Search the Community

Showing results for tags 'hekayə'.

Found 3 results

  1. Ən təsirli qısa hekayələr

    Dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər. O, bir neçə sözdən ibarət: “ Uşaq çəkmələri satılır. Geyinilməmişdir”. Belə bir ən qısa bir hekayə yazmaqla, o, mübahisəni udur. O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər. Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirənlər aşağıdakılardı: Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var. “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil. Üzümü qırxmağı anam mənə öyrədib. Mən doğma qəlb gördüm – O isə məni görmədi... Mənim əksim indicə mənə göz vurdu. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir. Bu gün mən yenidən özümü anama təqdim elədim. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox... Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər” Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm... Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim. Əsgər, biz çəkmələri cüt satırıq... O, arvadının qatilinə butulka ilə süd verirdi. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.
  2. Yaponiyada seçilmiş ən təsirli qısa hekayəsi Mən bütün bədənimi əhatə edən ağrıdan ayıldım. Gözlərimi açdım və tibb bacısını gördüm. -Cənab, – o dedi,-sizin bəxtiniz gətirib. İki gün əvvəl Hirosimaya atılan bombadan sağ çıxmaq qismət olub. İndi siz hospitaldasınız və sizin həyatınızla bağlı heç bir təhlükə yoxdur. -Haradayam? -Naqasakidə. Qeyd: Hirosima və Naqasakinin bombalanması arasında 3 gün fərq var. 1946-ci il 6 və 9 avqust.
  3. Mənim əlyazmalarımı qaytar

    1994-cü il -Saat 18:30 radələri 5 yaşlı Stiv öz evlərinin yanında topla oynayır. Bu zaman evin yanında əsas yolda maşın toqquşmasının səsi gəlir və göydən bir çanta fırlanaraq Stivgilin həyətindəki güllərin altına düşür. Stiv vurduğu topun arxasında qaçır və topu götürmək istəyəndə güllərin dibində çantaya rast gəlir. Əyilərəl çantanı götürür və güllərin arasından yola baxır. Sürücü maşından düşərək isterik vəziyyətdə əllərin başına qoyaraq yerdə qan içində uzanmış kişiyə yaxınlaşır. “Bilmədən oldu! Axı niyə qarşıma çıxırsan? Niyə məni zibilə saldın? deyə qorxu içində özü-özü ilə danışdır. Qəzadan təxminən 5 dəqiqə sonra qonşular nə baş verdiyini anlamaq üçün evlərindən bayıra çıxır və yolun ortasında qan içində uzanmış bir kişiyə rast gəlirlər. Bir müddət sonra qəza yerində kiçik bir kütlə yığışıb sürücünü sakitləşdirməyə və ölmüş kişinin ətrafında toplanırlar. Sürücü gözüyaşlı və qorxu içində “Bilərəkdən vurmadım. Ani olaraq hardansa qabağıma çıxdı… Günahkar mən deyiləm!” deyərək ətrafındakı insanlara özünü doğrultmağa çalışırdı. Stiv isə bir əlində çanta, bir əlində top güllərin dibində yerdə qan içində uzanmış eynəkli kişiyə baxırdı. Sanki qəza yerində həyatını itirmiş kişinin gözləri məhz Stivə baxırdı. Bu an Stivin anası evdən qaça-qaça çıxaraq, “Stiiivv” deyə qışqırır və arxadan uşağını qucaqlayır. Yolun kənarında qəza olduğunu, yerdə qan içində uzanmış bir ölünü görərək qeyri-iradi Stivin gözlərini yumur