Ragnarök

Administrators
  • Content count

    248
  • Joined

  • Last visited

Community Reputation

109 Excellent

2 Followers

About Ragnarök

  • Rank
    Advanced Member
  • Birthday 05/12/88
  1. Sıfırdan başla - dərs 10

    1) S һәгfi bəzı sozlərdə [ʒ] kımı oxunur, məsələn: usually ['juːʒuəlɪ] adətən, bir qayda olaraq. measure ['meʒə] ölçü, tədbir pleasure ['pleʒə] zövq, rahathq. 2) A hərfi bəzən [eə] охunur, məsələn: parents ['peərənts] valideynlər. саге [кеэ] qayğı; əhəmiyyət vermək. II. Hərfbirləşmələri: 1) au gh hərfbirləşməsi [o:] оxunur, məsələn: daughter ['do:tə] qızı (övladı), caught [ko:t] tutdu (nəyisə) 2) ear hərfbirləşməsi [ə:] oxunur, məsələn: early [ə:lı] tez, erkən, sübhdən, earnest [ə':nıst] düzgün 3) - ay hərfbirləşməsinin vurğulu hecada [ei] kimi oxunmasına diqqət yetirək. pay [pei] ödəmək hay [hei] quru ot, saman day [dei] gün say [sei] demək - ay hərfbirləşməsinin üzərinə vurğu düşmədikdə isə [ı] kimi oxunur, məsələn: Sunday ['sʌndı] Bazar günü, Monday ['mʌndı] Bazar ertəsi 4)-tch hərfbirləşməsi [tʃ] kimi oxunur, məsələn: match [mætʃ] turnir, oyun (futbol) catch [kætʃ] tutmaq /kimisə, nəyisə/. Mənbə: xaricidil.net
  2. Sıfırdan başla - dərs 9

    1) W hərfi -r hərfinin qarşısında охunmur, məsələn: write [rait] yazmaq wrestler ['reslə] güləşçi W [dablyu:] hərfinin müxtəlif hərf birləşmələrinin tərkibində oxunuşu: w[w] wr [г] wh[w] wh o [h] w(h) a [wo] war [wo:] wor [wə:] wide wrist when whole want war work wish wreck white who wash warm word wave wrap while whom what ward world well wrong which whose watch warn worse with wrote why whoever was warp 2. I- hərfi - gh hərfbirləşməsinin qarşısında[ai] oxunur, -gh hərfbirləşməsi isə охшшшг, məsələn: light [lait] işıq, işıqlı, yüngül /çəki mənasında/ right [rait] düzgün, düz, sağ (tərəf) night [nait] gecə 3. -air hərfbirləşməsi [eə] kimi oxumır, məsələn: fair [feə] yamiarka; qəşəng; ədalətli; hair [heə] saç, tük, tel 4. -ou hərfbirləşməsi bə'zən [ʌ] kimi oxunur: country['kʌntrɪ] ölkə, kənd young[jʌŋ] gənc, cavan couplet ['kʌplɪt] kuplet, ikilik, iki Mənbə: xaricidil.net
  3. Sıfırdan başla - dərs 8

