Aytən

Members
  • Content count

    52
  • Joined

  • Last visited

Community Reputation

389 Excellent

About Aytən

  • Rank
    Advanced Member

Recent Profile Visitors

1201 profile views
  1. Əsas probelimiz məişət problemləri

    Millətimizin ən sevmədiyim tərəflərindən biridir. Elə bil hamımız uşağıq, nəyisə ortaya atıb bizim başımızı 3-5 gün qatmaq elə asandır ki. Məsələ qızın geyiminə qədər getdi çıxdı yəni. O qızı qınayanların, geyiminə, tərbiyəsinə söz deyənlərin böyük əksəriyyəti indi instagramda qızın follovu qəbul etməyini gözləyir, əminəm. Bizdə millətin böyük əksəriyyəti azad düşüncədən məhrumdur. Bizdə kütləvi düşüncədir. Əksəriyyət nə düşünürsə, sən də onu düşünməlisən. Yoxsa məğlubsan, yoxsa commentinin altına gəlib söyüş söyəcəklər, yoxsa şərhini paylaşıb təhqir edəcəklər, yoxsa hamı səni ağılsız sayacaq. Çünki kütlə deyəni deməmisən, kütlə tərəfdə deyilsən. Deməli haqsızsan, deməli dəlisən. Bir allahın qulu qayıdıb demir ki, nə bilirsiz, bəlkə kişiyə təklif edib, kişi özü oturmaq istəməyib? Mənim o qədər başıma gəlib ki, yaşlı kişiyə durub yer vermək istəmişəm, əvəzində mənə acıqlanıb ki, qış uşağısan durub kişiyə yer verməlisən? Ya bəlkə elə ətrafda başqa boş yer var imi, kişi oturmaq istəməyib? Necə də qınamağa meyilliyik, necə də şablon düşüncələrimiz, gənclərimiz var.. Lap vəziyyət deyilən kimi belə olsa facebookda qızın şəklini paylaşmaq nədir, təhqir etmək nədir, "yiyəsi yoxdur" demək nədir? O qızın nə vaxtsa o iti həkimə aparıb müalicə edən yerdə şəklini paylaşsaydılar hamı altına "əhsən" yazacaqdı. Bu gün bu situasiyada çəkib paylaşdılar hamı "ar olsun" dedi. Bax biz buyuq da, buyuq. Nə gözləmək olar başqa bizdən, hansı tərəqqini gözləmək olar?
  2. Poliqamiya nədir?