və saçlarından öpür. “Baxma, sonra qorxacaqsan” deyərək tələsik evə doğru aparır. Stiiiv, bu çanta kimindir? – anası təəccüblə Stivə baxır. Stiv əlindəki qəhvəyi dəri çantaya baxıb, “mənim” deyə anasının üzünə gülümsəyir. – Yalan deymə! Ver mənə görüm! Hardan tapdın? Düzünü de… – anası oğlunun əlindən çantanı götürüb, ona göz gəzdirir. – Bizim həyətdə idi… Güllərin dibində… Topu götürəndə gördüm. Anası çantaya göz gəzdirəndə maqnit bağlayıcısının altında böyük hərflərə dəriyə həkk olunmuş “Sevgilərlə, Stiv üçün” yazısını görür. Çaşqınlıq vəziyyətində olan anası ətrafa baxaraq heç kimin olmadığına əmin olur və uşağı qapıdan içəri salır. Oğlunun yanağından bir cimdik ataraq – “Üstündə adın yazılıb. Qoy sənin olsun” deyir və çantanı Stivə uzadaraq yataq otağına qalxmasını tələb edir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili yardım maşını və polis gəlir. Stivin anası qorxmuş və dəhşət bürümüz halda baş verənləri pəncərədən izləyirdi. 28 il sonra Nobel mükafatı təqdimetmə mərasimi Aparıcı: – Bugün fizika üzrə nobel mükafatını yenidən Stiv Makkenliyə təqdim edirik. Artıq o ikinci dəfə nobel mükafatını qazanır. Aparıcı Stivi səhnəyə dəvət edərək davam edir: – Stiv yeganə alimdir ki, iki dəfə nobel mükafatı qazanıb. Özü də Nobel mükafatı alan ən cavan namizədlərimizdən biridir. Belə bir beyin, belə bir şəxsiyyət bütün bəşəriyyət üçün kəşflər edib. Gəlin, bu gözəl insanı salamlayaq. Stiv səhnəyə çıxaraq, aparıcıya təşəkkür edir və mikrofon qarşısında üzünü qonaqlara tutub davam edir: – Mən çox şadam ki, mənim fizika üzrə kəşflərim bugün öz təstiqini tapır və cəmiyyətə, bütünlüklə bəşəriyyətə öz xeyrini verir. İnanıram ki, bizlər gələcəyi yaxşı istiqamətdə dəyişə biləcəyik. Burda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm və söz verirəm, bundan sonra daha böyük kəşflərim olacaq. Dayanmaq yoxdur! Elm uğrunda son nəfəsə kimi vuruşmaq var! 2 gün sonra -Gecə 02:15 Stiv öz evində soyuducudan şərab götürüb qədəhə süzür və əlində qədəhlə həyətindəki hovuzun yanına gedir. Hovuzun qabağındakı stulda oturaraq, mavi işıqlı suya baxır. Biraz fikrə daldıqdan sonra, stulun yanında söykədiyi çantanı qucağına qaldırır və düyməsini açaraq, içindən müxtəlif əlyazmalar çıxardır. Onları oxumağa, həllə etməyə başlayır. Bu an evinin yanında kolluqdan bir qoca kişi əlində silahla Stivə tərəf yaxınlaşaraq, üstünə qışqırmağa başlayır. – Sən mənim bütün kəşflərimi oğurlamısan! Lənətə gəlmiş, Stiv! Bütün bu kəşflər mənim idi! Amma sən öz adına çıxarmısan! Stiv bir anlığa qorxaraq geri çəkilir və stuldan yerə yıxılaraq otluqda arxa-arxaya hərəkət edir. Qoca kişinin üzünə baxaraq: – Siz kimsiz? Mənim evimdə, həyətimdə nə işiniz var?! Mən sizi tanımıram! Nə oğurluğu?! Polisə şikayət edəcəm! Silahı yerə at!!! Bu an qoca Stivin üstünə cumaraq sinəsindən yapışır və silahla təhdid edərək ayağa qaldırır. Silahı sinəsinə dirəyən qoca Stivin üzünə baxaraq davam edir: – Kəs səsini, əclaf! Sən mənim həyatımı alt-üst elədin! Bütün etdiyin kəşflər, qazandıqların, bütün bunlar hamısı mənim olmalı idi! Sənin