Search the Community

Showing results for tags 'Rusiya'.

Found 12 results

  1. Kubanın keçmiş lideri Fidel Kastro dünyada Suriya və İraq münaqişələri ilə bağlı artan gərginliklə əlaqədar nüvə müharibəsi təhlükəsinin ortaya çıxdığını bildirib. Kubanın "Qranma qəzetinin yaydığı məlumata görə, Kastro 3-cü dünya müharibəsi baş verəcəyi təqdirdə onu yalnız Çin və Rusiyanın dayandıra biləcəyini vurğulayıb. Sabiq prezidentin dediyinə görə,Rusiya ilə Çin faşizmdən qaynaqlanan dəhşətli müharibələr yaşadığından dünyanın problemlərini ABŞ-dan daha yaxşı anlayır və yeni dünya müharibəsinin baş verməməsi üçün əllərindən gələni edəcək. // anspress.com Həmçinin oxu:Elon Mask 3-cü dünya müharibəsinin başlanacağından narahatdır
  2. 4 ildir Suriyada vətəndaş müharibəsinə gətirib çıxardan konflikti daha da qızışdıran Amerika. O Amerika ki, 500 milyon dollardan çox pul xərcləyib, Bəşər Əsədə qarşı mübarizəyə həm pul, həm də silahla dəstək olub. Hər çıxışlarında Bəşər Əsədi qınayıb, onun hakimiyyətdən getməsindən daşınan, istefasını tələb edən Amerika son 1 ayda Rusiyanın Suriyaya daxil olmasından və Rusiyanın Bəşər Əsədə dəstəyindən sonra bütün keçmiş planlarının üstündən xətt çəkdi. O 500 milyon dollarlıq dəstək layihəsini də bağladı. Və dünən ABŞ dövlət baş katibi Con Kerri öz çıxışında Bəşər Əsədin devrilmə planından üz döndərdiyini etiraf edib, hətta Bəşər Əsəd hakimiyyətini dəstəkləyib. Bəşər Əsədin istefasının Suriya üçün daha təhlükəli olacağını qeyd edib. Həmçinin Rusiyanın Suriya konfliktinin həll olunmasına cəlb olunmasından da danışıb. Niyə özünü hegemon hesab edən ABŞ Rusiyanın nazı ilə oturub durur? Kimdən soruşursan Rusiya zəifdir deyir, Putin zəifdir deyir. Amma bugün dünya krizisində, geosiyasi baxışların dəyişməsində Putinin addımlarının böyük təsiri olub və Rusiya harda varsa, ABŞ geriyə addım atır. Görəsən, nə baş verir? p.s: Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. O vaxtdan indiyə kimi 230mindən çox insan həlak olub, 11.2 milyon insan qaçqın həyatı yaşayır.
  3. Corc Soros son yazısında qeyd edib ki, Avropa bugün 5 böhranla eyni vaxtda mübarizə aparır. Yunanıstan, qaçqın böhranı, avro, Britaniyada referendum və Rusiyanın Ukraynaya qarşı agressiyası. Nəticə etibarı ilə Avropa Birliyi parçalanma təhlükəsindədir. Bütün bunlara baxmayaraq, Avropa üçün birinci dərəcli problem Ukrayna böhranını aradan qaldırmaq olmalıdır. Çünki Avropa Ukraynaya maddi cəhətdən kifayət qədər dəstək olmasa, Putin həmin ölkəni destabilləşdirib, yenidən yıxacaq. Lakin Avropa kifayət qədər Ukraynaya dəstək olsa, Putinin öz ölkəsindəki adamlar da görəcək ki, problem Putinin öz strategiyasındadır. Soros həmçinin qeyd edib ki, Minsk müqaviləsi Putinin uğurudur və bu müqavilədəki bəzi şərtlərlə Olland və Merkeli də özündən asılı edib. Nəticədə separatçılar hər gün şərtləri