Search the Community

Showing results for tags 'din'.

Found 17 results

  1. Dinlər və ideologiyaların yayılması

    Dinlər və ideologiyaların yayılması (1-2015-ci illərdə)
  2. Yunus suresi, aye 64: "Dunya heyatinda da, axiret heyatinda da onlara mujde vardir. Allahin sozleri hec vaxt deyishmez. Bu boyuk ugurdur." Butun muselmanlarin qebul etdiyi bir "fakt" var. Quranda da qeyd olundugu kimi, Quran ayeleri Allahin sozleridir ve hec vaxt deyishmeyib, deyishe bilmez, axirete kimi de deyishmeyecek. Bildiyimiz kimi Mehemmed peygemberin dovrunde Quran ayeleri kagiz uzerine yazilmayib. Ve ayri ayri ayeler muxtelif esheyalar, deri, dash uzerinde ve s. olub. Mehemmed peygembere vehy 23 il erzinde, ilk vehy 610cu ilde gelib. Mehemmed peygemberin olumunden sonra Zeyd tayfada yashayan ehaliye Quran ayeleri yazilmish butun esheyalari ona getirmeyini xahish ederek bir yere yigib ve ele mehz Zeyd terefinden bir yere yigilaraq 651ci ilde 114 sureden ibaret kitab halina salinib. Ve 14 esrlik tarixden sonra, tesaduf neticesinde 1972ci ilde Yemende Sana mescidinde yenidenqurma ishleri zamani erebce yazilmish 40000den cox fraqment tapilir. Yemenin qedim tarixi uzre prezidenti Qadi Ismayil El Ekva beynelxalq alemi bu manuskriptlerin oyrenmesine devet edir. Hetta Unesko "dunyalarin tarixi" adli layiheye hemin fraqmentlerin sheklini cekerek CD sheklinde goturur. Bir cox olkelerin tarix arashdirmacilari bu ishe celb olunur. Bunlardan 12000i Quran fraqmentleri (ayri ayri ayeler) olub. Quran ayelerinin ekseriyyeti perqament uzerinde yazilaraq, bezileri Ve radiokarbon analizi neticesinde bu bu perqamentlerin yashi 595-855ci illeri ehate edir. Bu fraqmentler indiye kimi tapilmish en qedim Quran nusxeleri kimi tarixde yer alir. Hetta bezi ayeler Hicri teqviminin 1-2ci iline aid edildiyi qeyd edilir. Arashdirmacilari shoka salan ise Quran ayeleri ile bagli bu perqamentlerin palimpsestden teshkil olunmasi, ustelik bezi ayelerin radiokarbon yashinin Islamdan evvelki tarixlere gedib cixmasidir. (Mehemmed peygembere ilk vehy 610cu ilde geldiyi halda, burda tapilan ayeler olan fraqmentlerin bezileri 595ci ile gedib cixir). Palimpsest yazinin silinib tezeden silinmesi neticesinde kohne yazidan qalan izlerin olmasidir. Shekile diqqetle baxsaniz yazinin altinda kohne yazidan izlerin qaldigi aciq aydin gorunur. Bu ultrabenovsheyi shualar altinda daha asanliqla secilir. Arashdirmacilarin geldiyi qenaete gore, bu ayeler birinci defe yazilib, sonradan silinerek tezeden yazilib. Hemcinin bezi ayeler bugun tanidigimiz Quran ayeleri ile uzlashmir. Mes: Fraqmentlerde olan 2ci sure, 87ci ayede gizlin yazida (silinib, sonradan izi qalib) "wa-qaffaynā 'alā āthārihi" yazilan halda, ustunden tezeden yazilan eyni ayede "wa-qaffaynā min ba'dihi" yazilib. Bugun muselman alimleri bu en qedim yasha malik Quran fraqmentlerini ictimaiyyete aciqlanmasini istemir. Sizce niye?
  3. İnsanların mif və dinlərə niyə inandığının açıqlamasını etməzdən əvvəl, mif və dinin tərifini vermək lazımdır. Mif sözü, Yunanca "mithos" sözündən gəlir və mənası "deyilən və ya duyulan söz" deməkdir. Din isə fövqəltəbii, əxlaqi və müqəddəs ünsürləri bünyəsində saxlayan, tanrının varlığını və tanrının qaydalarını bildirdiyinə inanılan təlimlərdir; bu vəziyyətdə mif, niyə var olduğumuzu, necə var olduğumuzu açıqlamağa çalışan dini və ilahi nağıllardır. İnsanoğlu elm və fəlsəfənin önə çıxmasından əvvəl miflərə inanır və təbiət hadisələrini tamamilə miflərlə açıqlamağa çalışırdı. Təbiət ilə başa çıxa biləcək hər hansı bir elm və intellektuallığa sahib deyildi insanlar. Buna görə də təbii fəlakətlərə, quraqlığa, ölümə, doğuma, torpaqdan meyvə və tərəvəzlərin necə çıxa bildiyinə dair insanlar davamlı mifoloji açıqlamalar gətirirdi. Məsələn; Skandinaviya Tanrısı Tor, çəkicini salladığında şimşək çaxır, ardından yağış yağır və torpaqdan meyvə və tərəvəz çıxırdı. Qədimdən insanlar tərəvəz və meyvənin elmi olaraq necə ortaya çıxdığını anlaya bilmədiyi, yalnız meyvə və tərəvəzin torpaqdan ortaya