    Sosiologiya dərsində oxumuşdum bu barədə və çox diqqətimi çəkmişdi. İnsan hüquqlarının qorunması, azadlıq filan bunlar gözəl şeylərdir. Amma mən bu "poli" məsələsinə də homoseksualizm kimi normadan kənar bir hal kimi baxıram. Söhbət sağlam təməlli ailədən, isti yuvadan gedirsə, ən unikal variant "mono" olmalıdır.
  3. "Namus" - mədəniyyətimizdə, cəmiyyət içərisində çox ciddi bir qavramdır. Cəzaçəkmə müəssisələrinə nəzər salsaq cinayətlərin böyük bir qisminin "namus cinayəti" adı altında birləşdiyini görərik. Bu vəziyyət dini inancı güclü olmayan insanlarda belə nəzərə çarpır. Namus qavramının cəmiyyət daxilində önəm daşıması həmin cəmiyyətin mədəniyyəti və tarixi ilə sıx bağlıdır. Kişinin öz tərəf müqabilinin namusu üçün ölümü gözə alması, ya da namusuna söz gəlməsin səbəbi ilə özünü riskə atması qadınlar tərəfindən də dəstəklənmiş, bəyənilmişdir. Sosial darvinizmin dəstəkçiləri ailə qavramında intim sədaqətin çox da əhəmiyyətli olmadığını söyləyir, "İnsanların cinsi həyatı azad olmalıdır" kimi fikirlər irəli sürürlər. Bu durum insanların situativ ehtiraslarını, tələbatlarını ödəyə bilər, amma sosioloji nöqteyi-nəzərdən cəmiyyətdə fəsadlar yaratmaq gücündədir. Yaşadığımız cəmiyyətin sağlam cəmiyyət ola bilməsi üçün insest münasibətlər (ailədaxili cinsi əlaqə halları) olmamalı, dünyaya gələn uşağın valideynlərinin kimliyi bilinməlidir. İnsanın cinsi həyatının sərbəstliyi cəmiyyət tərəfindən dəstəklənərsə, bioloji cəhətdən bir-birinə çox yaxın insanlar arasına, məsələn bacı və qardaş arasında insest hallarına sıx rast gəlinəcək. Sosioloqların araşdırmalarına görə 100-200 il sonra insan orqanizminin formalaşması və həyati proseslərini davam etdirəbilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimer olan DNT bioloji baxımdan ən yaxın insan genlərindən ibarət olacaq, buna görə də bir çox yeni və təhlükəli xəstəliklərin yaranması ehtimalı artacaq. Məsələn, Amerikalı bir gənc hər hansı bir insanla evli olduğu halda qardaşından ya da bacısından da uşaq sahibi olacaq. Hazırki, universal cəmiyyət düşüncəsi bu inkişafı rədd edir. Belə bir inkişaf insanlığın gələcəyi üçün böyük təhlükədir. Hadisəyə yalnız bioloji baxımdan yanaşıldıqda belə, aydın olur ki, DNT-lər bir-birlərindən nə qədər uzaq olsa, yeni nəsillər üçün sağlamlıq faktoru və müxtəliflik səviyyəsi bir o qədər yüksək, insanlığın gələcəyi də bir o qədər təhlükəsiz olar. Sosioloji təlimlər bu səbəbdən ailədaxili cinsi münasibətlərə qarşı çıxır. Belə bir inkişafa qapı açılmamalıdır. Namus qavramının sosioloji izahı məhz bu cürdür. Məsələnin psixoloji tərəfinə yönəlsək, sədaqət ailədəki ən əhəmiyyətli bağdır və cinsi həyatda sədaqət də bunun içərisindədir. Bir insanın, sevdiyi kimsənin başqa biriylə birlikdə olduğunu düşündüyündə narahat olmaması, psixoloji bir narahatlıqdır. Namus yalnız qadınlara xas deyil. Bu mövzuda qadın ilə kişinin heç bir fərqi yoxdur. Bu vəziyyət hər iki cins üçün də eynidir. "Namus qadına yaraşar, amma kişidə olmasa da olar!" deyə düşünülə bilməz. Bu düşüncənin daha çox qadına yönəlik gündəmə gəlməsi, qadının həm də ana olması ilə əlaqədardır. Buna görə də bioloji səbəbi irəli sürərək qadının namus mövzusunda daha diqqətli olması nəsihət olunur . Buna əsaslanaraq "Qadın hər kişini yanına yaraşdırmamalıdır" - deyə bir fikir formalaşdı. Ana olduğu üçün yeni doğulacaq fərdin genlərinin bir hissəsini ondan aldığı məlum məsələdir. Lakin uşağın kimin olduğu mövzusunda kişinin bilinməmə ehtimalı vardır. Kişi, yəni ata mövzusunda daha həssas davranma meyli buna görə dəstəklənir. Qadının namus mövzusuna kişidən daha çox diqqət yetirməsi, bioloji meyllərə daha uyğundur. Lakin namus qavramı baxımından ideal olan fikir - kişi və qadın arasında heç bir fərqin olmadığının qəbul edilməsidir. Qadın namus və sədaqət mövzusunda nə dərəcə həssaslıq göstərirsə, kişi də eynilə bu mövzuda diqqətli olmalıdır. Əks halda qadının mənəviyyatı zədələnə, "yoldaşım" deyə sarıldığı, sığınacaq liman olaraq gördüyü insanın başqasıyla birlikdə olduğunu düşünməsi ruhunu dərindən incidə bilər. Namus qavramı insanlıq tarixində ilk dəfə QədimYunanıstanda yaranmış, mifoloji və yazılı şəkildə tətbiq olunmuşdur. Qadın Antik Çağda da dəyərsizləşdirilmişdir. Pagan mədəniyyətində gerçək insanın yalnız kişi olduğu şəklində bir inanc hakim mövqe tuturdu. Evli qadın on səkkizinci əsrin ortalarına qədər pul yığıa, mal sahibi ola bilməzdi. O, ərinə kölə olmaq məcburiyyətində idi. Hətta Şotlandiyada 400 il ərzində cadugər və ya pis insan olduqları irəli sürülərək doqquz milyon qadının qaynar yağa atılaraq öldürüldüyü deyilir. "Daxilində pislik var, insanlığı yoldan çıxara bilərlər!" düşüncəsiylə qadınlar qaynar qazanlarda yandırılmışdır. Namus mövzusunda qadına biçilən rol, cəmiyyətdə kişi dominantlığının nəticəsidir. Qadın və kişi namus mövzusunda eyni həssaslığı göstərməlidir. Evlilikdə ideal olan budur. Nevzat Tarhan/Kadın psikolojisi Tərcümə etdi: Eminova Aytən