    1. О о hərfı -ld hərfbirləşməsinin qarşısında [ou] oxunur: fold [fould] qat, lay, qatlamaq old [ould] qoca, köhnə, qədim cold [kould] soyuq /hava/ 2. I i hərfı -nd, -ld hərfbirləşmələrinin qarşısuıda [ai] oxunur: find [faind] tapmaq, aşkar etmək child [tfaid] uşaq, körpə kind [kaind] nəzakətli, mülayim istisna: wind [wind] külək 3. -ow [ou] hərfbirləşməsi [au] oxunur, məsələn: crowd [kraud] camaat, kütlə how [hau] necə, nə cür now [nau] indi, hal-hazırda cow [kau] inək -ow hərfbirləşməsi çoxhecalı sözlərin tərkibində, xüsusən də sonunda vurğusuz halda [ou] oxunur: window ['wındou] pəncərə yellow ['jelou] sarı (rəng) -ow [ou] (təkhecalı və birinci hecası vurğulu olan ikihecalı sözlərin sonunda): grow, blow, low, narrow, yellow, window, - ow (sözün ortasında, əsasən -n, -1, b-dən əvvəl): [au] oxunur town, howl, crown, brown: - ow söz kökünün sonunda və eyni kökdən düzəldilən sözlərdə [au] охунур: now, how, allow, allowing: Müqayisə edin: now [nau] yellow['jelou] how [hau] window ['wındou] down [daun] down hill ['daun hil] Qeyd: - ow hərfbirləşməsinin düzgün oxunuşunu müəyyənləşdirmək üçün lüğətə müraciət etmək məsləhətdir: 4. oa [ou](əsasən sözün ortasmda, bəzən də əvvəlində): goat, coat, soap, oak, oaf, float, goal, foam, throat, woad 5. ai [ei](sonu samitlə bitən sözlərin əvvəlində, ortasmda): aim, aid, ail, faint, vainly, explain, main, saint, paint, plain, wait, waist 6. ay [ei](söz kökündə, vurğulu hecada): day, play, say, may, pay, gray, spray, tray, ray, rayon, sway, lay, holiday, pray, bay 7. oi [oi](sözün əvvəlində və ortasında): oil, boil, join, toil, coin: 8. oy [oı] (əsasən sözün kökündə): boy, toy, Roy, employ, envoy: 9. ou [au](qapah hecada, sözün əvvəlində və ortasında): out, loud, cloud, shout, round, stout, mount, pound, found, proud.İstisna: young, country, cousin 10.-erehərfbirləşməsi here [hiə] sözündə olduğu kimi [iə] oxunuşundan başqa müstəsna hallarda olaraq [ɛə] kimi də oxuna bilir, məsələn: therefore ['ðɛəfɔː] buna (ona) görə də where [wɛə] hara, haraya, harada Mənbə: xaricidil.net
  4. Sıfırdan başla - dərs 7

    1) -ie və -ei hərfbirləşmələri [i:] oxunur, məsələn: a field [ə'fı:ld] çöl, sahə to receive ['risi:v] qəbul etmək a ceiling [ə'si:lın]tavan(evin) İstisna: friend [frend] dost 2) -ur və -ir hərfbirləşmələri [ə:] oxunur. 3) -eir hərfbirləşməsi[eə] oxunur; [eə] səsi diftonqdur.Birinci element [e ] Azərbaycan dilidəki (e)-nin nisbətən açıq tələffüz vari-ııııtıdır. İkinci elementi isə neytral səsdir, məsələn: heir [eə] varis, vərəsə /kiminsə/ heirloom ['eəlu:m] əşya (nəslən gələn), miras 4) -ere hərfbirləşməsi [ıə] oxunur və о diftonqdur, məsələn: here [hıə] bura, buraya, burada sphere [sfiə] şar, qlobus, kürrə, sfera, dairə mere [mıə] xalis, sadə, aydın, aşkar Mənbə: xaricidil.net
  5. Sıfırdan başla - dərs 6

