Search the Community

Showing results for tags 'hicab'.

Found 1 result

  1. İslam alimləri hər müsəlmanın öyrənməsi, bilməsi, inanması və tabe olması lazım olan fərzlərdən 32 və ayrıca 54 ədədini seçiblər. Bunlar: İslamın şərti: Beş (5) İmanın şərti: Altı (6) Namazın fərzi: On iki (12) Dəstəmazın fərzi: Dörd (4) Qüslün fərzi: Üç (3) Təyəmmümün fərzi: İki (2) 5+6+12+4+3+2=32 Təyəmmümün fərzinə 3 deyənlər də vardır. O zaman hamısı 33 fərz olar(şeytan ayrıntıda. masonizmin 33-cü dərəcəsi). İslamın 5 şərti: 1. Kəlmeyi-şəhadət gətirmək. 2. Namaz qılmaq. 3. Malın zəkatını vermək. 4. Oruc tutmaq. 5. Həccə getmək. İmanın 6 şərti: 6. Allahın varlığına və birliyinə inanmaq. 7. Mələklərə inanmaq. 8. Allahın endirdiyi kitablarına inanmaq. 9. Allahın peyğəmbərlərinə inanmaq. 10. Axirət gününə inanmaq. 11. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahdan olduğuna inanmaq. (yəqin durub mən adam öldürsəm, bu Allahdandır, problem məndə deyil) Namazın 12 fərzi: A) Xaricindəki fərzləri 7-dir. Bunlara şərtləri də deyilir. 12. Hadəsdən təharət (Qüsl və dəstəmaz almaq). 13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək). 14. Sətri övrət (Övrət yerlərini örtmək). 15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək). 16. Vaxt. 17. Niyyət. 18. İftitah və ya Tahrimə Təkbiri. B ) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir. 19. Kıyam. 20. Qiraət. 21. Rükü. 22. Səcdə. 23. Qadəi axirə. Dəstəmazın 4 fərzi: 24. Dəstəmaz alarkən üzü yumaq. 25. Əlləri dirsəkləri ilə birlikdə yumaq. 26. Başın dörddə birini məsh etmək. 27. Ayaqları topuqları ilə birlikdə yumaq. Qüslün 3 fərzi: 28. Ağzı yumaq (yaxalama). 29. Burnu yumaq (suya çəkmə) 30. Bütün bədəni yumaq. Təyəmmümün 2 fərzi: 31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət etmək. 32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək. p.s: İslamın şərtləri və 32 fərzi (İslamda vacibat) arasında hicab yoxdur. Lakin adamlar var ki, «biz ölərik, hicabı əldən vermərik» deyir.