  4. “İnsan danışdıqca rahatlaşar” – Freydin “psixoanalizə giriş” konfranslarından birində işlətdiyi gözəl bir cümlədir. Psixoanalitik terapiya olsun və ya olmasın, fərq etməz, araşdırmalar göstərir ki, danışığa, söhbətə əsaslanan müalicə şəxsin duyğusal simptomlarını və narahatlıqlarını azaldır. Dərman müalicəsi və qısa müddətli psixoterapiyalar birlikdə konsultant və pasiyent arasındakı münasibəti ən önəmli vasitə kimi istifadə edərək şəxsin müsbətə doğru dəyişməsinə şərait yaradır. İnsanın somatik (fiziki) xəstəlikləri olduğu kimi, psixoloji xəstəliklərinin də olması normal bir haldır. Necə ki, fiziki narahatlıqlarımız zamanı mütəxəssisə müraciət ediriksə, psixoloji narahatlıqlarımız zamanı da eyni qaydada işi bilən bir mütəxəssisə müraciət etməliyik. Adətən insan psixoloji cəhətdən özünü yaxşı hiss etmədiyi zaman onun ən yaxınında olan insanlar belə məsləhət verir: “Özün özünə kömək etməyi bacarmalısan, insan özü özünün psixoloqu olmalıdır, sən güclüsən, bunun üstəsindən gələ bilərsən”. Bu psixoloqun cəmiyyətimiz tərəfindən hələ də mütəxəssis kimi qəbul olunmamasından qaynaqlanır. Necə ki, başımız ağrıyan zaman, daxili orqanlarımızda problem olan zaman, gözlərimiz zəif görməyə başladığı zaman özümüz bunun üstəsindən gələ bilmiriksə, analoji olaraq psixoloji problemlərimiz zamanı da bunu işini bilən bir mütəxəssisə müraciət edərək həll etməliyik. Çünki psixoloji sağlamlığımız da fiziki sağlamlığımız qədər önəmlidir. Hətta, deyərdim ki, ondan daha önəmlidir. Artıq dövrümüzdə “Sağlam bədəndə sağlam ruh olur”, düşüncəsi öz yerini “Sağlam ruhda sağlam bədən olur” düşüncəsinə vermişdir. Psixoloji xəstəliklər fiziki xəstəliklər kimi özünü tez biruzə verən, tez fərqinə varılan xəstəliklər olmasa da psixoloji sferada baş verən narahatlıqlar çox keçmir ki, şəxsin fiziki sağlamlığına da, şəxsiyyətlərarası münasibətlərinə də, gündəlik həyatına da təsir etməyə başlayır. Yaşadığımız cəmiyyətdə isə insanlar hələ də psixoloji narahatlıqlarını bir xəstəlik kimi görmür və mütəxəssisə müraciət etməkdən çəkinirlər. Psixoloqa müraciət etmək iki fərqli cəhətdən bizə faydalı ola bilər. Psixologiya üzrə təhsil almış və işini bilən bir mütəxəssis şəxsi terapiya prosesində sualları ilə istiqamətləndirir və şəxsin özünün belə fərqində olmadığı problemləri üzə çıxardır. Problemlər, narahatlıqlar tam aydınlaşdırıldıqdan sonra müalicə planı hazırlanır və tətbiq edilir. Digər tərəfdən, insanın heç tanımadığı birinə öz narahatlıqları və problemləri haqqında danışması onun problemə daha fərqli prizmadan baxmasına kömək edəcək. Psixoloq mütəxəssisdir və bizə ətrafımızda olan insanlar içərisində ən obyektiv şəkildə baxa bilən biridir. Bizim bilmədiyimiz problemləri aşkara çıxarda bilə, ya da görmək istəmədiklərimizi görməyimizə kömək edə bilər. Problemlərə kənardan baxan bir mütəxəssisin dəyərləndirməsi, düşüncəsi problemin içində olan insanlarınkından təmamilə fərqli olacaq. Lakin yadda saxlamaq lazımdır ki, psixoterapiyadan yaxşı nəticə almaq üçün hər şeydən öncə insan özü də çalışmalıdır. Yaşadığımız dövrdə psixoloqa “sehirbaz” kimi münasibət bəsləyən insanlar kifayət qədərdir. Lakin, nə psixoloq sehirbazdır, nə də terapiya sehirli çubuqdur... Seçdiyimiz mütəxəssis ölkədəki ən yaxşı mütəxəssis ola bilər, ən məşhuru ola bilər, amma əgər biz özümüz dəyişmək, yaxşılaşmaq istəmiriksə bütün bunların, demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Psixoterapiya bizə fərqli baxış bucağı qazandıracaq. İndiyə qədər görmədiklərimizi görməyimizə yardımçı olacaq. Ancaq psixoloqun otağından daha yaxşılaşmış vəziyyətdə və ya əvvəlki kimi çıxmağımız özümüzdən asılıdır. Aytən Eminova Bakı Dövlət Universiteti, Psixologiya fakultəsi
  5. Gerontokratiya

