Search the Community

Showing results for tags 'beyin'.

Found 6 results

  1. Beyninizi qorumağın 10 yolu

    1. Saat 11:00-dan 16:00-a kimi açıq havada olmayın. 2. Çölə çıxanda mütləq başınızı bağlayın. 3. Bol-bol su için. 4. Daha yüngül yeməklər yeyin. 5. Gecələr yatdığınız məkanı sərin, havalı və səssiz edin. Azı 7 saat yatın. 6. Spirtli içkidən uzaq durun. 7. Qapalı məkanlarda istirahət edin. 8. Günün sərin saatlarında azı 30 dəqiqə açıq havada gəzin. 9. Başınız hərlənsə, ürəyiniz bulansa həkimə müraciət edin. 10. Təzyiq, ürək dərmanı atmamışdan öncə mütləq təzyiqinizi ölçdürün.
  2. Elm insanları, insanların ağıllı olmasını təmin edən faktorun beyin və əzələ arasında edilən seçim ola biləcəyini ifadə etdi. İnsanı ağıllı edən dəyişmənin əzələlərə xərclənən enerjinin beynə köçürülməsi olaraq ifadə edildi. Araşdırmaçılar kainatdakı ən güclü kompüteri təmsil edən beyin haqqında yeni bir məlumat әldә etdiklәrini düşünür. Ən mürәkkәb üzvi quruluş olan insan beyni 100 milyard sinir hüceyrəsi və bu hüceyrələri bir-birinə bağlayan 1 katrilyon sinaps ehtiva edir. Xülasə İnsan beynini enerji fərqli edir.Əzələlərimizi deyil beynimizi inkişaf etdirdik. Maddələr mübadiləsi beynin fәrqlilәşmәsini təmin etdi. PLoS Biology jurnalında nümayiş olunan yeni bir araşdırmaya görə insanların ən yaxın qohumları meymunlara müqayisədə daha mürəkkəb və güclü beyinlərə sahib olmasının səbəbi insanın maddәlәr mübadiləsisinin beynimizə olan bağlılığıdır. Beyin insanlarda bədən enerjisinin 20 faizini istehlak edir. İnsan beyninin necə təkamül keçirdiyini daha yaxşı anlamaq istəyən araşdırmaçılar insan ilə şimpanze, siçan və makaka metabolizmalarını müqayisə edәrәk bədəndəki enerji paylanmasını analiz etdi. Araşdırmada şəkər və yağ kimi maddələr mübadiləsi üçün əhəmiyyətli olan molekulları təmsil edən 10 min metabolitik dəyişməni təqib edildi. Metabolitik səviyyələri qaraciyər, bud sümüyü əzələsi və beynin sırayla görmə, əzələ hərəkəti və zehni davranışla əlaqədar olan bölgələrində araşdırıldı. İnsanlarda inkişaf çox daha sürətlidir. Ardından, müqayisələr edilən canlıların tarixi dəyişmə proseslərində maddələr mübadiləsi bənzərlikləri araşdırıldı. Genetik məlumatlar insanların və gəmiricilərin atalarının 75 milyon il əvvəl; makakaların 25 milyon il əvvəl, şimpanzelərin isə 6 milyon il əvvəl ayrılma yaşadıqlarını göstərdi. Qarşılaşdırmada kompleks zehni davranış, qərar vermə və ictimai davranışlardan məsul olan prefrontal korteksin şimpanzelərin müqayisədə insanlarda 4 qat daha sürətli inkişaf etdiyi aşkar olundu. Araşdırmada iştirak edən Çin Elm Akademiyasından təkamülçü bioloqu Philipp Khaitovich "İnsanların inkişafı haqqında edilən, illərlә davam edən araşdırmalardan sonra hələ də digər növlərlə aramızda olan böyük fərqliliklər təsbit edә bilirik" - deyә bildirdi. Çin Elm Akademiyasından bir başqa araşdırmaçı Kataryzna Bozen "İnsan bənzəri bir çox heyvanda fövqəladə bir əzələ gücü var. Ancaq insanların əzələ metabolizmasındaki dəyişmə çox fərqlidir" dedi. Şimpanzelərin araşdıran Indiana Universitetindən Kevin Hunt isə bu canlıların insanlardan eyni zamanda çox daha sürətli və elastik olduğuna diqqət çəkdi. Təxminən 39 kilo ağırlığındakı bir dişi şimpanze, yetkin bir insanın iki əliylə qıra bilmədiyi bir budağı barmaqlarıyla qopara bilir. Khaitovich yetkin bir şimpanzenin yetişkin bir insana nisbətlə ən az 2-3 qat güclü olduğuna diqqət çəkdi. Alimlәr metabolik fərqliliklərin insan beynini digər heyvanlardan çox daha güclü etdiyi nəticəsinə gələrkən, fərqlilikləri müəyyən etmək üçün daha çox araşdırma ediləcəyini ifadə etdi. Mənbə: Yaşıl elm
  3. ABŞ-lı araşdırmaçılar siçanlar üzərində etdikləri təcrübələrdə yaddaşı sildikdən sonra geri yüklәmәyi bacardılar. Təcrübədə siçanların keçmişinə aid müəyyən xatirələr silindikdən sonra, beyindəki sinirlərә impuls göndәrilәrәk anı təkrar yerinә qaytardılar. "Nature" jurnalında nümayiş olunan araşdırmada siçan beynindən silinən xatirələr sinir hüceyrələri arasındakı əlaqəni meydana gətirən sinapslara impuls verilәrәk yenidən qazandırıldı. Araşdırmaçılar, hüceyrələr arası əlaqənin gücünü və zəifliyini təyin edәn fərqli tezliklərdə xatirələri geri gətirməyi bacardılar. Araşdırma qrupunun başında iştirak edən Professor Roberto Malinow "Yaddaş yarada, bu yaddaşı silə və yenidən canlandıra bilərik. Bunu edərkən sinaps əlaqələrini selektif olaraq gücləndirən və zəiflədən impulslar istifadə edirik"-deyә açıqlama etdi. Altshaymer xәstәliyi haqqında yeni ipucları verə bilər. Təcrübədə siçan beynində genetikası dəyişdirilərək işığa həssas hala gətirilən bir qrup siniri işıqla qıcıqlandırarkәn eyni anda heyvanın ayağına elektrik şoku verdi. Siçan acı duymasına səbəb olan təhriklərə qarşı zamanla qorxuyla reaksiya verməyi öyrəndi. Bu mərhələdəki kimyəvi dəyişmələr sinapsların gücləndiyini işarə etdi. Təcrübənin ikinci pilləsində, beyindəki eyni sinir qrupuna daha aşağı hisslәrlә yaddaşı yox edəcək qıcıqlar edildi və siçan zamanla məruz qaldığı impulsa qorxuyla reaksiya verməyi kəsdi. Təcrübənin ən diqqət çəkici mərhələsində isə siçanların ayaqlarına elektrik cərəyanı verilmədi və yüksək tezlikli impulsa məruz buraxıldılar. Siçanlar acı çəkməsə də yenidən qorxu duymağa başladılar. Araşdırma qrupunda iştirak edən Sadeg Nabavi "siçanların qorxu eşitməsini təmin edə, daha sonra bu qorxunu duymasını və ən sonunda sinirlər arası əlaqələri impulslayaraq qorxunu yenidən ortaya çıxara bildiklәrini" ifadə etdi. Alimlәr aşağı tezlikli impulsların yaddaşı silməsi kimi Altshaymer xəstəliyinin da sinapslar arasındakı əlaqəni zəiflətdiyini ifadə etdi. Siçanlar üzərində ediləcək təcrübələrlə Altshaymer xəstələrinin beynindəki dəyişmələrin daha yaxşı aydın ola biləcəyi ifadə edildi. Mənbə: Yaşıl elm
  4. Səs dalğalarının beyinə təsiri

