Aynur Alimuradbeyli

Members
  • Content count

    1664
  • Joined

  • Last visited

Community Reputation

3280 Excellent

6 Followers

About Aynur Alimuradbeyli

  • Rank
    Advanced Member
  • Birthday 10/05/86

Recent Profile Visitors

20470 profile views
  1. İlk vegeterianlar misirlilər olub

    Qədim misirlilərin nə yeyib, nə içmələri hər zaman alimlərin diqqətini çəkib. Misirdə iri və xırda buynuzlu heyvanların və Nildə balıqların çox olmasına baxmayaraq, sən demə, misirlilər daha çox meyvə-tərəvəz və bitki kökləri ilə qidalanırmışlar. Son tədqiqatlar göstərir ki, ilk vegetarianlar zövq baxımından indiki vegeterianlardan elə də çox fərqlənməmişlər. Misirşunaslar artıq çoxdan sübut etmişlər ki, qədim misirlilər ətdən çox az miqdarda istifadə ediblər. Onlar ət çatışmamazlığını antilop və digər heyvanların əhliləşdirilməsi ilə kompensasiya edirlərmiş. Qədim yazıların heç birində misirlilərin donuz, keçi, qoyun əti yeməsi haqda məlumata rast gəlinmir. Halbuki, hələ ta qədimdən Yuxarı Misirdə bu ev heyvanlarını sürü ilə saxlayırdılar. Sadə misirlilərin ancaq bayram süfrələrində ət yeməklərinə rast gəlmək olurdu. Ümumilikdə belə bir nəticə hasil olur ki, misirlilər meyvə-tərəvəzə daha üstünlük vermişlər. Lionlu Aleksandra Tuzo və Kristof Lekyüiranın rəhbərlik etdiyi fransız tədqiqatçıları qədim misirlilərin daha çox nələrlə qidalandiqlarını müəyyənləşdirmək üçün mumiyalar üzərində tədqiqatlar aparmışlar. Bu işdə tədqiqatçılara insanları qida ilə qəbul etdiyi karbon atomlarının tədqiqi kömək etmişdir. Təbiətdə bu elemetin 2 tipinə rast gəlinir: daha ağır və nadir C-13 və daha yüngül C-12. Bununla belə, bitkinin fotosintezində C-13 ya çox olur, ya da ki, əksinə, C -12 çox olur. C-13-ə qarğıdalı, şəkər çuğunduru, darı və s. çox karbon qəbul edən bitkilər daxildir... C-12-ə isə buğda, çovdar, taxıl,düyü və s. az karbon qəbul edən bitkilər daxildir... Tədqiqatlar zamanı məlum olub ki, qədim misirlilərin qida rasionundakı bitkilər arasında ən az darı və kalış (darıya oxşar dənli bitkilər) bitkilərindən istifadə olunub. Qədim misirlilər heç də nahaq yerə tərəvəzi “renput” – “ilin ərzaqı” adlandırmırdılar. Kahı və salatı isə qədim misirlilər “Mina İlahəsinin bitkisi” adlandırırdılar və bütün kahı sahələrinin qarşısında İlahə Minanın heykəlləri ucaldılırdı. Qədim misirlilərə görə, kahı kişilərdə və qadınlarda nəsil vermə qabiliyyətini artırır. Tədqiqatlar göstərmişdir ki, qədim Misirdə kahıdan daha çox xristianlığı təbliğ edən misirlilər istifadə edirlərmiş və o zamanlar kahı çiy halda bitki yağı və duz əlavə edilərək qəbul edilirmiş. Alimlər üçün misirlilərin balığı sevməməsi çox gözlənilməz olmuşdur. Çünki, əlində nizə və tor tutmuş balıqçı kişi təsvir edilmiş freskalar və heykəllər qədim Misirdə heç də az olmamışdır. Tarixdən məlum olduğu kimi, qədim Misirdə neçə yüzilliklər menyüyə balıq yeməkləri daxil edilməmişdir. Balıq yeməklərini ancaq bəzi şəhər və vilayətlərdə xristianlığı təbliğ misirlilər yeyirdilər. Qədim Misirdə vegetarianlıq ənənəsi bir neçə yüzilliklər dəyişməz olaraq qalmışdır. (azens.az)
  2. Dəniz yosunlarından hazırlanan Nori

