Search the Community

Showing results for tags 'elm'.

Found 5 results

  1. İnsanların mif və dinlərə niyə inandığının açıqlamasını etməzdən əvvəl, mif və dinin tərifini vermək lazımdır. Mif sözü, Yunanca "mithos" sözündən gəlir və mənası "deyilən və ya duyulan söz" deməkdir. Din isə fövqəltəbii, əxlaqi və müqəddəs ünsürləri bünyəsində saxlayan, tanrının varlığını və tanrının qaydalarını bildirdiyinə inanılan təlimlərdir; bu vəziyyətdə mif, niyə var olduğumuzu, necə var olduğumuzu açıqlamağa çalışan dini və ilahi nağıllardır. İnsanoğlu elm və fəlsəfənin önə çıxmasından əvvəl miflərə inanır və təbiət hadisələrini tamamilə miflərlə açıqlamağa çalışırdı. Təbiət ilə başa çıxa biləcək hər hansı bir elm və intellektuallığa sahib deyildi insanlar. Buna görə də təbii fəlakətlərə, quraqlığa, ölümə, doğuma, torpaqdan meyvə və tərəvəzlərin necə çıxa bildiyinə dair insanlar davamlı mifoloji açıqlamalar gətirirdi. Məsələn; Skandinaviya Tanrısı Tor, çəkicini salladığında şimşək çaxır, ardından yağış yağır və torpaqdan meyvə və tərəvəz çıxırdı. Qədimdən insanlar tərəvəz və meyvənin elmi olaraq necə ortaya çıxdığını anlaya bilmədiyi, yalnız meyvə və tərəvəzin torpaqdan ortaya çıxmasının yağışla əlaqəli olduğunu anlaya bildiyi üçün, Torun yağış yağdırmasından ötəri, meyvə və tərəvəzin torpaqdan çıxmasının Tor ilə əlaqəli olduğuna qənaətinə gəlmişdilər. Buna görə Tor, bərəkət tanrısı olaraq da xatırlanır. Bu örnəklə birlikdə, təbiətə qarşı gücsüz və aciz olan insanoğlu, təbiətdən daha üstün olan bir gücün varlığına inanıb ona sarılaraq qorxularını yüngülləşdirməyə çalışır, özlərini qorxudan və özlərinə zərər verə biləcək olan təbiətdən daha üstün bir gücə sığınmaq istəyirlər. Təbiətdə quraqlıq kimi xoşagəlməz təbiət hadisələri olduğuna görə, quraqlıq səbəblərinin şeytanlara və cinlərə bağlanması da miflərdə olduqca rast gəlinən birşeydir. Qədim İskandinavlara görə quraqlığın olmasının səbəbi Skandinaviya mifologiyasında cinlərin Torun çəkicini oğurlaması idi. Torun cinlərə qarşı savaşmasının insanları qoruduğuna inanılırdı. İnsanlar, müxtəlif dini ayin və ibadətlərlə tanrıların gücünü artırmağa çalışaraq özlərincə pisliklərə, çətinliklərə, xaosa və təbiətin çətinliklərinə qarşı döyüşürdü; əllərindən gələn yeganə iş bundan ibarət idi. Tanrılara qurbanlar verərək tanrının gücünü daha da artırmağa çalışırdılar və bəzən birçox dinlərdə insan belə qurban edirdilər. Bu da təbiətə qarşı insanların məlumatsızlığından ötəri olduqca çarəsiz və qorxmuş olduğunu göstərirdi .Tanrılara hörmət edildikcə, onlara ibadət etdikcə Skandinaviyada tanrıların gücünün artacağına inanılırdı; bəzi dinlərdə də, məsələn Xristianlıq və İslamda, tanrının bəndələrini daha çox qoruyacağına və cənnətində sadiq qullarını qoyacağına inanırlar. Tanrıya tamamilə sadiq olaraq və dini ayinlər, ibadətlər edərək insanlar, tanrının onları pisliklərdən qoruyacağına inanırdı. Çünki insanoğlu düşünmədiyi və sorğulamadığından ötrü təbiətin və təbiətin bir parçası olan insanların yaratdığı xaosa və çətinliklərə qarşı əslində acizdir. Bunlara