    Səs dalğaları beyinə nastolji, əsəb, sevgi, həzz hissi yaşada bilər. Həmçinin intellektin artması, diqqətin artması, intuisiya, meditasiyadan tutmuş yuxuya kimi, insanın şüurunun bədəndən ayrıldığını hiss edəcək dərəcəd təsir edə bilir. Qulaqlarla qəbul olunan səs dalğalarının tezliyindən asılı olaraq insan beynində müxtəlif tezlikdə dərk olunur. Bu isə beynin funksiyasına, sinir impulslarının ötürülməsi, neyromediatrların ifrazından tutmuş, sinirlərin bir-biri ilə əlaqələrinə qədər dəyişməsinə səbəb olur. Əgər beyinə daxil olan informasiya həddindən artıq tezliklə daxil olanda, beyin tərəfindən belə qəbul olunanda onda bu səs qıcıqlandırıcı, oyadıcı forma alır və insanı agressivləşdirir, diqqəti bir nöqtəyə cəmləməyə gətirib çıxardır. Məsələn, dünyada ən çox qıcılandırıcı səs telefonun vibrasiya səsidir və yaxud ağlayan uşaq səsi. Musiqilərdən ən ağır musiqi sayıla biləcək rock, death rock. Həddindən artıq tezlik, beats var. Dalğa uzunluğu kiçik, səs tezliyi isə həddinən artıq. Bu beyində oyadıcı, əsəb, agressiya, diqqətin formalaşmasına gətirib çıxardır. Lakin elə səslər, musiqilər vardır ki, insana relaksasiya, meditasiya effekti verir. Məsələn, təbiət qoynunda ağacların səsi, yarpaqların səsi, quşların, bulağın səsi, həmçinin klassik musiqi, deep hause janrında olacaq musiqi. Çünki bu kimi səslərdə beats (musiqidə kamertonla diapazon intervalı) intervalı arasında məsafələr çoxdur və təkrarlanır. Bu dalğa uzunluğunun çox olması, tezliyin, beats arasındakı məsafənin böyük olması və təkrarlanma bir növ beyinə hipnoz effekti verir. Bu beats nə qədər geniş intervalda təkrarlansa, beyində təbii neyromediatorların ifrazı ilə sakitləşdirici, yayındırıcı, relaksasiya effektinə gətirib çıxardır. Məhz buna görə də, ritmi təkrarlanan, qısa zaman intervalında sürətli tezliyə malik olmayan musiqilər sizə xüsusi zövq vermiş sayılır. Hətta səs və yaxud musiqi elə bir tezlikdə, elə bir döyüntüdə ola bilər ki, ümumiyyətlə, öz şüurunuzu bədəndən kənarda hiss edə bilərsiz. Hansı musiqi janrlarını və yaxud hansı səsləri daha çox sevirsiz? Daha çox sizə hansı səslər cəlbedici görsənir?
  5. Dejavu nədir?

