Search the Community

Showing results for tags 'islam'.

Found 9 results

  1. Yunus suresi, aye 64: "Dunya heyatinda da, axiret heyatinda da onlara mujde vardir. Allahin sozleri hec vaxt deyishmez. Bu boyuk ugurdur." Butun muselmanlarin qebul etdiyi bir "fakt" var. Quranda da qeyd olundugu kimi, Quran ayeleri Allahin sozleridir ve hec vaxt deyishmeyib, deyishe bilmez, axirete kimi de deyishmeyecek. Bildiyimiz kimi Mehemmed peygemberin dovrunde Quran ayeleri kagiz uzerine yazilmayib. Ve ayri ayri ayeler muxtelif esheyalar, deri, dash uzerinde ve s. olub. Mehemmed peygembere vehy 23 il erzinde, ilk vehy 610cu ilde gelib. Mehemmed peygemberin olumunden sonra Zeyd tayfada yashayan ehaliye Quran ayeleri yazilmish butun esheyalari ona getirmeyini xahish ederek bir yere yigib ve ele mehz Zeyd terefinden bir yere yigilaraq 651ci ilde 114 sureden ibaret kitab halina salinib. Ve 14 esrlik tarixden sonra, tesaduf neticesinde 1972ci ilde Yemende Sana mescidinde yenidenqurma ishleri zamani erebce yazilmish 40000den cox fraqment tapilir. Yemenin qedim tarixi uzre prezidenti Qadi Ismayil El Ekva beynelxalq alemi bu manuskriptlerin oyrenmesine devet edir. Hetta Unesko "dunyalarin tarixi" adli layiheye hemin fraqmentlerin sheklini cekerek CD sheklinde goturur. Bir cox olkelerin tarix arashdirmacilari bu ishe celb olunur. Bunlardan 12000i Quran fraqmentleri (ayri ayri ayeler) olub. Quran ayelerinin ekseriyyeti perqament uzerinde yazilaraq, bezileri Ve radiokarbon analizi neticesinde bu bu perqamentlerin yashi 595-855ci illeri ehate edir. Bu fraqmentler indiye kimi tapilmish en qedim Quran nusxeleri kimi tarixde yer alir. Hetta bezi ayeler Hicri teqviminin 1-2ci iline aid edildiyi qeyd edilir. Arashdirmacilari shoka salan ise Quran ayeleri ile bagli bu perqamentlerin palimpsestden teshkil olunmasi, ustelik bezi ayelerin radiokarbon yashinin Islamdan evvelki tarixlere gedib cixmasidir. (Mehemmed peygembere ilk vehy 610cu ilde geldiyi halda, burda tapilan ayeler olan fraqmentlerin bezileri 595ci ile gedib cixir). Palimpsest yazinin silinib tezeden silinmesi neticesinde kohne yazidan qalan izlerin olmasidir. Shekile diqqetle baxsaniz yazinin altinda kohne yazidan izlerin qaldigi aciq aydin gorunur. Bu ultrabenovsheyi shualar altinda daha asanliqla secilir. Arashdirmacilarin geldiyi qenaete gore, bu ayeler birinci defe yazilib, sonradan silinerek tezeden yazilib. Hemcinin bezi ayeler bugun tanidigimiz Quran ayeleri ile uzlashmir. Mes: Fraqmentlerde olan 2ci sure, 87ci ayede gizlin yazida (silinib, sonradan izi qalib) "wa-qaffaynā 'alā āthārihi" yazilan halda, ustunden tezeden yazilan eyni ayede "wa-qaffaynā min ba'dihi" yazilib. Bugun muselman alimleri bu en qedim yasha malik Quran fraqmentlerini ictimaiyyete aciqlanmasini istemir. Sizce niye?