pozur, amma müqavilə şərtlərinə əsasən Ukrayna və Avropa buna dözməli olur. Çünki müqaviləyə əsasən Ukrayna tərəfi Donetskdəki separatçıları tanımalı və onlara maddi dəstək də verməli idi. Amma separatçılara dəstək verə bilməyən, əksinə onlara qarşı çıxan Ukraynanı Donetskdəki konfliktlər daha da böhrana salır, olmayan ciblərini daha da boşaldır. Bu da Putinin düşünülmüş addımıdır. Ukrayna özü içəridən batsın və destabilləşsin. Bütün bunlara baxmayaraq, biz Ukraynaya kömək etməkdən əlavə, Putinə qarşı sanksiyaları sərtləşdirməli deyilik. Bir balans yaradılmalıdır və Rusiyaya qarşı sanksiyalardan daha çox Ukraynaya daha çox maddi kömək göstərmək lazımdır. Bu isə Avropa üçün milyardlarla pul deməkdir. Hansı ki, Avropanın yaşadığı bu böhran ərəfəsində Ukraynaya ayırmağa nə çox pulu var, nə də ki, vaxtı. Əgər Ukraynaya daha çox pul ayrılsa və Ukrayna dirçəlsə, o zaman Rusiya zamanla daha da batacaq. Amma Ukraynaya lazımı dəstəyi vermədən Putinə qarşı daha sərt sanksiyaların tətbiqi Minsk-2 müqaviləsi pozulmasına gətirib çıxardacaq. Çox böyük ehtimal var ki, Rusiya Ukraynaya qarşı ordu yeritsin və müharibəyə başlasın. Çünki Putinin başqa əlacı qalmayacaq və bu riskə getməyə məcbur olacaq. İstənilən formada Putin batacaq Rusiyanı böhrandan çıxarmaq üçün müharibədən başqa alternativ yolu qalmayacaq. Bu isə böyük müharibəyə gətirib çıxarda və Rusiya tərəfindən nüvə silahlarının işə salınması ilə bitəcək.
  4. Aralıq və Egey dənizlərində Rusiya və ABŞ hərbi gəmiləri. Bu arada Rusiya Suriyaya silah, əsgər göndərəndən sonra, baza yaratmaq fikrindən sonra ABŞ neçə ildir plan qurduğu və artıq 500 milyon xərclədiyi Əsədin devrilməsi layihəsindən üz döndərdi. Rus gələnə kimi milyonlar xərclə, illərlə mübarizə apar, dəstk ver, amma rusun gəlməsi heç 1 ay deyil, bütün bu illərlə xərclənən zəhmət və puldan bir günün içində xətt çək. Nə oldu birdən birə?
  5. Rusiyada "Qara Cümə"

    Rusiyada "Qara Cümə" günü ən çox marağa səbəb olan və satılan məhsullar Apple məhsulları olub. Apple şirkətinin yeni məhsullarını 25% endirimlə almaq mümkün olduğu üçün camaat ən çox yeni ipad air, iphone6 dalınca qaçıb. İkinci yerdə ən çox satılan məhsul Samsung televizorlarıdır. Qara Cümə ilk dəfə ABŞ-da yaranıb bir xeyriyyə aksiyası kimi yaranıb. Yeni ilə bir ay qalmış əhaliyə bazarda olan məhsulların endirimlə alınması üçün şərait yaradılır. Məsələn, normalda 1000$-a alınacaq məhsulu Qara Cümə günü 600-700$-a almaq mümkündür. Müxtəlif məhsullara 10-90% endirim təklif edilir. Lakin bu cəmi bir gün çəkir. Camaat səhər 4-cü gün gecədən mağazaların açılması üçün növbələr gözləyir. Mağaza açılan kimi hamı sanki hücum edir. İnsanlar maksimum ucuz və keyfiyyətli məhsulların dalınca qaçırlar ki, sonra onlara həmin məhsuldan qalmaya bilər. Sonradan bu bayram adəti başqa ölkələrə də yayılmağa başladı.