    1. A a hərfıninən'ənəvi oxunuşundan başqa aşağıdakı fərqli oxunuş qaydaları da vardır: a) Aa hərfi -11 samitlərinin qarşısında [o:] kimi oxunur b) Aa hərfı aşağıdakı hərfbirləşmələrindən sonra uzun [a:] kimi tələffüz olunur: a nce -France [fra:ns] Fransa a nt -plant [pla:nt] bitki, ağac (ağac əkmək) a ss-pass [pa:s] ötürmə; ötürmək (top və s.) a st -past [pa:st] keçən, ötən, keçmiş a sk -ask [a:sk] soruşmaq, sual vermək a th -bath [ba:0]vanna (yuyunmaq üçün) c) Aşağıdakı hallarda Aa hərfı w-dan sonra [ɔ] kimi oxunur; want ['wɔnt] istək, ehtiyac; istəmək ç) Alınma sözlərin sonu -age və -ade ilə bitərsə a hərfi [ı] kimi oxunur, məsələn: comrade ['komrıd] yoldaş (rəsmi müraciət forması kimi) 2.Ее hərfibə'zi hallarda qısa , bə'zi hallarda isə uzun [i:] kimi oxunur, məsələn: 3.a) O o hərfin, m, f, v, th hərflərinin qarşısında [ʌ] kimi oxunur: son [sʌn]oğul, oğlu b) о hərfi [u:] kimi oxunur: who [hu:] kim? (sual əvəzliyi) whose [hu:z] kimin? (sual əvəzliyi) whom [hu:m] kimə, kimi? (sual əvəzliyi) c) О о hərfı [ou] kimi oxunur: whole [houl] bütün, bütöv hope ['houp] ümid; ümid etmək sole [soul] tək, tənha, təkcə 1. -ng hərfbirləşməsi iki cür oxunur: a) [ŋ] kimi. Bu səs burun səsidir. Tələffüz zamanı dilin arxa hissəsi aşağı enir və yumşaq damağa söykənir. Hava axını burun boşluğundan keçir. morning ['mornıŋ] səhər b) -ng hərfbirləşməsi -1, -r, -w herflərindən hər hansı birinin qarşısında işləndikdə [ŋg] kimi oxunur. [ŋg] səsləri müstəqil [ŋ] və [g] səslərinin birlikdə tələffüzü kimidir, məsələn: English['ɪŋglɪʃ] ingilis dili 2.-nk hərfbirləşməsi[ŋk] kimi oxunur. Bu səs [ŋ] və [к] səslərinin birlikdə tələffüzü kimidir, məsələn: ink [iŋk] mürəkkəb (yazmaq üçün) 3.-wh hərfbirləşməsi iki cür oxunur: a) ümumiyyətlə [w] kimi oxunur, məsələn: what [wot] nə, hansı? where[wsə] haraya, haradan? when [wen] nə vaxt, nə zaman? b) -wh hərfbirləşməsi о hərfindən əvvəl gələrsə həmişə [h] kimi oxunur, məsələn: who [hu:] kim? /sual əvəzliyi/ whose[hu:z] kimin? /yiyəlik əvəzliyi/ whole['houl] bütün, bütöv, hamısı whom[hu:m] kimə, kimi? ( obyekt əvəzliyi) Mənbə: xaricidil.net
  6. Sıfırdan başla - dərs 5

    1. Z z hərfı [z] oxunur. [z] səsi Azərbaycan dilndəki (z) səsinə oxşayır. Sözün sonunda nisbətən qüvvətli tələffüz olunur, məsələn: zoo[zu:] heyvanxana 2. Qq [kju:] hərfı tək işlənmir. Həmişə qu hərfbirləşməsi şəklində yazılır və [kw] kimi oxunur, məsələn: quite [kwait] tamamilə, bütünlüklə quiet [kwaiət]sakit, səssiz quick [kwik] cəld, tez, çevik 3. Jj [dʒei] hərfı həmişə [dʒ] kimi oxunur; 4. Ww ['dablju:] hərfi [w] kimi oxunur: Azərbaycan dilində belə səs yoxdur. [w] səsinin tələffüzündə dodaqlar bir änlığa gərginləşir, onlar arasında dar bir növ əmələ gəlməklə irəli uzamr. Dilin arxa hissəsi isə yumşaq damağa doğru uzanır. Bu səsin tələffuzünü dodaq-diş samiti olan [v] ilə qanşdınnaq olmaz. [w] səsi qoşadodaq, dilarxası, novlu sonor səsdir. 5.Xx [eks] hərfı iki cür oxunur: [ks] kimi (sözün sonunda və vurğulu hecadan sönra): fix, mix, six, next, text, fox, box, toxic, proximity, next, wax, tax [gz] kimi (vurğulu hecada, saitdən əvvəl): exist, exit, exact, example, examine 6.Sait hərfbirləşməsi. Oy [ou], [wai] hərfbirləşməsi [ɔɪ] diftonqu kimi oxunur. Azərbaycan dilində bu səsi ou səslərinin birləşməsi ilə müqayisə etmək olar. Oy hərfbirləşməsi bir qayda olaraq sözlərin sonunda işlənir, məsələn: a joy [dʒɔɪ] sevinc, ahoy ['əhɔɪ]ey! (nida) a boy[ə'bɔɪ]oğlan, 7. Sait ve samit hərfbirləşmələri. -or [ou] və [a:] hərfbirləşməsi üç cür oxunur: 1) vurğulu vəziyyətdə [o:] oxunur, məsələn: for [fo:] üçün, görə or [о:] və ya, və yaxud da a horse [ə'ho:s] at (heyvan) Qeyd: oor [ou, ou a:] hərfbirləşməsi də [o:] kimi oxunur, məsələn: a door[ədo:] qapı a floor [ə'flo:] döşəmə, mərtəbə 2) -or hərfbirləşməsi vurğusuz vəziyyətdə (adətən sözlərin sonunda) [ə] oxunur, məsələn: a doctor [ə'doktə]həkim a rector [ə'rektə] rektor a sailor [ə'seilə] dənizçi 3) -or hərfbirləşməsi w hərfındən sonra [ə:] kimi oxunur, məs: a work [ə'wə:k] iş, məşğuliyyət a worker [ə'wə: kə] işçi, fəhlə a word [ə'wə.d] söz, kəlmə Mənbə: xaricidil.net
  7. Sıfırdan başla - dərs 4

