Search the Community

Showing results for tags 'informasiya'.

Found 3 results

  1. Sautqempton Universitetinin tədiqiqatçıları məlumatların saxlanılması və yazılması ilə bağlı yeni texnologiyani təqdim ediblər. Tədqiqatçıların dediklərinə görə yeni texnologiya ilə informasiya 5 ölçülü məkanda saxlanılır. Lazım olan məlumatlarlazer vasitəsi ilə 5D-disklərə yazılır. Təqdim olunan5D-disklər 1000*C temperaturda milyard ildən çox qala bilir. İxtira haqqında universitetin rəsmi saytında da press-reliz hazırlanıb. Elmdə yeni era Məlumatları 5 ölçülü məkana nano-metod vasitəsi ilə köçürülür. Məlumatın saxlanılması üçün disk kimi yüksək temperatura dözümlü materiallardan istifadə edilir. Yazılan hər bir fayl 3 laylı nano-nöqtələrdən təşkil olunub. Hər bir nöqtənin tərəfləri və vəziyyəti 5 ölçülü məkanda qeydə alınır. Sonra isə diskdən keçənişıq həmin nöqtələrdə sınırvə polyarizatora göndərilir. Nəticədə məlumatlar oxunur. Gələcək 5D-diskə 360 TB (terabayt) məlumat yazmaq olur və adi otaq temperaturunda 13 milyard ildən çox məlumat itirilmədən saxlanıla bilər. Professor Petr Kazanskoy deyir ki, bu texnologiya ilə bəşəriyyətin, sivilizasiyanınbütün məlumatlarını kosmosda bizim gələcək nəsillər üçün saxlaya bilərik. Ümumdünya insan hüquqları bəyannaməsi 5D diskin üzərində. Texnologiyanı ilk dəfə 2013-cü ildə təqdim etmişdilər. Lakin o vaxt test mərhələsində idi və cəmi 300kb məlumat saxlayırdı.
  2. Yuta Universitetinin alimləri insan tükündən 50 dəfə nazik olan işıqpaylayıcı hazırlayıblar. Nəticədə informasiya ötürülmüsi işıq sürəti ilə baş verib. 3-4 il sonra bu texnologiya ilə hazırlanacaq komputerlər bugünkü ən güclü komputerlərdən 1000 dəfə sürətli işləməsindən əlavə, max. sürətlə informasiya ötürmüş olacaq. Hələ ki, laboratoriya şəraitində informasiyanın işıq sürəti ilə ötürülməsi uğurla nəticələnib. Adi komputürlər informasiya ötürməsi üçün informasiya işıqdan elektrona transformasiya olunmalıdır. Əks halda kompter sizin nə istədəyiniz bilməyəcək. Və bütün problemlər buna görədir. Nəticədə informasiya analizi istədiyimiz sürətlə baş vermir. Amma bu texnologiya vasitəsi ilə bütün bu proses işıq sürəti ilə heç bir problem yaşamadan analiz olunur. Bildiyiniz kimi kainatdaişıqdan sürətli heç nə hərəkət etmir və maksimum informasiya ötürücüsü işıqdır.
  3. İnsan ətraf aləmi 5 duyğu orqanı ilə hiss edir. Və beyin ətraf aləmi dərk edərkən, bu duyğu orqanlarından birini daha qabarıq göstərir. Digərləri isə keçir ikinci plana. Məsələn, siz bu statusu oxuyarkən qıraqda mahnı gedirsə (səs gəlirsə), sizin diqqətiniz bu statusa yönəlib, bu səbəbdən mahnı ikinci plandadır. Və yaxud sizin üçün səs əsas informasiya hesab edilsə, digər duyğu orqanları ilə qəbul olunan informasiya ikinci plana keçir. Nəticə etibarı ilə insan bu 5 duyğu orqanları ilə ətraf aləmi, material dünyanı dərk etməyə başlayır. Elmin predmeti materialdır. Məsələn, mən eşitməsəm də, görməsəm də bir yumru topa toxunsam, onun yumru olduğunu deyə bilərəm, onun mövcudluğuna sübut hesab etmiş oluruq. Və yaxud görmək. Hər hansı bir obyektin mövcudluğunu görməklə sübuta yetirmək, eşitməklə, qoxusu ilə sübuta yetirmək. Elm deyir ki, mən hər hansı duyğu orqanımla bu obyekti dərk etdim, deməli, bu mövcuddur. Din isə əksinə. Bütün material dünyanı kənara atır və bütün duyğu orqanlarından imtina edərək kor-korana nəyinsə mövcudluğuna inanır. Halbuki biz ətraf aləmi duyğu orqanlarımız sayəsində dərk edirik. İndi isə təsəvvür edin ki, siz bu 5 duyğu orqaniniz ilə eyni səviyyədə ətraf aləmi dərk edirsiz. Məsələn, siz bu yazını oxuyarkən diqqətiniz həm musiqidə, həm də yazıda eyni səviyyədədir. Siz eyni vaxtda mahnının sözlərini dinləyə, dərk edə, musiqini ritmi tuta və eyni zamanda bu yazını asanlıqla oxuyub qavraya bilirsiz. Siz kənarda hər hansı yemək iyi gələn kimi onun dadını hiss edirsiz. Siz sevdiyiniz birinin toxunuşunu bütün bədəniniz ilə hiss edirsiz. Artıq siz 6-cı hissə maliksiz və ətraf aləmi 3 ölçülü yox, 4 ölçülü dərk etməyə başlamısız. Sizin üçün ətraf aləm tam başqa cürə görsənir. Hər bir ağac, yarpaqların səslərini, onların dalğalarını vizual olaraq görürsüz. Hər bir rəngin bütün çalarlarını, obyektə düşən hər bir dalğa uzunluğunu asanlıqla ayrıd edirsiz. Sizin eşitdiyini hər bir səs görüntüyə çevrilir. Siz qarşınızdakı dostunuzun uşaqlığını, cavanlığını və qocalığını eyni anda görürsüz. Ətrafınızdakı hər şey sizə bir-biri ilə bağlı və vəhdətdə olduğu formada dərk olunur. Sizin üçün reallıqla qeyri-reallıq arasında sərhədlər itmiş olur. Ətrafınızdakı hər şey sizin üçün sadəcə informasiyadan ibarət olduğu kimi dərk edirsiz. Təsəvvür edin ki, 5 rəng var. Və hər bir rəng duyğu orqanlarıdır. Məsələn, qırmızı, sarı, narıncı, yaşıl və göy. Bütün bu rənglər suyun içinə atmışıq, lakin qarışmırlar. Qırmızı rəngi eşitmə hesab edək. Əgər siz nəyisə dinləyirsinizsə, o zaman digər rənglər arxa plana keçəcək. Və yaxud göy rəngi görmə hesab edək. Siz nəyisə görürsünüzsə, digər duyğu orqanları (rəngləri) arxa plana keçəcək. İndi bir də təsəvvür edin ki, bütün bu rənglər suda qarışıb və cəmi bir rəng formalaşdırıb. Bənövşəyi. Artıq 5 hiss orqanı ayrı-ayrılıqda yox, bir hiss orqanı olaraq ətraf aləmi dərk edir. Artıq siz bu material dünyadan daha üst səviyyədə ətraf aləmi dərk edirsiz. Çox güman ki, təsəvvür edə, dərk edə bilmədiz. Bütün bu proseslər İnterstellar filmində Kuperin 5-ci ölçüdə olduğu zaman ətrafdakıların bunu absurd və məntiqsiz hesab etməsi və eyni zamanda bunun mövcudluğu kimi görsənir. Sizə bunu yaşamağı arzu edirəm.