    Bizim universitetdə bir müəllimimiz var idi, deyirdi ki, "kim yeni nəsli, gəncliyi pisləyirsə, demək o özü qocadır. Nolub gənc nəslə? Gül kimi uşaqlardır. Özü ayaqlaşa bilmir deyə düşüb yeni nəslin üstünə."
  6. Azərbaycanda psixiatr olmaq

    Razıyam, bu sahədə çox irəliləyiş var Azərbaycanda, şükürlər olsun.
  7. Universitetin 2-ci kursunda oxuyanda psixiatriyaya olan həvəsim məni tibb qardaşı kimi işləmək üçün ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gətirib çıxardı. 2006-cı ildə həmin qəsəbəyə gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Müşahidə etdiyim bir məsələni sizlərlə paylaşmaq istəyirəm. Deməli, həmin avtobusda gedənlərdən əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya, psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur. Psixiatriya 100 illik keçmişə sahib gənc elm sahələrindəndir. Son 30 ildə diaqnostik kriterilərin daha da dəqiqləşməsi ilə ciddi inkişaf sahəsinə qədəm qoydu... Ruhi xəstələrin “dəli”, onların müalicəsi ilə məşğul olan həkimlərin isə “dəli həkimi” adlandırılması həmin cəmiyyətdə insanların bu mütəxəssislərə az müraciət etməsinə səbəb olur. Avropa və Amerikada bu problem demək olar ki, tam həll olunsa da ölkəmizdə bu sahədəki dəyişiklik son 5 ildə nəzərə çarpır. Dövlət Statistika Komitəsinə verdiyim sorğuya cavab olaraq bildirdilər ki, 2013-cü ilin əvvəlinə olan məlumata görə Azərbaycanda psixiatrların sayı 343 nəfərdir. Təxminən 260.000 əhaliyə 1 həkim-psixiatr xidmət edir. Əhali arasında ağır ruhi xəstəlik hesab olunan şizofreniya və digər psixotik pozuntular bizim müalicə etdiyimiz xəstəliklərin təxminən 5 faizini əhatə edir. Digər 95 faiz isə panik atak, obssesiv-kompulsiv pozuntu, həyəcan pozuntusu, fobiya və depressiya kimi xəstəliklər tutur. Məsələnin maraqlı tərəfi ondadır ki, pasientlərdə bu xəstəliklər zamanı əsəb və gərginliklə bərabər ürək çırpınması, boğulma, baş ağrısı, tərləmə, baş gicəllənmə kimi şikayətlər də olduğu üçün psixiatrdan daha çox terapevtlərə, nevropatoloqlara və digər sahə həkimlərə müraciət edirlər. Onlar da öz növbələrində psixiatra yönəltmək əvəzinə “narahat olmayın heç nəyiniz yoxdur, hər şey özünüzdən asılıdır” tipli məsləhətlər verərək pasientin sonralar həkim-həkim dolaşmağına şərait yaradırlar. Pasientlər isə falçı, molla, ekstrasens qəbulunu getməyi psixiatr müayinəsindən daha faydalı hesab edərək hər vəchlə bundan qaçmağa çalışırlar. Səbəbləri üçün qısa bir araşdırma aparsaq yenidən “psixiatra müaricət etsəm camaat nə deyər? ” düşüncəsinin hələ də hakim olduqunu görəcəyik.Dəfələrlə eyni problemə görə Türkiyə və İranda psixiatra rahat müraicət etdikləri halda ölkəmizdə bunu etməkdən çəkindiklərinin şahidi olmuşuq. Bütün xəstəliklər zamanı həmin sahənin peşəkarına müraciət hər zaman faydalı olur. Ətrafın nə deyəcəyindən, nə düşünəcəyindən asılı olmayaraq ruhi və somatik sağlamlığınız naminə bu sahədəki düşüncələrinizdə inqilab edin. Orxan Fərəcli
  8. Həyat təfərrüatlardan ibarətdir. Sevincli anlar hər gün baş verir. Yəqin ki, bu xırda anlardan zövq almaq bacarığı bizə xoşbəxtlik hissini bəxş edir.Sadəcə bir an dayanın və ətrafınıza nəzər yetirin. Biz sizə bu məqalədə sevinə biləcəyimiz xırda anları təqdim edirik. Lakin unutmayın ki, ətrafımızda minlərlə belə xırda anlar baş verir. Təmiz mələfələri olan yataqda yatmaq. Üç dəfə və daha çox səbr gətirmək. Ayaqlarınızı suya salmaq. Sizin çox sevdiyiniz bir kitabda bir neçə daha oxunmamış səhifənin olduğunu aşkarlamaq. Ayağınız sürüşür, lakin siz yıxılmırsınız. Barmaqlarının arasında qum dənəciklərini hiss etmək. Uzun zamandır gözlədiyin ismarıcı almaq. Həqiqətə oxşayan qorxulu bir yuxudan oyanmaq və bunun sadəcə bir yuxu olduğunu anlamaq. Dadlı şirniyyat yemək. Qızardılmış kartof porsiyasında çipsi kimi qızardılmış bir kartof tapmaq. Yeni elektron cihazın ekranından qoruyucu təbəqəni çıxartmaq. Yatarkən bir ayağını ədyaldan çıxartmaq. Gödəkçənin cibindən pul tapmaq. Bilməyərəkdən köhnə və çoxdandır unutduğunuz şifrəni daxil etmək. Saçını kəsdirdikdən sonra saçlarına əl vurmaq. Bayramdan sonra dadlı yeməklərlə dolu soyuducunun qapısını açmaq. Qəfildən pişik sizin dizləriniz üstünə hoppanır və mırıldamağa başlayır. Ağacların çiçək açmasını görmək. Zibil vedrəsinə dəqiqlik ilə nəsə atmaq. Qışdan sonra ilk dəfə pencək geyinmək. Səhər tezdən oyanmaq, bu günün istirahət günü olduğunu yada salmaq və təzədən yatmaq. Təsadüfən haradasa uşaqlıq dövrünü xatırladan bir qoxu hiss etmək. Bəyəndiyin mahnıya dəfələrlə qulaq asmaq. Öz özündə züm-zümə etdiyin mahnını radioda eşitmək. Fevralda yazın ətrini, mayda isə yayın ətrini hiss etmək. Uşaq oyuncaqları və uşaqlığınıza aid əşyalarla dolu olan qutunu qurdalamaq. Yataqda uzanmaq və yağışın damcılamasını dinləmək. Çoxlu gəzmək və sonra evə gəlib sadəcə olaraq divanda uzanmaq. Gülməkdən ağlamaq. Quru düyü ilə dolu olan bankaya əlini salmaq. Balışı soyuq tərəfinə çevirmək. Kənardan sizin dostlarınızla söhbətinizi eşidən insanların gülməsinə diqqət yetirmək. banker.az
  9. Böyük Britaniyanın “Phoenix Memorial Diamonds" şirkəti yaxınlarını itirən və onların adını əbədiləşdirmək istəyənlərə əcaib “ölümsüzlük iksiri” təklif edir. Daha doğrusu, əziz insanların nəşlərini almaza çevirməyə səsləyir. Təklif əcaib səslənsə də bunu etmək asandır. ANS PRESS-in məumatına görə, ilk öncə cəsəd xüsusi sobada yandırılaraq külə çevrilir. Daha sonra Rusiyada hazırlanmış xüsusi texnologiya əsasında insan külü duz və digər lazımsız qeyri-üzvi maddələrdən təmizlənir, nəticədə karbon qalır. Karbon isə 4-8 həftə boyu yüksək temperatur və təzyiqin təsiri altında almaza çevrilir. Belə almazların saxlanılması üçün də maraqlı üsullar təklif olunur: qiymətli daşlar nadir və bahalı ağac növündən düzəldilən mücrüdə, yaxud qranit altlığın üzərində qoruna bilər. Beləliklə, ən əziz mərhumu “qolbaq, kolye, üzük şəklində” hər zaman yanında “daşımaq” mümkündür. Nə deyək? Bəşər övladının fantaziyası ölümsüzlük axtarışında sərhəd tanımır...
  10. İntellektin 9 növü