  6. Pentagonun generalı The Daily Beast-ə müsahibəsində qeyd edib ki, bizlər (ABŞ) bugün Rusiya ilə müharibəyə hazır deyilik. Son 15 ildə hərbimiz ancaq qısa müddətli əməliyyatlar üçün hazırlanıb. Lakin Rusiya ilə müharibə olsa, bu iri miqyaslı müharibədən söhbət gedir. Biz rusiyanı uda bilərikmi? Bəli. Amma bunun üçün bütün gücümüzü və silahımızı sərf etməli olacayıq. General həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında müharibə ehtimalı çox azdır. NATO və Rusiya ilə müharibə ehtimalı da azdır. Çünki bu Avropa və Rusiya üçün ağır nəticələrə gətirib çıxardacaq. Mən inanmıram ki, tərəflər bu kimi ağır nəticələri olacaq qərarlar versin.
  7. European Leadership Network (ELN) tədqiqat mərkəzi NATO və Rusiyanın günü-gündən artan hərbi təlimlərinin Avropada müharibə səviyyəsinə gətirib çıxardacağını bəyanat yayıb. Analitiklərin qiymətləndirməsinə görə, əgər hadisələr indiki kimi davam etsə və iki tərəf öz gücünü göstərməklə təlimlərini davam etsə, bu bütünlüklə iki böyük qüvvənin toqquşması ilə nəticələnə bilər. Ekspertlər dünyada baş verənləri "pis günlərə hazırlıq", "Avropada müharibə gərginliyi" kimi qiymətləndiriblər. European Leadership Network tədqiqat mərkəzi analitikləri onlarla hərb ekspert və siyasətçilərdən təşkil olunub.
  8. 1972-ci ildə ABŞ və SSSR arasında Raket əleyhinə müdafiə sisteminə məhdudiyyətlə bağlı müqavilə imzalanmışdı. Bu müqaviləyə əsasən bu iki ölkədən heç biri başqa ölkələrdə Anti-ballistik müdafiə sistemi yaratmağa, istifadə etməyə, yerləşdirməyə icazə vermirdi. Hər iki tərəf müqavilədə razılaşma əldə etmişdi ki, hərə öz ölkəsində maksimum 150km radiuslu 1 ballistik raket yerləşdirə bilər. Bu razılaşma dünyada stabilliyə qarantiya hesab edilirdi. 1990-cı illərdə ABŞ hərbi analitikləri bu razılaşmanın ABŞ maraqları ilə üst-üstə düşmədiyini bəyan edirlər. Səbəb isə artıq 3-cü dövlətlərdə nüvə texnologiyalarına sahib olması idi. Pakistan, İran, Cənubi Afrika Respublikası. Maraqlı məqamlar budur ki, Pakistan da ABŞ və Hindistandan qorunmaq üçün yaradıb, İran da ABŞ təzyiqlərinə cavab vermək üçün nüvə texnologiyası inkişaf edib, CAR-da isə nüvə texnologiyası İsrailin əməkdaşlığı ilə yaranıb. Həmçinin 2012-ci ildə Şimali Koreya da nüvə ölkəsi hesab olundu. Şimali Koreya da bu addımı ABŞ-dan qorunmaq və cavab vermək üçün atıb. Bütün bunları nəzərə alaraq ABŞ nüvə şantajının qarşını almaq üçün əməkdaşlıq etdiyi dövlətlərdə PRO sistemi yerləşdirməyi məqsədəuyğunu hesab edir və1972-ci ildə bağladığı müqaviləni 2001-ci ildə Rusiyanın icazəsi olmadan, bir tərəfli olaraq pozmaq qərarına gəlir. 2002-ci ildə isə bu razılaşma tamamilə öz gücünü itirir. 31 dekabr 2001-ci ildə Kiçik Corc Buş ABŞ-ın bu razılaşma müqaviləsindən imtina etdiyi,Anti-PROrazılaşmasını tərk etdiyinivə 6 ay ərzində bu proqramın bağlanacağınıbəyan edir. Bütün bunlara baxmayaraq, Rusiya tərəfi bu razılaşmanın dünya stabilliyinə pis təsir edəcəyini bəyan edərək BMT-dən kömək istəyir və 80 ölkəbu razılaşmanın qüvvədə qalmasının lehinəsəs verir. BMT-də razılaşmanın əleyhinə səs verən tərəf kimiİsrail, ABŞ, Paraqvay və Mikroneziya çıxış edir. 2015-ci ildə isə