Search the Community

Showing results for tags 'kosmologiya'.

Found 1 result

  1. Brahma induizmdə hər şeyi yaradan tanrının adıdır. Brahmanın 1 günü kalpa adlanır bizim 4.32 milyard ilə bərabərdir. Brahma ayı 30 gündən və 13 gecədən, ili isə 12 aydan ibarətdir. Brahma 100 il yaşayır və öldükdən sonra bütün material dünya məhv olur. Buna maxapralaya deyilir, hansı ki, böyük məhv olma hesab edilir. Yəni kainatın, material dünyanın bütünlüklə məhvi. Bununla da bizim dərk etdiyimiz kosmos yoxa çıxır. Bharmanın ölümündən sonra o Maxa-Vişnunun bədəninə daxil olur. Müxtəlif periodlardan sonra Maxa-Vişnunun bətnindən yeni-yeni sonsuz sayda kainatlar doğulur və buBrahmaların yeni tsikli başlayır. Bu təlim həm də buddizm kosmologiyasında da öyrənilir. 1956-cı ildə Yer yaşının radiometrik analizindən sonra məlum oldu ki, Yerin yaşı təxminən 4.54 milyard ildir. Bu isə buddizm-hinduzimdə 1 kalp ilə 5% xətayla uyğun gəlir (4.32 milyard 1kalpa, Yer yaşı 4.54 milyard). Müasir kosmologiya, astrofizika elmində aparılan araşdırmalara əsasən multiverse nəzəriyyəsi ortaya çıxdı. Bununla bağlı riyazi hesablamalar da var və bir çox müasir fizika nəzəriyyələri multiverse nəzəriyyəsinə bağlıdır. Bu nəzəriyyə əsasən bizim kainat təxminən 14 milyard il əvvəl yaranıb (müşahidə etdiyimiz kainat) və nə vaxtsa məhv olacaq. Bizim kainat sonsuz sayda formalaşan kainatlardan biridir ana kainatın içində formalaşan hər bir kainat öz fiziki qanunlarına malik olur. Və hər bir kainat yaranır, məhv olur və ana kainata daxil olur. Bir müddət sonra yeni kainat formalaşır.İnduizmin 4min illik tarixi var. Eradan əvvəl 2000-ci illərə gedib çıxır. İnduzimdə kosmologiya ilə bağlı dünyagörüşünün müasir elm arasında nə kimi oxşarlıq gördünüz? Bəs induistləri, buddistləri lağa qoyurduz? Bəs deyirdiz Quran hər şeyi bilir? Quranda mətnaltı olaraq ortaya çıxardığınız kainatın yaradılığı ilə bağlı ideyalarınız niyə bu qədər təsvir olunmayıb bəs? Üstəlik induizm islamdan 2600 il əvvəl formalaşıb.