    Özümü daha çox 8-cidə gördüm.
  11. Dunning Kruger sindromu nədir? Dunning-Kruger effekti və ya Dunning-Kruger sindromu Cornell Universitetinin iki psixoloqu Justin Kruger və David Dunningin müəyyənləşdirdiyi qeyri-obyektiv qavrayış prosesidir. Cornell Universitetinin psixoloqları Justin Kruger və David Dunning "cahil cəsarəti" adını verdikləri bu sindroma görə 2000-ci ildə Nobel mükafatı aldılar. Sindromun əsas məzmununu qısaca belə ifadə etmək olar: "Həqiqi, gerçək biliyin əksinə, cəhalət şəxsin özünə olan inamını artırır." Araşdırmalar nəticəsində aşağıdakı faktlar ortaya çıxdı: Qabiliyyətsiz insanlar qabiliyyətsizliklərinin fərqində olmurlar. Qabiliyyətsiz insanlar "qabiliyyətlərini" şişirtməyə meyilli olurlar. Qabiliyyətsiz insanlar qabiliyyətli insanların uğurların görməkdə, anlamaqda acizdirlər. Qabiliyyətsiz insanlar təhsil və s. istənilən yolla özlərini inkişaf etdirdikləri zaman qabiliyyətsizliklərinin fərqinə varmağa başlayırlar. Cornell Universitetinin əməkdaşları tələbələr üçün bir test tərtib etdilər, sonra isə tələbələrin hər birinə "necə keçdi?" sualını verdilər. Bəlli oldu ki, sualların 10%inə belə düzgün cavab verə bilməyən tələbələrin "özlərinə inamı" müdhişdir. Onları düşünürdülər ki, testlərin 70%ini düzgün cavablandrırblar. Sualların 90%indən çoxunu doğru cavablayanlar isə "ən təvazökar" tələbələr idi; onlar sualların yalnız 70%inə doğru cavab verdiklərini düşünürdülər. Bütün nəticələr təkrar-təkrar yoxlanıldı və Dunning-Kruger sindromu müəyyənləşdirildi: Hər hansı bir işdə çox yaxşı olduğuna ürəkdən və şübhəsiz inanan qabiliyyətsiz, məziyyətsiz insan özünü və etdiklərini şişirtməkdən, tərifləməkdən, hər işdə özünü qabağa verməkdən və həqiqətdə yerinə yetirə bilməyəcəyi işlərin məsuliyyətini götürməkdən çəkinmir.Əksinə, bütün bunlara layiq olduğunu düşünür. Lakin qeyd etmək lazımdır ki, bəzən bu cahillik və həddini bilməmə xüsusiyyəti peşə fəaliyyəti baxımından şəxsdə itələyici bir güc formalaşdırır.Yəni, "mənfilər" kariyera üçün "müsbətə" çevrilir. Yəqin ki, hamımız həyatda qabiliyyətsiz və yetərsiz insanların daha tez və daha çox yüksəldiyinin şahidi olmuşuq. Həqiqətən qabiliyyəti, savadı olan insanlar isə iş həyatında təvazökarlıq göstərdiyinə görə adətən bir o qədər yüksələ bilmir, öz işlərini qabartmağı, şişirtməyi sevmir, kimlərinsə onları kəşf etməyini gözləyirlər. İndi isə özünüzü, qabiliyyətlərinizi bir daha, başdan gözdən keçirin. Görəsən siz necə bir şəxsiyyətsiniz? Öz dəyərinizin başqaları tərəfindən kəşf edilməsini mi gözləyirsiniz? Əgər belə bir insan olduğunuzu düşünürsünüzsə bunu unutmayın: Ən böyük zənginlik insanın özünə verdiyi dəyərdir. Özünüzü bu zənginlikdən məhrum etməyin. Dünyanın ən zəngini də ola bilərsiniz, ən kasıbı da. Bu sizdən asılıdır. Mürəkkən işlərdə iştirak etməkdən, məsuliyyət götürməkdən qorxmayın, boyun qaçırmayın. Yaxşı olduğunuzu düşündüyünüz mövzularda başqa insanların sizi çağırmasını gözləməyin. "Mən də buradayam" deməkdən çəkinməyin, utanmayın.Əgər bu barədə çətinlik çəkirsinizsə, utanırsınızsa profissional dəstək alın. Çünki insanın özünü qiymətləndirə bilməsi, dəyərləndirə bilməsi göründüyü qədər asan bir iş deyil.Bu sahədə özünü inkişaf etdirə bilən insanların həm peşə, həm də şəxsi həyatda müsbətə doğru dəyişikliklər əldə etməsi danılmaz faktdır. Aytən Eminova
  12. Uğur psixologiyası - rədd edilmək