yox! Sən mənim əməyimdən, biliyimdən istifadə edərək ən yüksək zirvələrə qalxdın! Stiv qorxudan əllərini yuxarı qaldırır və həyacanlı vəziyyətdə qocanı sakitləşdirməyə çalışır: – Yanılırsız! Mən sizi tanımıram. Bütün bu bilikləri də oxuyaraq əldə etmişəm. Kəşfləri də. Mən sizi tanımıram. Buna əmin olun… Xahiş edirəm, sakitləşin və silahı yerə atın. Mən qorxudursuz! Qoca kişi daha da özündən çıxır və isterik vəziyyətdə Stivin üstünə qışqıraraq: – Ağ yalandır! Ağ yalaaaan! Gözünün içinə qədər yalan deyirsən, oğraaaaş! Qoca yerə səpələnmiş əlyazmaları göstərərək: – Bütün bunlar! Bunlar mənim əlyazmalarımdır! Məniiimmm! Sən mənim ömrüm boyu gördüyüm bütün işləri öz adına keçirmisən! Mənim əlyazmalarımla kəşf eləmisən bu poxları! Başqasının biliklərini oğurlayaraq! Məəən əlyazmalarımın dalınca gəlmişəəəm! Stiv gah qoca kişinin üzünə baxır, gah da yerdəki əlyazmalara. Sonra isə həyacanlı vəziyyətdə davam edir: – Yooox! Yox! Bu əlyazmalar məndə çoxdan var! Uşaq vaxtımdan! Mən sizdən heç nə oğurlamamışam! Bir anlığa fikrə dalıb, mövcud vəziyyəti anlamağa çalışan Stiv sözünə davam edir: – Dayan! Deyəsən, anladım! O, sizsiz! Mən uşaq vaxtı həyətimizdə topla oynayanda qəza baş vermişdi. Yerdə qan içində yıxılmış, maşın vuran adam sizsiz! Xatırlayıram indi! O sizsiz! Həəəə həəə. Həmin adam! Qoca təəccüblü vəziyyətdə Stivin üzünə baxaraq: – Mənlə məzələnirsən, oğraş?! Boş-boş danışma! Belə şey ola bilməz! Mən burdayam! Qarşında! Belə şey heç vaxt ola bilməz! – deyərək, silahı Stivin sinəsinə dayayır. Stiv qocanın üzünə baxır: – Yox! Xatırlayıram! Eyni eynək! Eyni saqqal! Saç düzümü! Hətta eyni ağ pencək! Siz idiz! Axı, bu necə ola bilər?! Demək olar ki, 30 il keçib üstündən. Sizi yolda maşın vurmuşdu və həlak olmuşduz. Həə! Düz tapdız! Əlyazmalar mənim deyil! Sizindir. Amma mən oğurlamamışam! Çox güman, qəza zamanı maşına dəydiyinizdən əlinizdəki çanta bizim həyətdəki güllərin dibinə düşüb. Amma məni daha çox təccübləndirən sizin indi əlyazmaları tələb etməyiniz deyil! Məni daha çox təccübləndirən, şoka salan, 30 ildən sonra qarşımda eyni adamı dəyişmədən, eyni geyimdə görməyimdir! Heç nə anlamayan qoca Stivə baxaraq: – Bu ola bilməz! Məni yoldan çıxarma! Cəfəngiyyat danışırsan! – Yox! Siz həlak olduz! Mən çatanı götürüb, evə daxil oldum! Məhz bu əlyazmalar oldu məni fizikaya yönləndirən, bu fənni sevdirən, fizika təhsili almağıma səbəb olan! Həəə!!! Mənim bütün bu naliyyətlərim bu əlyazmalara görə oldu! Razıyaaam sizləəə! Amma indi əsas olan bu deyil. Mənə izah edin, bu 30 ildə dəyişmədən necə qalmısız, öləndən sonra necə dirilmisiz və niyə mən oğurladığımı düşünürsüz?! Qoca əlindəki silahının arxa hissəsini öz başına vuraraq düşüyü anlaşılmaz vəziyyətə məntiqli bir cavab tapmağa çalışırdı: – Suuus! Belə şey mümkün deyil! Məni çaşdırırsaaan sadəcəəə! Stiv qoca fikrini tamamlamamış davam edir: – Zaman maşını? Siz zaman maşını kəşf eləmisiz? Həəə?! Bu qədər fizika haqqında bilən, bu kimi əlyazmaları olan adam, bu beyin sahibi zaman maşını yaratsa, heç təəccüblənməzdim! Həm də bu baş verənlərin başqa