Search the Community

Showing results for tags 'İŞİD'.

Found 2 results

  1. İslam Xəlifətinin qurucuları olan İŞİD-çilər Mosulu ələ keçirdikdən sonra Mosuldakı muzeyində olan qədim artefkatlar və heykəlləri dağıdıblar. Yaşı 3000 ilə kimi gedib çıxan, Mesopotamiya mədəniyyətinə aid olan qiymətsiz heykəlləri bütpərəstlik düşüncəsi ilə dağıtmaqla müasir dünya tarixində görünməmiş vandalizmə əl atıblar. Bundan əlavə, İŞİD-çilər Mosul kitabxanasını dağıdaraq, 700-dən çox qədim əlyazmalar və 10000-dən çox kitabı yandırıblar. Kitabxananın müdirəsi Xanim Əl-Taan qeyd edir ki, ekstremistlərin qarşını almaq istəsə də buna nail ola bilməyib. Ekstremistlər bazar günü kitabxanaya bomba qoyaraq partladıblar. Kitabxanada həmçinin 20-ci əsrdən başlayaraq dərc olunan bütün İraq qəzetlərinin arxivi, Osmanlı imperiyasına aid əlyazmalar da olub. Bundan əvvəl isə, yanvar ayında İŞİD mərkəzi kitabxanaya hücum edərək, ancaq islama aid kitabları saxlayaraq, digər bütün kitabları yandırıblar. Digər kitabların yandırılmasına səbəb kimi isə bu kitabların Allaha inamı azaltmağı göstəriblər. Mosul Universitetinin professoru isə qeyd edir ki, İŞİD keçən ilin dekabrında da bir neçə kitabxanalara hücüm edərək, bir çox kitabları yandırıblar. Professor qeyd edib ki, daha çox zərbə 265 il yaşı olan Latın kilsəsi kitabxanasına, Dominikan ataları monastrına və yaşı eramızdan əvvəl 5000 ilə kim gedib çıxan əlyazmalar mövcud olan Mosul muzey kitabxanasını məhv ediblər.
  2. Sentyabr ayında ABŞ liderliyində başlayan və 50 ölkənin dəstək verdiyi “İŞİD-ə qarşı müharibə”dən ən qazanclı çıxan tərəf amerikan silah şirkətləri oldu. Şirkətlərin birjadakı səhmləri son üç ayda yüksəlişə keçib. Avropa.info-nun məlumatına görə, Yaxın Şərq üzrə ekspert , jurnalist Robert Fisk “The İndependent” qəzetində yazdığı “ABŞ-ın İŞİD -ə hücumları artarkən ölüm bazarına sahib olmağın tam vaxtıdır” məqaləsində bu alver haqda geniş məlumat verib: “Müharibəni kim udur? İŞİD? Kürdlər? Suriyalılar? İraqlılar? Müharibənin nə olduğunu bilirsinizmi? Heç də yox. Düzünü deməlisiz. İcazə verin bu məşhur silahları və onların istehsalçılarını “tərif”ləyim. Amerikanın liderlik etdiyi koalisiyanın bombalarını, raketlərini, piltosuz təyyarələrini uçurdan şirkətlərin səhmləri də uçur” İŞİD-ə qarşı hava hücumlarında istifadə edilən “Hellfire” raketlərini istehsal edən “Lockheed Martin” şirkətinin səhmləri son üç ayda 9,3%; “Raytheon” və “Northop Gruman”un şirkətlərinin dəyəri 3,8% artıb. “General Dynamics” isə 4,3% artıma nail olub. Təkcə bir raketin qiyməti 1,4 milyon dollardır Əfqanıstan və Pakistanda toy mərasimlərini bombalamaqla məşhurlaşan “Reaper” təyyarələrinin daşıdığı “Lockheed Martin” şirkətinin raketləri haqqında Robert Fisk yazır: “Dərd etməyin. Pul gəlirləri havada uçmağa davam edəcək. Bəşər Əsədi bombalamaq təklifindən cəmi 1 il sonra Əsədin düşmənlərini bombalamaq naminə “Raython” şirkəti 251 milyon dollar pul “mükafat”ı aldı. Bu şirkət ABŞ donanmasına “Tomahawk” raketləri satır. Reuters xəbər agentliyi amerikan donanamasının 47 “Tomahawk” raketi ilə atəş açdığını bildirmişdi. Hər raketin qiyməti isə 1,4 milyon dolalrdır. Bu pulu Ebola xəstələrini müalicə etmək üçün xərcləsəydik, inanın ki, Eboladan heç nə qalmazdı”. Mənbə: http://avropa.info/?xeber=69274