Search the Community

Showing results for tags 'dadlı yeməklər'.

Found 5 results

  1. İlk vegeterianlar misirlilər olub

    Qədim misirlilərin nə yeyib, nə içmələri hər zaman alimlərin diqqətini çəkib. Misirdə iri və xırda buynuzlu heyvanların və Nildə balıqların çox olmasına baxmayaraq, sən demə, misirlilər daha çox meyvə-tərəvəz və bitki kökləri ilə qidalanırmışlar. Son tədqiqatlar göstərir ki, ilk vegetarianlar zövq baxımından indiki vegeterianlardan elə də çox fərqlənməmişlər. Misirşunaslar artıq çoxdan sübut etmişlər ki, qədim misirlilər ətdən çox az miqdarda istifadə ediblər. Onlar ət çatışmamazlığını antilop və digər heyvanların əhliləşdirilməsi ilə kompensasiya edirlərmiş. Qədim yazıların heç birində misirlilərin donuz, keçi, qoyun əti yeməsi haqda məlumata rast gəlinmir. Halbuki, hələ ta qədimdən Yuxarı Misirdə bu ev heyvanlarını sürü ilə saxlayırdılar. Sadə misirlilərin ancaq bayram süfrələrində ət yeməklərinə rast gəlmək olurdu. Ümumilikdə belə bir nəticə hasil olur ki, misirlilər meyvə-tərəvəzə daha üstünlük vermişlər. Lionlu Aleksandra Tuzo və Kristof Lekyüiranın rəhbərlik etdiyi fransız tədqiqatçıları qədim misirlilərin daha çox nələrlə qidalandiqlarını müəyyənləşdirmək üçün mumiyalar üzərində tədqiqatlar aparmışlar. Bu işdə tədqiqatçılara insanları qida ilə qəbul etdiyi karbon atomlarının tədqiqi kömək etmişdir. Təbiətdə bu elemetin 2 tipinə rast gəlinir: daha ağır və nadir C-13 və daha yüngül C-12. Bununla belə, bitkinin fotosintezində C-13 ya çox olur, ya da ki, əksinə, C -12 çox olur. C-13-ə qarğıdalı, şəkər çuğunduru, darı və s. çox karbon qəbul edən bitkilər daxildir... C-12-ə isə buğda, çovdar, taxıl,düyü və s. az karbon qəbul edən bitkilər daxildir... Tədqiqatlar zamanı məlum olub ki, qədim misirlilərin qida rasionundakı bitkilər arasında ən az darı və kalış (darıya oxşar dənli bitkilər) bitkilərindən istifadə olunub. Qədim misirlilər heç də nahaq yerə tərəvəzi “renput” – “ilin ərzaqı” adlandırmırdılar. Kahı və salatı isə qədim misirlilər “Mina İlahəsinin bitkisi” adlandırırdılar və bütün kahı sahələrinin qarşısında İlahə Minanın heykəlləri ucaldılırdı. Qədim misirlilərə görə, kahı kişilərdə və qadınlarda nəsil vermə qabiliyyətini artırır. Tədqiqatlar göstərmişdir ki, qədim Misirdə kahıdan daha çox xristianlığı təbliğ edən misirlilər istifadə edirlərmiş və o zamanlar kahı çiy halda bitki yağı və duz əlavə edilərək qəbul edilirmiş. Alimlər üçün misirlilərin balığı sevməməsi çox gözlənilməz olmuşdur. Çünki, əlində nizə və tor tutmuş balıqçı kişi təsvir edilmiş freskalar və heykəllər qədim Misirdə heç də az olmamışdır. Tarixdən məlum olduğu kimi, qədim Misirdə neçə yüzilliklər menyüyə balıq yeməkləri daxil edilməmişdir. Balıq yeməklərini ancaq bəzi şəhər və vilayətlərdə xristianlığı təbliğ misirlilər yeyirdilər. Qədim Misirdə vegetarianlıq ənənəsi bir neçə yüzilliklər dəyişməz olaraq qalmışdır. (azens.az)
  2. Dəniz yosunlarından hazırlanan Nori

