Search the Community

Showing results for tags 'Allah'.

Found 10 results

  1. Məktəblilərin Allaha məktubları

    Əziz AllahMəktəbdə sənin bütün gün nə elədiyini dedilər. Bəs səntətildə olanda işlərini kim görür?Ceyn.Əziz Allah,Mən İncili oxudum. Amma doğmaq nə deməkdir? Heç kimmənə başa salmadı.Elison.Əziz Allah,Sən doğrudan gözəgörünməzsən, yoxsa bu nəsə oyundu?Lusi.Əziz Allah,Düzdür ki, mənim atam evdə pis sözlər işlətsə, cənnətədüşməyəcək?Anita.Əziz Allah,Sən zürafənin həqiqətən belə görünməyin istəyirdin,yoxsa təsadüfən belə alınıb?Norma.Əziz Allah,İnsanların ölməyinə icazə vermək və yenilərini yaratmaq əvəzinə niyə olanları həmişəlik sağ saxlamırsan ki?Ceyn.Əziz Allah,Ölkələrin sərhədlərini qələmlə kim çəkir?Nen. Əziz Allah, Mən toya getmişdim, onlar kilsədə öpüşdülər. Bu normaldı, səncə?Neyl.Əziz Allah,Sən “başqalarının sənə necə davranmağını istəyirsənsə,sən də onlara elə davran” demisən? Demisənsə, gedimqardaşımı düzəltməyə çalışım.Darla.Əziz Allah,Balaca qardaşa görə çox sağ ol, amma mən küçük üçündua eləmişdim.Coys.Əziz Allah,Bütün tətil boyu yağış yağdı və atam çox hirsləndi! Səninhaqqında insanların deməli olmadıqları sözlər dedi, amma mən ümid edirəm ki, sən buna görə onu incitməyəcəksən.Sənin dostun (Amma sənə adımı demək fikrim yoxdur)Əziz Allah,Xahiş edirəm, mənə poni göndər. İndiyə qədər səndən heç nə istəməmişəm, xahişimə baxa bilərsən.Brus. Əziz Allah,Mənə Ələddinin çırağı kimi çıraq göndərsən, sənə istədiyin hər şeyi verərəm. Pullarım və şahmat dəstimdən başqa.Rafael.Əziz Allah,Mən böyüyəndə atama oxşamaq istəyirəm, ammabədənimin hər yerində o qədər tük olmasın.Sem.Əziz Allah,Məncə, stepler sənin ən dahiyanə ixtiralarındandı.Rut.Əziz Allah,Mən dua etmədiyim vaxtlarda da sənin barəndədüşünürəm.Eliot.Əziz Allah,Mərcə gələrəm ki, dünyadakı bütün insanları sevməksənin üçün çox çətindir. Mənim ailəmdə 4 nəfər var vəmən bunu heç vaxt bacarmamışam.Nen.Əziz Allah,Qardaşım mənə doğulmaq haqda danışıb, amma bu, nəsə qulağa xoş gəlmir. Onlar zarafat edirlər, hə?Marşa.Əziz Allah,Bazar günü kilsəyə gələndə mənə baxsan, sənə təzəayaqqabılarımı göstərəcəm.Mikki.Əziz Allah,Mən də İncildəki oğlan kimi 900 il yaşamaq istəyirəm.Kris.Əziz Allah,Mən oxumuşam ki, Tomas Edison işığı kəşf edib. Ammaməktəbdə deyirlər ki, işığı sən yaratmısan. Deyəsən axı o,sənin ideyanı oğurlayıb?!Donna.Əziz Allah,Məncə, heç kim səndən daha yaxşı Allah ola bilməzdi. Bilki, bunu sənə indi Allah olduğun üçün demirəm.Çarlz.Əziz Allah,Mən heç bilməzdim narıncı ilə bənövşəyi bu qədər gözəl görünə bilərlər, ta ki çərşənbə axşamı yaratdığın qürubu görəndən sonra! Çox gözəl idi!Evgeni.
  2. Böyük rus yazıçısı Fyodor Dostoyevsky-nin allah, din haqqında fikirləri “Ali ideyasız nə insan, nə də xalq yaşaya bilər. Yer üzündə bircə ali ideya var. O da insan ruhunun ölməzliyidir. İnsanı yaşada biləcək bütün başqa “ali” ideyalar başlanğıcını məhz ondan götürür”. “İnsan ruhunun ölməzliyinə birgə inam olmasa, bəşəriyyətə sevgini nə təsəvvür etmək olar, nə də bunun anlamı olar. Ümumiyyətlə, mümkün olmaz. İnsanın əlindən onun öz ölməzliyinə olan inamını almaq, onun inancını “bəşəriyyətə sevgi” ilə əvəzləmək istəyənlər, mənə görə, özlərinə qəsd edirlər, çünki inancdan məhrum ürəklərinə bəşəriyyətə sevgi əvəzinə bəşəriyyətə nifrət toxumu səpirlər”. “Allahın yoxluğunu bəşəriyyətə sevgi ilə əvəzləmək olmaz. Çünki insan o saat soruşacaq ki, bəşəriyyəti niyə sevməliyəm ki?” “Bibliya. Bu kitab məğlubedilməzdir. Bu kitaba hətta keşişlərimizin liberal jurnallar üçün yazan övladları da heç nə edə bilməzlər”. “Mən öz əsrimin övladıyam – inamsızlıq və şübhə əsrinin övladı. Ölənəcən də belə qalacam. İnanmaq istəyi mənə həmişə dəhşətli iztirablar bahasına başa gəlib, indi də belədir. Amma ürəyimdəki bu inanmaq istəyi əks arqumentlər nə qədər artırsa bir o qədər güclənir. Hərçənd bəzən allah mənə elə dəqiqələr bəxş edir ki, tamamilə sakitləşirəm. Həmin dəqiqələrdə hiss edirəm ki, mən də sevirəm, məni də sevirlər. İnanc rəmzimi də məhz həmin dəqiqələrdə şəkilləndirmişəm. Bu inancda mənim üçün hər şey aydın və müqəddəsdir. Bu inanc çox sadədir: İnanmalısan ki İsa Məsihdən gözəli, dərini, yaraşıqlısı, ağıllısı, mərdi, mükəmməli yoxdur. Nəinki yoxdur, hətta qısqanc sevgiylə özüm-özümə deyirəm, olması mümkün də deyil. Üstəlik də kimsə mənə sübut etsəydi ki, həqiqət İsa Məsihdən kənarda mövcuddur və doğrudan da həqiqət İsa Məsihdən kənarda mövcud olsaydı, mən həqiqətlə yox, İsa Məsihlə birlikdə olmağı seçərdim”. “Mənə görə, xalqın müqəddəs saydıqlarını təhqir etmək dəhşətli zorakılıq və görünməmiş barbarlıqdır”. “Ola bilər ki, müasir tərəqqipərvər düşüncənin öncüllərinin hamısının məqsədi mahiyyətcə insansevər və alidir. Amma mən bir şeyə əminəm: yüksək materiyadan danışan bu müasir müəllimlərə köhnə cəmiyyəti söküb yenidən qurmaq imkanı verilsə, nəticəsi elə bir zülmət, elə bir xaos olar, insaniyyətdən o dərəcədə uzaq, kor-kobud bir bina alınar ki, inşası bitməmiş bəşəriyyətin lənətləri altında uçub-dağılar. İsa Məsihdən bir dəfə imtina etməyin insan zəkası üçün dəhşətli nəticəsi olar. Bu aksiomadır”. “Əgər inanc və İsa Məsih bizim üçün avtoritet olmasa, hər bir işdə yolu itirib azarıq”. Sitatların mənbəyi: "Ф.М.Достоевский. Мысли. Высказывания. Афоризмы" kitabı, 1975 (azadliq.org)
  3. Iudaizmdə (yəhudilərdə) tanrının adlarını çəkmək qadağandır (tabu). Yəni onun əsl adını çəkmək gunah sayılır. Səbəb kimi isə Tövratda olan bu sətirlər sayılır.Tövrat 20:7 “Boş yerə öz tanrının, allahının adını çəkmə”. Amma bizlər hər iki dəqiqədən bir her şeyə görə Allahın adını çəkirik. Məs: “Allah haqqı düz deyirəm”, “Allaha and olsun!”, “Yalan deyirəmsə, Allah məni öldürsün” və s. Tetraqrammatonda (qədim yəhudilərin tanrısı, adı çəkilməyən tanrisi) (4 hərfli Yehova – YHVH) (əradan əvvəl 450-ci illərə gedib çıxır) 6 tanrinin adı çəkilir. Bu tanrılardan birinin adı Eloxim`dir. Hansı ki, ərəblər bu adı dəyişərək El-Elloha-Elloh > İl-İllaha-İllah > Al-lah >Allah transformasiyaya uğradıb. Həmçinin bu 6 tanrıdan ən qədimi Eloxim sayılır (eramızdan əvvəl 5000-8000-ci illər) və Suriyada qədimdə mövcud olan Ugarit şəhərinə gedib çıxır. El – tanrı, Eloxim ugaritlilərdə “tanrıların tanrısı” kimi ifadə olunub.
  4. 6 yaşlı qızın Allaha məktubu