əlavə olaraq, Qədim Yunanıstanda Homer və Hesiod Yunan mif xəzinəsini yazıya keçirdi; bu mif, yazıya keçirilmədən əvvəl nəsildən nəsilə ötürülən mifoloji nağıllar idi yalnız. Qədim Yunanıstanda fəlsəfə ortaya çıxmazdan əvvəl miflərə inanılırdı. Mif yazılı hala keçincə ilk filosoflar bu mifləri tənqid etməyə başladı, çünki tanrılar tamamilə insanlara bənzəməkdə idi, istər görünüş, istər zəifliklər, istərsə də mənfi xarakter xüsusiyyətləri olaraq. İlk filosoflar, miflərin yalnız insan uydurması olan əhvalatlar olduğunu və həqiqətlə əlaqəsi olmadığını dilə gətirdi. Zənci olanların tanrıları qara və basıq burunlu, İskandinavlarınki sarışın, Yaponlarınki isə çəkik gözlüdür. Elmin də qabaqcılı olan fəlsəfi düşüncə ilə birlikdə təbiət, əqli qabiliyyətlərlə açıqlanmağa çalışıldı və təbiətə qarşı duyulan qorxulardan ötəri hekayələr uydurmaqda və uydurulmuş əhvalatlara inanmaqdan imtina edildi. Gerçək xarici hekayələr deyil, təbiət hadisələrinin əsl səbəbləri ağıl yolu ilə açıqlanmağa çalışıldı qorxuya kor-koranə məğlub düşmək yerinə. İlk olaraq təbiət hadisələrini şərh edən təbiət filosofları ortaya çıxdı, məsələn bu filosoflar meyvə və tərəvəzin yetişməsinin səbəbini Torun çəkicinə bağlamadılar. Fəlsəfənin inkişafı və yayılması ilə yanaşı elm də inkişaf etdi və bir çox təbiət hadisəsinə cavab tapıldı. Təbii fəlakətlər üçün tanrıya yalvarmağa və qurbanlar verməyə ehtiyac qalmadan elmi və texnoloji üsullarla təbiətə qarşı insan ağlı özünü qorumağa və müdafiə etməyə başladı. Gerçək olmayan insan uydurması mif isə tamamilə çürüdü. Dinlərə və miflərə inanma ilə əlaqədar bir çox kitab yazan və psixoloji qaydaları meydana gətirən Avstriyalı nevrolog Sigmund Freud'un fikirləri və qaydaları, insanların niyə din və miflərə inanma ehtiyacı duyduğu ilə əlaqədar olduqca işıqlandırıcı ola bilməkdədir. Mif və dinlərə inanma ehtiyacını Sigmund Freud "okeanik duyğu" olaraq ifadə edir. Bu duyğu, sonsuz və sərhədsiz olma ehtiyacını dilə gətirir. Sonsuz və sərhədsiz olan tanrının bir parçası olduğumuzu hiss etmək və sonsuz və sərhədsiz bir güc tərəfindən qorunmaq üçün insanlar bu okeanik duyğuya sahib olur, beləcə din və miflərə inanırlar. Yalnızlıq qorxusu, çarəsizlik və yox olma qorxusu, halıyla ölüm qorxusu, insanoğlunun şüuraltında, yəni Freudun tərifiylə id ilə, var olan duyğulardır. İnsandakı ən güclü instinkt olan həyatda qalma instinkti, insanın sonsuz yaşamaq istəyi duymasına səbəb olur. Sonsuz bir varlığa tabe olmaq və onun tərəfindən qorunmaq, insanı sonsuzlaşdıracaq və həyatda qalma instinktini təmin edəcək, sonrasında da rahatlaşdıracaq. Ölümün həqiqətindən qurtulmsa belə reinkarnasiya və ya cənnət, cəhənnəm anlayışlarının varlığı sayəsində yox olmayacaq və yenidən yaşayacaq. Sigmund Freud, bu okeanik duyğunun insanın psixoloji quruluşuna uyğun gəlmədiyini və gerçəkdə insanın egosundan daha üstün olan bir əminlik olmadığını ifadə edir. Ego, şüuraltında bəslənir və şüuraltı, eqonun qaynağıdır. Okeanik duyğu və bu duyğunun qaynağı olan çarəsizlik tamamilə şüuraltında qaynaqlanır. Freud ayrıca dinə