    1. O o [ou] hərfı, əsasən iki cür oxunur: a) О hərfi vurğulu açıq hecada [ou] kimi oxunur, məsələn: no [nou] xeyr, yox note [nout] qeyd, qeyd etmək a rose [ə'rouz] qızılgül go [gou] getmək so [sou] beləliklə, belə ki. [ou] ikitərkibli səsdir (diftonqdur). İngilis [ou] səsi Azərbayean (o) və (u) səslərinin birləşməsi ilə müqayisə edilə bilər. b) Vurğulu qapalı hecada о hərfi [o] kimi oxunur. [о] səsi Azərbaycan dili (о) səsinin qısa və yarımçıq tələffiizünə oxşayır. Azərbaycan dilində on sözündəki (o) səsi ingilis dili [о] səsinə oxşayır, məsələn: on [on] üstündə (nəyinsə) hot [hot] isti (hava, su) dot [dot] nöqtə (işarə) not [not] yox (inkar hissəciyi) fond [fond] zərif, sevən pot [pot] gülqabı, dibçək 2. Qoşa oo hərfləri iki cur oxunur: a)OO hərfbirləşməsi adətən [u:] kimi oxunur, məsələn: too [tu:] həmçinin room [ru:m] otaq food [fu:d]yemək, ərzaq goose [gu:z] qaz (quş) spoon [spurn]qaşıq fool [fu:l] ağılsız, axmaq b)oo hərfbirləşməsi d,k,t hərflərinin qarşısında gələrsə qısa kimi oxunur, məsələn: good [gud] yaxşı look [luk] baxmaq book [buk] kitab foot [fut] ayaq hook [huk] qarmaq goods [gudz] mal-dövlət, əmlak 3.U u [ju:] hərfi iki cür oxunur: a)u [ju:] hərfi vurğulu açıq və şərti açıq hecalarda [ju:] kimi oxunur. [ju:] səsi Azərbaycan dilində (yuu) səs birləşməsi ilə müqayisə edilə bilər, məsələn: due [dju:] lazımi, vaxtında, hesabına mute [mju:t] lal, səssiz student ['stjuıdənt] tələbə b)u [ju:] hərfı vurğulu qapalı hecada [ʌ] kimi oxunur. [ʌ] səsini tələffdz etmək üçün ağız boşluğu açıhr, dilin orta hissəsi yuxarıya qalxır və dodaqlar adi vəziyyət alır. Bu vəziyyətdə sanki Azərbaycan dilindəki (a) səsinin qısa variantı tələffüz olunur, 4.Rr [a:] hərfi bir cür oxunur: [r] kimi. red [red] qırmızı read [ri:d] oxumaq rose [rouz] qızıl gül arrest [ə'rest] həbs (etmək) 5. th [ti:, eıtʃ] hərfbirləşməsi iki cür oxunur: a) cingiltili [ð] səsi kimi. [ð] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [d] və [z] səsləri ilə qarışdırmaq olmaz. [ð] səsinin tələfffizü zamam dilin ucu dişlərin ara-sında olur və güclü nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn: b) kar [Ө] səsi. [Ө] səsi Azərbaycan dilində yoxdur. Bu səsi səsi ilə qanşdırmaq olmaz.[Ө] səsinin tələffüzündə dilin ucu dişlərin arasında durur və zoif nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn: Sait və samit hərfbirləşmələri: 1. er [i:, a:] hərfbirləşməsi iki cür oxunur: a) üzərinə vurğu düşdükdə (vurğulu halda) [ə:] kimi oxunur. [ə:] səsi Azərbaycan dilindəki (ö) səsindən tam şəkildə fərqlənir. Azərbaycan dili (ö) səsindən fərqli olaraq ingilis dilində [ə:] səsi toləffüz olunarkən dodaqlar yanlara dartılır, ağız boşluğu azca açılır, məsələn: person ['pərsn] şəxs, adam fern [fə:n] ayıdöşəyi, qıjı (bitki) her [hə:] onun (qadm cinsi) b) er vurğusuz vəziyyətdə neytral [ə] kimi oxunur və əsasən sözlərin sonunda işlədilir, məsələn: a sister ['sıstə] bacı larder [la:də] anbar 2.ar hərfbirləşməsi bir cür oxunur:[a:] [a:] səsi Azərbaycan dilindəki (a) səsinin uzun tələffüz olunan variantına oxşayır. Təqribən Azərbaycan dilindəki saat, maarif, sait sözlərindəki (a) səsinə uyğun gəlir,məsəlen: a car [ə'ka:] minik maşmı far [fa:]uzaq, kənar Sait hərfbirləşmələri: 1) ey [i:, waı] hərfbirləşməsi [ei] kimi oxunur, məsələn: hey [hei] nida (çağınş) they [öeı] onlar (şəxs əvəzliyi) grey [grei] boz (rəng) 2) ou hərfbirləşməsi adətən [u:] kimioxunur, məsələn: you[ju:]sən- siz (şəxs əvezliyi) group[gru:p] qrup, dəstə, bölmə Mənbə: xaricidil.net
  8. Sıfırdan başla - dərs 3