    Suşi hazırlanmasında istifadə olunan qurudulmuş dəniz yosunlarından alınan yeməli “kağız” Nori adlanır. Müxtəlif növ qırmızı yosunlardan hazırlanan nori yosunların xırda-xırda doğranması, qurudulması yolu ilə alınır. Bundan sonra o, bir qədər qalın yaşıl kağız vərəqini xatırladır. Bu vərəqlərdən yapon və koreya mətbəxinin müxtəlif yeməklərinin hazırlanması üçün istifadə olunur. Noridən ən çox suşi və onigirinin hazırlanır. Həmçinin əriştə hazırlıqları və suplarda bir qarnir və ya dadvericidir. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır.
  3. Yemək yerinə dərmanla qidalanmaq

    Menim derdim kalori deyil . menim derdim etdi. men cox sevdiyim et yemeklerini heb ile evez ede bilmerem. heb oldu olmadi, o dadi hiss etmeliyem . Bu arada elmi meqalelere,arasdirmalara gulecek qeder ve "meyus" olacaq qeder cahil deyilik Odine sukurler olsun ...
  4. Yemək yerinə dərmanla qidalanmaq

    Əslində çox praktikdi . vaxt baxımından, qida ehtiyatlarının tükənməsi baxımından,"İnsanoğlu heç bir zaman yemək yerinə həblə kifayətlənməyəcəkdir ......." mencə də.
  5. Tarantul bir qida kimi

    cox geseng gorunusu var.
  6. Xaş haqqında

    dadli, təmiz bisirende yaxsi olur, esl qish yemeyidi. xeyiri de coxdu.en cox da suyu donanda ))) immmmm
  7. Öpüş zamanı insandan insana mikrob keçir?

    Öpüş partnyorların genetik xarakteristikalarını öyrənmək və əlaqələrin möhkəmlənməsi üçün vacibdir.Oksford Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə bir qənaətə gəliblər.Tədqiqatın müəlliflərindən Rafael Vlodarski deyir ki, öpüşün intim münasibətlərdəki rolunu izah edən üç əsas nəzəriyyə var. "Bunlardan birincisi odur ki, öpüş vasitəsi ilə insan potensial nikah partnyorunun genetik materialını öyrənə bilər. Öpüşün digər rolu isə ehtirası artırmaqdır. Üçüncüsü isə öpüşün münasibətləri qoruyub saxlamasıdır. Biz nəzəriyyələrdən hansının həqiqətə uyğun olduğunu öyənməyə çalışdıq", - o əlavə edib.Tədqiqat zamanı 18-65 yaş arası 900 nəfərin (308 kişi, 594 qadın) rəyi soruşulub. Bəs öpüş zamanı insandan insana mikrob keçirmi? Hollandiya alimlərinə görə, cəmi 10 saniyə çəkən öpüş zamanı partnyordan partnyora 80 milyonadək bakteriya keçir.Nəticələri "Microbiome" jurnalında dərc edilmiş elmi tədqiqatda 21 öpüşən cütlük iştirak edib. BBC xəbər verir ki, alimlər gün ərzində 9 dəfə öpüşən insanların tüpürcəyində eyni mikrobların olduğunu aşkar ediblər.Elmi ehtimallara əsasən insanın ağız nahiyəsində 700-dən çox bakteriya növü yaşayır. Keçirilmiş təcrübələrdən alınan nəticələrə əsasən, tüpürcək bakteriyaları öpüş zamanı partnyordan partnyora asanlıqla keçdiyi halda dilin mikroflorası nisbətən sabit qalıb. Bu sahədə aparılan tədqiqatlar, alimlərin qənaətincə, "gələcəkdə mikroblardan qorunma üsullarının təkmilləşdirilməsinə kömək edə bilər".Alimlər insan orqanizmində 100 trilyonadək bakteriyanın yaşadığını və insanın mikrobiomu adlanan həmin mikrob koloniyasının öyrənilməsinin xəstəliklərin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyət kəsb etdiyini bildirirlər.
  8. Dahilərin seks haqqında fikirləri

