Search the Community

Showing results for tags 'Sankt-Peterburq'.

Found 2 results

  1. Heykəltəraş Tamar Kvesitadze tərəfindən düzəldilmiş “Əli və Nino” abidəsi dünyanın ən yaxşı romantik heykəli adına layiq görülüb. Abidə 2010-cu ildə Batumi şəhərində qoyulub. Hərəkət edən 40 m hündürlüyündə qadın və kişi heykəlləri 40 dəqiqədə bir-birinə yaxınlaşaraq sevginin vahidliyini simvolizə edir. Müsabiqədə dünyanın 10 ən yaxşı romantik abidəsi iştirak edib: 1.“Əli və Nino” – Batumi 2.“Sevgi divarı” – Paris 3.“Görüş yeri” – London 4.“Cülyettanın hüykəli” – Verona 5.“Romeo və Cülyetta” – Nyu-York 6.“Çətir altında sevgililər – Tartu 7.“Barışıq skamyası” – Moskva 8.“Karl və Emiliya” – Sankt-Peterburq 9.“Sevgi sferası” – Çelyabinsk 10.“Aşi skeletlər” – Honq Kay Dünyanın ən maraqlı romantik abidələrinin siyahısı sevgililər günü münasibətilə qoyulub.
  2. Qədim məbədin dəhşətləri