və miflərə inanmağı körpə kimi davranmağa bənzədir. Belə ki, körpələrdə ətraf dünyaya aid bir məlumat mövcud deyil; ətraf dünya və eqo bir-birinə bağlı iki ünsürdür onlar üçün. Körpə süd içməyə ehtiyac duyunca, bu ehtiyacını aradan qaldırmaq üçün ağlayır. Din və miflərə inanma da eynilə bu şəkildə eqonun xarici dünya ilə bütünləşməsi ilə meydana gəlir. Bunun yanında; insanın, çarəsizliyini, qorunma ehtiyacını aradan qaldırması üçün tanrılar, miflər yaratması, dini ayinlər etməsi və ibadət etməsi də körpələrin süd olmadığında özünü çarəsiz hiss edib ağlamasına bənzəyir. Çarəsizlik və qorxu keçib getdikdə əzab duyğusu azalır və yerinə həzz duyğusu ortaya çıxır. Qısacası mif və dinlər , ağrını azaltmaq üçün yaradılan metal fantaziyalarıdır. Din və miflərə inanma səbəbi, eynilə Freud'un da dediyi kimi çarəsizlik və qorxudur. Çarəsizlik və qorxu , fəlsəfə və elm ilə yox edilə bilər. Din və miflərin , tanrı tərəfindən qorunma qarşılığında insana bəzi məhdudiyyətlər gətirərək, insanın həyatını istədiyi kimi yaşayıb xoşbəxt olmasında bir növ maneə törətdiyini düşünürəm. Bilinməyən şeylər hər zaman qorxudur və insanı çarəsiz edir. Elm və fəlsəfəyə bağlı olduqda isə bilinməyən şeylər azalır, halıyla qorxu da azalır. Ayrıca; insan dinlərin məhdudiyyətləri və vəd etdikləri xoşbəxtlikləri dəyərləndirərək instinktlərini öz istəyi istiqamətində yönləndirib; özünə xitab edən xoşbəxtliyi özü tapmalıdır. Mənbələr: Jostein Gaarder, Sofie’nin Dünyası, Pan Yayınları Sigmund Freud, Uygarlığın Huzursuzluğu, Metis Yayınları
  2. 2045 proyekti,2011-ci ildə; sinir interfeysləri, robotlar, süni orqanlar və sistemləri araşdırmaq üçün rus elm adamları ilə birlikdə rus iş adamı Dmitry Itskov-un başçılığı ilə qurulmuşdur. Qurumun rəsmi saytında məqsədləri belə ifadə olunur: "İnsan şəxsiyyətini bioloji olmayan daşıyıcılara köçürmək, ömrü uzatmaq və ölümsüzlüyü tapmaq. Xüsusilə Dünyanın böyük elm adamlarıyla davamlı təmas halında olmağa çalışırıq." Ölümsüzlük proyektinin iş planı: və ya türkçə tərcüməsi: Gələcəyə yönəlik addımlar 2045 proyektinin yol xəritəsində kiber ölümsüzlüyü tapmaq vardır. Təşkilatın məqsədi 2015-2020-ci illər arasında "beyin idarəli kompüter" ilə idarə edilə bilən avatar çıxarmaq, 2020-2025 illəri arasında "avtonom həyat dəstəkli" bir robota beyin nəql etmək, 2030-2035 illəri arasında insan beyninin kompüter modelini çıxarıb insan şüurunu süni daşıyıcılara köçürmək və 2045 -ci ildə isə adi orqanlara sahib olan "insanlar" üçün yeni bir era başlatmaqdır. Avatar proyekti İnsan ömrünü uzatmanın prioriteti olaraq süni bədən istehsalına və inkişaf etmiş beyinli bir kompüter sistemi istehsalına üstünlük verirlər. Bioloji tərəfdən, insan beyninə ev sahibliyi edəcək və beynin funksiyalarını yerinə yetirmək imkanı olacaq bir "avatar bədən" istehsalını planlamaqdadırlar. Layihənin bir sonrakı məqsədi isə; içinə şəxsiyyət və şüur kimi insanı insan edən faktorların ötürülə biləcəyi bir süni beyin istehsal etməkdir. Təşkilatın "A, B, C, D" olaraq təsnif edilən 4 avatar layihəsi var. Layihə müvəffəqiyyətli