    Mənim də bir fizika müəlliməm var idi, heç unutmaram. Mən məktəbdə oxuyan şagird olmamışam, ona görə yox ki, bacarmırdım, ona görə ki, istəmirdim. Bir dəfə bütün sinfin qarşısında müəllimə mənə "tupoy" demişdi. O qədər qürurum sınmışdı, elə əzilmişdim o sözün altında. Evə gəlib 2-3 günə bütün fizika kitabını oxudum. Növbəti dərs nə o müəllim, nə də uşaqlar gözlərinə inana bilmirdilər. Tam səmimi deyirəm, hər kəsi təəccübləndirməyi bacarmışdım. Uşaqların, xüsusilə müəllimin o günkü siması, mimikaları, hələ də yadımdadır. Həmin an aldıığım həzzi sözlə ifadə edə bilmərəm Sonradan eşitdim, müəllim mən olmayanda uşaqlardan soruşub ki, Aytən repetitor yanına gedir? O fizika müəlliməmin özü də uşaq hazırlayırdı, heç yadımdan çıxmaz, bir dəfə məni tək tutub demişdi ki, bax haa Aytən, uni.ə hazırlaşanda mənim yanıma gəlməsən, özündən küs. Mən də sırf prinsipə girib onun yanına getməmişdim. Baxmayaraq ki, adamın üstündə allah var, savadlı müəllim idi. Bir dəfə də kimyadan açıq dərs verməli idik. Mən kimyanı da oxumurdum, təbii. 4 qrupa bölünməli idik. Qrup rəhbərləri seçildi, hamı öz qrupuna sinfin ən "qaymaqlarını" seçmək istəyirdi. Parta yoldaşım bir oğlan var idi, uşaq kəllə idi. Ona dedim ki, filankəs, məni seç qrupuna. Dedi yox, yaxşı oxuyanları seçəcəm. Çox sınmışdım. Açıq dərsə qədər kimya kitabını türklər demiş, yaladım yutdum ) Açıq dərs oldu və dərs sonrası müəllimin əsəbi şəkildə dediyi cümlə hələ də yadımdadır: bu nə deməkdir?! Mən o 5-ləri sizə nə üçün yazmışam? Bu nə biabırçılıqdır? Aytəndən başqa niyə cavab verən yox idi?! Təbii ki, bu olanlar mənim eqomu şişirtməyə bilməzdi. Amma məqsədim eqomu şişirtmək yox, özümü sübut etmək idi. Sübut etmək ki, mən o sözlərə layiq deyiləm. Mən əslində oxumaq istəsəm çox gözəl oxuyaram, sadəcə istəmirəm.
  13. Oşo düzmü deyir?