  2. İslam Xəlifətinin qurucuları olan İŞİD-çilər Mosulu ələ keçirdikdən sonra Mosuldakı muzeyində olan qədim artefkatlar və heykəlləri dağıdıblar. Yaşı 3000 ilə kimi gedib çıxan, Mesopotamiya mədəniyyətinə aid olan qiymətsiz heykəlləri bütpərəstlik düşüncəsi ilə dağıtmaqla müasir dünya tarixində görünməmiş vandalizmə əl atıblar. Bundan əlavə, İŞİD-çilər Mosul kitabxanasını dağıdaraq, 700-dən çox qədim əlyazmalar və 10000-dən çox kitabı yandırıblar. Kitabxananın müdirəsi Xanim Əl-Taan qeyd edir ki, ekstremistlərin qarşını almaq istəsə də buna nail ola bilməyib. Ekstremistlər bazar günü kitabxanaya bomba qoyaraq partladıblar. Kitabxanada həmçinin 20-ci əsrdən başlayaraq dərc olunan bütün İraq qəzetlərinin arxivi, Osmanlı imperiyasına aid əlyazmalar da olub. Bundan əvvəl isə, yanvar ayında İŞİD mərkəzi kitabxanaya hücum edərək, ancaq islama aid kitabları saxlayaraq, digər bütün kitabları yandırıblar. Digər kitabların yandırılmasına səbəb kimi isə bu kitabların Allaha inamı azaltmağı göstəriblər. Mosul Universitetinin professoru isə qeyd edir ki, İŞİD keçən ilin dekabrında da bir neçə kitabxanalara hücüm edərək, bir çox kitabları yandırıblar. Professor qeyd edib ki, daha çox zərbə 265 il yaşı olan Latın kilsəsi kitabxanasına, Dominikan ataları monastrına və yaşı eramızdan əvvəl 5000 ilə kim gedib çıxan əlyazmalar mövcud olan Mosul muzey kitabxanasını məhv ediblər.
  3. Əfqanıstanda iyrənc "baça bazi" ənənəsi

    Radikal islamçı qrupların dövlət idarəetmə sisteminə çox ciddi təsir etdiyi, əksər vilayətlərinin Şəriət qaydaları ilə idarə olunduğu Əfqanıstanda əsrlərdən bəri davam edən iyrənc, çirkin ənənə var. Ölkədəki yoxsul ailələrdəki oğlanlar kiçik yaşlarında ata-analarından pulla satın alınır. Sonra həmin uşaqlar kəndbəkənd, şəhərbəşəhər dolaşan köçəri "musiqi dəstəsi" və "sazanda"ların yanında rəqs etməyi öyrənirlər. Rəqslə yanaşı, oğlanlara simalarına ənlik-kirşan çəkmək, "naz-qəmzə" də öyrədilir. 5-6 yaşlı oğlanların ailələrindən alınandan sonrakı həyatlarının sonucu uşaqbaz "müştəri"lərin qurbanı olmaqla bitir. "Baça bazi" lər böyüdükcə onlardan başqa məqsədlər üçün də istifadə edirlər. Ənənəyə görə məclis təşkil edilir. Satın alınmış yeniyetmə oğlanlar qadın paltarında rəqs edirlər. Daha sonra isə onlar cinsi istismara məruz qalırlar. Əfqanıstanda "baça bazi" ("uşaqlarla oynamaq") adlandırılan bu ənənə əslində uşaqbazlıq, çirkin olaydır. İslamda zina ən pis əməllərdən biri sayılır. Kişinin öz cinsindən biri ilə cinsi əlaqədə olması isə "livata" adlanır və bunun cəzası da Şəriətə görə, ölümdür. Əfqanıstanda isə "baça bazi" çox geniş yayılıb. Bu ölkədəki varlı məmurlardan tutmuş, səhra komandirlərinin bir çoxunun "baça bazi"si var. Onlar "rəqqasə uşaq"ları bir-birlərinə hədiyyə də verirlər. "Baça bazi" olan oğlan yetkinlik yaşına çatanda, bu iyrənc həyatla vidalaşmaq istəyəndə və inadkarlıq göstərəndə isə onun "sahib"i həmin gənci dul, ya da qoca qadınla evləndirir.