olarsa, bu avatar versiyalarının təşkilat tərəfindən satışa təqdim edilməsi düşünülür. Təşkilat ən ucuz avatar olan Avatar A-nın qiymətini saytında 3.000.000 $ olaraq elan etmişdir. Həmçinin, müştərilərə avatar seçimi və bir anket tətbiqi nəticəsində form dolduraraq avatar sifarişi vermə imkanı təqdim olunur. Avatar A İnsanın ağlından keçən bütün məlumatların uzaqdan göndərilib sağlam bir şəkildə təkrar beyinə yerləşdirilməsini təmin edəcək uzaqdan idarəli süni bədən.2020-ci ilə qədər tamamlanması gözlənilir. Avatar B Ölən bir insan beyninin orqan nəqlinə bənzər bir şəkildə nəql ediləcəyi süni bədən.Təşkilata görə, Avatar B; nəql ediləcək beyini özündə daşıyacaq, beyni canlı tutacaq və ətraf ilə qarşılıqlı təsirdə olacaq. 2025-ci ilə qədər tamamlanması gözlənilir. Avatar C Ölən bir insan beyninin, şəxsiyyətinin, zehninin və şüurunun köçürüldüyü süni bədən. Təşkilata görə ilk müvəffəqiyyətli zehin köçürülməsi 2035-ci ildə reallaşacaq. Avatar D Hologram (üç ölçülü görüntü yarada bilmək üçün lazımi məlumatları özündə daşıyan şəkil) formasında süni bədən - 2045 proyektinin son məqsədidir. Elm adamlarına görə hologram avatara sahib insanlar əsla xəstəliyə tutulmayacaqlar. Avatar D-nin günümüzdəki texnologiya ilə yaradılması mümkün deyil. 2045 İnitiative - Proyektin rəsmi saytı
  3. Sübutun yoxluğu yoxluğun sübutu deyil. İnanmaq istəmirəm, bilmək istəyirəm. Hardasa inanılmaz nəsə kəşf edilməyini gözləyir. Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq. Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Elmi başqalarına izah etməmək mənə əxlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Bizim kimi kiçik varlıqlar kütləyə yalnız sevgi yolu ilə dözə bilərlər. Bu günü başa düşmək üçün keçmişi bilməyimiz lazımdır. Nəsə sizə yaxşı hisslər bəxş edirsə və onun doğru olub-olmaması sizi maraqlandırmırsa, bu, cibiniz dolu olarkən pulun haradan gəldiyi ilə maraqlanmamaq qədər pisdir. Əgər bütün kainatda həyat təkcə Yer kürəsində mövcuddursa, bu, çox böyük yer israfı olardı. Fövqəladə iddialar fövqəladə sübut tələb edir. Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Yalan bizi qəfəsə salıb. Çünki tələyə düşdüyümüzü özümüzə etiraf etmək son dərəcə ağır bir hissdir. Hazırladı: Orxan Əmrullayev
  4. İnsan ətraf aləmi 5 duyğu orqanı ilə hiss edir. Və beyin ətraf aləmi dərk edərkən, bu duyğu orqanlarından birini daha qabarıq göstərir. Digərləri isə keçir ikinci plana. Məsələn, siz bu statusu oxuyarkən qıraqda mahnı gedirsə (səs gəlirsə), sizin diqqətiniz bu statusa yönəlib, bu səbəbdən mahnı ikinci plandadır. Və yaxud sizin üçün səs əsas informasiya hesab edilsə, digər duyğu orqanları ilə qəbul olunan informasiya ikinci plana keçir. Nəticə etibarı ilə insan bu 5 duyğu orqanları ilə ətraf aləmi, material dünyanı dərk etməyə başlayır. Elmin predmeti materialdır. Məsələn, mən eşitməsəm də, görməsəm də bir yumru topa toxunsam, onun yumru olduğunu deyə bilərəm, onun mövcudluğuna sübut hesab etmiş oluruq. Və yaxud görmək. Hər hansı bir obyektin mövcudluğunu görməklə sübuta