    6 yaşlı finlandiyalı qızcığaz Helqa Hiltunen Milad bayramı ərəfəsində Allaha məktub yazaraq ondan 100 mark pul istədi. Finlandiya qanunlarına görə düzgün ünvan göstərilməyən məktubları prezidentin oxuma hüququ var. Məktubu oxuyan Prezident Urxo Koleva Kekkonen (1958-1982) qızın arzusunu yerinə yetirmək qərarına gəldi, lakin bu yaşda bir qıza 50 markın da bəs edəcəyini düşünərək yalnız bu qədər pul göndərdi. Məktuba cavab olaraq pulu isə qızın ünvanına şəxsən przidentin maşını gətirdi. Çox keçmədi ki, Helqadan yenə məktub daxil oldu. Bu dəfə qızcığaz Allaha şikayət edirdi. Helqa bildirirdi ki, prezident vasitəsilə artıq pul yollamasın, çünki prezidentin pulun yarısını özünə götürür.
  5. Bir çox halda dindarlar bizə Qurani exlaq, qanun və insalıq kitabı kimi təqdim edirlər. Gəlin baxaq, 21-ci əsr şüurlu insanin tətbiq etdiyi qaydalarmı daha mükəmməl və humanist yoxsa 7ci əsr ərəb Allahının mı? Belə çıxır ki.mükəmməl olmayan insan Allahdan daha rəhimli və ya bəlkə bu qaydaları göndərən tanrı deyil?
  6. Lev Tolstoyun Allah arayışı