çıxmasının yağışla əlaqəli olduğunu anlaya bildiyi üçün, Torun yağış yağdırmasından ötəri, meyvə və tərəvəzin torpaqdan çıxmasının Tor ilə əlaqəli olduğuna qənaətinə gəlmişdilər. Buna görə Tor, bərəkət tanrısı olaraq da xatırlanır. Bu örnəklə birlikdə, təbiətə qarşı gücsüz və aciz olan insanoğlu, təbiətdən daha üstün olan bir gücün varlığına inanıb ona sarılaraq qorxularını yüngülləşdirməyə çalışır, özlərini qorxudan və özlərinə zərər verə biləcək olan təbiətdən daha üstün bir gücə sığınmaq istəyirlər. Təbiətdə quraqlıq kimi xoşagəlməz təbiət hadisələri olduğuna görə, quraqlıq səbəblərinin şeytanlara və cinlərə bağlanması da miflərdə olduqca rast gəlinən birşeydir. Qədim İskandinavlara görə quraqlığın olmasının səbəbi Skandinaviya mifologiyasında cinlərin Torun çəkicini oğurlaması idi. Torun cinlərə qarşı savaşmasının insanları qoruduğuna inanılırdı. İnsanlar, müxtəlif dini ayin və ibadətlərlə tanrıların gücünü artırmağa çalışaraq özlərincə pisliklərə, çətinliklərə, xaosa və təbiətin çətinliklərinə qarşı döyüşürdü; əllərindən gələn yeganə iş bundan ibarət idi. Tanrılara qurbanlar verərək tanrının gücünü daha da artırmağa çalışırdılar və bəzən birçox dinlərdə insan belə qurban edirdilər. Bu da təbiətə qarşı insanların məlumatsızlığından ötəri olduqca çarəsiz və qorxmuş olduğunu göstərirdi .Tanrılara hörmət edildikcə, onlara ibadət etdikcə Skandinaviyada tanrıların gücünün artacağına inanılırdı; bəzi dinlərdə də, məsələn Xristianlıq və İslamda, tanrının bəndələrini daha çox qoruyacağına və cənnətində sadiq qullarını qoyacağına inanırlar. Tanrıya tamamilə sadiq olaraq və dini ayinlər, ibadətlər edərək insanlar, tanrının onları pisliklərdən qoruyacağına inanırdı. Çünki insanoğlu düşünmədiyi və sorğulamadığından ötrü təbiətin və təbiətin bir parçası olan insanların yaratdığı xaosa və çətinliklərə qarşı əslində acizdir. Bunlara əlavə olaraq, Qədim Yunanıstanda Homer və Hesiod Yunan mif xəzinəsini yazıya keçirdi; bu mif, yazıya keçirilmədən əvvəl nəsildən nəsilə ötürülən mifoloji nağıllar idi yalnız. Qədim Yunanıstanda fəlsəfə ortaya çıxmazdan əvvəl miflərə inanılırdı. Mif yazılı hala keçincə ilk filosoflar bu mifləri tənqid etməyə başladı, çünki tanrılar tamamilə insanlara bənzəməkdə idi, istər görünüş, istər zəifliklər, istərsə də mənfi xarakter xüsusiyyətləri olaraq. İlk filosoflar, miflərin yalnız insan uydurması olan əhvalatlar olduğunu və həqiqətlə əlaqəsi olmadığını dilə gətirdi. Zənci olanların tanrıları qara və basıq burunlu, İskandinavlarınki sarışın, Yaponlarınki isə çəkik gözlüdür. Elmin də qabaqcılı olan fəlsəfi düşüncə ilə birlikdə təbiət, əqli qabiliyyətlərlə açıqlanmağa çalışıldı və təbiətə qarşı duyulan qorxulardan ötəri hekayələr uydurmaqda və uydurulmuş əhvalatlara inanmaqdan imtina edildi. Gerçək xarici hekayələr deyil, təbiət hadisələrinin əsl səbəbləri ağıl yolu ilə açıqlanmağa çalışıldı qorxuya kor-koranə məğlub düşmək yerinə. İlk olaraq təbiət hadisələrini şərh edən təbiət filosofları ortaya çıxdı, məsələn bu filosoflar meyvə və tərəvəzin yetişməsinin səbəbini Torun çəkicinə bağlamadılar. Fəlsəfənin inkişafı və yayılması ilə yanaşı elm də inkişaf etdi və bir çox təbiət hadisəsinə cavab tapıldı. Təbii fəlakətlər üçün tanrıya yalvarmağa və qurbanlar verməyə ehtiyac qalmadan elmi və texnoloji üsullarla təbiətə qarşı insan ağlı özünü qorumağa və müdafiə etməyə başladı. Gerçək olmayan insan uydurması mif isə tamamilə çürüdü. Dinlərə və miflərə inanma ilə əlaqədar bir çox kitab yazan və psixoloji qaydaları meydana gətirən Avstriyalı nevrolog Sigmund Freud'un fikirləri və qaydaları, insanların niyə din və miflərə inanma ehtiyacı duyduğu ilə əlaqədar olduqca işıqlandırıcı ola bilməkdədir. Mif və dinlərə inanma ehtiyacını Sigmund Freud "okeanik duyğu" olaraq ifadə edir. Bu duyğu, sonsuz və sərhədsiz olma ehtiyacını dilə gətirir. Sonsuz və sərhədsiz olan tanrının bir parçası olduğumuzu hiss etmək və sonsuz və sərhədsiz bir güc tərəfindən qorunmaq üçün insanlar bu okeanik duyğuya sahib olur, beləcə