Rusiya-Ukrayna arasındakı gərginlikdə istifadə edərək Barak Obama NATO ölkələrində, o cümlədən Polşada PRO sistemi quraşdırmağa icazə verir. Səbəb isə Rusiyanın Avropa ölkələrinə təhlükə olduğunu göstərir. Putinbuna cavab olaraq Krım və Kalininqradda ballistik raketlər yerləşdirəcəyini bəyan edib və çıxışında qeyd edib ki;"ABŞ-dan fərqli olaraq biz hər hansı ölkədə öz ballistik raketlərimizi, nüvə başlıqlarını yerləşdirməmişik. Bizim ballistik raketlərimiz öz sərhədlərimiz daxilindədir və biz bunu indi, ABŞ öz PRO sistemlərini bizim sərhədyanı ölkələrə yerləşdirmək qərarına gəldikdənsonra, özümüzü müdafiə etmək üçün yerləşdirmək qərarına gəlmişik. Biz buna məcburuq. Çünki bizə başqa çıxış yolu qoymadılar. Biz bunu həm özümüz üçün, həm də dünyada stabilliyin bərpası, qorunması üçün etməliyik". İndi deyin mənə görüm, bu dünyada ən çox müharibə edən, ara qızışdıran, qan tökən, stabilliyi pozan ölkə hansıdır?
  9. Lənətlənmiş roman - Master və Marqarita

    Mixail Bulqakovun “Master və Marqarita” romanı ətrafında gəzən söz-söhbət bitmir.Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir. Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur: “Bu roman hələ sizə çox sürprizlər gətirəcək”.Volandın xəbərdarlıq etdiyi “sürprizlər”lə üzləşənlərin halına acımamaq olmur. Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb. 1972-ci ildə Andrey Vayda “Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti “Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü. 1990-cı illərdə Moskvanın “Cənub-Qərb Teatrı”nda “Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı. Aktyor Dmitri Düjev də bu romanı lənətlənmiş hesab edir. O, hələ institutda oxuyarkən “Master və Marqarita” əsərindən diplom işi kimi hansısa rolu məşq edirmiş. Qəfildən onun kiçik bacısı dünyasını dəyişdi. Üstündən bir neçə il keçəndən sonra Düjev teatrların birində yenə də “Master və Marqarita”da rollardan birini oynamaq üçün təklif alır. Təklifi qəbul edir və tezliklə buna peşman olur. Az vaxt ərzində aktyorun atası və anası dünyasını dəyişir. Maraqlıdır ki, rejissor Vladimir Botko bu lənətlənmiş romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film ekranlara çıxandan sonra serialda rol almış, Rusiyanın ulduz aktyorları – Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin, Valeri Zalatuxin dünyalarını dəyişdilər. Qərbdə də belə lənətlənmiş əsərlər var. Xarici aktyorlardan heç kim Şekspirin “Maqbet” əsərində rol almaq istəmir. Axı bu əsəri ekranlaşdırmış, səhnəyə qoymuş, yaxud orada rol almış adamların hamısının həyatında faciəli hadisələr baş verib. İlqar Atabəyli
  10. “Ukraynadakı böhran sadəcə regional problem deyil. Bu böhran hamımızı maraqlandırır". Axar.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Angela Merkel deyib. O, Rusiyanın hücum edəcəyi ölkələrin siyahısını açıqlayıb: “Hazırda Moldova, Gürcüstan və Serbiya ən böyük risk altında olan ölkələrdir. Ukraynadakı böhran regional bir problem deyil. Bu böhran hamımızı maraqlandırır”. Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edən Angela Merkel Ukraynadakı böhranla əlaqədar böyük partlayışın baş verə biləcəyini deyib.
