızıl dövrü kimi təsvir edilir. Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Təkcə bir fakt kifayətdir ki, 2001-ci ilin statistikasına (http://en.wikipedia.org/wiki/Religion_in_India) görə Hindistanda əhalinin 80.5 faizi Hinduizm dininə inanır. Əgər İslam dini Hindistanda insanlara zorla, qılınc gücünə qəbul etdirilsə idi, orda nəinki 80.5 faiz, heç 1 faiz də hinduizm dininə sitayiş edən qalmazdı. Amma hazırda orada cəmi 13.4 faiz müsəlman, 80.5 faiz hinduist yaşayır. Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Lakin 1947-ci ildə ərazi bölgüsü baş verəndə müsəmanlar dörddə bir ərazi (Pakistan) hissəsi aldılar, Hindistan isə dörddə üç ərazi hissəsi aldı. Niyə? Çünki müsəlmanlar məcburiyyət tətbiq etmədilər. Hansı müsəlman qoşunları İndoneziyaya, Malaziyaya, Sinqapura, Nigeriyaya yaxud Şərqi Afrikaya gedib orada İslamı yaydılar? Heç biri. Ziyalılara, dindarlara, sıravi vətəndaşlara qarşı 70 il repressiv olan ve bir çox qanlı cinayetler, sürgünlər törədən kommunist-ateist Sovet sisteminin çöküşündən sonra Azərbaycan və Orta Asiya ölkələrinin türk xalqları yenidən öz istəkləri ilə İslama döndülər. Onları buna kim məcbur etdi? Heç kəs. Bu günün özündə Amerikada, İngiltərədə, bir çox Avropa və dünya ölkələrində qeyri-müsəlman cəmiyyətlərində böyümüş insanlar hər il öz istəkləri ilə İslamı qəbul edirlər. Onların arasında hətta xeyli sayda məşhur insanlar da var. Yoxsa bu insanlar da İslamı zorla, qılınc gücünə qəbul edirlər? 1925-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı və 1938-ci ildə Oskar mükafatı almış dünyaca məşhur İrlandiya əsilli yazıçı Corc Bernard Şo belə demişdi: “Əgər önümüzdəki yüz ildə İngiltərə və Avropaya hakim olacaq bir din varsa, o da mütləq İslamdır.” Mənbə: https://dinisuallar.wordpress.com
  14. Təsadüf yalanı və “meymunteoremi” Riyaziyyatda “Meymun Teoremi” adlanan bir teorem vardır. Bu barədə vikipediya məqaləsi bunları deyir:”Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir. Burada “meymun” sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir. Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin ‘Yaranma və Dağılma’ və Siseronun ‘De natura deorum’ adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. ….. Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız ‘S’ hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur. Teoremin olduqca başa düşülən bir sübutu vardır. … Yazı makinasında 50 düymə olduğu və yazılacaq sözün “meymun” olduğunu güman edək. Düymələrə təsadüfi şəkildə basıldığı nəzərə alınarsa, yazılan ilk hərfin m olma ehtimalı 1/50-dir. Oxşar qayda ilə, ikinci hərfin e olma ehtimalı da 1/50-yə bərabər olacaqdır. Ard-arda yazılan hərflər bir-birindən asılı olmayan hadisələr olduğundan, ilk altı hərfin “meymun” sözünü əmələ gətirdiyi ehtimalı (1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) = (1/50)6 = 1/15.625.000.000 olaraq hesablanır. Bu ədəd də 15 milyardda birdən kiçikdir. Eyni səbəblə də yazılacaq sonrakı altı hərfin “meymun” sözünü əmələ gətirməsi ehtimalı da (1/50)6-ya bərabər olacaq və bu hal belə də davam edir.” Məqalə bir qədər daha genişdir. Bəli, riyazi olaraq bu