    Çarlz Darvin:Mənə elə gəlir ki, dünyada cinslərin varlığından böyük sirr yoxdur. Artur Roşe:Seks uşaqların böyüklərin yanında heç vaxt müzakirə etmədikləri şeydir. Stiv Martin:Qadınlar sekslə məşğul olmaq istəyəndə üzlərində yaranan “o ifadə”ni bilirsiz də? Mən də bilmirəm. Ja Ja Qabor:Şəxsən mən seks haqqında heç nə bilmirəm, çünki özümü tanıyandan bəri evliyəm. Leonardo da Vinçi:Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi. Ralf Ualdo Emerson:Ən üstün insanlar öz içlərində hər iki cinsi də evləndirənlərdir. Levis Qrizzard:Qadınlar da həzz almağa başlayandan sonra seksin əvvəlki ləzzəti qalmayıb. Covanni Bokkaçço:Kəndlilər hər on toyuğa bir xoruz verdikləri halda, bir qadına xidmət göstərmək üçün on kişi kifayət etmir. İzabel Alyende:Erotizm bircə tükü, pornoqrafiya isə toyuğun hamısını işlətməkdir. Klara Makmillen:Seksə maraq salandan bəri Alfredin (ərinin) üzünü az-az görürəm. Bett Midler:Seks bu qədər təbii bir fenomendirsə, necə eləmək lazım olduğunu öyrədən bu qədər kitab niyə var? Lin Launer:Bəzi alətlər var ki, xüsusilə qadınlarda cinsi istəyi artırmaq gücünə malikdir. Mercedes-Benze 500SL bu alətlərin ən birincisidir. Noel Kovard:“Madam Bavari” bu günə qədər var olan ən seksual kitabdır. Qadın rəsmən nimfomankadır, amma kitabda bir dənə də bayağı sözə rast gəlməzsən. Henri Miller:Reenkarnasiyanın doqquz səbəbindən biri seksdir. Digər səkkiz səbəbi sadalamağa dəyməz. Klifford Odets:Seks yoxsulların polosudur. Oldos Haksli:Seksdən daha maraqlı şey kəşf edən adama intellektual deyilir. Şirli Maklayn:O qədər çox filmdə fahişə rolunu oynamışam ki, artıq heç kim mənə normal şəkildə pul vermir. Pulu komodun üstünə qoyurlar. Brendan Behan:Pul qarşılığında olan sekslə havayı seksin arasındakı fərq odur ki, pul qarşılığında olan seks daha ucuz başa gəlir. Corc Börns:Zamanın ötüb keçməsi ilə ayaqlaşa bilmirəm. Havanın təmiz, seksin isə kirli olduğu günlər elə bil dünən idi. Vudi Allen:Kişi ilə qadın arasındakı seks çox yaxşı şey ola bilər. Təbii ki, əgər lazım olan kişi ilə lazım olan qadının arasındasınızsa. Elton Con:Öz cinsinizdən olan biri ilə yatmağın pis tərəfi yoxdur. İnsanlar seks mövzusunda son dərəcə azad olmalıdırlar. Amma məsələ keçilərə gələndə sərhədi keçmək lazım deyil. H.G.Uells:Səhər vaxtı yazılarınızı yazıb daha sonra lazımı adamlarla görüşmüş, görməli işləri etmisiz. Bundan sonra darıxdığınız an yetişir; bax, o seks anıdır. Vudi Allen:Sekslə məhəbbət arasında fərq odur ki, seks gərginliyi azaldır, məhəbbətsə artırır. Alan Bennet:Seks Sahara çölündə sürünən adamdan “Perrier”, yoxsa “Malvern” suyu içirsən soruşmaq kimidir.
