Search the Community

Showing results for tags 'ABŞ'.

Found 12 results

  1. Bir təsəvvür edin. Keçən dəfə xəbər oxuyuram ki, ABŞ-da bütün neft rezervləri dolub. Müttəfiqi Ərəbistanda da həmçinin. Hətta ərəblərin neft siyasətini ABŞ həll edir. Yəni ABŞ desə ki, ay ərəb, neftini sat, satacaqlar. Satma desə satmayacaqlar. Yəni bu amerikanlar maksimum çalışır ki, hələ öz neftlərindən istifadə etməsin, satmasınlar. Amma Rusiya, Azerbaycan, İran, Qazaxıstan, Venesuela kimiler neft ucuzlaşsa da satırlar. Cünki ölkənin iqtisadiyyatı bir başa neftdən asılıdır və böhran zamanı büdcəyə pul əlavə edə bilsinlər deyə su qiymətinə də olsa satacaqlar. Cünki başqa variantları qalmır. ABŞ özü neftdən asılı ölkə deyil, ona görə rahatca öz rezervlərini doldurur və neftin ucuzlaşmasından narahatçılıq keçirmir. Nəticədə neft ucuzlaşır. Bəs ABŞ nə qazanır? Bu kimi ABŞ özündən asılı etmək istədiyi ölkələri dollar siyasəti ilə, iqtisadi sanksiyalarla daha da özündən asılı edir. Adını çəkdiyim kimi ölkələrdə devalvasiya, ölkə iqtisadiyyatının çöküşü, dollardan daha çox asılılıq formalaşır. Bu isə təkcə dollar siyasəti ilə ABŞ-a milyardlarla pul gətirir. İqtisadi sanksiyalar həmin ölkələri ABŞ qarşısında daha da zəiflədir. Digər tərəfdən bir müddət ucuz qalan neft ani olaraq qiyməti təzədən qalxanda özlərində olan milyonlarla ton nefti bazara buraxacaq. Nəticədə Rusiya, Azərbaycan, Venesuela, İran kimi ölkələr öz neftini 20$-a da satmağa razı olduğu halda, ABŞ-ın öz rezervuarlarında saxladığı nefti birdən-birə bir barelini 100$-dan satacaq. Yəni ABŞ 5 dəfədən baha qiymətə eyni nefti satıb, neftin özündən belə 5 dəfə xeyir tutacaq. Əslində digər ölkələrə də eyni qiymətə satmış olacaq, amma görün nə qədər geriyə düşdülər və düşürlər. Bu yaxinlarda bir xəbər oxudum ki, ABŞ Ərəbistandan xahiş etmək istəyir ki, rezervuarları biraz da doldursunlar və hələ ərəb neftini satişa çıxarmasınlar. Bununla da neft qiymətinin 20$-a qədər enməsini istəyirlər. Və son sual, suala da cavab. Neft ucuzlaşacaq, yoxsa bahalaşacaq? Neft maksimum 25-30$-a kimi ucuzlaşa bilər və bu ucuzlaşma uzunmüddətli qala bilməz. Nəticə etibari ilə qısa zamanda 100$-a kimi qalxacaq. Çünki uzun müddət neftin dəyərini aşağı qiymətdə saxlamaq heç kimə sərf etmir. Hətta ABŞ-ın özünə də. Dünənki postumda da qeyd etdiyim kimi, Forexde uzun müddətli dövr üçün bazara daxil olanlar "buy" əməliyyatı etmələri daha sərfəlidir. Məsələn, bugün forexdə aldığınız nefti 5-6 aydan sonra 4-5 dəfə bahasına satmaq imkanınız var. p.s: Digər maraqlı bir faktı sizə açıqlayim. Dünya neft ehtiyyatlarının cəmi 2.9%-i ABŞ payına düşür. Ən çox Venesuela (17.5%), Səudiyyə Ərəbistan (15.7%), Kanada (10%), İran (9.3%), İraq (8.8%), Rusiya (6.1%), Küveyt (6%), Liviya (2.8%). Rəqəmlərə və ölkənin adlarına diqqət yetirin. Bu neft ölkələri ya ABŞ tərəfindən "ilhaq" olunub, ya da onlarla düşmən vəziyyətindədirlər.
  2. 4 ildir Suriyada vətəndaş müharibəsinə gətirib çıxardan konflikti daha da qızışdıran Amerika. O Amerika ki, 500 milyon dollardan çox pul xərcləyib, Bəşər Əsədə qarşı mübarizəyə həm pul, həm də silahla dəstək olub. Hər çıxışlarında Bəşər Əsədi qınayıb, onun hakimiyyətdən getməsindən daşınan, istefasını tələb edən Amerika son 1 ayda Rusiyanın Suriyaya daxil olmasından və Rusiyanın Bəşər Əsədə dəstəyindən sonra bütün keçmiş planlarının üstündən xətt çəkdi. O 500 milyon dollarlıq dəstək layihəsini də bağladı. Və dünən ABŞ dövlət baş katibi Con Kerri öz çıxışında Bəşər Əsədin devrilmə planından üz döndərdiyini etiraf edib, hətta Bəşər Əsəd hakimiyyətini dəstəkləyib. Bəşər Əsədin istefasının Suriya üçün daha təhlükəli olacağını qeyd edib. Həmçinin Rusiyanın Suriya konfliktinin həll olunmasına cəlb olunmasından da danışıb. Niyə özünü hegemon hesab edən ABŞ Rusiyanın nazı ilə oturub durur? Kimdən soruşursan Rusiya zəifdir deyir, Putin zəifdir deyir. Amma bugün dünya krizisində, geosiyasi baxışların dəyişməsində Putinin addımlarının böyük təsiri olub və Rusiya harda varsa, ABŞ geriyə addım atır. Görəsən, nə baş verir? p.s: Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. O vaxtdan indiyə kimi 230mindən çox insan həlak olub, 11.2 milyon insan qaçqın həyatı yaşayır.
  3. Aralıq və Egey dənizlərində Rusiya və ABŞ hərbi gəmiləri. Bu arada Rusiya Suriyaya silah, əsgər göndərəndən sonra, baza yaratmaq fikrindən sonra ABŞ neçə ildir plan qurduğu və artıq 500 milyon xərclədiyi Əsədin devrilməsi layihəsindən üz döndərdi. Rus gələnə kimi milyonlar xərclə, illərlə mübarizə apar, dəstk ver, amma rusun gəlməsi heç 1 ay deyil, bütün bu illərlə xərclənən zəhmət və puldan bir günün içində xətt çək. Nə oldu birdən birə?
  4. ABŞ-da bir xəstəxana, bir neçə ay əvvəl xәbәrini yaydığı "donduraraq əməliyyat etmə" üsulunu sınamaq üçün hazırlıqlarını tamamladığını bildirdi. Üsul təcili yardıma gətirilən ağır yaralı xəstələrin cansız halda əməliyyat olunmasını əhatə edir. ABŞ-ın Pittsburgh əyalətindəki UPMC Presbyterian Xəstəxanası həkimləri tibb tarixində ilk olacaq bir metoddan sınamaq üçün hazırlıqların tamamlandığını bildirdilәr. İlk dəfə 2002-ci ildə heyvanlar üzərində sınanan üsul altında təcili yardıma gətirilən xəstələr dondurularaq əməliyyat ediləcək, əməliyyatın ardından yenidən həyata dönəcəklər. Dr. Samuel Tishermanın başçılıq etdiyi qrup mart ayında etdikləri açıqlamada yaxın zaman içində təcili yardıma gələn xəstələr üzərində yeni metoddan sınayacaqlarını ifadə etmişdi. Tisherman xəstələrin qanını soyuq duzlu bir solusionla dəyişdirərək bir neçə saat boyunca dondurulacaqlarını, əməliyyatın ardından da ürək və qaraciyər bypass maşın istifadə edərək qan və oksigen dövranını yenidən başladacaqlarını ifadə etmişdi. Metodun yaradılmasında iştirak edən Arizona Universitetindən Peter Rhee, "xəstələrin təcili yardıma öldükdən sonra gəlmələri halında bir şey dәyişdirә bilmәdiklәrini, ancaq ölmək üzrə olan xəstələri donduraraq onları qurtara bilәcәklәrini" söyləmişdi. Donuzlar üzərində 2000-ci illərdə edilən və 90% müvəffəqiyyət əldə edilən təcrübələrin ardından, UPMC Presbyterianda ilk olaraq 10 xəstə "suspended animation" adı verilən üsulla əməliyyat ediləcək. Xəstəxananın təcili yardımına gələn cəmi 20 xəstədən 10-a da ənənəvi üsullarla müdaxilə ediləcək. Həkimlərin ediləcəyi müqayisə ardından əldə ediləcək nəticə yeni üsulun gələcəyini təyin edəcək. İnsanların dondurulması ilk olaraq ulduzlararası səyahətdə deyil, amma tibbdə istifadə edilə bilər. Mənbə: Yaşıl elm
  5. Pentagonun generalı The Daily Beast-ə müsahibəsində qeyd edib ki, bizlər (ABŞ) bugün Rusiya ilə müharibəyə hazır deyilik. Son 15 ildə hərbimiz ancaq qısa müddətli əməliyyatlar üçün hazırlanıb. Lakin Rusiya ilə müharibə olsa, bu iri miqyaslı müharibədən söhbət gedir. Biz rusiyanı uda bilərikmi? Bəli. Amma bunun üçün bütün gücümüzü və silahımızı sərf etməli olacayıq. General həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında müharibə ehtimalı çox azdır. NATO və Rusiya ilə müharibə ehtimalı da azdır. Çünki bu Avropa və Rusiya üçün ağır nəticələrə gətirib çıxardacaq. Mən inanmıram ki, tərəflər bu kimi ağır nəticələri olacaq qərarlar versin.
