Search the Community

Showing results for tags 'kainat'.

Found 4 results

  1. "The Theory Of Everything" səhifəsi yaradılışı təbliğ edən səhifədir. Admini mənim "Kainatda həyatın təsadüfən yaranma ehtimalı" adlı videoma cavab hazırlayıb. Elnur (həmin səhifənin admini) videosunda yaxşı misallar çəkdi. Amma bu misallar bir başa mənim iddimı təstiqləyən kimi arqument hesab edilir, yaradılış iddiasını ortaya atacaq biri üçün bu misallar əslində məntiqi xəta olmalı idi. Mənim videom: Elnurun videosu: Məsələn, deyir ki, təsəvvür edin sizin bir komputeriniz var və 20 rəqəmli koda qoymusuz. Kimsə parolu daxil edib girə biləcəksə, ortaya iki sual çıxır. Bu təsadüfən kodu bildi, yoxsa mənim kodumu bildiyi üçün ilk cəhtdən daxil ola bildi? Çünki 20 rəqəmli kodu təsadüfən tapmaq ehtimalı məsələn, 1/100milyondur. Elnur iddia edir ki, "çox kiçik ehtimalları beynimiz kənara atır. ... Amma bunun tam əksinə, başqa insalar var ki (ateistlər) gündəlik həyatda beynimizin bu qabiliyyətindən istifadə edir, özü fərqində olsa da,olmasa da, amma ki, tanrı inancına gələndə, yaradılış inancına gələndə, ən kiçik ehtimalı alternativ olaraq seçir (həyatın təsadüfən yaranma ehtimalını)". Uzun sözün qısası, Elnur iddia edir ki, kainatda təsadüfən həyatın yaranma ehtimalı var, amma bu çox kiçik ehtimal olduğu üçün bizim beynimiz bu iddianı kənara atmalıdır. Enur və bu məsələlərdə onun kimi düşünənlərə eyni sualları vermək istəyirəm. Nəyə görə kainatın hansısa tanrı tərəfindən yaradılma ehtimalını böyük ehtimal, digər ehtimalları isə kiçik ehtimal hesab edirsiz? Hansı əsaslara görə? Axı hadisə baş verməmişdən əvvəl bütün ehtimallar eyni dərəcəli hesab olunur. Məsələn, Elnurun komputer şifrəsi misalında 1000 kombinasiya varsa, kodun düzgün çıxması ilk dəfədən baş verəcəksə, digər 999 kombinasiya ehtimalı artıq sıfıra enmiş olur. Birinci dəfədən düz çıxan ehtimal isə qalxır 100%-ə. Amma çıxmayacaqsa, yerdə qalan 999 ehtimalı eyni dərəcəli hesab edilir. Əgər kainatın yaranmasında 2 ehtimal varsa; a) tanrı yaratdı b) təsadüfən yarandı O zaman hadisə baş verməyincə bu iki ehtimal baş verməsi eyni faiz nisbətindədir. Amma məsələn, kainatı tanrı yaratdısa, o zaman təsadüfən yaranma ehtimalı sıfıra enir və yaxud təsadüfən yarandısa, tanrı yaratmaq ehtimalı sıfıra enir. Çünki artıq hadisə baş vermiş olur. Və yaxud Şrodinger pişiyi ekperimenti kimi izah edim. Əgər qutunun içində pişik varsa və onun ölü və yaxud diri olduğunu iddia ediriksə, pişiyin hansı halda olmasını bilməyimiz üçün qutunu açmağımız və müşahidə etməyimiz lazımdır. Əks halda pişiyin ölü və yaxud diri olma ehtimalı eyni olacaq. Amma Elnurun məntiqinə əsaslansaq, tanrı ehtimalı ən böyük ehtimaldır və digərlərinin baş verməsi kiçik ehtimal olduğu üçün beynimizdən çıxarmalıyıq (bizim misalda qutu açılmamışdan əvvəl Elnur tam qətiliklə iddia edir ki, pişik diridir və ölü olma ehtimalı kiçik olduğu üçün üstündən xətt çəkməliyik). Amma tanrı ehtimalını niyə digərlərindən üstün sayır, bu artıq bir inanclının məntiqi xətasına qalır. Çünki tanrı yaratdı iddiasının arxasında heç elmi metodlar durmur. Tanrı iddiası ümumiyyətlə elmin predmeti deyilsə, tanrı ilə elmi qarışdırıb, baş verəcək 100 milyardlarla ehtimaldan digər ehtimallardan xəbərdar olmadan, hansı məntiqlə eyni səviyyəli ehtimalları sıfıra endirib, tanrını qabağa çəkir və "o yaratdi" deyir, bunu bilmirəm. Hadisə baş verəndən sonra biz digər ehtimallara baş sındırmalı deyilik. Amma biz bugün kainatın necə yaranmasından danışırıqsa, hadisənin necə baş verdiyini elmi yollarla araşdırırıqsa, o zaman bütün ehtimalları eyni dərəcəli görməliyik. Əlbətti ki, söhbət elmi metodlardan, elmin araşdıra biləcəyi predmetlərdən gedir. Əgər təxəyyül məhsullarını, nağılları, elmə bağlı olmayan iddiaları elmə qatıb, heç bir tutarlı sübut olmadan digərinən üstün hesab edəcəksinizsə, o zaman sizin qabağınıza spagetti canavarı arqumentini qoyum. Çünki belə düşündüyünüz halda spagetti canavarı ehtimalı ilə tanrı ehtimalını eyni olacaq(mənim sehirli qurbağam haqda oxuyun). Çünki hər ikisi eyni şeyi iddia edir. Sadəcə biri özünə tanrı ad verir, biri özünə spagetti canavarı. Halbuki siz spagetti canavarını məntiqsiz, absurd hesab edirsinizsə, o zaman tanrı iddiasına da eyni məntiqlə yanaşmalısız. Yox, əgər eyni məntiqlə yanaşmayacaqsızsa, o zaman spagettinin iddialarının səhv olduğunu sübut etməlisiz. Bu isə ikiqat məntiqsizlik olacaq. Yəni olmayan bir şeyin nəyini inkar edəcəyik? Uzun sözün qısası, Elnur və onun kimi düşünənlər hadisə baş verməmişdən əvvəl özünə sərf etməyən ehtimalları sıradan çıxardıb, "ciddiyə almırıq, buna görə də mümkün deyil" deyirsə, yuxarıda qeyd etdiyim məsələlərə aydınlıq gətirsin. Mənə yox, özləri üçün.
  2. Kainatda həyatın təsadüfən yaranma ehtimalı