  9. Ətrafa “seks yayan” qadınlar Qoxular insanın seksual istəklərinə təsir göstərir. Süd verən qadınların ətrafa yaydığı qoxu yaxınlıqdakı qadınların libidosunu 50 faiz artırır. Feromon hormonları qadınlara“artıq sənin də hamilə qalmaq zamanın gəldi” mesajını verir Qadınlar beyinlərində aldadır Araşdırmalara görə qadınlar xəyali olaraq kişiləri daha çox aldadırlar. Qadınların 80 faizi tanıdıqları bir kişi ilə beyinlərində fantaziyalar qururlar. Kişilərin 75 faizi isə ancaq pornoqrafik görüntüləri fikirləşirlər. Yaşlanmaqdan qorxmayın Yaşlanmaq cinsi həyatın tükənməsi demək deyil, orqazma çatmaq imkanlarının zirvəyə qalxması deməkdir. Araşdırmalara görə 36-45 yaş aralığındakı qadınların 63 faizi hər dəfə sekslə məşğul olarkən orqazma çatırlar. Gənc qadınlar arasında isə bu göstərici 28 faizdir. 65-74 yaş aralığındakı qadınların 53 faizində müntəzəm seks həyatı hələ də davam edir. Qadınlar da porno sevirmiş Sən demə qadınlar da seksual həyatlarına rəng qatmaq üçün kişilər kimi porno izləməyi sevirmişlər. Üstəgəl onların çoxu porno izləyə-izləyə sevişəcək qədər cəsarətlidirlər. Evli kişi qadın ovuna daha az çıxır Elmi araşdırmalara görə kişilər evləndikdən sonra “şorgözlük”ləri azalır. Çünki testosteron səviyyəsi evli kişilərdə, subaylara nisbətən aşağı olur. Mütəxəssislər bunu evli kişilərin qadını üçün digər kişilərlə rəqabətə girmək məcburiyyətində olmamaları ilə əsaslandırırlar. 3 aylıq fasilə Cinsi həyatda üç aylıq fasilənin olması normaldır. Hətta cütlüklərin 24 faizi həyatlarının bir dönəmində 3 ay müddətində cinsi əlaqəyə girmirlər. Seks gündəlik həyatın bir hissəsi olmaqdan çıxır. Bu vəziyyətdə kişi və qadın biri-birinə xoş münasibət əskik etməməlidir. Öpüşün, xilas olun Hər gün sekslə məşğul olanlarla müqayisədə hər gün öpüşən cütlüklərin boşanma riski daha aşağıdır. Seks deyil, öpüşmək münasibətləri xilas edir. Öpüşmək sevginin göstəricisi sayılır. Seks isə bir növ fiziki ehtiyacdır. Meyvələr kömək edir Tropik meyvələr seksual istəkləri artırır. Hind qozu testosteronu artırır, ananas cinsi refleks oyadır, zəncəfil isə cinsi orqanlarda qan dövranını sürətləndirərək viaqra effekti verir.
  10. Fransız öpüşü