  6. Biz tariximizə soyqırımla başlamışıq! Bizimlə razılaşmayan hər kəs rədd olsun! Bir göz qırpımında uçub gedən, sonuncu iki yüz ildə, biz sanki, zibil borusunda yuvarlanmışıq. Elə orda da boynumuzu sındırmışıq! Bizim halımıza yanan kimsə yoxdur, hətta bizim ayağa qalxmağa kömək etdiklərimiz belə bizə arxasını çevirir. Tariximizin hansısa bir məqamında, sadəcə bütün dünyanı zəhərləməyə başladıq. Biz onu, tərəqqi, məhsuldarlıq və mexanikiləşdirmə ideyalarımızla zəhərlədik. Biz güclü tərəfimiz olan, pioner-ixtiraçılamızı, robotlarla əvəzlədik. Biz yaşadığımız dünyanı insansızlaşdırmaya sürüklədik. Bizim qitəmizdə, bizdən əvvəl məskunlaşmış yerlilər, əvvəlcə Köhnə Dünyadan olan koloniyaçıları Tanrı kimi qəbul etmişdilər. Ancaq onlar tezliklə bundan məyus oldular. Onlar çox tezliklə bizdən qorxmağı və bizə nifrət etməyi öyrəndilər (məhz biz, solğun bənizlilər hindulara düşmənin başını kəsməyi öyrətmişik!). Dünya baxışları bizimki ilə üst-üstə düşməyənlərlə də biz eyni qəddarlıqla davranmışıq. Məhz biz, heyrətamiz Oneyda icmasının, eləcə də bir çox rühani icmaların kökünü kəsmişik. Biz hinduların torpaqlarını əllərindən aldıq və bu xalqı məhv etmək üçün əlimizdən gələni etdik. Bununla belə heç bir dəfə də olsun, etdiklərimizin əvəzini ödəməyə cəhd göstərmədik. Sanki, biz hamımız nifrət və zorakılıqlar arasında döllənmiş və talamaq, zorlamaq, öldürmək üçün doğulmuşuq. Bizim tariximizlə bağlı kitablarda, əcdadlarımızın törətdiyi bütün qəddar, alçaq, əxlaqsız hərəkətlər ört-basdır edilməyə çalışılır. Bizim xalqımızın, ən görkəmli öndəri Tomas Ceffersonun (Thomas Jefferson) qaradaərili köləsindən qeyri-qanuni övladı olduğunu misal göstərmək bəs edər. Bizdə demokratiyanın özülünü qoyan böyük siyasətçilərdən az qala hamısı quldarlar idi. Məhz onlar bizim millət üçün respublika və demokratiya anlayışlarını düşünüb hazırlamışdılar, ancaq əslində elə şeylərin heç biri bizdə olmayıb, elə indinin özündə də yoxdur. Bu ölkəni nüfuzlu ailələrdən olan bir neçə patrisi (qədim Romada zadəganlar) idarə edir. Hələ Uolt Uitmenin (Walt Whitmanın) zamanında, bütün bu ərazi rüşvət içində inləyirdi. Uitmenin şeiriyyatında "Ot yarpaqları”, "Mənim mahnım” kimi əsrarəngiz şeir nümunələri ilə yanaşı, nəsr əsərləri də amerika cəmiyyətinə qarşı yönəlmiş ittihamlardan ibarətdir. Lap bu yaxınlarda bizim bütün prezident müşavirlərinin bir çərçivədə toplanmış rəsmini gördüm, onların hamısının görünüşünü səfeh işlərlər məşğul olan obrazlarla eyniləşdirmək olardı. Onların bəzisi cinyətkara, bəzisi kütbeyinə, bəzisi isə axmağa oxşayırdı. Heç prezidentlərimiz də onlardan geri qalmır. Şözsüz ki, bütün dünyanın dövlət xadimlərinin çöhrəsində bir ağıldankəmlik və bambılılıq yağır. Heç Çörçil də istisna deyil. Çoxları Linkolna dərin ehtiram duyurlar, lakin mənim fikrimcə bu ölkədə vətəndaş müharibəsinin başlamasında əsas cavabdehlik daşıyan odur, çünki onun Şimal və Cənub arasında razılıq yaratmaq imkanları var idi. İstər həmin vətəndaş müharibəsində olsun, istər ondan sonrakılarda elə misilsiz vəhşiliklər törədildi ki, bu günədək ölkə özünə gələ bilməyib. Birinci dünya müharibəsində iştirak etmək isə, yumuşaq desək axmaqlığın ən qorxunc forması idi. Gəlin yada salaq görək, bəşəriyyətin bundan əvvəlki qorxunc düşmənləri haraya getdi? Axı kim onları zərərsizləşdirdi?! Müharibə, müharibə. Lap uşaqlıq illərimdən Birləşmiş Ştatlarla, İspaniya müharibəsində, rus-yapon müharibəsində, Balkanlardakı müharibələrdə və saymaqla bitməyən minlərlə belə müharibədə nələr baş verdiyini xatırlayıram. Jan Jiono (Jean Giono) özünün "İtaətdən yayınma” ("Refus d'Obeissanse”) yazırdı: "müharibələr kapitalizmi yedirdir, onlarsız kapitalizm heç ayaqda dura bilməz” Bu gün bütün partiyalar müharibə aparmaqla məşğuldur, istər liberallar, istər mühafizəkarlar olsun, hamısının fikri-zikri müharibə aparmaqdır. Kommunistlər də, kapitalistlər və faşistlər kimi cəlladdır. Bizim millətin bəşəriyyət qarşısında xidməti o olub ki, o yerdə qalan millətlərə özünü məhv etməyi, bununla belə ətrafındakı bitki və heyvan aləmini də yer üzündən silməyi öyrədib. Bir zamanlar bütün cəmiyyət Aya uçuşu diqqətlə izləyirdi. İndi belə anlaşılır ki, bu eksperimentin cəmiyyət üçün heç bir faydası yox imiş, burdan yeganə qazanan Pentaqon oldu. Çox yaxın zamanlarda bizə nə hərbi forma, nə hərbi hazırlıq nə də, nizam-intizam lazım gəlməyəcək. Biz haradan xoşumuz gəlirsə, oraya düşərgəmizi salacağıq və oturduğumuz yerdən ən ölümcül silahlarımızı idarə edəcəyik. Müharibələr isə bizim yırğalanan kreslomuzdan çox-çox uzaqlarda cərəyan edəcək! Həmçinin, generallara, admirallara və bu cür komandanlara ehtiyacımız olmayacaq. Hər kəs birlikdə və hamı ayrı-ayrılıqda, istər kişilər, istər qadınlar, istərsə də uşaqlar olsun, bizim üçün potensial bomba rolunu oynayacaq. Mən, kanalizasiya borusunda axıb gedirik deyəndə, yer üzündəki bütün insanlığı da buraya aid edirəm. Hamımız birlikdə düşdükcə düşürük. Kütləvi məhv oluruq. Ola bilsin yer üzündə ancaq ən bəsit canlılar və vəhşi heyvanların nümayəndələri həyatda qalacaq. Yalnız bundan sonra biz yeni insanlığın doğuşuna şahid olacağıq. Əslində biz sistemdən narazı yenilikçilər hal-hazırkı cəmiyyətdə əksəriyyəti təşkil edirik, lakin hələ də Dövlət adlı gəmini doğru yola yönləndirmək iqtidarında