    1.I i [ai] hərfı iki cür oxunur: a) I i hərfı vurğulu açıq hecada əlifbadakı kimi [ai] oxunur, məsələn: I [ai] mən (şəxs əvəzliyi) time [taim] vaxt nice [nais] qəşəng fine [fain] qəşəng pine [pain] şam ağacı life [laif] həyat ice [ais] buz b) I i hərfi vurğulu qapah hecada kimi oxunur, məsələn: in [in] -da, -də (içində) it [it] o, (şəxs əvəzliyi, orta cins) is (to be) [iz] -dır, -dir,-dur, -dür 2. Y у [wai] hərfi 3 cür oxunur: a) Y hərfi sözlərin əvvəlində [j] kimi oxunur və bu səs Azərbaycan dili (у) səsinə oxşayır, məsələn: ye [je] hə, bəli yes [jes] bəli yet [jet] hələ, hələdə b) Y hərfi təkhecalı sözlərin sonunda [ai] kimi oxunur: my [mai] mənim by [bai] -la,-lə, ilə, tərəfindən c) Y hərfi iki və daha artıq hecalı sözlərin sonunda kimi oxunur: tidy [taıdı] səliqəli, yığcam lady ['leidı] xanım lazy ['leizı] tənbəl family ['faemılı] ailə 3. - ay hərf birləşməsi [ei] kimi oxunur, məsələn: may [mei] olar day [deı] gün pay [pei] ödəmək 4. К к [kei] hərfı [к] kimi oxunur.Bu səs Azerbaycan dilindəki "kassa" sözündəki (к) kimi tələffüz olunur, məsələn: take [teik] götürmək, qəbul etmək make [meık] etmək, düzəltmək 5. H h hərfı yalnız [h] kimi oxunur, məsələn: hat [hæt] şlyapa, (Azərbaycan dilində Həsən, hökm, səhər sözlərindəki [h] kimi tələffüz olunur). 6. ch hərfbirləşmesi iki cür oxunur: chick [tʃık] cücə, uşaq bench [bentʃ] skamya, kürsü child ['tʃaild] uşaq, körpə Əsasən yunan mənşəli sözlərdə -ch hərfbirləşməsi [k] kimi oxunur, məsələn: ache [eık] ağrı, əziyyət character ['karıktə] xarakter, xüsusiyyət chemistry ['kemıstrı] kimya orchestra [orkestrə] orkestr [tʃ] və [к] səslərinin hər ikisi Azərbaycan dili səs sistemində də vardır. Qeyd: - ld hərfbirləşməsi qarştsında i hərfi [ai] kimi child [tʃaild] uşaq mild [maild] mülayim wild [waild] vəhşi 7. -ck hərfbirləşməsi [к] kimi oxunur: black [blsek] qara (rəng) back [bk] arxa, kürək (insanın və s.) sack [saek] kisə, torba, çuval 8. sh hərfbirləşməsi [ʃ] kimi oxunur; 9. P p hərfi bir cür, [p] kimi oxunur. Mənbə: xaricidil.net
  9. Sıfırdan başla - dərs 2

