Search the Community

Showing results for tags 'Avropa'.

Found 6 results

  1. İncəsənətsevərlər üçün 5 ən yaxşı otel

    Avropanın incəsənətsevərlər üçün 5 ən yaxşı art-otelini təqdim edirik: “Le Negresco”, Nis Fransanın Nis şəhərində yerləşən, dəbdəbəli eksteryeri və dekadent rokoko interyeri ilə seçilən “Le Negresco” oteli Monako şahzadəsi Qreys Kelli, “Beatles” qrupu, Salvador Dali kimi məşhurları qonaq edib. Otelin çəhrayı qübbəsi Qustav Eyfelin, divarlarındakı bənzərsiz əsərlər isə Fransua Buşe, Jan Kokto və Sonya Delonenin əməyidir. Andaz Hotel, Amsterdam “Alisa möcüzələr ölkəsində” əsərindən təsirlənərək hazırlanmış otel əvvəllər şəhərin əsas kitabxanası olub. Marsel Uondersın dizayn etdiyi otelin divarlarından asılmış iri qaşıqlar və qızıl balıqlar sürrealist təsir bağışlayır. Le Meridien, Vyana Ənənəvi və müasir incəsənətin mükəmməl qarışığı olan otelin dizaynı Hişam Baroça, Sem Semor və Yan Leiyə məxsusdur. “Le Meridien Vienna”nı fərqləndirən cəhətlərdən biri yataqların arxasındakı divarlarda müxtəlif rəsmlərin canlanmasıdır. The Beaumont, London İngilis heykəltəraş Entoni Qormlinin əsərlərinə muzeylərdə əl vurmağa bəlkə də icazə verilmir, “The Beaumont”da isə qonaqlara bu dəyərli əsərlərlə birlikdə qalmaq imkanı yaradılır. Otel bu ilin avqust ayında yenidən istifadə veriləcək. Hotel Arts, Barselona 1992-ci ildə İspaniyada keçirilmiş Yay Olimpiya Oyunları ərəfəsində tikilmiş “Hotel Arts” 483 otaqdan ibarətdir. Otelin qonaqları məşhur arxitektor Frenk Gerinin “Qızıl balıq” abidəsinə baxaraq günəşlənə bilərlər. Burada Joan Miro, Pikasso və Qaudinin əsərlərindən də zövq almaq olar.
  2. Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinə girmək qadağan edilən jurnalist və bloqerlərin siyahısını yeniləyib. Siyahıya Avropa ölkələrdən 34 jurnalist və 7 bloqerin adı daxil edilib. Lakin Poroşenkonun bu qərarına Avropada müzakirə olunmayıb, ümumiyyətlə, səssiz qalıblar. Görəsən, niyə? Demokratiya deyə deyə ölkəni viran qoyanlar, Avropa dəyərləri deyənlər indi bəzi avropalı jurnalistlərin ölkəyə qadağan edilməsinə niyə reaksiya vermir? Amma bunu Azərbaycan, ya Rusiya, ya da Avropanın strategiyası ilə getməyən başqa ölkə eləsəydi, artıq dünyanın bir çox xəbər və qəzetlərində manşet formasında vermişdilər. Bu hadisəyə münasibətiniz maraqlıdır.
  3. Avropada inkivizasiya rəsmi şəkildə 1233-cü ildə başladı. Bu tonqalda yandırma cəzası idi. Bu zor gücü ilə cəzalandırmanın banisi ispan olan müqəddəs Dominik idi. Bu ordenin adı da dominikian ordeni adlanırdı. Ordenin fikrinə görə hər şey etiqadı qorumaq borcu üçün edilməlidir. Əgər inandırmaq yoluyla alınmırsa, onda bu iş zor gücüylə edilməlidi. Kilsənin bu qədər azğınlaşmasına səbəb isə səlib yürüşlərinin biabırçı uğursuzluqla nəticələnməsi idi. Bu uğursuzluq təbii olaraq əks nəticə verdi. Adamlar kilsədən narazı qaldıqları üçün başqa bir ümid yeri axtarırdılar. Kilsə buna zorakılıqla cavab verməyə başladı. Dindən dönənləri konkret ovlayırdılar. İnsanlara işgəncələr də verirdilər ki, öz fikirlərindən dönsünlər. Dönməyənlər yandırılırdı. Qadınların bir çoxunu ifritə olmaqda ittiham edib tonqalda yandırırdılar. Roma papası fərmanla hamını xəbərçi olmağa səsləmişdi. Harda bu cür adam görsələr xəbər etsinlər deyə. Çox vaxt elə cahil adamlar bu işi özləri görürdü inkivizasiya məhkəməsini gözləmədən. İnanınırdılar ki, bu insanları yandırmaqla onların ruhunu və başqalarının ruhlarını xilas etmiş olurlar..
  4. Qərbi Avropada Ebola virusu ilə yanaşı daha bir epidemiya həyəcanı yaşanır. ANS TV-nin məlumatına görə, bu xəstəlik pnevmaniyanın ağırlaşmış formasıdır. Bu xəstəlikdən artıq 4 nəfərin öldüyü, 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyi xəbəri verilir. Portuqaliyanın Səhiyyə Nazirliyi bundan əvvəl Legionelyoz xəstəliyindən bir nəfərin öldüyünü təsdiqləyib. İlk yoluxma halları ötən həftə cümə axşamı qeydə alınıb. İnfeksiyanın mənbəyi hələ ki müəyyən olunmayıb. Adı çəkilən xəstəliyə 1976-cı ildə Filadelfiyada Amerikan Legionu adlı yürüşdə kütləvi yoluxmadan sonra Legion xəstəliyi adı verilib. Legionelyoz infeksiyasına yoluxmuş xəstələrdə adətən qızdırma, ümumi intoksikasiya, ağ ciyər, mərkəzi sinir sistemi və həzm sistemi pozuntuları, bəzi hallarda poliorqan çatışmazlığı sindromu müşahidə olunur. Legionella bakteriyasının yaratdığı bu xəstəlik, insandan insana birbaşa keçməsə də, bakteriyanın daşıyan su damcılarının tənəffüs yoluna getməsi ilə xəstəliyə tutulma riski artır.
  5. European Leadership Network (ELN) tədqiqat mərkəzi NATO və Rusiyanın günü-gündən artan hərbi təlimlərinin Avropada müharibə səviyyəsinə gətirib çıxardacağını bəyanat yayıb. Analitiklərin qiymətləndirməsinə görə, əgər hadisələr indiki kimi davam etsə və iki tərəf öz gücünü göstərməklə təlimlərini davam etsə, bu bütünlüklə iki böyük qüvvənin toqquşması ilə nəticələnə bilər. Ekspertlər dünyada baş verənləri "pis günlərə hazırlıq", "Avropada müharibə gərginliyi" kimi qiymətləndiriblər. European Leadership Network tədqiqat mərkəzi analitikləri onlarla hərb ekspert və siyasətçilərdən təşkil olunub.
  6. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, əgər Moldova öz suverenliyini itirsə və ya öz hərbi-siyasi stausunu dəyişsə, onda Dnestryanı regionun öz müstəqilliyini elan etməyə haqqı var.