Search the Community

Showing results for tags 'alim'.

Found 1 result

  1. ABŞ-ın Mayo klinikası tibb alimləri qocalmaya qarşı eksperimental preparat hazırlayıblar. Siçanlar üzərində aparılan test mərhələdə canlıların ömrü 35% uzadılıb. Üstəlik bu eksperimental preparatın hər hansı əks təsiri müşahidə edilməyib. Normalda insan hüceyrələri məhv olduqda, immun sistem vasitəsi ilə orqanizmdən xaric olur. Lakin qocaldıqca immun sistem bu işin öhdəsindən gələ bilmir, həm də hüceyrələr artıq bölünüb yenilənə bilmir. Köhnə ölü hüceyrələr isə sağlam hüceyrələri daha çox zədələyir, prosesi daha da sürətləndirir, orqanizmi yad cisimlərlə daha da zəiflədir. Siçanlar üzərində istifadə edilən bu preparatdan sonra canlının orqanizmi daha sürətlə yenilənməyə başlayıb, daxili orqanlarda baş verən zadələnmə 17-35%-ə qədər azalıb. Əzələ, yağ toxumaları təzədən yenilənməyə başlayıb, xoraların sayı azalıb, orqanizm məhv olmuş hüceyrələrdən təmizlənib. Bir sözlə, orqanizm yenidən cavanlaşıb. Alimlər yaxın gələcəkdə genetik terapiyaya aid etdiyi bu preparatla orqanizmin təmizlənməsini 60-70%-ə çatdırmaq istəyir. Nəticə etibarı ilə gələcəkdə bu kimi preparatla yaşlı insanların orqanizmini təmizləmək, orqanlarını ölü hüceyrələrdən təmizləməklə ömrünü 30-50 il uzatmaq olar.