  4. Ərdoğan bir prezident olaraq missiyası dövlətçilikdən daha çox islam, müsəlmançılıqdır. Yəni bütün addımlarının arxasında əsas məqsəd islam dini durduğu açıq aydın görsənir. Bu yaxınlarda görüşdə Amerikanı Xristofor Kolumbdan əvvəl 1178-ci ildə müsəlmanlar kəşf edib, hətta İslam dini qitədə inkişaf edib, yayıldığını iddia edib. Amma adamın qabağına Kürən Erik kimi vikingi qoymaq olar ki, 982-ci ildə Grenlandiyada artıq kəşf etmişdi. Oğlu isə Şimali Amerika torpaqlarına ayağını basmışdı. Hətta indinin özündə də ABŞ-da Leyf Erikssona (Erikin oğlu və Grenlandiyanın sonrakı hökmdarı) heykəllər qoyulub. Bütün bunlar bir qırağa. Gəlin qəbul edək ki, Amerikanı paleohindlilər kəşf edib. Özü də eradan əvvəl 12-16 min il əvvəl. Adı üstündə Amerika hinduları. Amma Ərdoğan da bir islam missioneri kimi dünyada nə görürsə, hamısını müsəlmanlaşdırmaq, islamlaşdırmağa can atır. Ərdoğanın İslam qitədə o vaxtdan yayılıb deməsi Apokalipsis filmini xatırlatdı. Orda hindular göylərə dua edib, insanlar qurban verəndə yəqin Allah deyib, namaz qılırdılar. Hələ mən Astek, Maya, İnk sivilizasiyalarının inandıqları 100-dən çox pagan tanrıları, şamanik inanclarını demirəm. İslamdan 1500-2000 il əvvəl bu sivilizasiyalar Amerikada ulduzlara baxıb təqvim yaradır, daş üzərində herogliflərlə yazırdılar. Onda ərəblər nə edirdi görəsən? Ortaya çıxan başqa məqam odur ki, nəyə görə müsəlmanlar hər şeyi özəlləşdirməyi, öz adına çıxarmağı, islamlaşdırmağı sevir? Yəni qeyri-müsəlman olsa nə olar ki?
  5. İnsan öldürən humanist müsəlmanlar

    Bele bir cümlə var. Kim dediyini dəqiq bilmirəm. Deyir ki; "Bütün müsəlmanlar terrorist deyil. Amma bütün terroristlər müsəlmandı". Əslində bütün terroristlər müsəlman olmasa da, bu cümlədə həqiqət var. Həqiqətən də bugün dünyada terror təşkilatları 95% müsəlmanlardan ibarətdir. Əksər terror törədənlər müsəlmanlardı. Və hamısı da Allahın adını çəkib, Allah yolunda cihad etməklə bunu edir. Bu kimi arqumenti hər hansı sosial şəbəkədə paylaşanda, İslam dinini bu kimi ifadə verəndə hər hansı müsəlmanın xətrinə dəyir və o saat Stalin, Hitleri, Maonu xatırlayır. Amma düzgün müqayisə deyil axı. Müsəlman Allahın adını çəkib, Allahu Akbar deyib, Allah yolunda baş kəsib, adam öldürür. Digərləri isə sırf siyasi və digər məqsədləri üçün repressiyalar edib, adam öldürüb. Hansı ki, dini inancına görə etməyiblər bunu. Bunlar indi digər dindən və yaxud dinsiz olub deyə, "təkcə müsəlmanlar deyil" düşüncəsi ilə bunların adını çəkmək nə dərəcədə məntiqlidir? Axı, onlar öldürdükləri, öldürməni sifariş edərkən hər hansı tanrıya və yaxud ateistliyinə görə bunu etməyib. Amma müsəlman durub bir tərəfdən İslam sevgi dinidir deyir, İslam humanizm dinidir deyir, İslamda şiddət yoxdur deyir, digər tərəfdən kim onun dediyini qəbul eləmir, Allahu Akbar adı ilə başını kəsir, cihad adı ilə özünə bomba bağlayıb, çoxluq olan yerdə özünü partladır. Ona qalanda cinayət törədib, türmədə yatanların çoxsu inanclı adamlardı. Oğurluq, adam öldürmə, narkotik və s. maddələrə içəridə yatanların əksəriyyəti Allaha inanır. Bugün türmələrdə ən çox yayılan din də İslam dinidir. Digər tərəfdən biri durub adam öldürəcəksə və o inancsızdırsa, bu o demək deyil ki, o adamı məhz inancsızlığına görə öldürüb. Öldürmə səbəbi başqa olacaq. Kimsə durub demir ki, mən ateistəm buna görə öldürdüm. Mən buddistəm buna görə öldürdüm. Mən xristianam buna görə öldürdüm. Amma bugün bir-birilərinin məscidlərini partladan, vəhabi, sünni-şiə davası edən, bir-birilərini öldürən bu müsəlmanlar məhz Allah yolunda, Allahın adını çəkib törədir bu cinayətləri. Və öz cəmiyyətlərində normal da qəbul olunur bu. Uzun sözün qısası. Hara fırlatsan da, bugün dünyada din adı altında ən çox şiddət, ölüm gətirən müsəlmanlardı. Bəli. Ona görə də bütün dünya müsəlman adı eşidəndə qorxur, qarşısında bir terrorçu təsəvvür edir. / senzor.org
  6. Bir çox halda dindarlar bizə Qurani exlaq, qanun və insalıq kitabı kimi təqdim edirlər. Gəlin baxaq, 21-ci əsr şüurlu insanin tətbiq etdiyi qaydalarmı daha mükəmməl və humanist yoxsa 7ci əsr ərəb Allahının mı? Belə çıxır ki.mükəmməl olmayan insan Allahdan daha rəhimli və ya bəlkə bu qaydaları göndərən tanrı deyil?