din və miflərə inanırlar. Yalnızlıq qorxusu, çarəsizlik və yox olma qorxusu, halıyla ölüm qorxusu, insanoğlunun şüuraltında, yəni Freudun tərifiylə id ilə, var olan duyğulardır. İnsandakı ən güclü instinkt olan həyatda qalma instinkti, insanın sonsuz yaşamaq istəyi duymasına səbəb olur. Sonsuz bir varlığa tabe olmaq və onun tərəfindən qorunmaq, insanı sonsuzlaşdıracaq və həyatda qalma instinktini təmin edəcək, sonrasında da rahatlaşdıracaq. Ölümün həqiqətindən qurtulmsa belə reinkarnasiya və ya cənnət, cəhənnəm anlayışlarının varlığı sayəsində yox olmayacaq və yenidən yaşayacaq. Sigmund Freud, bu okeanik duyğunun insanın psixoloji quruluşuna uyğun gəlmədiyini və gerçəkdə insanın egosundan daha üstün olan bir əminlik olmadığını ifadə edir. Ego, şüuraltında bəslənir və şüuraltı, eqonun qaynağıdır. Okeanik duyğu və bu duyğunun qaynağı olan çarəsizlik tamamilə şüuraltında qaynaqlanır. Freud ayrıca dinə və miflərə inanmağı körpə kimi davranmağa bənzədir. Belə ki, körpələrdə ətraf dünyaya aid bir məlumat mövcud deyil; ətraf dünya və eqo bir-birinə bağlı iki ünsürdür onlar üçün. Körpə süd içməyə ehtiyac duyunca, bu ehtiyacını aradan qaldırmaq üçün ağlayır. Din və miflərə inanma da eynilə bu şəkildə eqonun xarici dünya ilə bütünləşməsi ilə meydana gəlir. Bunun yanında; insanın, çarəsizliyini, qorunma ehtiyacını aradan qaldırması üçün tanrılar, miflər yaratması, dini ayinlər etməsi və ibadət etməsi də körpələrin süd olmadığında özünü çarəsiz hiss edib ağlamasına bənzəyir. Çarəsizlik və qorxu keçib getdikdə əzab duyğusu azalır və yerinə həzz duyğusu ortaya çıxır. Qısacası mif və dinlər , ağrını azaltmaq üçün yaradılan metal fantaziyalarıdır. Din və miflərə inanma səbəbi, eynilə Freud'un da dediyi kimi çarəsizlik və qorxudur. Çarəsizlik və qorxu , fəlsəfə və elm ilə yox edilə bilər. Din və miflərin , tanrı tərəfindən qorunma qarşılığında insana bəzi məhdudiyyətlər gətirərək, insanın həyatını istədiyi kimi yaşayıb xoşbəxt olmasında bir növ maneə törətdiyini düşünürəm. Bilinməyən şeylər hər zaman qorxudur və insanı çarəsiz edir. Elm və fəlsəfəyə bağlı olduqda isə bilinməyən şeylər azalır, halıyla qorxu da azalır. Ayrıca; insan dinlərin məhdudiyyətləri və vəd etdikləri xoşbəxtlikləri dəyərləndirərək instinktlərini öz istəyi istiqamətində yönləndirib; özünə xitab edən xoşbəxtliyi özü tapmalıdır. Mənbələr: Jostein Gaarder, Sofie’nin Dünyası, Pan Yayınları Sigmund Freud, Uygarlığın Huzursuzluğu, Metis Yayınları
  4. Böyük rus yazıçısı Fyodor Dostoyevsky-nin allah, din haqqında fikirləri “Ali ideyasız nə insan, nə də xalq yaşaya bilər. Yer üzündə bircə ali ideya var. O da insan ruhunun ölməzliyidir. İnsanı yaşada biləcək bütün başqa “ali” ideyalar başlanğıcını məhz ondan götürür”. “İnsan ruhunun ölməzliyinə birgə inam olmasa, bəşəriyyətə sevgini nə təsəvvür etmək olar, nə də bunun anlamı olar. Ümumiyyətlə, mümkün olmaz. İnsanın əlindən onun öz ölməzliyinə olan inamını almaq, onun inancını “bəşəriyyətə sevgi” ilə əvəzləmək istəyənlər, mənə görə, özlərinə qəsd edirlər, çünki inancdan məhrum ürəklərinə bəşəriyyətə sevgi əvəzinə bəşəriyyətə nifrət toxumu səpirlər”. “Allahın yoxluğunu bəşəriyyətə sevgi ilə əvəzləmək olmaz. Çünki insan o saat soruşacaq ki, bəşəriyyəti niyə sevməliyəm ki?” “Bibliya. Bu kitab məğlubedilməzdir. Bu kitaba hətta keşişlərimizin liberal jurnallar üçün yazan övladları da heç nə edə bilməzlər”. “Mən öz əsrimin övladıyam – inamsızlıq və şübhə əsrinin övladı. Ölənəcən də belə qalacam. İnanmaq istəyi mənə həmişə dəhşətli iztirablar bahasına başa gəlib, indi də belədir. Amma ürəyimdəki bu inanmaq istəyi əks arqumentlər nə qədər artırsa bir o qədər güclənir. Hərçənd bəzən allah mənə elə dəqiqələr bəxş edir ki, tamamilə sakitləşirəm. Həmin dəqiqələrdə hiss edirəm ki, mən də sevirəm, məni də sevirlər. İnanc rəmzimi də məhz həmin dəqiqələrdə şəkilləndirmişəm. Bu inancda mənim üçün hər şey aydın və müqəddəsdir. Bu inanc çox sadədir: İnanmalısan ki İsa Məsihdən gözəli, dərini, yaraşıqlısı, ağıllısı, mərdi, mükəmməli