    From the album Hazırladığım videolar

    2013-cü il dekabr ayında çəkilib. Video uzundur və çox rəsmi danışıram. Buna görə paylaşmaq istəmirdim. Amma yenə də bəziləri üçün dəyərli məlumat olar deyə paylaşmaq qərarına gəldim. Videoda kainatda həyatın təsadüfən yaranma ehtimallarından danışıram.
  3. Səhifəmdə inboxda da sual vermişdilər və yəqin çoxları BAK haqqında bunları bilmir. Ona görə qısaca mexanizmi izah edim. BAK açıqlaması Böyük Adron Kollayderi deməkdir. Və yaxud ingiliscə Large Hodron Collider (LHC) adlanır. Bildiyiniz kimi burda ayrı-ayrı hissəciklərin təbiəti öyrənilir, hətta yeni hissəciklər kəşf olunur. Bu kimi ekzotik hissəciklərin Böyük Partlayışla, kainatın ilk anı ilə bu kimi əlaqəsi var ki, kainat özü böyük təkamül yolu keçib və indi də keçir. Yəni kaintımıza keçmişə dönsək, molekullardan əvvəl, elementlər olub. Elementlər də bildiyiniz Mendeleyev sırasındakı ilk elementlərə doğru. Yəni ilk hidrogen əmələ gəlib, sonra helium, litium və s. Kainat formalaşan zamanı birdən birə məsələn karbon olmayıb. Karbon elementi sonradan ulduzların içində formalaşıb. Özündən əvvəl gələn elementlərin sayəsində. Həmçinin elementlər olmamışdan əvvəl elektron, proton olub və s. Beləcə nə qədər dərinə getsək, ən kiçik, ən ekzotik hissəciklər kainatın ilk anlarında yaranan hissəciklər deməkdir. Və bu hissəciklərin üzərində biz tədqiqat aparmaqla, onların təbiətini öyrənməklə, məsələn, kainatın ilk 100 il ərzində hansı hadiəsələr baş verdiyini, özünü necə apardığını bilmiş sayılırıq. Bu kollayderin adında gördüyünüz ADRON proton-proton toqquşmasına verilən addır. Yəni bu sürətləndiricidə hər dəfə daha çox enerji verilməklə iki proton sürətləndirilir və nəticədə bir biri ilə toqquşur. Toqquşan zamanı isə şəkildə gördüyünüz kimi protonların tərkibində olan müxtəlif subatom hissəciklər ətrafa səpələnməyə başlayır. Və bunlar nə qədər uzağa səpələnməsindən (parçalanma zamanı)asılıq olaraq onların daha kiçik, daha yüngül, təbiəti daha ilkin variant olacaq hissəciklər hesab edilir. Nəticədə ömür boyu ancaq riyaziyyat, fizika üzərində hesablamada gördükləri elementləri vizual olaraq görmuş olurlar və beləcə tədqiqatlarını davam edirlər. Həmin hissəciklər haqda daha ətraflı məlumat almaqla. Digər məqam isə hər dəfə daha çox enerji verməklə sürətləndirmə. Yəni bu protonların sürətləndirilməsi üçün nə qədər çox enerji versək, o qədər daha güclü toqquşma və parçalanma deməkdir. Bu isə daha ekzotik, indiyə kimi məlum