deyilik. Tərəqqipərvər ideyalara edilən istənilən hücum bizi get-gedə daha da keçmişə sürükləyir. Dünya xəritəsində ortaya çıxdığımız ilk gündən bəri, bizim öz quldurlarımız, öz qatillərimiz və rüşəvətxor siyasətçilərimiz olub. Axı biz nə vaxt, xoşbəxt, xeyirxah və sadəlövh dövr yaşamışıq ki? Mənim zənimmcə heç bir zaman. Hələ mən uşaqkən Tammani Holl haqqında (Tammany Hall - 1790-1960-cı illər arasında ABŞ-da Demokrat partiyası nəzdində fəaliyyət göstərən təşkilatdır, onlar öz namizədlərini hakimiyyətə gətirmək üçün, rüşvət, quldurluq, adam-oğurluğu və s. cinayətlərlə törədirdilər-N.H) şaiyələr təzə-təzə yayılmağa başlayırdı. Hələ lap uşaqkən, gözlərimin önündə bir dəstə yaxşı təlim keçmiş, atlı, gənc polisin, Yunion-Skveyrdə silahsız kütləni necə qovduğunu görmüşdüm. Hələ tamamilə uşaqkən mənə admiral Dyu (Admiral Dewey-Sakit okeanda İspaniya donanmasının ağalığana son qoyan, xüsusi qəddarlığı ilə fərqlənən amerikalı admiralı) kimi safdil "qəhrəmanlar”, ya da San-Xuan Hill döyüşündə (1898-ci ildə Amerikanın, Kubanın işğalı uğrunda İspaniya ilə döyüşü) misilsiz rəşadət göstərmiş Teddi Ruzveltdən danışırdılar. Ancaq mənə Emerson, Toro və yaxud Uitmen haqqında heç nə deməmişdilər. O dövrlər mənim "qəhrəmanım” "gümüş sözün natiqi” Uilyam Cenninqs Brayn idi (William Jennings Bryan - 1896-cı ildə Amerikada prezidentliyə namizəd, görkəmli natiq idi, o gümüş və qızıl pulların tədavüldən çıxarılmasını tələb edirdi-N.H). Çox-çox sonralar mən Sinq-sinq, Dannemor, Livenvort həbsxanaları (Amerikanın dözülməz şəraitdə olan, ciddi rejimli həbxanaları-N.H) haqqında eşitdim. Gənclikdə ən sevimli yazıçım O`Henri idi, lakin o zamanlar heç kim mənim kumir-yazıçımı yazmağa sövq edən, Ohayoda onunla eyni kamerada həbsdə yatmış Al Cenninqs haqqında danışmamışdı. Bizim yaşadığımız rayonda nə ictimai kitabxana, nə də kitab mağazası vardı. Ancaq iyirmi bir yaşım olanda bəxt mənim üzümə güldü və mən Kaliforniyada, San-Dieqoda Emma Qoldmanla qarşılaşdım. O mənim üçün mədəniyyət sözünün əsl mahiyyətini açdı. Məhz onun sayəsində mən Mark Tvendən, Fridrix Niçşeyə doğru dönüş etməyi bacardım. Təkcə bizim prezident müşavirlərimiz kütbeyin və geri düşüncəlilər deyil, az qala bütün ölkə həmin yolun yolçusu idi. Bu iki yüz ildə bizim ölkəmiz neçə böyük yazıçı, rəssam, musiqiçi yetişdirib? Ancaq onun yetişdirdiyi məhşur avaraları, əyyaşları yada salmaq kifayətdir! Bundan əlavə Uotorqeyt (Watergate - Amerikada prezident Niksonun istefası ilə nəticələnən 1972-1974 –cü illərdə baş vermiş siyasi skandal) adı ilə tanınan həmin sirki yada salmaq bəs edər. Əgər cəmiyyətin həmin hadisəyə münasibətini nəzərə alsaq, elə anlaşılır ki, güya bizim siyasətçilər heç bir cinayət törətmirlər, onların əlindən ancaq sadə səhvlər etmək gəlir. Biz dəfələrlə belə davranmışıq, çünki belə sadə addımlarla şərin kökünü həmişəlik kəsə biləcəyimizə bərk-bərk inanmışıq. Linkoln özünün "Azadlıq haqqında deklorasiya”sını dərc etdirəndə, biz axır ki, quldarlığın sonun gəldiyinə inanırdıq. Ancaq Amerikanın şimalında cənubundan betər irqi ayrıseçkiliyin hökm sürdüyünü ağlımıza belə gətirə bilməzdik. Biz təkcə qaradərili qullar yaratmamışıq, həm də mexanikiləşdirmə erasının qulları olan – ağdərili qulları da doğurmuşuq. Hələ də Ku-kluks-klan (Amerikda ağların qaralara qarşı nifrətini ifadə edən gizli terrorçu təşkilat) mövcudluğunu qoruyub saxlayır. Həmçinin hələ də mafiyalar ölkə boyu yayılıb! Bizdə qırğınlar olmasa da, antisemitizm gün-gündən güclənib, budaqlanmaqdadır. Tərəqqiyə doğru getdiyimizlə bağlı yayılan bu mənasız söz-söhbətlərin ucbatından bizlər düşüncə zəifliyindən əziyyət çəkirik, bununla belə cürbəcür mövhumatlar və qan tökmək yanğısı əvvələr olduğu kimi yenə də bizi idarə edir. ABŞ –ın hərbi idarəsi olan Pentaqonun adını çəkmək belə insanları qorxutmağa bəs edir! Vyetnam müharibəsi əsl rəzillik idi! Teymurləng və Atilla bizim atom və yandırıcı bombalarla silahlanmış azğın qatillərizimin yanında uşaq idilər. Əgər Hitlerin etdikləri soyqırım idisə, ondan bizim əməllərimizə nə ad versinlər? Biz tariximizə soyqırımla başlamışıq! Bizimlə razılaşmayan hər kəs rədd olsun! Biz hindulara, zəncilərə, meksikalılara qarşı soyqırımlar törətmişik. Uşaqlarımız televiziya ekranlarında göstərilən cinayətlər, qətllər, quldurluqlar, işgəncələr və ağla gələn, gəlməyən hər cür qəddarlıq, cəhalət və amansız səhnələrə baxa-baxa böyüyürlər. Bunlar hamısı bizim belə çox təriflədiyimiz "tərəqqi”nin göstəriciləridir. Bizsə hələ də niyə belə pozulub məhv olduğumuzu (həm millət kimi, həm xalq kimi) araşdırırıq. Amerikan "sivilizasiyasında” təqdirə layiq bir şeyin olub-olmaması məni hələ də maraqlandırır. Ancaq ağlıma heç nə gəlmir. Həbsxanalar əxlaqsızlıq yuvasıdır. Məktəblər uşaqlara qorxu və məcburiyyət yoluyla bilik öyrədilən yerdir, ancaq əgər şagirdlər öz müəllimlərindən qorxursa burada hansı bilikdən söhbət gedə bilər?! Hər kəsin qorxduğu birisi var və bu zəncirvari qurulub, bu qorxu doğulduğu gündən insana yeridilir. Amerikada heç bir hünərli oğlan gecə yarısı tək başına, həm də silahsız küçəyə çıxa bilməz. Ona görə də burada gecələr bayırda görünən adamların şübhə oyatması tamamilə normaldır. Son dövrlər yenidən zöhrəvi xəstəliklər və narkotik istifadəçiliyin kütləvi yayılması tez-tez müzakirə edilir. Cinsi yolla