izahı yoxdur! Başa düşürsən?! Yoxduuur! – Nə zaman maşını?! Yox! Bu ola bilməz! Mənim zaman maşınım yoxdur və özü də ki, keçmişə səyahət mümkün deyil! Heç vaxt zaman maşını haqda düşünməmişəm də! – Axı, bu necə ola bilər bəs?! Başqa məntiqi açıqlaması yoxdur bunun! Qoca Stivi arxaya itələyərək silahı ona tuşlayır: – Var, əclaf! Bunun məntiqi açıqlaması odur ki, sən yenə də yalan danışırsan! Mümkün olmayan bir nağıl danışırsan mənə burda! Ondansa kəs səsini! Sən mənim əlyazmalarımı oğurlamısan! Düz, 10 il əvvəl! Mənim evimdən! Və bugün mənim biliklərimdən istifadə edərək özünə karyerə qurmusan, ad qazanmısan! Qoca göz yaşlarını silərək, silahı daha da Stivin sinəsinə sıxır. – Lənətə gələsən, Stiv! Sən bütün arzularımı, istəklərimi, bütünlüklə, həyatımı alt-üst elədin! – qoca kişi ətrafı göstərərək söhbətinə davam edir: – Bütün bunlar mənim olmalı idi! Sənin yox! Məniiim! Stiv vəziyyətin daha da mürəkkəbləşdiyini görərək qocanı sakitləşdirməyə çalışır: – Xahiş edirəm, sakitləşin. Məsələni həll edə bilərik. Əlyazmaları götürün. Lazımdırsa, mən də bütün bu kəşflərin sahibi siz olduğunu etiraf etməyə hazıram. Bircə sakitləşin. – Kəs səsini! Məsələni indi özüm həll edəcəəəm! Demirsən ki, keçmişində məni görmüsən və bu əlyazmalar mənim idi? Əgər mən hər hansı üsulla keçmişə qayıtmışamsa, o zaman mən indi səni öldürsəm və hər şey təkrarlansa, sən uşaq yaşında mövcud olmayacaqsan! Budur məsələnin həlli! Başa düşdüüün sən?! Stiv əllərini qabağa verərək: – Yooox! Yanılırsan! Sən başa düşmürsən. Sən orda olmuşdun və qəzada ölmüşdün. Amma indi burda da varsan. Məni öldürməklə də uşaq yaşlı Stiv ölməyəcək! Birdəfəlik anlaaa bunu! – Suuus! Zamanda belə paradokslar olmur! Absurddur! – Ona qalanda indi burda olmağın da absurddur! Amma indi burdas…! Qoca Stivin üzünə nifrətlə baxaraq, silahdan atəş açır. Güllə ürəyinin üstüdən dəyir və Stiv hovuza yıxılır. Stivin gözləri bir nöqtəyə, kişiyə zillənmişdi və xırıltılı nəfəsi ilə – sən yanılmısan – deyərək, hovuzdakı suyun dərinliklərinə batır. Mavi hovuz getdikcə al qana boyanır. Bir anlığa özünü itirmiş qoca tələsik vəziyyətdə yerdəki əlyazmaları bir yerə yığır və hadisə yerindən qaçmağa çalışır. Bir iki addım sonra ayağı çantaya dəyir və çantanı qaldıraraq, əlyazmaları onun içinə salır. Çantanı bağlamaq istəyədə üzərindəki yazı diqqətini çəkir. “Sevgilərlə, Stiv üçün”. Bu yazını görüncə qoca gülümsəyir və özü-özünə: – Görürsən, Stiv! Bu çanta mənim deyil! Heç vaxt da belə çantam olmayıb. Sənin çantandı! Sən hər zaman absurd və saxta olmusan! Danışdığın nağıllar kimi! Qoca qaçaraq kolların arasıdan yola çıxır. Biraz getmişdi ki, qulağına qısa qapanma səsi gəlir. Üzünü arxaya çevirəndə yol kənarındakı elektrik dirəyinin naqillərində qısa qapanma baş verdiyini görür. Naqillər qırılaraq üstünə düşür. Yerə yıxılan qoca elektrik vurmasın deyə naqillərdən azad olmağa çalışır. Bu zaman ildırım elektrik dirəklərindən birinə dəyir və ildırımdan gələn yüksək gərginlik qocanın ayağına ilişən naqil boyunca ona çatır. Qoca çanta ilə bir yerdə ani olaraq yoxa çıxır.