olmayan, daha çox enerji ilə parçalanmaya məruz qalan, kainatın yarada biləcəyi daha ilkin variant hissəciklər deməkdir. Məsələn, zamanla 1TeV, 3.5TeV, 7TeV. Və bu ildə 13TeV enerji ilə toqquşma baş verib. Gələcəkplanlarda enerjini 16TeV-a qədər artırmağı düşünürlər. Amma çox güman bundan artıq gücə malik deyil LHC. Bu səbəbdən 2030-cu illərə BAK-dan 10 dəfə güclü olacaq başqa laboratoriyalar tikilməyi planda var. Yəni təsəvvür edin ki, Hiqqs Bozonu 12.5 TeV toqquşmada tapılıbsa, 160TeV olanda təbiətin nə kimi xassələri meydana çıxacaq, öyrəniləcəksə.
  4. Brahma induizmdə hər şeyi yaradan tanrının adıdır. Brahmanın 1 günü kalpa adlanır bizim 4.32 milyard ilə bərabərdir. Brahma ayı 30 gündən və 13 gecədən, ili isə 12 aydan ibarətdir. Brahma 100 il yaşayır və öldükdən sonra bütün material dünya məhv olur. Buna maxapralaya deyilir, hansı ki, böyük məhv olma hesab edilir. Yəni kainatın, material dünyanın bütünlüklə məhvi. Bununla da bizim dərk etdiyimiz kosmos yoxa çıxır. Bharmanın ölümündən sonra o Maxa-Vişnunun bədəninə daxil olur. Müxtəlif periodlardan sonra Maxa-Vişnunun bətnindən yeni-yeni sonsuz sayda kainatlar doğulur və buBrahmaların yeni tsikli başlayır. Bu təlim həm də buddizm kosmologiyasında da öyrənilir. 1956-cı ildə Yer yaşının radiometrik analizindən sonra məlum oldu ki, Yerin yaşı təxminən 4.54 milyard ildir. Bu isə buddizm-hinduzimdə 1 kalp ilə 5% xətayla uyğun gəlir (4.32 milyard 1kalpa, Yer yaşı 4.54 milyard). Müasir kosmologiya, astrofizika elmində aparılan araşdırmalara əsasən multiverse nəzəriyyəsi ortaya çıxdı. Bununla bağlı riyazi hesablamalar da var və bir çox müasir fizika nəzəriyyələri multiverse nəzəriyyəsinə bağlıdır. Bu nəzəriyyə əsasən bizim kainat təxminən 14 milyard il əvvəl yaranıb (müşahidə etdiyimiz kainat) və nə vaxtsa məhv olacaq. Bizim kainat sonsuz sayda formalaşan kainatlardan biridir ana kainatın içində formalaşan hər bir kainat öz fiziki qanunlarına malik olur. Və hər bir kainat yaranır, məhv olur və ana kainata daxil olur. Bir müddət sonra yeni kainat formalaşır.İnduizmin 4min illik tarixi var. Eradan əvvəl 2000-ci illərə gedib çıxır. İnduzimdə kosmologiya ilə bağlı dünyagörüşünün müasir elm arasında nə kimi oxşarlıq gördünüz? Bəs induistləri, buddistləri lağa qoyurduz? Bəs deyirdiz Quran hər şeyi bilir? Quranda mətnaltı olaraq ortaya çıxardığınız kainatın yaradılığı ilə bağlı ideyalarınız niyə bu qədər təsvir olunmayıb bəs? Üstəlik induizm islamdan 2600 il əvvəl formalaşıb.