    “Həyatıma necə son verim?”- deyə düşündüyüm zamanda qəlbim hüzünlü duyğularla dalğalanırdı. Bu duyğulara bir ad vermək gərəksəydi, “Allah arayışı” deyərdim. Bu düşüncə ilə deyil, duyğuyla aranan bir anlayış idi. Bu bir tərkedilmə qorxusu, bir yalnızlıq duyğusuydu, kainatın orta yerində bilinir bilinməz yardım gözləmək, ümid duyğusuydu. Allahın varlığının isbatlanmasının qeyri-mümkün olduğunu qəbul etmişdim. Çünki, Kant bunu isbatlamış, mən də qəbul etmişdim. Buna rəğmən arayışdaydım. Zamanla yaşamaq üçün ehtiyacım olan şeyi itirirdim. Ruhumu qorxu sarmışdı, dualara sarıldım, ondan yardım dilədim. Duymurdu. Qəlbim onun yoxluğu şübhəsiylə dolmuşdu. Bu dünyadan və məndən qopmuş olan allah bir buz parçası kimi gözlərim önündən əriyib getdi, sonda bir heçlik içindəydim. Yaşam mənbəm qurumuşdu. İntihardan başqa çıxış yolu olmamaq duyğusu, fəqət, ən pisi bunu belə bacara bilmirdim. “Allah yoxdur!” çığırdım özümə, yoxdur, heç bir möcüzə onu isbatlaya bilməz. Çünki, möcüzələr mənim xəyal gücümün məhsulu və üstəlik də məntiqə zidd. Bəs mənim aradığım yaradıcı qavramı? O haradan gəlir? Bu düşüncəylə birgə içimdə yaşam sevinci dalğalanmağa başladı. Çevrəmdəki hər şey yaşam gücü və anlam qazandı. Bu da uzun sürmədi, ağıl öz işini görürdü, sorğulayırdı. Sonda daxilimə döndüm və orada nələr olur, deyə özümə baxdım. Ölüb dirilməyə dair yüzlərlə olay xatırladım. Anladım ki, mən yalnız inandığımda yaşayırdım, inanmadığım zamanlarda yaşam da yox olurdu. Allahın varlığına dair inancım qalmadığında yaşamla əlaqəli bağlarım da qopurdu. Onu aradığım zaman yaşayırdım. Onda, o vardır. Allahı bilmək və yaşamaq bir ve eyni şeydir. Allah yaşamdır. Allahı arayaraq yaşadığın təqdirdə, yaşam Allahsız olmaz. Mənbə: L.Tolstoy “Hz.Məhəmməd” kitabı
  7. Quranda bir çox ayələr vardır ki, orda yaradılışın tək Allaha məxsus olmadığını, yaradılışda bir çox tanrıların, yaradıcıların olduğunu göstərmiş olur. Yəni Allah Quranın bəzi ayələrindəmən yaratdımdesə də, bəzi ayələrdəbiz yaratdıqdeyə cümlələr istifadə edib.Bəqərə surəsi, ayə 34.Bir zamanBiz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir* oldu.Bəqərə surəsi, ayə 35.Biz dedik:“Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.Bəqərə surəsi, ayə 37.Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı.Biz dedik:“Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”.Bəqərə surəsi, ayə 38.Biz dedik:“Hamınız ora-dan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə (axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.Bəqərə surəsi, ayə 50.O zamanBizsizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında (dənizdə) batırdıq.Bəqərə surəsi, ayə 51.O zamanBizMusaya (vəhy üçün) qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
  8. Allahın 99 adı Əl-əsma Ul-Hüsna və yaxud ən gözəl isimlər kimi qeyd edilir. Fakt 1: Allah bu 99 addan biridir. Və bu 99 addan biridirsə, o zaman nəyə görə Allahın 99 adı deyirik? Yəni əslində Allahın digər 98 adı kimi deyilməlidir. Fakt 2: Bibliyada Tanrı (Allah) “mən Adəmi öz simamda yaratdım” deyərək, açıq aydın özünü insan cismində olduğunu göstərir. Lakin İslamda Allahı təsəvvür etmək olmur. Lakin… Fakt 3: Lakin bütün bu adlar ərəb adlarıdır, kişi adlarıdır və İslam yaranmamışdan əvvəl Ərəbistanda kişi adlarında geniş istifadə olunub. Fakt 4: Hər üç səmavi dində Tanrı bir insan olan kişi xüsusiyyətləri ilə təsvir edilir.
  9. İslam alimləri hər müsəlmanın öyrənməsi, bilməsi, inanması və tabe olması lazım olan fərzlərdən 32 və ayrıca 54 ədədini seçiblər. Bunlar: İslamın şərti: Beş (5) İmanın şərti: Altı (6) Namazın fərzi: On iki (12) Dəstəmazın fərzi: Dörd (4) Qüslün fərzi: Üç (3) Təyəmmümün fərzi: İki (2) 5+6+12+4+3+2=32 Təyəmmümün fərzinə 3 deyənlər də vardır. O zaman hamısı 33 fərz olar(şeytan ayrıntıda. masonizmin 33-cü dərəcəsi). İslamın 5 şərti: 1. Kəlmeyi-şəhadət gətirmək. 2. Namaz qılmaq. 3. Malın zəkatını vermək. 4. Oruc tutmaq. 5. Həccə getmək. İmanın 6 şərti: 6. Allahın varlığına və birliyinə inanmaq. 7. Mələklərə inanmaq. 8. Allahın endirdiyi kitablarına inanmaq. 9. Allahın peyğəmbərlərinə inanmaq. 10. Axirət gününə inanmaq. 11. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahdan olduğuna inanmaq. (yəqin durub mən adam öldürsəm, bu Allahdandır, problem məndə deyil) Namazın 12 fərzi: A) Xaricindəki fərzləri 7-dir. Bunlara şərtləri də deyilir. 12. Hadəsdən təharət (Qüsl və dəstəmaz almaq). 13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək). 14. Sətri övrət (Övrət yerlərini örtmək). 15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək). 16. Vaxt. 17. Niyyət. 18. İftitah və ya Tahrimə Təkbiri. B ) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir. 19. Kıyam. 20. Qiraət. 21. Rükü. 22. Səcdə. 23. Qadəi axirə. Dəstəmazın 4 fərzi: 24. Dəstəmaz alarkən üzü yumaq. 25. Əlləri dirsəkləri ilə birlikdə yumaq. 26. Başın dörddə birini məsh etmək. 27. Ayaqları topuqları ilə birlikdə yumaq. Qüslün 3 fərzi: 28. Ağzı yumaq (yaxalama). 29. Burnu yumaq (suya çəkmə) 30. Bütün bədəni yumaq. Təyəmmümün 2 fərzi: 31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət etmək. 32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək. p.s: İslamın şərtləri və 32 fərzi (İslamda vacibat) arasında hicab yoxdur. Lakin adamlar var ki, «biz ölərik, hicabı əldən vermərik» deyir.
  10. Fatihə surəsi biz anlayışı

    Mərhəmətli, Rəhmli Allahın adı ilə!Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,Haqq-hesab (qiyamət) gününün sahibinə!Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!Bizi doğru (düz) yola yönəlt!Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! Quran Allahin sozudur deyirler. Amma nedense Biz sozu olan cumleler hec de Allahin sozune oxsamir.A