ötürülən xəstəliklər yeniyetmələr arasında gün-gündən daha böyük sürətlə yayılmaqdadır. Həmçinin narkotik və içki haqqında da eyni şeyi demək olar. Millətin böyük əksəriyyəti içki düşkünü və narkomanlardan ibarətdir. Hətta qoca nənələrin belə içdiyi bir ölkədə, başqa nə gözləyəsən ki! Bəs bizim "fədakar” polislərimiz, güya müdafiəmizdən cavabdeh olanlara nə deyəsən? Gör bir onlar nə qədər cinayətə bulaşıblar! Onlar bizdə ancaq şübhə və nifrət oyadırlar! Onları xarakterizə etmək üçün ən uyğun söz, rüşvətdir! Bəs hanı bizim o qəhrəmanlarımız! Bəlkə idmançıların arasından axtarsaq bircə Məhəmməd Əlini taparıq. Ondan sonra gərək hansısa futbolçudan zaddan özümüzə qəhrəman düzəldək. Yox axı bizim əsl qəhrəmanlarımız da olub, ancaq onların çoxu indi ya həbsxanadadır ya da öldürülüb. Bizim müharibələrdə ölüb getmiş çoxlu-çoxlu adsız qəhrəmanlarımız olub. Lakin, hər dəfə Vyetnam müharibəsini xatırladıqca ürəyim bulanır. Hələ də fəxrlə özünü həmin müharibənin "qəhrəmanları” hesab edən veteranlar var. Tanrı onları əhv etsin. Sözlərimin acı olmasına baxmayaraq, mən nə Birləşmiş Ştatlara, nə də amerikalılara nifrət etmirəm. Qanla dolu coşğun keçmişimizə nəzər yetirsək, özünü sivil adlandıran digər ölkələrdən elə də fərqlənmədiyimizi görərik. Mən istənilən böyük ölkənin cılız vətəndaşlarının düşündüyü kimi: "Biz necə varıqsa elə olmaqdan xoşbəxtik. Bizim heç nəyi dəyişdirməyə ehtiyacımız yoxdur”, şəklində düşünə bilmərəm. Həmçinin dünyanın bütün sivil millətləti arasında amerikan milləti, mənə ən narahat, ən acgöz millət kimi görünür. Bununla belə onlar axmaqcasına arzulara qapılıb, bütün dünyanı özlərinə bənzətməyə çalışırlar. Lakin bununla məşğul olarkən, onlar güya dünyanı düzəltmək arzusuyla əskinə onu dağıdır və zəhərləyirlər. Şair Uolt Uitmen düz yüz il əvvəldən bunu görmüş və bizi ən axmaq millət adlandırmışdı. Bəlkə də yer üzündə yaşamış ən dahi amerikalı elə Uolt Uitmen özü olub! Budur Uitmenin düz yüz il əvvəl yazdığı sözlər, hər şeyi təsdiqləyir: "İrəli, mənim sevimli amerikalılarım, atlarınızı daha da uzaqlara çapın həyəcanla! Pul, Siyasət uğrunda! Bütün kilidləri açın, daha da uzaqlara yetişmək üçün, hər kəsə dərs vermək üçün! Çox yaxında istədiyinə çatacaqsan, ancaq onları saxlamaq istəsən belə bacarmayacaqsan. Ən yaxşısı (köhnə və yeni ölkələrə) vaxtında göstəriş ver, minlərlə dəlixana tiksinlər. Çünki sən axmaqlardan ibarət bir millət yaratmaq üçün ən doğru yolu seçibsən”. ("La Jornada” qəzeti, Meksika) Tərcümə: Namiq Hüseynli
  7. 1972-ci ildə ABŞ və SSSR arasında Raket əleyhinə müdafiə sisteminə məhdudiyyətlə bağlı müqavilə imzalanmışdı. Bu müqaviləyə əsasən bu iki ölkədən heç biri başqa ölkələrdə Anti-ballistik müdafiə sistemi yaratmağa, istifadə etməyə, yerləşdirməyə icazə vermirdi. Hər iki tərəf müqavilədə razılaşma əldə etmişdi ki, hərə öz ölkəsində maksimum 150km radiuslu 1 ballistik raket yerləşdirə bilər. Bu razılaşma dünyada stabilliyə qarantiya hesab edilirdi. 1990-cı illərdə ABŞ hərbi analitikləri bu razılaşmanın ABŞ maraqları ilə üst-üstə düşmədiyini bəyan edirlər. Səbəb isə artıq 3-cü dövlətlərdə nüvə texnologiyalarına sahib olması idi. Pakistan, İran, Cənubi Afrika Respublikası. Maraqlı məqamlar budur ki, Pakistan da ABŞ və Hindistandan qorunmaq üçün yaradıb, İran da ABŞ təzyiqlərinə cavab vermək üçün nüvə texnologiyası inkişaf edib, CAR-da isə nüvə texnologiyası İsrailin əməkdaşlığı ilə yaranıb. Həmçinin 2012-ci ildə Şimali Koreya da nüvə ölkəsi hesab olundu. Şimali Koreya da bu addımı ABŞ-dan qorunmaq və cavab vermək üçün atıb. Bütün bunları nəzərə alaraq ABŞ nüvə şantajının qarşını almaq üçün əməkdaşlıq etdiyi dövlətlərdə PRO sistemi yerləşdirməyi məqsədəuyğunu hesab edir və1972-ci ildə bağladığı müqaviləni 2001-ci ildə Rusiyanın icazəsi olmadan, bir tərəfli olaraq pozmaq qərarına gəlir. 2002-ci ildə isə bu razılaşma tamamilə öz gücünü itirir. 31 dekabr 2001-ci ildə Kiçik Corc Buş ABŞ-ın bu razılaşma müqaviləsindən imtina etdiyi,Anti-PROrazılaşmasını tərk etdiyinivə 6 ay ərzində bu proqramın bağlanacağınıbəyan edir. Bütün bunlara baxmayaraq, Rusiya tərəfi bu razılaşmanın dünya stabilliyinə pis təsir edəcəyini bəyan edərək BMT-dən kömək istəyir və 80 ölkəbu razılaşmanın qüvvədə qalmasının lehinəsəs verir. BMT-də razılaşmanın əleyhinə səs verən tərəf kimiİsrail, ABŞ, Paraqvay və Mikroneziya çıxış edir. 2015-ci ildə isə Rusiya-Ukrayna arasındakı gərginlikdə istifadə edərək Barak Obama NATO ölkələrində, o cümlədən Polşada PRO sistemi quraşdırmağa icazə verir. Səbəb isə Rusiyanın Avropa ölkələrinə təhlükə olduğunu göstərir. Putinbuna cavab olaraq Krım və Kalininqradda ballistik raketlər yerləşdirəcəyini bəyan edib və çıxışında qeyd edib ki;"ABŞ-dan fərqli olaraq biz hər hansı ölkədə öz ballistik raketlərimizi, nüvə başlıqlarını yerləşdirməmişik. Bizim ballistik raketlərimiz öz sərhədlərimiz daxilindədir və biz bunu indi, ABŞ öz PRO sistemlərini bizim sərhədyanı ölkələrə yerləşdirmək qərarına gəldikdənsonra, özümüzü müdafiə etmək üçün yerləşdirmək qərarına gəlmişik. Biz buna məcburuq. Çünki bizə başqa çıxış yolu qoymadılar. Biz bunu həm özümüz üçün, həm də dünyada stabilliyin bərpası, qorunması üçün etməliyik". İndi deyin mənə görüm, bu dünyada ən çox müharibə edən, ara qızışdıran, qan tökən, stabilliyi pozan ölkə hansıdır?