teorem ehtimalın sıfırdan fərqləndiyini isbat edir. Lakin ateistlərin bu cür teoremlərə əsaslanmaqları onların intellektual krizis yaşadığını göstərir. Ateistlər həyatın təsadüf nəticəsində əmələ gələ biləcəyini müdafiə etmək üçün bu teoremi misal göstərirlər, yəni riyazi olaraq bunun mümkün olduğunu demək istəyirlər. Yəhudi fizikaçı alim və astrofizik Gerry Schroeder bu arqumentin absurd olduğunu ən aşkar şəkildə göstərmişdir. Shroeder ilk öncə məqalədə də qeyd olunan eksperimentə toxunur. Britaniya Milli İncəsənət Şurasının apardığı eksperimentdə qəfəsdəki altı meymunun yanına bir kompyuter qoyulur. Meymunların bir ay ərzində kompyuterə danqıldatmaqları nəticəsində əlli səhifə yazıblar. Lakin bu əlli səhifənin içində tək bir söz belə tapmaq mümkün olmayıb. İngilis dilində ən qısa söz bir hərfdən ibarət ola bilər. Misal üçün “a” və ya “İ” sözləri ingilis dilindəki ən qısa sözlərdir. “A” sözünün yazılması üçün hərfdən öncə və sonra boşluğun gəlməsi şərtdir. Lakin 50 səhifəlik yazıda bu dərəcədə qısa bir söz belə əmələ gəlməmişdi. Əgər klavyaturadakı düymələrin sayının otuz olduğunu nəzərə alsaq belə qısa bir sözü yazmaq ehtimali 30 * 30 * 30 olmalıdır, yəni 27 000 olmalıdır. Yəni bir hərfdən ibarət sözün yazılma ehtimalı 27 000-də birdir. Shroeder daha sonra Shakespeare’in bir sonetasının bu yolla yazılma ehtimalının nə qədər olduğunu müzakirə edərək yazır. Sonetaların hamısı eyni uzunluqdadır və hər biri on dörd sətr uzunluğunda olur. Shroeder bildiyi “Shall I compare thee to a summer’s day?” sonetasına bunu tətbiq edir və qeyd edir ki, sonetadakı hərflərin sayının 488 olduğunu təsbit edib. Meymunların sonetadakı ardıcıllıq ilə klavyaturanı danqıldadaraq 488 hərfi doğru yazmaqları ehtimalı nədir? Əldə edilən nəticə 26 üstü 488-dir, yəni 26-nı 488 dəfə özünə vurmalısan. Başqa sözlə 10-un arxasına 690 dənə sıfır əlavə etməklə buna yaxın bir rəqəm əldə ediləcək. Bəs kainatdakı zərrələrin – yəni protonların, elektronların və neytronların – sayı nə qədərdir? Hesaba əsasən onların sayı 10-un arxasına 80 sıfır qoşmaqla əldə edilən rəqəmdir. Beləliklə də kainatda bunu cəhd etmək üçün lazım olan qədər zərrəciklər yoxdur, yəni meymunların təsadüfən Şhakespeare’in bir sonetasını yazmaq üçün tələb olunan cəhd 10 üstü 690 olduğu üçün, kainatdakı zərrəciklərin sayı isə 10 üstü 80 olduğu üçün zərrəciklər təxminən 10 üstü 600 dəfə lazım olan saydan azdır. Shroeder sözünə davam edərək deyir ki, sən əgər bütün kainatı götürüb onları kompyuter çiplərinə çevirsən və onların hər biri bir qramın milyonda biri qədər çəkiyə malik olsa və belə deyək bu çiplərdən hər biri saniyədə milyon dəfə bu 488 cəhdi yerinə yetirməyə qadir olarsa, yəni bütün kainatı mikrokompyuter çiplərinə çevirə bilsən və hər bir çip saniyədə milyon dəfə təsadüfi hərfləri düzə bilərsə, o zaman vaxtın başlanğıcından bura qədər edə biləcəyin cəhdlərin sayı 10 üstü 90 cəhd olacaq. Yəni kainat ən azından bundan 10 üstü 600 dəfə böyük olmalıdır ki, belə bir sonetanın yazılış ehtimalına çata bilsin. Lakin buna baxmayaraq meymunların bunu edə biləcəyinə inanan beyinlər vardır. Mənbə: https://dinisuallar.wordpress.com