yoxdur. Nəinki yoxdur, hətta qısqanc sevgiylə özüm-özümə deyirəm, olması mümkün də deyil. Üstəlik də kimsə mənə sübut etsəydi ki, həqiqət İsa Məsihdən kənarda mövcuddur və doğrudan da həqiqət İsa Məsihdən kənarda mövcud olsaydı, mən həqiqətlə yox, İsa Məsihlə birlikdə olmağı seçərdim”. “Mənə görə, xalqın müqəddəs saydıqlarını təhqir etmək dəhşətli zorakılıq və görünməmiş barbarlıqdır”. “Ola bilər ki, müasir tərəqqipərvər düşüncənin öncüllərinin hamısının məqsədi mahiyyətcə insansevər və alidir. Amma mən bir şeyə əminəm: yüksək materiyadan danışan bu müasir müəllimlərə köhnə cəmiyyəti söküb yenidən qurmaq imkanı verilsə, nəticəsi elə bir zülmət, elə bir xaos olar, insaniyyətdən o dərəcədə uzaq, kor-kobud bir bina alınar ki, inşası bitməmiş bəşəriyyətin lənətləri altında uçub-dağılar. İsa Məsihdən bir dəfə imtina etməyin insan zəkası üçün dəhşətli nəticəsi olar. Bu aksiomadır”. “Əgər inanc və İsa Məsih bizim üçün avtoritet olmasa, hər bir işdə yolu itirib azarıq”. Sitatların mənbəyi: "Ф.М.Достоевский. Мысли. Высказывания. Афоризмы" kitabı, 1975 (azadliq.org)
  5. Iudaizmdə (yəhudilərdə) tanrının adlarını çəkmək qadağandır (tabu). Yəni onun əsl adını çəkmək gunah sayılır. Səbəb kimi isə Tövratda olan bu sətirlər sayılır.Tövrat 20:7 “Boş yerə öz tanrının, allahının adını çəkmə”. Amma bizlər hər iki dəqiqədən bir her şeyə görə Allahın adını çəkirik. Məs: “Allah haqqı düz deyirəm”, “Allaha and olsun!”, “Yalan deyirəmsə, Allah məni öldürsün” və s. Tetraqrammatonda (qədim yəhudilərin tanrısı, adı çəkilməyən tanrisi) (4 hərfli Yehova – YHVH) (əradan əvvəl 450-ci illərə gedib çıxır) 6 tanrinin adı çəkilir. Bu tanrılardan birinin adı Eloxim`dir. Hansı ki, ərəblər bu adı dəyişərək El-Elloha-Elloh > İl-İllaha-İllah > Al-lah >Allah transformasiyaya uğradıb. Həmçinin bu 6 tanrıdan ən qədimi Eloxim sayılır (eramızdan əvvəl 5000-8000-ci illər) və Suriyada qədimdə mövcud olan Ugarit şəhərinə gedib çıxır. El – tanrı, Eloxim ugaritlilərdə “tanrıların tanrısı” kimi ifadə olunub.
  6. Yəhudi dininin tarixində elmə qarşı niyə bir müxalifət olmadığını anlamaq elə də çətin deyildir. Çünki Yəhudi dini, hər şeydən əvvəl, gündəlik həyatı yüksəltmək yolundan ibarətdir. Bu din, insanın həyat haqqındakı şəxsi görüşlərindən ibarət doktrinalarına dar bir inzibati (möhkəm nizam) sistem tətbiq etməmişdir. Nəhayət Yəhudi dini öz mənsublarından iman eşqinə bir fəaliyyət, bir hərəkət tələb etmir. Buna görədir ki, bizim dini görüşlərimiz ilə bütün dünyanın elmi görüşləri arasında bir nizamsızlıq olmamışdır. Albert Einşteyn
  7. Avropada inkivizasiya rəsmi şəkildə 1233-cü ildə başladı. Bu tonqalda yandırma cəzası idi. Bu zor gücü ilə cəzalandırmanın banisi ispan olan müqəddəs Dominik idi. Bu ordenin adı da dominikian ordeni adlanırdı. Ordenin fikrinə görə hər şey etiqadı qorumaq borcu üçün edilməlidir. Əgər inandırmaq yoluyla alınmırsa, onda bu iş zor gücüylə edilməlidi. Kilsənin bu qədər azğınlaşmasına səbəb isə səlib yürüşlərinin biabırçı uğursuzluqla nəticələnməsi idi. Bu uğursuzluq təbii olaraq əks nəticə verdi. Adamlar kilsədən narazı qaldıqları üçün başqa bir ümid yeri axtarırdılar. Kilsə buna zorakılıqla cavab verməyə başladı. Dindən dönənləri konkret ovlayırdılar. İnsanlara işgəncələr də verirdilər ki, öz fikirlərindən dönsünlər. Dönməyənlər yandırılırdı. Qadınların bir çoxunu ifritə olmaqda ittiham edib tonqalda yandırırdılar. Roma papası fərmanla hamını xəbərçi olmağa səsləmişdi. Harda bu cür adam görsələr xəbər etsinlər deyə. Çox vaxt elə cahil adamlar bu işi özləri görürdü inkivizasiya məhkəməsini gözləmədən. İnanınırdılar ki, bu insanları yandırmaqla onların ruhunu və başqalarının ruhlarını xilas etmiş olurlar..
  8. Bir çox halda dindarlar bizə Qurani exlaq, qanun və insalıq kitabı kimi təqdim edirlər. Gəlin baxaq, 21-ci əsr şüurlu insanin tətbiq etdiyi qaydalarmı daha mükəmməl və humanist yoxsa 7ci əsr ərəb Allahının mı? Belə çıxır ki.mükəmməl olmayan insan Allahdan daha rəhimli və ya bəlkə bu qaydaları göndərən tanrı deyil?