  8. "51-ci zona" - ABŞ-ın dünyanın heç bir xəritəsində qeydə alınmayan məxfi hərbi bazası belə adlanır. Bu hərbi zonaya hətta ABŞ prezidentləri də xüsusi icazə ilə girib-çıxa bilir. Bir çox ufoloq və alimlərin fikrincə, burada naməlum uçan obyektlərin qalıqları və yadplanetlilərin bədənləri saxlanılır. Bundan başqa, sözügedən bazada yadplanetlilərin texnologiyalarından istifadə edilməklə supermüasir uçuş aparatlarının və silahların tədqiqi və sınağı aparılır... Nevada ştatındakı səhralıqda yeləşən bu hərbi baza ABŞ hökumətinin ən böyük sirridir. 51-ci zonaya (AREA-51) aparan yolda həmişə sakitlikdir. 100 kilometrdən çox məsafədə heç bir şəhərə, yaşayış məntəqəsinə, hər hansı bir işarəyə rast gəlmir. Yalnız bazanın yaxınlığına çatanda çağırılmamış qonaqları bu əraziyə daxil olmaqdan çəkindirən nəhəng xəbərdarlıq lövhələrini (qadağan olunmuş zona) müşahidə etmək olar. 51-ci zonaya gözdən-könüldən uzaq daxil olmaq praktiki cəhətdən mümkün deyil. Çünki zonanın ətrafında gizli kameralar, yaxınlaşan istiliyi təyin edən cihazlar, hərəkət detektorları quraşdırılıb. Gecələr ərazini heç bir tanınma nişanı olmayan qara rəngli vertolyotlar qoruyur. Ufoloqlara məlum olub ki, məxfi bazanın əsas binası 14 yeraltı mərtəbədən ibarətdir. Lakin yerin altındakı bu mərtəbələrdə hansı işlərin görülməsini yalnız ehtimal etmək olar. Tədqiqatçıların fikrincə, ABŞ Hərbi Hava Qüvvələrinin poliqonları ilə yanaşı burada Naməlum Uçan Obyektlərin texnologiyalarından istifadə olunmaqla yeni tip uçuş aparatlarının hazırlanması üzrə tam məxfi yeraltı bazalar yerləşir. Bu sözlər nə qədər fantastik görünsə də, 51-ci zonada Yer texnikasının əlçatmaz olduğu qəribə uçan obyektlərin manevr etməsini müşahidə edən çoxlu sayda şahidlər var... 51-ci zona 1955-ci ildə yaradılıb. "Lokxid" aviakonserni bu yeri özünün əfsanəvi U-2 təyyarəsinin sınaqdan keçirilməsi üçün seçibmiş. Sözügedən zona bu cür işlər üçün əlverişliydi-1500 metr hündürlüyündə cansız landşaft, yüksək dağlarla ətraf aləmdən təcrid olunan qurumuş gölün 5 kilometr uzunluğunda tamamilə hamar yatağı. Sözügedən rayonda nüvə sınaqlarının aparılması adıyla 51-ci zonada mülki təyyarələrin uçuşu qadağan edilib. 51-ci zonada yerli əhalinin tamamilə mövcud olmaması üzündən sirlərin saxlanması üçün bura ideal ərazidir. 1977-ci ilin əvvəlində burada ilk dəfə olaraq "Stels" texnologiyası əsasında hazırlanmış gözəgörünməz hücum təyyarəsi-F-117A havaya qalxıb. Sözügedən təyyarə barədə rəsmi açıqlama isə 10 ildən sonra verilib. "Stels" proqramının iştirakçılarının bəziləri sonradan təsdiqləyiblər ki, B-2 və F-117A təyyarələrinin hazırlanmasında istifadə olunan texnologiya qəzaya uğramış Naməlum Uçan Obyektlərin köməyi ilə əldə olunub. Belə ki, kompüter üzrə mütəxəssis Cim Talyani birbaşa bəyan etmişdi ki, o və həmkarları istifadə olunan bəzi materialların Yer mənşəli olmadığı barədə məlumatlıymışlar. Bu gün sirli 51-ci zona haqqında olan şahid ifadələri həmin hərbi bazada aparılan tamamilə məxfi işlər barədə ümumi mənzərə yaratmağa imkan verir. Məsələn, 1977-ci ildə aparılan "Red flaq" təlimləri zamanı taktiki eskadrilyanın zabiti, polkovnik Stivens "düşmən" aerodromuna hücum etməyə cəhd göstərərkən, icazəsiz olaraq qadağan olunmuş 51-ci zonanın şimal hissəsinə uçur. Qəfil o, diametri təqribən 20 metr olan qəribə uçan disk görür. Bu zaman Stivensə təcili olaraq uçuşu dayandırmaq və Nellis aerodromuna enmək barədə əmr verilir. Stivens yerə endikdən sonra onu bunkerə aparırlar. İki sutka ərzində pilot ağlagəlməz sorğulara məruz qalır. Stivensdən gördüyü disk barədə heç bir yerə məlumat verməcəyəcəyinə dair iltizam aldıqdan sonra onu azadlığa buraxırlar. Polkovniki dərhal başqa hərbi hissəyə köçürürlər. Stivens gördüklərini yalnız bir neçə il sonra açıqlamağa risk edir. Bir müddət əvvəl, 51-ci zonada çalışmış amerikalı fizik Bob Lazar sözügedən hərbi bazanın sirləri haqqında söhbət açıb: "1988-ci ilin dekabrından 1989-cu ilin aprel ayınadək 51-ci zonada işləmişəm. Mən tarixdə ən məxfi layihə üzərində çalışırdım. İşlədiyim yer 51-ci zonada-dağın içərisində yerləşən laboratoriya idi. 60 dərəcə aşağıda yerləşən laboratoriyaya daxil olmaq üçün 9 anqar qapısını keçmək lazım gəlirdi. Qapılar qum rəngində olduğundan dağın torpağından heç fərqlənmirdi. Laboratoriyada işə başlamazdan öncə məni çox da böyük olmayan tikiliyə göndərdilər. Orada mavi rəngli qovluqlarda təqribən 120 sənəd vardı. Həmin sənədləri əsasən yadplanetlilərə və onlara məxsus texnologiyalara dair ienformasiyalar təşkil edirdi. Sənədlərlə yanaşı burada həlak olmuş yadplanetlilərin şəkilləri və onların meyitlərinin yarılması barədə tibbi arayışlar vardı". B.Lazar 51-ci zonada Naməlum Uçan Obyektlərin mühərriklərinin qurulmasının fiziki prinsipləri məsələləriylə məşğul olub. Məsələ burasındadır ki, uçan boşqabların güc qurğusu ağırlıq sahəsini dəyişən müxtəlif qravitasiya dalğaları yaradır. Qravitasiya sahəsinin dəyişməsi yalnız cəlbetmə və itələmə qüvvələrinin dəyişməsi demək deyil. Yalnız məkanın ölçüsünün dəyişməsi baş verir. Naməlum Uçan Obyektlərin ani yoxa çıxmaq, praktiki mümkün olmayan döngələrdə hərəkəti dəyişmək, forma və rəngin dəyişməsi kimi fenomenləri NUO ətrafında məkanın xarakteristikasının dəyişməsi ilə baş qaldırıb. B.Lazar belə nəticəyə gəlib ki, NUO-lar enerji mənbəyi kimi Mendeleyevin dövrü elementlər cədvəlindəki 115-ci elementdən istifadə edirlər. Lakin həmin elementin uçan boşqabı necə hərəkətə gətirməsi mexanizmi alimlər üçün axıradək aydın deyil. Çox ağır olan 115-ci element Yerdə təmiz şəkildə yoxdur. Elm hələlik bu elementi əldə edə bilmir. Üçişarəli elementlər sürətləndiricilər vasitəsilə süni yolla yaradılır. Lakin onlar sabit deyillər və saniyənin mindəbiri qədər ömrü var. Lakin alimlərin hesablamaları göstərib ki, "Transuran sabitlik adası" adlanan bir şey mövcud olmalıdı ki, onu da 114 və 115-ci elementlərə aid etmək olar. Bu o deməkdir ki, onlar dağılmadan uzun müddət fəaliyyət göstərə bilərlər. B.Lazarın iştirak etdiyi layihələr 1979-cu ildə başlamış proqram çərçivəsində aparılıb. Məlum olub ki, həmin ildə bazanın admnistrasiyası ilə yadplanetlilər arasında münaqişə baş qaldırıb. Razılaşmaya əsasən, yadplanetlilər bazanın müəyyən hissəsində özlərinin texnologiyaları barədə məlumat verməklə alimlərlə birgə tədqiqatlar aparırmışlar. Lakin bir dəfə yadplanetlilərin xəbərdarlıqlarına baxmayaraq, bazanın mühafizəsi tədqiqatlar aparılan yeri daha sıx dairəyə almağa başlayır. Yadplanetlilər bütün mühafizə heyətini öldürürlər. Onlara köməyə gələnlərin də aqibəti faciəli olur. Ümumilikdə 44 nəfər mühafizə işçisi həyatla vidalaşır. Yadplanetlilər təlim keçdikləri alimi də öldürərək bazanı tərk edirlər. Havaya qalxmazdan öncə onlar bəyan edirlər ki, qayıdacaqlar. Hətta qayıdış tarixini də açıqlayırlar-1625xx. Sonuncu iki rəqəm məlum deyil. B.Lazarın həmin iki rəqəmin nə məna verə bilməsi barədə heç bir ideyası yoxdur. 