    Keçən həftə Oşonun Ego kitabına başladım. İlk dəfədir Oşonu mütaliə edirəm. İnternetdə, facebookda filan qısa şəkildə düşüncələrini oxuyurdum həmişə, amma kitabını oxumağa ehtiyac duymamışdım. Əslində bu kitab 3 il olar almışam, amma əlim getmirdi kitaba nədənsə. Kitabın 112-ci səhifəsindəyəm. Əslində kitab olduqca axıcı, maraqlı, insanı düşünməyə vadar edən tipdə bir kitabdır. Həqiqətləri soyuq şillə kimi adamın sifətinə çırpır. Amma, məncə bizim yaşadığımız cəmiyyət üçün aşırı utopik fikirlərdir. Həmin fikirlərdən birini paylaşmaq və fikirlərinizi öyrənmək istədim. Oşo deyir ki, pul, var-dövlət, müvəfəqiyyət kimi arzular insanın ruhunu zəhərləyir. Bunlardan azad olmalısan. Məsələn, deyir ki, əgər rəssamsansa ən yaxşı rəssam olmaq arzusu səni ancaq məhv edə bilər, bu düşüncədə olmamalısan. Yaxşı rəsm çəkməyi öyrənə bilərsən, amma ən yaxşı olmağı istəmək, ən varlı olmağı istəmək, lider olmağı istəmək zərərlidir. Səni məhv edər. Çünki insan heç vaxt tam anlamıyla doymur. Daim zirvəyə çıxmaq istəyir. Everestin zirvəsində isə təbii ki, hər birimizə çatacaq qədər yer yoxdur. İlk öncə mən öz fikrimi deyim, məncə bu yuxarıda da dediyim kimi kitabda keçən ən utopik fikirlərdən biridir. Mən düşünürəm ki, istəmək və arzulamaq insanı nəaliyyətə aparan ən önəmli, vacib faktorlardır. Həmişə çoxunu, daha çoxunu arzulamaq lazımdır ki, yüksək bir yerdə görə biləsən özünü. Bu mənim düşüncəmdir, təbii. Və mən həyatımı həmişə bu fikir üzərində qurmuşam. Ümumiyyətlə xəyalpərəst insanam və özümü daha yaxşı, daha yuxarı pillədə xəyal etmədən yaşamağın mənasız olduğunu düşünürəm. Bir də ki, insan ən yaxşı olmaq istəyirsə, bunun nəyi pisdir ki? Arzulamaq da pulla deyil ki. P.S. Ümid edirəm bölməni düzgün seçmişəm. Oşo fəlsəfəsindən, ideologiyasından söhbət getdiyinə görə "Din və Fəlsəfə" bölməsində mövzu açdım.
  14. Kütləvi isteriya