    Suşi hazırlanmasında istifadə olunan qurudulmuş dəniz yosunlarından alınan yeməli “kağız” Nori adlanır. Müxtəlif növ qırmızı yosunlardan hazırlanan nori yosunların xırda-xırda doğranması, qurudulması yolu ilə alınır. Bundan sonra o, bir qədər qalın yaşıl kağız vərəqini xatırladır. Bu vərəqlərdən yapon və koreya mətbəxinin müxtəlif yeməklərinin hazırlanması üçün istifadə olunur. Noridən ən çox suşi və onigirinin hazırlanır. Həmçinin əriştə hazırlıqları və suplarda bir qarnir və ya dadvericidir. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır.
  3. Çipsi necə yarandı?

    İngilis dilindən tərcümədə “dilim” adlanan “çipsi”nin yaradılması tarixi24 avqust1853-cü ilə təsadüf edir.ABŞ-ın Saratoqo Sprinqs şəhərində yerləşən bahalı Amerika restoranlarından birində baş aşpaz Corc Kram müştərisi üçün adəti üzrə kartof qızardıb. Lakin müştəri kartofu qalın qızartdığına görə aşpazı məzəmmət edib və sifarişi geri qaytarıb. Bundan əsəbiləşən Kram kartofu nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardıb. Bu, müştərinin çox xoşuna gəlib. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. Bundan sonra 30 il müddətində “çipsi”ni ancaq bahalı restoranlarda sifariş etmək olardı. Nəhayət, 1890-cı ildə o, küçəyə çıxarıldı. Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu “çipsi” qızartdı. Çox keçmədi ki, onun populyarlığı bütün Amerikanı bürüdü. Onun satıldığı xüsusi paket yarandıqdan sonra isə bütün dünyada tanındı. Bu gün aşpazlar “çipsi”ni iki üsulla hazırlayırlar. Birincisi ənənəvi üsuldur. Bu zaman kartof 15-20 mm qalınlığında doğranır, yuyulur, duz-istiot vurulub yağda qızardılır. Yalnız sonda dadverici əlavələr vurulur. Onlar müxtəlif ölçüdə, çox zaman oval və burulmuş formada xırçıldayana qədər qızarmış olur. “Çipsi”nin digər hazırlanma qaydası “qəlib” üsuludur. Bu cür “çips”lər un və xəmir kündəsindən hazırlanır.Sonra bu “çips”ləri alan istehlakçılar müvafiq dadvericilər vurmaqla qızardırlar. Xüsusi xəmirdən hazırlandığı üçün belə çipsilərə müxtəlif fiqurlar vermək olurdu. Bu texnologiya ilə “çipsi” nəinki kartofdan, başqa ərzaqlardan da hazırlamaq olar. Maraqlıdır ki, Mərkəzi və Cənubi Ameriakada “çipsi”ni qarğıdalıdan, Cənub-Şərqi Asiyada isə düyüdən hazırlayırlar. İngilis dilindən tərcümədə “dilim” adlanan “çipsi”nin yaradılması tarixi24 avqust1853-cü ilə təsadüf edir.ABŞ-ın Saratoqo Sprinqs şəhərində yerləşən bahalı Amerika restoranlarından birində baş aşpaz Corc Kram müştərisi üçün adəti üzrə kartof qızardıb. Lakin müştəri kartofu qalın qızartdığına görə aşpazı məzəmmət edib və sifarişi geri qaytarıb. Bundan əsəbiləşən Kram kartofu nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardıb. Bu, müştərinin çox xoşuna gəlib. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. Bundan sonra 30 il müddətində “çipsi”ni ancaq bahalı restoranlarda sifariş etmək olardı. Nəhayət, 1890-cı ildə o, küçəyə çıxarıldı. Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu “çipsi” qızartdı. Çox keçmədi ki, onun populyarlığı bütün Amerikanı bürüdü. Onun satıldığı xüsusi paket yarandıqdan sonra isə bütün dünyada tanındı. Bu gün aşpazlar “çipsi”ni iki üsulla hazırlayırlar. Birincisi ənənəvi üsuldur. Bu zaman kartof 15-20 mm qalınlığında doğranır, yuyulur, duz-istiot vurulub yağda qızardılır. Yalnız sonda dadverici əlavələr vurulur. Onlar müxtəlif ölçüdə, çox zaman oval və burulmuş formada xırçıldayana qədər qızarmış olur. “Çipsi”nin digər hazırlanma qaydası “qəlib” üsuludur. Bu cür “çips”lər un və xəmir kündəsindən hazırlanır.Sonra bu “çips”ləri alan istehlakçılar müvafiq dadvericilər vurmaqla qızardırlar.Xüsusi xəmirdən hazırlandığı üçün belə çipsilərə müxtəlif fiqurlar vermək olurdu. Bu texnologiya ilə “çipsi” nəinki kartofdan, başqa ərzaqlardan da hazırlamaq olar. Maraqlıdır ki, Mərkəzi və Cənubi Ameriakada “çipsi”ni qarğıdalıdan, Cənub-Şərqi Asiyada isə düyüdən hazırlayırlar. ========== Həkimlər onun tərkibində nə vitamin, nə mineral, nə də keyfiyyətli qida maddələrinin olduğunu deyirlər. Hələ üstəlik, güclü emaldan sonra bütün müsbət keyfiyyətlərini itirən kartof zərərli xüsusiyyətlər əldə edir. Dietoloqlar 100 qr “çipsi”də 300 qr yağ olduğunu hesablayıblar. Bu da həzmetmə sistemindəki problemlərə, piylənmə və əqli fəaliyyətin tormozlanmasına gətirib çıxarır. Eyni zamanda, bütün “çips”lər həddindən artıq duzlu olur ki, bu da həkimlərin rəyinə görə, sümüklərin inkişafına mane olur, maddələr mübadiləsinin pozulmasına və ürəkdə problemlərə gətirib çıxarır. Ona qatılan dadvericilər isə uşaqlarda allergiyaya səbəb olur. Bu qatqılar yeni icad olunduğuna görə, onların təsiri tam araşdırılmayıb.
  4. Tarantul bir qida kimi