    Bəzən bizdə rastlaşdığımız bir hadisəni daha əvvəl də yaşadığımız və ya ilk dəfə getdiyimiz bir yerdə daha əvvəl də olduğumuz kimi hisslər yaranır ki, bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməktədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.
  6. Ətraf aləmi belə görəndən sonra dərk edirsən ki, əslində reallıq dediyimiz şey heç də komputerdə gördüyümüz informasiyadan fərqlənmir. Təbiətcə ikisi də eyni şeydir. Hər ikisi informasiyadır. Kvant səviyyəsində hər ikisi eyni şeydir. Fərq yalnız bizim bioloji komputer (beynimiz) olmağımızdadır. Gördüyün real görüntü deformasiyaya uğrayırsa, səs dalğalarına uyğunlaşırsa, anlayırsan ki, əslində hər şey sadəcə beyinin formalaşdırdığı illuziyadan təşkil olunub və fantaziyaların ilə reallığın eyni təbiətə malikdir. Anlayırsan ki, bir şeyin mövcudluğu sadəcə beyinin yaratıdığı illuziyaya görə gerçəkləşir və belə olan təqdirdə, kiminsə bu həqiqətdir, digəri həqiqət deyil kimi arqumentləri, sərhədləri dağılır. Hər ikisinin bir qütbdə dayanıb, bir-birini yanlış çıxardığını, əslində isə hər ikisinin təbiəti dərkdən çox uzaq olduğunu qavrayırsan. Yəni əslində bizim həqiqət, reallıq qəbul etdiyimiz hər şey sadəcə matrixin bir hissəsidir.