    1. Aa [ei] hərfı əsasən üç cür oxunur: a) Aa hərfivurğulu açıq hecada [ei] kimi oxunur: [ei] iki ınüstəqil səsdən ibarət olan bir mürəkkəb səsdir. Belə səsler diftonq (qoşa avazlı səslər) adlanır. Diftonqun birinci elementi bir qayda olaraq vurğulu olur. date [deit] tarix (ayın) name [neim] ad (adamın, bitkinin və.s) take [teik] götürmək table [teibl] stol plate [pleit] boşqab late [leit] gec b) Aa hərfı vurğulu qapalı hecada [æ] oxunur. [æ] səsini tələffüz edərkən dilin əsas kütləsi ağızın qabaq hissəsində olur və beləliklə ağızın arxa hissəsində boşluq yaranır. Dilin ucu alt dişlərə tərəf dartılır, ortası isə irəli dartdmaqla azca yuxarı qalxır. Dodaqlar isə azca yana dartılır. İngilis [аз] səsi Azərbaycan dilindəki (ə) səsi kimi tələffuz olunur, lakin ondan forqli olaraq [as] səsinin təleffüzündə alt çənə bir qədər aşağı enir, ınəsələn: man [mæn] adam, kişi bad [bæd] pis map [mæp] xəritə с) Aa hərfi vurğusuz hecada [ə] kimi oxunur. [ə] səsi həmişə vurğusuz olur. Bu səs Azərbaycan dili (ə) səsinin tələffüzünə yaxındır. İngilis dili [ə] səsinin tələffüzünü asanlaşdırmaq üçün ondan sonrakı qonşu hecanı daha vurğulu tonda demək lazım gəlir, məsələn: and [send] və (bağlayıcı) -ea hərfbirləşməsi [i:] oxunur. meat [mi:t] ət (ərzaq növü) sea [si:] dəniz tea [ti:] çay (içməli) Müqayisə edin: sea [si:] dəniz see [si:] görmək meet [mi:t] görüşmək, rastlaşmaq, qarşılamaq meat [mi:t] ət (ərzaq növü) 2. İki cür oxunan samit hərflər: 1) S [es] hərfi adətən kimi oxunur: səsi Azərbaycan dili (s) səsinə tam uyğun səsdir, məsələn: see [si:] gönnək sit [sit] oturmaq sea [si:] dəniz 2) S s hərfi iki sait səs arasında və cingiltili samit səslərdən sonra [z] kimi oxunur və demək olan ki, Azərbaycan dili [z] səsinə tam uyğun gəlir, məsələn: pens [penz] qələmlər is [ız] -dır,-dir (xəbər şəkilçisi) beds [bedz] çarpayılar as [æz] belə (ki), kimi 3) С с [si:] hərfı iki cür oxunur: а) С hərfi adətən [к] kimi oxunur, məsələn: cap [кæр] şapka, papaq cat [kæt] pişik clean [kli:n] təmiz, təmizləmək b) С hərfı i, e,y hərfləri qarşısında oxunur, məsələn: place [pleis] yer, yerləşdirmək pencil [pensl] karandaş face [feıs] üz, sifət; üz-üzə gəlmək icy ['aısı] buzlu, buzla örtülmüş 4) G g. [dʒi:] hərfı iki cür oxunur: a) G g h ərfi, adətən [g] kimi oxunur, məsələn: flag [flæg] bayraq; bag [bæg] çanta; egg [egg] yumurta Bu sözlərdə [g] səsi əsasən Azərbaycan dilində qəpik, qəşəng sözlərindəki (q) səsinin eynidir. b) G g hərfi İ,-e,-y hərflərindən hər hansı birinin qarşısında gələrsə [dʒ] kimi oxunur. [dʒ] səsi Azərbaycan dilindəki (c) səsinə oxşayır, məsələn: a page [ə'peidʒ] səhifə (kitab) a gypsy [ə'dʒipsı] qaraçı (adam) gin [dʒin] içki, araq növü 5) L 1 [el] hərfi həmişə bir cür oxunur: [1] səsinin tələffüzü [t], [d], [n] səslərində olduğu kimi dilin ucu üst yuvaqlara söykənməklə əmələ gəlir. [l] səsi [n] və [m] kimi sonor səsdir. [1] səsi Azərbaycan dili (1) səsindən həm əmələ gəlməsinə, həm də qalınlığına görə fərqlənir, məsələn: lamp -[læmp] -lampa plate -[pleit] -boşqab late -[leit] -gec, sonra tell -[tel] -söyləmək bell -[bel] -zəng /telefon/. call -[ko:l] -çağırış,zəng Mənbə: xaricidil.net
  10. Sıfırdan başla - dərs 1