    Keçən dəfə rusların 5-ci gün kanalında baxmışdım. Deməli, rus jurnalist Tayland kəndlərindən birinə səyahət edir. Orda yerli əhali hər gün sahələrdə yeri qazaraq tarantul çıxarır ki, yeməyə bir şeyləri olsun. Kənd əhalisinin gündəlik zülali qidasıdır. Amma onlar tarantul yeməyə 1950-ci illərdan başlayıblar. 50-ci illərə kimi tarantul onlara da iyrənc və yeyilməsi qeyri-mümkün olan bir şey hesab edilib. Lakin o vaxtlar orda əsir düşərgəsi olub və əsirlərə ancaq düyü verilirdi. Bu isə zülala olan ehtiyacı ödəmir. Nəticədə ac qalan insanlar nə gəldi yeməyə başlayıblar. Hakimiyyət dəyişəndən sonra sağ qalanlar üçün tarantullar gündəlik istifadə edilən qidaya çevrilir. İndi uşaqdan tutmuş böyüklərinə kimi günədlik qida rasionunun əvəzedilməz bir hissəsinə çevrilib.
  5. Xaş haqqında

    Xaricilər üçün xaş delikates sayılır. Yeyə bilmədikləri və yerli mətbəxlərində rast gəlmədiyi iyrənc bir yemək hesab edirlər. Qafqaz xalqları üçün isə xaş milli mətbəx hesab edilir və sevərək yeyilir.