51-ci zonada yadplanetlilərin avadanlıq və texnologiyaları qalıb. İndiyədək həmin texnologiyaları müstəqil şəkildə öyrənən alimlər onları dərk edib Yer şəraitində yaratmağa cəhd göstərirlər. Bəzi nəticələr əldə etmək mümkün olub. Bu nailiyyətlər əsasən hərbi sahədə elmi-texniki inqilab etməyə imkan verib. B.Lazar bütün bildiklərini ekranlaşdırıb. Bu işdə ona jurnalist D.Kneyppu və teleprodüsser Ş.Morton kömək ediblər. B.Lazar barədə sənədli film ekranlara çıxdıqdan sonra 51-ci zona barədə bu gənc fizikin ifadələrini təsdiqləyən onlarla şahid ortaya çıxır. Bəs, B.Lazarı çoxmilyoluq televiziya auditoriyası qarşısına çıxmağa nə vadar etmişdi? "İlk növbədə həyatım üçün qorxurdum. Açıqlamalarımdan sonra məni öldürməkdən çəkinəcəklər "-deyə o vurğulayır. B.Lazarın televiziyadakı çıxışından sonra ABŞ höküməti bəyan edir ki, onlarda bu fizik barədə heç bir məlumat yoxdur. Həqiqətən də jurnalistləri riqqətə gətirən məsələ bu idi ki, B.Lazarın nə vaxtsa mövcud olması barədə heç bir sənəd tapılmayıb. Adamlar onu xatırlayırdılar. Lakin rəsmi instansiyalar birmənalı şəkildə bunları söyləyirdilər: "B.Lazar anadan olmayıb, təhsil almayıb, işləməyib, evlənməyib". B.Lazar o zaman "zühur" edir ki, Los-Alamosda fizikin iş telefonunun mövcud olduğu köhnə telefon məlumat kitabçası aşkarlanır. Habelə möcüzə nəticəsində daha bir ciddi sənəd-B.Lazarın ödədiyi vergilər barədə arayış da üzə çıxır. Uzun müddət Mərkəzi Kəşfiyyat İdarəsində yüksək postda işləyən Devid Rouzun ölümündən qabaq verdiyi açıqlamalar B.Lazarın qəribə tarixçəsini başa düşməyə imkan verir. D.Rouz deyirdi: "40-cı illərin sonunda yadplanetlilərin Yerə enməsi və onlarla əlaqələrin qurulması faktını gizlətməyin heç bir mənası yoxdur. Ehtimal edirəm ki, 50-ci illərin başlanğıcından indiyədək ABŞ hökuməti ictimaiyyətin yaplanetlilər probleminə reaksiyasını yoxlayır. Hökumət hesab edir ki, yadplanetlilər barədə informasiyalar mərhələlərlə ictimaiyyətə çatdırılarsa, adamlar bunu sakitliklə qarşılayarlar. Mənə məlumdur ki, ABŞ hökumətinin yadplanetlilərlə təqribən aşağıdakı məzmunda razılaşması var: biz sizin mövcudluğunuzu sirr kimi saxlayırıq. Siz isə Yerə müdaxilə etməməyi öhdəliyinizə götürürsünüz. Bundan başqa sizə ABŞ-ın müəyyən rayonunda tam hərəkət sərbəstliyi verilir". D.Rouzun sözlərinə görə, 1955-ci ilin martında "Macestik-12" proqramının koordinasiya və planlaşdırma qrupu yaradılıb. Qrupun vəzifəsi yadplanetlilər problemi ilə əlaqədar bütün məxfi aksiyaları əlaqələndirməkdir: "Qrupa Nelson Rokfeller rəhbərlik edib. Bu qrupun yaradılmasının əsas səbəbi yadplanetlilərin Yerə müdaxilə etməmək barədə razılaşmanı pozmaları olub. Yadplanetlilər tərəfindən oğurlanaraq tədqiqatlar nəticəsində şikəst edilmiş adamlar və heyvanlar ABŞ-ın bütün ərazilərində tapılıb. 1955-ci ilin noyabrında NSC-5412/2 saylı əmrlə ABŞ-da Qordon Din və Henri Kissincerin başçılığı altında dövlətin nüfuzlu şəxslərinin də qatıldığı ekspert qrupu yaradılıb. Qrupun əsas vəzifəsi yadplanetlilərin Yerdəki iştirakı və fəaliyyətinin əsl miqyasını öyrənmək olub. Tədqiqatların nəticəsi göstərib ki, yadplanetlilər dəhşətli eksperimentlər aparmaq üçün insanlardan və heyvanlardan istifadə edirlər. Yadplanetlilər bu hərəkətlərini onların yaşaması üçün vacib olduğunu bildiriblər. Onlar bəyan ediblər ki, yadplanetlilərin genetik strukturu dağılıb və özləri kimilərini yarada bilmirlər. Yadplanetlilər vurğulayıblar ki, əgər onlar özlərinin genetik strukturunu yaxşılaşdıra bilməsələr, nəsilləri tükənəcək. Biz yadplanetlilərin izahatlarını son dərəcədə şübhə ilə qarşıladıq. Çünki bizim hərbi gücümüz yadplanetlilərə qarşı acizdir. Ona görə də "Macestik-12" komitəsi yadplanetlilərlə mehriban diplomatik əlaqələri davam etdirmək barədə qərar qəbul etdi. O vaxta qədər ki, yadplanetlilərin qarşısını ala biləcək texnologiyanı hazırlaya bilək..." 51-ci zona barədə informasiyalar mətbuatda yer alandan sonra sensasiya həvəskarları Allahın yaddan çıxardığı həmin əraziyə yollanırlar. Lakin bu rayona düşmək mümkün deyildi. Hər tərəfdə qərar tutan patrullar, xəbərdarlıq nişanələri 51-ci zonada qeyri adi hadisələrin baş verməsinə işarəydi. Məxfi bazada həyata keçirilən sınaqları gizlətmək getdikcə çətinləşirdi. Çünki yaxınlıqdakı dağlardan 51-ci zonanı müşahidə etmək olurdu. Çıxış yolu bir idi-həmin dağları özəlləşdirmək. ABŞ Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi polkovnik Kennon bu addımı belə izah edib: "ABŞ Hərbi Hava Qüvvələrinin yeni texnologiyalar işləməsi üçün həmin ərazilərə böyük ehtiyacı var... Sensasiya həvəskarlarının zonaya axını ona gətirib çıxarırdı ki, sınaq uçuşları çox zaman dayandırılırdı. Ərazinin genişləndirilməsi milli təhlükəsizliyimizə gələcək təhlükənin qarşısını almağa imkan verəcək". Beləliklə, ABŞ Konqresi hərbçilərin məntiqinə əsaslanaraq, bazanın genişləndirilməsi barədə qərar qəbul edir. 10 aprel 1995-ci ildən məxfi xidmətləri narahat edən həmin dağlar 51-ci zonaya qatılır. Əslində Kennonun bəyanatı sirli hərbi bazanın mövcudluğu barədə ilk etiraf idi. Hər bir sirrin deyirlər 25-30 il ömrü olur. Bu müddət başa çatdıqdan sonra sirrin ictimai əhəmiyyəti ölür. Lakin 51-ci zona istisna təşkil edir. 29 sentyabr 1995-ci ildə ABŞ prezidenti Bill Klinton 51-ci zonanın xüsusi statusu barədə sərəncam imzalayır: "51-ci zona ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Bu baza barədə məlumatlar ictimaiyyətə çatmamalıdır..." 1997-ci ildə ABŞ-da fəaliyyət göstərən radio proqramının canlı yayımına (Coast to Coast AM) qoşulan bir şəxs 51-ci zonanın keçmiş işçisi olduğunu bildirir və izlənildiyini, çox ehtimal ki, öldürüləcəyini də dilə gətirir. Bir həftə əvvəl işdən çıxarıldığını deyən bu şəxs 51-ci zonada başqa planetə aid varlıqlar üzərində tədqiqatlar aparıldığını bildirir: "Hökumət yadplanetliləri bilir. Onlar əhalisi çox olan yerləri yox etmək istəyirlər. Əhalisi az olan yerləri idarə etmək isə asan olacaq".
  9. Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının doqquzuncu hissəsi bir sıra dünya dövlətlərinin hərbi sənayelərini inkişaf etdirmək üçün istifadə etdikləri vasitələrdən ibarətdir. Rokfeller Vyetnam, Koreya, Kamboca, Tayland və İndoneziyadan hərbi senayelərin inkişafı üçün necə istifadə edilməsindən bəhs edir. Rokfeller ABŞ və Rusiyanın yeni istehsal edilən silahların sınağı üçün yuxarıda sadalanan ölkələrdə hərbi əməliyyatlar apardığını bildirərək, bir sıra nümunələr göstərib: «Vyetnam müharibəsində ABŞ və Sovetlər Birliyinin yeni istehsal etdiyi silahları sınaqdan keçirmək üçün əllərinə fürsət düşmüşdü və köhnə silahlar istifadə edilərək, sıradan çıxarılmışdı. „Agent Orange“ adlı kimyəvi silah da sınaqdan keçirildi və bu zəhərin bitkilər üzərində ölümcül təsirləri yoxlanıldı. Əvəzində bir ölkə iqtisadiyyatı bataqlığa sürükləndi. Daha sonra Koreya müharibəsi ilə bu ölkə ikiyə bölündü və inkişaf planları iflasa uğradı. Beləcə, ölkə iqtisadiyyatı məhv oldu. Həmçinin bu ölkədə mikrob bombaları və dioksin kimi müxtəlif zəhərli, bioloji silahların sınağı aparıldı. Kambocada isə Amerika ilə ticarəti rədd edən lider Sihanouk 1970-ci ildə çevriliş nəticəsində devrildi və yerinə ölkəni xaosa sürükləyən Pol Pot və Qırmızı kmerlər gətirildi. Taylandda da həmçinin ölkə rəhbərliyi devrildi, yerində diktatorluq rejimi quruldu. Ölkə iqtisadiyyatı illərcə bizə çalışdı. İndoneziya prezidenti Suxarto 1957-58-ci illərdə Amerika Birləşmiş Ştatlarının verdiyi silahlarla Şərqi Timoru işğal etdi və ölkədə illərcə sürəcək bir xaos yaratdı, minlərlə insan öldü».