  7. Allahın 99 adı Əl-əsma Ul-Hüsna və yaxud ən gözəl isimlər kimi qeyd edilir. Fakt 1: Allah bu 99 addan biridir. Və bu 99 addan biridirsə, o zaman nəyə görə Allahın 99 adı deyirik? Yəni əslində Allahın digər 98 adı kimi deyilməlidir. Fakt 2: Bibliyada Tanrı (Allah) “mən Adəmi öz simamda yaratdım” deyərək, açıq aydın özünü insan cismində olduğunu göstərir. Lakin İslamda Allahı təsəvvür etmək olmur. Lakin… Fakt 3: Lakin bütün bu adlar ərəb adlarıdır, kişi adlarıdır və İslam yaranmamışdan əvvəl Ərəbistanda kişi adlarında geniş istifadə olunub. Fakt 4: Hər üç səmavi dində Tanrı bir insan olan kişi xüsusiyyətləri ilə təsvir edilir.
  8. İslam alimləri hər müsəlmanın öyrənməsi, bilməsi, inanması və tabe olması lazım olan fərzlərdən 32 və ayrıca 54 ədədini seçiblər. Bunlar: İslamın şərti: Beş (5) İmanın şərti: Altı (6) Namazın fərzi: On iki (12) Dəstəmazın fərzi: Dörd (4) Qüslün fərzi: Üç (3) Təyəmmümün fərzi: İki (2) 5+6+12+4+3+2=32 Təyəmmümün fərzinə 3 deyənlər də vardır. O zaman hamısı 33 fərz olar(şeytan ayrıntıda. masonizmin 33-cü dərəcəsi). İslamın 5 şərti: 1. Kəlmeyi-şəhadət gətirmək. 2. Namaz qılmaq. 3. Malın zəkatını vermək. 4. Oruc tutmaq. 5. Həccə getmək. İmanın 6 şərti: 6. Allahın varlığına və birliyinə inanmaq. 7. Mələklərə inanmaq. 8. Allahın endirdiyi kitablarına inanmaq. 9. Allahın peyğəmbərlərinə inanmaq. 10. Axirət gününə inanmaq. 11. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahdan olduğuna inanmaq. (yəqin durub mən adam öldürsəm, bu Allahdandır, problem məndə deyil) Namazın 12 fərzi: A) Xaricindəki fərzləri 7-dir. Bunlara şərtləri də deyilir. 12. Hadəsdən təharət (Qüsl və dəstəmaz almaq). 13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək). 14. Sətri övrət (Övrət yerlərini örtmək). 15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək). 16. Vaxt. 17. Niyyət. 18. İftitah və ya Tahrimə Təkbiri. B ) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir. 19. Kıyam. 20. Qiraət. 21. Rükü. 22. Səcdə. 23. Qadəi axirə. Dəstəmazın 4 fərzi: 24. Dəstəmaz alarkən üzü yumaq. 25. Əlləri dirsəkləri ilə birlikdə yumaq. 26. Başın dörddə birini məsh etmək. 27. Ayaqları topuqları ilə birlikdə yumaq. Qüslün 3 fərzi: 28. Ağzı yumaq (yaxalama). 29. Burnu yumaq (suya çəkmə) 30. Bütün bədəni yumaq. Təyəmmümün 2 fərzi: 31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət etmək. 32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək. p.s: İslamın şərtləri və 32 fərzi (İslamda vacibat) arasında hicab yoxdur. Lakin adamlar var ki, «biz ölərik, hicabı əldən vermərik» deyir.
  9. Fatihə surəsi biz anlayışı

    Mərhəmətli, Rəhmli Allahın adı ilə!Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,Haqq-hesab (qiyamət) gününün sahibinə!Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!Bizi doğru (düz) yola yönəlt!Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! Quran Allahin sozudur deyirler. Amma nedense Biz sozu olan cumleler hec de Allahin sozune oxsamir.A