    Bildiyiniz kimi, fransızlar dünyanın ən romantik və xəyalpərəst xalqı hesab edilir. Fransız öpüşü (ing. french kiss, fr. baiser amoureux) – romantik öpüş, dillərin bir-biri ilə əlaqəsi, daha təsirli və daha dərin. Vilyam Kanın araşdırması cinslərin arasında müxtəlif fərqlərin olduğunu ortaya çıxarıb. Məsələn, qadınlar boyun və qulaqdan öpülməkdən kişilərə nisbətən 10 dəfə daha çox həzz alırlar. Kişilərin ən çox xoşladıqları öpüş isəFransız öpüşüdür. Fransız özləri bu öpüşü “ruhların öpüşü” adlandırırlar. Bəs Fransız öpüşü nədir? Fransız öpüşü ən məşhur və ehtiraslı öpüş növlərindən biri hesab olunur. Belə öpüşlərin əsas özəlliyi, tərəflərin dillərindən aktiv istifadə etməsidir. Fransızlar öz növbəsində buna, “baiser amoureux”, yəni sevgi öpüşü adını veriblər. Dodaq, dil və ağız boşluğu hərəkətə gəldiyi üçün, “fransız öpüşü” çox ehtiraslı və davamlı olur. Belə öpüşlər 30 saniyədən, bir neçə dəqiqəyə qədər davam edir. Bu müddətə tərəflər yalnız burunları vasitəsilə nəfəs almalıdır. Amma “fransız öpüşü”nün təhlükəli cəhətləri də var. Belə ki, dildən aktiv istifadə olunduğu üçün, bu zaman ağız şirəsi vasitəsilə, insanlara müxtəlif infeksiyalar keçə bilər. Xüsusən mononukleoz infeksiyası, bu mənada təhlükəli sayılır. Təsadüfi deyil ki, fransızların özləri bunu, “öpüş xəstəliyi” adlandırırlar. “Fransız öpüşü”nün yaranma tarixinə gəldikdə, adından göründüyü kimi, bu “fizioloji proses”in vətəni, Fransa sayılır. Əfsanəyə görə, orta əsrlərdə, varlı parisli xanım, Fransa əyalətlərini gəzmək qərarına gəlir. O, səfərlərin birində. nahar etmək üçün, kiçik kəndlərdən birində dayanmağa qərar verir. Həmin kənd isə, öz məşhur çaxır ustası Filip Trua və onun zəngin çaxır anbarları ilə tanınırdı. Aristokrat qadın dərhal Trua ilə görüşür və onun çaxır hazırlama sirrini öyrənmək istəyir. O, isə cavabında bunun sirrini, hər səhər yuxudan tez duraraq, sahədəki bütün üzüm salxımlarını öpməsi ilə əlaqələndirir. Trua bunu sübut etmək üçün, həmin məşhur öpüşdən parisli xanıma da hədiyyə edir. Fransızların inancına görə, həmin öpüş məhz fransız öpüşü olur. Parisə döndükdən sonra, aristokrat xanım bu öpüşün yayılmasına rəvac verir. Fransız öpüşü dünyanın ən ekstremal və texniki baxımdan çətin öpüşü sayılsa da, onun verdiyi həzz bir o qədər çoxdur. Təsadüfi deyil ki, bu öpüşdən yalnız Fransada deyil, bütün dünyadakı gənclər aktiv istifadə edirlər.
  11. Qeyri-adi seksual fantaziyalar

    bir sekilci ferqleri var.
  12. Jerar Depardye uşaqlıqda bədənini satıb

    Her adam bu etiraflari edecek cesaretde deyil. maraqli geldi o kitab.
  13. Bərabər yatma dükanı

    insi istismar olmadan sadece qucaqlasib yatmagin qarsiliginda saat basina verlen pul eladi. musterilere yas heddi qoyulmur goresen?
  14. 17 yaşlı qız atasına ərə getdi

    onlari ata qiz munasibeti baglamadigi ucun,ayri yasadiqlari ucun,atasini ata olaraq gormediyi ve hiss etmediyi ucun bele intim hissler yaranib. mence bunu etiraf etmek ozu boyuk cesaretdi. iki terefin de raziligi ile olubsa cemiyyet onlari aile mektebi aile deyerleri pozulur deye mence qinamamalidir. Cemiyyetde yeterince atasi terefinden zorlanan ve qorxudan utancdan sesini cixarmayan qizlar var. ele hadiselerin yaninda bele proses cox sivil ve normaldi.
  15. Mirzə Fətəli Axundovun ikinci həyat yoldaşı

    Goresen niye pesman olub?