    Bir psikiyatristin gizli defteri kitabında da buna aid bir misal var idi. Əvvəllər elə bilirdim (ağlım kəsməyən vaxtlarda) psixoloq yanına ancaq sevgilisindən ayrılanlar, ya da imtahanqabağı stres yaşayanlar filan gəlir. Amma müxtəlif kitablar oxuduqca görürəm necə geniş imiş bu sahə. Bu sahəni seçdiyimə görə özümü təqdir edirəm. Kəşkə universiteti də düzgün seçə bilsəydim...
  15. Altruizm nədir?

    Bu haqda oxumuşdum. Özüm qəti alturist deyiləm, daha çox eqoist xarakterə sahibəm. Anam isə alturistdir. Necə deyərlər, alturistin dibi hətta. Ağlım kəsəndən onu başqalarına kömək etmək üçün yanıb yaxılan görmüşəm. Çox vaxt tənqid edirəm bu xasiyyətini. Deyirəm, bəsdir öz rahatçılığını başqalarının rahatçılığına qurban verdin. Sonuncu misal da sırf ona aiddir. Mən dərsdən qayıdanda, öldür məni avtobusda durub kiməsə yer vermərəm, əgər oturmuşamsa. Ayaq üstə duran yorğundur, mən də yorğunam. Onun canı candır, mənimki yox? Anam isə elə deyil. İlahi pərvərdigar, sonuna qədər dolu olan avtobusda əgər yaşlı biri varsa mütləq durub ona yer verəcək. Nə qədər yorğun olur olsun. Mən də artıq öyrəşmişəm, birlikdə avtobusa minəndə həmişə anama əvvəlcədən deyirəm ki, bax durub kiməsə yer vermək istəsən durma, mənə de, mən duraram.