  9. "O dövrdə ki dini təməlçilik geniş yayılıb, qəddarlıq daha çox olub. Tanrı konsepsiyası qədim şərq despotizmindən gəlir. Bu, azad insana yaraşmayan bir şeydir." Məşhur Britaniya filosofu, tarixçisi Bertrand Russell-in 1927-ci ildə Londondakı Milli Dünyəvi Cəmiyyətdə etdiyi “Mən niyə xristian deyiləm” mühazirəsindən. Allahın mövcudluğu məsələsi Bertrand Russell əvvəlcə mühazirəsində xristianların allah haqda əsas arqumentini xatırladır. Bu arqument ondan ibarətdir ki, əgər hər şeyin bir səbəbi varsa, onda səbəbin səbəbini axtara-axtara biz gedib ilk səbəbə, yəni hər şeyin başlanğıcı olan allah anlayışına çıxacağıq. “İlk Səbəb arqumentini uzun müddət mən də qəbul etmişəm - ta on səkkiz yaşımda John Stuart Mill-in avtobioqrafiyasını oxuyanacan. Orada belə bir cümlə vardı: “Atamın mənə öyrətdiyi o idi ki, “məni kim yaratdı” sualının cavabı yoxdur, çünki bu sualdan dərhal başqa bir sual doğur: “Bəs allahı kim yaradıb?”” Bu sadə cümlə mənə İlk Səbəb arqumentinin yanlışlığını göstərdi – mən hələ də bu fikirdəyəm. Əgər hər şeyin səbəbi varsa, allahın da səbəbi olmalıdır. Əgər səbəbi olmayan nəsə varsa, o da Tanrı sözünün özüdür. Yəni bu arqumentin heç bir əsası yoxdur. Bu, mahiyyətcə eynən hindunun söhbətinə bənzəyir. O deyəndə ki dünya filin üstündə qərar tutub, fil də tısbağanın, soruşurlar ki, “bəs tısbağa nəyin üstündədir?” Onun cavabı belə olur: “Bəlkə mövzunu dəyişək”. O arqumentin bundan heç bir fərqi yoxdur. Bertrand Russell hesab edir ki, hər şeyin başlanğıcı olması ideyası insan təxəyyülünün kasıblığından irəli gəlir. İsa Məsih obrazı “İsa Məsih hamıdan ağıllı adam olub”. Bertrand Russell bildirir ki, xristianlar bir nəfər kimi bu fikri qəbul edirlər. O isə yox. Görəsən, xristianlar İsa Məsihin prinsiplərinə gündəlik həyatlarında əməl edirlərmi? Məsələn, İsa Məsihin məşhur deyimlərindən biri odur ki, “sağ üzünə şillə vursalar, sol üzünü çevir”. Filosof xatırladır ki, əvvəla, xristianlar bu prinsipi buddistlərdən iqtibas ediblər. Bu, İsa Məsihdən 500-600 il əvvəl deyilmiş sözdür. Bertrand Russell bildirir ki, baş nazir Stanley Baldwin inanclı xristian olsa da, heç kəsə gedib baş nazirin sağ yanağına şillə vurmağı məsləhət görmür. Çünki məlum ola bilər ki, o heç də İsa Məsih kimi hərəkət etmək niyyətində deyil, yəni bunun sadəcə, obrazlı şəkildə deyilmiş ifadə olduğunu düşünür. “Mühakimə etməyin, çünki mühakimə olunarsınız”. Bu da İsa Məsihin deyimidir. Bertrand Russell-ə görə, bu prinsipin xristian ölkələrinin məhkəmələrində populyar olduğunu demək olmaz: “Mən inanclı xristian olan xeyli hakim tanıyıram. Amma onların heç biri düşünmür ki, mühakimə etməklə İsa Məsihin prinsiplərinin əleyhinə gedir”. Bertrand Russell hesab edir ki, bütün bunlar yaxşı deyimlərdir, amma onlar əsasında yaşamaq “bir qədər çətindir” Xristianlıq təliminin qüsurları Bertrand Russell-ə görə, İsa Məsihin tarixən mövcud olması xeyli şübhə doğurur. Əgər o, mövcud olubsa belə, “biz onun haqqında heç nə bilmirik”. Filosof qeyd edir ki, onu narahat edən heç də məsələnin tarixi tərəfi deyil. Onu narahat edən “Bibliya”dakı İsa Məsih obrazıdır. Məsələn, İsa Məsih deyir ki, onun ikinci gəlişi çox ləngiməyək. Yəni onunla eyni dövrdə yaşamış insanlar bunu görə biləcək. Bertrand Russell bildirir ki, onun tanıdığı xristianlar arasında da İkinci gəlişin tezliklə baş verəcəyinə inananlar var. Məsələn, keşiş tanıyır ki, öz icmasının üzvlərinə İkinci gəlişin tez bir zamanda baş tutacağını deməklə onları təşvişə salıb. Amma insanlar həmin keşişin öz bağında ağac əkdiyini görəndə bir qədər sakitləşiblər. Filosofun bildirdiyinə görə, xristianlığın ilkin dövrlərində insanlar İkinci gəlişə o qədər inanırmışlar ki, hətta bağlarında ağac da əkmirmişlər. Bu baxımdan filosof düşünür ki, tezliklə gələcəyini söz verən, amma bunu etməyən adamı hamıdan ağıllı saymaq olmaz. Mənəvi problem Bertrand Russell-ə görə, İsa Məsihin mənəvi avtoritet kimi təqdim edilməsində bir ciddi qüsur var. O da onun cəhənnəmə inanmasıdır. “Şəxsən mən düşünmürəm ki, həqiqətən humanist olan bir şəxs əbədi davam edən cəzaya inansın. “Bibliya”da təsvir edilən İsa Məsih əbədi davam edən cəzaya doğrudan da inanırdı və kitabı oxuyanlar orda İsa Məsihin ona qulaq asmayanlara qarşı təkrar-təkrar söylədiyi qisasçı fikirləri görə bilərlər”. Məsələn, “Ey ilanlar, ilan-çayan nəslindən olanlar, cəhənnəmə vasil olmaqdan canınızı necə qurtaracaqsınız?”