Search the Community

Showing results for tags 'heyvanlar'.

Found 1 result

  1. Yaşayan 10 nadir heyvan

    Dünyada bəzən elə heyvalara rast gəlirik ki, onları görərkən çox təəccüblənirik. Çünki çox nadir halda rast gəlinən və çox kiçik bir arealda yaşayan bu canlıları tanımadığımı üçün, qeyri-adi görünüşünə görə insanı təəccübləndirməyə bilməz. Bu heyvanlardan bəziləri sanki fantastik əsəкlərdəki Marsdan gələn canlılara oxşayır. Buyurun, siz də baxın və qiymətləndirin. Monqolustan ərazisində yaşayan Sayqa antilopu. Galapagos adaları yaxınlığında yaşayan yarasa balığı. Pyura Chilensis (Yaşayan qayalıq) - Çili çimərliklərində rast gəlmək olar. Dişləri insan dişlərinə bənzəyən, Cənubi Afrika sahillərində yaşayan Paku balğı. Glaucus Atlanticus və yaxud mavi drakon - Şərqi, Cənubi Afrika və Avstraliya sahillərində yaşayan dəniz ilbizlərindən biri. Amerikanın qərb sahillərində rast gəlinən böyük ağızlı Sarcastic Fringeheads balığı. Hindistan ərazisində yaşayan Gharials timsahının çənəsi digər timsahlardan 5 dəfə uzun və nazikdir. Həmçinin burnunun ucunda şişlik var. Uzunluğu 5 metrə kimi çata bilir. Çin su maralı və yaxud vampir maral kimi tanına bu heyvanlar Çin ərazisində yaşayır. Bu böyük dişləri isə əsasən döyüş zamanı istifadə edir. Buynuzları başına görə çox böyük və ağır olan Ankole-Watusi Afrika ərazisində yaşayır. Bergamasco Shepherd itləri soyuq Alp əraziləri üçün yetişdirilmiş və təkamül keçirmişdir. Əsasən öz dreadlok tükləri ilə daha çox diqqəti cəlb edir.