    Hazırdaingilis dilidünyada ən geniş yayılmış dillərdən biridir. Birləşmiş Millətlər Təşkilatında istifadə olunan 5 əsas dildən ən işlək olam məhz ingilis dilidir. İndi ingilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir. İndi ingilis dili özünəməxsus gözəlliyi və xüsusi ahəngi olan sabit və zəngin fonetik sistemə malikdir. Dünyada mövcud olan bütün dillərin özünəməxsus səs sistemi olduğu kimi, İngilis və Azərbaycan dillərinin də bir-birindən köklü surətdə fərqlənən səs sistemləri vardır. HƏRFLƏR.Hərf hər bir səsin yazıdakı qrafiki təsviridir. Biz hərfi yazır və oxuyuruq. Hər bir söz hərflərin sistemli düzülüşündən ibarətdir. İngilis və Azərbaycan əlifbaları Latın qrafikası əsasında yaradılmışdır. Lakin həmin hərflər formaca bir-birinə oxşasalar da onların hər biri müxtəlif cür adlanır və oxunur, məsələn, h hərfi Azərbaycan əlifbasında [he], İngilis əlifbasında isə [eɪtʃ] adlanır. SƏSLƏR.Səs tələffüz olunur, yə'ni biz onu deyirik və eşidirik. Deyilən hər bir söz ayrı-ayn səslərin toplusundan ibarətdir. Səslər bir qayda olaraq sözün mənasını dəyişdirir. Sözün tərkibindəki səs dəyişilən kimi sözün mənasında da dəyişiklik baş verir, məsələn, ad-ad, ada-ada və s. Bəzən sözdə səs ilə hərflər say etibarilə uyğun gəlmir. Bu hal hər iki dildə mövcuddur, məsələn, Azərbaycan dilində ailə sözündə dörd hərf olduğu halda 5 səslə |ayilə| tələffüz olunur. İngilis dilində light - işıq sözündə 5 hərf olmasına baxmayaraq 3 səslə [lait] tələffüz edirik və s. İngilis dilində olan 26 hərf 44 səsi ifadə edir. Həmin 44 səsdən 20- si sait, 24-ü isə samitdir. Hərflərdə olduğu kimi, müxtəlif dillərə məxsus olan səslərdə də müəyyən oxşarlıqlar müşahidə olunur, lakin belə oxşarlıqlar heç də eyniyyət təşkil etmir, məsələn, [d] səsi Azərbaycan və İngilis dillərində keyfiyyətcə xeyli fərqlənir. Azərbaycan dilində [d] səsi dilönü-dişarxası samiti olduğu halda, ingilis dilində [d] səsi dilucu-yuvaq samitidir. Sait səslərdə isə tələffüz fərqləri daha qabarıqdır. Deməli hər bir dilin öz səs quruluşu, səs və musiqi ahəngi vardır. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində səslər quruluşca iki yerə bölünür: 1) sadə sait səslər, 2) mürəkkəb sait səslər. Azərbaycan dilində sait səslərin hamısı sadə səslərdir. Sadə sait səslər bir tərkibli olmaqla onlara monoftonq (təkavazlı) deyilir. Monoftonq səslər qısa və uzun olur, məsələn, [о] qısa, [ә:] uzun, qısa, [i:] uzun səsdir. Mürəkkəb sait səslər də tərkibcə iki cür olur: a) İkitərkibli mürəkkəb sait səslər. Bunlara diftonq (cütavazlı) deyilir. Diftonqu tələffüz edərkən onu təşkil edən elementləri bir-birindən ayırmaq olmaz, çünki onların hər ikisi birləşərək bir mürəkkəb fonem yaradır, məsələn, [ei], [ai], [oi] və s. Diftonqun birinci elementi vurğulu olduğu halda, ikinci elementi həmişə zəif tələffüz