. Bunu İsa Məsih onun moizələrinə qulaq verməyənlər haqda deyir. Filosof bu mənada İsa Məsih ilə yunan filosofu Sokratı müqayisə edir və Sokratın humanist tonunu bəyəndiyini, yunan filosofun ona qulaq asmayanları asıb-kəsməklə hədələmədiyini xatırladır. Emosional faktor Bertrand Russell hesab edir ki, insanların dinə gəlməsinin kökündə qətiyyən hansısa arqumentlər, əsaslandırılmış ideyalar dayanmır, bu, sırf emosional faktorla bağlıdır. Filosof xatırladır ki, dindar olmayanların yaxşı adam olmaması fikrini qəbul etmir, hətta düşünür ki, o dövrdə ki dini təməlçilik geniş yayılıb, qəddarlıq daha çox olub. Məsələn, İnkvizisiya. Həmin dövrdə işgəncələr geniş yayılıb, milyonlarla bədbəxt qadın ifritə adı qoyularaq yanıdırlıb. Din adından ən müxtəlif qəddarlıqlar törədilib: “Ətrafınıza baxsanız, görərsiniz ki, bəşəriyyət tarixində ən kiçik inkişafa, cinayət məcələlərindəki ən xırda təkmilləşdirməyə, savaşların yatırılması üçün istənilən addıma, başqa irqlərdən olanlarla davranışın yaxşılaşdırılması, quldarlığın ləğvi, mənəvi inkişaf yönündə hər bir addıma qarşı çıxan da məhz dünyanın təşkilatlanmış kilsələri olub”. Dinin təməli - qorxudur Bertrand Russell düşünür ki, dinin təməlində qorxu dayanır. Bir tərəfdən bu, fövqəladə güclər qarşısında qorxu, digər tərəfdənsə insanın onu qoruyacaq böyük qardaşa ehtiyacı ilə bağlıdır. Bundan başqa məğlubiyyət qorxusu, ölüm qorxusu. Qorxu qəddarlığın əsas səbəbidir və dinin qəddarlıqla “əl-ələ gəzməsi” təsadüfi deyil. Filosofun fikrincə, insanı bu qorxulardan yalnız elm xilas edə bilər, onun xəyali böyük qardaşa ehtiyacını yox edə bilər. İnsanlar elm yolunu tutmalıdır. Biz nə etməliyik? Bertrand Russell hesab edir ki, Tanrı konsepsiyası qədim şərq despotizmindən gəlir. Bu, azad insana yaraşmayan bir şeydir. Filosof deyir ki, kilsədə özünü günaha batmış miskin varlıq adlandıraraq yamanlayan adam görəndə onun öz ləyaqətini alçaltdığını düşünür. Onun fikrincə, insan dünyanın gözünün içinə dik baxmağı bacarmalıdır. Dünyanı yaxşılığa doğru dəyişmək üçün əlindən gələni etməlidir, “əgər alınmayacaqsa, dünya yenə də bəzilərinin, başına əsrlərlə oyun açdığı dünyadan daha yaxşı olacaq. Dünyanın elm, rəhmdillik və cəsarətə ehtiyacı var. Keçmişin xiffətini çəkməyə, bir vaxtlar avam adamların dediklərini əsas götürüb sərbəst düşüncədən imtina etməyə yox. Dünyanın gələcəyə ümidə ehtiyacı var, ölü keçmişə bağlılığa yox. azadliq.org
  10. “Molla Nəsrəddin” jurnalının 27 sentyabr 1924 tarixli 16-cı nömrəsində gedən bu karikaturalarda monoteist (bir allahlı) dinləri yaradan peyğəmbərlərin fiziki ehtiyaclarını ödəmək üçün nə hoqqalardan çıxdıqlarından bəhs edilir və molla əmi onları bu cür tənqid edir. Beləliklə, ilk karikaturada yəhudilərin peyğəmbəri Musadan bəhs edilir və göstərilir ki, o, əvvəl Şüeybənin ( o da peyğəmbər olub) bir qızını alır, 3 ildən sonra isə digər qızını alır, halbuki yəhudilərin dini kitabında buyrulur: “İki bacı ilə evlənmək olmaz, çünki bu evlilik onları düşmənə çevirə bilər və ailədə xoşagəlməzliklər yaranar” (Levit 18:18). İkinci karikaturada hər şey aydındır, burada qeyd edilir ki, Lut peyğəmbər öz qızları ilə evlənibmiş (Bibliya_Varlıq 19, Təsniyə 29:23). Qeyd edim ki, Lut peyğəmbər monoteist dinlərin ilk yaradıcısı olan İbrahim peyğəmbərin qardaşı oğludur. Üçüncü karikaturada isə söhbət Quranın 23-cü surəsinin (Muminun) 14-cü ayəsindən gedir. Orda deyilir ki, “Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir”. Yəni, Məhəmmədin gözü kimə düşsəydi, onu özünə arvad eləməyə haqqı çatırdı və bu, ən xeyirli işlərdən biri hesab edilirdi. Deyək elə, oğulluğu Zeydin arvadı Zeynəbi boşatdırıb özünə arvad eləməsi məsələsini. Sonuncu, dördüncü karikaturada adı çəkilən Ernest Renan XIX əsrin məşhur fransız yazıçısıdır, filosofdur. Onun dünya şöhrətli “İsa Məsihin həyatı” kitabında yazılır ki, İsa Məsih boş vaxtlarını fahişə Mariya Maqdalinanın yanında keçirərmiş.