  10. Sentyabr ayında ABŞ liderliyində başlayan və 50 ölkənin dəstək verdiyi “İŞİD-ə qarşı müharibə”dən ən qazanclı çıxan tərəf amerikan silah şirkətləri oldu. Şirkətlərin birjadakı səhmləri son üç ayda yüksəlişə keçib. Avropa.info-nun məlumatına görə, Yaxın Şərq üzrə ekspert , jurnalist Robert Fisk “The İndependent” qəzetində yazdığı “ABŞ-ın İŞİD -ə hücumları artarkən ölüm bazarına sahib olmağın tam vaxtıdır” məqaləsində bu alver haqda geniş məlumat verib: “Müharibəni kim udur? İŞİD? Kürdlər? Suriyalılar? İraqlılar? Müharibənin nə olduğunu bilirsinizmi? Heç də yox. Düzünü deməlisiz. İcazə verin bu məşhur silahları və onların istehsalçılarını “tərif”ləyim. Amerikanın liderlik etdiyi koalisiyanın bombalarını, raketlərini, piltosuz təyyarələrini uçurdan şirkətlərin səhmləri də uçur” İŞİD-ə qarşı hava hücumlarında istifadə edilən “Hellfire” raketlərini istehsal edən “Lockheed Martin” şirkətinin səhmləri son üç ayda 9,3%; “Raytheon” və “Northop Gruman”un şirkətlərinin dəyəri 3,8% artıb. “General Dynamics” isə 4,3% artıma nail olub. Təkcə bir raketin qiyməti 1,4 milyon dollardır Əfqanıstan və Pakistanda toy mərasimlərini bombalamaqla məşhurlaşan “Reaper” təyyarələrinin daşıdığı “Lockheed Martin” şirkətinin raketləri haqqında Robert Fisk yazır: “Dərd etməyin. Pul gəlirləri havada uçmağa davam edəcək. Bəşər Əsədi bombalamaq təklifindən cəmi 1 il sonra Əsədin düşmənlərini bombalamaq naminə “Raython” şirkəti 251 milyon dollar pul “mükafat”ı aldı. Bu şirkət ABŞ donanmasına “Tomahawk” raketləri satır. Reuters xəbər agentliyi amerikan donanamasının 47 “Tomahawk” raketi ilə atəş açdığını bildirmişdi. Hər raketin qiyməti isə 1,4 milyon dolalrdır. Bu pulu Ebola xəstələrini müalicə etmək üçün xərcləsəydik, inanın ki, Eboladan heç nə qalmazdı”. Mənbə: http://avropa.info/?xeber=69274
  11. 1940-cı ildə ABŞ administrasiyasının ağlına Müdafiə Nazirliyinin bütün ofislərinin əvəzinə, hamının eyni yerdə çalışa biləcəyi yeni və möhtəşəm bir binanın tikilməsi kimi kəskin bir fikir gəlir. Bu, Müdafiə Nazirliyinin ABŞ-ın Kolumbiya dairəsinin ərazisinə səpələnmiş 17 ayrı-ayrı ofislərində işləyən əməkdaşlarının bir yerə toplanması demək idi. Əlavə olaraq, texniki göstəricilərə əsasən, gələcək “əzəmətli qalada” rahat şəkildə və eyni anda 40 min adamın yerləşdirilməsi nəzərdə tutulurdu. Amerikanın hər an qoşula biləcəyi İkinci Dünya Müharibəsinin qızğın bir dövründə ağıllara belə bir möhtəşəm binanın tikilməsi ideysı görəsən hardan gəlmişdi? Təhlükəsizlik baxımından belə bir fikir heç də məntiqli görünmürdü. Necə ola bilərdi ki, bütün əsas hərbi rəhbərlər bir dam altına toplaşırdı? Hətta “Koka-Kola”nın reseptini bilən top menecerlər belə bir təyyarədə uçmurlar… Ancaq bütün bunlara baxmayaraq, prezident Franklin Ruzveltin istəyinə əsasən, memarlar yeni “sitadelin” tikilməsi üçün nəzərdə tutulan əlverişli ərazinin axtarışına başladılar. Vaşinqton ətrafındakı bir yer memarlar tərəfindən bəyənildi. Ən çox diqqəti çəkən o oldu ki, tikinti üçün nəzərdə tutulan həmin ərazi beş yol ilə bölünürdü. Həmin yolların bir çoxu isə 108 dərəcə altında kəsişirdi. Həndəsəni yaxşı bilən memarlar çox gözəl anlayırdılar ki, düz xətlər belə dərəcə altında ancaq beş bucaqlıda kəsişirlər. Qədim yunanlar bunu “pentaqon”adlandırırdılar. Onda belə çıxır ki, Müdafiə Nazirliyinin tikiləcək yeni binasının hansı şəkildə olması ərazi relyefindəki yolların birləşmələrindən təbii şəkildə əmələ gələn beşbucaqlı formasının memarların xoşuna gəlməsi ilə izah edilə bilər? Doğurdanmı bu belədir? Əlbəttə, bunun nə dərəcədə həqiqət olduğunu söyləmək müşkül məsələdir. Çox güman ki, ”sirlilikdə” Pentaqonla müqayisəyə gələ biləcək hər hansı başqa bir tikili çətin ki, tapılsın. Hər şey binanın forması ilə əlaqədardır. Pentaqonun inşa edildiyi yerdə əvvəllər qəbristanlıq və bataqlıq olub. Demək lazımdır ki, həmin yerin yaxınlığında Amerikan əsgərlərinin dəfn olunduğu Arlinqton qəbristanlığı yerləşdiyindən, bu gələcək bina üçün çox da uğur gətirə biləcək yaxşı məkan sayılmırdı. Deyilən bütün fikirlərə baxmayaraq, memarlar Müdafıə Nazirliyinin ştab –qərargahının məhz burada yerləşməsi qərarında israrlı idilər. Bu məsələdə təkcə kiçicik bir istisna olmuşdu. Prezident Ruzveltin həyat yoldaşının xahişı ilə Arlinqton qəbristanlığı istiqamətindən baxıldıqda Vaşinqton şəhərinin görüntüsünün qarşısının alınmaması üçün binanın nəzərdə tutulan yerdən bir qədər kənarda tikilməsi məqsədə uyğun sayıldı. Nəhayət memarların hazırladığı layihə əsasında böyük və əzəmətli beşbucaq formasındakı “pentaqonun” tikintisinə start verildi. Binanın baş memarı Corc Berqston, tikinti işlərini həyata keçirən isə ”Con Makşteyn” kompaniyası idi. Məlumdur ki, Platon Akademiyasının girişində belə bir deviz asılmışdır – “Həndəsəni bilməyən girməsin”. Tam əminliklə deyə bilərik ki, bu binanın memarları qəlbən sanki platonik idilər. Çox az adam bilər ki, Pentaqon indiyədək tikilmiş ən erqanomik bina hesab edilir. Bina mərkəzdən on iki koridor vasitəsi ilə kəsişir. Pentaqon elə qurulub ki, hərbçilər binanın istənilən nöqtəsinə çatmaqdan ötrü onun perimetri boyunca gedərək ən çox 7 dəqiqə sərf edirlər. Bu sözsüz ki, təbii erqanomika həndəsi fiqurun özü ilə də bağlıdır. Beləki, pentaqonun dioqanalları pentoqramma əmələ gətirir. Düzgün beçbucaqlıda dioqanalların kəsişməsi həmişə “qızıl kəsişmə” əmələ gətirir. Sonra isə daxildə yenə də pentaqon yaranır və beləlliklə də sonsuz sayda iç-içə girmiş pentaqonlar əmələ gəlir. Yəni pentaqonlar içərisində pentaqonlar yaranır ki, bu da bizim şüurumuzda ritmlərin harmoniyası kimi qəbul olunur. ABŞ hərbçilərinin bu formanı seçməsinə əsas, təkcə beşbucaqlının erqonomik üstünlükləri olmayıb. Burada ən böyük rolu simvol oynayıb. Yenə də pentaqona qayıdaq. Görkəmli filosof olan Platon ən mükəmməl həndəsi fiqurun dodekaedr – onikiüzlü olduğunu iddia edirdi. Dodekaedr – 12 pentaqondan ibarətdir. Platon iddia edirdi ki, İlahi Kainatın hansı şəkildə olmasını planlaşdırarkən məhz dodekaedr – həndəsi fomasından istifadə edib. Platonun iddiası ilə bağlı onu qeyd etmək olar ki, 2001 ci ildə NASA-nın buraxdığı “WMAP” kosmik aparatının verdiyi məlumata əsasən belə bir hipoteza irəliyə sürülüb ki, Kainatın quruluşu həndəsi baxımından elmi dillə ifadə edilsə – “Puankaryenin dodekaedr sahəsi” kimidir. ”WMAP” 2001-2009 -cu illər arasında göyün sferasını skannerdən keçirib. Aparılan modelləşdirmənin nəticələrinə görə, müşahidəçılər onu da bildirirlər ki, Kainat sonsuz olaraq təkrarlanan çoxüzlü – dodekaedr formasındadır. Maraqlıdır ki, konspiroloqların (sirlilik nəzəriyyəsinin tərəfdarları) içərisində belə bir hipoteza irəliyə sürənlər də var ki, Pentaqonun binası onun yalnız görünən tərəfidır. Güya ki, əslində bu bina dodekaedr şəklində inşa edilib və onun qalan hissəsi isə yerin altındandır. Əlbətdə ki, buna birbaşa inanmaq olmaz, ancaq istənilən məlumatsızlıq müxtəlif növ fantaziyalar yaradır. Astrologiya üzrə əksər ekspertlərin fikrinə görə, Pentaqonun tikintisi zamanı astroloqların məsləhətinə böyük ehtiyac duyulub. Layihəyə əsasən binanın tikilmə müddəti 11 sentyabr 1941-ci ildə başlamalı və 15 yanvar 1943-cü ildə yekunlaşmalıydı. Maraqlısı odur ki, nəzərdə tutulan vaxt ərzində qarşıya qoyulan məqsəd həyata keçirildi və 15 yanvar 1943-cü il tarixində Vaşinqton yaxınlığındakı Arlinqtonda Müdafiə Nazirliyinin yeni böyük ofis binası tikilib qurtardı. Həqiqətən də inşaat işləri müharibə dövrünə təsadüf etməsinə baxmayaraq, bir gün belə yubanmadan tam vaxtında başa çatdırılmışdı. Bina əzəməti ilə hamını heyran qoyurdu. Pentaqonun hər bir tərəfinin uzunluğu 281 metr olduğundan ümumi perimetr 1405 metrə çatırdı. Ümumi sahəsi 605 min kvadrat metr və 23,5 metrlik 5 yerüstü, 2 yeraltı mərtəbədən ibarət olan binanın koridorlarının ümumi uzunluğu 28 kilometrə bərabərdir. Astroloqlar tikintinin başlama və qurtarma vaxtını hansısa “ulduzlar” qanunauyğunluğuna bağlayırlar. Onlar diqqətlərini Müharibə Allahı olan Marsa yönəltmişdilər. Tikinti işləri bu göy cismi Qoç bürcünə girəndə başlamış, Marsın ən optimal ekzaltasiya vaxtı hesab edilən Əqrəb bürcünə çatanda isə qurtarmışdı. Onu da bildirmək lazımdır ki, bu illər ərzində 11 sentyabr tarixi sirli surətdə həmişə Pentaqonu təqib edib. Yəni tikintiyə başlama tarixi 2001-ci ildəki terror hücumu və terror hücumundan sonra bərpa işlərinin qurtarıb yenidən istifadəyə verilmə tarixləri də 11 sentyabr gününə təsadüf edir. Pentaqonun “Boinq” təyyarəsinin hücumuna məruz qaldıqdan sonrakı bərpası bir il çəkib və binanın bütün pəncərələri partlayışa davamlı xüsusi şüşələrlə təchiz edilib. Bir çox ekspertlər isə rəsmi mənbələrin bildirdiklərinin əksinə olaraq, heç bir “Boinq 757-200” təyyarəsinin Pentaqona çırpılmadığını, sadəcə olaraq “tomaqavk” tipli raketlə vurulduğunu iddia edirlər. Onların fikrinə görə, necə olub ki, yanacaqla tam dolu olan 100 tonluq bir təyyarənin saatda 300 kilometr sürətli müdhiş zərbəsi nəticəsində Pentaqonun önündəki çəmənlikdə heç bir yanğın izi qalmayıb. Numeroloqlar bilirirlər ki, Pentaqon 491 gün ərzində inşa edildiyindən maraqlı odur ki, bu ədədlərin bir-birinə vurulmasında (4 X 9 X1) 36 alınır və birdən 36-yadək olan ədədlərin hamısını sıra ilə bir-biri ilə toplanmasından isə 666 – Satana (Şeytan) rəqəmi əldə olunur. Pentaqramma məşhur matematik Pifaqorun yaratdığı mistik bir ittifaqın simvolu hesab olunub. Pifaqorçular bildirirdilər ki, onların emblemi yaradılışın harmoniyasının tərənnümüdür… Mənbə: http://azpolitika.info
  12. Təkcə ABŞ ərazisində rəsmi olaraq statistikada qeydə alınmış 13-15 milyon homoseksual var. Qeyri-rəsmi mənbələrə kimi bu rəqəm 40 milyonu keçir. İndi bildiniz ABŞ niyə göy qurşaqlarının evliliyini legallaşdırdı? Çünki sabah onlara seçkilərdə səs lazımdır. İndi bildiniz bu lobbi hardan gəlir? Çünki siyasətdə, yüksək postda oturanların arasında da homoseksuallarvar. Hansı ki, öz təbliğatları üçün siyasətçilərə güclü təsir edirlər. İndi bildiniz ABŞ niyə onları xəstəlik sırasından çıxardıb? Halbuki 15-20 il əvvələ kimi homoseksuallıq Xəstəliklərin Beynəlxalq Təsnifatında xəstəlik kimi qeyd edilirdi. ABŞ-da porno traffikin5%-i gay pornosu təşkil edir. Bunu mən demirəm. Nyu York Tayms deyir. Təkcə Nyu Yorkda 272mindən çox, Los Ancelesdə 154mindən çox, Çikagoda 115mindən çox gay yaşayır. Bunu mən demirəm. Kaliforniyadankı Ucla Universiteti deyir. Əgər bir cəmiyyətdə hər kəs xəstə olsa, o artıq xəstəlik hesab olunmayacaq. Əgər bir cəmiyyətin 5-10-15%-i eyni fenomendən əziyyət çəkirsə, bu böyük kütlədir və bu kütləyə qarşı çıxmaq olmaz. Və siz durub dirəşirsiz ki, insan haqları belə, azadlıq belə. A kişi, ABŞ qədər insan haqlarını pozan, müharibə edən, insana qul kimi baxan ikinci bir dövlət yoxdur dünyada. Bütün müharibələrin başında, ən dəhşətli işgənclərin başında elə ABŞ durur. ABŞ hara burun soxubsa, orda hər zaman müharibə olub, qan tökülüb, insan haqları pozulub, torpaqlar işğal olunub. ABŞ öz tarixini başqalarının qanı ilə yazıb. Henri Miller ABŞ haqda deyir ki, biz tariximizə soyqırımla başlamışıq. Biz bütün dünyanı tərəqqi, məhsuldarlıq adı ilə zəhərləməyə başladıq. Biz yaşadığımız dünyanı insansızlaşdırmaya başladıq. Dünyada baxışları bizimki ilə eyni olmayanlara qarşıbiz eyni qəddarlıqla davrandıq. Biz hinduların torpaqlarını əlindən aldıq, bütöv xalqları məhv etdik. Bizdə demokratiyanən özülünü qoyan siyasətçilərin hamısı quldarlar olub. Onlar bizə respublika, demokratiya anlayışını hazırladılar. Əslində isə bunlardan heç biri bizdə yoxdur. Nə də ki, özləri buna əməl ediblər...Müharibə və yenə də müharibə! Saymaqla bitməyən müharibə. Və hamısında da biz olmuşuq. Bizim millətin bəşəriyyət qarşısında xidməti o olub ki, biz başqa millətlərə özünü məhv etməyi öyrətdik.