Elshad Ibrahimov

Members
  • Content count

    39
  • Joined

  • Last visited

    Never

Community Reputation

55 Excellent

About Elshad Ibrahimov

  • Rank
    Advanced Member
  1. Qeyri-adi seksual fantaziyalar

    ohaa 6 ilə 7 eyni oldu ki))))
  2. O məqalənin nümunəsi foto kimi olsaydı daha gözəl olardı. Maraqlı məlumatdır təşəkkürlər.
  3. Saxtakarlıqdan dirçəlişə

    1912-ci ildə İngiltərədə Piltdaun karyerindən tapılan kəllə XX əsrin ən məhşur mistifikasiyalarından biri olmuşdur. Belə ki, həvəskar-arxeoloq Çarlz Douson meymunla insan arasındaki ara keçid növü olan "piltdaun insanı" kəlləsi tapdığını elan etmişdir. Əslində isə bu oranqutan çənəsi birləşdirilmiş müasir insan kəlləsi idi. Bu tapıntı sensasiya olmuşdur, lakin artıq 1913-cü ildən bir çox alim tapıntının real olduğuna şübhə ilə yanaşırdı. Onlarla ekspertizadan sonra kəllənin saxta olduğu müəyyənləşdirildi. Qəribə olsada bu hadisə antropologiyanın bir elm kimi dirçəlişinə nail oldu, çünki bundan sonra tapıntılar daha da diqqətlə tədqiq olunmağa başladı. Kəllənin dəqiq kim tərəfindən və nə səbəblərə görə saxtalaşdırılmağı hələ də tam bilinmir. Con Kukun çəkdiyi bu qrup portretdə mistifikasiyanın əsas iştirakçıları Çarlz Darvinin portreti önündə təsvir edilib (ağ xalatda Artur Kit, onun solunda Çarlz Douson).
  4. Dünyadan bixəbər "xoşbəxtlər"

    Xoş gördük) sizinlə birlikdə olmaq xoşdur)
  5. Dünyadan bixəbər "xoşbəxtlər"

    Demək, Hindistanın cənubunda Andaman adalarında Şimal Sentinel adlı kiçik bir ada var. Bu adanın təxminlərə görə 60 min il ərzində ətraf cəmiyyətdən, dünyadan bixəbər təcrid olunmuş 200-250 nəfər əhalisi var. Onlara Sentinellilər deyilir, ancaq özləri özlərini necə adlandırdığını bilmirik. Təxminlərə görə bu insanlar bu adaya gəzərək gəliblər və daha sonra su səviyyəsinin qalxmasına görə ada digər torpaq sahələrindən aralanmış və bunlar orda qalmağa məcbur olmuşlar. Bu insanlar adalarına yaxınlaşan hər kəsi öldürürlər. Bu günə qədər o adaya ayaq basıb canlı qayıdan olmamışdı. Onlar adaya gəmək istəyənləri ox yağışına tuturlar. Hətta qayıqları və helikopterləri belə. Hindistanın İngilis işğal zamanında məlum olan bir təmas həyata keçirilməmişdi bu insanlarla. Hindistan müstəqillik qazandıqdan sonra bir neçə dəfə təmas qurmaq cəhdləri olmuşdu. Amma sentinellilərin mövqeyi kəskin idi. Adaya ayaq basan hər kəsi salamsız, kəlamsız, hardan glirsən soruşmadan belə öldürürlər. Bir neçə dəfə təmas qurmağa çalışan insanlar onlara yaxınlaşmaq üçün sahilə hədiyyələr buraxırlarmış. Sentinellilər hədiyyələri məmuniyyətlə qəbul edirlər amma təşəkkür etməyə ehtiyac duymurlar. 2004-cü ildə Hind okeanında baş verən sunamidən iki gün sonra , Hindistan höküməti “gedin baxın bu mikroblar hələ də yaşayırmı” deyə adaya helikopter göndərmişdi.Helikopter adanın üstündə dövrə vurub bunlardan bir neçəsini görmüşdü, ardınca isə həmişəki kimi ox yağışı başlamışdı. Digər Andaman adalarında yerli xalqlarının sunami zamanı nə etdikəri müşahidə edilmişdi. Onlar zəlzələ ardınca sunami gələ biləcəyini artıq müəyyən ediblərmiş və ən yüksək zirvələrə toplaşarlar. Çox güman ki, bunlar da elə ediblər yoxsa, 72 kvadrat kilometr ərazidə bunlar sunami zamanı necə sağ qala bilərdilər. Hindistan höküməti 1997-ci ildə verdiyi bir qərarla kimsənin bu adayla təmas qurma maraqlarını qadağan etmişdi. Necə deyərlər “qoy nə halları varsa, görsünlər” siyasəti yeridiblər. Bilinən ən son təmas 2007-ci ildə həyata keçmişdi. Bunlar sahillərinə yaxınlaşan iki balıqçını öldürmüşdülər. Balıqçıların cəsədlərini almaq üçün bir helikopter göndərilmişdi amma ox yağmuru üzündən adaya yaxınlaşa bilməmişdi. Lakin balıqçıların cəsədlərinin bir cuxurda basdırıldığını müşahidə etmişdilər. Danışdıqları dil, mədəniyyətləri, dinləri, mifologiyaları haqqında heçbir şey bilinmir. Beynəlxalq aləmdə bu ada Hindistan torpağı kimi bilinir, ancaq bu Sentinellilərin vecinə də deyil.Böyük ehtimal heç bunu özləri də bilmir.
  6. Zərdüşt - Ya Məhəmməd

    Biz eyni dindənik ki
  7. Zərdüşt - Ya Məhəmməd

    Kafir, orda bir quranlıq söz yazmışam ki, bəs novruz dinimizƏ. müqəddəs kitabımıza ziddir hələ bir deyir ki, ən çox sevdiyim bayramdı)
  8. Sözü tapın

    Amin)