olunur. b) Üçtərkibli mürəkkəb səslər, bunlara triftonq (üçavazlı) deyilir, məsələn, [auə], [aiə] və s. Tələffüz zamanı triftonqlar iki yerə bölünür, yəni triftonqun birinci tərəfi diftonq, ikinci tərəfi isə neytral səs vəziyyətində olur. ƏLİFBA. Məlum tərifdə olduğu kimi hərflərin sıra ilə düzülüşünə əlifba deyilir. Hər bir hərfin məxsus olduğu dilin əlifbasında öz adı və yeri vardır. Azərbaycan əlifbası səs prinsipinə əsaslanır, yəni hər bir səs yazıda bir hərflə ifadə olunur. Ancaq ingilis əlifbası qrafik (işarə) təbiətli olmaqla tarixi-ənənəvi prinsipə əsaslanır, yəni bir səs bir və ya bir neçə hərflə ifadə oluna bilir. Ona görə də əksər hallarda sözdə səslə hərf bərabər kəmiyyətdə olmur. Buna baxmayaraq ingilis dilində xüsusi oxu qaydaları mövcuddur. Bu oxu qaydaları sözdə heca və vurğuya əsaslanır. HECA.Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Adətən sait səslər heca yaradan səslər olur. Sait hərflər mənsub olduğu hecanın növündən asılı olaraq müxtəlif cür oxunur. İngilis dilində üç növ heca vardır: 1) açıq heca; 2) şərti açıq heca; 3) qapalı heca. Məsələn: 1) Sonu saitlə bitən hecaya açıq heca deyilir. me [mi:] məni, mənə, he [hi:] (о) və s. 2)Sonu oxunmayan - e hərfi ilə əmələ gələn heca şərti açıq heca adlanır, məsələn, name [neim] ad, take [teik] götürmək və s. Açıq və şərti açıq hecalarda sait hərflər adətən öz adlan ilə oxunur. 3) Sonu samitlə bitən hecaya qapah heca deyilir, məsələn, hat [haet] şlyapa, cat [kaet] pişik, had [hasd] vardır / varıdır və s. VURĞU. Sözdə bir hecanın digərinə nisbətən qüvvətli tələffüz edilməsinə vurğu deyilir. Müxtəlif dillərdə vurğu sözün müxtəlif hecalarının üzərinə düşür. Azərbaycan və əksər türk mənşəli dillərdə vurğu , adətən, sözün axırıncı hecasına, ingilis dilində isə sözün əvvəlinə, ortasına və sonuna düşə bilir, yəni ingilis dilində һөг sözün öz konkret vurğu yeri vardır. Vurğu sözün mənasını dəyişə bildiyi kimi, hərfin oxunuşunu da dəyişə bilir. Vurğu altında sait səslər tam və qüvvətli tələffüz olunduğu halda, vurğusuz hecada zəif tələffüz olunur, səs neytrallaşır, bəzən də tələffüz olunmur. Ona görə də sözləri öyrənərkən vurğuya diqqət yetirmək vacibdir. İngilis dilində vurğu əsasən birinci hecanın üzərinə düşür. Çoxhecalı sözlərdə iki və ya üç (əsas və ikinci dərəcəli) vurğu ola bilər. Mənbə: xaricidil.net
  11. This post cannot be displayed because it is in a password protected forum. Enter Password
  12. This post cannot be displayed because it is in a password protected forum. Enter Password
  13. This post cannot be displayed because it is in a password protected forum. Enter Password
  14. This post cannot be displayed because it is in a password protected forum. Enter Password
  15. This post cannot be displayed because it is in a password protected forum. Enter Password