  11. “Molla Nəsrəddin” jurnalının 1924-cü il 20 sentyabr, 15 saylı nömrəsinin son səhifəsində 4 karikatura yer alıb. Bu karikaturaların hər birində müxtəlif dini inanclar tənqid edilir. Beləliklə: Birinci karikaturadakı irad ermənilərlə bağlıdır. Ermənilərin, yəni qriqoryanların dini qaydalarına görə günahı olan hər kəs, xüsusilə qadınlar ildə bir dəfə kilsəyə gəlib başlarını keşişin dizinə qoyub özgünahlarını təmizləyə bilər və bu ayin keşişlə tövbə edən arasında təkbətək bağlı qapılar arxasında həyata keçirilir. İkinci karikaturada göstərilənlər yəhudilərə aiddir. Yəhudilərin kitabı “Tövrat”da buyurulur ki, evli yəhudi qadınları menstruasiyaları (aybaşı) bitdikdən sonra mütləq mikva eləməlidirlər, yəni müqəddəs hovuzda çimib təmizlənməlidirlər, əks təqdirdə onlara ərləri ilə intim münasibətə girmək qadağandır, çünki “murdar” sayılırlar. Və ən maraqlısı odur ki, bu ritualda xaxamların (ravvin) iştirakı, onların müşahidəsi mütləq buyrulur. Üçüncü karikaturada Şamaxıdakı “tumantökmə” üsulu təsvir olunub. Nədir bu üsul? Demək, bir vaxtlar bəzi qadınlar ildə bir dəfə məscidin bacasından tumanlarını tökürlərmiş və kişilərdən hər kəs hansı tumanı götürsəydi, tuman sahibi (qadın) onun halalca malı olurdu, yəni bu siğəfason bir şey idi. Sonuncu karikatura isə xristianların dini inancı ilə bağlıdır. Pasxa bayramının ilk günü xristianlar bir-birilərinə rənglənmiş yumurta hədiyyə edib 3 dəfə öpüşürlər. Öpüşməmişdən əvvəl biri digərinə belə deyir: “İsa Məsih zühr edib”. O biri isə cavab verir ki “Həqiqətən zühr edib”. Və bu ayində qadınlarla kişilərin öpüşməsi normal, “müqəddəs” sayılır.
  12. Zərdüşt - Ya Məhəmməd

    Molla Nəsrəddin jurnalının 07 mart 1925- ci ildə çıxan 10-cu nömrəsindənki karikaturanı sizə təqdim edirik. "ZƏRDÜŞT- Ya Məhəmməd! Özün deyirsən ki, mən bir din gətirmişəm. Amma genə ümmətin axır çərşənbədə mən qoyduğum atəşin üstündən o yan bu yana atılırlar." Belə çıxır Məhəmməd peyğəmbərin çəkdiyi bütün zəhmətlət, tökdüyü qanlar bütün hədərə gedib. Ərəb qoşunlarının Qafqazda atəşpərəstliyi məhv etmək üçün axıtdıqları qanlar, verdiyi qurbanlar doğrudan da hədər gedibmiş. Bir halda ki, xalq əlində Quran ola-ola yenə odun üstündən hoppanacaq daha yazıq peyğəmbər niyə din gətiribdir, 12 imam qayırıbdır? Elşad İbrahimov P.S. ən çox sevdiyim yeganə bayramdı Novruz bayramı
  13. İnsan ətraf aləmi 5 duyğu orqanı ilə hiss edir. Və beyin ətraf aləmi dərk edərkən, bu duyğu orqanlarından birini daha qabarıq göstərir. Digərləri isə keçir ikinci plana. Məsələn, siz bu statusu oxuyarkən qıraqda mahnı gedirsə (səs gəlirsə), sizin diqqətiniz bu statusa yönəlib, bu səbəbdən mahnı ikinci plandadır. Və yaxud sizin üçün səs əsas informasiya hesab edilsə, digər duyğu orqanları ilə qəbul olunan informasiya ikinci plana keçir. Nəticə etibarı ilə insan bu 5 duyğu orqanları ilə ətraf aləmi, material dünyanı dərk etməyə başlayır. Elmin predmeti materialdır. Məsələn, mən eşitməsəm də, görməsəm də bir yumru topa toxunsam, onun yumru olduğunu deyə bilərəm, onun mövcudluğuna sübut hesab etmiş oluruq. Və yaxud görmək. Hər hansı bir obyektin mövcudluğunu görməklə sübuta yetirmək, eşitməklə, qoxusu ilə sübuta yetirmək. Elm deyir ki, mən hər hansı duyğu orqanımla bu obyekti dərk etdim, deməli, bu mövcuddur. Din isə əksinə. Bütün material dünyanı kənara atır və bütün duyğu orqanlarından imtina edərək kor-korana nəyinsə mövcudluğuna inanır. Halbuki biz ətraf aləmi duyğu orqanlarımız sayəsində dərk edirik. İndi isə təsəvvür edin ki, siz bu 5 duyğu orqaniniz ilə eyni səviyyədə ətraf aləmi dərk edirsiz. Məsələn, siz bu yazını oxuyarkən diqqətiniz həm musiqidə, həm də yazıda eyni səviyyədədir. Siz eyni vaxtda mahnının sözlərini dinləyə, dərk edə, musiqini ritmi tuta və eyni zamanda bu yazını asanlıqla oxuyub qavraya bilirsiz. Siz kənarda hər hansı yemək iyi gələn kimi onun dadını hiss edirsiz. Siz sevdiyiniz birinin toxunuşunu bütün bədəniniz