Search the Community

Showing results for tags 'astronaut'.

Found 2 results

  1. astronaut

    Kosmosda tək fırlanan kosmonavt
  2. Normalda astronavt atmosferi qalxarkən və enərkən qravitasiyanın təsirinə məruz qalır. Normalda 8G-10G qüvvəyə kimi astronavt dözə bilir. Bir çox astronavtların ölümünə səbəb bu G qüvvəsinin çox olması hesab olunur. Məsələn, astronavt atmosferi keçib, kosmosa daxil olarkən həddindən artıq özündə yük, titrəmə hiss edir. Əlini qaldıra bilməyəcək qədər oturacağa yapışıb qalır. Və bütün qan ayaqlarına doğru axmağa başlayır. Əgər bu təsir 8G yox, 15G olsaydı, beynində qan və oksigen çatışmazlığına görə ölə bilər. Həmçinin eniş zamanı da eyni təsir. Lakin bu səfər qan ayaqlardan başa, beyinə doğru axmağa başlayır. Astronavtın boğazındakı damarlar o qədər şişə bilər ki, sifəti göyərib qalacaq. Hətta təzyiqdən beyində qan damarları partlaya bilər. Elə bu səbəblərdən qalxma və enmə zamanı bəzi astronavtlar qəza törədir. Huşunu itirmə, göz kapilyarlarının partlaması, gözlərin qaralması, müvəqqəti görmənin və dizorientasiya, ağciyərlərində, köksündə həddinən artıq təzyiqin hiss edilməsi (eksperimentdə 50G olan halda adamın sinəsi gömgöy göyərməsi müşahidə edilib) kimi hallar baş verir. İndi isə siz təsəvvür edin, kosmosda saatda 100-200min km sürətlə hərəkət edirsiz. Və yaxud Yer kürəsindən böyük olan və yaxud atmosferi sıx olan bir planetin atmosferinə daxil olursuz və yaxud elə bir planeti tərk edirsiz. Gördüyünüz kimi hər şey kənarda asan görsənir. Amma çox vaxt düşünmədiyimiz bu kimi detallar adicə kosmik səyahətə nə qədər zərbə endirir.