  11. Mərkəzi Avropanın və Baltik ölkələrinin Avropa Birliyinə və NATO-ya daxil olması Qərbin son 25 ildə əldə etdiyi ən böyük uğurdur. Bu barədə “The Vashington Post” qəzetinin əməkdaşı Enn Epplubaum öz məqaləsində yazır. Onun düşüncəsinə görə, sözügedən ölkələr Avropa Birliyinə və NATO-ya qoşulmaqla demokratik dövlətlərə çevrildilər. Ancaq indi yeni bir düşüncə dəbdədir. Bəzi analitiklər iddia edirlər ki, guya “NATO-nun həmin ölkələrin hesabına genişlənməsi yanlış olub. Amerikanın bu triumfu Rusiyanı aşağılayıb”. “Rusiya ilə NATO-nun genişlənməməsi ilə bağlı heç bir müqavilə bağlanmayıb. Belə bir vəd də verilməyib. Mövcud olmayan bir şeyin pozulmasından necə danışmaq olar”? Müəllif qeyd edir ki, əslində NATO-nun genişlənməsi təşəbbüsü ABŞ-dan gəlməyib: “Əksinə, ilk təşəbbüs Polşadan gəlib. Bu ölkə NATO-ya daxil olmaq üçün 1992-ci ildə rəsmən müraciət edib, ancaq həmin müraciətə mənfi cavab verilmişdi. Polşa və digər ölkələr NATO-ya ona görə can atırdılar ki, Rusiyanın revanşist meyllərini hələ o vaxt hiss edirdilər”. Müəllif bildirir ki, NATO yavaş və ehtiyatla genişlənərkən Rusiyanın narahat olmamasına xüsusi önəm verib və rəsmi Moskvanı sakitləşdirməyə çalışıb. NATO-ya daxil olan yeni ölkələrin ərazisində hərbi bazalar yerləşdirilməyib, 2013-cü ilə qədər həmin ölkələrin ərazisində NATO-nun hərbi təlimləri də keçirilmirdi. Hətta iş o yerə qədər gəlib çatdı ki, Rusiyanın etirazlarını nəzərə alaraq Ukrayna və Gürcüstanın bu hərbi alyansa daxil olmasına imkan verilmədi. Rusiyanı kimsə alçaltmadı. Əksinə, ona yenidən super-ölkə statusu tanındı. Rusiya BMT-də SSRİ-nin yerini alaraq 5 əsas ölkədən biri oldu. Keçmiş SSRİ səfirlikləri Rusiyaya keçdi və bu ölkənin nüvə silahı da özündə qaldı. “Bu illər ərzində Rusiya Mərkəzi Avropadan fərqli olaraq heç vaxt Avropa dəyərlərinə sahib olan ölkəyə çevrilməyə can atmadı. Tamam başqa proseslər baş verdi. KQB-yə bağlı qüvvələr sovet sisteminə sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Kriminal yollarla bütün dövlət idarəçiliyini ələ keçirərək, ölkədə demokratik dəyişikliklərin gedişinin qarşısını ən qəddar üsullarla aldılar. Demokratik ab-havanın Rusiyanın sərhəddindən içəri keçməsinə müqavimət göstərdilər. Son 10 ildə isə Rusiya yenidən imperiya qurmağa çalışır”. Nədən biz faktların üzünə dik baxmayaq? BMT-də islahatlar aparmayaq? Hindistan və Yaponiya kimi dövlətlərə Təhlükəsizlik Şurasında daimi yer verməyək? Ukrayna böhranı və NATO ölkələri ərazisində yaranmış son narahatlıqlar Amerikanın triumfu sayıla bilməz. Etiraf etmək lazımdır ki, Qərb Rusiyanın davakar bəyanatlarına kifayət qədər sərt cavab verə bilmədi. Əslində biz 10 il əvvəl NATO bazalarını Şərqi Avropada yerləşdirməliydik. Ancaq biz bunu etmədik. Nəticədə Mərkəzi Avropa ölkələrində NATO-ya dəhşətli dərəcədə inamsızlıq yaranıb. Bir vaxtlar alyansa can atan ölkələr, indi Rusiya tərəfindən qorxudulub”. Qərbin yanlışı onda deyil ki, o, Rusiyanı alçaldıb, yox, Qərbin yanlışı ondadır ki, Rusiyanın revanşist, təftişçi (revizionizm tərəfdarı) potensialını vaxtında düzgün qiymətləndirə bilməyib. http://musavat.com
  12. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, əgər Moldova öz suverenliyini itirsə və ya öz hərbi-siyasi stausunu dəyişsə, onda Dnestryanı regionun öz müstəqilliyini elan etməyə haqqı var.