    Sankt-Peterburqdan 80 kilometr uzaqlıqda yerləşən Sosnovı Bor şəhərinin kənarında ölüm saçan Kalişensk gölü var. Bu gölün adı qədim rus mənbələrində xüsusi dini rituallar keçirilən Kapişenin (bütxana və ya məbəd) adından götürülmüşdür. Gölün ətrafında çoxlu sayda heyvanlar, quşlar yaşayır. Amma onların heç biri gölə yaxınlaşmır və ondan kənar dolanırlar. Göldə balıq da daxil olmaqla bir canlı belə yaşamır. Alimlər isə bu sirli fenomeni heç cür izah edə bilmirlər. Yerli sakinlərin dediklərinə görə, gölün kənarında adamı dəhşətli bir qorxu bürüyür. Ona görə də, gölün sirrini açmaq istəyən Leninqrad Dövlət Universitetinin bir qrup alimi oraya 10-15 nəfərlik xüsusi qrupla getmişlər. Ancaq gölə yaxınlaşan kimi onların hamısını qorxu və həyəcan bürümüş, özlərindən asılı olmadan oradan qaçaraq uzaqlaşmağa çalışmışlar. Ona görə də gölü alçaq məsafədən uçan vertolyot vasitəsilə tədqiq etmək fikrinə düşdülər. Bu məqsədlə ən müasir texnoloji imkanlardan belə istifadə etmək qərarına gəlindi. Lakin 5 nəfərlik qrup vertolyotla gölün üzərindən uçarkən həm pilot, həm də ekspedisiya üzvləri yenidən yerdə yaşadıqları analoji qorxu içinə düşdülər. Vertolyotun pilotu az qala qəza törətmişdi və son anda o çətinliklə də olsa, özünü ələ alaraq göldən bir neçə kilometr uzaqlıqdakı çəmənlikdə vertolyotu yerə endirə bildi. Bundan sonra daha heç bir tədqiqatçı gölə yaxınlaşmağa cəsarət etmədi. Onu da deyək ki, bu gölün digər bir qəribəlikləri də var. Çox vaxt uzaqdan baxanda gölün sahilində diametri 5-10 metrə çatan kvadrat şəkilli xəndək görünür. Bu xəndək gah gözdən itir, havada sanki buxarlanır, gah da yenidən peyda olur. Əvvəlcə alimlər bunu gözün aldanması ilə izah etdilər. Ancaq sonra bunu yoxlamaq üçün xüsusi optik görmə cihazı ilə birdən peyda olan və sonra qəfildən yoxa çıxan bu qəribə obyekti müşahidə etdilər. Məlum oldu ki, insan gözü heç də aldanmır. Həqiqətən də, kvadratşəkilli obyekt qəfildən peyda olduğu kimi, qəfildən də yoxa çıxır, sanki havada buxarlanırdı. Alimlər isə bu günə kimi ən müasir elmi cihazlarla belə bu qəribə müəmmalı gölün sirrini aça bilməyiblər. Bu gölün digər bir qəribəliyi isə gecələr onun səthindən bir neçə metr hündürlükdə işığın peyda olmasıdır. Sanki hansısa əl gölün üzərini böyük gücə malik lampalarla işıqlandırır. Bu işığın haradan və necə peyda olmasının da sirrini tapmaq hələlik mümkün olmayıb. Düzdür, bəzi alimlər bu sirli fenomeni gölün dibində toplanan qazla izah edirlər. Ancaq işığın gölün səthindən bir neçə metr hündürlükdə peyda olması onların dediklərinin doğru olmadığını göstərir. Gölün kosmosdan çəkilən şəkilləri də olduqca parlaq və işıqlı çıxıb. Sanki gölün üzərində minlərlə lampa quraşdırılıb. Ona görə də, kosmos vasitəsilə çəkilən şəkillər vasitəsilə də gölün sirrinə açar tapmaq mümkün olmayıb. Rusiyada insanları öz qurbanına çevirən daha bir göl Kaluqa vilayətindədir. SSRİ dövründə vilayətdəki Yaçensk gölündə su anbarı inşa etmişdilər. Hələ tikinti getdiyi dövrdə burada işləyən onlarla insan gözlənilməz və müəmmalı ölümün qurbanlarına çevrilmişdilər. SSRİ alimləri gölü tədqiq edərək onda insan ölümünə səbəb ola biləcək heç nə tapa bilmədilər və baş verən ölüm hallarını təsadüf və ya ölənlərin özlərinin məsuliyyətsizliyi ilə izah etdilər. Amma su anbarının inşası zamanı görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, orada hər gün 5-10 adam ölürdü. Buna baxmayaraq, Yaçmen gölündə su anbarının inşası başa çatdırıldı. Amma su anbarının istifadəyə verilməsindən sonra göldə ölən adamların sayı daha sürətlə artmağa başladı. Qısa müddətdə su anbarına tamaşa etmək, balıq tutmaq və dincəlmək üçün gələn 15 adam müəmmalı şəkildə öldü. İş o yerə gəlib çatdı ki, su anbarına nəzarət edən işçilər və mühafizə xidməti oraya yaxınlaşmağa cəsarət etmədilər. Nəticədə onlarla işçi işdən çıxmağa məcbur oldu. Yenə də Moskvadan vəziyyəti yerindəcə öyrənmək üçün Yaçmenskə xüsusi elmi-tədqiqat qrupu göndərdilər. Lakin su anbarındakı anormal hadisələri tədqiq edərkən onların arasından da müəmmalı şəkildə ölənlər oldu. Ölənlərin əksəriyyətini göldə-su anbarında sanki elektrik cərəyanı vururdu. Amma adi halda göldə elektrik cərəyanı aşkar edilmirdi. Sanki kimsə bir anlığa haradansa gölə elektrik cəraynı buraxır, sonra isə cərəyanı kəsirdi. Bu sirli müəmmanı aça bilməyən Moskvadan gələn tədqiqatçılar Yaçmensk su anbarında elmi axtarış işlərini yarımçıq dayandıraraq geri dönməyə məcbur oldular. Lakin sonrakı illərdə də göldə müəmmalı ölümlər davam etdi. Onu da deyək ki, yerli sakinlər dəfələrlə göl-su anbarı üzərində zorla görünən parlaq dairələr müşahidə etmiş, hətta onu videolentə belə almışdılar. Yerli sakinlərin sözlərinə görə, göldə ölüm hadisələrinə səbəb də bu parlaq dairələrdir. Ölüm halları da ən çox məhz bu parlaq dairələrin gölün üzərində peyda olduğu vaxt baş verir. Sonuncu dəfə Yaçmensk su anbarı ətrafında ölüm ötən ilin yayında baş verib. Əslən Kaluqa şəhərindən olan ailələrdən biri yerli əhalinin xəbərdarlıqlarına məhəl qoymadan su anbarı ətrafında dincəlməyi qərara almışdı. Ailə su anbarının ətrafına yaxınlaşaraq onu seyr etməyə başladı. Ətrafda qəribə, bir gözəl mənzərə vardı. ailə başçısı əvvəlcə fotoaparatla, sonra isə kamera ilə bu görüntünü aparatın yaddaşına köçürdü. Sonra o, heç nəyə fikir vermədən əlini suya salaraq üzünü yumaq istədi. Amma gözlənilmədən onu sanki elektrik cərəyanı vurdu. Kaluqalı qışqıraraq əlini sudançəkməyi bacardısa da, paltarı od tutub yanmağa başladı. Onun qışqırtısını gölün yaxınlığındakı idman bazasının əməkdaşları da eşitdilər və dərhal hadisə yerinə gəldilər. Onlar çətinliklə də olsa, od tutub yanan kaluqalını alovun caynağından ala bildilər. Kaluqalını ağır halda xəstəxanaya çatdırdılar. Məlum oldu ki, onun bədəninin 60 faizi yanaraq eybəcər hala düşüb. Uzun müalicəyə və həkimlərin bütün səylərinə baxmayaraq, faciə qurbanının həyatını xilas etmək mümkün olmadı. Bəzi tədqiqatçıların fikrincə, su anbarında baş verənlərə səbəb texnogen hadisələrdir. Belə ki, su anbarının üzərindən yüksək gərginlikli elektrik xətləri keçir. Vaxtaşırı bu xətlər su anbarının səthində elektrik cərəyanının əmələ gəlməsinə səbəb olurlar. Amma su anbarı inşa edilməzdən əvvəl də orada analoji hadisələrin mütəmadi olaraq baş verməsi bu ehtimalın doğru olmasını şübhə altına alır. Ona görə də, su anbarı ilə bağlı baş verən ölümlərin arxasında elmə məlum olmayan hansısa anormal hadisələrin dayandığı ehtimal edilir. Bütün hallarda yerli əhali artıq su anbarına yaxınlaşmır. Turistləri, macəra və səyahət həvəskarlarını gözləyə biləcək təhlükədən qorumaq üçün su anbarından 100 metr aralıda xüsusi xəbərdarlıq işarələri qoyulub.