ilə hiss edirsiz. Artıq siz 6-cı hissə maliksiz və ətraf aləmi 3 ölçülü yox, 4 ölçülü dərk etməyə başlamısız. Sizin üçün ətraf aləm tam başqa cürə görsənir. Hər bir ağac, yarpaqların səslərini, onların dalğalarını vizual olaraq görürsüz. Hər bir rəngin bütün çalarlarını, obyektə düşən hər bir dalğa uzunluğunu asanlıqla ayrıd edirsiz. Sizin eşitdiyini hər bir səs görüntüyə çevrilir. Siz qarşınızdakı dostunuzun uşaqlığını, cavanlığını və qocalığını eyni anda görürsüz. Ətrafınızdakı hər şey sizə bir-biri ilə bağlı və vəhdətdə olduğu formada dərk olunur. Sizin üçün reallıqla qeyri-reallıq arasında sərhədlər itmiş olur. Ətrafınızdakı hər şey sizin üçün sadəcə informasiyadan ibarət olduğu kimi dərk edirsiz. Təsəvvür edin ki, 5 rəng var. Və hər bir rəng duyğu orqanlarıdır. Məsələn, qırmızı, sarı, narıncı, yaşıl və göy. Bütün bu rənglər suyun içinə atmışıq, lakin qarışmırlar. Qırmızı rəngi eşitmə hesab edək. Əgər siz nəyisə dinləyirsinizsə, o zaman digər rənglər arxa plana keçəcək. Və yaxud göy rəngi görmə hesab edək. Siz nəyisə görürsünüzsə, digər duyğu orqanları (rəngləri) arxa plana keçəcək. İndi bir də təsəvvür edin ki, bütün bu rənglər suda qarışıb və cəmi bir rəng formalaşdırıb. Bənövşəyi. Artıq 5 hiss orqanı ayrı-ayrılıqda yox, bir hiss orqanı olaraq ətraf aləmi dərk edir. Artıq siz bu material dünyadan daha üst səviyyədə ətraf aləmi dərk edirsiz. Çox güman ki, təsəvvür edə, dərk edə bilmədiz. Bütün bu proseslər İnterstellar filmində Kuperin 5-ci ölçüdə olduğu zaman ətrafdakıların bunu absurd və məntiqsiz hesab etməsi və eyni zamanda bunun mövcudluğu kimi görsənir. Sizə bunu yaşamağı arzu edirəm.
  14. Quranda bir çox ayələr vardır ki, orda yaradılışın tək Allaha məxsus olmadığını, yaradılışda bir çox tanrıların, yaradıcıların olduğunu göstərmiş olur. Yəni Allah Quranın bəzi ayələrindəmən yaratdımdesə də, bəzi ayələrdəbiz yaratdıqdeyə cümlələr istifadə edib.Bəqərə surəsi, ayə 34.Bir zamanBiz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir* oldu.Bəqərə surəsi, ayə 35.Biz dedik:“Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.Bəqərə surəsi, ayə 37.Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı.Biz dedik:“Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”.Bəqərə surəsi, ayə 38.Biz dedik:“Hamınız ora-dan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə (axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.Bəqərə surəsi, ayə 50.O zamanBizsizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında (dənizdə) batırdıq.Bəqərə surəsi, ayə 51.O zamanBizMusaya (vəhy üçün) qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
  15. Allahın 99 adı Əl-əsma Ul-Hüsna və yaxud ən gözəl isimlər kimi qeyd edilir. Fakt 1: Allah bu 99 addan biridir. Və bu 99 addan biridirsə, o zaman nəyə görə Allahın 99 adı deyirik? Yəni əslində Allahın digər 98 adı kimi deyilməlidir. Fakt 2: Bibliyada Tanrı (Allah) “mən Adəmi öz simamda yaratdım” deyərək, açıq aydın özünü insan cismində olduğunu göstərir. Lakin İslamda Allahı təsəvvür etmək olmur. Lakin… Fakt 3: Lakin bütün bu adlar ərəb adlarıdır, kişi adlarıdır və İslam yaranmamışdan əvvəl Ərəbistanda kişi adlarında geniş istifadə olunub. Fakt 4: Hər üç səmavi dində Tanrı bir insan olan kişi xüsusiyyətləri ilə təsvir edilir.
  16. 1. “Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq”. Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib. A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək. 2. Azərbaycanda QMİ-nin müqəddəs Ramazan ayı ilə əlaqədar verdiyi fətvaya heç kimdə şübhə yaranmamalıdır. Trend xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib. 3. «Dünyada qlobal istiləşmə ilə bağlı yayılan xəbərlər cəfəngiyatdır. Qlobal istiləşmə deyilən bir şey yoxdur. Əslində bütün bunlar böyük dövlətlərin bir oyunudur». Bu sözləri APA TV-də yayımlanan "Sosium" verilişində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyib. Yalchin Islamzade