yetirmək, eşitməklə, qoxusu ilə sübuta yetirmək. Elm deyir ki, mən hər hansı duyğu orqanımla bu obyekti dərk etdim, deməli, bu mövcuddur. Din isə əksinə. Bütün material dünyanı kənara atır və bütün duyğu orqanlarından imtina edərək kor-korana nəyinsə mövcudluğuna inanır. Halbuki biz ətraf aləmi duyğu orqanlarımız sayəsində dərk edirik. İndi isə təsəvvür edin ki, siz bu 5 duyğu orqaniniz ilə eyni səviyyədə ətraf aləmi dərk edirsiz. Məsələn, siz bu yazını oxuyarkən diqqətiniz həm musiqidə, həm də yazıda eyni səviyyədədir. Siz eyni vaxtda mahnının sözlərini dinləyə, dərk edə, musiqini ritmi tuta və eyni zamanda bu yazını asanlıqla oxuyub qavraya bilirsiz. Siz kənarda hər hansı yemək iyi gələn kimi onun dadını hiss edirsiz. Siz sevdiyiniz birinin toxunuşunu bütün bədəniniz ilə hiss edirsiz. Artıq siz 6-cı hissə maliksiz və ətraf aləmi 3 ölçülü yox, 4 ölçülü dərk etməyə başlamısız. Sizin üçün ətraf aləm tam başqa cürə görsənir. Hər bir ağac, yarpaqların səslərini, onların dalğalarını vizual olaraq görürsüz. Hər bir rəngin bütün çalarlarını, obyektə düşən hər bir dalğa uzunluğunu asanlıqla ayrıd edirsiz. Sizin eşitdiyini hər bir səs görüntüyə çevrilir. Siz qarşınızdakı dostunuzun uşaqlığını, cavanlığını və qocalığını eyni anda görürsüz. Ətrafınızdakı hər şey sizə bir-biri ilə bağlı və vəhdətdə olduğu formada dərk olunur. Sizin üçün reallıqla qeyri-reallıq arasında sərhədlər itmiş olur. Ətrafınızdakı hər şey sizin üçün sadəcə informasiyadan ibarət olduğu kimi dərk edirsiz. Təsəvvür edin ki, 5 rəng var. Və hər bir rəng duyğu orqanlarıdır. Məsələn, qırmızı, sarı, narıncı, yaşıl və göy. Bütün bu rənglər suyun içinə atmışıq, lakin qarışmırlar. Qırmızı rəngi eşitmə hesab edək. Əgər siz nəyisə dinləyirsinizsə, o zaman digər rənglər arxa plana keçəcək. Və yaxud göy rəngi görmə hesab edək. Siz nəyisə görürsünüzsə, digər duyğu orqanları (rəngləri) arxa plana keçəcək. İndi bir də təsəvvür edin ki, bütün bu rənglər suda qarışıb və cəmi bir rəng formalaşdırıb. Bənövşəyi. Artıq 5 hiss orqanı ayrı-ayrılıqda yox, bir hiss orqanı olaraq ətraf aləmi dərk edir. Artıq siz bu material dünyadan daha üst səviyyədə ətraf aləmi dərk edirsiz. Çox güman ki, təsəvvür edə, dərk edə bilmədiz. Bütün bu proseslər İnterstellar filmində Kuperin 5-ci ölçüdə olduğu zaman ətrafdakıların bunu absurd və məntiqsiz hesab etməsi və eyni zamanda bunun mövcudluğu kimi görsənir. Sizə bunu yaşamağı arzu edirəm.
  5. 1. “Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq”. Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib. A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək. 2. Azərbaycanda QMİ-nin müqəddəs Ramazan ayı ilə əlaqədar verdiyi fətvaya heç kimdə şübhə yaranmamalıdır. Trend xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib. 3. «Dünyada qlobal istiləşmə ilə bağlı yayılan xəbərlər cəfəngiyatdır. Qlobal istiləşmə deyilən bir şey yoxdur. Əslində bütün bunlar böyük dövlətlərin bir oyunudur». Bu sözləri APA TV-də yayımlanan "Sosium" verilişində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyib. Yalchin Islamzade